Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-596/2025 13.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X25 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11, Xüsusi ittiham qaydasında şikayət vermiş X3 iştirakları ilə, X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X12 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması və həmin maddənin sanksiyasında nəzərdə tutulan ən ağır həddə cəzaya məhkum edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, Konkret.az xəbər saytının baş redaktoru X19 qərəzli olaraq barəsində paylaşdığı məlumatlarla ona böhtan atmış, işgüzar nüfuzuna xələl yetirmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onunla təsdiq olunur ki, o, aşağıda qeyd olunan baş redaktoru olduğu kütləvi infonnasiya vasitəsində barəmdə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan guya bir sıra məhkəmə proseslərində qərarların ayrı-ayrı şəxslərin lehinə təmin ediləcəyinə vəd verərək onların külli miqdarda pulunu mənimsəməsi, lakin vədini yerinə yetirə bilməməyi barədə yalan məlumatlar dərc edərək, onu açıq-aşkar ağır cinayətlər törətməkdə ittiham etmişdir. Belə ki, Konkret.az xəbər saytında xx.xx.2025-ci il tarixində, saat 15:40-da də dərc edilmiş “Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et”- Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA” başlığı ilə yayımlanmış əsassız yazı diqqətinizə olduğu kimi çatdırır: “Bir müddət öncə fəaliyyəti dayandırılan vəkil Adəm Məmmədov haqqında intizam icraatının başladıldığı elan olunsa da, təfərrüatlar açıqlanmadı. Lakin uzun illərdir fəaliyyət göstərən* bir çox səs-küylü proseslər də vəkil kimi çıxış edən Adəm Məmmədovun fəaliyyətinin dayandırılması təbii ku acıa suallar yaratmaqla yanası, həm də böyiik maraq doğurur. Müxtəlif iddialara görə, vəkil Adəm Məmmədov bir sıra məhkəmə proseslərində qərarların ayrı-ayrı şəxslərin levlıinə təmin ediləcəyinə vəd verərək onların külli miqdarda pulunu mənimsəyib. Ancaq vədini yerinə yetirə bilməməsi onun basına əməlli-başlı “ovun” acıb”Sözügedən yazı bir müddət bundan əvvəl ibtidai istintaq orqanında və məhkəmələrdə hüquqi yardım göstərmiş olduğum vətəndaş X13 alınmış müsahibə ilə davam etdirilib. Yazının davamı aşağıdakı kimidir: “Səsləndirilən iddiaların doğru olubolmadığını araşdırmaq qərarına gəldik və nəticə bizi vəkil Adəm Məmmədovun bu cür “əməlindən ” zərər çəkənlərdən olan X21 ilə qarşılaşdırdı. KONKRET.az-a açıqlama verən Şirin Abbasov elə ilk telefon danışığımızda vəkil Adəm Məmmədovun ondan 30 min manat pul aldığını iddia edib: “Oğlum avtoqəza keçirmişdi. Rayon məhkəməsində ona 4 il 9 ay olmaqla məntəqə tipli cəza verildi. Ancaq avtoqəza nəticəsində ölən şəxsin varisi ilə barışıq olmadığı üçün Adəm Məmmədov oğluma zəng edərək onu yanına çağırıb. Bildirib ki, 30 min manat pul verilməlidir ki, Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxlasın. Oğlum da məcbur qalaraq 30 min manatı Adəm Məmmədova verib. Bundan sonra Apellyasiya Məhkəməsində 3 iclas keçirilib. Dördüncü iclasda isə Adəm Məmmədov oğluma bildirdi ki, məhkəməyə gəlməsin. Məqsəd o idi ki, oğlum barəsində axtarış elan olunsun və tapılana qədər vaxt udsun, işi həll etsin. Lakin bir ay yarım keçəndən sonra oğlumu tutaraq “Kürdəxanı ”ya göndərdilər. On iki gündən sonra Apellyasiya Məhkəməsi keçirildi və oğluma 5 il 6 ay iş kəsdilər. Belə olan halda Adəm Məmmədovdan pulumu geri verməsini tələb etdim. Barəsində şikayətlər verdim və aidiyyatı qurumlara müraciətlər ünvanladım. Bundan sonra məni otağına çağıraraq barəsində etdiyim şikayəti geri götürməyimi istədi və oğlumu bəraət və ya məntəqə tipli cəza ilə həbsdən çıxaracağına söz verdi. Məni arxayın etdiyi üçün razılaşdım və şikayətimi geri götürdüm. Ancaq Ali Məhkəmə də Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı. Bundan sonra mən Adəm Məmmədovdan pulumu geri tələb etsəm də, məhəl qoymadı. “Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et” deyərək çıxıb getdi. Sonra oğlumu Binəqədi Rayon Polis İdarəsində Adəm Məmmədovla üzləşdirdilər. Oğlum ona öz əli ilə pul verdiyini bir daha təsdiqlədi. Hazıda Binəqədi Rayon X5 barəsindəki şikayətimə baxdır. Ancaq hələlik heç bir nəticə yoxdur”, - deyə Şirin Abbasov vurğulayıb. O, çıxışının sonunda Qarabağ qazisi olduğunu və əlil arabasında gəzdiyini bildirib. Aidiyyatı qurumlardan şikayətinə tez bir zamanda baxılmasını və probleminin həll olunmasını xahiş edib”. Həmin xəbəri 2100 nəfər oxumuşdur, (xəbərin linki: https://konkret.az/nienini-sene-verecek-puluni-voxdur-hara-istevirsen-sikavet-et-veklladem-mem medov-lıaqda-sensasion-iddia-yenilenib/) Bundan başqa, sözügedən saytda 04 fevral 2025-ci il tarixində, saat 17:52-də dərc edilmiş “Adəm Məmmədovdan şikayətçi olan daha bir şəxs danışdı: ’’Məndən 15 min manat pul istədi, sonra isə...” başlıqlı yazının mətni aşağıdakı kimidir: “Vəkillik fəaliyyətinə qadağa qoyulan Adəm Məmmədovun fəaliyyətindən zərər çəkənlərin sayı durmadan artır. Bu dəfə KONKRET. az-a vəkil Adəm Məmmədov tərəfindən haqqı tapdandığını və aldadıldığını iddia edən X14 açıqlama verib. O bildirib ki, həbsdə olan qardaşına bəraət alacağını vəd verən Adəm Məmmədovla 2022ci ilin oktyabr ayında görüşüb. “Qardaşım 7 il idi həbs olunmuşdu. Hələ 3 il yarım cəzası qalmışdı. Adəm Məmmədov bizə dedi ki, məhkəmədə bəraət alacaq və qardaşımın həbsdən çıxmasına köməklik göstərəcək. Bunun üçün öncə dəyəri 2 min manat olan müqavilə bağladıq. Daha sonra isə işi görmək üçün bizdən 15 min manat pul istədi. Biz də evimizdə olan qızıllarımızı girov qoyduq və bankdan kredit götürdük. Beləcə 15 min manatı Adəm Məmmədova verdik. Ancaq üç aydan sonra bizə bildirdi ki, işi həll edə bilməyib və məsələ istədiyi kimi, getməyib. Ondan sonra iki-üç dəfə pulumuzu tələb etdik. Qardaşım oğlu onu “Banditizm ”ə zəng edəcəyi ilə hədələdi. Bundan sonra verdiyimiz 15 min manatı geri qaytardı. Bundan sonra sənədlərimizi geri vermirdi. Sonda Vəkillər Kollegiyasına şikayət etdik və sənədlərimizi də geri ala bildik. İki min manat müqavilə pulunun isə 800 manatını geri verdi, amma qalan pul Adəm Məmmədovda qaldı. Bizim şikayətimiz ondan ibarətdir ki, Adəm Məmmədov işi həll edəcəyinə söz verib ümidlərimizi puça çıxarır”,Daşqın Həsənov vurğulayıb”.Həmin xəbəri 2700 nəfər oxumuşdur, (xəbərin linki: https://konkret.az/adem-menimedovdan-sikavetci-olan-daha- bir-sexs-danisdimenden-15-min-maııat-pnl-istedi-sonra-ise/) Daha sonra, sözügedən saytda 05 fevral 2025-ci il tarixində, saat 17:46-da dərc edilmiş “Yaşlı qadın Adəm Məmmədovu belə İFŞA ETDİ: Hakimə vermək adı ilə alman 20 min manat necə bölünüb?” başlıqlı yazının mətni aşağıdakı kimidir: “Son günlər vəkillik fəaliyyəti qadağan edilən Adəm Məmmədov haqqında səsləndirilən iddiaların ardı-arası kəsilmir. Redaksiyalarına müraciət ünvanlayan şəxslər Məmmədovun vəkil kimi fəaliyyət göstərdiyi vaxtlarda onların pullarını alaraq işlərini həll edə bilmədiyi haqda iddialar səsləndirirlər. KONKRET, az-a danışan növbəti iddiaçılardan biri də X4r. O da iddia edib ki, Adəm Məmmədov həbsdə olan övladma bəraət alacağını və ya ev dustaqlığına buraxdıracağını vəd verərək 10 min manat pul alıb. Amma bu pul sadəcə olaraq Adəm Məmmədovun vəkil kimi xidmət haqqı olub. Eyni zamanda 20 min manatı isə işi aparan Lənkəran Məhkəməsinin hakiminə vermək adı ilə Şövkət Azayevadan alsalar da, əslində məbləği hakim köməkçisi ilə öz aralarında bölüblər. Hətta bu işdə Şövkət xanımın pulu Adəm Məmmədova və hakimə çatdırmalı olan bacısı oğlu da iştirak edib. Beləcə Şövkət xanımın iddiasına görə, pul hakimə çatmadığı üçün oğluna7 il iş kəsilib. Bundan sonra Şövkət Azayeva Korrupsiya idarəsinə şikayət etdikdən sonra 20 min manat pul geri qaytarılıb. Ancaq xidmət haqqı kimi verilən 10 min manat Adəm Məmmədov tərəfindən geri verilməyib. Digər tərəfdən, hazırda təqaüdə çıxan Yardımlının müstəntiqi Şahin adlı şəxs də 10 min manat pul alaraq oğlumun həbs maddəsini yüngülləşdirəcəyini söz versə də, öz vədinə xilaf çıxıb. Amma pulumu geri qaytarmır. Şövkət Azayeva qeyd edib ki, Adəm Məmmədovla bağlı Respublika Prokurorluğunda və digər aidiyyatı qurumlarda olub və şikayətini bildirib. Ancaq hələ ki, heç bir nəticə yoxdur”. Həmin xəbəri 837 nəfər oxumuşdur, (xəbərin linki: https://konkret.az/vasli-qadin-adem-niemmedovu-bele-ifsa- etdi-bakime-vermek-adi-ilealinan-20-min-manat-nece-bolunub/) Daha sonra xx.xx.2024 cü il tarixdə “Ölkənin ən qalmaqallı vəkili haqqında daha bir SENSASİON İDDİA” adlı məqalə paylaşılmışdır. “Son günlər ölkənin ən qalmaqallı vəkili kimi ad çıxaran və media manşetlərindən düşməyən Adəm Məmmədov haqqında yeni iddialar ortaya çıxır. Belə ki, onun şah ayrı-ayrı şəxslərə vəd verərək Dullarını mənimsədiyi, şah da qaranlıq keçmişi olan şəxslərə iş birliyinə girdiyi və onlara vəkillik etdiyi haqda iddialar səsləndirilir. KONKRET.az xəbər verir ki, bu dəfə Rusiya vətəndaşı olan Eldəniz Verdiyev adlı şəxs Adəm Məmmədovdan şikayətçi olub və onun haqqında ilginc iddialar səsləndirib. O bildirib ki, X24 yaşayan, qanunsuz işlərlə məşğul olan X7 vəkillik edir: “Bu şəxsin atası X15 da 84 il iş alıb və 25 ildir ki, ömürlük məhbuslar üçün nəzərdə tutulan həbsxanada cəza çəkir. Adəm Məmmədov isə bu cür qaranlıq keçmişi olan şəxslərə vəkillik edir. X1suz əməllərlə məşğuldur. Bu şəxslə mənim ədavətim 3 ildir davam edir. Onlar mənim biznesimi oğurlayıblar, çay içmək adı ilə çağıraraq zirzəmiyə salıblar. Sonra “cinayətkar axtarırıq” başlığı ilə şəkilimi böyüdüb divarlara vurublar. Hətta aralarında X6 adlı polisdən qovulan şəxs də var. Bu şəxs də Ramin Niyazovun dəstəsinə qoşulub. Onu “Food Siti ” bazarında təhlükəsizlik xidmətində işə düzəldiblər. İndi Etibarın əli ilə oğurladıqları şəxsləri zirzəmiyə salaraq işgəncə verirlər. Məni Allah qorudu, 2 saatdan sonra bir nəfərin köməkliyi ilə buraxdılar. Amma məqsədləri döymək və işgəncə vermək idi. Bundan sora Azərbaycana uçanda məni “Bandotdel” tərəfindən saxladılar. Çünki bu adamlar haqqımda şikayət etmişdilər. Lakin araşdırma aparıb günahım olmadığını aydınlaşdırdıqdan sonra məni sərbəst buraxdılar. Baş verənlərə öz etirazımı bildirmək və kömək istəmək üçün ölkə başçısına videomüraciət etdim. Bundan sonra Adəm Məmmədov həmin şəxsləri qızışdırdı və onlar məni guya “şərəf və ləyaqəti təhqir etmə” xüsusi ittiham ilə məhkəməyə verdilər. İki ilə yaxındır məni məhkəmələrdə süründürürlər. İkimiz də Rusiya vətəndaşıyıq, bütün proseslər Rusiyada baş verib. X35 adını çəkdiyim həmin şəxslərdən böyük pullar alaraq məni həbs elətdirəcəyini vəd verir. Bir dəfə Nizami Rayon Məhkəməsinə verdilər. Ancaq məhkəmə prosesi ləğv etdi və Gəncə məhkəməsinin baxmalı olduğunu bildirdi. Bundan sonra X30 Məhkəməsində iş qaldırdı. Məhkəmədə özbaşına hərəkətlərə yol verir, düzgün olmayan sənədlər təqdim edir. Hazırda Rusiyaya gedə bilmirəm, çünki həmin adamlar ölümümə fərman veriblər. Bir sözlə, Adəm Məmmədov bu cür qanunsuz işlər görən şəxslərə vəkillik edir və işini düzgün görmür. Hakimlərə, müstəntiqlərə təzyiq göstərməyə, ələ almağa çalışır. Bütün bu səbəblərə görə, mən Adəm Məmmədov barəsində müvafiq dövlət orqanlarına şikayət ünvanlamışam ”, - Eldəniz Verdiyev öz iddialarında vurğulayıb. Qeyd: Adəm Məmmədov haqqında səsləndirilən bütün iddiaları birmənalı olaraq rədd edir və bunun qərəzli, planlaşdırılmış kampaniya olduğunu bildirir. Hər bir halda Adəm Məmmədovun cavab haqqını tanıyırıq və dərc etməyə hazırıq/” həmin xəbəri 426 nəfər oxumuşdur, (xəbərin linki: https://konkret.az/olk.enin-en-qalmaqalli-vekili-haqqinda-dahabi r-sen sasi on -i ddi a/) Yuxarıda qeyd olunan məqalələrdə adları çəkilən vətəndaşların səsləndirdikləri yalan və həqiqətə uyğun olmayan iddialardır. Belə ki, həmin vətəndaşlara bir müddət bundan öncə vəkil olaraq hüquqi yardım göstərmişəm və göstərilən hüquqi yardımın müqabilində alınmış xidmət haqqından başqa heç bir əlavə məbləğ tərəfimdən alınmamışdır. Bugünkü gündə sözügedən vətəndaşların mənə qarşı bildirdikləri iddialar əsassızdır, onlar müxtəlif hüquq-mühafizə orqanlarına şikayət etsələr də bildirdikləri iddialar heç bir sübutla öz təsdiqini tapmamış, barəmdə nəinki qanuni qüvvəsini almış məhkəmə hökmü olmamış, ümumiyyətlə hər hansı cinayət işi başlanmamış, təqsirsizliyim tam sübuta yetirilmişdir. Lakin buna baxmayaraq, Konkret.az xəbər portalı mənim barəmdə bənzər məzmunlu əsassız, şərəf-ləyaqəyimi alçaldan, bir hüquq müdafiəçisi olaraq məni nüfuzdan salmağa yönəlmiş xəbərlər tirajlamağa davam edilir. Üstəlik bu yazılarda qərəzli olaraq “bir sıra məhkəmə proseslərində qərarların ayrı-ayrı şəxslərin leylıinə təmin ediləcəyinə vəd verərək onların külli miqdarda pulunu mənimsəyib”, (iAdəm Məmmədovun fəaliyyətindən zərər çəkənlərin sayı durmadan artır” və s. tipli cümlələr dərc edərək aldatma yolu ilə vətəndaşların pulunu ələ keçirməyim, onları zərərçəkmiş vəziyyətinə gətirməyim barədə cümlələr yazaraq məni cinayətkar kimi qələmə vermişdir. Konkret.az xəbər saytının baş redaktoru X19 qanuna müvafiq formada cəzalanmadıqca o, rəhbərlik etdiyi xəbər portalında mənim şərəf və ləyaqətimi, işgüzar nüfuzumu alçaltmağa davam edəcəkdir. Barəsində dərc olunmuş bu əsassız və ləkələyici xəbərlərin yayımlandığı xəbər saytı hazırkı gündə ictimaiyyətə açıq, hər bir oxuyucu tərəfindən əlçatan olan saytdır və yayımlanan yazılara minlərlə insan tərəfindən baxış olmuşdur və bu baxış sayı gün keçdikdə artmaqda davam edir. Eyni zamanda hazırkı informasiya dövrdündə xəbər saytlannın birində paylaşılmış bir məlumat digər saytlarda da kopyalanaraq kütləvi surətdə paylaşılır. Adını tək-tək qeyd edə bilmədiyim çoxsaylı saytlarda artıq haqqımda bu şərböhtan dolu məlumatlar paylaşılmaqdadır. Heç bir sübuta və əsasa söykənməyən, şərböhtan dolu ifadələri mənim bir hüquq müdafiəçisi olaraq şərəf və ləyaqətimə, işgüzar nüfuzuma ciddi şəkildə xələl gətirməkdədir. Hansı ki, bir vəkilin müvəkkili ilə arasındakı ilkin münasibət yaranmış inam üzərində qurulur. Eyni zamanda vəkilin peşəkar və uğurlu fəaliyyəti onun nüfuzunu formalaşdırır. Əlbəttə ki, vətəndaşların pulunu mənimsəməkdə ittiham olunan vəkillə heç kim müqavilə bağlamaq istəməz. Sözügedən sayt tərəfindən haqqımda yazılan həqiqətə uyğun olmayan fikirlərə bu qədər sayda baxış olması insanlarda barəmdə yanlış təsəvvürlər yaradır. Nəzərə alsaq ki, bir hüquq müdafiəçisi olaraq işgüzar nüfuzuma xələl gəlməsi hazırki müvəkkillərimdə də barəsində mənfi təəssürat yaranmasına səbəb ola bilər. O özü şəhid ailəsi üzvüdür, Azərbaycan Respublikasının yeganə şəhid hakimi X2 övladıdır. Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri nəzərə alınaraq Zərdab şəhərinin mərkəzi küçələrindən birinə şəhid hakim Məhərrəm Məmmədovun adı verilmişdir. Məhərrəm Məmmədovun 24 avqust 1993-cü il tarixdə Füzuli rayonunun İ Mahmudlu kəndi yaxınlığında, “Kültəpə” deyilən yerdə qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı başlanmış cinayət işi nəticəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Arkadi Qukasyan, Bako Saakyan, “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan, Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Aratyunyan, Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış X9 ittiham elan edilmişdir.O həmin cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi olaraq tanınmışdır. Hazırda onlara elan olunmuş ittiham üzrə məhkəmə istintaqı getdiyi hər birilərinə məlumdur. Yəni bu gün bir qazinin pulunu ələ keçirməkdə ittiham olunmağı tək onun yox bütün ailənin nüfuzuna xələl yetirir. Təsəvvür edin şəhid ailəsinin üzvü olaraq qazinin evini satdırıb pulunu ələ keçirməkdə ittiham olunur. Konkret.az xəbər portalının rəsmi saytı olan www.az konkret.az saytında “Haqqımızda” bölməsindən də göründüyü kimi sözügedən saytın baş redaktoru Fadil Paşayevdir (saytın linki: httns: ilk o n к r et. az/a b o u t/). “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Belə ki, işin hallarından da göründüyü kimi Konkret.az xəbər saytında haqqımda yazılmış böhtan dolu ifadələr kütləvi informasiya vasitəsində yayılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində göstərilmişdir ki, heç kəs məhkəmə hökmü olmadan cinayətdə təqsirli sayıla bilməz. Lakin Konkret.az saytında bu konstitusion normaya, ümumilikdə jurnalistika etikasına məhəl qoymadan haqqında cinayət törətdiyinə dair xəbər yayımlanır. “Media haqqında” AR Respublikası qanununun 1.1.10-cu maddəsinə əsasən, məsul redaktor- televiziya və radio yayımında proqram cədvəli, sifarişli yayım xidmətində isə proqram kataloqu çərçivəsində yer alan proqramın, habelə çap mediasında və onlayn mediada yayımlanan materialın məzmunu və seçimi üzrə qərar vermə funksiyasını həyata keçirən şəxsdir.Geniş yayılmış praktikaya əsasən, məsul redaktor vəzifəsi baş redaktor vəzifəsi ilə eynilik təşkil edir. Yuxarıda qeyd olunan qanundan da göründüyü kimi, Konkret.az saytının baş redaktoru olaraq çalışan X11 icazəsi və təsdiqi olmadan bu tip xəbər saytda yazıla bilməzdi. Odur ki, haqqımda yazılmış böhtan xarakterli yazının yayımlanmasına məsul şəxs bilavasitə X16r. Eyni zamanda Konkret.az saytında haqqımda yayımlanmış “Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et”- Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA” başlıqlı yazı xəbər portalının eyni adlı “Tiktok” sosial şəbəkə profilində də yayımlanmışdır. Həmin videoya 95800 baxış olmuş, 120 rəy yazılmışdır. İlkin mənbə olan Konkret.az ("xxxx" MMC) xəbər saytı kommersiya qurumlarının dövlət reyestri məlumatlarından da göründüyü kimi ünvan 1 ünvanında qeydiyyatdadır. Buna görə də, şikayət Abşeron Rayon Məhkəməsinə verilmişdir. X10 baş redaktoru olduğu xəbər saytı “Media haqqında” AR qanun tələblərinin kobud şəkildə pozulması ilə fəaliyyət göstərir. Belə ki, 30 dekabr 2021-ci il tarixli “Media haqqında” AR qanunun 60.2-ci maddəsinə əsasən, Onlayn media subyekti özünün veb-saytında aşağıdakı məlumatları göstərməlidir: X31 rəhbərlik etdiyi xəbər saytı qanunvericiliyin tələblərinə zidd şəkildə fəaliyyət göstərir. Xəbər saytının VÖEN-i haqqında məlumat “əlaqə” başlığında öz əksini tapmamışdır. Xüsusi ilə qeyd etmək istəyirəm ki, yayılan bütün xəbərlərdə qeyd edilmişdir ki, mən əsassız şəkildə xəbərlərin yayılmamasmı, onlara hədə-qorxu gəldiyimi əks təqdirdə məhkəməyə müraciət ediləcəyin onlara bildirmişəm. Həqiqətən də, mən Fadil Paşayevə barəmdə böhtan xarakterli məlumatlar paylaşdığı üçün məhkəməyə müraciət edəcəyimi bildirdim. Buna baxmayaraq o, bir gündən bir mənim barəmdə böhtan xarakterli məlumatlar paylaşmağa davam edir. Təkcə fevral ayının 7 günündə barəmdə 5 müxtəlif məzmunlu xəbər paylaşmışdır. Bu da onun qəsdən, bilə-bilə məni nüfuzdan salmağa çalışdığının təsdiqidir. Bundan başqa xəbər saytında yayılan məlumatlarda qeyd edilmişdir ki, guya onlar mənim mövqeyimi öyrənməyə çalışmışdır. Halbuki xx.xx.2025-ci il tarixdə “Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et”- Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA” başlığı ilə yayılan xəbərdə mənim mövqeyim öyrənilmədən bu paylaşılmışdı. O özü bunu müşahidə etdikdən sonra onların mobil nömrəsi ilə əlaqə saxlamış, mövqeyini öyrənmədən, heç bir araşdırma aparmadan xəbər paylaşılmasının qanunvericiliyin tələblərinə zidd olduğunu məhkəməyə müracitə edəcəyini bildirmişdir. Bundan sonra narahat olan Fadil Paşayev həmin xəbəri yeniliyərək qeyd etmişdir ki, “Qeyd edək ki, yanvar ayında vəkillik fəaliyyəti 3 ay müddətinə dayandırılan Adəm Məmmədovun cavab haqqını tanımağımıza rəğmən, o, israrla yazının saytdan silinməsini tələb edib və açıqlama vermək istəmədiyini bildirib. Ancaq sonradan Pravda.az saytına zəng edərək şikayətçi Şirin Abbasovun onun barəsində səsləndirdiyi iddiaları şər və böhtan adlandırıb. A.Məmmədov Pravda.az-a deyib ki, Ş.Abbasovun iddiası əsasında dərc edilən “Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et” başlıqlı məqalədəki fikirlər həqiqətə uyğun deyil. O, məlumatın saytdan götürülməsini xahiş edib, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirib. KONKRET.az olaraq bildiririk ki, qanunvericiliyə uyğun olaraq qarşı tərəfə cavab haqqı vermişik. A. Məmmədov isə bununlla razılaşmayıb, vazının saytdan götürülməsini istəyib. Ancaq onun Pravda.aza verdiyi bu açıqlamanı Adəm Məmmədovun iddiaçı Şirin Abbasova cavabı kimi qəbul edərək saytımızda yayımlanan məqalənin içərisinə yerləşdirməyi öz peşə borcumuz bildik. Elə məqalədə yazılan ‘qarşı tərəfə cavab haqqı vermişik. A.Məmmədov isə bununla razılaşmayıb, vazının saytdan götürülməsini istəyib cümləsi də bir daha təsdiqləyir ki, xəbər paylaşıldıqdan sonra onlar mənlə əlaqə saxlayıb. Əgər əvvəl əlaqə saxlanılmışdısa mən niyə yazının saytdan silinməsini tələb edim??? Qanunvericiliyin tələblərindən də göründüyü kimi paylaşılan məqalələrdə işgüzar nüfuzun ləkələnməsinə yol verilməməli, böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməli, faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir. X33 konkret.az xəbər saytında mənim mövqeyimi öyrənmədən bitərəf şəkildə böhtan xarakterli işgüzar nüfuzumu ləkələyən xəbər paylaşmış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan məni dələduzluqda ittiham etmişdir. Fadil Paşayev tərəflərin müraciəti haqqında hüquq mühafizə orqanlarına müraciət etsəydi həmin şəxslərin şikayətlərinin əsassız olduğu öz təsdiqini tapacaqdı. Bunu çox yaxşı bilən Fadil Paşayev hüquq mühafizə orqanlarının mövqeyini öyrənmədən böhtan xatakterli xəbər paylaşaraq məni nüfuzdan salmağa çalışmışdır. Bütün bunlara əsasən o, cinayət məsuliyyətinə cəlb edilməli və qanun qarşısında cavab verməlidir. xx.xx.1977-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan X19 məni külli miqdarda pulu dələduzluq edərək ələ keçirməkdə (AR CM-nin 178.3.2-ci maddəsi), külli miqdarda rüşvət almaqda (AR CM-nin 311.3.3-cü maddəsi), vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə-nifuz alverində (AR CM-nin 312-1.1-ci maddəsi) ittiham etdiyi üçün onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və həmin maddənin sanksiyasında tutulan ən ağır həddə cəzaya məhkum edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X12 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X19 xüsusi ittiham qaydasında şikayəti qəbul etmədiyini bildirərək qeyd etdi ki, həmin yazıları şəxsən özü yazmamışdır, həmçinin o yazıları hansısa mənbəyə istinadən yazıldığını bildirərək şikayətin icraata qəbulundan imtina edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməlidir. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Eyni zamanda, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə qeyd edir ki, şikayət ərizəsində istinad olunan əməlin həqiqətdə baş verdiyini, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyini, şikayət ərizəsində istinad olunan əməlin məhz X19 tərəfindən törədildiyini təsdiq edəcək sübutlar təqdim edilməmiş və əsaslandırılmamışdır. Bununla da, X3 xüsusi ittiham qaydasında şikayət qaydasında verdiyi şikayətinin yoxlanılması zamanı X11 əməlində cinayətin əlamətlərinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə cinayətin əlamətləri olmadığından, xüsusi ittihamçı X3 X11 Azərbaycan Respublikası CMnin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmasına dair şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və şikayət ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilən halları nəzərə alıb və Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X29
Məhkəmə qərarları › İş №1(012)-596/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-596/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver