Məhkəmə qərarları › İş №1(012)-593/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-593/2023

20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-593/2023 20.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Goranboy rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “166” yükdaşıma xidmətində fəhlə işləyən, əvvəllər məhkum olmamış, Goranboy rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində işlədiyi “166” yükdaşıma xidmətinin yük avtomobili ilə sifariş əsasında əşyalarını daşıtdıran Zərərçəkmiş şəxs məxsus digər əşyalarla birlikdə avtomobilin yük yerinə qoyulmuş əl çantasından 1 ədəd 1201 manat dəyərində üzərində 1 ədəd qırmızı və ağ şəffaf qaşları olan üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun, ümumi çəkisi 14,13 qram, karent qrupuna aid qırmızı rəngli qaşları olan sırğa cütü-üzük dəstini, 1 ədəd 645 manat dəyərində üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun, çəkisi 7,59 qram olan qolbağı, 1 ədəd 260 manat dəyərində üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 3,06 qram üzüyü, 1 ədəd 339 manat dəyərində üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 3,99 qram olan üzərində ağ şəffaf qaşı olan üzüyü, 1 ədəd 219 manat dəyərində üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,58 qram, üzərində bir ədəd şəffaf qaş olan üzüyü, 136 manat dəyərində üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,28 qram, bir ədəd şəffaf qaşı olan bir cüt sırğanı, 366 manat dəyərində üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 6,16 qram olan bir cüt sırğanı, 1 ədəd 31 manat dəyərində üzərində «925» əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, ümumi çəkisi 6,18 qram, üzərində tünd qırmızı qaşı olan və qiymətli qaşlara aid olmayan üzüyü, bir ədəd 4 qram çəkidə 585 əyarlı üzərində göz muncuğu klon olan 350 manat dəyərində nazik qızıl boyunbağını Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində olan zaman gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3547 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, 2021-ci ildən “166” yükdaşıma xidmətində fəhlə işləmişdir. Adətən hər gün işdə olurdur. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində əvvəllər işlədiyi “166” yükdaşıma xidmətinə Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsindən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsinə yük daşınması barədə sifariş gəlmişdir. Bundan sonra iş yoldaşları Fərhad, Sənan, Xəlil ilə birlikdə sürücü Bəhruzun idarə etdiyi yük avtomobili ilə sifariş verilən yerə, yəni Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsinə getmişdir. Orada sonradan adını bildiyi Zərərçəkmiş şəxs evində olan əşyaları yük avtomobilinə yükləmişlər. Həmin vaxt Aygün xanım avtomobilin qabaq hissəsində yer olmadığı üçün bir ədəd qəhvəyi rəngli dəri materialdan olan əl çantası və bir ədəd qara rəngli parça materialdan olan içərisində notbuk kompyuter olan əl çantasını ona uzatmış ki, həmin çantaları da yük yerinə qoysun. O da həmin əl çantalarını götürüb yük yerində olan soyuducunun yanına qoymuşdur. Avtomobildə yer olmadığı üçün o və iş yoldaşı Xəlil yük yerinə minmişlər. Xəlil yük yerinin qapı tərəfində olan gül dibçəklərini sınmaması üçün saxlayıb dayanmış, o isə yük yerində arxa tərəfdə olmuşdur. Bir qədər hərəkət etdikdən sonra Xəlilin telefon ilə məşğul olduğunu və arxasının ona tərəf olduğunu görüb Aygün xanımın ona sonradan verdiyi qəhvəyi rəngli dəri materialdan olan əl çantasını açmışdır. Həmin çantanın içərisində olan əşyalara baxış keçirən zaman qırmızı rəngli krem qabının içərisində qızıl-zinət əşyaları olduğunu görmüş, maddi sıxıntıları və borcları olduğuna həmin qızılları oğurlamaq qərarına gəlmişdir. Bundan sonra həmin krem qabının içərisində olan bir ədəd naxışlı qadın üzüyü, bir ədəd ağ rəngli üzərində bir ədəd iri qaş olan qadın üzüyü, bir ədəd üzərində iri qaş olan qadın üzüyü, üzərində qırmızı rəngli tək və ağ rəngli çoxlu qaşları olan gül şəklində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəsti, bir ədəd sünbül şəklində qızıl qolbağı, halqa şəklində bir cüt qızıl sırğanın bir tayını, ay şəklində üzərində bir ədəd ağ rəngli qaşı olan qızıl sırğanın bir tayı və bir ədəd üzərində bənövşəyi rəngli qaşları olan qadın üzüyünü götürmüş və əynində olan gödəkçənin iç cibinə qoymuşdur. Krem qabında bir neçə qızıl əşyalarını saxlamış ki, sonradan həmin qızılların arasından oğurluq olması başa düşülməsin. Bir qədər hərəkət etdikdən sonra Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində Aygün xanımın evinin qarşısında avtomobildən yerə düşmüş, həmin vaxt Aygün əl çantalarını istəmiş, həmin vaxt yerə düşdüyü üçün avtomobildə yük yerində olan Xəlil çantaları Aygünə vermişdir. O da su almaq üçün marketə tərəf getmiş, geri qayıtdıqda Aygünün qışqıraraq qızıllarını kim oğurlayıbsa qaytarmasını tələb etdiyini görmüşdür. Aygün bir qədər keçdikdən sonra telefonu ilə zəng edərək qızıllarının oğurlanması barədə polisə məlumat vermişdir. O, avtomobildən düşdükdən sonra marketə getdiyi üçün Aygün ondan şübhələndiyini bildirmişdir. Etdiyi əməldən səmimi peşmançılıq hissi keçirir, maddi sıxıntıları və borcları olduğu üçün oğurluq etmək qərarına gəlmiş, Zərərçəkmiş şəxs çantasından oğurladığı qızıllar özündə olduğu üçün könüllü olaraq istintaqa təqdim etmişdir. Göstərmişdir ki, Zərərçəkmiş şəxs əl çantasından qızıl-zinət əşyalarını götürməkdə məqsədi həmin qızılları satmaq, borclarını və şəxsi ehtiyaclarını ödəmək olmuşdur. O, əl çantasından qızılları oğurlayan zaman Xəlilin başı telefona qarışmış, sonuncunun arxası ona tərəf olduğu üçün əl çantasından qızılları götürməsini görməmişdir. Digər iş yoldaşlarının da oğurluq etməyi barədə heç bir məlumatları olmamışdır. O, əl çantasından bir ədəd naxışlı qadın üzüyü, bir ədəd ağ rəngli üzərində bir ədəd iri qaş olan qadın üzüyü, bir ədəd üzərində iri qaş olan qadın üzüyü, üzərində qırmızı rəngli tək və ağ rəngli çoxlu qaşları olan gül şəklində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəst, bir ədəd sünbül şəklində qızıl qolbaq, halqa şəklində bir cüt qızıl sırğanın bir tayı, ay şəklində üzərində bir ədəd ağ rəngli qaşı olan qızıl sırğanın bir tayı və bir ədəd üzərində bənövşəyi rəngli qaşları olan qadın üzüyünü oğurlamış, bir ədəd üzərində göz muncuğu klon olan nazik qızıl boyunbağını və sırğaların digər taylarını götürməmişdir. Əməlindən peşmandır, qalan ziyanı hissə-hissə ödəməyə söz verir, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 15 il müddətdir ki, Bakı şəhəri Yasamal rayonu 150 nömrəli tam orta məktəbdə ingilis dili müəlliməsi vəzifəsində işləyir. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi plana düşdüyü üçün ünvan 3 ünvanda yerləşən 219 nömrəli fərdi yaşayış evi almışdır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində “166” yükdaşıma xidmətinə zəng edərək evinin əşyalarını Xırdalan şəhərinə daşımaq üçün yük avtomobili sifariş etmişdir. Bir neçə dəqiqədən sonra “166” yükdaşıma xidmətinə məxsus yük avtomobili ünvan 2 ünvanda yerləşən evimin qarşısına gəlmişdir. “166” yükdaşıma xidmətindən dörd nəfər fəhlə və bir nəfər sürücü gəlmişdir. Həmin şəxslər evinin içərisində olan mebel və digər ev əşyalarını daşıyaraq yük avtomobilinə yükləmişlər. O, özünə məxsus qızıl-zinət əşyalarını evin sənədləri ilə birlikdə qəhvəyi rəngli dəri materialdan olan əl çantasının içərisinə qoymuşdur. Həmin çantanı da yük avtomobilində əşyaların yığıldığı yük yerinə qoymuşdur. Avtomobilin sərnişin yerində ondan başqa sürücü və bir nəfər fəhlə əyləşmişdir. Avtomobilin yük yerində isə iki nəfər fəhlə əyləşmişdir. Digər bir nəfər fəhlə isə onun sifariş etdiyi taksidə ailə üzvləri ilə birlikdə əyləşmişdir. Bundan sonra Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən evinə gəlmişdir. Evin qarşısına çatdıqdan sonra avtomobildən yerə düşmüş, o, yük yerinə yaxınlaşaraq fəhlələrdən əl çantasını ona vermələrini istəmişdir. Həmin şəxslərdən biri yük yerindən əl çantamı götürüb ona vermiş, o, çantanı əlinə aldıqda çantasına müdaxilə olunduğunu hiss etmişdir. Dərhal çantanı açıb içərisinə baxdıqda qırmızı rəngli krem qabının içərisində yığdığı özünə məxsus bir ədəd təxminən 5 qram çəkidə 585 əyarlı naxışlı 500 manat dəyərində qadın üzüyü, bir ədəd təxminən 3 qram çəkidə 585 əyarlı ağ rəngli üzərində bir ədəd iri adi qaş olan 300 manat dəyərində qadın üzüyü, bir ədəd təxminən 4 qram çəkidə 585 əyarlı üzərində bir ədəd iri qaş olan 300 manat dəyərində qadın üzüyü, üzərində qırmızı rəngli tək və ağ rəngli çoxlu qaşları olan gül şəklində təxminən ümumi 11 qram çəkidə 583 əyarlı 1200 manat dəyərində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəst, bir ədəd təxminən 7 qram çəkidə 583 əyarlı 600 manat dəyərində sünbül şəklində qızıl qolbaq, halqa şəklində təxminən 6 qram çəkidə 585 əyarlı 500 manat dəyərində bir cüt qızıl sırğa, ay şəklində üzərində bir ədəd ağ rəngli qaşı olan təxminən 2 qram çəkidə 585 əyarlı 200 manat dəyərində bir cüt qızıl sırğa, bir ədəd təxminən 4 qram çəkidə 585 əyarlı üzərində göz muncuğu klon olan 350 manat dəyərində nazik qızıl boyunbağı və bir ədəd təxminən 4 qram çəkidə üzərində bənövşəyi rəngli qaşları olan 50 manat dəyərində gümüş qadın üzüyümün yerində olmadığını aşkar etmişdir. Krem qabında qızıllarından bir neçəsi qalsa da, qeyd etdiyi qızıl-zinət əşyaları yerində olmamışdır. O avtomobilin yük yerində əyləşmiş iki nəfər fəhləyə əl çantasında olan qızıl zinət əşyalarının yerində olmadığını bildirərək, əgər həmin əşyalarını götürüblərsə qaytarmalarını demişdir. Həmin şəxslər ona heç bir əşya götürmədiklərini bildirmişlər. O da bir qədər keçdikdən sonra artıq qızıllarının oğurlanmasını başa düşüb DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra bu barədə Abşeron rayon polis idarəsinə gedərək ərizə ilə də müraciət etmişdir. Göstərmişdir ki, əvvəl oğurlanmış qızıllarının dəyərini dəqiq bilmədiyi üçün müraciətində 7000-8000 manat arası qızılının oğurlanması barədə məlumat vermiş, sonradan məlum olmuşdur ki, ona məxsus qeyd etdiyi qızılları oğurlanmış və nəticədə ona ümumilikdə 4000 manat maddi ziyan dəymişdir. Dəymiş ziyandan 500 manat qalmışdır, qalan ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında Şahid ifadəsində göstərmişdir ki, təxminən 5-6 ay müddət olar ki, “166 yükdaşıma və logistika” xidmətində sürücü köməkçisi işləyir. Adətən hər gün işdə olur. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində işlədiyi “166” yükdaşıma xidmətinə Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsindən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsinə yük daşıma sifarişi olması barədə bizə məlumat gəlmişdir. Bundan sonra iş yoldaşları ilə birlikdə Yasamal rayonu, Qədirli küçəsinə gəlmişlər. Oradan sonradan adını bildiyi X2 evinə gəlmiş və onun evində olan əşyaları maşına yükləməyə başlamışlar. Onlar evdə olan bütün əşyaları həmin xidmətin yük maşını yığmağa başlamışlar. Onların maşına yığdığı çantaların arasında bir iki ədəd çanta olmuş ki, ev sahibi olan Aygün adlı qadın onları özü ilə gəzdirmişdir. Daha sonra bütün çantaları yük yerinə yığıb işlərini bitirmişlər. Əşyaları maşına yüklədikdən sonra ev sahibi olan Aygün adlı qadın, sürücü Bəhruz və Fərhad maşında qabaq oturacaqda oturmuşlar. O və iş yoldaşı Məhəmməd isə yüklər yığılan yerdə arxada oturmuşlar. O, yük yerinin qapı tərəfində gül dibçəklərini sınmaması üçün həmin dibçəkləri saxlayıb orada dayanmış, Məhəmməd isə ondan yuxarıda onun arxasında oturmuşdur. Yük maşının içərisi qaranlıq olduğundan və maşının içərisi uzun olduğundan bir-birlərini görməmişlər. Məhəmməd yuxarıda dayanıb sınmaması üçün televizoru əlində saxlamış, o, Məhəmmədi görməsə də qaranlıqda onunla ara sıra yolboyu söhbət etmişdir. Bir qədər keçdikdən sonra onlar gələcəkləri ünvana çatmış, ev sahibi Aygün adlı qadın maşından düşərək onların yanına gəlmiş və öz əşyalarına baxmağa başlamışdır. O da qapının yanında olduğumdan həmin əşyaları ev sahibinə verməyə başlamış, bir neçə dəqiqə keçdikdən sonra Aygün adlı qadının burada qışqırıq salaraq qızıllarının oğurlanmasını bildirdiyini görmüş, daha sonra isə həmin qızıllar Məhəmmədin oğurladığından xəbərləri olmuşdur. Göstərmişdir ki, onun Təqsirləndirilən şəxs oğurluq etməsindən xəbəri olmamış, o, Məhəmmədlə birlikdə yük maşının arxasında otursalar da maşının içərisi uzun olduğundan və qaranlıq olduğundan başı mobil telefona qarışıq olmuş, Məhəmməd də onun arxasında oturduğundan onun orada nə işlə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə əmtəəşünaslıq ekspertizası qərarına əsasən ekspertin xx.xx.2022-ci il tarixli, 6/2448-9/3062 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 2023-cü ilin aprel ayına -- - 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində 1 ədəd qırmızı və ağ şəffaf qaşları olan sırğa cütü-üzük dəsti - üzərində «583» əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, ümumi çəkisi 14,13 qramdır, qırmızı rəngli qaşlar karent qaşlar qrupuna aiddir, ağ şəffaf qaşlar qiymətli qaşlara aid deyil – 1201, 0 manat; - 1 ədəd sarı rəngli metaldan qolbağ – üzərində «583» əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 7,59 qramdır – 645,0 manat; - 1 ədəd sarı rəngli metaldan üzəri naxışlı üzük – üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkidi 3,06 qramdır – 260,0 manat; - 1 ədəd sarı rəngli metaldan üzərində 1 ədəd ağ rəngli şəffaf qaş olan üzük – üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,99 qramdır – 339,0 manat; - 1 ədəd sarı rəngli metaldan üzərində bir ədəd şəffaf qaş olan üzük – üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,58 qramdır, qaşı qiymətli qaşlara aid deyil – 219,0 manat; - 1 ədəd sarı rəngli metaldan üzərində bir ədəd şəffaf qaş olan sırğa tayı – üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1,14 qramdır, qaşı qiymətli qaşlara aid deyil, qırıntı hesab olunur – 68,0 manat; - 1 ədəd sarı rəngli metaldan sırğa tayı (kilid yeri qırıqdır) – üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,08 qramdır, qırıntı hesab olunur – 183,0 manat; - 1 ədəd gümüşü rəngli metaldan, üzərində tünd qırmızı rəngli qaşları olan üzük (iki ədəd qaş yeri boşdur) - üzərində «925» əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, ümumi çəkisi 6,18 qramdır, qaşları qiymətli qaşlara aid deyil – 31, 0 manat; İş üzrə 1 ədəd qırmızı və ağ şəffaf qaşları olan üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun, ümumi çəkisi 14,13 qram, karent qrupuna aid qırmızı rəngli qaşları olan sırğa cütü-üzük dəsti, 1 ədəd üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun, çəkisi 7,59 qram olan qolbağı, 1 ədəd «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 3,06 qram üzüyü, 1 ədəd 339 manat dəyərində üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 3,99 qram olan üzərində ağ şəffaf qaşı olan üzüyü, 1 ədəd «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,58 qram, üzərində bir ədəd şəffaf qaş olan üzüyü, 1 ədəd «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 1,14 qram, bir ədəd şəffaf qaşı olan sırğa tayı, 1 ədəd üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 3,08 qram, qırıntı hesab olunan kilid yerə qırıq sırğa tayı, 1 ədəd üzərində «925» əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, ümumi çəkisi 6,18 qram, üzərində tünd qırmızı qaşı olan və qiymətli qaşlara aid olmayan üzük sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 12 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilərək saxlandığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özü etiraf etməsə də, zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə dogurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə təqsirləndiriən şəxsin özünü təqsirli bilməməsi ilə bağlı halları inandırıcı hesab etmir və özünü müdafiə etməsi kimi qiymətlənidirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldıgı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə baglı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uygun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və agırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uygun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uygun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az agır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən qismən ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıgın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü Elman adlı və xx.xx.2017-ci il təvəllüdlü Məriyəm adlı 2 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlıgın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlıgın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlıgın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındıgı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlıgının faktiki məhdudlaşdırıldıgı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldıgı 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlıgın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıgın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə maddi sübut 1 ədəd qırmızı və ağ şəffaf qaşları olan üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun, ümumi çəkisi 14,13 qram, karent qrupuna aid qırmızı rəngli qaşları olan sırğa cütü-üzük dəsti, 1 ədəd üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun, çəkisi 7,59 qram olan qolbağı, 1 ədəd «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 3,06 qram üzüyü, 1 ədəd 339 manat dəyərində üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 3,99 qram olan üzərində ağ şəffaf qaşı olan üzüyü, 1 ədəd «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,58 qram, üzərində bir ədəd şəffaf qaş olan üzüyü, 1 ədəd «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 1,14 qram, bir ədəd şəffaf qaşı olan sırğa tayı, 1 ədəd üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 3,08 qram, qırıntı hesab olunan kilid yerə qırıq sırğa tayı, 1 ədəd üzərində «925» əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, ümumi çəkisi 6,18 qram, üzərində tünd qırmızı qaşı olan və qiymətli qaşlara aid olmayan üzüyün sahibinə qaytarılması nəzərə alınmaldır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 100 (bir yüz) manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləgində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 1 ədəd qırmızı və ağ şəffaf qaşları olan üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun, ümumi çəkisi 14,13 qram, karent qrupuna aid qırmızı rəngli qaşları olan sırğa cütü-üzük dəsti, 1 ədəd üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun, çəkisi 7,59 qram olan qolbağı, 1 ədəd «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 3,06 qram üzüyü, 1 ədəd 339 manat dəyərində üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 3,99 qram olan üzərində ağ şəffaf qaşı olan üzüyü, 1 ədəd «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,58 qram, üzərində bir ədəd şəffaf qaş olan üzüyü, 1 ədəd «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 1,14 qram, bir ədəd şəffaf qaşı olan sırğa tayı, 1 ədəd üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 3,08 qram, qırıntı hesab olunan kilid yerə qırıq sırğa tayı, 1 ədəd üzərində «925» əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, ümumi çəkisi 6,18 qram, üzərində tünd qırmızı qaşı olan və qiymətli qaşlara aid olmayan üzüyün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 100 (bir yüz) manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləgində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdıgı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar