Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-597/2024 30.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X1 İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, iştirakları ilə xx.xx.2007-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Seyidəhmədli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yerləşən 90 saylı binanın qarşısında tanışı Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun tanışları Şahid barəsində xoşagəlməz ifadələr işlətməsini irad bildirməsi səbəbindən şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla qəsdən bir dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurub yerə yıxaraq sonuncuya bumun küt travması, burunüstü nahiyənin şişkinlik halında qançırı, burunun deformasiyası, burun tənəffüsünün çətinləşməsi ilə müşayət olunan burun sümüyünün qapalı yerdəyişən sınığı, sağ dirsək nahiyəsinin sıyrıqlarından ibarət zərərçəkmiş şəxsin həyatı üşün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasınə səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona CM-in 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında valideyinlərimlə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs təxminən 5 il olarki, tanıyır. Aqillə münasibətləri həmişə normal olmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində o, tanışı olan Diananı Aqilin yanında Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Viktoriya adlı binanının yanında görmüşdür. Həmin vaxtı Aqilə yaxınlaşıb demişdir ki, “nəyə görə Dianaynan söhbət edirsən”. O, Diananı tanıdığı üçün Aqillə Diananın bir yerdə olmalarına etiraz etmişdir. Bununla əlaqədar Aqil ilə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Aqilin onun üstünə gəlməsini görüb Aqilin sifəl nahiyyəsindən yumruqla 1 dəfə vurmuş, sonra isə çıxıb getmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəməyə ərizə təqdim edərək, əməlindən peşman olduğunu, özünü təqsirli bildiyini, zərərçəkənlə barışdıqlarını qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, o, ünvan 3 ünvanında velideyinləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir.Şahid o, təxminən 3 ildən çox olarki, tanıyır. Orta məktəbdə oxuyarkən Dianayla birlikdə Masazır qəsəbəsində yerləşən hazırlığa getmiş orada onunla tanış olmuşdur. Aralarında münasibətlər həmişə normal olmuşdur və sonradan sevgi münasibətləri olmuşdur. xx.xx.2023-eü il tarixdə saat təxminən 19 radələrində Diana ona məxsus olan mobil telefon nömrəsinə zəng vuraraq onunla görüşmək istədiyini bildirmişdir. O da etiraz etməmiş və Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Viktoriya adlı binamın qarşısına gəlmişdir. Orada Diana ona yaxınlaşıb demişdir ki, “məhləmizdə yaşayan Yusif adlı şəxs buradadı və onunla bağlı mənimlə söhbət etmək istəyir”. O da Yusifin orada olmasını görüb Yusifin yanma yaxınlaşmışdır. Bu zaman Yusif ona demişdir ki, “yenədə sənin Diana ilə münasibətin vardır” və ona demişdir ki, “sən Diananın haqqında xoşagəlməz sözlər danışmısan”. O da Yusifə cavab vermişdir ki, o, Diananın haqqında xoşagəlməz sözlər danışmamışdır. Elə bunun üstündə Yusiflə aralarında mübahisə baş vermişdi. Sonra onlar danışdıqdan sonra o, evə getmək istəmiş bu zaman Yusif ona demişdir ki, “gəl səni ötürüm”. O, yaşadığı binanın həyətinə gedərkən Viktoriya binasının yanında Yusif sağ əli ilə onun burun nahiyyəsindən 1 dəfə yumruq ilə vurmuş, o da həmin vaxtı zərbənin təsirindən yerə yıxılmış və sağ dirsəyi yerə dəymişdir. Bu zaman Yusif ona yenidən zərbə endirmək istəyərkən orada olan Diana onları ayırmışdır. O da sonradan xəstəxanaya gedib müayinə olunmuşdur. Həkimlər ona ilk tibbi yardım göstərmişlər. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2 ilə birlikdə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayəti və tələbi olmadığını nəzərə alıb işin icraatına xitam verilməsini xahiş etdi. İbtidai İstintaq zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, “İnteqral MTK” bina 9A, mənzil 28 ünvanında valideyinləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 3 saylı tam orta məktəbin 11-ci sinfində oxuyur. Zərərçəkmiş şəxs və Yusif adlı şəxsi tanıyır. Onun Yusif və Aqillə münasibəti yaxşı olmuş aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təxminən 3 ildən bundan əvvəl Abşeron rayonu, Masazır qəsəbəsində müəllim yanına hazırlığa gedən zaman Aqillə orada tanış olmuş, Yusifi isə oxuduğu məktəbdən tanıyır. Bildirmişdir ki, 26 oktyabr 2023-cü il tarixdə saat təxminən 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yerləşən 90 saylı binada məktəbdən kənar müəllim yanından hazırlıqdan çıxan zaman Yusif ona yaxınlaşaraq Aqilin onun barəsində xoşagəlməz ifadələr işlətməsini ona demişdir. O da buna aydınlıq gətirmək üçün Aqillə telefon əlaqəsi saxlayaraq onunla görüşmək istəmişdir. Aqil bir neçə dəqiqədən sonra Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yerləşən 90 saylı binanın qarşısına gəlmişdir. O, Aqilə dostlarının yanında onun haqqında xoşagəlməz ifadələr işlətməsinin səbəbini soruşduqda Aqil onun barəsində belə bir söz demədiyini bildirmişdir. Sonra Yusif onların yanına gəlmişdir. Yusif Aqillə kənara çəkilib söhbət etmişlər və bu mövzuda aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Yusif yumruqla Aqilin sifət nahiyyəsində bir dəfə vurmuş və Aqil özünü saxlaya bilməyib yerə yıxılmışdır. Yusif yenidən Aqili vurmaq istədikdə o, araya girib Yusiflə Aqili aralaşdırmışdır. Sonra Yusif oradan çıxıb getmişdir. Sonra o da çıxıb getmişdir. Bildirmişdir ki, mübahisə zamanı Aqil Yusifi vurmamışdır, Yusif Aqili vurmuşdur. İş materiallialında olan MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 2335 nömrəli rəyindən görünür ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-burunun küt travması, burunüstü nahiyənin şişkinlik halında qançırı, burunun deformasiyası, burun tənəffüsünün çətinləşməsi ilə müşaiyət olunan burun sümüyünün qapalı yerdəyişən sınığı, sağ dirsək nahiyyəsinin sıyrıqları, küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş zamanı yumruq zərbəsi təsirindən əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin və şahidin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər materiallarla tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən məhkəməyədək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-597/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-597/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver