Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-595/2021 14.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1955-ci ildə Füzuli rayonu, Veysəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin 02.10.2021-cu il tarixli qərarı ilə həbs etmənin əvvəli 01.10.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə qonşusu Zərərçəkmiş şəxs1 yüksək vəzifədə işləyən tanışları vasitəsilə Abşeron rayonu, “ST Sumqayıt”-da tikilən binadan sonuncuya 1200 manat müqabilində mənzil ala biləcəyinə inandırıb, bununla bağlı yalandan vəd verməklə, 05 iyul 2021-ci il tarixdə yaşadığı ünvan 3 ünvanda Zərərçəkmiş şəxs1 1200 manat pul alaraq, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 1200 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə qonşusu Zərərçəkmiş şəxs1 yüksək vəzifədə işləyən tanışları vasitəsilə sonuncuya 3500 manat müqabilində əlilliyinə görə dövlətdən avtomobil alıb verə biləcəyinə inandırıb, bununla bağlı yalandan vəd verməklə, 15 iyul 2021-ci il tarixdə yaşadığı ünvan 3 ünvanda Zərərçəkmiş şəxs1 3500 manat pul alaraq, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 3500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə qonşusu Zərərçəkmiş şəxs2 yüksək vəzifədə işləyən tanışları vasitəsilə Abşeron rayonu, “ST Sumqayıt”-da tikilən binadan sonuncuya 2200 manat müqabilində mənzil ala biləcəyinə inandırıb, bununla bağlı yalandan vəd verməklə, 15 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanda Zərərçəkmiş şəxs2 2200 manat pul alaraq, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 2200 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə qonşusu Zərərçəkmiş şəxs1 yüksək vəzifədə işləyən tanışları vasitəsilə 3000 manat müqabilində həqiqi hərbi xidmətdə olan nəvəsi X2 Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hospitalına yerləşdirə biləcəyinə inandırıb, bununla bağlı yalandan vəd verməklə, 2020-ci ilin noyabr ayında tarixi istintaqa məlum olmayan gündə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanda Zərərçəkmiş şəxs1 3000 manat pul alaraq, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 3000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, məcburi köçkün olduğu üçün dövlət tərəfindən ona verilmiş Abşeron rayonu st. Sumqayıtda yerləşən məcburi köçkünlər üçün nəzərdə tutulmuş yeni şəhərcikdə yaşayır. Onun qonşuluqda onunla eyni rayonda qeydiyyatda olan həmyerliləri yaşayırlar. Zərərçəkmiş şəxs1 tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. 2020-ci ilin iyul ayı olardı Əbülfətlə söhbət edən zaman sonuncu ona yaşadıqları şəhərcikdə övladları üçün də dövlət tərəfindən ev almaq istədiyini demişdir. Onun da həmin ərəfələr pula ehtiyacı olduğu üçün düşünmüşdür ki, Əbülfəti aldadıb sonuncuya ev təşkil edəcəyini deyib pul alsın. Bu məqsədlə də, Əbülfətə yalandan demişdir ki, guya ki onun tanışları vardır, onların köməkliyi ilə övladlarına yaşadıqları şəhərcikdə ev təşkil edə bilər. Evi təşkil etmək üçün də Əbülfətə demişdir ki, 1200 manat pul lazımdır. Əbülfət evin nə zaman hazır olacağını ondan soruşanda demişdir ki, yanlarında tikilən bina hazır olanda həmin binadan guya ki, övladına ev veriləcək. Əbülfət də onunla razılaşıb elə həmin günü yəni ki, 05 iyul 2020-ci il tarixdə axşam saat 19 radələrində onun yaşadığı evdə ona 1200 manat pulu vermişdir. O, 1200 manat pulu alıb Əbülfəti arxayın etmişdir ki, narahat olmasın ev işini həll edəcək. Daha sonra həmin 1200 manat pulu ehtiyacı olduğu üçün özünə xərcləmişdir. Bundan sonra Əbülfətdən rahat pul almaq olduğunu görmüşdür. Ona görə də Əbülfəti aldadıb sonuncuya tanışı vasitəsi ilə müharibə əlili olduğu üçün əlillərə verilən avtomobil təşkil edə biləcəyini və bunun üçün də 3500 manat pul lazım olduğunu demişdir. Əbülfət əlillər üçün nəzərdə tutulmuş avtomobili təşkil etməyi üçün ona 3500 manat pulu verməyə razılaşmışdır. Bundan sonra 15 iyul 2020-ci il tarixdə saat axşam saat 19 radələrində yaşadığı evdə Əbülfət ona 3500 manat pulu vermişdir. O da Əbülfəti aldadaraq sonuncunu arxayın etmişdir ki, guya ki avtomobil təşkil edəcək. Həmin 3500 manat pulu da öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra ikinci Qarabağ müharibəsi başlamış və o da bunu bəhanə edərək hər dəfə Əbülfəti aldadıb müharibə ilə evlərin və avtomobillərin verilməsinin dayandırıldığını bildirib vaxt qazanmışdır. Həmçinin müharibə dövründə Əbülfət ona hərbi xidmətdə olan nəvəsi ilə görüşdüyünü və sonuncunun səhhətində problemlər olduğunu hiss etdiyini bildirmişdir. O da bunun fürsət olduğunu hiss etmiş və Əbülfəti aldadaraq pul almaq üçün guya tanışları vasitəsilə nəvəsini Hərbi Hospitala gətirə biləcəyini və bu işin həll olunması üçün 3000 manat pul lazım olduğunu bildirmişdir. Dəqiq tarix xatırlamasa da, Əbülfət 2020-ci ilin noyabr ayında 3000 manat pulu yaşadığı evdə ona vermişdir. Bundan sonra Əbülfət hər dəfə ondan nəvəsini və digər məsələləri soruşduqda müharibəni, evin tikintisinin bitməməsini və sair şeyləri bəhanə edərək söhbətdən yayınmışdır. Bundan başqa onunla qonşuluqda onunla eyni rayonda qeydiyyatda olan həmyerlisi Zərərçəkmiş şəxs2 yaşayır. Zərərçəkmiş şəxs2 yaşadığı ilk günlərdən tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. 2020-ci ilin iyul ayı olardı Famillə söhbət edən zaman sonuncu ona bildirmişdir ki, yaşadıqları şəhərcikdə özü üçün dövlət tərəfindən ev almaq istəyir. Belə ki, Famil övladları ilə birlikdə yaşadığından özü üçün də başqa ev alıb yaşamaq istəmişdir. Onun da həmin ərəfələr pula ehtiyacı olduğu üçün düşünmüşdür ki, Famili aldadıb sonuncuya ev təşkil edəcəyini deyib pul alsın. Bu məqsədlə də, Familə yalandan demişdir ki, guya ki onun tanışları vardır, onların köməkliyi ilə yaşadıqları şəhərcikdə məcburi köçkünlüyü ilə bağlı ev təşkil edə bilər. Evi təşkil etmək üçün də Familə demişdir ki, 2200 manat pul lazımdır. Famil evin nə zaman hazır olacağını ondan soruşanda demişdir ki, yanlarında tikilən bina hazır olanda həmin binadan guya ki, ev veriləcək. Famil də onunla razılaşıb bundan bir neçə gün sonra yəni ki, 15 avqust 2020-ci il tarixdə axşam saat 17 radələrində onun yaşadığı evdə ona 2200 manat pulu vermişdir. O, 2200 manat pulu alıb Famili arxayın etmişdir ki, narahat olmasın ev işini həll edəcək. Daha sonra o, həmin 2200 manat pulu ehtiyacı olduğu üçün özünə xərcləmişdir. Bundan sonra müharibə bitmiş və Famil gəlib ona bildirmişdir ki, artıq torpaqları alınmış, bu səbəbdən onun məcburi köçkün statusu ləğv olunacaq və ona ev verilməyəcək. Buna görə də vermiş olduğu 2200 manat pulu geri istəyir. Həmin vaxt Familin vermiş olduğu pulları xərclədiyindən güc bəla ilə 1000 manat pul tapıb 2021-ci ilin yanvar ayında Familə qaytarmışdır. Bundan sonra Famil ondan qalan 1200 manat pulu istədikdə o, hər dəfə müxtəlif bəhanələr gətirərək söhbətdən yayınıb vaxtı uzatmışdır.. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, məcburi köçkün olduğundan təxminən iki ildir ki, dövlət tərəfindən ona Abşeron rayonu st. Sumqayıt yeni şəhərcik bina 4 ünvanında ev verilmişdir və ilk günlərdən orada yaşayır. Elə onunla eyni vaxtda məcburi köçkün olan Təqsirləndirilən şəxs da yaşadığı binanın birinci mərtəbəsində yaşamağa başlamışdır. Onların ilk günlərindən bir qonşu kimi yaxşı münasibətləri olmuş, aralarında heç bir ədavət düşmənçilik olmamışdır. Oğlunu evləndirdikdən sonra oğlu da ailəsi ilə birlikdə onunla yaşamağa başlamışdır. Həmin vaxtlar oğlunun ayrı evdə yaşaması üçün yaşadığı şəhərcikdə oğlu üçün də ev almağı planlaşdırmışdır. Təxminən 2020-ci ilin iyul aylarında Qabillə söhbət edən zaman övladına yaşadıqları şəhərcikdə ev almaq istədiyini bildirdikdə Qabil ona yuxarı vəzifələrdə tanışlarının olduğunu və 1200 manat müqabilində oradan oğluna ev ala biləcəyini bildirmişdir. Qabildən oğlunun evlə nə zaman təmin olacağını soruşduqda sonuncu ona yanlarında tikilən binanın tikintisi tam bitdikdən sonra bölgü olacağını və binadan oğluna ev veriləcəyini bildirmişdir. Elə həmin gün, yəni 05 iyul 2020ci il tarixdə axşam saatlarında evdən 1200 manat pul götürərək gətirib Qabilin yaşadığı evdə sonuncunun arvadının yanında Qabilə vermişdir. Qabildə həmin pulu sayaraq götürmüşdür. Bundan sonra həmin bina ilə maraqlandıqda ona həmin binanın tikintisinin 2020-ci ilin noyabr ayında bitəcəyini bildirmişlər. O da Qabillə danışan zaman sonuncuya noyabr ayında evlər verilməyəcəyi təqdirdə pulu geri qaytaracağını bildirmiş və Qabil onunla razılaşmışdır. Bundan sonra Qabillə danışan zaman sonuncu ona niyə avtomobil götürmədiyini bildirmişdir. O da Qabilin nə dediyini anlamadığından sonuncu ona müharibə əlili olduğundan ona maşın verilməli olduğunu və bu işi tanışı vasitəsilə həll edə biləcəyini demişdir. Qabildən maşını necə əldə edəcəyini soruşduqda Qabil ona 3500 manat pul qarşılığında bu məsələni həll edə biləcəyini bildirmişdir. 15 iyul 2020-ci il tarixdə 3500 manat pulu Qabilə yaşadığı evdə arvadının yanında vermişdir. O, Qabilə həmin pulu verdikdən sonra Qabil ona avtomobillərin 2020-ci ilin dekabr ayında veriləcəyini bildirmişdir. Bundan sonra 2020-ci ilin noyabr aylarında müharibə dövrü olduğundan binanın açılışı dayandırılmış, ona görə də onlar gözləməli olmuşlar. Elə həmin ayın ortalarında hərbi xidmətdə olan nəvə X3 ilə görüşən zaman sonuncunun səhhətində nasazlıq olduğunu hiss etmişdir. Bundan sonra məsələni Qabilə danışdıqda Qabil yenə də onu aldadaraq guya tanışlarının olduğunu və həmin tanışları vasitəsilə nəvəsi Yaqub Haqverdiyevi Bakı şəhərində yerləşən, “Papanin” kimi tanınan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hospitala gətirə biləcəyini bildirmiş və bu işin həll olunması üçün 3000 manat pul lazım olduğunu demişdir. O da məcbur qalıb dəqiq tarix xatırlamasada 2020-ci ilin noyabr ayında 3000 manat pul taparaq nəvəsini hərbi hospitala gətirməsi üçün Qabilin yaşadığı evdə sonuncuya vermişdir. Bundan sonra hər dəfə Qabildən nəvəsinin niyə gətirilmədiyini soruşduqda sonuncu müxtəlif bəhanələr gətirərək işi gecikdirmişdir. Beləcə dekabr ayı bitsə də, Qabil ona verdiyi vədlərin heç birini yerinə yetirməmişdir. Təxminən 2021-ci ilin yanvar ayında artıq Qabilin onu aldatdığını görüb sonuncuya verdiyi ümumilikdə 7700 manat pulu geri qaytarmasını bildirmişdir. Qabil də ona yenidən yalan vədlər verərək işi uzatmış və yanvar ayından sonra Qabili demək olar ki, görməmişdir. O, hər dəfə Qabilin evinə getdikdə arvadı qapını açaraq Qabilin evə gəlmədiyini bildirmişdir. O da işin belə olduğunu görüb Qabil barəsində polisə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, məcbur köçkün olduğundan təxminən iki ildir ki, dövlət tərəfindən oğluna verilmiş ünvan 4 ünvanında yaşayır. Elə onunla eyni vaxtda məcbur köçkün olan Təqsirləndirilən şəxs da yaşadığı binanın birinci mərtəbəsində yaşamağa başlamışdır. Onların ilk günlərindən bir qonşu kimi yaxşı münasibətləri olmuş, aralarında heç bir ədavət düşmənçilik olmamışdır. O, oğlu ilə eyni evdə yaşasa da həmin evdə qeydiyyatda deyil. Həmin vaxtlar oğlundan ayrı evdə özünə ayrı ev almağı planlaşdırmışdır. Təxminən 2020-ci ilin iyul aylarında Qabillə söhbət edən zaman o, özünə yaşadıqları şəhərcikdə ev almaq istədiyini bildirdikdə Qabil ona yuxarı vəzifələrdə tanışlarının olduğunu və 2200 manat müqabilində oradan ona məcburi köçkün kimi ev ala biləcəyini bildirmişdir. O, Qabildən onun evlə nə zaman təmin olacağını soruşduqda sonuncu ona yanlarında tikilən binanın tikintisi tam bitdikdən sonra bölgü olacağını və binadan ona ev veriləcəyini bildirmişdir. Tikinti həqiqətən olduğu üçün Qabilə inanmışdır. Üstəlik də Qabili uzun müddət tanıdığı üçün sonuncuya inanmıhdır ki, ona köməklik edər, onu aldatmaz. O, Qabilə demişdir ki, pul tapan kimi onunla görüşüb 2200 manat pulu verəcək. Təxminən bir neçə gün keçəndən sonra Qabilin ona dediyi 2200 manat pulu tapdığı üçün onlara getmişdir. 15 avqust 2020-ci il tarixdə Qabilgildə Qabillə görüşmüşdür. Elə həmin gün, yəni ki 15 avqust 2020-ci il tarixdə axşam saat 17 radələrində Qabilin yaşadığı evdə sonuncunun arvadının yanında 2200 manat pulu Qabilə vermişdir. Qabildə həmin pulu sayaraq götürmüşdür. Bundan sonra həmin ilin sentyabr ayında müharibə başlamışdır. Müharibə 10 noyabr 2020-ci il tarixdə bitəndən sonra artıq torpaqlar alınmış və o, artıq məcburi köçkün hesab olunmurdu. O, başa düşmüşdür ki, tikilən binadan ona ev verilməyəcək. Ona görə də Qabillə görüşüb sonuncudan vermiş olduğu 2200 manat pulunu geri istəmişdir. Qabil isə onu aldadıb onu arxayın etmək istəmişdir ki, narahat olmasın, torpaqlar alınsa da ona ev veriləcək. O, başa düşmüşdür ki, Qabil onu aldadır. Ona görə də təkidlə Qabildən pulunu istdəmiş və ona ev lazım olmadığını demişdir. Qabil də ona söz vermişdir ki, 1-2 günə qaytaracaq. Lakin hər gün onu aldadaraq onun pulunu geri qaytarmamışdır. 2021-ci ilin yanvar ayında Qabilə verdiyi 2200 manat puldan güc bəla ilə 1000 manatını ala bilmişdir. 2021-ci ilin may ayına kimi də günü günə satıb pulunu qaytaracağı barədə yalanlar danışaraq pulunu geri qaytarmamışdır. O, artıq Qabilin onu aldatdığını və pulunu verməyəcəyini başa düşüb Qabil barəsində şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır. Belə ki, Zərərçəkmiş şəxs1 onun atasıdır Famil Hüseyn isə onun qonşusudur. Onun adları çəkdiyi şəxslərin heç biri ilə ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs isə əvvəllər şəxsən tanımamış. Bildiyi qədəri ilə atası Əbülfət hissə hissə olmaqla ümumilikdə Təqsirləndirilən şəxs 7700 manat, qonşusu Zərərçəkmiş şəxs2 isə Qabilə 1200 manat pul vermişdir ki, Qabil həm atası Əbülfətə həm də Familə müxtəlif işlər görəcəkdir. Belə ki, atası Əbülfət həmin 7700 manat pulun 1200 manatını 05 iyul 2020-ci il tarixdə Qabilə vermiş ki, atama yaşadıqları ST Sumqayıt şəhərciyində mənzil təşkil etməli imiş. Bundan başqa 15 iyul 2020-ci il tarixdə atası Əbülfət 3500 manat pulu Qabilə vermiş ki, Qabil atası Əbülfətə müharibə veteranı olduğu üçün avtomobil təşkil edəcəkmiş. Yerdə qalan 3000 manat pulu isə atası Əbülfət Qabilə vermiş ki, hərbi xidmətdə olan bacısı oğlu Yaqub Haqverdiyevi Bakı şəhərində yerləşən, “Papanin” kimi tanınan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hospitala gətirmək üçün vermişdir. Bununla da atası Əbülfət ümumilikdə Qabilə 7700 manat pul vermişdir. Lakin Qabil isə atası Əbülfəti aldadaraq həmin pulları ələ keçirmişdir. Bundan başqa da bildiyi qədəri ilə Qabil yaşadıqları ST Sumqayıt şəhərciyində qonşuları Zərərçəkmiş şəxs2 mənzil təşkil etmək adı ilə Famildən də 1200 manat pul almışdır. Lakin Qabil atası Əbülfəti aldatdığı kimi də Famili də aldadıb onun 1200 manat pulunu ələ keçirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Jdanov rayon Xalq Məhkəməsinin 31.03.1984-cü il tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 86-cı maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 05 il maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin 06 may 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə təqsirli bilinərək 02 il islah işləri (15%) cəzasına məhkum olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 02 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 300 manat miqdarında cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Aministiya qərarına əsasən təyin edilmiş cəzadan azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olan ********* nömrəli cinayət işinin icraatına 19 iyun 2016-cı il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinin tərkibi olduğundan Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirirlən şəxs qismində cəlb olunması barədə 25 avqust 2021-ci il tarixdə qərar qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyindən, olduğu yer məlum olmadığından ittihamı ona elan etmək mümkün olmadığından, 25 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 25 avqust 2021-ci il tarixdə qəbul edilmiş qərarla cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılımışdır. 01 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutularaq Abşeron RPİ-nin X5 təhvil verilmiş və həmin tarixdə iş üzrə dayandırılmış icraat təzələnmişdir. 01 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Abşeron rayon məhkəməsinin 02 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə, Təqsirləndirilən şəxs səmimi peşmanlığını, yaşını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi CM-in 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 01.10.2021-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01.10.2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-595/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-595/2021
14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver