Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-594/2025 12.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 prospekti 6, inzibati bina ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayır, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X1 “Socar” şirkətində işlə təmin etdirəcəyinə dair sonuncunun atası Zərərçəkmiş şəxs yalan vəd verib inandırdıqdan sonra, sonuncunun 01 mart 2024-cü il tarixdə, saat 15:35-də ünvan 1 prospekti 31 ünvanında yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəsilə onun istifadəsində olan **********322041 hesab nömrəli “Kapital Bank” kartına göndərdiyi 1000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1 prospekti 6 ünvanında qeydiyyatda olsa da, ünvan 4 ünvanında yaşayır. Təxminən 10 ildir ki, dırnaq qaynaq ustası işləyir. 2020-ci ildə hazırda adını xatırlamadığı müştərilərindən biri, bir nəfər adamı işə düzəltmək lazım olduğunu və onun köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. O isə hava limanına düzəldə biləcəyini deyib, mobil nömrəsini həmin adam verməsini bildirmişdir. Növbəti gün Elçin adlı şəxs ona zəng edərək oğlunu işə düzəltmək istədiyini bildirmişdir. O isə Elçinə hava limanında tanışının olduğunu və həmin tanışının vasitəsilə sonuncunun oğlunu 2000 manat pul müqabilində işə düzəldə biləcəyini demişdir. Elçin onun təklifi ilə razılaşdıqdan sonra o, sonuncudan oğlunun diplomunun surətini istəmişdir. Elçinin oğlu Bakı Dövlət Universitetinin Ekologiya fakultəsini bitirdiyindən sonuncun oğlunu ixtisası üzrə işə düzəldəcəyini demişdir. Bundan sonra Elçinin oğlu Elvin onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonuna gəlmiş və evində 2000 manat pulu ona vermişdir. O Elçinə oğlunu qısa vaxt ərzində işlə təmin edəcəyini bildirmiş,təxminən 15 gün sonra Elçin işdən imtina etdiyi üçün o Elçinin pulunu qaytarmışdır. 23 yanvar 2024-cü il tarixdə Elçin onun mobil telefonuna zəng edərək oğluna iş axtardığını və iş tapmaqda ona köməklik edə bilibbilməyəcəyini soruşmuşdur. O isə Elçinə köməklik edə biləcəyini bildirmişdir. Onun pula ehtiyacı olduğundan Elçinə yalandan oğlunu Socar şirkətinə 1500 manat pul müqabilində işə düzəldə biləcəyini bildirmişdir. Hətta Elçinə bu işi yalandan Socar şirkətindən Adil adlı tanışının olduğunu və həmin şəxsin vasitəsilə edəcəyini demişdir. 01 mart 2024-cü il tarixdə Elçin onun istifadəsində olan Kapital banka məxsus 4169-7385-1632-2041 saylı hesab nömrəsinə 1000 manat pulu göndərmişdir. O pulu alandan sonra Elçinə yalandan oğlunu 1 ay ərzində işlə təmin edəcəyini demişdir.Daha sonra isə onun zənglərinə cavab verməmişdir. Hazırda zərərçəkənə dəyən ziyanı tam olaraq ödəmişdir. Ona görə də, barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. O, məhkəmə iclasında ərizə ilə müraciət edərək, iş üzrə özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, ona vurulmuş ziyanı tam ödədiyini bildirərək cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanında qeydiyyatda olsa da, ünvan 6 ünvanında ailə üzvlərim ilə birlikdə yaşayır. 12 ildir ki, Ərriyad ticarət mərkəzində yerləşən mebel sexində usta işləyir. 2020-ci il tarixində işi ilə əlaqədar Yeni Günəşli qəsəbəsində yaşayan müştərinin evinə getmişdir. Müştəri ilə söhbət əsnasında oğlu Elvin Mahmudova iş axtardığını demişdir. Həmin şəxs isə Təqsirləndirilən şəxs adlı tanışının olduğunu və həmin şəxsin işlə təmin etmək iqtidarına malik olan adam olduğunu demişdir. Həmin vaxt hazırda adını xatırlamadığı müştərisi Təqsirləndirilən şəxs zəng edib sonuncu ilə iş barədə danışmış və Təqsirləndirilən şəxs mobil telefon nömrəsini ona vermişdir. Növbəti gün o Naidəyə zəng edərək oğlunun Bakı Dövlət Universitetinin ekologiya fakultəsini bitirdiyini, ali təhsilli olduğunu və ona iş axtardığını demişdir. Naidə isə oğlunun diplomunun surətini ondan istəmişdir. O Naidəyə sənədi göndərdikdən sonra sonuncu növbəti gün zəng edərək oğlu Elvini hava limanına ixtisası üzrə 2000 manat pul müqabilində işə düzəldəcəyinin vədini vermişdir. Naidə ona oğlunu işə düzəltdikdən sonra 1500 manat maaş alacağını bildirmişdir. O Naidənin təklifi ilə razılaşmış və oğlu Elvin Naidənin yaşadığı Sabunçu rayonunda yerləşən evinə gedərək 2000 manat pulu sonuncuya vermişdir. Naidə ona 1 ay ərzində oğlunu işlə təmin edəcəyini bildirsə də, dediyi müddətdən 2 ay keçdikdən sonra işin düzəlməyəcəyini bildirib onun verdiyi 2000 manat pulu qaytarmışdır. 23 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonunun vatsap proqramına ***-***-**-** saylı mobil telefon nömrəsi ilə yazaraq oğlu üçün iş təklif etmişdir. Naidə oğlunu 1500 manat pul müqabilində Socar şirkətinə ixtisası üzrə işə düzəldəcəyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, pulun 1000 manatını əvvəlcə, 500 manatını isə oğlu işlə təmin olunandan sonra verəcəm. O Naidənin təklifi ilə razılaşmış və 01 mart 2024-cü il tarixdə, saat 15:35-də ünvan 1 prospekti 31 ünvanında yerləşən Milliön ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan Kapital banka məxsus 4169-7385-1632-2041 saylı hesab nömrəsinə 1000 manat pulu göndərmişdir. Naidə pulu aldıqdan sonra 1 ay ərzində oğlunu işlə təmin edəcəyini demişdir. 1 ay keçdikdən sonra o Naidə ilə əlaqə saxlamış və o, işin düzəlməcəyini demişdir. O Naidədən pulunu istədikdə sonuncu müxtəlif bəhanələr gətirərək pulunu ödəməkdən imtina etmişdir. Hazırda ona dəyən ziyan tam olaraq ödənmişdir,Təqsirləndirilən şəxsə qarşı şıkayəti tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənildiyini, heç bir halda şikayətçi olmadığını, işə xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması onun özünün ifadəsi, zərərçəkənin ifadəsi və işdə olan sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə də məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmmək haqqında iltizam” qətimkan tədbiri xitram olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri-mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-594/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-594/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver