Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-599/2023 12.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi ev 140-da pasport qeydiyyatında olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3-1, 177.2.5 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin cibindən çıxarmaqla və elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmiş, habelə vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 mart 2023-cü il tarixdə saat 16 radələrində “535” saylı marşrut avtobusu ilə hərəkətdə olarkən Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsində yerləşən bazarın yaxınlığındakı dayanacaqda həmin avtobusda sərnişin olan Zərərçəkmiş şəxs2 bel çantasından içərisində sonuncuya və övladları - X2 və X3 məxsus şəxsiyyət vəsiqələrini və "xxxx" ASC-yə aid 1 ədəd “Bir bank” plastik kredit kartını gizli olaraq taladıqdan sonra elə həmin gün elektron məlumat daşıyıcısı hesab edilən həmin kartdan istifadə etməklə Xırdalan şəhəri ərazisində yerləşən ayrı-ayrı marketlərdən müxtəlif məbləğlərdə alış-veriş edərək ümumilikdə 106,64 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 mart 2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksinin qarşısında “535” saylı marşrut avtobusuna minmək istəyən sərnişin Zərərçəkmiş şəxs1 əynindəki paltonun sağ yan cibindən 1 ədəd 120 manat dəyərində “Samsung” markalı “Galaxy A51” modelli mobil telefonu çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 177.2.5 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, , Yevlax şəhəri Ü.Hacıbəyov küç ev 140-da qeydiyyatda olmaqla Xırdalan şəhəri Quşçuluq yaşayış massivi nömrəsiz ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Maddi vəziyyəti pis olduğu üçün oğurluq etmək qərarına gəlmiş, 15 mart 2023-cü il tarixdə saat 16 radələrində Xırdalan şəhəri H.Əliyev prospektində “AAAF Park” yaşayış kompleksinin qarşsından Masazır kəndinə getmək üçün “535” saylı marşrut avtobusa minmiş, Xırdalan şəhərində təzə bazarın yaxınlığındakı dayanacaqdan bir nəfər orta yaşlı belində çanta olan sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu öyrəndiyi qadın avtobusa minərək onun qarşısında ayaq üstə dayanmış, həmin vaxt qadının belindəki çantanın açıq olmasını görüb içərisinə baxarnda orada pul qabı görmüş və həmin pul qabını gizli şəkildə götürüb cibinə qoymuşdur, həmin vaxt avtobusda sıxlıq olduğu üçün pul kisəsini götürməyini görən olmamıdır. Avtobus dayanacaqdan aralandıqdan sonra avtobusu saxlatdırıb düşmüş, yaxınlıqdakı zibil qutularının yanına keçib pul qabını açıb içərisinə baxmış, pul qabında bir neçə palstik bank kartları, 11 manat nağd pul və 3 ədəd şəxsiyyət vəsiqələri olmuş, o həmin bank kartlarından 1 ədəd “Bir Bank” kartını götürüb “Kristal Abşeron “ yaşayış kompleksinin ərazisindəki “Uğur” marketə girib oradan 1 ədəd siqaret alıb həmin kartla ödəniş etmiş, Bundan sonra isə H.Z.Tağıyev küçəsində olan “Al” market və “Oba” marketdən həmçinin, yaşadığımız evin yaxınlığındakı “Al” marektdən həmin kartla təxminən 106-107 manatlıq siqaretlər və su almışdır. Siqaretləri evə aparıb qoymuşdur ii, sonra satıb pulunu xərcləsin. Pul qabındakı 11 ədəd bir manatlığı isə elə həmin gün yemək puluna xərcləmişdir. Oğurladığı pul qabını və şəxsiyyət vəsiqələrini evə qoymuşdur ki, sonra aparıb bir yerə atsın. Kartları isə özü ilə götürmüşdür. Oğurladığı kartla aldığı siqaretləri həbsxanada cəza çəkən bibisi oğluna göndərmişdir. Pul qabısını oğurladığı qadını əvvəllər tanımamış və əvvəllər görməmişdir. Pul qabının içərisində olan plastik kartları ilkin və şəxsiyyət vəsiqələri təqdim etmişdir. Bundan başqa yenə də oğurluq etmək üçün 16 mart 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı Xırdalan şəhəri ərazisində “AAAF park” yaşayış kompleksinin qarşısına gəlib dayanacaqda dayanmış, bu vaxt bir nəfər yaşlı qadın sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxs də gəlib onun yanında dayanıb marşurut gözləmiş, bu vaxt qadının əynindəki paltonun sağ yan cibində 1 ədəd göy rəngli telefon olduğunu görmüş, həmin telefonu oğurlamaq fikrinə gəlmişdir. Elə bu an 535 saylı marşurut avtobusu gəlib dayancaqda dayanmış, Zərərçəkmiş şəxs1 marşuruta minəndə bir nəfər qadın da onun arxasınca mindiyini görüb o yerdən dayanıb marşuruta minən Gülxarın paltosunun sağ yan cibinə əlini salıb onun telefonunu götürüb marşuruta minməyərək avtobsun arxasına keçib oradan ara küçəyə girmiş, daha sonra həmin küçədə hasardan aşıb başqa küçə ilə yaşadığı evə getmişdir. Həmin gün xəstələndiyi üçün telefonu sata bilməmiş, səhəri gün yəni 17 mart 2023-cü il tarixdə də vəziyyəti yaxşı olmadığı üçün evdən çölə çıxmamış oğurluq yolu ilə əldə etdiyi telefonda özündə olmuşdur. 18 mart 2023-cü il tarixdə isə evdə olarkən polis əməkdaşları evə gələrək onu və oğurluq yolu ilə əldə etdiyi telefonu götürüb Abşeron rayon Polis idarəsinə gətirmişlər. Oğrurladığı telefonu təqdim etmişdir. Əməlindən peşmandır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Xızı rayonu Şurabad kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan şəhəri “AAAF” Y/K küç 12 bina 3 mənzil 17də ailəsi ilə birlikdə yaşayır. 6 ay əvvəl qızım ona 400 manat dəyərində “Samsung A51” markalı göy rəngli mobil telefon hədiyyə etmişdir. 16 mart 2023-cü il tarixdə saat 17:40 radələrində mən nəvəsini məktəbdən götürmək üçün evdən çıxıb “AAAF” park yaşayış kompleksinin qarşısından “535” saylı marşurut avbtobusuna mənmək üçün dayanmış, bu vaxt onun yanında uzunboylu, arıq bədən quruluşulu qara saçlı bir oğlan da dayanmışdır. Həmin vaxt onun mobil telefonu əynindəki paltonun sağ yan cibində olmuşdur. Marşurut gələndə o, marşuruta minərkən arxasınca bir qadın da minmiş, bu vaxt o arxadan itələndiyini hiss edib arxaya çönüb tanımadığı qadına biraz yavaş olmasını bildirmiş, qadın isə ona bir oğlanın itələdiyi cavabını vermiş, o, arxaya tam çönərkən həmin oğlanın onunla marşurut gözləyən şəxs olduğunu görmüş, həmin oğlan marşurutun arxası tərəfə keçib getmiş, o, tez əlini cibinə salanda mobil telefonun cibində olmadığını aşkar etmiş, dərhal marşurutdan düşüb oğlanın getdiyi istiqamətə gedərkən oğlanın ara küçədən hasara dırmaşıb getdiyini görmüşdür, həmin oğlan isə onun arxasınca düşməsini görməmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Q.Nəbi küçəsində fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Sumqayıt şəhərində yerləşən “İstedad” litsetində müəllimə işləyir. 15 mart 2023-ü il tarixdə saat 16 radələrində Xırdalan şəhəri, H.Əliyeb prospektində yerləşən tədris mərkəzindən çıxıb 535 saylı marşurut avtobusu ilə yaşadığı evə gedrəkən, Ə.Vahid küçəsində “A Plus” marketin qarşısında dayancaqda düşüb marketə daxil olmuş, bu vaxt həyat yoldaşı Murad Abdulla ona zəng edib bank kartlndan alış-veriş edilmsəi barədə smslər gəldiyin bildirmiş, o isə Murada kartdan istifadə etməyini bildimiş, çantasını açıb içərisinə baxdıqda pul qabının çantada olmadığını aşkar etmiş, avtobusda olarkən çantasından pul qabının oğurlandığını başa düşmüşdür. Pul qabının içərisində özünə və övladlarına məxsus şəxsiyyət vəsiqələri, özünə məxsus əmək haqqı kartı, yoldaşı Murad Abdullanın adına açılmış “Kapital” bank kredit kartı və 40 manat pul olmuşdur. Pul qabını oğurlayan şəxs “Kapital” bank kartından Xırdalan şəhərində yerləşən müxtəlif marketlərdə təxminən 106- 107 manat xərclənmişdir. O, oğurluq barədə 102 xidmətinə zəng edib məlumat vermişdir. Həmin pullar onun özü tərəfindən karta köçürülmüşdür, pul qabısı təxminən 5 manat dəyərində olmuşdur. Kartlar və şəxsiyyət vəsiqələri ona geri qaytarılmışdır. Məhkəmə istintaqında şahid X4 elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 onun həyat yoldaşıdır. 15 mart 2023-cü il tarixdə saat 16 radələrində onun mobil telefonuna Kapital Bank kartından mağazada istifadə edilməsi barədə smslər gəlmiş, təxminən 107-108 manatl xərclənmişdir. O , bu barədə Aynura zəng edib soruşduqda, Aynur həmin vaxt işdən evə gələrkən, çantasına baxıb pul qabının oğurlanması barədə ona məlumat vermiş, daha sonra Aynur 102 xidmətinə zəng edib məlumat vermişdir. Aynur ona pul kisəsinin içərisində bank kartları, özünün və uşaqların şəxsiyyət vəsiqələri olduğunu bildirmişdir. Bank kartı onun adına qeydiyyatdan keçirilsə də kartı Aynur istifadə etmişdir, pulu da Aynur tərəfindən karta yüklənmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əşyanın götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd “Samsung A51” markalı mobil telefon götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9//2237 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Vyetnam istehsalı olan “Samsung” markalı, “A515F/DSN(Galaxy A51) modelli mobil telefon aparatının satış üçün komplekləşdirilməsinə daxil edilən aksessuarların olmamasını, istifdədə olmasını və ekranın çat olmasını nəzərə alaraq 2023-cü ilin mart ayına olan orta bazar qiyməti təxminən 120 manat müəyyən edilir. Maddi sübut kimi tanıma qərarından görünür ki, “Samsung” markalı, “A515F/DSN(Galaxy A51) modelli mobil telefon ********* №-li cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs1 Fazil qızına təhvil verilməsi nəzərə alınmışdır. xx.xx.2023-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə həmin Məcəllənin 177.2.3-1 və 326.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi birləşdirilmişdir. 230270489 nömrəli cinayət işi, Zərərçəkmiş şəxs2 ərizəsi əsasında toplanmış material üzrə xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi Fuad Nəsirov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 326.2-ci maddələri ilə başlanılmışdır. xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3-1, 177.2.5 və 326.2-ci maddələrinə tövsif edilmiş, həmin tarixdə Yasin İbrahimli tərəfindən Təqsirləndirilən şəxs qeyd edilən maddələr əsasında yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron rayon məhkəməsinin 4(012)-212/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.3-1, 177.2.5 və 326.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs1 şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut “Samsung” markalı, “A515F/DSN(Galaxy A51) modelli mobil telefonun zərərçəkmiş Zərərçəkmiş şəxs1 Fazil qızına təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülmüş Zərərçəkmiş şəxs2 və oğlanları Turan və Mətin Abdullaya məxsus şəxsiyyət vəsiqələri, 2 ədəd "xxxx" ASC-yə aid plastik kredit kartı, "xxxx" MMC-yə məxsus 1 ədəd plastik kartı, 2 ədəd 1 ədəd “Umico” palstik kartı, 1 ədəd “X8” əyləncə kartının məhkəmə baxışınadək saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut “Samsung” markalı, “A515F/DSN(Galaxy A51) modelli mobil telefonun zərərçəkmiş Zərərçəkmiş şəxs1 Fazil qızına təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülmüş Zərərçəkmiş şəxs2 və oğlanları Turan və Mətin Abdullaya məxsus şəxsiyyət vəsiqələri, 2 ədəd "xxxx" ASC-yə aid plastik kredit kartı, "xxxx" MMC-yə məxsus 1 ədəd plastik kartı, 2 ədəd 1 ədəd “Umico” palstik kartı, 1 ədəd “X8” əyləncə kartının məhkəmə baxışınadək saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-599/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-599/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver