Məhkəmə qərarları › İş №1(012)-59/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-59/2022

25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-59/2022 25.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Aərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri X16 küçəsi ev 6, mənzil 6-da qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4, 185.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 03 mart 2021-ci il tarixdə, saat 17 radələrində sərxoş vəziyyətdə Nümayəndə etibarnamə əsasında idarə etdiyi və "xxxx"ASC-nin X13 Enerji Təhcizatı və Satışı İdarəsinin balansında olan “VAZ 2106” maraklı, **-AA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qapısının açıq vəziyyətindən istifadə edərək avtomobilə oturmuş, avtomobilin üzərində olan açarla avtomobilin mühərrikini işə salaraq idarə edib, ünvan 3 ünvanında yerləşən “X11” mərkəzinin qarşısında talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 03 mart 2021-ci il tarixdə, saat 22 radələrində sərxoş vəzəyyətdə Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” maraklı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Mingəçevir şəhəri, “Dostluq parkı”nın arxasında yerləşən avtomobil dayanacağında avtomobilin qapısını əvvəl qaçırtdığı “VAZ 2106” maraklı, **-AA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin açarı ilə açaraq sükanı arxasına əyləşib avtomobilin mühərrikini işə salaraq avtomobilli idarə edib talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 04 mart 2021-ci il tarixdə, saat 01 radələrində sərxoş vəzəyyətdə Zərərçəkmiş şəxs3 məxsus “VAZ 2106” maraklı, **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Mingəçevir şəhəri, Naxçıvan küçəsi 50 saylı binanın qarşısından avtomobilin sükanı arxasına əyləşərək talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmiş yəni, qaçırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 18 aprel 2021-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri Nəsimi rayonu A.Məhərrəmov küçəsi, 37 saylı evin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs5 məxsus «Vaz-21074» markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını özündə olan açarlar vasitəsilə açaraq avtomobilin sükanı arxasında oturmaqla, həmin açarlarla avtomobilin mühərrikini işə salaraq, avtomobili idarə edib yaşadığı Mingəçevir şəhərinə getməklə talama məqsədi olmadan avtomobili qanunsuz olaraq ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 aprel 2021-ci il tarixdə, saat 00:30 radələrində Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən Qalubiyə parkın qarşısından Zərərçəkmiş şəxs1 məxsus 6500 manat dəyərində VAZ-21041 markalı, 99NR263 dövlət qeydiyyat nişanlı avtomobili, içərisindəki 40 manat dəyərində bir ədəd üzərində “X12” yazıları olan elektron tərəzi, 0,50 manat dəyərində bir cüt qara rəngli əlcəklər, 20 manat dəyərində bir ədəd tünd göy rəngli, üzərində “FEİTE&WEAR” yazıları olan, XXXL ölçüdə, iki cibli, astarlı, ön hissəsi zəncirbəndlə açılıb-bağlanan gödəkçə ilə birlikdə ələ keçirib, avtomobili idarə etməklə Mingəçevir şəhərinə aparıb, avtomobili içərisində olan əşyalarla birlikdə tanışı X3 1000 manata satmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 6560,50 manat məbləğində olan xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq etdiyinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətində azadlıqdan məhrum edilmiş, 16 mart 2018-ci il tarixdə cəzanı çəkib qutardığı üçün azadlığa buraxılmışdır. Ondan sonra Bakı şəhərində müxtəlif yerlərdə kirayədə qalmış və ayıq sürücü 5959 çağırış mərkəzi xidmətində sürücü kimi işləməyə başlamışdır.xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində “Güllü bağ” dairəsinin yaxınlığında xalası oğlu Elçinlə birlikdə yemək yeyib sipirtli içki qəbul etdikdən sonra Elçin uşağı xəstə olduğuna görə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına getmiş, o, isə Elçinə evə gedəcəyini deyərək təkcə piyada Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasından A.Məmmədov küçəsi ilə hərəkət edərək bacısının yaşadığı Puşkin küçəsinə gedən zaman saat 17 radələrində “X4” qarşısından keçən zaman mərkəzin qarşında olan ağ rəngli “VAZ 21063” markalı ** AA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin açarının açar dəliyində olduğunu görmüş, həmin anda avtomobili sürmək məqsədilə onu qaçırmaq qərarına gəlmiş və avtomobilin ətrafında olan adamlar oradan uzaqlaşdıqdan sonra avtomobilə əyləşərək A.Məmmədov küçəsi ilə hərəkət edərək, “Mingəçevir kəndi” adlandırılan əraziyə daxil olmuş, oradan isə 20 Yanvar küçəsi ilə avtomobili hərəkət etdirərək birbaşa gəlib avtomobili A.Məmmədov küçəsi 15 saylı evin qarşısında saxlamış və avtomobilin açarını özü ilə götürmüşdür. Həmin avtomobili təxminən 10-15 dəqiqə müddətində idarə etmişdir.Şəhərdə bir müddət gəzdikdən sonra saat təxminən 22 radələrində yenidən bacısıgilə getmək üçün Heydər Məscidinin qarşısı ilə gedərək FHN-nin binasının yanından həyət evlərinin arası ilə gedən küçə ilə gedərək “Dostluq Park”da yerləşən saatın arxasında olan avtomobil dayanacağına gəlmişdir.Orada təxminən 4-5 avtomobil olmuş və o, orada olan VAZ 21063 markalı, ** BL *** dövlət qeydiyyat nömrəli avtomobilə yaxınlaşmış və əvvəlki avtomobilin açarı vasitəsilə avtomobilin qapısını açmış, açarı avtomobilin açar dəliyinə salmaq istəyəndə həmin avtomobilin açarının da üzərində olduğunu görüb onu sürərək Heydər Məcdinin yanından Əliağa Vahid küçəsi ilə N.Nərimanov küçəsi ilə hərəkət etmiş, sonra Qələbə Meydanı dairəsindən H.Əliyev prospektinə daxil olub həmin prospektlə şəhərin Xaldan şossesi istiqamətində olan çıxışından çıxaraq Xaldan kəndi istiqamətində hərəkət etmişdir. Xaldan kəndində olan dairədə isə yüksək surətlə təxminən 100 km/saat surətlə hərəkət etdiyindən dirədə idarəetməni itirmiş və avtomobili yolun ehtiyat hissəsində olan torpaq sahəsinə çıxarmış, avtomobildən düşərək qaçmışdır.Sonra isə avtoqəzanm baş verdiyi yerin yaxınlığında digər bir göy rəngli, VAZ 21063 markalı, 55-BC 941 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qapısını ** AA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin açarı ilə açaraq Mingəçevir şəhəri istiqamətində hərəkət etmiş və oradan Mingəçevir şəhəri AZ Qres qəsəbəsinə getmişdir. Az Qres qəsəbəsində həmin gecə orada qalmaq məqsədilə yaşayan xalasının evinə getmiş, lakin sonradan dəqiq xatırlamır, xalasının yaşadığı evdən də çıxmışdır. Həmin avtomobilin üzərində olan dövlət qeydiyyat nömrə nişanlarını çıxarmış, lakin onları harda çıxarmağını xatırlamır.Bundan sonra isə bacısının yaşadığı evə getmək məqsədilə Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən 50 saylı evin qarşısından VAZ 21063 markalı, ** BL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili yoxlayan zaman avtomobilin qapısının açıq olduğunu görüb, sonra avtomobilə əyləşərək ** AA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin açarı ilə avtomobili işə salaraq getmişfit.Avtomobili Puşkin küçəsində bacısının yaşadığı binanın qarşısında saxlamış və avtomobilin arxa və ön nömrələrini çıxarıb yaxınlıqda olan zibil yeşiyinə atmışdır.Bacısının evinə gedən zaman onlar artıq polis əməkdaşlarının onu axtardıqlarını demişlər və o, onlara polis əmkdaşlarını çağırmaqlarını demişdir. Könüllü olaraq polisə təslim olmuşdur.Bundan sonra polis əməkdaşları gələrək onu Mingəçevir şəhər polis şöbəsinə aparmışlar. Bundan başqa 17 aprel 2021-ci il tarixdə borc pul almaq üçün Bakı şəhərinə bacısının evinə gəlmiş, həmin gün bacısıgildə qonaq olmuş və axşam saatlarında rayona qayıtmaq üçün evdən çıxaraq Şamaxinka ərazisinə gəlmişdir. Orada saat 22 radələrində kafelərin birində oturub pivə içmiş, sonra kafedən çıxaraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində gəzməyə başlamışdır. Nəsimi rayonu ərazisində binaların arası ilə gəzərkən hansısa binanın qarşısında Vaz-2107 markalı göy rəngli avtomobil görmüşdür. Həmin vaxt 18 aprel 2021-ci il, saat 00 radələri olmuşdur.O, həmin avtomobili qaçırmaq qərarına gəlmiş və buna görə həmin avtomobilə yaxınlaşıb özündə olan köhnə açarlardan istifadə etməklə avtomobilin qapısını açmış, daha sonra o, avtomobilin sükanı arxasında oturmuş və özündə olan köhnə açarlarla avtomobilin mühərrikini işə salıb avtomobili idarə etməklə birbaşa Mingəçevir şəhərinə gəlmişdir. Mingəçevir şəhərinə gəldikdən sonra o, avtomobili Mingəçevir şəhərində binaların yanında saxlamış və təxminən 10 gün ərzində avtomobili idarə etməmişdir. 28 aprel 2021-ci il tarixdə axşam saatlarında Şəmkir rayonunda yaşayan bir nəfər tanışının yanına getmək üçün evdən çıxmış və 10 gün əvvəl qaçırdığı həmin avtomobilin olduğu yerə gəlib, yenidən avtomobilə oturub onu işə salmış və Şəmkir rayonuna yola düşmüşdür. Şəmkir rayonuna çatmağa az qalmış postların birində polis əməkdaşları avtomobilinə saxla işarəsi verdikdə, o, avtomobili idarə edib qaçmaq istəmiş, lakin həmin vaxt idarəetməni itirmiş və yoldan çıxaraq avtoqəza törətmişdir. Sonradan isə polis əməkdaşları onun avtomobili qaçırdığını bildikləri üçün onu Bakı şəhərinə 19-cu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində o, hadisə ilə bağlı hər şeyi etiraf etmişdir. Bundan başqa 27 aprel 2021-ci il tarixdə axşam bir qədər spirtli içki qəbul etmiş və sərxoş olmuşdur. Təxminən saat 00:30 radələrində Xırdalan şəhərində Misir parkının qarşısında səkidə bir ağ rəngli VAZ-2104, markalı, 99 NR263 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığını görüb həmin avtomobili idarə edərək Mingəçevir rayonuna getmək istəmişdir. Ona görə ətrafda heç kimin olmadığını görüb avtomobilə yaxınlaşıb özündə olan avtomobil açarı ilə avtomobilin sürücü tərəfdən olan qapını açıb avtomobilə oturub, avtomobilin içərisində olan açarla avtomobili işə salıb idarə edərək, Mingəçevir şəhərinə yola düşmüşdür. Həmin gecə saat təxminən 04-05 radələrində Mingəçevir şəhərinə çatmış və avtomobili “Futik” adlanan məhəllədə saxlayıb, kirayədə qaldığı evə getmişdir. Ondan sonra daha həmin avtomobili idarə etməmiş və avtomobilin içərisinə də hansısa əşya olması üçün baxmamışdır. Məhəmməd Abbasovu təxminən 10 ildən çoxdur ki, tanıyır və aralarında heç bir qərəzli münasibəti olmamış, normal münasibətləri olmuşdur. Təxminən 06 may 2021-ci il tarixdə Məhəmməd ilə rastlaşıb onunla söhbət edəndə demişdir ki, Xırdalan şəhərindən bir VAZ-2104 markalı avtomobili qaçırtmış, 1000 manata satır. Hətta Məhəmmədə də demişdir ki, avtomobili neçəyə satarsa satsın, ancaq ona 1000 manat versin, avtomobillə tutulsa da öz problemidir. Məhəmməd də demişdir ki, avtomobilə baxmaq istəyir.Məhəmməd avtomobilə baxıb almaq istədiyini bildirmiş və o, Məhəmməd ilə gedib avtomobili ona göstərmişdir.O, Məhəmməd ilə razılaşıb avtomobili həmin gün axşam saatlarında, təxminən saat 20 radələrində Məhəmmədə vermiş və Məhəmməd demişdir axşam ona 1000 manat pul verəcək. Ondan sonra Məhəmməd avtomobili idarə edərək aparmışdır. Lakin Məhəmməd ona avtomobilin pulunu gətirib verməmiş və o, Məhəmməd ilə telefonla bir neçə dəfə danışsa da Məhəmməd elə hər dəfə demişdir ki, gətirib pulu verəcək. 08 may 2021-ci il tarixdə axşam daha Məhəmmədin telefon nömrəsinə zəng çatmamış və ondan sonra Məhəmmədi görməmiş və ondan heç bir məlumatı olmamışdır.Qeyd etmişdir ki, o, həmin avtomobilin içərisinə heç baxmamış və avtomobilin içərisində hər hansı bir əşya olduğunu da bilməmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, VAZ 21074 markalı, **-BH-*** dövlət qeydiyyta nişanlı avtomoibli 2010-cu ildə almış və həmin vaxtdan da idarə edir. 17 aprel 2021-ci il tarixdə, saat 23 radələrində avtomobili hər zaman saxladığım yerdə, yaşadığı binanın qarşısında saxlayaraq evə qalxmışdır. 18 aprel 2021-ci il tarixdə, saat 08:30-da yaşadığı evdən çıxaraq avtomobilinə tərəf gedən zaman avtomobilinin saxladığı yerdə olmadığını görmüş və ona aydın olmuşdur ki, avtomobili naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılmışdır. Ona görə dərhal 102 zəng xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişlər. Orada hadisə yerinə baxış keçirilmiş və daha sonra ondan ərizə və izahat almışlar. Avtomobilində siqnalizasiya sistemi və binanın həyətində mühafizəçi olmamışdır. Avtomobilə məxsus açarlar yalnız özündə olmuş və heç kəsə verməmişdir.O, avtomobilini saxlayan zaman avtomobili tam saz vəziyyətdə olmuşdur. 29 aprel 2021-ci il tarixdə polis əməkdaşları ona zəng edərək avtomobilinin Şəmkir rayonu ərazisində tapıldığını bildirmişlər və o, avtomobilə baxmaq üçün həmin rayona getmişdir. Avtomobilə baxan zaman ona məlum olmuşdur ki, avtomobili qaçıran naməlum şəxs avtomobil ilə yol nəqliyyat hadisəsi törətmişdir. Onun avtomobilinin ön alın şüşəsinə, salon güzgüsünə, kapot, ön sağ sol qanadına, sağ arxa və qabaq qapılarına, sağ ayaqaltı, ön sağ təkərin diski və təkərin özünə ziyan dəymişdir. Həmçinin benzin çəninin qapağını qırmışdır. Ümumilikdə onun avtomobilinə təxminən 1500 manat ziyan dəymişdir. Avtomobildən hər hansısa əşya oğurlanmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, baxış keçirilən yer Xırdalan şəhəri Qalubiyyə küçəsi Xırdalan Bələdiyyəsinin yaxınlığında olan yerdə yolun kənarıdır. Həmin yerdə vətəndaş Zərərçəkmiş şəxs1 göstərərək bildirdi ki, onun məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayıram. Onun VAZ-2104 markalı, 99NR263 dövlət qerydiyyat nişanlı avtomobili var və həmin avtomobili gecələr yaşadığı evin qarşısında ümumi həyətdə saxlayır. Həmin avtomobili iki il əvvəl 6700 manata almışdır. 26 aprel 2021-ci il tarixdə, saat 21 radələrində avtomobilini həmişə olduğu kimi yaşadığı evin həyətində saxlamış və qapılarını da açarla bağlamışdır. O, işə hər gün səhər saat 05 radələrində getdiyi üçün 27 aprel 2021-ci il tarixdə də saat təxminən 05 radələrində həyətə düşüb işə getmək istəyəndə baxmışdır ki, avtomobili saxladığı yerdə yoxdur. O, avtomobilinin yerində olmadığını görüb, avtomobilinin qaçırıldığını bilib, DİN-in 102 xidmətinə məlumat vermişdir. Onun avtomobili ağ rənglidir.27 aprel 2021-ci il tarixdə onun mobil telefonuna avtomobilinin həmin tarixdə saat 02:30 radələrində Ağsu-Ağdaş yolunda yuxarı surət həddi ilə elektron qərarın nömrəsi gəlmişdir və məlum olmuşdur ki, naməlum şəxslər avtomobilini həmin istiqamətə aparmışlar. Avtomobilinin salonunda 130 manat dəyərində tərəzi, bir ədəd göy rəngli gödəkçə, bir cüt əlcəklər olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zaman iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Yevlax RPŞ-yə ərizə ilə müraciət etmişdir. Belə ki, VAZ-2103 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə əsasında idarə edir. xx.xx.2021 -ci il tarixdə, təxminən saat 15 radələrində VAZ-2103 markalı, 55-BC- 491 dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Yevlax rayonu Xaldan qəsəbəsi ərazisində yerləşən “Oba” marketin yanında olan işlətdiyi kafeyə gəlmişdir. Avtomobili kafenin qarşısında saxladıqdan sonra kafeyə daxil olmuş, kafedə bir neçə saat çay və yemək hazırlayıb kafeyə gələn müştərilərə xidmət edirmiş. xx.xx.2021-ci il tarixdə, saat təxminən 23 radələrində kafenin qarşısında olan avtomobil yolunda yol-nəqliyyat hadisəsinin baş verməsini kafenin pəncərəsindən görüb kafedən çıxıb hadisə yerinə getmişdir. Hadisə yerində boz rəngli VAZ-2106 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili yolunun kənarında yerləşdirilmiş betonlara vuraraq qəza törətdiyini görmüşdür.Ondan başqa hadisə yerində çox sayda insanlar toplaşmışlar.Onlar hadisə yerinə gələn zaman isə yuxarıda qeyd etmiş olduğum avtomobilin sürücüsü avtomobildə olmamışdır.Sürücü qəzanı törətdikdən sonra hadisə yerindən qaçıb getmişdir. Lakin o və orada olan insanlar həmin şəxsin hadisə törətdikdən sonra avtomobildən düşüb qaçmasını görməmişlər. O, bir neçə dəqiqə hadisə yerində dayandıqdan sonra kafe istiqamətinə hərəkət etməyə başlamış və kafeyə çatarçatmaz VAZ-2103 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin kafenin qarşısında olmadığını görmüş, kafenin ətrafında avtomobili bir neçə dəqiqə axtardıqdan sonra avtomobilini tapa bilməmiş və avtomobilinin boz rəngli VAZ-2106 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə qəza tərətmiş şəxs tərəfindən qaçırıldığını bilib, DİNnin 102 Məlumat Mərkəzinə bu barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Yevlax RPŞ-nin əməkdaşları hadisə yerinə gəlmişlər və hadisə yerini müayinə etdikdən sonra o, avtomobilin qaçırılması barədə ərizə ilə Yevlax RPŞ-yə müraciət etmişdir. Bir neçə saat sonra avtomobilin Mingəçevir şəhər ərazisində tapılması barədə məlumat almışdır.VAZ- 2103 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, həmin avtomobili 2020-ci ilin sentyabr ayında X5 almışdır, avtomobil göy rəngli, 1976-cı il istehsalı olan, sedan tipli avtomobildir.VAZ-2103 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil qaçırılarkən avtomobilin qapıları açıq olmuş, lakin avtomobilin açarları isə özündə olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhərində “Dostluq” parkının yaxınlığında yerləşən bazarda plastik qapı-pəncərə ustası işləyir. Onun VAZ-2106 markalı, 45BL838 dövlət qeydiyyat nişanlı avtomobili vardır və avtomobilini bazarın giriş qapısının yaxınlığında saxlayır, axşam işdən çıxandan sonra avtomobili “Dostluq”parkın yaxınlığında yerləşən avtomobil dayanacağında saxlayır və çay içmək üçün çayxanaya gedir. xx.xx.2021-ci il tarixdə, saat 19 radələrində işdən çıxmış və avtomobili yenə həmin dayanacaqda saxlayaraq çay içmək üçün çayxanaya getmişdir. O, avtomobilini həmişə saxlayanda qapılarını pultla bağlasada, avtomobilin nasazlığından açarı avtomobilin işə salınma dəliyində saxlayır. Həmin tarixdə saat təxminən 22:10 radələrində Mingəçevir polis şöbəsindən onun mobil nömrəsinə zəng olunmuş və ona məxsus avtomobilin Yevlax rayonu Xaldan kəndində aşırıldığı bildirilmişdir. O, avtomobili saxladığı yerə getmiş və avtomobili saxladığı yerdə aşkar etmədiyi üçün DİN-in 102 xidmətinə də məlumat vermişdir.Daha sonra Yevlax rayonu Xaldan kəndinə gedərək həqiqətən ona məxsus avtomobilin aşırıldığını görmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, özünə məxsus VAZ- 2106 markalı, 45BD377 dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin qarşısında saxlayır. Özünə məxsus digər “Mersedes” markalı avtomobili də olduğundan “VAZ-2106” markalı avtomobili az hallarda istifadə edir. Həmin avtomobili yaşadığı evin qarşısında saxladığı üçün azyaşlı uşaqları həmin avtomobildə oynadıqları üçün avtomobilin qapısı açıq olur.xx.xx.2021-ci il tarixdə təxminən saat 23:30 radələrində həyat yoldaşı üçün aptekdən dərman almağa getmiş və qayıdan zaman avtomobilin qapılarını bağlayıbbağlamadığını xatırlamır.Lakin saat 00:30 radələrində pəncərədən həyətə baxanda avtomobili həyətdə saxladığı yerdə olduğunu görmüşdür. Gecə saat 05 radələrində isə həyətə baxanda avtomobili həyətdə saxladığı yerdə olmadığını görüb avtomobilin qaçırılması barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gələndən sonra ona məxsus avtmobil Mingəçevir şəhəri Puşkin küçəsi 8 saylı yaşayış binasının qarşısında aşkar edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 1999-cu ildən "xxxx" ASC-nin X13 Enerji Təhçizatı və satışı İdarəsində sayğac quraşdırma bölməsində mühəndis işləyir.VAZ-2106 markalı, 20AA327 dövlət qeydiyyat nömrə nişanlı avtomobilona təhkim olunmuşdur.xx.xx.2021-ci il tarixdə, saat 17:50 radələrində ünvan 4 ünvanında yerləşən “X9”də akta əsasən sayğac sxemində cərəyan transformatorunu dəyişdirmək məqsədilə getmişdir. Həmin avtomobili diaqnostika mərkəzin qarşısında saxlamış və özü içəri daxil olmuşdur.Avtomobilin açarını isə avtomobilin üstündə saxlamışdır.Diaqnostika Mərkəzində işləyən Müşfiq adlı şəxslə 4-5 dəqiqə söhbət etmiş, bu zaman Müşfiq demişdir ki, onun avtomobilini kimsə sürüb getdi.O, isə avtomobili heç kimə vermədiyini deyərək Diaqnostika Mərkəzindən çıxıb avtomobilin sürətlə A.Məmmədov küçəsi ilə hərəkət etdiyini görmüşdür. Lakin avtomobillərin sız olduğundan onun avtomobilin hansı istiqamətə aparıldığını bilməmişdir.Bundan sonra polis şöbəsinə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilimiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yerləşən “X10”də təxminən 2-3 aydır ki, təsərrufatla bağlı köməklik edir. 03 mart 2021-ci il tarixdə, saat 16:50 radələrində mərkəzdə olan zaman mühəndis Ceyhun Müstafayev ora gəlmiş və idarə etdiyi VAZ-2106 markalı avtomobili mərkəzin qarşısında saxlayıb və mərkəzə daxil olub onunla söhbət edirmiş.Bu zaman Ceyhunun avtomobilinin hərəkət etdiyini görüb ondan avtomobili kiməsə verib-vermədiyini soruşanda, Ceyhun ona avtomobili heç kimə vermədiyini demişdir.Onlar dərhal çölə çıxmışlar və avtomobilin hərəkət istiqamətinə baxmışlar, avtomobil A.Məmmədov küçəsi ilə hərəkət etmişdir.Bundan sonra Ceyhun polisə bu barədə məlumat vermişdir.Qeyd etmişdir ki, avtomobili qaçıran şəxsi görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-ın ə/m-li vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə ünvan 6 ünvanında yaşayan Nümayəndə çalışdığı "xxxx"ASC-nin X13 Enerji Təhcizatı və Satışı İdarəsinin balansında olan və etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” maraklı, **-AA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ünvan 3 ünvanında yerləşən “X11” mərkəzinin qarşısından qaçırılması barədə bildirmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhəri, Günəşli bağ massivi 13-cü küçədə yaşayan Zərərçəkmiş şəxs2 ona məxsus VAZ 2106 markalı ** BL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Mingəçevir şəhri “Dostluq” pakının yaxınlığında yerləşən avtomobil dayanacağından qaçırılaraq, Yevlax rayonu, Xaldan kəndi ərazisində yol-nəqliyyat hadisəsi törədilməsi barədə bildirmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 etibarnamə əsasında idarə etdiyi VAZ 2106 markalı ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yaşadığı Mingəçevir şəhəri, Naxçıvan küçəsi 50 saylı binanın qarşısından qaçırılması barədə polis şöbəsinə müraciət etmişdir. Tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsidə qeyd olunan cinayət əməllərinin Mingəçevir şəhər sakini xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qaçırdığı VAZ 2106” maraklı, **-AA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Mingəçevir şəhəri A.Məmmədov küçəsi 15 saylı binanın qarşısında, VAZ 2106 markalı ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Mingəçevir şəhəri, Puşkin küçəsi 8 saylı binanın qarşısında aşkar olunmuş, həmçinin onun qaçıraraq Yevlax rayonu, Xaldan kəndi ərazisində yol-nəqliyyat hadisəsi törətdiyi VAZ 2106 markalı ** BL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil də istintaqa təhvil yerilmişdir. Həmçinin Yevlax rayonu, Xaldan kəndi ərazisindən Zərərçəkmiş şəxs4 məxsus VAZ 2103 markalı ** BC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin də Təqsirləndirilən şəxs tərəfindən qaçırılması müəyyən edilmiş və həmin avtomobil Yeni Həyat qəsəbəsi ev 39 A ünvanının qarşısında müəyyən edilərək Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis idarəsinin cinayət axtarış şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Xırdalan şəhəri Qalubiyyə küçəsi onun əməliyyat müvəkkili olduğu əraziyə aiddir. Vətəndaş Zərərçəkmiş şəxs1 27 aprel 2021-ci il tarixdə DİN-in 102 xidmətinə məlumat verərək həmin gecə naməlum şəxsin (şəxslərin) ona məxsus VAZ-2104 markalı, 99NR263 dövlət qeydiyyat nişanlı avtomobili Xırdalan şəhəri Qalubiyə küçəsindən qaçırdığını bildirmişdir.Bununla bağlı tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus VAZ-2104 markalı, 99NR263 dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhəri X16 küçəsi ev 6, mənzil 6-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ələ keçirmiş, həmin avtomobili satmaq üçün Mingəçevir şəhəri M.Maqomayev prospekti ev 14, mənzil 27-də qeydiyyatda olan və yaşayan X3 vermişdir.Məhəmməd Abbasov həmin avtomobili 09 may 2021-ci il tarixdə İsmayıllı rayonun ərazisində X17 əməkdaşların saxla əmrinə tabe olmayıb avtomobili saxlamamış, həmin ərazidə avtomobilin yanacağı qutarmış və onu polis əməkdaşları saxlamışlar.Ona görə də Məhəmməd Abbasov tərəfindən Mingəçevir polis şöbəsindən Abşeron rayon Pİ-nə gətirilmiş və Məhəmməd Abbasov etiraf etmişdir ki, həmin avtomobili Xırdalan şəhərindən Ceyhun qaçırmış və Mingəçevir şəhərində Ceyhun ona avtomobil qaçırdığını demiş, o, da avtomobili satmaq üçün Ceyhundan almış və satıb 1000 manat pul da Ceyhuna verəcəkmiş, lakin polis əməkdaşları onu tutmuşlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinin 04 mart 2021-ci il tyarixli, 63 nömrəli protokolundan göstərilmişdir ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşdur. Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə daktiloskopik ekspertizasının 15 mart 2021-ci il tarixli, 21/204R saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş vətəndaş Təqsirləndirilən şəxs adına çıxarılmış daktiloskopik xəritə müqayisəli tədqiqt üçün yararlıdır. xx.xx.2021-ci il tarixdə ünvan 9 ünvanında yerləşən “X11” mərkəzinin qarşısında vətəndaş Nümayəndə idarə etdiyi “VAZ-21063” markalı, Az 20AA327 dövlət nömrə nişanlı avtomaşının qaçırılması faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı 05 ədəd yapışqan lent kəsikləri vasitəsi ilə götürülmüş izlərdən 04 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi (Mingəçevir ŞPŞ-dən tədqiqata təqdim edilmiş) xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağın əksi ilə eynilik müəyyən edildi.Qalan digər 03 ədəd əl-barmaq izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin və Təqsirləndirilən şəxs əl əksləri ilə eynilik aşkar edilmədi. xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhəri “Dostluq Parkı”nın arxasında yerləşən avtomobil dayanacağında vətəndaş Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21063” markalı, Az 45BL838 dövlət nömrə nişanlı avtomaşının qaçırılması faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı 03 ədəd yapışqan lent kəsikləri vasitəsi ilə götürülmüş izlərdən 03 ədəd əl-barmaq izi şəxsiyətin eyniləşdirilməsi üçün yararlıdır.Şəxsiyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi “Mingəçevir ŞPŞ-dən tədqiqata təqdim edilmiş) xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağın əksi ilə eynilik müəyyən edildi. Qalan digər 03 ədəd əl-barmaq izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin və Təqsirləndirilən şəxs əl əksləri ilə eynilik aşkar edilmədi. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 14 iyul 2021-ci il tarixli, 9/3482 saylı ekspert rəyində göstərilmişdir ki, Respublikada yerləşən mağazalarda, avtobazalarda, yerli internet saytlarında (“turbo.az”, “tap.az” və s) mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilmiş malların nəzərə alınaraq 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 6560,50 manat müəyyən edilir.O cümlədən: - 1 ədəd ağ rəngli, 2008-ci il buraxılışlı, “VAZ-21041” markalı, 99NR263 dövlət qeydiyyat nişanlı avtomobilin yuxarıdakı xüsusiyyətləri nəzərə alınmaqla – 6500,00 manat; - 1 ədəd üzərində “X12” yazıları olan elektron tərəzi – 40,00 manat; - 1 cüt qara rəngli əlcəklər – 0,50 manat; - 1 ədəd tünd göy rəngli, üzərində “FEİTE&WEAR” yazıları olan, XXXL ölçüdə, iki cibli, astarlı, ön hissəsi zəncirbəndlə açılıb-bağlanan gödəkçə - 20,00 manat. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 24 may 2021-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhər Nərimanov rayon məhkəməsinin 22 avqust 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 mart 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Mingəçevir ŞPŞ-in şübhəli şəxs qismində tutulması haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, iş üzrə "xxxx"ASC-nin X13 Enerji Təhcizatı və Satışı İdarəsinin balansında olan “VAZ 2106” maraklı, **-AA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” maraklı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, Zərərçəkmiş şəxs3 məxsus “VAZ 2106” maraklı, **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və Zərərçəkmiş şəxs5 məxsus «Vaz-21074» markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs1 məxsus VAZ-21041 markalı, 99NR263 dövlət qeydiyyat nişanlı avtomobil, bir ədəd üzərində “X12” yazıları olan elektron tərəzi, bir cüt qara rəngli əlcəklər, bir ədəd tünd göy rəngli, üzərində “FEİTE&WEAR” yazıları olan, XXXL ölçüdə, iki cibli, astarlı, ön hissəsi zəncirbəndlə açılıb-bağlanan gödəkçə ibtidai istintaq zamanı sahiblərinə qaytarılmış, eyni zamanda lent kəsiyində götürülmüş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağın əksi, Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağın əksi cinayət işi materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid3 və Şahid4, Şahid5 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini təqdiq etdiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.4, 185.2.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı bir zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən hal, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Mingəçevi şəhər polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 150 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan "xxxx"ASC-nin X13 Enerji Təhcizatı və Satışı İdarəsinin balansında olan “VAZ 2106” maraklı, **-AA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” maraklı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, Zərərçəkmiş şəxs3 məxsus “VAZ 2106” maraklı, **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, Zərərçəkmiş şəxs5 məxsus «Vaz-21074» markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs1 məxsus VAZ-21041 markalı, 99NR263 dövlət qeydiyyat nişanlı avtomobil, bir ədəd üzərində “X12” yazıları olan elektron tərəzi, bir cüt qara rəngli əlcəklər, bir ədəd tünd göy rəngli, üzərində “FEİTE&WEAR” yazıları olan, XXXL ölçüdə, iki cibli, astarlı, ön hissəsi zəncirbəndlə açılıb-bağlanan gödəkçə sahiblərinə qaytarılması, Nümayəndə idarə etdiyi “VAZ-21063” markalı, Az 20AA327 dövlət nömrə nişanlı avtomaşının qaçırılması faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı lent kəsiyində götürülmüş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağın əksi, Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21063” markalı, Az 45BL838 dövlət nömrə nişanlı avtomaşının qaçırılması faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı lent kəsiyində götürülmüş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağın əksi cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Cinayət nəticəsində dəymiş maddi ziyan 6560,50 manat tam ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Mingəçevi şəhər polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 150 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan "xxxx"ASC-nin X13 Enerji Təhcizatı və Satışı İdarəsinin balansında olan “VAZ 2106” maraklı, **-AA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” maraklı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, Zərərçəkmiş şəxs3 məxsus “VAZ 2106” maraklı, **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, Zərərçəkmiş şəxs5 məxsus «Vaz-21074» markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs1 məxsus VAZ-21041 markalı, 99NR263 dövlət qeydiyyat nişanlı avtomobil, bir ədəd üzərində “X12” yazıları olan elektron tərəzi, bir cüt qara rəngli əlcəklər, bir ədəd tünd göy rəngli, üzərində “FEİTE&WEAR” yazıları olan, XXXL ölçüdə, iki cibli, astarlı, ön hissəsi zəncirbəndlə açılıb-bağlanan gödəkçə sahiblərinə qaytarılması, Nümayəndə idarə etdiyi “VAZ-21063” markalı, Az 20AA327 dövlət nömrə nişanlı avtomaşının qaçırılması faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı lent kəsiyində götürülmüş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağın əksi, Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21063” markalı, Az 45BL838 dövlət nömrə nişanlı avtomaşının qaçırılması faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı lent kəsiyində götürülmüş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağın əksi cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar