Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-594/2021 17.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1961-ci ildə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Quşçuluq yaşayış massivində daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, hazırda barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşımış və saxlamışdır. Belə ki, o, 03 avqust 2021-ci il tarixdə Abşeron rayonu Hökməli Qəsəbəsi, Hökməli dairəsi yaxınlığında istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 9 (doqquz) manat müqabilində 1(bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi təmiz çəkisi 0,426 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 0,328 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini əldə edib Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinə daşıyaraq üzərində saxlamış, 03.08.2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində, Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə gətirilmiş və orada xidməti otaqda üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarının sağ yan cıbındən 1 (bir) ədəd siqaretin gümüşü kağız parçasına bükülü, həmin ümumi təmiz çəkisi 0,426 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülü, ümumi təmiz çəkisi 0,328 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvüləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivndə fərdi yaşayış evində yaşayır. O, uzun müddətdir ki, narkotik vasitə olan heroin və metamfetamindən istifadə edir. 03.08.2021-ci il tarixdə təxminən saat 12 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Hökməli dairəsi yaxınlığında tanımadığı bir nəfər şəxsdən 09 (doqquz) manat müqabilində bir büküm narkotik vasitə olan heroin və bir bükümdə psixotrop maddə olan metamfetamin almışdır. Hər iki bükümü əynində olan cins şalvarınını qabaq sağ cibinə qoymuşdur. O, həmin iki bükümləri cibinə qoyandan sonra özü istifadə etmək məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşadığı əraziyə gəlmişdir. Həmin günü saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində olan vaxtı iki nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşaraq vəsiqələrini çıxarıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və Abşeron RPİ-nin əməkdaşları olduqlarını bildirdikdən sonra, ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək, onu Abşeron RPİ-yə dəvət etmişlər. O, etiraz etməyin mənasız olduğunu başa düşüb polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-yə gəlmiş, Abşeron RPİ-də xidməti otaqlardan birində video çəkliş aparmaqla və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl, ona üzərində qanunsuz olaraq saxladığı hər hansı əşya, pedmet, narkotik vasitə və psixotrop maddə olub-olmamasını soruşmuşlar. O, şalvarının qabaq sağ cibindən olan 1 (bir) ədəd bükümdə psixotrop maddə olan metamfetamini və 1 (bir) ədəd bükümdə olan narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Bundan sonra bildirmişdir ki, iki bükümdə olan metamfetamini və heroini 03.08.2021-ci il tarixdə səhər saat 12 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ,Hökməli dairəsi yaxınlığında tanımadığı bir nəfər şəxsdən doqquz manat müqabilində özü istifadə etmək məqsədi ilə almışdır. Onun üzərindən aşkar edilərək götürülmüş ümumilikdə cəmisi 2 (iki) ədəd bükümü, bir ədəd kağız zərfdə qablaşdırdıqdan sonra, həmin zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və vəsatət daxil olmamışdır. O, heç vaxtı heç kimə narkotik vasitə, psixotrop maddə verməmiş və satmamışdır. Sonda o, əməlindən peşman olduğunundan ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvvəkkili polis leytenantı Şahid1 oğlu ifadəsində göstərdi ki, 03.08.2021-ci il tarixdə icraatına Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrdən istfadə etməsi, həmçinin qanunusuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatını dəqiqləşdirmək məqsədi ilə RPİ-nin rəhbərliyinə raportla məruzə etmiş, bundan sonra həmin günü əməliyyat axtarış tədbirlərini həyəta keçirilməsi üçün qərar qəbul edilmişdir. 03.08.2021-ci il tarixdə təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs Mehdi oğlu Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuduq yaşayış massivində yaşadığı evin yaxınlığında saxlanaraq Abşeron RPİ-yə gətirilmişdir. Abşeron RPİ-nin inzibati binasında otaqlardan birində müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri başa salındıqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə video çəklişlə şəxsi axtarış keçirilən vaxtı onun əynində olan cins şalvarının qabaq sağ yan cibindən 2 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə narkotik vasitə olan heroin və psixotrop madə metamfetamin aşkar edilmişdir. Həmin bir bükümdə metemfetamin və bir bükümdə heroin iştirakçıların, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edildikdən sonra ekspertizaya təqdim edilməsi məqsədi ilə bir ədəd bükümdə olan metemfetamin və bir ədəd bükümdə olan heroin qablaşdırılaraq götürülmüşdür. İştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokol, içərisində bir ədəd bükümdə metefetamin və bir ədəd bükümdə heroin olan zərf imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə lan heroini və bir ədəd bükümdə olan metemfetamini 03.08.20201-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsində, Hökməli dairəsi yaxınlığında tanımadığı şəxsdən 9 (doqquz) manat müqabilində özü istifadə etmək üçün almış, həmin narkotik vasitəni və psixotrop maddəni əynində olan şalvarının sağ yan cibində saxlamış, həmin narkotik vasitə və psixotrop madədədən heç kimə verməmiş, satmamış yalnız özü istifadə etmək məqsədi ilə üzərində saxlayaraq daşımışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayon Pİ-nin CAŞ-in əməliyyat müvvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində Abşeron RPİ-in CAŞ-in baş əməliyyat müvəkkili Şahid1 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04.08.2021-ci il tarixli 6/3289 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində « Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş» yazısı olan zərfdəki 2 (iki ) ədəd «gümüşü» rəngli kağız bükümlərdə olan təmiz çəkiləri 0,426 qram qəhvəyi rəngli maddə qustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 0328 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotop maddə metamfetamindir. Ekspertiza tədqiqatına tədqiq olunmuş heroinin təmiz çəkisi-0,426 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq -0,376 qram. Metamfetamin təmiz çəkisi -0,328 qram tədqiqata sərf edildi - 0,05 qram, qalıq -0,278 qram təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahi 1) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir. İstintaq materiallarına əlavə edilmiş 13.08.2021-ci il tarixdə saat 19:15 radələrindən saat 19:55 radələrindək olan müddət ərzində Abşeron rayon polis idarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd CD diskinə baxış keçirilmiş, şəxsi axtarış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 03.08.2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib üzərinə video çəkilişlə keçirilən şəxsi axtarış zamanı onun əynində olan cins şalvarının qabaq sağ cibindən 1(bir) ədəd gümüşü kağıza bükülmüş təmiz çəkisi 0,426 qram qəhvəyi rəngli maddə qustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 0328 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotop maddə metamfetam aşkar edilələrk götürülmüşdür. Diskə baxış da iştirak etmiş Təqsirləndirilən şəxs bildirdi ki, həqiqətən 03.08.2021-ci il tarixdə saat 18 radələrində polis əməkdaşları tərəfindən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, orada otaqlardan birində onun üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan şalvarının abaq sağ cibindən 1(bir) ədəd gümüşü kağız parsçasına bükülmüş psixotrop maddəmetamfetamin və 1(bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Şəxsin üzərinə baxış keçirilməsi haqqında 03.08.2021-ci il tarixli protokoldan görünür ki, 03.08.2021-ci il tarixdə saat 18 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivndə yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, orada otaqlardan birində onun üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan cins şalvarının qabaq sağ cibindən 1(bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə-metamfetamin və 1(bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin və həmin siyahının İİ hissəsinin 27-ci bəndində metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin və İİ nömrəli sıyahısına əsasən psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin «04».09.2021-ci il tarixli «3269» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs «opioidlərin» birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindiromu (narkomaniya xəsitəliyi) aşkar olunur. Narkomaniyyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 22.09.2016-cı ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan mərhum edilmiş 06.03.2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə 04 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Mənzil Kommunal Təsərüffat İdarəsinin 4 saylı MTİİTŞ-nin rəisi tərəfindən verilmiş 03.11.2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Piriyev X7 rayonu, Quşçuluq yaşayış massivində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 03.08.2021ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 04.08.2021-ci il tarixdə sonuncu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, o, dərhal məhkəmə zalında həbsə alınmalı və həbs etmənin əvvəli 17.12.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ümumi çəkisi 0,376 qram narkotik vasitə olan heroin və 0,278 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd manat) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 17.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ümumi çəkisi 0,376 qram narkotik vasitə olan heroin və 0,278 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-594/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-594/2021
17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver