Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-594/2024 12.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd oğlunın sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, şikayət verən şəxs Zərərçəkmiş şəxs, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.1990-cı il tarixdə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla həmin evdə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 fevral 2024-cü il tarixdə saat 23 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Novxanı qəsəbəsi, Ş.Qurbanov küçəsində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ondan xəbərsiz mobil telefon aparatını istifadə etməklə həmin telefonun təhlükəsizlik kodunu ona bildirməməsi səbəbindən ailə daxili münasibətlər zəmnində aralarında yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən yumruq və təpiklə sonuncunun baş, sifət, əl və bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinin hemotoması (dərialtına qansızma), sağ gözün küt travması– göz almasının əzilməsi, sağ tərəfli hər iki alt vəüst göz qapaqlarının şişkinlik halında qançırı, sağ gözün ağlı qişasına qansızma, burunüstü nahiyənin qançırı, sağəlin İİ barmağının hərəkət məhdudluğu ilə müşaiyət olunan dərəcəsinə görəsağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onlar 2018-ci ildən rəsmi nigah əsasında ər-arvad münasibətində yaşayır və bu münasibətdən 2 azyaşlı övladları var. Bu nikahdan 2019-cu il təvəllüdlü X3 və 2020-ci il təvəllüldü X2 dünyaya gəlib. xx.xx.2024-cü il tarixdə saat 23.00 radələrində birgə yaşadıqları Abşeron rayonu, Novxanı qəsəbəsi, Ş.Qurbanov küçəsi fərdi evdə olan zaman Günel işdən gələn zaman üzərində mobil telefon görüb ondan mobil telefonu verməsini tələb etmiş, sonuncu telefonu təqdim etsə də, təhlükəsizlik kodunu açmamışdır. Həmin vaxt Günelin ona xəyanət etməsini zənn etdiyi üçün əsəbiləşərək yaşadıqları evin yataq otağında qəsdən yumruqla üz və baş nahiyəssindən, təpiklə isə bədəninin müxtəlif nahiyələrindən vuraraq ona xəsarət yetirmiş və daha sonra otaqdan çıxıb qonaq otağına keçmişdir.Sonradan şikayət verən şəxs ilə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şikayət verən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onlar 2018-ci ildən rəsmi nigah əsasında ər-arvad münasibətində yaşayır və bu münasibətdən 2 azyaşlı övladları var. Bu nikahdan 2019-cu il təvəllüdlü X3 və 2020-ci il təvəllüldü X2 dünyaya gəlib. İlk əvvəllər normal olaraq ailə həyatı yaşasalar da, daha sonra onların ailədə mübahisələri yaranmağa başlamışdır. Buna səbəb isə Kamalın qısqanc olması olmuşdur. xx.xx.2024-cü il tarixdə axşam saat 23.00-da yaşadıqları evdə olan zaman Kamal ilə aralarında mübahisə yaranmışdır. Mübahisəyə səbəb isə onun Kamaldan gizli olaraq mobil telefon işlətməsi olmuşdur. Belə ki, Kamal ona yaxın qohumları ilə əlaqə saxlamasına icazə verməmiş, ona görə də mobil telefon işlətməyindən xəbəri olmamışdır. Həmin vaxt Kamal ondan işlətdiyi mobil telefonu ona təqdim etməyi tələb etmiş, o isə mobil telefonu ona versə də, telefonun təhlükəsizlik kodunu bildirmədiyi üçün Kamal əsəbiləşərək yataq otağında yumruqla baş, sifət nahiyələrindən, sonra isə təpiklə onun bədəninin müxtəlif nahiyələrindən vuraraq xəsarət yetirmişdir. Bundan sonra Kamal otağı tərk edərək qonaq otağına keçmişdir. Həmin vaxt Kamala heç bir müqavimət göstərmədiyini və ona heç bir xəsarət yetirmədiyini, mübahisənin birgə yaşadıqları evin içərisində baş verdiyini, həmin zaman azyaşlı övladlarının qaynanasıgildə olduğu üçün hadisənin şahidi olmadığını, mübahisənin təxminən 3-5 dəqiqə davam etdiyini, şikayət və tələbi ona xəsarət yetirən əri Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsindən ibarət olduğunu göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 270 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni səthində aşkar edilmiş xəsarətlər – başın ənsə nahiyəsinin hemotoması (dərialtına qansızma), sağ gözün küt travması– göz almasının əzilməsi, sağtərəfli hər iki alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, sağ gözün ağlı qişasına qansızma, burunüstü nahiyənin qançırı, sağ əlin İİ barmağının hərəkət məhdudluğu ilə müşayiət olunan qançırı-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş zamanı yumruq zərbələri təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şikayət verən şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixdə ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, şikayət verən şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs şikayət verən şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət əməlini törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Bundan başqa, cinayət əməlini törətmiş şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Cinayət əməlini törətmiş şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-594/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-594/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver