Məhkəmə qərarları › İş №1(012)-593/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-593/2021

13.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-593/2021 13.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı zərərçəkmiş şəxsin hüquqi varisi X3, Zərərçəkmiş şəxs1, zərəçəkmiş şəxs X5, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlunun, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx.xx.1981-ci ildə Lerik rayonu, Çayrud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Lerik rayonu, Çayrud kəndində qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1996-cı ildə Qobustan rayonu, Hilmilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Qobustan rayonu, Hilmilli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal 5 küçəsi, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 18 avqust 2021-ci il tarixdə saat 14:40 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Zil MMZ 4505” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Abşeron rayonu, Qobu qəsəbəsi istiqamətindən Aşağı Güzdək qəsəbəsi istiqamətində hərəkətdə olarkən Qobu qəsəbəsi ilə Aşağı Güzdək qəsəbəsi arasındakı ərazidə yoxuşa girəcəkdə yerləşən döngədə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməmiş və idarəetməni itirərək əks istiqamətli yola daxil olmuş bu zaman yolun əks istiqaməti ilə hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs2 etibarnamə ilə idarə etdiyi “Vaz 21214” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxmış, həmin anda Təqsirləndirilən şəxs2 öz hərəkət yolundan əks istiqamətli yola daxil olub “Zil MMZ 4505” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin solundan ötmə əməliyyatı yerinə yetirmək istədikdə, sonuncu avtomobili öz hərəkət yoluna qaytarmağa cəhd etmiş və həmin anda onun idarə etdiyi yük avtomobilinin sağ qabaq hissəsi ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21214” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21214” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs2 qara ciyərin cırılmış yaraları,periton boşluğunda 1,5 litr qan yığılması,hər iki ağciyər toxmalarına qansızmalar,sol böyrəkaltı yumşaq toxumalara və böyrəyə qansızmalar,dalağın qansızmaları,sağ said nahiyəsinin yuxarı 1/3–nin əzilmiş-cırılmış yarası, alın, sağ bazu, sağ dirsək ilə oynağı, sağ said, bel,sağ bud, hər iki baldır nahiyələrinin və sağ əlin sıyrıqları ilə nəticələnən həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək ölməsinə , Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21214” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında sərnişin kimi əyləşmiş Zərərçəkmiş şəxs3 alın, sağ bazu, sağ said,bel, bud nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsinə, “Vaz 21214” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 sağ said nahiyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsinə, Zərərçəkmiş şəxs1 məxsus “VAZ 21214” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7787 manat ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs2 yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 18 avqust 2021-ci il tarixdə saat 14:40 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 21214” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi istiqamətindən Qobu qəsəbəsi istiqamətində hərəkətdə olarkən Qobu qəsəbəsi ilə Aşağı Güzdək qəsəbəsi arasındakı ərazidə onunla əks istiqamətdə hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Zil MMZ 4505” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin idarəteməni itirərək onun hərəkət yoluna daxil olduğunu gördükdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməyərək öz hərəkət yolundan əks istiqamətli yola daxil olub “Zil MMZ 4505” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini solundan ötmə əməliyyatı yerinə yetirmək istədikdə, sonuncu avtomobili öz hərəkət yoluna qaytarmağa cəhd etmiş və həmin anda onun idarə etdiyi avtomobilin sağ yan hissəsi “Zil MMZ 4505” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sağ qabaq hissəsi ilə toqquşmuş,nəticədə ehtiyyatsızlıqdan Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21214” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs2 qara ciyərin cırılmış yaraları,periton boşluğunda 1,5 litr qan yığılması,hər iki ağciyər toxmalarına qansızmalar,sol böyrəkaltı yumşaq toxumalara və böyrəyə qansızmalar,dalağın qansızmaları,sağ said nahiyəsinin yuxarı 1/3–nin əzilmiş-cırılmış yarası, alın, sağ bazu, sağ dirsək ilə oynağı, sağ said, bel,sağ bud, hər iki baldır nahiyələrinin və sağ əlin sıyrıqları ilə nəticələnən həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək ölməsinə , Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21214” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında sərnişin kimi əyləşmiş Zərərçəkmiş şəxs3 alın, sağ bazu, sağ said,bel, bud nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsinə, Zərərçəkmiş şəxs1 məxsus “VAZ 21214” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7787 manat Təqsirləndirilən şəxs1 məxsus “Zil MMZ 4505” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 2532 manat ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Zil MMZ 4505” markalı **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili 2008 ci ildə baş etibarnamə əsasında almış və yük avtomobili ilə şəxsi sifarişlər əsasında mişar daşı daşımaqla öz ailəsini dolandırır. 18.08.2021-ci il tarixdə təxminən saat 13 radələrində yaşadığı Abşeron rayonu Saray qəsəbəsi ərazisindən çıxaraq sifaiş üçün daş almaq məqsədi ilə Yuxarı Güzdək qəsəbəsi ərazisində yerləşən Daş karxanasına getmək istəmiş,həmin avtomobil yolu ilə gedərkən yolun Qobu qəsəbəsi ilə Yuxarı Güzdək qəsəbəsi arasında olan hissəsində yoxuşa çatan zaman yoxuşu rahat çıxa bilmək üçün avtomobilin surətini artırmış, bu zaman yoxuşa girəcəkdə yerləşən döngədə avtomobilin idarəetməsini itirmiş və qarşı nəqliyyat vasitəsinin yoluna çıxmışdır. Bu zaman qarşıdan göy rəngli Niva markalı avtomobil gəldiyini görmüş, həmin nəqliyyat vasitəsinin sürücüsü onun yoluna çıxdığını görmüş və yol nəqliyyat hadisəsinin qarşısını almaq üçün avtomobili onun hərəkət istiqamətinə, yəni yolun soluna tərəf döndərmişdir. O da eyni zamanda yol nəqliyyat hadisəsinin qarşısını almaq üçün öz hərəkət zolağına qayıtmış, bu zaman Niva markalı avtomobil ilə qarşı-qarşıya gəlmiş, Niva markalı avtomobil onun avtomobilinin qarşısından sola yoldan kənara çıxmaq istədikdə onun idarə etdiyi avtomobil sonuncu avtomobilinin sağ qapı tərəfindən toqquşmuşdur.Bu zaman avtomobili saxlayıb düşmüş və Niva markalı avtomobilə yaxınlaşmış,həmin zaman Niva markalı avtomobildə sürücüdən əlavə 2 nəfər sərnişin də olmuş, sərnişinlərdən biri qadın olmuş və avtomobilin ön oturacağında əyləşmiş,avtomobilin arxa oturacağında əyləşmiş sərnişin qəzadən dərhal sonra avtomobili tərk etmişdir. O, avtomobilin sürücü tərəfdən qapısından qadın sərnişini avtomobildən çölə çıxarmış və həmin qadın danışaraq onu yerə uzatmağı bildirmiş, həmin qadını yerə uzatdıqdan bir müddət sonra qadın dünyasını dəyişmişdir. Göstərmişdir ki,onun avtomobili idarə etmək hüququ olmuş, avtomobili idarə edərkən spirtli içkidən və ya narkotik vasitələrdən istifadə etməmiş, hadisə zamanı avtomobilində sərnişin olmamış,avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisəyə səbəb kimi yolun asfalt örtüyünün yeni çəkilməsində və isti havaların təsirindən yolun asfalt örtüyünün yumşalaraq sürüşkən hal alması olduğunu başa düşmüş, hadisə nəticəsində heç bir xəsarət almamış və ekspert müayinəsindən keçməkdən imtina etmiş,hadisə baş verən ərazidə avtomobili təxminən 50-60 km surətlə hərəkət etmişdir. Sonda o, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmadığını əsas gətirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “VAZ 21214” markalı **- NU-*** dövlət qeydiyyat nişanlı avtomobil anasının bibisi X1 məxsudur. Həmin nəqliyyat vasitəsi ona 23.06.2026-cı il tarixədək sürmək üçün etibarnamə ilə verilmişdir. 18.08.2021-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs3 ilə birlikdə Ədliyyə Nazirliyinin 13 saylı CÇM-də cəza çəkən tanışı Rəfailin qaynına baş çəkməyə getmiş,həmin şəxsə sovqat apardıqdan sonra evə qayıtmaq istədikdə sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu öyrəndiyi Ədliyyə Nazirliyinin 13 saylı cəza çəkmə müəssisəsinin nəzarətçisi dostu Rəfailə yaxınlaşaraq şəhər istiqamətində gedirlərsə, onu da aparmağı xahiş etmişdir. Könülün dişində arğısı olduğu üçün işdən icazə aldığını və evə getmək istədiyini, onu yola qədər ötürməyi xahiş etmişdir. Həmin şəxs qadın olduğu üçün dostu Rəfail avtomobilin arxa oturacağına əyləşmiş, həmin qadın isə avtomobilin ön oturacağına əyləşmiş, bundan sonra onlar çəcaçəkmə müəssisəsindən çıxıb şəhərə doğru getməyə başlamışlar. Yuxarı Güzdək qəsəbəsi ərazisindən Qobu qəsəbəsinə doğru getdikdə yoxuşa girən zaman qarşıdan Zil markalı yük avtomobilinin gəldiyini görmüş,həmin avtomobil yoxuşa qalxmazdan öncə olan döngədən dönərkən idarəetməni itirmiş və onun hərəkət yoluna çıxmış,həmin avtomobil ilə toqquşmamaq üçün o avtomobili ilə əks yola çıxmış ki, həmin yük avtomobilin solundan ötmə etsin və yenidən yoluna davam etsin. Bu zaman həmin yük avtomobili qəflətən öz yoluna qayıtmış və həmin anda da artıq toqquşma qaçınılmaz olmuşdur. O, hadisənin qarşısını almaq üçün asfalt örtüyün sol qurtaracağından yoldan kənar torpaq yola çıxıb Zil markalı yük avtomobilininin solundan keçmək istəmiş,bu zaman Zil markalı yük avtomobilinin sürücüsü ona yol vermək üçün avtomobili asfalt yolun tam sağ kənarına çəkmiş. həmin anda da Zil markalı yük avtomobili onun avtomobilinin sağ qapı hissəsindən toqquşmuşdur.Bundan sonra o, şok vəziyyətində olduğuüçün baş verən hadisələri xatırlamır. Əlavə olaraq göstərmişdir ki,onun avtomobili idarə etmək hüququ vardır, avtomobili idarə edərkən spirtli içkidən və ya narkotik vasitələrdən istifadə etməmiş, hadisə vaxtı avtomobildə ön oturacaqda dünyasını dəyişən sonradan adının Könül olduğunu öyrəndiyi şəxs və arxa oturacaqda dostu Rəfail əyləşmiş,avtomobilində heç bir texniki nasazlıq olmamış, Zil markalı avtomobili toqquşmadan təxminən təxminən 50-60 metr məsafədən həmin avtomobili görmüş, həmin vaxtı avtomobilini təxminən 50-60 km surətlə hərəkət etdirmişdir. Sonda o, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmadığını əsas gətirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs2 qızı onun bacısıdır. Mərhum bacısı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 13 saylı Cəza çəkmə müəssisəsində nəzarətçi vəzifəsində çalışmışdır. Mərhum bacısı Zərərçəkmiş şəxs2 əvvəllər heç bir zaman ailə həyatı qurmamışdır. Bacısı ailə qurmadığı üçün uşaq evindən X4 himayəsinə götürərək ona analıq etmişdir. Həmin uşağın hal hazırda 12 yaşı vardır. 18.08.2021-ci il tarixdə saat təxminən 15:30 radələrində mərhum bacısı Zərərçəkmiş şəxs2 işlədiyi 13 saylı Cəzaçəkmə müəssisəsindən ona zəng vuraraq bacısının yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişdiyi bildirilmiş, həmin yol nəqliyyat hadisəsi nəticəsində bacısı Zərərçəkmiş şəxs2 ölümü ilə bağlı həmin nəqliyyat vasitəsini idarə edən şəxslərdən şikayətçidir və hər iki nəqliyyat vasitəsinin sürüclərinin barəsində qanuni tədbir görülməsini istəyir. O, ailəsinə maddi və mənəvi cəhətdən dəstək olan təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 məhkəmə zamanı notarial qaydada verdiyi ərizələrindən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, VAZ 21214 markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsudur.Həmin avtomobili 2015-ci il tarixdə almış, Təqsirləndirilən şəxs2 isə qardaşının nəvəsidir. Həmin avtomobili sürmək üçün etibarnamə ilə 05.08.2021-ci il tarixdə Elçinə vermiş, sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 ona məxsus sürmək üçün etibarnamə ilə idarə etdiyi VAZ 21214 markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobilə maddi ziyan dəymiş, belə ki, toqquşma nəticəsində avtomobilinə 7787 manat məbləğində maddi ziyan dəymişdir.Baş vermiş hadisə ilə bağlı ona məxsus VAZ 21214 markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün etibarnamə ilə verdiyi Təqsirləndirilən şəxs2 heç bir şikayəti, tələbi və iddiası yoxdur. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə zamanı notarial qaydada verdiyi ərizələrindən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, 18.08.2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Ədliyyə Nazirliyinin 13 saylı CÇM-də cəza çəkən qaynına baş çəkməyə getmiş, həmin şəxsə sovqat apardıqdan sonra evə qayıtmaq istədikdə sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu öyrəndiyi Ədliyyə Nazirliyinin 13 saylı cəzaçəkmə müəssisəsinin nəzarətçisi ona yaxınlaşaraq şəhər istiqamətində gedirlərsə, onu da aparmağı xahiş etmişdir. Könül dişində arğısı olduğunu və bunun üçün də işdən icazə aldığını, evə getmək istədiyini və onu yola qədər ötürməyi xahiş etdiyi üçün onlar da razılaşmışlar. Həmin şəxs qadın olduğu üçün o, avtomobilin arxa oturacağına əyləşmiş, həmin qadın isə avtomobilin ön oturacağına əyləşmişdir. Bundan sonra onlar çəcaçəkmə müəssisəsindən çıxıb şəhərə doğru getməyə başlamış, yuxarı Güzdək qəsəbəsi ərazisindən Qobu qəsəbəsinə doğru getdikdə yoxuşa girən zaman qarşıdan Zil markalı yük avtomobilinin gəldiyini görmüş, həmin avtomobil yoxuşa qalxmazdan öncə olan döngədən dönərkən idarəetməni itirmiş və onların yoluna çıxmış, həmin avtomobil ilə toqquşmamaq üçün Elçin də əks yola çıxmış ki həmin yük avtomobilinin solundan ötmə etsin və yoluna davam etsin. Bu zaman həmin yük avtomobili qəflətən öz yoluna geri qayıtmış və bu zaman avtomobillər toqquşmuş və Zil markalı yük avtomobili onların hərəkətdə olduqları avtomobili yoldan çıxarmışdır. Hadisədən dərhal sonra o avtomobilin arxa şüşəsindən çıxaraq avtomobili tərk etmiş, sürücü Elçin huşunu itirmiş vəziyyətdə olmuş və sonuncunu avtomobildən çıxarmışdır. Bu zaman Zil markalı yük avtomobilinin sürücü də avtomobildən çıxıb onların avtomobilinə kömək etmək üçün yaxınlaşmış, həmin şəxsin köməkliyi ilə sonradan adının Könül olduğunu öyrəndiyi şəxsi avtomobildən çıxarmış, Könül avtomobildən çıxardıqdan sonra onu avtomobilin arxa hissəsinə keçirib kölgəlikdə uzatmış, təcili tibbi yardıma zəng vurmuş, onlar təcili yardıma zəng vurduqdan sonra həmin qadının dünyasını dəyişdiyini görmüşlər. O, maddi və mənəvi cəhətdən dəstək olan təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 13.09.2021-ci il tarixli 94 saylı rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyitinin məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – qara ciyərin cırılmış yaraları, periton boşluğunda 1,5 litr qan, hər iki ağciyər toxumalarına qansızmalar, sol böyrəkətrafı yumşaq toxumalara və böyrəyə qansızmalar, dalağın qansızmaları, sağ said nahiyəsinin yuxarı 1/3-nin əzilmiş-cırılmış yarası, alın sağ bazu, sağ dirsək oynağı, sağ said, bel, sağ bud, hər iki baldır nahiyələrinin və sağ əlin sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub küt əşyanın təsirindən ölümündən bir qədər əvvəl qərarın təsviri hissəsində göstərilən 18.08.2021-ci il tarixdə əmələ gəlmişdir, həyatidir, ölümü ilə birbaşa əlaqələri vardır və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir.Bu xəsarətlərin qərarda təsviri hissəsində göstərilən şəraitdə, yəni Zərərçəkmiş şəxs2 sərnişini olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gəlməsi mümkündür. Zərərçəkmiş şəxs2 ölümünə səbəb qaraciyərin cırılmış yaralarının törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (18.08.2021-ci il, saat 19:30-dan) təxminən 4-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs2 meyidindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazerin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 30.08.2021-ci il tarixli, 1978 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər – alın, sağ bazu, sağ said, bel, bud nahiyələrinin sıyrıqları – bərk küt əşyanın təsirindən müayinədən 4-5 gün əvvəl əmələ gəlmişdilər, qərarda göstərilən 18.08.2021-ci il tarixdə əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin qərarda göstərilən və zərərçəkən şəxsin qeyd etdiyi şəraitdə, yəni sərnişin olduğu avtomaşının digər avtomaşınla toqquşması nətəcisində əmələ gəlməsi mümkündür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 30.08.2021-ci il tarixli, 1977 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər – sağ bud nahiyəsinin sıyrıqları – bərk küt əşyanın təsirindən müayinədən 4-5 gün əvvəl əmələ gəlmişdilər, qərarda göstərilən 18.08.2021-ci il tarixdə əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin qərarda göstərilən və zərərçəkən şəxsin qeyd etdiyi şəraitdə, yəni idarə etdiyi avtomaşının digər avtomaşınla toqquşması nətəcisində əmələ gəlməsi mümkündür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 10 sentyabr 2021-ci il tarixli 6\2125 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Vaz 21214 markalı, ** NU *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Zil MMZ 4505 ” markalı **-BU-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Abşeron rayonu, Qobu qəsəbəsi istiqamətindən Yuxarı Güzdək qəsəbəsi istiqamətində olan ərazidə baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 18.08.2021-ci il tarixli, 2/11145 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs1 ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 18.08.2021-ci il tarixli, 2/11146 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs2 ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sürücü Təqsirləndirilən şəxs2 BC dərəcəli AE 912829 nömrəli sürücülük vəsiqəsi 23.06.2026-cı il tarixə kimi etibarlıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sürücü Təqsirləndirilən şəxs1 BC dərəcəli AC 243189 nömrəli sürücülük vəsiqəsi 28.08.2028-ci il tarixə kimi etibarlıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “VAZ 21214” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Zil MMZ 4505” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə geri qaytarılmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Cinayət işi üzrə “VAZ 21214” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7787 manat məbləğində, “Zil MMZ 4505” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 2532 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdırlar. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 07 oktyabr 2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Binəqədi İHB-nın Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 21.10.2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolunda inşa edilmiş fərdi yaşayış evində qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. O, Ağdam rayonundan məcburi köçkündür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsi, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə maddi və mənəvi cəhətdən dəstək göstərməsi, zərərçəkmiş şəxsin onunla barışması və ona qarşı şikayət, tələbinin olmaması, Ağdam rayonundan məcburi köçkün olması onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təyin olunacaq cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 həbsdə olmamış və barəsində 20.10.2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Bakı şəhər Probasiya şöbəsinə, Binəqədi rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş X16 İdarəsinə həvalə edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Abşeron İHB-nın Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 15.10.2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Saray qəsəbəsi, Q.B. Zakir küçəsində inşa edilmiş fərdi yaşayış evində qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur.Onun himayəsində bir yetkinlik yaşına çatmamış və iki azyaşlı uşağı vardır, anası isə xərçəng xəstəsidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsi, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə maddi və mənəvi cəhətdən dəstək göstərməsi, zərərçəkmiş şəxsin onunla barışması və ona qarşı şikayət, tələbinin olmaması, himayəsində bir yetkinlik yaşına çatmamış və iki azyaşlı uşağının, xərçəng xəstəsi olan anasının olması onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təyin olunacaq cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 həbsdə olmamış və barəsində 20.10.2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş X16 İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 100 (yüz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi3 120 (yüz iyirmi) manat pul, Təqsirləndirilən şəxs1 istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 120 (yüz iyirmi) manat pul,Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Bakı şəhər Probasiya şöbəsinə, Binəqədi rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş X16 İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş X16 İdarəsinə həvalə edilsin. Maddi sübut kimi tanınmış “VAZ 21214” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Zil MMZ 4505” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə geri qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 100 (yüz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi3 120 (yüz iyirmi) manat pul, Təqsirləndirilən şəxs1 istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 120 (yüz iyirmi) manat pul,Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar