Məhkəmə qərarları › İş №1(012)-591/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-591/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-591/2024 28.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.2003-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, Cəlilabad rayonu, Maşlıq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 30-da yerləşən iki mərtəbəli fərdi yaşayış evinin hasarından aşmaqla həyətinə sonra isə evin plastik pəncərəsini sıxıb açmaqla evə qanunsuz daxil olub, evin ikinci mərtəbsində yerləşən otaqdan 4 min manat dəyərində qızıl-zinyət əşyalarını götürmək istəyərkən yataq otağının bağlı qapısını sındıran zaman qapının şüşəsi sağ ayağını kəsdiyindən və ayağından güclü qan axdığından təcili həkimə müraciət etmək zərurəti yarandığına görə öz iradəsindən asılı olmayan səbəbdən qəsdən törətmiş olduğu cinayət əməlini başa çatdıra bilməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 4 min manat dəyərində olan qızıl-zinət əşyalarını gizli olaraq talamağa, yəni oğurlamağa cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 29,177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayının əvvəllərində işləmək üçün yaşadığı Cəlilabad rayonundan Bakı şəhərinə gəlmişdir. Xırdalan şəhərində “Riyad” ticarət mərkəzinin arxasında yaşayan xalası Sevdagildə qalmışdır. Bakı şəhərində və Abşeron rayonunda iş axtarsada tapa bilməmiş və buna görə maddi tələbatını təmin etmək üçün oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yaşayan bibisi oğlu Nurlangildən taksi ilə Xırdalan şəhərinə gəlmiş və “Hyundai” avto salonunun qarşısında taksidən düşüb yolu əks tərəfə keçmişdir. Xırdalan şəhərində adını bilmədiyi küçədə oğurluq etmək üçün heç kəsin olmadığı ev axtarmağa başlamışdır. Orada bir evin yay fəslində pəncərələrinin bağlı olmasından və kondisionerin işləməmsindən həmin evdə heç kimin olmadığını yəqin etmiş və hasardan aşıb həyətə keçmişdir. Həyətdə olan iki mərtəbəli evin 1-ci mərtəbəsinin plastik pəncərəsini sıxıb açmış və evə daxil olmuşdur. Birinci mərtəbədə yalnız mətbəx olduğu üçün pilləkənlə birbaşa evin ikinci mərtəbəsinə qalxmışdır. Evin ikinci mərtəbəsində olan 3 otaqdan birinin qapısı bağlı olmuşdur. Həmin bağlı otaqda qiymətli əşya olduğunu fikirləşmiş və çiyni ilə qapının şüşəsini vurub sındırmışdır. Sınmış pəncərədən əlini içəri salıb qapının üstündə açar olubolmadığını yoxlamışdır. Lakin qapının üstündə açar olmamışdır. Qapını sındırmaq üçün sağ ayağı ilə şüşələr arasında olan taxtaya vurarkən ayağı sınmış şüşənin arasına keçmiş və sağ ayağı kəsilmiş və ayağından qan axmağa başlamışdır. Ayağından xəsarət aldığı üçün dərhal evdən çıxıb küçəyə getmiş və Xırdalan dairəsində olan insanlar taksi saxlatdırıb onu taksiyə əyləşdirmiş və taksi sürücüsü onu Bakı şəhərinə Respublika Klinik xəstəxanasına aparmışdır. Həmin günü onu oradan Travmatologiya institutuna aparmışlar və orada sağ ayağından əməliyat olunmuşdur. Zərərçəkmiş şəxslə barışmışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 06 radələrində həyat yoldaşı Şahid1 ilə birlikdə evdən çıxıb Laçın rayonuna getmişlər. Evdən çıxarkən yataq otğaında dolabın içində paltarların arasında 8 min manat pul saxlamışdır. Həmin pulu oğlu Emil Dağıstan Respublikasının Dərbənd şəhərindən gəlib götürməsi üçün saxlamışdır. Evdən çıxarkən ikinci mərtəbədə üç otaqdan birinin qapısını bağlamışdır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində qonşuları Xamiz ona zəng edib evlərinin darvazasının qarşısına qan töküldüyünü və evin 1-ci mətəbəsinin pəncərəsinin açıq olduğunu, gəlib evə baxmalarını bildirmişdir. O, bu barədə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan kürəkəni Şahid2 zəng edib bildirmiş və Samir 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan 2-3 gün sonra o, Xırdalan şəhərinə evinə gəlmiş və evin 1-ci mərtəbəsinin pəncərəsinin açıq olduğunu həyət və evin daxilində qan ləkələri olduğunu görmüşdür. Evin ikinci mərtəbəsində bağlı saxladığı otağın qapısının şüşəsinin və taxta hissəsinin sındırıldığını görmüşdür. Evinə oğurluq üçün daxil olan şəxs bağlı qapını sındırmaq istəyərkən xəsarət almış və bu səbəbdən ev və həyət qana boyanmışdır. Əlavə olaraq bildirmişdir ki, 8 min manat pulunun olmadığını gördükdə oğurlandığını zənn etmiş, lakin sonradan ona məlum olmuşdur ki, həmin 8000 manat pulu oğlu Emil evə gəlib götürmüş və Almaniya Federativ Respublikasına getmişdir. Bundan bir müddət sonra oğlu Emillə əlaqə saxladıqda Emil həmin 8 min manat pulu xx.xx.2023-cü il tarixdə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 06 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə evdən çıxıb Laçın rayonuna getmişlər. Evdən çıxarkən həyat yoldaşı Asif yataq otğaında dolabın içində paltarların arasında oğlu Emilin götürməsi üçün 8000 manat pul saxlamışdır. Evdən çıxarkən ikinci mərtəbədə üç otaqdan birinin qapısını bağlamışlar. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində qonşuları Xamiz Asifə zəng edib evlərinin darvazasının qarşısına qan töküldüyünü və evin 1-ci mərtəbəsinin pəncərəsinin açıq olduğunu, gəlib evə baxmalarını bildirmişdir. Asif bu barədə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan kürəkənləri Şahid2 zəng edib bildirmiş və Samir 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan 2-3 gün sonra Xırdalan şəhərinə evlərinə gəlmişlər və evin 1-ci mərtəbəsinin pəncərəsinin açıq olduğunu həyət və evin daxilində qan ləkələri olduğunu görmüşlər. Evin ikinci mərtəbəsində bağlı saxladıqları otağın qapısının şüşəsinin və taxta hissəsinin sındırıldığını görmüşlər. Evlərinə oğurluq üçün daxil olan şəxs bağlı qapını sındırmaq istəyərkən xəsarət almış və bu səbəbdən ev və həyət qana boyanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qayınatası Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə ailə üzvüləri ilə Laçın rayonuna getmişdir. xx.xx.2023-cü il tarixdə qayınatası Asif ona zəng etmiş və Xırdalan şəhəri, A.Şəmşir küçəsində yerləşən evindən oğurluq olduğunu və təcili evə gedib baxmağını bildirmişdir. O, həmin vaxtı 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermiş və Xırdalan şəhərinə qayınatası Asifin evinə getmişdir. Həmin vaxtı evin 1-ci mərtəbəsinin açıq olduğunu və pəncərənin qarşısının qan içində olduğunu görmüşdür. Qapını açıb evə daxil olmuş və evin qan içində olduğunu və 2-ci mərtəbədə otağın qapısının şüşəsinin sındırıldığını görmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi, ev 28-də yaşayır və Zərərçəkmiş şəxs da onlarla qonşuluqda yaşayır. xx.xx.2023cü il tarixdə səhər saatlarında Asif ailəsi ilə birlikdə Laçın rayonuna getdiyi üçün evinə nəzarət etməyi ondan xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Asifin evinin həyət qapısını açıb baxarkən həyətin qan içində olduğunu və evin 1-ci mərtəbəsinin plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Bu barədə Asifə zəng edib bildirmiş və bundan sonra Asifin kürəkəni gəlib evə baxmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, avtomobil alqı-satqısı ilə məşğul olur və yük avtomobili ilə xarici ölkələrdən avtomobil gətirir. Atası Asif ailə üzvüləri ilə Laçın rayonuna gedəcəkləri üçün ona çatası 8000 manat pulu evdə yataq otağında dolabda saxladığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında o, Dərbənd şəhərindən Xırdalan şəhərinə evlərinə gəlib 8 min manat pulu götürüb getmişdir. Bundan bir müddət sonra atası Asiflə telefonla əlaqə` saxladıqda atası evdən 8 min manat pulun olmadığını bildirmişdir. O, atası Asifə 8 min manat pulu xx.xx.2023-cü il tarixdə axşam saatlarında evdən götürüb Almaniya Federativ Respublikasına getdiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 2621 saylı rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ aşıq-baldıroynağı nahiyəsinin, sağ axil vətərinin kəsilməsi ilə müşahidə olunan sağ aşıq-baldır oynağı nahiyəsinin kəsilmiş yarası iti kənarlı əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sınmış şüşə parçasının təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Abşeron RPİ-in icraatındadır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, baxış zamanı bir nəfər əynində qara rəngli şalvar və ağ rəngli köynək olan şəxsin asfalt küçə ilə axsaya-axsaya qaçması müşahidə olunur. Diskə baxışda iştirak edən Təqsirləndirilən şəxs diskdə olan görüntüdə əksi təsvir edilən şəxs özü olduğunu və xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Xırdalan şəhəri, A.Şəmşir küçəsində fərdi yaşayış evinə oğurluq etmək üçün daxil olmuş, lakin evin otağının qapısnı ayağı ilə sındıran zaman sağ ayağı kəsildiyindən evdən oğurluq edə bilmədiyini və evdən çıxıb qaçdığını bildirməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxslə barışıq əldə edilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələb yoxdur, cinayət işi üzrə mülki iddia yoxdur; maddi sübut qismində tanınmış video görüntünü əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar