Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-597/2022 30.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 25 avqust 1973-cü il tarixdə Abşeron rayonu, Masazır kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, sonuncuya Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində 0,03 hektar torpaq sahəsi satacağına dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs1 16 may 2021-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Novxanı kəndi ərazisində 3400 manat, 16 iyun 2021-ci il tarixdə saat 11 radələrində və 26 iyun 2021-ci tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs1 oğlu Şahid3 vasitəsi ilə özünə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Ə. Vahid küçəsində yerləşən 285 nömrəli evin qarşısında müvafiq olaraq 3600 manat və 700 manat olmaqla, ümumilikdə 7700 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib zərər çəkmiş Şahid3 7700 (yeddi min yeddi yüz) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, sonuncuya Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində 0,03 hektar torpaq sahəsi satacağına dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs2 28 iyun 2021-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "xxxx" ASC-nin Xırdalan filialının qarşısında 1500 manat, 30 iyun 2021-ci il tarixdə saat 16 radələrində və 01 iyul 2021-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “İdeya” adlı kafedə müvafiq olaraq 3700 manat və 1800 manat olmaqla, ümumilikdə 7000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs2 7000 (yeddi min) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 uşaqlıqdan tanıyır. O, İlhamla birlikdə 1992-1994-cü illərdə Bakı Kooperativ Texnikumunda təhsil almış, həmin vaxtdan bir-birilərini tanımışlar. Münasibətləri həmişə normal olmuş, arada vaxtı olanda görüşmüşlər. 16 may 2021-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində görüşmüşdür. Söhbət əsnasında İlham ona Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində 3 sot torpaq sahəsi almaq istədiyini bildirmişdir. O isə İlhama Abşeron rayon sakini olduğuna görə bələdiyyədən həmin torpaq sahəsini öz adına almağının daha rahat olacağını və sonradan alacağı torpaq sahəsini 10200 manata satacağını bildirdikdə İlham da onun təklifi ilə razılaşmışdır. İlham elə həmin günü, yəni ki, 16 may 2021-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Novxanı kəndində ona ilkin olaraq 3400 manat sayaraq pul vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. İlham pulu ona verdikdən sonra sağollaşıb ayrılmışdır. Aradan bir müddət keçdikdən sonra 16 iyun 2021-ci il tarixdə o, İlhama zəng edərək satacağı torpağın müqabilində 3600 manat pul lazım olduğunu bildirmişdir. İlhamın həmin ərəfələr işləri olduğu üçün özünün görüşə bilməyəcəyini, ona görə də oğlu Aslanla 3600 manat pulu ona göndərəcəyini bildirmişdir. Elə həmin günü yəni ki, 16 iyun 2021-ci il tarixdə saat təxminən 11 radələrində Aslan onunla Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ona məxsus evin qarşısında görüşüb 3600 manat pulu vermişdir. Bununla da ümumilikdə o, İlhamdan 7000 manat pul almışdır. Aradan təxminən 10 gün keçdikdən sonra o, yenidən İlhama zəng edərək yenə də pul lazım olduğunu bu dəfə isə 700 manat pul lazım olduğunu demişdir. İlhamın yenə də işləri olduğu və məşğul olduğu üçün 700 manat pulu da ona oğlu Aslanla göndərəsi olmuşdur. 26 iyun 2021-ci il tarixdə saat 13 radələrində İlhamın oğlu Aslan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ona məxsus evin qarşısında onunla görüşüb həmin 700 manat pulu vermişdir. Bununla da o, ümumilikdə İlhamdan 7700 manat pul almışdır. Aradan uzun müddət keçməsinə baxmayaraq İlham tez-tez ona zəng edib torpaq sahəsini nə vaxt alacağını soruşduqda, o, hər dəfə müxtəlif bəhanələr gətirərək İlhamı yola vermişdir. Belə ki, o, həmin pulu alandan sonra şəxsi həyatında problemləri yarandığı üçün torpaq ala bilməmiş və İlhamdan aldığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. İlham da hər dəfə ondan işlərin hansı yerdə olduğunu soruşanda o, İlhamı aldadıb yalandan demişdir ki, işlər qaydasında gedir sənədləri toplamaqla məşğuldur. Lakin 1 ay keçsə də, o, sənədləri düzəltmədiyi üçün İlham ondan pulunu tələb etmişdir. O da pulları xərclədiyi üçün İlhamdan aldığı pulları geri qaytara bilməmişdir. Bundan başqa Səriyyəni o, tanışı Elçinin kafesindən tanıyır. Belə ki, X2 rayonu, Xırdalan şəhərində yerləşən işlətdiyi İdeya kafesində xadiməçi işləyir. O da tez tez dostu Şahid4 Bekdəmir oğlu ilə birlikdə həmin kafeyə gedirmiş. Səriyyəni də oradan tanımışdır. O, Elçinin kafesində olan zaman hər dəfə Səriyyə ilə görüşəndə torpaq almaq istədiyini deyirmiş. Həmin ərəfələr onun bələdiyyədən 14000 manata 3 sot torpaq almaq fikri olmuşdur. O, düşünmüşdür ki, həmin 3 sot torpağın 1,5 sotunu Səriyyəyə satar. O, Səriyyəyə torpağın yerini, sahəsini və 8000 manat qiymətini demişdir. Səriyyə də ona, gedib həmin torpaq sahəsinə baxmağı təklif etmiş, o təklif ilə razılaşıb Mərifət və Səriyyə ilə gedib sözügedən torpaq sahəsinə baxmışlar. Səriyyə torpaq sahəsinə baxmış, torpaq sahəsinin yerləşdiyi yeri bəyəndiyi üçün xoşuna gəlmiş və torpağı almağa razılaşmış, lakin həmin vaxt Səriyyənin pulu olmamış və pul tapan kimi əlaqə saxlayacağını bildirmişdir. Həmin gündən bir neçə gün sonra, 28 iyun 2022-ci il tarixdə o, Elçinin kafesində olarkən Mərifət də həmin kafedə olarkən Səriyyə ona yaxınlaşıb kartında 1500 manat pul olduğunu və həmin kartda pulu çıxarıb ona vermək istədiyini demiş, o da razılaşıb Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Kapital Banka getmişdir. Orada Səriyyə kartından 1500 manat pulu çıxarıb elə həmin günü, yəni ki, 28 iyun 2022-ci il tarixdə saat 15 radələrində 1500 manatı ona vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. O, Səriyyədən pulu alandan sonra Səriyyə bir kağız parçasına onun almış olduğu 1500 manat pulu almağı barədə yazı yazdırmışdır. Hər ikisi yəni ki, Səriyyə və o həmin kağız parçasına imzalarını çəkmişlər. Yazını isə özü öz xətti ilə yazmışdır. Həmin gündən 2 gün sonra yəni ki, 30 iyun 2022-ci il tarixdə saat 13 radələri olardı o, yenə də Elçinin kafesinə gedərkən Mərifət də orada olmuşdur. Səriyyə ona yaxınlaşıb demişdir ki, çoxlu qızılları var torpaq almaq üçün satmaq istəyir. Səriyyə ona bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Moskva Univermağında qızıl alıb-satan tanışı var orada satmaq istəyir. O da Səriyyə ilə razılaşıb taksi sifariş verib Mərifət Səriyyə və o birlikdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Moskva Univermağına getmişlər. Səriyyə bildirmişdir ki, qızıllarını elə həmin qızılları aldığı şəxsə satacaq. O, taksidə oturub gözləmişdir. Səriyyə isə Mərifətlə birlikdə Moskva univermağına girmiş, bir neçə dəqiqədən sonra Səriyyə Məriflətlə geri qayıtmışdır. Səriyyənin deməsinə görə qızılları neçəyə satdığını deməmiş, lakin demişdir ki, qızılları satdığı şəxsin 1800 manat borcu qalmışdır. Bir taksi ilə Moskva Univermağından uzaqlaşan zaman Səriyyə bildirmişdir ki, qızına məxsus 1 cüt qızıl qadın sırğası vardır, həmin sırğaları da satmaq istəyir. Bu dəfə isə onun təklifi ilə Bakı şəhəri, Səbail rayonunda yerləşən, Mərkəzi Univermağın yaxınlığında olan zərgərlik mağazasına getmişlər. Həmin mağazaya hər üçü yəni ki, Mərifət, Səriyyə və o getmişlər. Orada 1 cüt qızıl sırğanı Səriyyə 350 manata satmışdır. Pulu isə öz çantasına qoymuşdur. Ondan sonra o və digərləri birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, Elçinin işlətdiyi “İdeya” kafesinə getmişlər. Elə həmin günü, yəni ki, 30 iyun 2021-ci il tarixdə saat 16 radələrində Mərifətin yanında Səriyyə ona 3700 manat pul vermişdir. O pulu Səriyyədən alandan sonra əvvəlki kimi, yenə də kağız parçasına 3700 almağı barədə yazı yazmış və altından imzanı çəkmişdir. Həmin günü Səriyyə ona söz vermişdir ki, Moskva Univermağında qalan 1800 manat pulu bir gün sonra alıb ona verəcək. Bununla da o, Səriyyədən ümumilikdə 5200 manat pul almışdır. Həmin gündən bir gün sonra yəni ki, 01 iyul 2021-ci il tarixdə saat 14 radələrində o, yenə də Mərifətlə Elçinin kafesində olan zaman Səriyyə ona 1800 manat pul vermişdir. Bununla da ümumilikdə 7000 manat pul vermiş olmuşdur. Yerdə qalan 1000 manatı isə o, sənədləri hazırlayandan sonra verəcəyini demişdir. O həmin pulu alandan sonra şəxsi həyatında problemləri yarandığı üçün torpaq ala bilməmişdir və Səriyyədən aldığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Səriyyə də hər dəfə ondan işlərin hansı yerdə olduğunu soruşanda o, Səriyyəni aldadıb yalandan işlərin qaydasında getdiyini, sənədləri toplamaqla məşğul olduğunu demişdir. Lakin bir ay keçsə də, o, sənədləri düzəltmədiyi üçün Səriyyə ondan pulunu tələb etmiş, o isə pulları xərclədiyi üçün Səriyyədən aldığı pulları geri qaytara bilməmişdir. O, hər dəfə Səriyyədən pul alanda onun tərəfindən əlyazma ilə kağıza pulu alması barədə qeydlər aparılmış və imza çəkilmişdir. Sonda o, etdiyi əməli səmimi etiraf edərək məhkəmədən ona yüngül cəza tətbiq edilmməsini xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Belə ki, Rüstəmlə birlikdə 1992-1994-cü illərdə Bakı Kooperativ Texnikumunda təhsil almışlar. Həmin vaxtdan bir-birilərini tanıyırlar. Münasibətləri həmişə normal olmuşdur. Arada vaxtları olanda görüşürmüşlər. xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində görüşmüşlər. Söhbət əsnasında o, Rüstəmə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində 3 sot torpaq sahəsi almaq istədiyini bildirmişdir. Rüstəm isə ona Abşeron rayon sakini olduğuna görə bələdiyyədən həmin torpaq sahəsini öz adına almağını daha rahat olacağını və sonradan alacağı torpaq sahəsini ona 10200 manata satacağını bildirmişdir. O da Rüstəmin təklifi ilə razılaşmışdır. O elə həmin günü, yəni ki, 16 may 2021-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Novxanı kəndində Rüstəmə ilkin olaraq 3400 manat sayaraq pulu vermişdir. Həmin vaxt yanında heç kim olmamışdır. Pulu Rüstəmə verdikdən sonra sağollaşıb ayrılmışlar. Aradan bir müddət keçdikdən sonra 16 iyun 2021-ci il tarixdə Rüstəm ona zəng edərək satacağı torpağın müqabilində 3600 manat pul lazım olduğunu bildirmişdir. Həmin ərəfələr işləri olduğu üçün o, özü Rüstəmlə görüşə bilməyəcəkmiş. Ona görə də oğlu Aslana 3600 manat pul vermişdir ki, Rüstəmlə görüşüb həmin pulu Rüstəmə versin. Elə həmin günü yəni ki, 16 iyun 2021-ci il tarixdə saat təxminən 11 radələrində oğlu X3 rayonu, Masazır qəsəbəsində yerləşən Rüstəmə məxsus evin qarşısında görüşüb 3600 manat vermişdir. Bununla da ümumilikdə Rüstəm ondan 7000 manat pul almış olmuşdur. Aradan təxminən 10 gün keçdikdən sonra Rüstəm ona zəng edərək yenə də pul lazım olduğunu bu dəfə isə 700 manat pul lazım olduğunu demişdir. Yenə də onun işləri olduğu üçün və məşğul olduğu üçün 700 manat pulu da Rüstəmə oğlu Aslanla göndərəsi olmuşdur. 26 iyun 2021-ci il tarixdə saat 13 radələrində oğlu Aslan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Rüstəmə məxsus evin qarşısında Rüstəmlə görüşüb həmin 700 manat pulu vermişdir. Bununla da o, ümumilikdə Rüstəmə 7700 manat pul vermiş olmuşdur. Aradan uzun müddət keçməsinə baxmayaraq o, tez-tez Rüstəmə zəng edib torpaq sahəsini nə vaxt alacağını soruşduqda, Rüstəm hər dəfə müxtəlif bəhanələr gətirərək onu yola vermişdir. O, artıq başa düşmüşdür ki, Rüstəmin ona torpaq satmaq fikri yoxdur və onu aldadaraq pulunu ələ keçirib. Ona görə də Rüstəmdən vermiş olduğu 7700 manat pulu geri istəmişdir. Rüstəm bu dəfə də onu müxtəlif bəhanələrlə yola verərək pulunu qaytarmaqdan boyun qaçırmışdır. O, artıq aldadıldığına əmin olduğu üçün polisə şikayət ərizəsi yazmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs 7700 manat puldan 2000 manat məbləğini geri qaytarmış, qalan 5700 manatı isə verilməmişdir. Ona qanunla müəyyən olunmuş cəzanın verilməsini tələb edir. Məhkəmə baxışında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İdeya adlı çayxanada qabyuyan işləmişdir. Həmin kafeni Elçin adlı şəxs işlətmişdir. Elçin bilirmiş ki, o, ucuz torpaq almaq istəyir. 2021-ci ilin yay aylarında o, kafedə olan zaman Elçin ona bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı tanışı var və ucuz satdıq torpağı vardır. O həmin Rüstəmi bir neçə dəfə Elçinin işlətdiyi kafedə görmüşdür. Elçin hər dəfə kafeyə gələndə onu əziz qonaq kimi qarşılayıb qulluq edirmiş. O, Elçindən dəfələrlə soruşmuşdur ki, birdən Rüstəm dələduz olar və ona bir neçə şəxsə satılmış torpaq satar. Lakin Elçin onu arxayın etmişdir ki, “biz kənd adamlarıyıq, mən onların əslin kökün tanıyıram və neçə adam olduqlarını bilirəm, arxayın ol elə şey ola bilməz, on səni aldatmaz, ona ayıb olar”. O da Elçinin sözünə inanmışdır. 26 iyun 2022-ci il tarixdə Rüstəm tanışı Şahid4 Bekdəmir oğlu ilə birlikdə Elçinin işlətdiyi kafeyə gəlmişlər. Kafedə olan zaman Elçin onu Rüstəmlə tanış edib demişdir ki, ona almaq üçün torpaq lazımdır. O da Rüstəmlə danışıb aydınlaşdırmışdır ki, Rüstəmin Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində 1,5 sot torpağı olduğunu bildirmişdir. Həmin 1,5 sot torpağı neçəyə satdığını Rüstəmdən soruşanda ona bildirmişdir ki, həmin torpağın sənədi yoxdur, torpağın sənədin düzəldəndən sonra həmin torpağı 8000 manata satar. O da Rüstəmlə razılaşmışdır. Bundan sonra hər üçü, yəni ki, Rüstəm, Mərifət və o, həmin torpaq sahəsinə baxmağa getmişlər. O, həmin ünvana gedib torpağa baxıb bəyənmiş və almağa razılıq vermişdir. Bundan sonra kafeyə qayıtmışlar. Həmin gündən bir neçə gün sonra, yəni ki, 28 iyun 2021-ci il tarixdə o, işlədiyi kafedə olan zaman Rüstəm və Mərifət həmin kafeyə gəlmişlər. Onun kartında 1500 manat pul olduğundan o, Rüstəmə kartında olan 1500 manat pulu bankomatdan çıxarıb verməyi təklif etdikdə Rüstəm də onun təklifi ilə razılaşıb birlikdə Xırdalan şəhərində yerləşən Kapital Banka getmişlər. Orada o, kartından 1500 manat pulu çıxarıb həmin 1500 manat pulu Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kapital” Bankın yaxınlığında həmin günü, yəni ki, 28 iyun 2021-ci il tarixdə saat 15 radələrində Rüstəmə vermişdir. Həmin gündən iki gün sonra 30 iyun 2021-ci il tarixdə saat 13 radələrində o, kafedə olan zaman Rüstəm yenə də Mərifətlə həmin kafeyə gəlmişdir. O Rüstəmə pulu olmadığını, lakin əvəzində qızılları olduğunu bildirib qızıllarını pul əvəzi götürməyi Rüstəmə təklif etdikdə Rüstəm isə həmin qızılları satıb pulunu götürməyi bildirmişdir. O bu təklifə razılaşmışdır. Buna görə də o, qızı Şahid2 zəng edib evdən qızıllarını gətirməsini istədikdə təxminən bir saata qızı Mədinə ona məxsus olan, 02 ədəd qızıl qadın qolbağı, 01 ədəd qızıl qadın boyunbağı və 01 dəst qızıl-brilyant komplektini ona gətirmişdir. Ondan sonra o, Rüstəm və Mərifət taksi ilə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Moskva Univermağına getmişdir. Rüstəm onu taksidə gözləmiş, o isə Mərifətlə Moskva univermağına girmişdir. Həmin qızılları 5250 manata Mərifət öz sənədi ilə satmış, qızılları alan adam puldan 1800 manat borclu qalmış, 3450 manatını isə ona vermişdir. O, 3450 manat pulu götürüb Mərifətlə oradan çıxıb getmişdir. Moskva univermağından çıxıb yolda olarkən onun yadına düşmüşdür ki, üzərində qızı Mədinəyə məxsus 1 cüt qızıl sırğa var idi. Düşünmüşdür ki, həmin qızılı da satıb pulunu Rüstəmlə Mərifətə versin ki, vermiş olduğu pul çox olsun. O, Rüstəmlə Mərifətə üzərində qızıl olduğunu və həmin qızılı da satmaq istədiyini demişdir. Rüstəm ona demişdir ki, mərkəzi univermaqda qızıl alan tanışı vardır. Həmin qızıl sırğanı satsa həmin şəxs baha qiymətə alar. O da Rüstəmlə razılaşmışdır. Ondan sonra o, Bakı şəhəri, Səbail rayonunda yerləşən Mərkəzi Univermağın yaxınlığında olan qızıl alqı-satqı mağazasına getmişdir. Hər üçü birlikdə Rüstəmin dediyi qızıl mağazasına getmişlər. Orada həmin qızıl sırğanı 350 manata satmışdır. Həmin 350 manatı da özü götürmüşdür. Bundan sonra o və digərləri birlikdə yenidən Elçinin işlətdiyi kafeyə qayıtmışlar. Həmin günü yəni ki, 30 iyun 2021-ci il tarixdə saat 16 radələrində o, Mərifətin iştirakı ilə Rüstəmə 3700 manat pul vermişdir. Rüstəm pulu alandan sonra da kağız parçasına bu barədə yazıb imza çəkmişdir. Bununla da o, ümumilikdə Rüstəmə 5200 manat pul vermiş olmuşdur. Həmin gündən bir gün sonra yəni ki, 01 iyul 2021-ci il tarixdə o, yerdə qalan 1800 manat pulu Moskva Univermağından götürüb kafeyə gəlmişdir. 01 iyul 2021-ci il tarixdə saat 14 radələrində Rüstəmə Elçinə məxsus olan kafedə həmin 1800 manat pulu vermişdir. Bununla da ümumilikdə Rüstəmə 7000 manat pul vermiş olmuşdur. Yerdə qalan 1000 manat pulu da torpağın sənədləri düzələndən sonra verəcəyinə söz vermişdir. Pulları verəndən sonra o, Rüstəmdən torpağın sənədlərinin nə vaxt adına keçirəcəyini soruşduqda Rüstəm isə onu arxayın etmişdir ki, maksimum bir aya sənədlər hazır olar. O da Rüstəmlə razılaşmışdır. Həmin gündən bir ay keçəndən sonra o, həmin şəxslə əlaqə saxladıqda Rüstəm onu aldadıb yalandan arxayın etmişdir ki, sənədləri BT-dədir tezliklə həll olunacaq. O da bir söz deməmiş, təxminən 14 gün sonra o, Rüstəmlə əlaqə saxlayıb işlərin nə yerdə olduğunu soruşmuş, Rüstəm isə hər dəfə onu aldadaraq işlər qaydasında getdiyini bildirmişdir. Bir sözlə 2021-ci ilin oktyabr ayına kimi onu aldada-aldada yola vermişlər. O, artıq başa düşmüşdür ki, Rüstəm onu aldadıb 7000 manat pulunu ələ keçirmişdir. O, bir neçə dəfə Elçinə də bu barədə demiş, lakin Elçin boyun qaçıraraq Rüstəmi tanımadığını, əlaqəsinin olmadığını demişdir. O, artıq aldadıldığını tam başa düşüb polisə şikayət etmişdir. Bundan başqa Rüstəm hər dəfə ondan pulu alanda kağız parçasına müvafiq məbləğdə pulu almağı barədə yazı yazıb imzasını çəkirmiş. Həmin vərəqlərdən ikisi onda qaldığı üçün kserosurətlərini də təqdim etmişdir. Əlavə olaraq qızılları satdığı alqı-satqı qəbzinin də surətini təqdim etmişdir. O, Təqsirləndirilən şəxs şikayətçi olmaqla ona cəza verilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində ifadəsi alınmış Şahid3 vermiş olduğu ifadəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində ifadəsi alınmış Şahid2 vermiş olduğu ifadəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, 2021-ci ildə təxminən 7-8 aylıq Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İdeya adlı kafeni icarəyə götürərək işlətmişdir. Həmin kafedə Zərərçəkmiş şəxs2 kafedə xadimə kimi işə götürmüşdür. Aralarında olan razılaşmaya əsasən o, Səriyyəyə günlük 15 manat zəhmət haqqı vermişdir. Səriyyəni işə götürsə də, əmək müqaviləsi bağlamamışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs və Şahid4 Bekdəmir oğlunu tanıyır. Belə ki, Mərifət onunla həmkəndlidir. O, Mərifəti uşaqlıqdan tanıyır. Rüstəmi isə onun işlətdiyi kafenin müştərisi kimi tanımışdır. Rüstəm üstəlik Mərifətlə də onun kafesinə tez-tez müştəri kimi gəlib getmişdir. Hazırda Rüstəm ona 1300 manat borclu olduğu üçün münasibəti soyuqdur. Mərifətlə isə münasibəti normaldır. O, baş vermiş hadisədən sonradan xəbər tutmuşdur. Səriyyə ona şikayətlənərək Rüstəmə torpaq almaq üçün pul verdiyini, lakin Rüstəmin onu aldadaraq torpaq satmadığını və pulunu ələ keçirdiyini bildirmişdir. O da Səriyyəni əvvəldən onunla məsləhət etmədiyinə görə qınamıdır. O, Rüstəm və Mərifətlə Səriyyənin pul haqq hesabının şahidi olmamışdır. Ümumiyyətlə o, Səriyyəni Rüstəm və Mərifətlə də tanış etməmişdir. Səriyyə özü həmin adamlarla tanış olub söhbət etmişdir. O, bu hadisədən Səriyyə aldanandan sonra xəbər tutmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid4 Bərkdəmir oğlu ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanışı Şahid1 vasitəsilə tanımışdır. Elçinin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İdeya adlı çayxanası olmuşdur. Zərərçəkmiş şəxs2 orada qabyuyan işləmişdir. O, Səriyyənin ucuz torpaq almaq istədiyindəən xəbərdar olmuşdur. O, bir neçə dəfə Rüstəmlə də birlikdə həmin çayxanaya getmişdir. 2021-ci ilin yay aylarında Elçin Səriyyəyə bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı tanışı var və ucuz satdıq torpağı vardır. 26 iyun 2022-ci il tarixdə Rüstəm və o birlikdə Elçinin işlətdiyi kafeyə gəlmişdir. Orada Rüstəmlə danışıb aydınlaşdırmışdır ki, Rüstəmin Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində 1,5 sot torpağı vardır. Səriyyə həmin 1,5 sot torpağı neçəyə satdığını Rüstəmdən soruşanda Rüstəm bildirmişdir ki, həmin torpağın sənədi yoxdur, torpağın sənədin düzəldəndən sonra həmin torpağı 8000 manata satar. Səriyyə də Rüstəmlə razılaşmışdır. Bundan sonra hər üçü, yəni ki, o, Rüstəm və Səriyyə həmin torpaq sahəsinə baxmağa getmişlər. Həmin ünvana gedib torpağa baxmışlar və Səriyyə torpaq sahəsini bəyəndiyi üçün almağa razılıq vermişdir. Ondan sonra o və digərləri kafeyə qayıtmışlar. Həmin gündən bir neçə gün sonra, yəni ki, 28 iyun 2021-ci il tarixdə o, Rüstəmlə birlikdə həmin kafeyə gəlmişdir. X4 təklif etmişdir ki, kartında olan 1500 manat pulu bankomatdan çıxarıb Rüstəmə versin. Rüstəm də Səriyyənin təklifi ilə razılaşdığından birlikdə Xırdalan şəhərində yerləşən Kapital Banka getmişlər. Orada Səriyyə kartından 1500 manat pulu çıxarmışdır. Həmin 1500 manat pulu Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Kapital Bankın yaxınlığında həmin günü, yəni ki, 28 iyun 2021-ci il tarixdə saat 15 radələrində Səriyyə Rüstəmə vermişdir. Həmin gündən iki gün sonra 30 iyun 2021-ci il tarixdə saat 13 radələrində o, Rüstəmlə yenə də həmin kafeyə gəlmişdir. Səriyyə Rüstəmə bildirmişdir ki, pulu yoxdur, lakin əvəzində qızılları vardır. Səriyyə də Rüstəmə təklif etmişdir ki, qızıllarını pul əvəzi götürsün. Rüstəm təklif etmişdir ki, həmin qızılları satıb pulunu götürmək olar. Səriyyə də Rüstəmlə razılaşmışdır. Buna görə də Səriyyə qızına zəng edib evdən qızıllarını gətirməsini istəmişdir. Təxminən 1 saata Səriyyənin qızı Mədinə Səriyyəyə məxsus olan, 02 ədəd qızıl qadın qolbağı, 01 ədəd qızıl qadın boyunbağı və 01 dəst qızıl-brilyant komplektini oraya gətirmişdir. Ondan sonra o, Səriyyə və Rüstəmlə taksi ilə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Moskva Univermağına getmişlər. Rüstəm onları taksidə gözləmişdir. O isə Səriyyə ilə Moskva univermağına girmişdir. Həmin qızılları o, 5250 manata öz vəsiqəsi ilə satmışdır. Belə ki, orada olan zaman Səriyyə vəsiqəsinin üzərində olmadığını bildirdiyindən o, öz vəsiqəsini satmaq üçün verəcəyini bildirmişdir. Qızılları alan adam puldan 1800 manat borclu qalmış, 3450 manatını isə Səriyyəyə vermişdir. Səriyyə 3450 manat pulu götürmüş və oradan çıxıb getmişlər. Moskva univermağından çıxıb yolda olarkən Səriyyənin yadına düşmüşdür ki, üzərində qızı Mədinəyə məxsus 1 cüt qızıl sırğa olmuşdur. Səriyyə Rüstəmə üzərində qızıl olduğunu və həmin qızılı da satmaq istədiyini demişdir. Rüstəm Səriyyəyə mərkəzi univermaqda qızıl alan tanışı olduğunu və həmin qızıl sırğanı satsa baha qiymətə alacağını bildirmişdir. Səriyyə də Rüstəmlə razılaşmışdır. Bundan sonra Bakı şəhəri, Səbail rayonunda yerləşən Mərkəzi Univermağın yaxınlığında olan qızıl alqı-satqı mağazasına getmişlər. Hər üçü birlikdə Rüstəmin dediyi qızıl mağazasına girmiş, və həmin qızıl sırğanı Səriyyə 350 manata satmışdır. Həmin 350 manatı da Səriyyə özü götürmüşdür. Bundan sonra birlikdə yenidən Elçinin işlətdiyi kafeyə qayıtmışlar. Həmin günü yəni ki, 30 iyun 2021-ci il tarixdə saat 16 radələrində Səriyyə onun iştirakı ilə Rüstəmə 3700 manat pul vermişdir. Rüstəm pulu alandan sonra da kağız parçasına bu barədə yazıb imza çəkmişdir. Bununla da Səriyyə ümumilikdə Rüstəmə 5200 manat pul vermiş olmuşdur. Həmin gündən bir gün sonra yəni ki, 01 iyul 2021-ci il tarixdə Səriyyə yerdə qalan 1800 manat pulu Moskva Univermağından götürüb kafeyə gəlmişdir. 01 iyul 2021-ci il tarixdə saat 14 radələrində Rüstəmə Elçinə məxsus olan kafedə Səriyyə həmin 1800 manat pulu vermişdir. Bununla da ümumilikdə Rüstəmə 7000 manat pul vermiş olmuşdur. Yerdə qalan 1000 manat pulu da Səriyyə torpağın sənədləri düzələndən sonra verəcəyinə söz vermişdir. Bundan sonra onun bildiyinə görə Səriyyə bir neçə dəfə Rüstəmdən torpağın sənədini istəsə də, Rüstəm sənədləşmələrdə problemlərin olduğunu bəhanə edib sənədi Səriyyəyə təqdim etməmişdir. Rüstəmin Səriyyədən aldığı puldan o, özünə pul götürməmişdir. Pulların hamısı Rüstəmə çatmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş 30 iyun 2021-ci il tarixli alqı-satqı qəbzinin surəti, xx.xx.2021-ci il tarixli əlyazmanın surəti və 1500 manat pulu alınması ilə bağlı əl yazmanın surəti maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Əhmədov X1 Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 2000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəriməni ödəmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi əməli etiraf etməsini, vurulmuş ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə dair mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə dair mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-597/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-597/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver