Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-595/2023 24.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1972-ci ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə maddi imkanının zəif olması və daimi qazanc mənbəyinin olmamasına baxmayaraq, əvvəlcədən planlaşdırıb, qonşusu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək əmlakını ələ keçirmək qərarına gəlib, sonuncuya özünü alqı-satqı münasibətlərinin etibarlı tərəfdaşı kimi göstərib, aldadadaraq inandırmaq üçün Zərərçəkmiş şəxs 2019-cu ilin yanvar ayından başlayaraq 2022-ci ilin may ayına qədər olan müddət ərzində mütəmadi olaraq bir-neçə dəfəyə satmaq adı ilə aldıqdan sonra, satıb pulunu hissə-hissə ödəyəcəyini vəd edib, ümumi dəyəri 24017 manat olan geyim, məişət və qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evindən götürdükdən sonra həmin malları və qızıl-zinət əşyalarını vahid niyyətlə ələ keçirib dəyərindən ucuz qiymətə satmaqla və aşağı qiymətə girov qoyub əldə etdiyi nəğd pul vəsaitinin bir hissəsini mütəmadi qaydada ödəməklə cəmi 8655 manatını zərərçəkmiş Zərərçəkmiş şəxs inandırıb növbəti dəfə yeni mal və qızıl-zinət əşylarını əldə etmək üçün ödəsə də, eyni zamanda həmin malların 15362 manat dəyərində hissəsini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə verdiyi vədə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs 15362 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu ona elan edilən ittiham üzrə özünü təqsirli bilməmişdir. Sonda o, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 30 ilə yaxındır ki, qonşu kimi tanıyır. Məsmə ilə aralarında heç vaxt hər hansı ədavət və düşmənçilik olmamışdır. Əvvəlcədən Məsməni al-verlə məşğul olan, sələmə pul verən biri kimi tanımışdır. Həyətlərindəki qonşuların bir çoxu Məsmədən faizlə nağd pul və qızıl zinyət əşyaları almışdır. Üzərindən uzun müddət keçdiyindən dəqiq tarix xatırlamasa da, 2020-ci ilin sentyabr ayından evdəki problemlərdən dolayı Məsmədən 4000 manat sələmə pul götürmüşdür. Razılığa əsasən Məsməyə hər 1000 manata 100 manat düşməklə ümumilikdə 4000 manata hər ay 400 manat faiz ödəməli imiş. Təxminən bir il o, Məsməyə 400 manat faiz ödəmiş və ümumilikdə 4800 manat ödəniş etmişdir. Lakin onun Məsmədən aldığı pul sələm olduğundan ayda ödəmiş olduğu 400 manat əsas puldan deyil, faizdən çıxılmışdır. Yəni, əsas 4000 manat pul yerində qalmışdır. Bir il sonra o, bir dəfəyə Məsməyə 2000 manat pul ödəmiş və həmin pul əsas 4000 manatdan çıxılmışdır. Onun Məsməyə 2000 manat borcu qalmışdır. Belə olduğundan onun aylıq ödəmiş olduğu 400 manat faiz 200 manata düşmüşdür. Bundan sonra, onun həddindən artıq pula ehtiyacı yaranmışdır. Belə ki, əri şəkər xəstəsi olduğundan müalicəsinə, oğlunun gözlərinin müalicəsinə çox sayda pul lazım imiş. O, bu barədə Məsməyə danışdıqda Məsmə ona təklif etmişdir ki, «gəl qızıl verim, həmin qızılları banka girov qoyaraq pul götür». Daha sonra, həm bankın pulunu, həm də özünün pulunu ödəyərsən, qızıl da sonda onda qalar. Həmçinin, Məsmə ona cəmi ayda 100 manat faiz ödəməli olduğunu demişdir. Həmin ərəfələrdə onun pula çox ehtiyacı olduğundan və Məsmənin təklifi onu qane etdiyindən o,razılaşmış və Məsmədən 1100 manatlıq qızıl götürmüşdür.Daha sonra, hal-hazırda adını xatırlamadığı banka gedərək həmin qızılları girov qoymuş və 800 manat pul götürmüşdür. Bundan sonra, o, aylıq olaraq banka 70 manat, Məsməyə isə 100 manat pul ödəmişdir. Banka ödədiyi 70 manat pul həm faizdən, həm də əsas puldan çıxılsa da, Məsməyə ödədiyi 100 manat pul ancaq faizin pulu olmuşdur. 2021-ci ilin may aylarında oğlunun toyu ilə bağlı gəlinə verilməsi üçün komplekt qızıl-zinyət əşyaları lazım olmuşdur. Həmin vaxt o, yenidən Məsmə ilə danışmış və Məsməyə qızıl komplekti götürmək istədiyini demişdir. Məsmə də razılaşmış və ona 2200 manat dəyərində qızıl komplekti vermiş, razılığa əsasən Məsməyə ayda 150 manat faiz ödəməli imiş. Bundan sonra o, Məsmədən ayrıayrı vaxtlarda təxminən 5000 manatlıq qızıl götürmüşdür. Bunun qarşılığında o, Məsməyə hər ay 500 manat faiz ödəmişdir. Lakin, həmin ərəfələrdə pandemiya düşdüyündən və işlər bağlı olduğundan o, pulları tam ödəyə bilməmişdir. Həmçinin, Məsmə ilə də aralarında olan razılığa görə o, Məsməyə nə qədər imkanı varsa o qədər pul ödəyəcəkmiş. Bu səbəbdən həmin ərəfələrdə o, Məsməyə tam olaraq verməli olduğu faizi ödəyə bilməmişdir. Təxminən 2022-ci ilin iyun ayında o, artıq Məsmənin pulunu ödəyə bilmədiyindən sonuncu ona məsləhət görmüşdür ki, özünün tanışlığı ilə gedib telefon alsın və həmin telefonları sataraq borcunu ödəsin. O da çıxılmaz vəziyyətdə olduğundan Məsmə ilə razılaşmış və Oğuz rayonunda tanıdığı, lakin onun tanımadığı şəxsdən aylıq hissə-hissə ödəmək şərti ilə 6084 manat dəyərində 8 ədəd müxtəlif markalı mobil telefonlar almışdır. Daha sonra, ucuz qiymətə satıb əldə etdiyi pulu Məsməyə vermişdir. Dəqiq məbləği xatırlamasa da, o Məsməyə təxminən 2500 manata yaxın pul vermişdir. Bundan sonra, o, mağazaya həmin telefonların pulunu ödəməyə başlamışdır. Həmin 6084 manatdan 2084 manat pulu hissə-hissə ödəsə də, 4000 manat borcu qalmışdır. 2022-ci ilin sentyabr ayına kimi o, Məsməyə aylıq 150 manat pul ödəmişdir. Daha sonra, imkanı olmadığı üçün ödəniş edə bilməmişdir. Hal-hazırda onun Məsməyə faiz və əsas pul daxil ümumilikdə 12.000 manat borcu vardır. Həmin 12000 manat puldan 8000 manatı qızıllara görə olan borcu, 4000 manatı isə telefonlara görə olan borcdur. Hal-hazırda o, yaşadığı evin həyətindən 2 sota yaxın torpağını satışa qoymuş və oranı satıb əldə etdiyi pulu da Məsməyə verməyi öhdəliyinə götürmüşdür. Onun Məsməyə 12000 manat borcu vardır. Məsmə yerdə qalan 7000 manat pulu da ümumi borca gələn faiz kimi 19000 manat olaraq hesablamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, onun Laləzarla aralarında daha öncələr də bir neçə dəfə alqı-satqı olmuş və Laləzar vaxtı-vaxtında ödənişlərini etmişdir. Daha sonra, Laləzar və gəlini Leyla ondan qızıl əşyaları satmaq üçün nisyə götürmüş, pulunu qaytarmış,onlar arasında etibar yaranmışdır. Daha sonra gəlini qızıl əşyaları satmaq üçün götürsə də, pulunu ödəməmişdir. Buna görə də o, polisə Leyladan şikayət etmişdir. Bu zaman Laləzar ona zəng edərək onu sələmə pul verdiyi üçün polisə şikayət edəcəyi ilə təhdid etmişdir. Həmçinin qeyd etdi ki, daha sonra Laləzar onun adına telefonlar götürmüşdür. Bir müddət ödədikdən sonra daha sonra ödənişlər etməmişdir. Zamin durduğu üçün məcbur olub özü ödəmişdir. İstintaq zamanı telefona görə ödədiyi pullar hesablanmamışdır. Buna görə də hesab edir ki, cinayət işinin istintaqı düzgün aparılmamışdır. Cəmi ona 15362 (on beş min üç yüz altmış iki) manat ziyan vurulmuş, onun 5800 (beş min səkkiz yüz) manat məbləği istintaq zamanı,qalanı isə məhkəmədə ödənilmişdir. Sonda o, telefonlar üçün ödədiyi məbləğin Laləzar tərəfindən ödənilməsini tələb etdiyini bildirdi. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 10 ilə yaxındır ki, qonşusu kimi tanıyır. Laləzar ilə arasında heç vaxt hər hansı ədavət və düşmənçilik olmamışdır. X2 isə təxminən 4 ildir ki, tanıyır. Leyla Yaqubova Təqsirləndirilən şəxs gəlinidir. O, özü təxminən 5-6 ildir ki, cehiz alqı-satqısı ilə məşğuldur. Belə ki, o, müəyyən cehizlik əşyaları alaraq üzərinə müəyyən qədər pul qoyub satıb gəlir əldə etmişdir. Onun Laləzarla aralarında daha öncələr də bir neçə dəfə alqı-satqı olmuş və Laləzar vaxtı vaxtında ödənişlərini etmişdir. Təxminən 2020-ci ilin dekabr ayından onun Leyla ilə alış verişi olmuşdur. 2021-ci ilin dekabr ayına kimi də ondan nə qədər nisyə qızıl götürübsə hamısının da pulunu vaxtında qaytarmışdır. O da buna görə Leylaya inanmışdır. 2021-ci ilin dekabr ayından Leyla Yaqubova onunla söhbət edən zaman ərinin polislə bağlı probleminin olduğunu və təcili pul lazım olduğunu demişdir. O, Leyla Yaqubovaya pulu olmadığını, lakin qızılının olduğunu demişdir. Leyla da problem olmadığını, belə ki, qızılı alıb özü pula çevirəcəyini bildirmişdir. Bu minvalla təxminən 2021-ci ilin dekabr ayından 2022-ci ilin mart ayına kimi o, müxtəlif vaxtlarda Leyla Yaqubovaya ümumilikdə təxminən 50.000 manatlıq qızıl nisyə satmışdır. Elə həmin müddətdə Leyla satdığı qızıllardan bir hissəsini pulunu qaytarmışdır. Leyla həmin müddətdə verdiyi 50.000 manatlıq qızılları təxminən 15.000 manatını həm qızıl şəklində həm də nağd pul şəklində qaytarmışdır. Ondan sonra Leylanın ona 35000 manat borcu qalmışdır. Təxminən 2022-ci ilin may ayından Leyla Yaqubova ona pul qaytarmağı dayandırmışdır. Səbəb kimi pulunun olmadığı ilə izah edərək onu məhkəməyə məhkəməyə verməyini, məhkəmənin qərarı ilə aylıq ödəyəjəyini bildirmişdir. Leyla ona olan ümumi borcuna görə aylıq ona təxminən 1500-2000 manat arası pul qaytarırmış. Leyla düşünmüşdür ki, məhkəmə Leylanın borcunu aylıq 200-250 manata bölər,beləcə ona aylıq az ödəniş etmiş olar. O,Leylanın təklifi ilə razılaşmamış, ona görə də Leyla ona ödəniş etməkdən boyun qaçırmış və may ayından Qubaya köçüb getmişdir. Zənglərinə cavab verməmiş və onunla ünsiyyətdən qaçmışdır. Bundan başqa Leyla Yaqubova onun adından istifadə edərək mağazadan mobil telefon da götürmüşdür. Belə ki, mağaza sahibi onun tanışı olduğundan mobil telefonu Leylaya nisyə vermişdir. Leyla telefonun ödənişinin bir hissəsini ödəsə də, hal-hazırkı günədək 2000 manatını ödəməmişdir. Həmin 2000 manat pulu da o, öz cibindən ödəmişdir. Çünki Leyla həmin telefonları nisyə götürəndə mağazaya Leyla üçün o, zamin durmuşdur. Ona görə də məcbur olub yerdə qalan 2000 manat borcu da öz cibindən ödəmişdir. Həmçinin Təqsirləndirilən şəxs ilə də aralarında 2020-ci ilin sentyabr ayından alqı satqı olmuşdur. Həmin alqı-satqının nəticəsində Laləzar ondan ümumilikdə 25.000 manatlıq qızıl almış və ona 10.000 manat pul qaytarmışdır. Həmçinin Laləzarda onun adından istifadə edərək 6084 manat dəyərində 8 ədəd müxtəlif markalı mobil telefonlar almış, həmin mobil telefonun pulunun bir hissəsini yəni ki, 2084 manatını ödəsə də, qalan 4000 manatını ödəməmişdir. Həmin 4000 manat pulu da o, zamin durduğu üçün məcbur olub öz cibindən mağaza sahibinə qaytarmışdır.Ona görə də Laləzarın ona 15000 manat qızıllardan,4000 manat isə telefonlardan olmaqla ümumilikdə 19000 manat borcu vardır.Həmçinin Laləzarın digər gəlini Şahid1 2256 manatlıq qızıl zinyət əşyaları vermişdir. Əfsanə də vaxtı vaxtında pulunu ödəmişdir və 660 manat borcu qalmışdır. Təxminən 2021-ci ilin may ayından Leyla ilə aralarında pul ilə bağlı problem yarandığından həm Laləzar, həm də Laləzarın gəlini Əfsanə pulu ödəməməyə başlamamışdır. Belə ki, Əfsanə ona məhkəməyə müraciət etməyini bildirmişdir.O da həmin şəxslərin pulu ödəmədiyini görüb polisə müraciət etmişdir.Hal-hazırda Leyla Yaqubovanın ona ümumilikdə 37.000 manat, Təqsirləndirilən şəxs 19.000 manat, Şahid1 isə 660 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs əlavə ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs satmış qızılları sonuncu oğlu Şahid2, gəlini Əfsanənin və digər oğlu Nuranın və sonuncunun yoldaşı Aygün Əsədovanın adına Xırdalan şəhərində yerləşən “Zəkinin lombardı” adlanan lombarda, bir hissəsini isə Şahid2 adına olmaqla “Parabokt” kredit təşkilatına qoyub pul götürmüşlər. Təqsirləndirilən şəxs tərəfindən “Zəkinin lombardı” adlanan lombarda və “Parabokt” kredit təşkilatına qoyulmuş qızıllar onun Təqsirləndirilən şəxs satmış qızıl zinyət əşyaları olmuşdur. X4 satmış qızılları sonuncu əri Şahid3la birlikdə bir hissəsini “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən qızıl mağazalarına, bir hissəsini isə Xırdalan şəhərində yerləşən “Finance” lombardına satmışlar. Eyni ilə həmin qızıl zinyət əşyaları da onun tərəfindən Leyla Yaqubovaya satılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs satılmış 08 ədəd mobil telefonu oğulları Şahid2 və Nuran Yaqubov tərəfindən Bakı şəhərində yerləşən “X7” telefon mağazasına müxtəlif vaxtlarda satılmışdır. X3 aldığı 03 ədəd mobil telefon yoldaşı Şahid3 tərəfindən 28 may metrostansiyasının yaxınlığında yerləşən “Nar Telekom” telefon mağazasına satılmışdır. Bundan başqa göstərmişdir ki, X1 2022-ci ilin fevral ayında onun yaşadığı evə gəlib ondan nisyə qızıl zinyət əşyaları istəmişdir. Lakin həmin vaxt onda qızıllar olmadığı üçün Rabiyəyə qızıl sata bilməmişdir. Rabiyəyə demişdir ki, təxminən 1 aydan sonra onda qızıl olacaq. Rabiyə də onunla razılaşıb çıxıb getmişdir. Bundan sonra 04 mart 2022-ci il tarixdə Rabiyənin qızı Leylanın vasitəsi ilə tanışı Vüsalə adlı qadından qızıl alıb 5990 manata nisyə Rabiyəyə satmışdır. Aralarında olan razılaşmaya əsasən Rabiyə ona ilkin olaraq 1000 manat pul vermişdir. Yerdə qalan 4990 manat pulu isə aylıq 550 manat olmaqla 9 aya ödəməyə söz vermişdir. Həmin 550 manat pulu 03 ay ödəsə də, sonradan qızı Leyla borcunu qaytarmamağa başlayan kimi Rabiyə də ona aylıq 550 manat pulu ödəməkdən imtina etmişdir. Bununla da Rabiyənin ona 3300 manat borcu qalmışdır. Bundan başqa da Rabiyənin köhnədən ona 400 manat borcu qalmışdır. Belə ki, Rabiyə 2021-ci ilin oktyabr ayında ondan nisyə 1288 manata qızıl almışdır. Həmin qızıldan 180 manat borcu qalmışdır. Bundan başqa da 2021-ci ilin oktyabr ayında həmçinin nisyə 220 manata 02 ədəd pastel almışdır. Həmin borcunu da ödəməmişdir. Bununla Rabiyə ümumilikdə ona 3700 manat borclu qalmışdır. Həmin pulu da qəsdən bu günə kimi ödəməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs əlavə ifadəsində göstərdi ki, 2019-cu ilin yanvar ayının əvvəlində qonşusu Laləzarla görüşən zaman sonuncu onun alverlə məşğul olduğunu bildiyi üçün yaxınlaşıb evə gəlmək istədiyini və müxtəlif əşyaları almaq istədiyini bildirmişdir. Razılıq verdikdən sonra 2019-cu ilin yanvar ayının 8-də Laləzar evə gəlmiş və evdə olan əşyalara baxandan sonra bir ədəd qadın qış gödəkçəsi bəyəndiyi üçün ona 300 manata satmışdır. Laləzar həmin gödəkçəyə görə hissə-hissə ayda 20 və ya 30 manat verməklə almaq istədiyini bildirmiş, o da razılaşmışdır. Laləzar həmin gödəkçəyə görə bir neçə ay cəmi 150 manat pul ödəmiş, qalan 150 manatı isə ödəməmişdir. 2019-cu ilin may ayının 27-də yenə də evinə gəlmiş və ev əşyaları almaq istədiyini bildirib onda olan 1 ədəd 400 manat dəyərində xalça, 1 ədəd 80 manat dəyərində qida üyüdən aparat, 1 ədəd 240 manat dəyərində hamam dəsti, hər biri 135 manat olan iki ədəd cəmi 270 manat olan yataq dəsti və 1 ədəd 440 manat dəyərində qab-qajaq dəsti götürmüş və danışdıqları kimi hissə-hissə aylıq ödəniş etməklə ödəməliymiş. Cəmi 1430 manat dəyərində olan əşyaları götürsədə bir neçə ay ərzində ona cəmi 430 manat pul ödəmiş qalan 1000 manatı isə ödəməmişdir. 01 noyabr 2019-cu il tarixdə yenə Laləzar evinə gəlmiş və ondan qızıl istəmişdir. Laləzara özünə məxsus hazırda çəkiləri yadında qalmayan bir ədəd 1500 manat dəyərində qızıl dəsti vermişdir. Həmin qızılları Laləzar götürəndən bir neçə ay sonra cəmi 900 manatı ödəmiş, qalan 600 manatı isə ödəməmişdir. 08 avqust 2020-ci il tarixdə yenə də növbəti dəfə evinə gəlməmişdən əvvəl evə aid əşyalar almaq istədiyini demişdir. Baxandan sonra ümumi dəyəri 479 manata olan, yəni 1 ədəd 90 manat dəyərində ədiyal, 1 ədəd 18 manat dəyərində dəsmal, bir ədəd 50 manat dəyərində divar saatı, 1 ədəd 55 manat dəyərində yataq dəsti, 2 ədəd 65 manat dəyərində ətir, 1 ədəd 21 manat dəyərində dəsmal və bir ədəd Samsunq markalı tozsoran aparatı hissə-hissə ödəmək şərti ilə götürüb aparmışdır. Həmin əşyaları da götürəndən sonra hər ay hissə-hissə pul versədə cəmi həmin əşyalara görə 379 manat vermiş, 100 manat borju qalmışdır. Bir neçə ay sonra yəni 2021-ci ilin yanvar ayının əvvəlində ona demiş ki, ona qızıl lazım olacaq, qızılı ondan nisyə götürüb biraz hər qrama görə baha deyib başqa şəxslərə satmaqla dolanmaq istəyir. O etiraz etməmiş və 12 yanvar 2021-ci il tarixdə Laləzar evinə gələndə ona özünə məxsus müxtəlif çəkidə cəmi 2200 manat dəyərində qızıl komplekt vermişdir. Laləzar həmin qızılları götürmüş və yenə də danışdıqları kimi hissə-hissə 1700 manatı qaytarmış, 500 manat borjlu qalmışdır. Bundan bir neçə gün sonra yəni 16 yanvar 2021-ci il tarixdə yenə Laləzar evə gəlmiş və ondan ona məxsus 500 manat dəyərində bir ədəd qızıl qolbaq götürmüşdür. Həmin qızılın 350 manatını vermiş, 150 manatı borclu qalmışdır. 04 mart 2021-ci il tarixə yenə də Laləzar ondan ona məxsus 434 manat dəyərində 3,1 qram çəkidə üzərində briliant qaşlı qızıl üzük və 559 manat dəyərində 4,3 qram çəkidə bir ədəd qızıl qolbağ götürmüşdür. Hissə-hissə 650 manatını qaytarmış, 343 manatı borclu qalmışdır. xx.xx.2021-ci il tarixdə yenə də Laləzar dəyəri 646 manat olan bir ədəd 4,97 qram çəkidə qadın qızıl qolbağ götürmüş, sonrakı aylarda 200 manatını ödəmiş, 446 manatı ödəməmişdir. xx.xx.2021-ci il tarixdə ona məxsus olan 1162 manat dəyərində bir ədəd 8,3 qram çəkidə qızıl qolbağı Laləzara öz evində vermişdir. Yenədə də olduğu kimi Laləzar bir neçə ay həmin pulun jəmi 980 manatını ödəmiş, qalan 182 manatını isə ödəməmişdir. İki gün sonra yəni 10 iyun 2021-ci il tarixdə Laləzara yenə də öz evində özünə məxsus 675 manat dəyərində 5 qram çəkidə bir ədəd qızıl qolbaq vermişdir. Həmin qolbağa görə Laləzar ona 200 manat vermiş, 475 manatı isə ödəməmişdir. xx.xx.2021-ci il tarixdə Laləzar yenə ona məxsus bir ədəd 650 manat dəyərində 5,130 qram çəkidə qızıl üzük götürmüş, 450 manatını növbəti aylarda ödəmiş, 200 manat borcu qalmışdır. 12 fevral 2022-ci il tarixdə Laləzar yenə evinə gəlmiş və ondan 1120 manat dəyərində bir ədəd 8,3 qram çəkidə qızıl üzük götürmüş, həmin üzüyün pulundan cəmi 80 manat qaytarmış, 1040 manat borclu qalmışdır. Həmin vaxtı Laləzar ondan sırğa dəsti istəmiş, onda sırğa dəsti olmadığı üçün o tanışı Zeynəbdən, hissə-hissə pulunu vermək şərti ilə qızıldan olan sırğa dəsti götürmüş və xx.xx.2022-ci il tarixdə Laləzar evinə gələndə ona 1977 manat dəyərində 14,65 qram çəkidə Zeynəbin verdiyi qızıl sırğa dəstini vermişdir. Həmin vaxtı Zeynəb də onun evində olsada danışığa müdaxilə etməmişdir. Lakin Laləzar həmin dəstə görə pulu ona ödəyirmiş, 600 manatını ödəmiş, qalan 1327 manatını isə ödəməmişdir. 24 fevral 2022-ci il tarixdə yenə də Laləzar evinə gəlmiş və hazırda hansı çəkidə xatırlamadığı 1617 manat dəyərində qızıldan komplekt dəsti götürmüş, 190 manatını ödəmiş, 1427 manatı qalmışdır. Yenə də Laləzar 26 mart 2022-ji il tarixdə evinə gəlmiş və hissə-hissə ödəmək şərti ilə dəyəri 1430 manat olan ona məxsus 11 qram çəkidə qızıl boyunbağı götürmüşdür. 210 manatını ödəmiş, 920 manatı ödəməmişdir. xx.xx.2022-ci il tarixdə yenə də Laləzar evinə gəlmiş və ondan ona məxsus bir ədəd 756 manat dəyərində 5,6 qram çəkidə qızıl üzük, 1033 manat dəyərində 7,65 qram çəkidə qızıl qolbağ götürmüşdür. Sonrakı aylarda cəmi 250 manatını həmişəki kimi hissə-hissə ödəmiş 1539 manatını isə ödəməmişdir. 24 aprel 2022-ci il tarixdə yenə də Laləzar ondan ona məxsus 1296 manat dəyərində bir ədəd 9,6 qram çəkidə qızıl boyunbağı götürmüş, 86 manatını hissəhissə ödəmiş, qalan 1210 manatını isə ödəməmişdir. 27 may 2022-ji il tarixdə yenə də Laləzar evinə gəlmiş və ona məxsus 4253 manat dəyərində ümumi çəkisi 31,5 qram olan hazırda yadında qalmayan sayda qızıl-zinyət əşyaları götürmüş, 1100 manatını vermiş, 3153 manatını isə ödəməmişdir. Laləzar evinə gəlib gedən vaxtı gəlni Leyla gəlməyə başlamış, ona qızıl götürüb biraz üstünə qoyub satmaq istədiyini bildirmişdir.O etiraz etməmiş və fikirləşmiş ki,daha çox pul qazanar. Belə ki, 07 oktyabr 2021-ci il tarixdə Leyla onun yaşadığı evə gəlib 4562 manat dəyərində 32,5 qram çəkidə boyunbağı götürmüşdür. Götürəndən sonra hissə-hissə ümumilikdə 4020 manat pul ödəmiş 542 manatı borclu qalmışdır. xx.xx.2021-ci il tarixdə Leyla yenə də evinə gəlmiş və qızıl istəmiş, həmin vaxtı tanışı Səbuhi evinə gəlmişdir. Leyla qızıl istəyəndə Səbuhi ona verməyə razılaşmış və demiş ki, hissə-hissə ona ödəsin, o isə Səbuhiyə verəcək. Leyla razılaşmış lakin 933 manat dəyərində 7,18 qram çəkidə olan qolbağ və üzüyün pulundan cəmi 500 manatını ödəmiş, qalan 433 manatı isə sonrakı aylarda ödəməmişdir. xx.xx.2021-ci il tarixdə Leyla evinə gəlmiş və satıb pulunu hissə-hissə ödəmək şərti ilə onunla razılaşıb bir ədəd 620 manat dəyərində tanışı Zeynəbdən aldığım 4,28 qram çəkidə qızıl qolbağı götürmüşdür. Dörd ay 120 manatdan ödəmiş, 140 manat borcu qalmışdır. Həmin günü günorta saatlarında yenə də Leyla gələjəyini bildirmiş və bir qədər sonra gələndə tanışı Səbuhi onun evində olmuşdur. Səbuhi ona qızıl gətirmişdir ki, satsın. Elə bu vaxtı Leyla gəlmiş və qızıl istəyən zaman Səbuhi qonşuları olduğu üçün Leylaya bir ədəd 1316 manat dəyərində 9,75 qram çəkidə qızıl boyunbağını vermiş, lakin danışığa əsasən Leyla pulu ona verməli, o isə öz növbəsində Səbuhiyə verməliymiş. Ümumilikdə Səbuhidən evində aldığı qızıla görə bir neçə ay ərzində Leyla 550 manat pulu gətirib vermiş, o da həmin puldan Səbuhiyə verirmiş, qalan 766 manatını isə verməmişdir. Həmin günün axşamı yenə Leyla əri Elşadla gəlmiş və ondan Leyla yenə qızıl istəmiş, özünə məxsus olan dəyəri 5970 manat dəyərində çəkisini xatırlamadağı qızıl komplekti və 687 manat dəyərində bir ədəd qolbağı vermişdir. Həmin qızıl və komplektə görə Leyla hissə-hissə 4375 manat ödəmiş,qalan 2282 manatı borclu qalmışdır. xx.xx.2021-ci il tarixdə Leylanın anası Rəbiyyə ona zəng vurub bildirmiş ki, ondan yataq dəsti almaq istəyir. Özü Qubada olduğu üçün Leyla gəlib götürəcək. Leyla evinə gəlmiş və onda yataq dəsti olduğunu bildiyi üçün 2 ədəd yataq dəsti istəmişdir. Evində 1 ədəd 220 manat dəyərində və 1 ədəd 100 manat dəyərində yataq dəsti vermişdir. Həmin vaxtı Leyla demiş ki, pulu anası verəcək. xx.xx.2021-ci il tarixdə Leyla yenə evinə gəlmiş və ondan ona məxsus dəyəri 3108 manat olan 22,5 qram çəkidə bir ədəd boyunbağı və 560 manat dəyərində 4 qram çəkidə bir ədəd üzük götürmüşdür. Hissə-hissə 2941 manatını ödəmiş 727 manatı borclu qalmışdır. xx.xx.2021-ci il tarixdə Leylanın anası Rəbiyyə ona zəng vurmuş və qızıl istəmiş, özü Quba rayonunda olduğu üçün demiş ki, Leyla gəlib götürəcək. O etiraz etməmiş və Leyla gələndə ona özünə məxsus 1610 manat dəyərində 11,5 qram çəkidə qızıl qolbağ vermişdir. Hissə-hissə Rəbiyyə onun Rabitəbank kart hesabına 1470 manatı ödəmiş lakin 140 manatı isə ödəməmişdir. 12 yanvar 2022-ci il tarixdə növbəti dəfə Leyla evinə gələndə bildirmiş ki, ərinin polisdə işi var ona təjili pul lazımdır ona görə daha çox qızıl istəmişdir. Ona 12192 manat dəyərində 87,6 qram çəkidə özünə məxsus boyunbağı, qolbağ və sırğa dəstindən ibarət qızıllar vermişdir. Birinci ayı 2000 manat, ikinci və üçüncü ayda cəmi 2272 manat ödəmiş qalan 7920 manatı isə ödəməmişdir. 18 fevral 2022-ci il tarixdə Leyla əri ilə birlikdə evinə gəlmiş, o, dəyəri 5908 manat olan 42,2 qram çəkidə bir ədəd boyunbağı və 14,4 qram çəkidə dəyəri 1872 manat olan bir cüt sırğa dəsti vermişdir. 2108 manatı Leyla ödəmiş qalan 5672 manatı borclu qalmışdır. xx.xx.2022-ci il tarixdə Leyla və əri yaşadığı evə gəlmiş, tanışı Esmiraya məxsus 15458 manat dəyərində 105,84 qram çəkidə boyunbağı, sırğa və qolbağ həmçinin 8,36 qram çəkidə qolbağı götürmüşdür. Cəmi 3000 manatı ödəmiş qalan 12458 manatını isə hazıra qədər borjlu qalmışdır. xx.xx.2022 tarixdə Leylanın anası Rəbiyyə ilə telefonla danışanda ondan xahiş etmiş ki,ona qızıl versin lakin özü Quba rayonunda olduğu üçün qızı Leyla gəlib götürəcəkdir. O etiraz etməmiş və bir qədər sonra Leyla Laləzarla gəlib tanışı Vüsaləyə məxsus və satmaq üçün ona verdiyi 5994 manat dəyərində 44,4 qram çəkidə bir ədəd qolbağ, bir ədəd kulonla birlikdə boyunbağı və sırğanı Leylaya vermişdir. Rəbiyyə kartına dörd ay ödəniş edəndən sonra ödənişi dayandırmış və hazırda həmin qızıllara görə 3344 manat borju qalmışdır. xx.xx.2022-ci il tarixdə Leyla yenə də evinə gəlmiş, həmin vaxtı qaynı arvadı yəni Laləzarın digər oğlu Elçinin yoldaşı Əfsanənin yanında özünə məxsus olan ümumi dəyəri 5639 manat olan 26,1 qram çəkidə sırğa və qolbağ dəsti və 15,67 qram çəkidə boyunbağı vermişdir. Həmin pulun yalnız 1100 manatını qaytarmış, qalan 4539 manatı isə ödəməmişdir. Axırıncı dəfə 16 mart 2022-ci il tarixdə özünə məxsus olan bir ədəd 405 manat dəyərində 3 qram çəkidə bir ədəd qızıl boyunbağı vermiş. Həmin qızılın pulunu da Leyla ödəməmişdir. Oğuz rayonunda olan Əziz adlı tanışı var, həmin şəxs telefon mağazası işlədir. Laləzar da bilirmiş ki, o şəxsiyyət vəsiqəsi ilə nisyə telefon götürür. Laləzar bunu bildiyi üçün 2021-ci ilin təxminən sentyabr ayının əvvəllərində evinə gələndə həm özünə, həm gəlini Əfsanəyə, həmdə oğlu Elçinə yeni telefon almaq istədiyini bildirmişdir. Pulunu isə yavaş-yavaş 12 ay müddətdə hər ay ödəmək şərti ilə götürmək istədiyini demişdir. Əzizin telefon nömrəsini vermişdir. Onun telefonların markalarından başı çıxmadığı üçün demiş ki, özü onun adından Əzizlə danışsın. Əvvəlcədən Əzizlə danışmışmış ki, qonşularıdır. Bir gün sonra Əziz ona zəng vurmuş ki, Laləzargilə 3 ədəd telefon göndərir, onun nömrəsini taksiyə vermiş, taksi gələndə ondan götürsün. Bir müddət sonra tanımadığı taksi sürücüsü 3 ədəd qutuda markasını və dəyərini bilmədiyi mobil telefonlar gətirmişdir. Həmin telefonlara görə ilkin ödəniş etməmişlər. O telefonları götürəndən sonra Laləzara zəng vurub evə çağırmış, Laləzar işdə olduğuna görə oğlu Elçin arvadı Əfsanə ilə gəlib telefonları götürmüşdür. Bir müddət sonra tarixi dəqiq yadında deyil, Laləzar onunla əlaqə saxlayıb əlavə Əzizdən telefon götürmək istədiyini bildirmişdir. O Laləzara əgər telefonların pulunu ödəyəjəksə yenidən Əzizdən xahiş edə biləjəyini demişdir. Laləzar demiş ki,vaxtında ödəyəcəkdir. O Əzizə zəng vurmuş və Laləzargil tərəfdən ödəniş olub-olmadığını soruşmuşdur. Əziz demiş ki, problem yoxdur vaxtında ödəniş edirlər. O, Əzizə demiş ki, əlavə yenə telefon istəyirlər. Əziz etiraz etməmiş və ona demiş ki, ortada o olduğuna görə etibar edir, qoy zəng vursunlar. Bundan sonra Laləzargil Əzizdən neçə ədəd telefon götürdüklərini bilmir. Bir müddət sonra Leyla yanına gəlmiş və yenə telefon götürmək istədiyini bildirmişdir. Yenə Əzizə zəng vurub xahiş etmiş ki, etibarlı qonşulardı pulu vaxtı vaxtında ödəyəcəklər narahat olmasın. Sonra Leyla özü Əzizlə danışmış və müxtəlif markalı bir neçə ədəd telefon götürmüşdür. 2022-ci ilin may ayında Laləzar evinə oğlu Nuranla gəlmiş və axırınjı dəfə ondan Əzizə zəng vurmağını xahiş etmişdir. Nuranın ad günü olduğu üçün ona telefon hədiyyə etmək istəyir. Daha sonra Əzizlə danışmış və aldığı məlumata görə Lalazər Əzizdən əlavə 2 ədəd telefon götürmüşdür.Yəni Əziz həmişəki kimi telefonları taksi vasitəsi ilə onlara göndərmişdir. Bir neçə gün sonra Əziz zəng vurub bildirmiş ki, Laləzargilə artıq 11 ədəd telefon vermişdir, yenə telefon istəyirlər, ondan ödənişlərin edilib-edilmədiyini soruşanda ona demiş ki, ödənişlər gecikir, onda Əzizə demiş ki,verməsin. 2022-ci ilin iyul ayında Əziz zəng vurmuş ki, onlar artıq pulu çox az verirlər. Artıq avqust ayında ona məlum olmuş ki, sonuncular ümumiyyətlə telefonların pullarını vermirlər, Əziz də vaxtaşırı ona zəng vurmuşdur ki, «sənə görə vermişəm», onlar isə məsuliyyətsizlik edirlər, o isə ona demiş ki, əgər vermirlərsə telefonları bağlatdırsın. Bundan sonra ona məlum olmuşdur ki, Laləzargil telefonlara təxminən 6000 manata yaxın pul borclu qalıb. Həmin ərəfələrdə də artıq onun pulunu da verməməyə başlamışlar. 2022-ci ilin may ayının ortalarından sonra nə Laləzara nədəki onun qohumlarının heç birinə heç bir dəyərli əşya verməmişdir. Polisə müraciət edəndən bir gün sonra Leyla ona xx.xx.2022-ci il tarixdə 2000 manat, Laləzar isə ümumilikdə 4000 manat pul qaytarmışdır. Tanışı Esmira, Zeynəb, Vüsalə və Səbuhidən qızıl alıb hər qramına görə 5-10 manat üstünə qoyub satmaqla məşqul olmuşdur. Vüsalə onun qohumu olduğu üçün ondan götürüb Rabiyəyə verdiyi qızıla görə Vüsalənin pulunu tam ödəmiş, Vüsaləyə isə borju yoxdur. Leylaya verdiyi 105,84 qram çəkidə qızılın içində 5300 manatlıq qızıl Esmiraya məxsus olduğu üçün Esmiraya 1000 manat qaytarmış, 4300 manat borclu qalmışdır. Səbuhi evində ona görə Leylaya qızıl verdiyi üçün Səbuhiyə 9,75 qram qızıla görə 676 manat, 7,18 qram qızıla görə isə 400 manat pul verilməlidir. Zeynəbdən aldığı və Laləzara verdiyi 14,65 qram qızıla görə 1200 manat pul verməlidir. Evdə həmişə Leyla və Laləzara qızıl və ya digər əşyalar verəndə yanında tarixlər dəqiq yadında olmasa da müxtəlif vaxtlarda qardaşı oğlu Sübhan evdə olmuşdur. Elə vaxtlar olub ki, qardaşı Rahil də evdə olurdu. Malları verəndə çox vaxtı qonşuluqda yaşayan Zeynəb də iştirak edirmiş. Nəticədə Leylanın ona 34966 manat, Laləzarın isə 15362 manat borcu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs gəlinidir. Belə ki, 2015-ci il tarixdə Laləzarın oğlu Elçinlə ailə həyatı qurmuş və ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs qonşusu kimi tanımışdır. Məsməni alverçi, sələm verən şəxs kimi tanımışdır. Məsmə ilə aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təxminən il yarım əvvəl uşağı xəstə olduğu üçün təcili pul lazım olmuşdur. Ailə üzvlərinin heç biri rəsmi olaraq işləmədiyi üçün bankdan kredit götürə bilməmişdir. Uşağın da halı günü-gündən pisləşdiyi üçün məcbur olub Məsməyə müraciət etmişdir. Məsmə özü də uşağın pis vəziyyətdə olduğunu görmüşdür. Məsmə özü ona təklif etmişdir ki, nisyə aylıq hissə-hissə ödəmək şərti ilə qızıl alsın, həmin qızılı lombarda satıb pul əldə etsin. Onlar da çıxılmaz vəziyyətdə olduğu üçün ayrı çarələri olmamış, ona görə də normaldan baha qiymətə Məsmədən nisyə qızıl götürməyə razılaşmışlar. Aralarında olan razılaşmaya əsasən Məsmədən 2256 manat dəyərində komplekt qızıl dəsti nisyə olaraq, ayda təxminən 150 manat ödəmək şərti ilə qızıl götürmüşlər. Həmin qızılı aparıb lombarda 1000 manata satmışdır. Həmin 1000 manatın 300 manatını Məsməyə borcun ilkin ödənişi kimi vermiş, yerdə qalan 700 manatı isə uşağın müalicəsi üçün xərcləmişdir. Ondan sonra o, bir ay belə olsun gecikmədən Məsmənin aylıq 150 manat ödənişini bu günə kimi ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 şahid qismində verdiyi ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş və analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri, Adıgözəlov küçəsi, ev 22-də oğlu ilə birlikdə yaşayır. Yaşadığı həyətin içində tikinti aparmaq istəmiş lakin imkanı olmadığından özündə olan qızılı satmaq niyyətinə düşmüşdür. Zərərçəkmiş şəxs onun qohumudur, Məsməni alverlə məşqul olduğunu bildiyinə görə 2022-ci ilin mart ayının əvvəlində telefonla ona zəng vurub bildirmiş ki, 32 qramdan biraz çox qızılı var, satmaq istəyir. Məsmə ona bildirmiş ki, satıb hissə-hissə pulunu verə bilər. Razılaşıb 2022-ci ilin mart ayının ya 8-i ya 9-u Məsmənin yaşadığı evinə getmiş və orada Məsməyə bir neçə ədəd boyunbağı və qolbağ vermişdir. Məsmə onları ölçmüş, 32 qramdan biraz çox olmuşdur. Məsmə demiş ki, 5300 manat dəyəri var. Həmçinin bildirmişdir ki, Quba rayonundan bir qız var həmin qızılı ona satacaqdır. Məsmənin evindən çıxanda həmin qızı onun evinə gəldiyini görmüşdür. Həmin qızı tanımasa da Məsmə həmin qıza satacağını demişdir. Sabahısı günü Məsmə yaşadığı evə gəlmiş və ona 1000 manat pul verib bildirmiş ki, qalanı hissə-hissə ödəyəcəkdir. Bundan sonra, o Məsmə ilə dəfələrlə əlaqə saxlasa da ona hər dəfə söz verirmiş ki, pulu verəcəkdir. Son zamanlar ümumiyyətlə telefonlarına cavab verməmişdir. Təxminən 6 ay əvvəl Məsmə demişdir ki, Quba rayonundan bir qız var ondan qızıl alıb, lakin pulunu vermir, onun qızılını da həmin qıza satıb lakin həmin qız pulu ödəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bacanağının qonşusudur. Bacanağı Məsmə ilə lotoreya oynayırdı, ona da bir dəfə təklif etdi ki, istəsə o da oynasın. Bir neçə dəfə pul verib lotoreya oynamışdır. Məsmə ilə belə tanışlığı yaranmışdır. Tanışlığı yaranandan sonra ona məlum olmuşdur ki, Məsmə alverlə məşqul olur. Məsmə də həmçinin bilmiş ki, o zərgər işləyir. Təxminən 2021-ci ili aprel aylarında Məsmə təklif etmişdir ki, qızıl olsa gətirim ona versin, o hər qramına görə 5 manatdan artıq pul verəcək, lakin pulu hissə-hissə ödəyəcəkdir. Xırda xırda Məsməyə qızıl verməyə başlamışdır. Məsmə də ona hissə-hissə pul qaytarmışdır. Leyla Yaqubova ilə münasibəti yoxdur. Məsməyə qızıl verdiyi üçün və onun qızılını Məsmə Leylaya verdiyinə görə həmin qızılın pulunu Leyla ödəməkdə çətinlik çəkdiyi üçün Məsmə ona həmin qızılın ona məxsus olduğunu bildirib onun nömrəsini Leylaya vermişdir. Leyla da onu yığıb Məsməyə pulunu gecikdirdiyini bildirib ödəyəcəyini söz vermişdir. Başqa onunla münasibəti olmayıb. Məsməyə verdiyi qızıllardan hansını Leylaya verdiyini bilmir. Təqsirləndirilən şəxs tanımamış, lakin dəfələrlə Məsmənin evinə gəlib-gedən vaxtı həm Laləzarı, həm də Leylanın onun evinə gəlib getdiyini görmüşdür. Bir dəfə Məsməyə qızıl verəndə kimə verdiyini soruşmuş, Məsmə demiş ki, narahat olma, Leyla və Laləzar qonşularıdır, etibarlı adamlardır. Nə Leylaya, nə də ki Laləzara qızıl verməmiş, amma Məsmənin evinə gedən vaxtları Məsmə ona məxsus olan qızıllardan Leylaya verdiyini görmüşdür. Hansı qızıl olduğunu xatırlamır. Leyla da qızıla tez-tələsik baxmadan götürüb getmişdir. Onun Leyla ilə ödəniş barədə hər hansı bir danışığı olmayıb. Məsmə də ona demişdir ki, qızılların pulunu o özü verəcəkdir. Qızıllardan neçəsini Leyla və ya Məsməyə və ya digər şəxsə verməsi barədə məlumatım yoxdur. Həmin ərəfələrdə Leyla ona telefonun Vastap vasitəsi ilə Məsməyə nə vaxt qızıl verməyi barədə soruşmuşdur. Yəqin Məsməyə qızıl verməyini öyrənib Məsmədən gedib qızılları almaq istəyirmiş, Zərərçəkmiş şəxs təxminən 17000 manat dəyərində qızıl vermiş, verdiyi qızıllara görə Məsmənin 13850 manat borcu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs oğludur. Şahid1 onun arvadıdır. Zərərçəkmiş şəxs isə onun qonşusudur. Məsməni alverçi və sələm verən şəxs kimi tanıyır. Məsmə ilə aralarında heç bir ədavət və düşmənçilyi olmamış və yoxdur. Təxminən il yarım bundan əvvəl uşağı xəstə olduğu üçün təcili pul lazım idi. Ailə üzvlərinin heç biri rəsmi olaraq işləmədiyi üçün bankdan kredit götürə bilməmişlər. Uşağın da halı günü gündən pisləşdiyi üçün məcbur olub Məsməyə müraciət etdmişlər. Məsmə özü də uşağın pis vəziyyətdə olduğunu görmüşdür. Özü onlara təklif etdi ki, ondan nisyə aylıq hissə hissə ödəmək şərti ilə qızıl alıb həmin qızılı lombarda satıb pul edərəm. Onlar da çıxılmaz vəziyyətdə olduğu üçün ayrı çarələri yox idi, ona görə də normaldan baha qiymətə Məsmədən nisyə qızıl götürməyə razılaşmışlar. Aralarında olan razılaşmaya əsasən Məsmədən 2256 manat dəyərində komplekt qızıl dəsti nisyə olaraq, ayda təxminən 150 manat ödəmək şərti ilə qızıl götürdük. Həmin qızılı aparıb lombarda 1000 manata satmışlar. Həmin 1000 manatın 300 manatını Məsməyə borcun ilkin ödənişi kimi vermişlər. Yerdə qalan 700 manatı isə uşağın müalicəsi üçün xərcləmişlər. Ondan sonra o, bir ay belə olsun gecikmədən Məsmənin aylıq 150 manat ödənişini bu günə kimi ödəmişlər. Hazırda isə Məsmə onların ailəsi ilə ədavət aparmağa başlamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməl üzrə təqsirli bilməsi qeyri-səmimi özünümüdafiə xarakteri daşıyır. Qəbzlərdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyan ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Abşeron rayonu hüdudlarını saat 23:00-dən saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz gücündə saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlanıldığı bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz gücündə saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-595/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-595/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver