Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-593/2024 23.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən Qobustan rayonu, Bəklə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində Bakı şəhəri, Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs , qanunsuz olaraq odlu silahı əldə etmə və gəzdirmə, qanunsuz olaraq soyuq silah əldə etmə, saxlama və gəzdirmə cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 avqust 2023-cü il tarixdə, saat 02:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, ünvan 3 ünvanda yerləşən “Dostluq” restoranının yaxınlığında baş vermiş dava-dalaşı sakitləşdirmək məqsədi ilə üzərində gəzdirdiyi naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən əldə etdiyi texniki cəhətdən saz və atəş üçün yararlı olan zavod üsulu ilə keçmiş «SSRİ» dövlətində, 1959-cu ildə Tula silah zavodunda istehsal olunmuş, У-31623 nömrəli, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsildiyinə görə öz təyinatını itirmiş 16 kalibrli odlu yivsiz ov tüfəngi kəsiyindən havaya iki dəfə atəş açdıqdan sonra həmin tüfəngi aparıb yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi evə aparıb evin zirzəmisində gizlətmiş, 12 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Səbail RPİ-nin əməkdaşları tərəfindən həmin ünvana saat 22:00 dən saat 22.30-ə kimi olan vaxt ərzində baxış keçirilən zaman həmin 1 ədəd 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsulla kəsildiyinə görə öz təyinatını itirmiş 16 kalibrli odlu yivsiz ov tüfəngi kəsiyi, 08 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı olan ov döyüş sursatı olan patron və silah zavodunda istehsal olunmuş hamar lüləli ov tüfənglərinin bir hissəsi sayılan istifadəyə yararsız bir ədəd taxtadan düzəldilmiş qundaq aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq 1 ədəd kustar üsulla kastet (beşbarmaq-kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik olan istifadəyə yararlı soyuq silahı əldə edib yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi evin yataq otağındakı dolabda saxlamış, Bakı şəhəri, Səbail RPİ-nin əməkdaşları tərəfindən 12 avqust 2023-cü il tarixdə həmin ünvana saat 22:00-dən saat 22.30-ə kimi olan vaxt ərzində baxış keçirilən zaman həmin 1 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik olan istifadəyə yararlı soyuq silah aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşamışdır. X2 onun dostudur, uşaqlıqdan tanıyır. X7 onun tanışıdır, təxminən iki ildir ki, tanıyır. Bildirmişdir ki, 11 avqust 2023-cü il tarixdə, səhər saatlarında Aqşin onun mobil telefonuna zəng edib «əmioğlu» kimi vurğuladığı şəxslə probleminin olduğunu və görüşmək istədiyini bildirmişdir. Həmin vaxtı Aqşin Bərdə şəhərində olmuşdur. O da Aqşinə həmin şəxslərlə görüşməməyi, qanqaraçılıq etməyin lazım olmadığını bildirmişdir. Aqşin bunun ailə məsələsi olduğunu bildirmişdir. O da Aqşinə bildirmişdir ki, «mən də sənin ailənin bir üzvü, gəlin mənim qapımda görüşək bu məsələni aydınlaşdıraq». Aqşin həmin şəxslərin onu gah Bərdə rayonuna, gah da Tərtər rayonuna çağırdıqlarını bildirmişdir. O da Aqşinə bildirmişdir ki, «əgər bu ailə məsələsidirsə bu işi bir daş altda, bir daş üstdə həll etmək lazımdır». Aqşin həmin şəxslərin onu görüşə çağırdıqlarını dediyi üçün o, Aqşinə bildirmişdir ki, «dur gəl Bakıya, burada sənə heçnə olası deyil». Həmin gün, təxminən saat 21-22 radələrində Aqşin, sonuncunun qardaşı Mirəhməd, atası Əli Bakı şəhərinə gəlmişlər. Həmin vaxtı o, qeyd olunan şəxslərlə telefon danışığı zamanı ona məlum olmuşdur ki, guya Aqşinin atası demişdir ki, məsələni danışaraq yoluna qoymuşdur. Bundan sonra Mirəhməd və Aqşin Şıxov qəsəbəsinə getmiş, orada söhbət etmişlər. Həmin gün təxminən saat 23 radələrində o, yaşadığı ünvan 1 ünvanında o, «Vaz 2107» markalı avtomobilin sürücüsü Vüqar adlı şəxs, Oqtay və Vüqarın tanışı olan adını bilmədiyi bir nəfər şəxslə görüşmüşdür. O, Vüqardan onu Şıxov qəsəbəsinə aparmasını xahiş etmişdir. Vüqar etirapz etməmişdir. Lakin həmin şəxslər Aqşinin nə kimi probleminin olduğunu bilməmişdir. 12 avqust 2023-cü il tarixdə, təxminən saat 01 radələrində o, Vüqarın avtomobili ilə, Vüqar, Oqtay və bir nəfər tanımadığı həmin Vüqarın tanışı ilə Bakı şəhəri Səbail rayonu Şıxov qəsəbəsi ünvan 3 ünvanda yerləşən “Dostluq” restoranının yaxınlığına çatmışlar. Həmin vaxtı o, Aqşinə zəng edib, oraya çatdığını bildirmişdir. Həmin vaxtı Aqşin “Dostluq” restoranında üç nəfər şəxslə oturmuşdur. Həmin şəxslərdən biri “əmioğlu” kimi dediyi şəxs və sonuncunun tanışları olan iki nəfər şəxs olmuşdur. Həmin vaxtı dövlət qeydiyyat nişanını xatırlamadığı “Toyota” markalı avtomobili gəlib, onların arxasında saxlamışdır. Həmin avtomobildən 4 və ya 5 nəfər şəxs düşüb Əhmədlə söhbət etmək istəyən zaman o, söhbətə müdaxilə edərək dava-dalaş etmək lazım olmadığını demiş və belə qərara gəlmişlər ki, həmin şəxslər 5 nəfər və onlar da beş nəfər olmaqla Abşeron rayonu, Novxanı qəsəbəsində çay içib mehribançılıq etsinlər. Razılıq əldə olunduqdan sonra həmin şəxslər onlardan aralaşmışlar. O da oradan aralaşıb Vüqarın avtomobilnə tərəf gəlmişdir ki, siqaret götürsün. O, siqaret götürüb yandırdıqdan sonra arxadan səs gəldiyini eşitmişdir. O da ağaclığa keçdikdə dava dalaş olduğunu görmüşdür. O, qışqırmışdır ki, “dalaşmayın, bura dava yeri deyil”. Həmin vaxtı o, qeyd olunan şəxslərin aralaşmadığını görüb, əvvəldən çiynində asılmış vəziyyətdə olan çantanın içərisində saxladığı babamdan yadigər qalmış, qoşa lülə tüfəngi çıxarıb havaya iki dəfə atəş açmışdır. Həmin vaxtı qeyd olunan beş nəfər şəxs gəldikləri avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Həmin vaxtı o, orada olan Elçin və Əhmədin tanışı olan, hadisə yerinə Əhmədlə birlikdə gəlmiş Elçinə məxsus dövlət nömrə nişanını bilmədiyi “Priora” markalı avtomobilə Elçin, Əhməd, Oqtay və Rüstəm birlikdə əyləşib Abşeron rayonu, Aşağı Güzdək kəndinə yollanmışlar. Həmin avtomobili o, idarə etmişdir. Əhməd başından xəsarət aldığı üçün avtomobilin ön oturacağında əyləşmiş Oqtayla yerini dəyişmişdir. O, avtomobili idarə edib yaşadığı ünvana yollanmışdır. Həmin vaxtı Vüqar da özünə məxsus “Vaz 2107” markalı avtomobillə onun arxasınca onun yaşadığı ünvana gəlmişdir. Bundan sonra Aqşin də onun yaşadığı ünvana gəlmişdir. Yaşadığı evdə Əhmədə ilkin tibbi yardım göstərməyə çalışmışlar. Onlar Əhmədin çoxlu qan itirdiyini görüb qərara gəlmişlər ki, Əhmədi xəstəxanaya aparsınlar. Həmin vaxtı Əhmədi xəstəxanaya qardaşı Aqşin aparmışdır. Həmin vaxtı o, qeyd olunan tüfəngi yaşadığı evin zirzəmisində gizlətmişdir. Sonra polis əməkdaşları tərəfindən onun iştirakı ilə onun yaşadığı evə baxış keçirilirəkən evin zirzəmisində gizlətdiyi 01 ədəd tüfəng və evin yataq otağında olan 01 ədəd “beşarmaq” aşkar edilərək götürüldü. Bildirmişdir ki, qeyd olunan tüfəng təxminən 10 il bundan qabaq onun mərhum babasından ona yadigar qalmışdır. Həmin tüfəngdə olan dəyişiklikləri o, etməmiş, o, tüfəngi olduğu kimi götürmüşdür. Tüfəngin onda olmasından ailə üzvlərinin xəbəri olmamışdır. O, həmi tüfəngi həmişə yaşadığı evin zirzəmisində saxlamışdır. Bundan başqa qeyd olunan beşbarmağı 2018-ci il tarixdə Fərid adlı tanışı ona hədiyyə etmişdir. Hazırda Fərid adlı şəxs vəfat etmişdir. O, qeyd olunan tüfənglə heç kimə atəş açmamış, o, qeyd olunan şəxslərin oradan uzaqlaşması üçün yalnız iki dəfə havaya atəş açmışdır. Əməlindən peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə inspektoru vəzifəsində işləyir, polis baş leytenantıdır. Bildirmişdir ki, Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X5 tərəfindən araşdırılan material üzrə dindirilən Təqsirləndirilən şəxs yaşadığı evində odlu silah saxlaması müəyyən olunduğundan həmin şəxsin yaşadığı evinə baxış keçirilməsi zərurəti yaranmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi evinə müstəntiq tərəfindən onun, Bakı şəhəri, Səbail RPİ-nin KTQ inspektor-kriminalisti polis kapitanı X3, Bakı şəhəri, Səbail RPİ-nin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid2, Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs anası Şahid3 Hafiz qızının iştirakı ilə video çəkiliş vasitəsi ilə baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələbləri izah edilərək yaşadığı evdə saxladığı tüfəngi könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi evinin zirzəmisinə daxil olaraq zirzəmidə divara söykənmiş dik taxtaların arxasından bir ədəd boz rəngli parça materialdan olan idman çantasını çıxararaq təqdim etmişdir. Həmin bir ədəd boz rəngli parça materialdan olan idman çantasının içərisinə baxdıqda çantanın içərisində bir ədəd parçadan silah kaburası və bir ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş vəziyyətdə və öz təyinatını itirmiş 16 kalibirli odlu yivsiz ov tüfəngi, yanında 08 ədəd istifadə olunmamış 16 kalibrli patronun və kəsilmiş vəziyyətdə bir ədəd ov tüfənginin qundağının olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “təqdim etdiyi bir ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş və öz təyinatını itirmiş vəziyyətdə 16 kalibirli odlu yivsiz ov tüfəngi, yanında 08 ədəd istifadə olunmamış 16 kalibrli patron və kəsilmiş vəziyyətdə bir ədəd ov tüfənginin qundağı ona məxsusdur, həmin bir ədəd tüfəng lüləsi və qundağı kustar üsulla kəsilmiş vəziyyətdə 10 il bundan qabaq mərhum babasından qalmış və o, həmin tüfəngi ailə üzvlərindən gizli olaraq yaşadığı evin zirzəmisində saxlamış, onun yaşadığı evinin zirzəmisində bir ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş və öz təyinatını itirmiş vəziyyətdə 16 kalibirli odlu yivsiz ov tüfəngi, yanında 08 ədəd istifadə olunmamış 16 kalibrli patron saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır. 12 avqust 2023-cü il tarixdə, saat 02:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, ünvan 3 ünvanda yerləşən “Dostluq” restoranının yaxınlığında baş vermiş dava-dalaş zamanı həmin tüfəngdən iki dəfə atəş açmış sonra həmin tüfəngi və qalan 08 ədəd patronla bir yerdə gətirərək idman çantasında yaşadığı evin zirzəmisində gizlətmişdir”. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş vəziyyətdə öz təyinatını itirmiş 16 kalibirli odlu yivsiz ov tüfəngi, yanında 08 ədəd istifadə olunmamış 16 kalibrli patron və kəsilmiş vəziyyətdə bir ədəd ov tüfənginin qundağı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd sarımtıl rəngli parçadan olan silah qabına qoyularaq bir ədəd boz rəngli idman çantasının içərisində qablaşdırılıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1, nömrəsiz fərdi evinə baxış keçirən zaman Təqsirləndirilən şəxs yataq otağında yerləşən dolabın içərisindən bir ədəd dəmirdən kustar üsulla kastet (beşbarmaq) alətin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “yaşadığı evin yataq otağında olan dolabın içərisindən aşkar olunaraq götürülmüş bir ədəd dəmirdən kustar üsulla kastet (beşbarmaq) suvenirdir və həmin suvenir beşbarmağı 2018ci il tarixdə Fərid adlı dostu ona hədiyyə vermişdir”. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi evinin yataq otağında olan dolabın içərisindən aşkar olunaraq götürülmüş bir ədəd dəmirdən kustar üsulla kastet (beşbarmaq) alət cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, o, ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi evdə ailə üzvüləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Təqsirləndirilən şəxs yaşadıqları evdə tüfəng saxlamasından xəbəri olmamışdır. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin əməkdaşları onun yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi evinə gələrək ona oğlu Təqsirləndirilən şəxs üzərində odlu silah gəzdirdiyini, 12 avqust 2023-cü il tarixdə, saat 02:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, ünvan 3 ünvanda yerləşən “Dostluq” restoranının yaxınlığında baş vermiş dava-dalaş zamanı həmin silahdan bir neçə dəfə atəş açdığını və həmin silahı yaşadığı evdə gizlətdiyini bildirərək yaşadığı evə baxış keçirmələrini ona bildirmişlər. O, və oğlu Təqsirləndirilən şəxs polis əməkdaşlarının yaşadıqları evə baxış keçirilmələri ilə bağlı fikirlərini qəbul edib oğlu onun razılığı əsasında polis əməkdaşları tərəfindən yaşadığı evinə baxış keçirilməsinə etiraz etməmişlər. Polis əməkdaşları tərəfindən oğlu Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkiliş vasitəsi ilə yaşadığı evə baxış keçirmişlər. Sonradan bilmişdir ki, polis əməkdaşları yaşadığı evin zirzəmisindən bir ədəd lüləyi və qundağı kəsilmiş ov tüfəngi, 08 ədəd patron, bir ədəd tüfəng qundağı, evin yataq otağında olan dolabdan bir ədəd beşbarmaq alət aşkar edərək götürmüşlər. Onun oğlu Təqsirləndirilən şəxs yaşadığı evdə ov tüfəngi, 08 ədəd patron və beşbarmaq aləti saxlamasından xəbəri olmamışdır. O, polis əməkdaşları yaşadığı evə gələn zaman oğlu Təqsirləndirilən şəxs yaşadığı evdə ov tüfəngi, 08 ədəd patron və beşbarmaq aləti saxlamasını bilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 23/653 R saylı məhkəmə-ballistik ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş U-31623 №-li silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, 1959-cu ildə Tula silah zavodunda istehsal olunmuş, 16 kalibirli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli, odlu yivsiz, ov tüfəngidir. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir. Hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 08 ədəd patron zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş 16X70 kalibrli ov patronudur, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatıdırlar, istifadəyə və atəşə yaralıdırlar. Tədqiqata təqdim edilmiş taxtadan düzəldilmiş 01 ədəd qundaq silah zavodunda istehsal olunmuş, hamar lüləli ov tüfənglərinin bir hissəsidir-qundağıdır. Yuxarıda göstərilən səbəbə görə həmin qundaq təyinatı üzrə istifadə üçün yararsızdır. DİN-nin KTİ-də fiziki-kimyəvi məhkəmə ekspertizası keçirilməməsi səbəbindən qərarın 5-ci sualına cavab verilmədi. Tədqiqat zamanı 8 ədəd 16 kalibrli patronlardan iki ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Məhkəmə-kriminalistik ekspertizasının 452/2023 saylı 10 oktyabr 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır, istifadəyə yararlıdır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli, odlu yivsiz, lüləsi və qundağı kustar üsulla kəsilmiş öz təyinatını itirmiş 16 kalibirli odlu yivsiz ov tüfəngi kəsiyi, 08 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı olan döyüş sursatı və silah zavodunda istehsal olunmuş hamar lüləli ov tüfənglərinin bir hissəsi sayılan istifadəyə yararsız bir ədəd taxtadan düzəldilmiş qundaq və 1 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik olan istifadəyə yararlı soyuq silah iş üzrə maddi kimi tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə maddi sübut Bakı şəhəri, Səbail RPİ-nin İŞ-si tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı diskə məhkəmədə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi evinə keçirilən baxış zamanı həmin evin zirzəmisindən 01 ədəd “beşbarmaq”, 01 ədəd lüləsi və qundağı kəsilmiş vəziyyətdə olan tüfəng, 08 ədəd patron və 01 ədəd kəsilmiş taxta qundaq aşkar edilərək götürülmüşdür Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs 13 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs 15 avqust 2023-cü il tarixdə CM-nin 221.2.1 və 228.1-ci maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumemə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. CPM-nin 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmədə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını, CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 13 avqust 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli, odlu yivsiz, lüləsi və qundağı kustar üsulla kəsilmiş öz təyinatını itirmiş 16 kalibirli odlu yivsiz ov tüfəngi kəsiyi, qalıq qalan 06 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli ov patronu, silah zavodunda istehsal olunmuş hamar lüləli ov tüfənglərinin bir hissəsi sayılan istifadəyə yararsız bir ədəd taxtadan düzəldilmiş qundaq və 1 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik olan istifadəyə yararlı soyuq silah Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinin alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli, odlu yivsiz, lüləsi və qundağı kustar üsulla kəsilmiş öz təyinatını itirmiş 16 kalibirli odlu yivsiz ov tüfəngi kəsiyi, qalıq qalan 06 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli ov patronu, silah zavodunda istehsal olunmuş hamar lüləli ov tüfənglərinin bir hissəsi sayılan istifadəyə yararsız bir ədəd taxtadan düzəldilmiş qundaq və 1 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik olan istifadəyə yararlı soyuq silah Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-593/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-593/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver