Məhkəmə qərarları › İş №1(012)-597/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-597/2025

11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-597/2025 11.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, məhkəmə iclas katibi Qarayev Cavid Nazim oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X6 və nümayəndəsi və vəkili Nümayəndə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Azayeva Şövkət Ağamirzə qızının, nümayəndəsi və vəkili Müdafiəçi iştirakı ilə, Azayeva Şövkət Ağamirzə qızının Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X8, Azayeva Şövkət Ağamirzə qızının Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, Azayeva Şövkət Ağamirzə qızı sosial şəbəkələrdə müsahibə verərkən onun haqqında həqiqətə uyğun olmayan məlumatlar səsləndirmişdirlər. Məlumat üçün bildirir ki, X1 hüquqlarının müdafiəsi Yardımlı Rayon Polis Şöbəsində, Lənkəran Ağır Cinayətlər Məhkəməsində, Şirvan Apellyasiya Məhkəməsində şəxsən tərəfindən həyata keçirilmişdir. Onun hüquqlarının ibtidai istintaqda, birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində müdafiəsi üçün anası Azayeva Şövkət Ağamirzə qızı ilə 31 may 2022-ci il tarixdə müqavilə bağlanılmışdır. Belə ki, Yardımlı Rayon Polis Şöbəsində müdafiəçi qismində işə qoşularaq ona keyfiyyətli hüquqi yardım göstərməklə X2 təkrar dindirilməsi ilə bağlı müstəntiqə tərəfindən vəsatət verilmişdir. Vəsatəti təmin olunmuş və onun iştirakı ilə təkrar ifadəsi alınmışdır. Bundan bir qədər sonra iş materialları ilə tanış olmuş və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsində 10 məhkəmə iclasında iştirak etmişdir. Bütün şahidlər iştirakı ilə dindirilmiş və iş materialları təhlil edilmişdir. Həmçinin müdafiə taktikasına uyğun olaraq tərəfindən verilmiş vəsatət təmin edilmiş, Rafael Allahverdiyevin həyat yoldaşı belə şahid qismində dindirilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin l(099)-20/2023 saylı, 12 iyul 2023-cü il tarixli hökmü ilə X5 Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri (5 ildən 12 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası) ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 07 il müddət azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X14 Cinayətlər Məhkəməsinin 1 (09xx-xx/2023 saylı, 12 iyul 2023-cü il tarixli hökmündən tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsində də Rafael Allahverdiyevin hüquqlarının müdafiəsi tam şəkildə həyata keçirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cinayət işı üzrə qəbul edimiş bütün qərarlar iştirakı ilə çıxarılmışdır. Müqavilədən kənar tərəfindən heç bir ödəniş alınmamışdır. Nəzərə çatdırmaq istəyir ki, Şövkət Azayevanm onun oğluna hüquqi yardım göstərdiyi dövrdə heç vaxt ondan narazılığı olmayıb. Əksinə daim ona minnətdarlığını bildirib. Çünki oğlunun nədə ittiham olunduğu ona məlum idi. Şirvan Apellyasiya Məhkəməsində iş yekunlaşdıqdan sonra da onunla sağollaşıb getmiş, hətta zərurət olarsa Ali Məhkəmədə Rafael Allahverdiyevin hüquqlarını müdafiə etmək üçün onunla müqavilə bağlayacağını demişdi. Ondan heç vaxt pul tələb etməmişdir. Lakin çox qısa bir müddət sonra ondan şikayət etmişdir. O bu barədə eşidəndə çox təəccübləndi. Çünki onunla heç bir problemi olmamışdır. Aralarında heç bir narazılıq olmadığı halda ondan şikayət etmişdi. Onun şikayəti Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırılmış və xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Şövkət Azayeva təxminən bir ildir ondan şikayət edib xidmət haqqı olaraq ödədiyi 10.000 manat məbləğində pulu tələb etmişdir. Bir dəfə də olsun ona əlavə olaraq 20000 manat məbləğində pul verdiyini səsləndirməmişdir. Artıq etdiyi şikayətlərin bir nəticə vermədiyini gördükdən sonra guya ona hakimə çatdırmaq üçün 20000 manat verdiyini iddia edib onu qorxudaraq ödədiyi xidmət haqqını geri almağa çalışır. Şövkət Azayeva hər yerdə fərqli izahatlar, müsahibələr verərək sözün əsl mənasında özünü ifşa edir. Belə ki, onun Azərbaycan Respublikası Vəkillər X4 yazdığı ərizə nuh.az xəbər saytında yayılmışdır (xəbərin linki: https://vvvvw.nuh.az/38581-qalmaqali-vkil-admmmmdov-barsind-daha-br-kavt.html ). Həmin ərizənin məzmunundan da göründüyü kimi Şövkət Azayeva guya onun onlardan əlavə olaraq 20000 manat məbləğində pul aldığını və həmin pulu hakim Cavid Səfərliyə çatdırdığını bildirmişdir. Hətta həmin pulları, ümumilikdə 33000 manat pulu sabiq köməkçinin yanında ona verdiyini iddia etmişdir. Daha sonra fərqli mövqe göstərərək guya onun təlimatına əsasən qohmunun vasitəsilə hakimə 20 min manat pul verdiyini bildirmişdir. Yəni qeyd olunanlardan da göründüyü kimi Şövkət Azayeva öz aləmində bu cür böhtan ataraq pul əldə etməyə çalışır, hətta bir hakimi belə bu yolda ləkələməkdən çəkinmir.Ondan bütün dövlət təşkilatlarına və vəkillər kollegiyasına etdiyi əsassız şikayətlər rədd olunduqdan sonra 04 avqust 2024-cü il tarixdə ona zəng etdi. Onunla danışığı tam şəkildə qeydə alınmışdır. Tərəfindən təqdim olunan 3 dəqiqə 50 saniyəlik həmin səs yazısından görünür ki, Şövkət Azayeva onunla əlaqə saxalayaraq “oğlunun ona zəng edərək başını kəsəcəyini, buna görə rahat yaşaya bilmədiyini, ona kömək etməyini, ödədiyi 10000 xidmət haqqından 4000 manat saxlayıb 6000 manat qaytarmağını xahiş edir.” Əgər o ona 20000 manat vermiş olsaydı səs yazısında ondan 6000 yox, 26000 tələb edərdi. 10000 manata görə bu qədər dava edən biri, heç vaxt 20000 manata görə bu qədər susmazdı. Əgər o, ona 20 min manat vermiş olsaydı niyə ondan 6000 manat tələb edir???. Qeyd olunan danışıq aralarında baş tutduqdan sonra o, guya 20000 manat rüşvət aldığımı iddia etmişdir. Bu da bir daha təsdiqləyir ki, Şövkət Azayeva onun üzərinə böhtan atır. Bundan başqa tərəfindən şikayətə əlavə edilmiş 4 dəqiqə 31 saniyəlik videonun 1-ci dəqiqəsinin 15-25-ci saniyələrindən də göründüyü kimi, Şövkət Azayeva 2024-cü ilin oktyabr ayında AR VK-nın inzibati binasına getmiş, orada səs-küy salaraq ona ən azı 4 nəfərin yanında “dələduz, rüşvətxor, ölündən də əl çəkməyəcəm” deyib şərəf və ləyaqətimi nalayiq formada alçaltmışdır. Həmin videonun 2-ci dəqiqəsinin 40-ci saniyəsindən 3-cü dəqiqəsinədək olan hissədə isə ziddiyyətli şəkildə danışarıq bildirir ki, “Adəm sənin sözünlə, əməlinlə hakimə 20 min pul vermisəm” Həmin video “facebook” sosial şəbəkəsində “X3 Mərkəzin” hesabında yayılmışdır. Həmin video 84 dəfə paylaşılmış, 19 nəfər tərəfindən bəyənilmiş, 4 rəy yazılmışdır. Daha sonra xx.xx.2025-ci il tarixdə konkret.az xəbər saytında “Yaşlı qadın Adəm Məmmədovu belə İFŞA ETDİ: Hakimə vermək adı ilə alınan 20 min manat necə bölünüb?” başlıqda yayılan xəbərdə aşağıdakı məzmunda müsahibə vermişdir “KONKRET. az-a danışan növbəti iddiaçılardan biri də X7r. O da iddia edib ki, Adəm Məmmədov həbsdə olan övladına bəraət alacağını və ya ev dustaqlığına buraxdıracağını vəd verərək 10 min manat pul alıb. Amma bu pul sadəcə olaraq Adəm Məmmədovun vəkil kimi xidmət haqqı olub. Eyni zamanda 20 min manatı isə işi aparan Lənkəran Məhkəməsinin hakiminə vermək adı ilə Şövkət Azayevadan alsalar da, əslində məbləği hakim köməkçisi ilə öz aralarında bölüblər. Hətta bu işdə Şövkət xanımın pulu Adəm Məmmədova və hakimə çatdırmalı olan bacısı oğlu da iştirak edib. Beləcə Şövkət xanımın iddiasına görə, pul hakimə çatmadığı üçün oğluna 7 il iş kəsilib. Bundan sonra Şövkət Azayeva Korrupsiya idarəsinə şikayət etdikdən sonra 20 min manat pul geri qaytarılıb. Ancaq xidmət haqqı kimi verilən 10 min manat Adəm Məmmədov tərəfindən geri verilməyib. Digər tərəfdən, hazırda təqaüdə çıxan Yardımlının müstəntiqi Şahin adlı şəxs də 10 min manat pul alaraq oğlumun həbs maddəsini yüngülləşdirəcəyini söz versə də, öz vədinə xilaf çıxıb. Amma pulumu geri qaytarmır. Şövkət Azayeva qeyd edib ki, Adəm Məmmədovla bağlı Respublika Prokurorluğunda və digər aidiyyatı qurumlarda olub və şikayətini bildirib. Ancaq hələ ki, heç bir nəticə yoxdur.” (xəbərin linki: https://konkret.az/vasli-qadin-adem-memmedovu- bele-ifsa-etdi-hakime-vermek-adi-ilealinan-20-min-manat-nece-bolunub/ ) Eyni xəbər daha sonra demokrat.az xəbər saytında da yayılmışdır. (xəbərin linki: https://demokrat.az/az/news/222937/vasli-qadin-ademmemmedovu-bele-ifsa-etdi hakime-vermek-adi-ile-ahnan-20-min-manat-nece-bolıınub). Sonuncu müsahibədən də göründüyü kimi o, guya onun 20.000 manat ondan rüşvət alaraq məhkəmə katibi ilə birlikdə ələ keçirdiyini bildirir. X13 bu cür hərkəti ilə nəinki vəkilə böhtan atır, həmçinin məhkəmə hakimini, məhkəmə katibini ittiham edərək məhkəmə sistemini gözdən salmağa çalışır. Onun kütləvi informasiya vasitələrində, sosial platformalarda heç bir sübuta və əsasa söykənməyən, şər-böhtan dolu ifadələri mənim bir hüquq müdafiəçisi olaraq şərəf və ləyaqətimə, işgüzar nüfuzuma ciddi şəkildə xələl gətirməkdədir. Hansı ki, bir vəkilin müvəkkili ilə arasındakı ilkin münasibət yaranmış inam üzərində qurulur. Eyni zamanda vəkilin peşəkar və uğurlu fəaliyyəti onun nüfuzunu formalaşdırır. Azayeva Şövkət Ağamirzə qızı yalan olduğunu bilə-bilə həmin məlumatları sosial şəbəkə vasitəsi ilə yayaraq onu ağır cinayət törətməkdə ittiham edib ona böhtan atmışdır. Kütləvi informasiya vasitələri ilə yayılmış məlumatlardakı cümlə və ifadələrdən də süründüyü kimi onlar onu qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda rüşvət almaqda (AR CM-nin 311.3.1 və 311.3.3-cü maddəsih vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə-nüfuz alverində (AR CM-nin 312-1.1-ci maddəsih xeyli miqdarda pulunun dələduzluq edərək ələ keçirməkdə (AR CM-nin 178.2.4-cü maddəsi) ittiham edir. Sonuncu müsahibə ilkin mənbə olaraq konkret.az xəbər saytında yayıldığı və Konkret.az ("xxxx" MMC) xəbər saytı kommersiya qurumlarının dövlət reyestri məlumatlarından da göründüyü kimi ünvan 1 ünvanında qeydiyyatda olduğu üçün şikayət Abşeron Rayon Məhkəməsinə verilmişdir. Ümumiyyətlə yuxarıda qeyd edilənlərdən də göründüyü kimi Şövkət Azaveva gah ona 33 min manat verdiyini, gah hakimə vermək üçün ona 20 min manat verdiyini gah onun sözü ilə hakimə 20 min manat verdiyini, gah hakimə pulu bacısı oğlunun verdiyini, gah pulu onun katiblə böldüyünü, gah pulu sabiq köməkçimin yanında verdiyini bildirir. Burada deyirlər ki, yalançının yaddaşı olmaz. xx.xx.1957-ci il təvəllüdlü, Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4 Azayeva Şövkət Ağamirzə qızı onu qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda rüşvət almaqda (AR CM-nin 311.3.1 və 311.3.3-cü maddəsi), vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməklə nüfuz alverində (AR CM-nin 312- 1.1-ci maddəsi), xeyli miqdarda pulunun dələduzluq edərək ələ keçirməkdə (AR CM-nin 178.2.4-cü maddəsi) ittiham etdiyi üçün onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və həmin maddənin sanksiyasında nəzərdə tutulan ən ağır həddə cəzaya məhkum edilməsi barədə; xx.xx.1957-ci il təvəllüdlü, Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olaıı, ünvan 4 Azayeva Şövkət Ağamirzə qızı “dələduz, rüşvətxor, ölündən də əl çəkməyəcəm" deyərək onu nalayiq formada təhqir etdiyi üçün onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və həmin maddənin sanksiyasında nəzərdə tutulan ən ağır həddə cəzaya məhkum edilməsi barədə ittiham hökmü çıxarılması xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X8 məhkəmə iclasına videokonfrans vasitəsi ilə qoşularaq şikayətin məzmununa uyğun izahat verərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsində yazılanlara uyğun izahat verərək şikayətin icraata qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Azayeva Şövkət Ağamirzə qızı izahatında xüsusi ittiham qaydasında şikayəti qəbul etmədiyini, belə ki, heç bir mətbuata hər hansı müsahibə vermədiyini, məlumatların onun tərəfindən yayılmadığını, Vəkillər Kollegiyasına getsə də çəkilişin onun tərəfindən aparılmadığını, bundan məlumatı olmadığını bildirərək xüsusi ittiham qaydasında şikayətin icraata götürülməməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında Azayeva Şövkət Ağamirzə qızının, nümayəndəsi və vəkili Müdafiəçi bildirdi ki, sözügedən məlumatlar Şövkət Azayeva tərəfindən yayılmamışdır. Şövkət Azayeva heç bir mətbuata və ya sosial şəbəkədə çıxış etməmişdir. Bir sözlə yayılmış məlumatlar onun tərəfindən yayılmamışdır. Eyni zamanda qeyd etmək istəyir ki, məlumatlar konkret.az-da yayılmış,lakin xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin konkret.az saytının ünvanına dair təqdim etdiyi məlumatdan görünür ki, konkret.mmc-nin ünvanı Abşeron rayonudur. Konkret.az-dan Konkret MMC fərqli ola bilər. Belə ki, Konkret.az media təşkilatıdır, Konkret MMC isə kommersiya təşkilatıdır. Həmçinin qeyd etmək istəyir ki, şikayət ərizəsində sonuncu məlumatın demokrat.az saytında nəşr edildiyi yazılır. Cinayət işlərinə isə hadisənin son törədildiyi yerdə baxılmalıdır. Demokrat.az-ın hüquqi ünvanı Salyan rayonu, Çadırlı kəndində yerləşir. Belə olan təqdirdə şikayət də Salyan Rayon Məhkəməsinə verilməli idi. Göründüyü kimi şikayət düzgün tərtib edilməmiş,aidiyyat qaydaları pozulmuşdur, odur ki, şikayətin icraata qəbulundan imtina edilməlisini xahiş edir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1-293.3.7-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 302.2.3-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, qanunvericliyin qeyd edilən normalarının tələbinə və mənasına görə hər hansı şəxsə qarşı irəli sürülmüş ittihamın sübut edilməsi ittiham tərəfinin üzərinə düşür, irəli sürülmüş xüsusi ittiham isə hələ gələcəkdə sübut olunubolunmamasından asılı olmayaraq icraata qəbul edilib baxılması üçün ilk öncə müvafiq sübutlarla əhatə olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının inzibati binasında baş vermiş hadisənin dəqiq vaxtını qeyd etməmiş, eyni zamanda barəsində şikayət verdiyi şəxsi onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində ittiham etdiyini bildirərək barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsi CM-in 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etsə də, həmin maddənin dispozisiyasına görə ağır və xüsusilə ağır cinayət əməlində ittiham etməklə böhtan cinayətini nəzərdə tutur, göründüyü kimi, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi az ağır cinayətdir. Həmçinin xüsusi ittiham qaydasında şikayət vermiş şəxs konkret.az saytının ünvanının Abşeron rayonda yerləşməsini bildirərək müvafiq sənəd təqdim etsə də, həmin sənədə nəzər yetirdikdə Konkret MMC-nin ünvanının Abşeron rayonu olduğu müəyyən edilir. Konkret.az saytı ilə Konkret MMC-nin eyni olması isə şübhəlidir. Belə ki, qanunvericiliyin tələblərinə görə mətbuat və media orqanları media reyestrində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hərəkətlərindən şikayət edilən şəxsin əməllərinə (qanunda göstərilən obyektiv və subyektiv əlamətlərin cəminə) hüquqi qiymət vermədən ilkin dinləmələr mərhələsində müvafiq prosessual hüquq normaların tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayət əsassızdır və şikayət vermiş şəxs dəlillərini təsdiq edən sübutları əks etdirə bilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 6-cı bəndində məhkəmələrə izah edilir ki, Avropa Məhkəməsinin president hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcüdluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Bununla da, X6 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edildi ki, CPM-in 302.1.3-cü və 302.1.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir, belə ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azayeva Şövkət Ağamirzə qızının Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X6 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Qərardan 20 gün müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar