Məhkəmə qərarları › İş №1(012)-591/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-591/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-591/2025 22.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1, onun müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X17 iştirakları ilə, X18 tərəfindən X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X18 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İsmayılovaların qanunsuz və qərəzli əməllərinə son qoyulması, dinc yaşayışlarının təmin edilməsi məqsədilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 (böhtan) 148 (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində qanunamüvaflq tədbir görülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Abşeron Rayon məhkəməsinin icraatında olmuş 3(012)-235/2025 nömrəli inzibati xatalar haqqında iş üzrə xx.xx.2025 tarixində məhkəmə iclasında X4 onun evli olmağına baxmayaraq ona şər böhtan ataraq guya onu qara maşın aparıb gətirir, bu boşanıb anası da boşanıb bunların ailə tərzi budu. İclas bitdikdən sonra da qışqırırdı hətta icra məmuru qapını bağladı mən eşitməyim mən polisə dedim tədbir görsünlər lakin heç kim tərəfindən tədbir görülmədi. İsmayılova Nurlana məhkəmənin binasından çıxarkən sataşaraq ona və yaşlı anasına əxlaqsızlar söyərək çox saylı kənar şəxslərin içində onları təhqir etdi və şərəf ləyaqətini alçatdı. O hər zaman hamını videoya çəkir öz söyüşlərin kəsir. Sonradan polisə şikayət etdiyi sahə müvəkkili ona zəng etdi polis şöbəsinə çağırdı dedi gələcək, İsmayılova Nurlana onu aldatdı və sonra daha telefon zənglərinə cavab vermədi. Bu biyabırçılıqlar birinci dəfə deyil. O məhkəmələrə gəlmişdir, X7 onun nümayəndəsidir. Hər dəfə onu əsəbləşdirir, anası ürək xəstəsidir, ciddi müalicə alır. X5 şər böhtan ataraq Abadlıq şirkətinin X15 guya onunla əlaqəm var (sübut eləməlidir) istintaq zamanı (üzləşmədə) qışqıraraq ona şər ataraq guya mən şirkəti talamışdır, ona görə maşınlarını dəyişir və pulu var. Bundan başqa X1 anası X8 ümumi istifadə olunan yolda qışqıraraq dedi onun iş yerinə məktub yazıb göndərəcəklər və onu guya biabır edəcəklər. O məhkəmədə iddia qaldırdığıma görə torpağından bağlı onları şərləyərək məhkəmə gedişatında hədə qorxu gəlirlər. Onu və yaşlı valideyinlərinə də şər böhtan ataraq Şərəf ləyaqətlərini alçaldıblar. İsmayılova Nurlana ona sataşaraq hədə qorxu gəlirlər ki iddia ərizəsini geri götürsün. Onlar dəfələrlə məhkəmə iclaslarında onları təhqir etməyinə görə hüquq məhkəmə şurasına şikayətlərini bildirmiş, hətta sədrin müavinin qəbulunda olmuşlar, tədbir görüləcəyini bildirmişlər. X4 CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət törətmişdir. Üzr istədiyinə görə onu bağışlamış, lakin çox heyifsənir ki, onu bağışlaməşdır. Çünki sonradan öz əməllərindən qalmayıb, yenə ona və yaşlı valideyinlərinə şər böhtan atır. X4 nə danışırsa hamısı yalandır, şər böhtandır öz uydurmalardır öz hərəkətlərin ört basdır etmək üçündür. Məhkəmə iclasının qeydə alınması həyata keçirildiyinə görə həmin prosesin video qeydlərində izlənməsi mümkündür. Onu evinə keçməyə qoymurlar, valideyinlərinə hədə qorxu gəlirlər, qışqırırlar ki, xətlərindən su oğurlamışlar. X7 intihar cəhdinə çatdırmışdır. Xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 etiraz ərizəsində bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin icraatında olmuş 3(012)-235/2025 nömrəli inzibati xətalar haqqında iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X18 və onun X7 xx.xx.2025 tarixində saat 14:00-a təyin edilmiş və keçirilmiş məhkəmə iclasında və məhkəmə iclasından sonra Abşeron Rayon Məhkəməsinin binasının gözləmə zalında çoxsaylı kənar şəxslərin və digər vətəndaşların içində onu təhqir etmiş, şərəf və ləyaqətini açaldan ifadələr səsləndirmişdir. Belə ki, məhkəmə iclasının gedişində dəfələrlə ifadəsini kəsmiş, yerindən təhqirli atmacalar atmış, səs-küy və qarışıqlıq salmağa çalışmış, məhkəmə zalında olarkən ona “sənin üzünə tüpürüm, dayan, səni həbs etdirəcəyəm, mən sənin kimi dilənçi deyiləm, cərimə üç min manat da olsa, ödəyəcəyəm, amma görəcəksən, nə olur-olsun, səni həbs etdirəcəyəm” deyərək məhkəmə zalından çıxmış və məhkəmənin gözləmə zalında səs-küy salmağa davam etmiş, qabaqdan gəlmişlik edərək məhkəmə binasının içində o tərəf bu tərəfə gəzinərək “hanı buranın yiyəsi, yoxdur buranın yiyəsi, o məni təhqir edir, tutun onu” deyərək qışqırmağa başlamış, daha sonra icra məmuru ilə birlikdə məhkəmə zalından çıxarkən telefonumu götürərək onun bu hərəkətlərini video qeydiyyata almağa başladığında X13 mənə “bu kimdir ey çəkir, cındırın biri”, X18 ona “məni niyə çəkir, kim icazə verib, qəhbə” deyərək çoxsaylı kənar şəxslərin içində təhqir etmişdir. Bu cür hallar dəfələrlə təkrarlandığı üçün polis və prokurorluq orqanlarına müraciət etsə də X18 və onun X7 barəsində operativ tədbir görülməmiş, hadisə Abşeron Rayon Məhkəməsinin inzibati binasında baş verdiyi üçün və təhqirlə bağlı mübahisələrin həlli bilavasitə məhkəmənin səlahiyyətində olduğu üçün ona xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. X18 və onun anası X2 ona sataşmaq, prinsip aparmaq üçün irəli sürdüyü əsassız, haqsız, vicdansızcasına iddialarının arası kəsilmədiyi üçün artıq onun tərəfimdən onun barəsində cinayət işinin açılmasına dair müvafiq formada aidiyyatı orqanlara müraciət etmək zəruriyyəti yaranmışdır. Bu səbəbdən xx.xx.2025 tarixində X18 və onun X7 barəsində xüsusi ittiham qaydasında Abşeron Rayon Məhkəməsinə şikayətlər təqdim etmiş, müvafiq olaraq 1(012)-563/2025 və 1(012)- 564/2025 nömrəli işlər üzrə məhkəmə hazırlıq iclasları təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında Vəlizadələr işin materialları ilə tanış olmaq üçün vaxt istədiklərini bildirdiklərinə görə məhkəmənin hazırlıq iclasları bir həftə sonraya təxirə salınmışdır. Bu müddətdən istifadə edərək X18 və onun X7 qabaqdan gəlmişlik məqsədilə daha sonra xx.xx.2025 tarixində ərizəsinin mətninə müəyyən dəyişikliklər etməklə növbəti dəfə şər-böhtan xarakterli, heç bir sübuta əsaslanmayan ərizə ilə onun barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermişlər. xx.xx.2022 tarixdən etibarən Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(012)-29/2025 nömrəli mülki iş üzrə cavabdeh Vəlizadə ailəsinin bugünədək ona və yaşlı valideynlərinə qarşı etdiyi bütün özbaşınalıqlar, qanunsuz, sataşma xarakterli hərəkətlər, şər-böhtanlar onun tərəfindən müvafiq video və səs qeydləri ilə ifşa olunduğuna görə, həmçinin bütün iddialarında haqsız, qərəzli olduqları ortaya çıxdığına görə, artıq ən çirkin yollara əl atmaqdan çəkinməyən Vəlizadələr hüquqmühafizə orqanlarının və məhkəmələrin onların haqsız iddialarına qarşı qanuni cəza tətbiq etməməsindən arxayın olaraq bu dəfə aşkar şəkildə, məhkəmənin adından istifadə edərək şər-böhtan xarakterli iddialarla onun vaxtını almağa, ona sataşmağa başlamışdırlar. Belə ki, X18 özlərinin küçəyə açılan pəncərəsindən anamın üzərinə qaynar su ataraq yanıq xəsarəti yetirmiş, onun üzərinə hücum edərək telefonunu alaraq yerə çırpmış, qol və sinə nahiyyəsini cırmaqlamış, hər cür təhrikedici yollara əl atmış, ona şər-böhtan ataraq onu döydüyünü, əlini sındırdığını iddia etmiş, sübuta yetirə bilməyincə polislə əlbir olaraq sifariş əsasında onun xəbəri olmadan guya onunla barışıq etdiyini, guya üzr istəyərək ona kompensasiya ödədiyini bəyan edərək şikayətini geri götürmüş, onun üzərinə maşın sürərək öldürməyə çalışdığını, anasının onun maşınından pul oğurladığını, maşınını əzdiyini, cızdığını və s. bildirərək dəfələrlə ona və valideynlərinə şər-böhtan atmağa cəhd etmişdir. Bütün şər-böhtanları istədiyi nəticəni vermədiyi üçün, məhkəmə ekspertizasının və mütəxəssisin rəyi ilə mənə məxsus torpaq sahəsini zəbt etdikləri öz təsdiqini tapdığı üçün, məhkəmə tərəfindən Vəlizadələr ailəsinə müvəqqəti təminat tədbiri xarakterli bir sıra qadağalar qoyulduğu üçün, X18 və onun X7 xuliqanlıq ehtiva edən hərəkətlərinə görə rəsmi qaydada cərimələndikləri üçün hiddətlənən Vəlizadələr özləri açıq şəkildə onu təhqir edərək qabaqdan gəlmişlik etməklə barəsində əsassız şikayətlər etməyə davam edirlər. Daha öncə də X13 tərəfindən onun barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət təqdim edilmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz onun tərəfindən törədilməsinə dair sübutlar göstərilmədiyi üçün X10 şikayətinin icraata qəbulundan imtina edilmişdir. Bu cür hallar bugünədək dəfələrlə təkrarlanmış, polis orqanlarına dəfələrlə müraciət etsəm də Vəlizadələrin müxtəlif yollarla polis nümayəndələrinə təsiri nəticəsində heç bir tədbir görülməmiş, müraciətlərinə isə formal cavab verilərək məhkəməyə müraciət etmə hüququnun olduğu bildirilmişdir. Belə ki, Abşeron rayonu, Novxanı kəndində mənə məxsus torpaq sahəsi və evin yeganə giriş-çıxış yolu olan Şıxəli Qurbanov küçəsindəki üç metr enindəki dalanda X13 və X18 dəfələrlə dincliyini pozaraq, qoyulmuş məhkəmə qadağalarını tapdalayaraq onun və yaşlı valideynlərinin rahat yaşayışına çoxsaylı qərəzli maneələr yaratmış, küçəyə çıxaraq onun və yaşlı valideynlərinin ünvanına nalayiq ifadələr işlətmiş, təhqirlər etmiş, böhtanlar səsləndirmişdir. X6 ona və mənim valideyninə “səviyyəsiz, pox yedin, cındır, dayan, səni süründürəcəyəm”, “adama da oxşamırsan, qotur, anan da dəlilər kimi başını kəsib, işlənmiş cırıq” kimi çirkin ifadələrlə bizi təhqir etmişdir. Həmçinin, X18 öz avtomobili ilə onun yolunu kəsərək öncədən planlanmış şəkildə küçədə səs-küy salmış, böyük insident yaranması üçün yüksək səylə provokasiyalar etmiş, küçədən keçən kənar şəxslərin yanında ona “iylənmiş, it iyi gəlir səndən, ona görə bugünədək səni alan olmayıb”, “sən mənim qardaşıma sürtüşüdün, onun ailəsini dağıtmaq istəyirdin, qardaşım sənə beş manat verib səninlə gəzib” kimi çirkin ifadələrlə onu təhqir etmiş, şərəf və ləyaqətini alçaltmağa çalışmış, böhtanlar səsləndirərək nüfuzdan salmağa, kənd içində onun barəsində nalayiq təsəvvür formalaşdırmağa çalışmışdır. Əlavə olaraq Vəlizadə Azad qızı onun evinin qapısının önünə gələrək küçədə yüksək səslə onun anasına “qızın evdə qalıb başı xarab olub, get ərə ver qızını”, “yaxşı olub sənin oğlanların ölüb, bu qızın da öləcək” deyərək anama sataşmış, onu təhrik etməyə çalışmışdır. Bundan başqa X3 rayonu, Novxanı kəndində ona məxsus torpaq sahəsi və evin yeganə giriş-çıxış yolu olan Şıxəli Qurbanov küçəsindəki üç metr enindəki dalanda küçədə yüksək səslə ona və anasına “dayan, fahişə, göstərərəm sənə”, “gör başına nə oyun açıram, hər yola əl atıb sizə bu evi sökdürəcəyəm”, “Allah bilir kimə nə bəla verir, elə-belə verməyib ki, bəlanı”, “məhkəmə də deyir ki, bunlar nə səviyyəsiz ailədir” kimi ifadələr səsləndirərək həm təhqir etmiş, həm də məqsədli şəkildə insident yaranması üçün təhrik etmişdir. Həmçinin, X13 mütəmadi olaraq müxtəlif yerlərdə kənar şəxslərə onun və valideynlərinin barəsində böhtan xarakterli məlumatlar yayaraq onların şərəf və ləyaqətini alçaltmağa, barəsində təhqirli ifadələr səsləndirərək işgüzar nüfuzuna zərər vurmağa çalışmışdır. X13 həm qonşulara, həm onların evinə gələn şəxslərə (ustalara, material gətirən şəxslərə, rəsmi qurumların nümayəndələrinə və s.), həm də onun işlədiyi şirkətin rəhbərliyinə (təsisçi və sahibkar şəxsə) zəng edərək və mesaj yazaraq onun və valideynlərinin barəsində nalayiq ifadələr və böhtanlar səsləndirmişdir. Belə ki, X13 onların evinə gələn şəxsləri saxlayaraq “bunlar işverəndirlər, sahə rəisini şərlədilər, bunların başına oyun gətirəcəyəm mən, bunlar səviyyəsizdirlər, bilin, tanıyın hamınız” deyərək barələrində böhtanlar və təhqirlər səsləndirmiş, həmçinin onun işlədiyi şirkətin rəhbərliyinə zəng edərək, video və fotolar, polisə aid sənədlər göndərərək və səsli mesaj yazaraq “İranə xanım, baxın, bu Nurlananın anası və atası necə biyabırçı insanlardır, sizin şirkəti talayıblar, onlara pul hardan olub ki, altı ay ərzində ikimərtəbəli kürsülü evi tam tikdilər, tam təmir etdilər, içərisini də bütün əşyalarla doldurdular, evin də dörd bir yanına kameralar, kondisionerlər quraşdırıblar, sizin şirkətdən maşın-maşın materiallar, mebellər daşıyıblar, bunlar kasıb ailədir, bir paltarı üç il geyinirlər, bankdan maşın götürüblər, heç onun pulunu ödəyə bilmirlər, bunlar sizin şirkəti talayıblar, xəbəriniz olsun, onu işdən çıxarmısınızsa, yaxşı eləmisiniz, böyük bəladan canınız qurtarıb, bunlar səviyyəsiz adamlardır” və s. çirkin ifadələr, böhtanlar səsləndirərək mənim işgüzar nüfuzuna qaralamağa çalışmışdır. Təqdim etdiyi video görüntülərdən və audio mesajlardan bariz şəkildə görünür ki, məhz X18 və onun X7 tərəfindən ona və yaşlı valideynlərinə qarşı Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə müəyyən edilən cinayətlər törədilmişdir. Vəlizadə ailəsinin öz haqsız, qərəzli, vicdansızcasına iddiaları ilə onun, məhkəmənin, bu və digər dövlət orqanlarının vaxtını almasına, əsassız olaraq məşğul etməsinə son qoymaq üçün öz iddialarını əsaslı dəlillərlə sübut etmələri tələb edilməli, öz iddialarını sübuta yetirmədikdə isə onlara qarşı qanuni tədbir görülməli, böhtana əl atdıqlarına görə müvafiq cəza tətbiq edilməlidir. Əks halda onların əsassız iddialarının cavabsız qalması, onlara qarşı qanuni ölçü götürülməməsi Vəlizadə ailəsinin sırf paxıllıq hissi ilə öz sataşma xarakterli hərəkətlərinə davam etməsinə rəvac verir. Odur ki, X12 xüsusi ittiham qaydasında şikayət ərizəsinin rədd edilməsi, vicdansızcasına əsassız iddia verməsinə və onun iş vaxtının, şəxsi vaxtının, maddi vəsaitinin və s. itirilməsinə görə 2,000.00 AZN (iki min manat) məbləğində vəsaitin X11 tutularaq ona ödənilməsinə dair qətnamə/qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 bildirdi ki, X18 xüsusi ittiham qaydasında dəfələrlə şikayət verməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir, hal-hazırdada göründüyü kimi bir neçə dəfə onun gəlməməsinə görə məhkəmə iclası təxirə salınmışdır. Onun vaxtını dəfələrlə bu şikayətlərlə almışdır. Odur ki, xüsusi ittiham qaydasında şikayətin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında onun müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X19 xüsusi ittiham qaydasında şikayətin geri qaytarılmasını xahiş etdi. Xüsusi ittiham qaydasında şikayət vermiş X18 məhkəmə hazırlıq iclası barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə hazırlıq iclasına təkrarən gəlməmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.8-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, xüsusi ittihamçı X12 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Həmçinin, ərizənin formasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin şəxsi məlumatları onun iş yeri haqqında məlumatlar qeyd edilməmiş, sübutlar siyahısı və bunu təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətindən imtina etdiyinə görə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 300.5, 302.1.3, 314.2 və 43.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X18 tərəfindən X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci və 148ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət işi başlanmasına dair şikayətin icraata qəbul olunmasından imtina edilsin. Qərardan 20 gün müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar