Məhkəmə qərarları › İş №1(012)-60/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-60/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-60/2024 17.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və etibarnamə üzrə onun nümayəndəsi vəkil Müdafiəçi3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1974-cü ildə Sabirabad rayonunda anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, M. Ə.Rəsulzadə küçəsində yerləşən «Eskiz» layihələrinin hazırlanması bürosunda işləyən , Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 128, mənzil 10-da qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ev 1-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə dövlət orqanlarından sənəd almaqda kömək etməsi üçün müraciət edən şəxsləri aldadıb pulunu ələ keçirərək əldə olunan qazancı bölmək barədə qabaqcadan razılığa gəlib, bu məqsədlə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 3 saylı fərdi evin yerləşdiyi torpaq sahəsinə Dövlət Reyestr Xidmətindən çıxarış alınmasında kömək edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs2 müraciət etmiş Zərərçəkmiş şəxs3 ona məxsus torpaq sahəsinə çıxarış alınmasında köməklik edəcəyi ilə aldadaraq etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs3 22 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 vasitəsiylə sonuncunun işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən «Eskiz» layihələrinin hazırlanması bürosunda Azərbaycan manatına nisbətdə məzənnəsi 17000 (on yeddi min) manat təşkil edən 10000 (on min) ABŞ dolları məbləğində pul alıb ələ keçirərək öz aralarında bölüb, 11000 (on bir min) manatı özünə götürərək, 6000 (altı min) manatı isə Təqsirləndirilən şəxs2 verib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə dövlət orqanlarından sənəd almaqda kömək etməsi üçün müraciət edən şəxsləri aldadıb pulunu ələ keçirərək əldə olunan qazancı bölmək barədə qabaqcadan razılığa gəlib, ilkin sənədlər əsasında torpaq sahəsinə Dövlət Reyestr Xidmətindən çıxarış alınmasında kömək edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs2 müraciət etmiş Zərərçəkmiş şəxs1 ona məxsus torpaq sahəsinə çıxarış alınmasında köməklik edəcəyi adı ilə aldadaraq etibarından sui-istifadə etməklə ondan 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs2 vasitəsiylə sonuncunun işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, M. Ə.Rəsulzadə küçəsində yerləşən «Eskiz» layihələrinin hazırlanması bürosunda 11000 (on bir min) manat məbləğində pul alıb ələ keçirərək öz aralarında bölüb, 9500 (doqquz min beş yüz) manatı özünə götürərək, 1500 (min beş yüz) manatı isə Təqsirləndirilən şəxs2 verib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən Biləsuvar - Bəhrəmtəpə avtomobil yolunun 3-cü km- də yerləşən sonuncuya məxsus yanacaq doldurma məntəqəsinin istismara qəbul edilməsi barədə akt almasında kömək edəcəyini vəd edib aldadaraq etibarından sui istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 28 iyun 2022ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksində 8000 (səkkiz min) manat, 29 iyun 2022-ci il tarixdə Bakı şəhərində, “Şamaxinka” deyilən ərazidə “Merd petrol” yanacaq doldurma məntəqəsində 2000 (iki min) manat, 01 avqust 2022-ci il tarixdə "xxxx" kartına göndərməklə 1000 (min) manat, 17 avqust 2022-ci il tarixdə Biləsuvar rayonunda yanacaq doldurma məntəqəsində 500 (beş yüz) manat, 25 avqust 2022-ci il tarixdə "xxxx" kartına göndərməklə 1500 (min beş yüz) manat, 27 avqust 2022ci il tarixdə "xxxx" kartına göndərməklə 3000 (üç min) manat, 30 avqust 2022-ci il tarixdə "xxxx" kartına göndərməklə 400 (dörd yüz) manat, 2022-ci ilin sentyabr ayında Biləsuvar rayonunda yanacaq doldurma məntəqəsində 3000 (üç min) manat, 19 oktyabr 2022-ci il tarixdə "xxxx" kartına göndərməklə 200 (iki yüz) manat, cəmi 19600 (on doqquz min altı yüz) manat məbləğində pulunu alıb ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 sonuncunun qızı Nahidə Poladovanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində işləyən tanışı vasitəsilə Abşeron rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrindən birinə müəllimə kimi işə düzəltdirəcəyinə dair yalan vəd verib aldadaraq 23 aprel 2022-ci il tarixdə işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən «Eskiz» layihələrinin hazırlanması bürosunda sonuncunun 5000 (beş min) manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə dövlət orqanlarından sənəd almaqda kömək etməsi üçün müraciət edən şəxsləri aldadıb pulunu ələ keçirərək əldə olunan qazancı bölmək barədə qabaqcadan razılığa gəlib, bu məqsədlə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 3 saylı fərdi evin yerləşdiyi torpaq sahəsinə Dövlət Reyestr Xidmətindən çıxarış alınmasında kömək edilməsi ilə əlaqədar ona müraciət etmiş Zərərçəkmiş şəxs3 ona məxsus torpaq sahəsinə çıxarış alınmasında tanışı Təqsirləndirilən şəxs1 köməklik edəcəyi ilə aldadaraq etibarından sui-istifadə etməklə ondan 22 may 2022-ci il tarixdə işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, M. Ə.Rəsulzadə küçəsində yerləşən «Eskiz» layihələrinin hazırlanması bürosunda Azərbaycan manatına nisbətdə məzənnəsi 17000 (on yeddi min) manat təşkil edən 10000 (on min) ABŞ dolları məbləğində pul alıb ələ keçirərək öz aralarında bölüb , 6000 (altı min) manatı o, 11000 (on bir min) manatı isə Təqsirləndirilən şəxs1 özünə götürərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə dövlət orqanlarından sənəd almaqda kömək etməsi üçün müraciət edən şəxsləri aldadıb pulunu ələ keçirərək əldə olunan qazancı bölmək barədə qabaqcadan razılığa gəlib, bu məqsədlə ilkin sənədlər əsasında torpaq sahəsinə Dövlət Reyestr Xidmətindən çıxarış alınmasında kömək edilməsi ilə əlaqədar müraciət etmiş Zərərçəkmiş şəxs1 ona məxsus torpaq sahəsinə çıxarış alınmasında tanışı Təqsirləndirilən şəxs1 köməklik edəcəyi ilə aldadaraq etibarından sui- istifadə etməklə ondan 2022-ci ilin iyul ayında işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən «Eskiz» layihələrinin hazırlanması bürosunda 11000 (on bir min) manat pul alıb ələ keçirərək öz aralarında bölüb, 1500 ( min beş yüz) manatı özünə götürərək, 9500 (doqquz min beş yüz) manatı isə Təqsirləndirilən şəxs1 verib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 olğunu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində “Eskiz layihələrinin hazırlanması” bürosunda işləyən şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs2 müxtəlif şəxslərə məxsus ilkin torpaq sənədlərini ona vermişdir ki, o, həmin ilkin sənədlər əsasında Dövlət Reyester Xidmətindən çıxarış alınmasında vətəndaşlara köməklik göstərsin. 2022-ci ilin may ayında İlqar ona X4 adınaa olan həyətyanı torpaq sahəsinə aid ilkin bələdiyyə sənədlərini göstərib, həmin sənədləri ona vermiş və bildirmişdir ki, əgər bu sənədlərə əsasında torpağa aid dövlət reyestr xidmətindən çıxarış ala bilsəm sənədin sahibindən pul alıb mənə verəcəkdir. O, sənədləri İlqardan alıb çıxarış almaq üçün Reyestr xidmətində göstərmiş, orada demişlər ki, həmin sənədlər əsasında göstərilən torpaq sahəsi üçün çıxarış verilə bilər. O da bu barədə İlqara bildirmişdir. İlqarla bu məsələ haqqında danışdıqlarından təxminən 4-5 gün sonra İlqarın ofisinə onunla söhbət etməyə getmiş, İlqar ona verdiyi Zaman Zamanovun adına olan torpaq sahəsinə çıxarış almaqdan ötrü həmin torpağa sənəd düzəltdirmək istəyən Ceyhun adlı şəxsdən 12.000 manat pul aldığını demişdir. İlqar bildirmişdir ki, həmin puldan 1000 manat özünə götürüb, yerdə qalan 11.000 manat pulu ona vermişdir ki, torpağa çıxarış almağa sərf etsin. O da həmin pulu alandan sonra həmin torpaq sahəsinə çıxarış ala bilməmişdir. Təxminən iki-üç ay sonra İlqar ona zəng edib demişdir ki, onun işlədiyi ofisdə Ceyhun hay-küy salıb, pulunu istəyir. Odur ki, o, İlqarın ofisinə getmişdir. Ceyhunu ilk dəfə həmin vaxt İlqarın ofisində görmüşdür. Ceyhun torpağa aid çıxarış alınmamasından narazı qalaraq pulunun qaytarılmasını tələb edərək kobud danışmış, o, Ceyhuna demişdir ki, “danışığına fikir ver, sən mənə pul verməmisən”. Ona Təqsirləndirilən şəxs2 Zaman Zamanovun adına olan torpağı sənədləşdirmək üçün 11.000 manat mənə pul verdiyini, həmin pulu qaytarmağa hazır olduğunu bildirmişdir. Bu zaman Ceyhun İlqarı söymüş və İlqara 10.000 ABŞ dolları məbləğində, yəni həmin vaxtın məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə 17.000 manat pul verdiyini bildirmişdir. Məlum olmuşdur ki, İlqar Ceyhunun torpağa çıxarış almaq üçün ona verdiyi 17.000 manat məbləğində puldan 6.000 manatını özünə götürüb ona 11.000 manat pul vermişdir. O, Ceyhunun borcundan 2022-ci ilin sentyabr ayında tarixini xatırlamadığı gündə İlham adlı tanışına İlqarın ofisində 4000 manat vermişdir ki, aparıb Ceyhuna versin. 2022-ci ilin sentyabr ayında bir neçə gün sonra Xırdalan şəhərində, İcra Hakimiyyətinin parkında Ceyhunla görüşüb ona 3.000 manat da pul vermişdir. Bir neçə gün sonra Ceyhun zəng edib yenə də pul istəmişdir və onun kartına 1500 manat pul göndərmişdir. 2023-cii ilin əvvəllərində də, Ceyhunun kartına 700 manat pul göndərmişədir. İstintaq dövründə də, Ceyhuna 1000 manat pul ödəmişdir, beləliklə, onun hazırda Ceyhuna cəmi 800 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs1 da 2022-ci ilin sentyabr ayının axırlarında Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanımışdır. 2022-ci ilin sentyabr ayında İlqar ona zəng edib öz işlədiyi ofisə çağırmışdır. O, İlqarın ofisinə gedəndə Mürsəl və onun dostu, sonradan şəxsiyyəti ona məlum olan Şahlar ofisdə olmuşlar. İlqar onu Mürsəl və Şahlarla tanış etmiş, Mürsəli göstərib bildirmişdir ki, “sənə Sabunçu rayonunda çıxarış almaq üçün verdiyim sənədlərin sahibi budur”. Belə ki, İlqar ona 2022-ci ilin avqust ayında hər biri 0,010 ha olmaqla Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən iki torpaq sahəsinin ilkin sənədlərini reyestr xidmətindən çıxarış almaq üçün ona vermişdir. İlqar ona öz ofisində həmin iki ədəd torpaq sahəsinə aid sənədləri verib, işin həll olunması üçün 10.000 (on min) manat pul vermişdir. Hər torpaq sahəsinin sənədlərinin hazırlanaraq çıxarış alınması üçün İlqardan 5000 manat pul almışdır. Həmin pulları layihənin hazırlanması, kadastr çıxarılması və sair işlər görülməsi üçün almışdır. Həmin puldan heç kimə rüşvət verməmişdir. İlqar bildirmişdir ki, ona verdiyi torpaq sahəsinə aid sənədləri və göstərilən məbləğdə pulu Mürsəl ona vermişdir, hazırda işin nəticəsi ilə maraqlanır. O, Mürsələ izah etmişdir ki, həmin sənədləri icra olunması üçün Dövlət Əmlak Komitəsi nəzdində Əmlak xidmətləri məkanına vermişdir və nəticəsini gözləyir. Mürsəl bildirmişdir ki, əgər iş düzəlməsə, pulumu özümə qaytar. Təxminən on gün sonra, həmin sənədlərin yoxlanılması zamanı xəritədə göstərilən yerlə torpaq sahəsinin yerləşdiyi ərazi arasında uyğunsuzluq olduğuna görə çıxarış verilməsindən imtina edilmişdir. İş düzəlmədiyinə görə 2022-ci ilin oktyabr ayında o, Mürsələ zəng edib Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində kafedə onunla görüşmüş onun torpaq sənədlərinin düzəlməsi üçün İlqarın ona verdiyi pulun 4000 manatını ona nağd şəkildə qaytarmışdır. Mürsələ 6000 manat borcu vardır. Zərərçəkmiş şəxs2 isə, Təqsirləndirilən şəxs2 dostu Şahid4 vasitəsiylə tanımışdır. 2022-ci ilin iyun ayının təxminən 25 26 tarixlərində Nihad ona zəng etmiş və Xırdalan şəhərində “AAF park” yaşayış kompleksində görüşmüşlər. Nihad onunla görüşə dayısı Mübarizlə birlikdə gəlmişdir. Nihad ona Biləsuvar Bəhrəmtəpə avtomobil yolunun üzərində yanacaq doldurma məntəqəsi tikdirdiyini, lakin yanacaq doldurma məntəqəsinə Fövqəladə Hallar Nazirliyindən istismar aktı ala bilmədiyini deyib onda: kömək etməsini xahiş etmişdir. Onlar kafedə oturub birlikdə söhbət etmiş və orada Nihaddan ilki: olaraq 10000 (on min) manat pul istəmiş, lakin Nihadın dayısı Mübariz ona 8000 (səkkiz min manat pul vermişdir. Nihaddan şəxsiyyət vəsiqəsinin surətini, yanacaq doldurma məntəqəsinə aid onda olan mövcud sənədləri almış və xidmət göstərməyi müqabilində ondan həmin yerdə 800 manat pul almışdır. Bundan sonra Nihad ona müxtəlif vaxtlarda hissə-hissə bir neçə dəfəyə 860 manat, cəmi 16.600 manat pul vermişdir. Nihaddan aldığı pulun çox hissəsi ona məxsus yanacaq doldurma məntəqəsinin sənədlərinin toplanmasına sərf edilmişdir. Həmin puldan 1600 manat dövlə rüsumu ödəmişdir. İlqa Kazımovun Zərərçəkmiş şəxs4 qızını məktəbəqədər tərbiyə müəssisələrində birində işə düzəltməklə əlaqədar 5000 manat pul alıb ona verməsi barədə ifadəsində yalan məlumat vermişdir. O, Zərərçəkmiş şəxs4 tanımamış, onu görməmiş, onun qızını iş düzəltməyə kömək etmək barədə Təqsirləndirilən şəxs2 ona heç vaxt bildirməmiş, o da İlqara belə və verib İlqardan pul almamışdır. Təqsirləndirilən şəxs2 məsuliyyətdən yaxa qurtarmaq üçün ona böhtan atmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ona qarşı elan olunmuş ittiham üzrə zərərçəkmiş şəxslərdən aldığı pulları Şahid1 vermişdir. Həmin pullardan ona çatmamışdır. Ona görə də özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, V.Ə.Rəsulzadə küçəsində yerləşən «Eskiz» layihələrinin hazırlanması bürosunda uzun müddətdi kirayiəçi işləyir. Büroda müraciət edən vətəndaşların müraciəti əsasında tikintilə: layihələndirməklə məşğul olur. Tanışı Şahid1 sonradan adının Fariz olmasını bilib dostu qızını Abşeron rayonu ərazisində yerləşən uşaq bağçalarından birinə müəllimə kimi iş düzəltmək istədiyini bildirmiş, o da tanışı Təqsirləndirilən şəxs1 kürəkəninin Azərbayca Respublikası Elm və Təhsil Nazirliyində işlədiyini eşitdiyi üçün Şamxalın vasitəsilə Farizin qızını işə düzəlməsinə köməklik göstərə biləcəyini Şahlara demişdir. Şahlar Fariz adlı şəxsin mobil nömrəsini ona, onun mobil nömrəsini isə Farizə verib onları əlaqələndirmişdir. Bundan sonra Şamxal onun işlədiyi ofisə gəldikdə Fariz adlı şəxsin qızını məktəbəqədər təhsil sahəsində iş düzəltmək istədiyi barədə ona bildirib, bu işdə Şamxalın kömək etməsini istəmişdir. Bir müddət sonra Şamxal onunla əlaqə saxlayıb adını çəkmədiyi Təhsil Nazirliyində işləyən qohumu ilə danışdığını, qohumunun vasitəsilə bu məsələni 5000 manat müqabilində həll edə biləcəyini söyləmişdir. Bu söhbətdən bir neçə gün sonra Fariz qızının işə düzəlmə məsələsi barədə söhbət etmək üçün onun ofisinə gəlmişdir. Həmin vaxt Farizlə danışıb məsələni həlli üçün Farizdən 5000 manat pul tələb olunduğunu demişdir. Fariz həmin məbləğdə pulu olmadığını demiş, bir neçə gü möhlət verilməsini xahiş etmişdir. Təxminən 1-2 gün sonra Fariz yenidən ofisə gələrək ona qızım uşaq bağçalarından birinə müəllimə kimi işə düzəlməsi üçün 5000 manat pul vermişdir. Həmin vaxt onların yanlarında kənar şçəxslər olmamışdır. Şanıxala bu barədə məlumat verdikdən 1 gün som Şamxal onun işlədiyi ofisə gəlib Farizin qızının işə düzəlmə məsələsinin 2022ci ilin sentyal ayınadək həllini tapacağını bildirmiş və ondan 5000 manat pulu alaraq çıxıb getmişdir. Şamxal on arxayınlaşdırdığı üçün Fariz onunla əlaqə saxlayanda o, Farizə narahat olmamasını, tezliklə qızını işə düzələcəyini vəd etmiş, eyni zamanda Şamxalla əlaqə yaradıb məsələnin nə yerdə qalması ilə maraqlanmış, Şamxal da öz növbəsində ona işin düzələcəyini vəd etmişdir. Vəd edilən tarix gəlib çatanda Şamxalla danışmış, Şamxal ona guya işə qəbulla bağlı proseslərə aidiyyəti olan şəxsləri birinin həbs edildiyini, buna görə də Farizin qızının işə qəbul məsələsinin yubandığını, lakin ən gec 2023-cü ilin yanvar ayınadək həllini tapacağını bildirmişdir. Ona görə də o da Farizə işin tezlik həllini tapacağını, əgər bu baş tutmasa, verdiyi pulu geri qaytaracağını bildirmişdir. X2 tanışı Şahid1 vasitəsi ilə 2022-ci ilin əvvəllərində tanımışdır. Təqsirləndirilən şəxs1 isə, onunla Xırdalan şəhər sakini Şahid4 tanış etmişdir. Firdovsi ona bildirmişdi ki, guya Təqsirləndirilən şəxs1 Dövlət Reyestr Xidmətinin Abşeron üzrə Şöbəsinin rəisi Fuadın qohumudur. 2022-ci ilin may ayında Mürsəl və Şahlar on işlədiyi ofisə gəlib bildirmişlər ki, torpaq sahələri vardır. Həmin torpaq sahələrinin ilkin bələdiyyə sənədləri vardır, lakin torpaq sahəsinə çıxarış ala bilmirlər. Bu işdə kömək edilməsini ondan xal etmişlər. O, çıxarış almaqda tanışı Təqsirləndirilən şəxs1 onlara kömək edə biləcəyini söyləmiş Zərərçəkmiş şəxs1 ona işlədiyi ofisdə torpaq sənədini və 10000 manat pulu vermiş, həmin vaxt Şamxal orada olmamışdır. Həmin vaxt o, Şamxalı Mürsəl və Şahlarla tanış etməmişdir. Lakin sonradan Şamxalı Mürsəllə tanış etmişdir. Mürsəldən aldığı torpaq sənədlərini və 10000 manat pulu Şamxal vermişdir. Həmin puldan özünə götürməmişdir. İş düzəldikdən sonra Şamxal ona pul verəcəyini etmişdir. Lakin sənədləri və pulu verərkən Mürsəl ona pul vermişdir, Mürsəlin həmin vaxt ona hansı məbləğdə pul verməsini xatırlamır. Mürsəl Şamxala verdiyi üç ədəd torpaq sənədini çıxa almaqdan ötrü 2022-ci ilin əvəllərindən başlayaraq müxtəlif vaxtlarda ona vermiş, o da həmin sənədləri Zərərçəkmiş şəxs1 ona sənədlərin alınması üçün verdiyi pullarla birlikdə Təqsirləndirilən şəxs1 vermişdir. Belə ki, Zərərçəkmiş şəxs1 birinci sənədə görə 5500 manat, sonradan gətirdiyi sənədlərə görə 10.000 manat pul vermişdir. Birinci sənədin çıxarışını ala bilmədikdə 5500 manat pulu Şamxalın dediyinə görə Mürsələ qaytarmışdır. Lakin o, Şamxalın Mürsələ və digər şəxslərə qaytarmasını görməmişdir. Zərərçəkmiş şəxs1 və Şahid1 birlikdə işlədikləri üçün on ofisinə birlikdə gəlib-getmişlər. Mürsəl və Şahlar ona layihə çəkdirdiklərinə görə dəfələrlə rnüxtəlif məbləğlərdə pul vermişlər. Zərərçəkmiş şəxs1 ona verdiyi torpaq sahəsinə çıxarış alınması üçün 10000 (on min) manat pul vermişdir. Mürsəlin Şamxala çatdırmaq üçün verdiyi pulun üstündən pul götürməmişdir. Bundan başqa, tanışı Zərərçəkmiş şəxs3 o müraciət edib Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 3 nömrəli evin çıxarış sənədinin olmadığı barədə bildirmiş və bu işdə ona kömək edərək Daşınmaz Əmlal Dövlət Reyster Xidmətindən çıxarış almağı xahiş etmişdir. O, Ceyhuna bu işdə kömək edə biləcəyini demiş və onu öz ofisində 2022-ci ilin may ayının 22-də Təqsirləndirilən şəxs1la tanış edib Şamxalın yanında ondan 10000 ABŞ dolları pul alıb Şamxala vermişdir. X13 gözün qarşısında vermişdir. Zərərçəkmiş şəxs3 ona verdiyi, onun da Şamxala verdiyi puldan götürməmişdir. Şamxal ona demişdir ki, sənədi alandan sonra ona min manat pul verəcəkdir. Yəni iş düzəldikdən sonra ona 1000 manat pul verəcəyini vəd etmişdir. Lakin sənəd ala bilmədiyi üç ona pul verməmişdir. Şamxal Zərərçəkmiş şəxs3 torpaq sahəsinə çıxarış ala bilımıdiyi üçün Ceyhunun pulunu qaytarmadığı üçün işlədiyi ofisdə Ceyhunla aralarında bir neçə dəfə mübah olmuşdur. Ceyhun 2022-ci ilin iyun ayının ortalarında onun ofisində onunla mübahisə edərkən zəng edib Şamxalı öz ofisinə çağırmışdır. Şamxal ofisə gəlmiş və ofisdə Ceyhunun pulu qaytaracağına söz vermişdir. Sənəd almaları üçün kömək istəyən müştəriləri Şamxal Hüseyno- əlaqələndirərkən Şamxal ona heç vaxt pul verməmişdir. Lakin sənəd almaq üçün müraciət ec vətəndaşlar ona pul vermişlər. Bundan başqa, tanışı Zərərçəkmiş şəxs2 X10 ilə tanış etmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 2022-ci ilin iyun ayında onun işləd ofisə gəlmiş və özünə məxsus yanacaqdoldurma məntəqəsinə sənəd almaqda ona kömək etm, xahiş etmişdir. O, Təqsirləndirilən şəxs1 ona kömək edə biləcəyini bildirmiş və Şamxalın nömrəs ona vermişdir. Bundan sonra onların arasında baş verən hadisələrdən xəbərim olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Gülmuı oğlu ifadəsində göstərmişdir ki, qızı X5 Bakı Humanitar Kollecinin məktəbəqə təlim-tərbiyə ixtisasını bitirərək orta-ixtisas təhsilinə yiyələnmiş, lakin kolleci bitirdikdən sonra 1 bir yerdə işləməmişdir. Qızını işə düzəltmək üçün müxtəlif tanışlarına müraciət etmişdir. 2022-ci i aprel ayında təsadüfən tanışı Şahid1 ilə mobil telefonda danışan zaman qız uşaq bağçalarından birinə müəllim kimi işə düzəltmək istədiyini bildirmişdir. Bu zaman Şah tanışı vasitəsilə qızını işə düzəltməyə köməklik göstərə biləcəyini söyləmişdir. Elə həmin gün Şah tanışı İlqarla danışıb ona İlqarın onun qızını işə düzəltmək üçün 5000 manat pul tələb etdiy söyləmişdir. Həmin vaxt Şahlardan İlqarın mobil telefonunu öyrənib pulu hazırlayanda xəl verəcəyini demişdir. 22 aprel 2022-ci il tarixdə "xxxx" ASC-nin Xırdalan filialından 5( manat məbləğdə kredit götürmüş, sonra mobil telefon vasitəsilə Şahlarla əlaqə saxlayıb tə olunan pulun hazır olduğunu bildirmiş, Şahlar ona pulu İlqara verməyi dediyi üçün sonuncu mobil telefon əlaqəsi saxlayaraq pulu hazırladığı barədə xəbər vermişdir. Həmin vaxt İlqar c ertəsi gün pulu işlədiyi ünvan 2 ünvanında yerlə: ofisə gətirməyini istəmişdir. Sabahı gün, yəni 23 aprel 2022-ci il tarixdə İlqarın qeyd etdiyi ünvana gedərək onunla görüşmüş, söhbət əsnasında İlqar alacağı 5000 manat pulu Elm və Təhsil Nazirliyində işləyən, adını demədiyi qohumuna verəcəyini və qohumunun köməkliyi ilə qızı Nahidəni 2022-ci ilin sentyabr ayında Bakı şəhəri ərazisində yerləşən uşaq bağçalarından birinə işə düzəldəcəyini vəd etmişdir. Ona görə də o, 5000 manat pulu ofisdə İlqara vermişdir. Pulu verdikdən sonra İlqar ona narahat olmamağı, qızının 2022-ci ilin sentyabr ayında işə başlayacağını vəd etmişdir. 2022-ci ilin may ayından sentyabr ayınadək təxminən 2-3 dəfə İlqarla mobil telefon əlaqəsi saxlamış, İlqar isə verdiyi vədə uyğun olaraq onu işin sentyabr ayınadək həllini tapacağına arxayınlaşdırmışdır. 2022-ci ilin sentyabr ayında İlqarın onunla əlaqə saxlamadığını görüb yenidən zəng edərkən İlqar işə qəbulla bağlı proseslərə aidiyyəti olan şəxslərin birinin həbs edildiyini, buna görə də qızının işə qəbul məsələsinin ən geci 2023-cii ilin yanvar ayınadək həllini tapacağını bildirmişdir. Həmin müddətdə dəfələrlə İlqarla “Whatsapp” sosial şəbəkəsində yazışmış, eyni zamanda bir neçə dəfə pulu verdiyi ofisə gedərək İlqarla söhbət aparmışdır. Həmin yazışmalar, telefon danışıqları və söhbətlər zamanı İlqar işin tezliklə həllini tapacağını, əgər bu baş tutmasa, verdiyi pulun ən azı iki qatını geri qaytaracağını bildirirmişdir. Bu müddət ərzində həmçinin dəfələrlə Şahlarla əlaqə da əlaqə saxlamış, Şahlar ona İlqarın pulu qaytarmayacağı təqdirdə özünün avtomobilini satıb onun pulunu qaytaracağını söyləmişdir. 2023-cti ilin yanvar ayı gəlib çatsa da, İlqarın onun qızını işə düzəltmədiyini, həmçinin verdiyi pulu qaytarmadığını görüb dələduzluq oetdiyinə əmin olmuş, ona görə də Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənildiyinə görə Təqsirləndirilən şəxs2 qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 2017-ci ildən tanıyır, boş vaxtlarında Təqsirləndirilən şəxs2 işlədyi Xırdalan şəhəri, M. Ə. Rəsulzadə küçəsində «Eskiz lahiyyələrinin hazırlanması» ofisisinə gedib onunla söhbət edərik vaxt keçirirlər. Yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 3 nömrəli evə Dövlət Reyestr xidmətindən çıxarış almaq istədiyini Təqsirləndirilən şəxs2 bildirmiş, o da Təqsirləndirilən şəxs1 adlı tanışının bu işdə ona kömək edə biləcəyini demişdir. 2022-ci ilin may ayının 22-də o, İlqarın işlədiyi ofisdə olan zaman Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 da orada olmuşdur. Təqsirləndirilən şəxs2 onu Təqsirləndirilən şəxs1la tanış etmiş və bildirmişdir ki, onun evinin sənədlərini qaydasına salan və Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən evimə çıxarış alıb ona verə bilən şəxsdir. Orada evinin yerləşdiyi torpaq sahəsinə aid ilkin bələdiyyə sənədlərini və şəxsiyyət vəsiqəsinin surətini Təqsirləndirilən şəxs2 vermişdir. İlqarın yanında olan tanışı Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, 17000 (on yeddi min) manat pulla bir ay müddətində evinin sənədlərini qaydasına saldırıb, ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alıb verəcəkdir. Təqsirləndirilən şəxs2 ona verdiyi sənədləri tanışı Təqsirləndirilən şəxs1 vermişdir. X8 ofisdə Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən çıxarış almaqdan ötrü 17000 (on yeddi min) manat pul vermişdir. Təqsirləndirilən şəxs2 ondan aldığı 17000 (on yeddi min) manat pulu Təqsirləndirilən şəxs1 vermişdir ki, onun evimin çıxarışını Dövlət Reyestri Xidmətindən alsın. Şamxal Hiisenynov ona bir ay müddətində Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən çıxarış alıb verəcəyinə söz verdiyi üçün bir ay , müddətində onu narahat etməmiş, işin nə yerdə olmasını ondan soruşmamışdır. Bir aydan sonra Təqsirləndirilən şəxs1 zəng edib Xırdalan şəhərində Təqsirləndirilən şəxs2 ofisində onunla görüşmüşlər. Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, işi həll edib sənədləri verəcəkdir. Lakin Təqsirləndirilən şəxs1 onu aldadaraq evinə Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən çıxarış almaqdan almış olduğu 17000 (on yeddi min) manat pulunu ələ keçirib, onun evinə Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən çıxarışını alıb verməmişdir. Şamxal Hiiseyov hər dəfə onunla danışanda, görüşəndə müxtəlif bəhanələr gətirmişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənildiyinə görə Təqsirləndirilən şəxs2 qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs1 şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Biləsuvar- Bəhrəmtəpə magistral yolunun 3-cü kilometrliyində icarə müqaviləs əsasında torpaq sahəsi götürmüş və həmin torpaq sahəsində yanacaq doldurma məntəqəsi tikdirmi« lakin həmin yanacaq doldurma məntəqəsinə istismara qəbul aktı ala bilməmişdir. Həmkəndli« Toğrulun vasitəsi ilə Təqsirləndirilən şəxs2la tanış olmuş, İlqar ona bildirmişdir ki, onun Şamxal adi tanışı var, belə işləri həll edə bilir. Ona görə də, ona Şamxalın telefon nömrəsini vermişdir. O, 2022 ci ilin iyun ayının 26-da Şamxala zəng etmiş, Şamxal ilə Xırdalan şəhərində yerləşən AAAF parkı: qarşısında görüşmüşlər. Şamxalla görüşərkən yanında uzaq qohumu Şahid3 Vəli oğlı; Şamxalın yanında da bir nəfər tanımadığı şəxs olmuş, yaxınlıqda olan Kafedə oturub çay içmişlə və Şamxalla ona məxsus yanacaq doldurma məntəqəsinə istismara qəbul aktı alınmasında köməl edəcəyi barədə razılığa gəlmişlər. Şamxal ona demişdir ki, ona etibarnamə versin, həmdə dövlə rusumu ödəməkdən ötrü 10000 (on min) manat pul istəmiş, orada olan qohumu Mübariz Şamxal. 8000 (səkkiz min ) manat pul vermişdir. 29 iyun 2022-ci il tarixdə o, Yasamal rayonu ərazisində 1 saylı notariat kontoruna getmiş və onun adından hərəkət etmək üçün Təqsirləndirilən şəxs1, səlahiyyətlər verilməsi barədə etibarnamə yazdırmış, həmin etibarnaməni 29 iyun 2022-ci il tarixd axşam vaxtı Xırdalan şəhərində “Xırdalan dairəsində” görüşərək ona vermişdir. O, yanacaı doldurma məntəqəsinə aid bütün sənədləri etibarnamə ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri «Xırdalan dairəsi» adlanan yerdə Şamxala vermişdir. Təqsirləndirilən şəxs1la ona məxsus yanacaı doldurma məntəqəsinin istismara qəbul edilməsi üçün akt alınmasında köməklik göstərməsi barəd razılığa gəldikdən sonra 2022-ci ilin iyun ayından həmin ilin oktyabr ayınadak ona cəmi 1960) manat pulu bir neçə dəfəyə vermişdir. Belə ki, birinci dəfə Təqsirləndirilən şəxs1la 28 iyun 2022-ci i tarixdə, saat təxminən 17 radələrində uzaq qohumu Şahid3 ilə birlikd Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksinin yaxınlığında adı yadınd; qalmayan kafedə görüşmüşlər. Onun yanında bir nəfər olmuş, lakin onu tanımır. Həmin vax Şamxal ona kömək edəcəyinə söz vermiş və orada müvafiq sənbədlərin toplanması adı ilə ondan 10.000 manat pul istəmişdir. Onun qabaqcadsan işin düzəldilməsi üçün qohumu Mübarizə verdiy 8000 (səkkiz min) manat pulu o dedikdən sonra Şahid3 Təqsirləndirilən şəxs1 onuı yanında vermişdir. Sabahısı gün, yəni 29 iyun 2022-ci il tarixdə, saat 12 radələrində Bakı şəhərində “Şamaxinka” deyilən yerdə “Merd petrol” yanacaq doldurma məntəqəsində onun adına yazdırdığ etibarnaməni ona verərkən bildirmişdir ki, 2000 (iki min) manat da pul verməlidir. Mən orad; həmin vaxt ona 2000 (iki min) manat da pul vermişdir. Bundan sonra Şamxal sənədləriı düzəldilməsinə sərf edəcəyi adı ilə ondan zəng edərək dəfələrlə pul istəmiş, o da ona vermişdir. 0 avqust 2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Zahid Xəlilov küçəsində yerləşəı “eMANAT” ödəmə terminalından onun "xxxx" kartına 1000 (min) manat göndərmişdir 17 avqust 2022ci il tarixdə, saat 15 radələrində Biləsuvar rayonunda tikdirdiyi yanacaq doldurm; məntəqəsində 500 (beş yüz) manat pulu ona nağd şəkildə vermişdir. 25 avqust 2022-ci il tarixdə, saa 12.45 radələrində Bakı şəhəri, Binəqədi DSK yaşayış massivində olarkan öz “Kapital bank: kartından Şamxalın "xxxx" kartına 1500 (min beş yüz) manat , 27 avqust 2022-ci i tarixdə, saat 14.27 radələrində Bakı şəhəri, Binəqədi DSK yaşayış massivində olarkan öz “Kapit; bank” kartından Şamxalın "xxxx" kartına 3000 ( üç min ) manat, 30 avqust 2022-ci tarixdə, saat 18 radələrində Bakı şəhəri, Binəqədi DSK yaşayış massivində olarkan öz “Kapitı bank” kartından onun "xxxx" kartına 400 (dörd yüz) manat göndərmişdir. 2022-ci ili sentyabr ayının axırlarında, saat 16 radələrində Biləsuvar rayonunda tikdirdiyi yanacaq doldurm məntəqəsində 3000 (üç min) manat pulu ona nağd şəkildə vermişdir. Bundan sonra axırıncı dəfə 1 oktyabr 2022-ci il tarixdə Xırdalan şəhərində olarkan öz "xxxx" kartından Şamxalı "xxxx" kartına 200 (iki yüz) manat göndərmiş, lakin həmin məbləğdə pulu göndərdiyin dair çeki itirmiş, ona görə də istintaqa təqdim edə bilməmişdir. Beləliklə, Şamxal onu aldadara cəmi 19600 (on doqquz min altı yüz) manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, torpaqların alqı-satqısı ilə məşğul olaraq gündəlik çörək pulu qazanır. 2022-ci ilin may ayında Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində X9 adlı eyni məhəllədə yaşayan şəxsdən 0,012 ha torpaq sahəsini almaq barədə razılğa gəlmişdir. Həmin torpaq sahəsinə aid bələdiyyənin verdiyi ilkin sənədlər olsa da, həmin torpaq sahəsinə aid Reyestr Xidmətindən çıxarışı olmamışdır. Torpaq sahəsinin çıxarışı olmadan alqı-satqıya getmək mümkün olmadığından onun adma torpağa dair çıxarış almaq qərarına gəlmişdir. Odur ki, X9 torpağa aid ilkin sənədləri ona vermişdir. Onunla birlikdə işləyən, tanışı Şahid1 tanıdığı Xırdalan şəhəri, M. Ə. Rəsulzadə küçəsində «Eskiz lahiyyələrini hazırlanması» ofisisinə 2022-ci ilin iyun ayında gedib orada işləyən Təqsirləndirilən şəxs2la görüşmüşləı Ondan xahiş etmişdir ki, qeyd olunan torpaq sahəsinə aid daşınmaz əmlakın dövlət reyesl xidmətindən çıxarış almaqda mənə kömək etsin. İlqar bildirmişdir ki, Dövlət Əmlak komitəsind onun tanışı vardır. Tanışının köməyi ilə bu məsələni həll edəcəkdir. İlqar işin düzəlməsi üçün onda 11.000 manat pul istəmişdir. Onun həmin məbləğdə pulu olmadığı üçün İlqara cəmi 9500 (doqqu min beş yüz) manat pul vermişdir. Həmin pulu İlqara iki dəfəyə, birinci dəfə 5500 (beş min beş yü2 manat, ikinci dəfə 4000 (dörd min) manat pul vermişdir. Birinci dəfə pulu onun işlədiyi Xırdala şəhəri, H.Əliyev prospektindəki ofisdə Şahid1 yanında 2022-ci ilin iyul ayını əvvəllərində vermişdir. Bir neçə gündən sonra da, pulun ikinci qismini İlqarın ofisində dostu Şahla Ələkbərovun yanında ona vermişdir. Sonradan uzun müddət vaxt keçməsinə baxmayaraq İlqa vədinə əməl etməyib torpağa aid sənədləri düzəltməmişdir. 2022-ci ilin sentyabr ayında İlqarda torpağa aid ona verdiyi ilkin sənədləri almışdır. Ona verdiyi pulu isə, həmin vaxt on qaytarmamışdır. O, pulu İlqardan tələb etdikdə bildirmişdir ki, pulu Əmlak İdarəsində işləyə Şamxal adlı şəxsə vermişdir, ondan pulu alıb mənə qaytaracağına söz verdi. Təqsirləndirilən şəxs2 sənədlərin düzəldilməsindən ötrü pul verəndə Şamxalı tanımamışdır. O, pulu Təqsirləndirilən şəxs2 ofisində onun özünə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ili yaz vaxtı tanışı İlqar ofisində oturub söhbət edərkən Zərərçəkmiş şəxs4 onunla mob telefon əlaqəsi saxlayaraq qızını uşaq bağçalarından birinə işə düzəltmək istədiyini bildirmişdi İlqar onun Farizlə telefon danışığını eşidib Farizin qızını işə düzəltməyə köməklik göstərəcək tanı olduğunu bildirmişdir. Ancaq həmin tanışının harada işləməsi və kim olması barədə məlumı verməmişdir.O, Farizin mobil nömrəsini İlqara verib onları bir-biri ilə əlaqələndirmişdir. Fariz on İlqarla əlaqə saxlayacağını bildirərək telefon danışığını sonlandırmışdır. Bir neçə gün sonra Far: yenidən onunla əlaqə saxlayıb İlqara zəng etdiyini, Farizin qızını uşaq bağçalarından birinə i« düzəltməyə köməklik göstərməsi üçün İlqara 5000 manat pul verdiyini, İlqarın isə 2022-ci ili sentyabr aymadəlc Farizin qızını işə düzəlməyə köməklik göstərməyi vəd etdiyini bildirmişdi Həmin müddətdə o, İlqarın ofisinə tez-tez getmiş, ondan Farizin qızının işə düzəlmə məsələsinin r yerdə qalması ilə maraqlanmış, İlqar hər dəfə ona narahat olmamağımı bildirmişdir. 2023-cü ili fevral ayının ortalarında Farizin yaşadığı ünvana gedərək İlqarı araşdırdığını və dələduzluql məşğul olmasını öyrəndiyini bildirmiş və barəsində hüquq mühafizə orqanlarına müraciət etməsiı Farizə məsləhət görmüşdür. Bir neçə gün sonra öyrənmişdir ki, Fariz qızının uşaq bağçalarında birinə müəllimə kimi işə düzəltmək adı ilə 5000 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi i; bağlı Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Şahid1 həmçini bildirmişdir ki, o və Zərərçəkmiş şəxs1 torpaqların alqı-satqısı ilə məşğul olurlar. Dostu Mürs. Salahov 2022-ci ilin may ayında Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində X6 0,012 ha torpaq sahəsini almaq barədə razılğa gəlmiş, lakin torpaq sahəsinin sənədlə qaydasında olmadığı üçün sənədləşmə apara bilməmişdir. Belə ki, torpaq sahəsinə aid DövT; Reyestr Xidmətindən çıxarış olmadığı üçün çıxarış almaq istəmiş, ona görə də, 2022-ci ilin iyu ayında Mürsəllə birlikdə tanışı Təqsirləndirilən şəxs2 ofisinə gedib ondan Mürsəlin almaq istədi; torpaq sahəsinə çıxarış almaqda kömək etməsini xahiş etmişlər. İlqar bildirmişdir ki, Dövlət Əmla komitəsində onun tanışı vardır. Tanışının köməyi ilə bu məsələni həll edəcəkdir. İşin düzəlməsi üçü Mürsəldən 11.000 manat pul istəmişdir. Mürsəl onun yanında İlqara həmin məbləğdə pul vermişdir. Həmin pulun üstündən Şamxal özünə götürmüşdür, lakin hansı məbləğdə götürdüyün bilmir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 ilk dəl 2022-ci ilin yay vaxtı, Xırdalan şəhərində, 1 saylı notariat kontorunun yaxınlığında İlqa Kazımovun ofisində görmüşdür. Həmin vaxt ofisə daxil olduqda sonradan tanış olduğu X15 Kazımovun mübahisə etdiklərini görmüşdür. Ceyhun həmin vaxt bərk hirsləndi; üçün onu sakitləşdirmişdir. İlqarın ofisində olarkan Ceyhun İlqardan, ondan alaraq özün götürdüyü pulları qaytarmasını tələb etmişdir. Onu ofisdən çıxarıb yaxınlıqda olan “Xızı” kafesir. aparmış və kafedə çay içərkən Ceyhundan nə üçün əsəbləşdiyini soruşduqda, Ceyhun evinin torpa sahəsinə çıxarış alınmasında kömək etməsi üçün Təqsirləndirilən şəxs2 9000 ABŞ dolları pul verdiyin İlqarın isə, onun pulunun bir hissəsini özünə götürüb Təqsirləndirilən şəxs1 11000 manat verdiyiı bildirmişdir. O, Ceyhuna demişdir ki, Şamxalla söhbət edər, Şamxal onun pulunu qaytarar. Odı ki, o, həmin gün Şamxalla görüşmüş, Şamxalı danlamış və Ceyhunun pulunu qaytarmasını tövsiy> etmişdir. Sabahısı günü Şamxal ona zəng edib Xırdalan şəhərinə, məhkəmənin qarşçısına on çağırmışdır. O, həmin yerə getmiş və orada Şamxal ona 4000 manat pul vermiş, həmin pul Zərərçəkmiş şəxs3 verməyi xahiş etmişdir. Şamxal pulu onun vasitəsilə ona görə göndərmişdir ki, Ceyhuna onun pulunu Şamxaldan alacağıma söz vermişdir. Şamxaldan aldığı 4000 manatı “Xızı kafesində Zərərçəkmiş şəxs3 vermişdir. Təxminən iyirmi gün sonra Ceyhun onun telefonuna zəng edərək bildirmişdir ki, Şamxal ona 3000 manat pul vermişdir. Ondan xahiş etmişdir ki, Şamxah pulun qalanını qaytartdırsın. Sonrakı hadisələrdən məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun əmisi nəvəsidir. Zərərçəkmiş şəxs2 Biləsuvar-Bəhrəmtəp; yolunun 3-cü km-də yanacaq doldurma məntəqəsi tikmiş, lakin Fövqəladə Hallar Nazirliyindəı həmin məntəqənin istismara qəbul edilməsinə dair akt ala bilməmişdir. Nihad bu işdə ona kömnəl edəcək şəxs axtarmışdır. 2022-ci ilin iyun ayında Nihad ona zəng edib bildirmişdir ki, ona məxsu yanacaq doldurma məntəqəsinin istismara qəbul aktı alınmasında kömək edəcək bir şəxs var onunla götüşməyə gedir. Onunla birlikdə həmin şəxslə görüşməyə getməsini xahiş etmişdir. Odur ki tarixi yadında qalmayan gündə, günorta saatlarından sonra Nihadla birlikdə Xırdalan şəhərind “AAAF park” yaşayış kompleksinin yaxınlığında kafedə Təqsirləndirilən şəxs1la görüşmüşləı Şamxalla görüşməyə gedərkən Nihad ona 8000 (səkkiz min) manat pul vermiş və Şamxalla söhbəl alınsa pulu onun verməyini xahiş etmişdir. Şamxalla görüşətrkən onun yanında da bir nəfə tanımadığı şəxs olmuşdur. Şamxalla kafedə söhbət edib işin mahiyyəti haqqında Nihad on məlumat vermiş və yanacaq doldurma məntəqəsinin istismara buraxılmasına icazə verilməsi üçü akt alınmasında kömək etməsini xahiş etmişdir. Həmin vaxt Şamxal bildirmişdir ki, bu işi hə edəcəkdir. Söhbət zamanı Şamxal Xırdalan şəhərində daşınmaz əmlak agentliyində işlədiyini, bel işləri müqavilə əsasında müxtəlif şəxslər üçün həll etdiyini bildirmiş, işin həlli üçün ilkin olara 10.000 manat pul istəmişdir. Lakin Nihad hazırda 8000 manat pulunun olduğunu bildirmi: Nihadın ona verdiyi 8000 manat pulu Şamxala vermişdir. Şamxal bildirmişdir ki, həmin pulun b qismini dövlət orqanlarına köçürəcək, digər hissəsini özünə xidmət haqqı olaraq götürəcəkdi Lakin sonradan məlum olmuşdur ki, Şamxal həmin pulıu mənimsəmiş və heç bir dövlət orqanın köçürməmişdir. Şamxal Nihaddan onun adına etibarnamə verməsini istəmiş, Nihad da ona sonradan etibarnamə vermişdir. Onun yanında Şamxala yanacaq doldurma məntəqəsinə ai sənədlərin bir qisminin surətini vermişdir. Sonradan o, Şamxalla görüşməmişdir. Lakin Nihad ona demişdir ki, Şamxala müxtəlif vaxtlarda cəmi 19600 (on doqquz min altı yüz) manat p' vermiş, Şamxal Nihada məxsus yanacaq doldurma məntəqəsinin istismara buraxılmasına dair al almamış və onu aldadaraq etibarından suiistifadə etməklə həmin məbləğdə pulunu ələ keçirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun illərdir ki, tanıyır. Şamxal müxtəlif şəxslər üçün sənədləşmə işlərin aparılması ilə məşğul olur. Onun dələduzliuq edərək cinayət törətməsindən məlumatı olmamışd: Təqsirləndirilən şəxs2 da uzun müddətdir ki, tanıyır. 2022-ci ilin əvvəllərində İlqarla Xırdalan şəhə H.Əliyev adına parkda yerləşən çayxanada çay içərkən Şamxal da onun yanma çay içməyə gəlrn orada Şamxalı İlqarla tanış etmişdir. X7 arasında sonradan baş vermiş hadisələrdən məlumatı olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs1 qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs1 qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs2 qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 qarşı şikayəti və tələbi yoxdur. Ona dəymiş maddi zərər 4000 manat məbləğində pulu Təqsirləndirilən şəxs1 tələb edir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs2 qarşı şikayəti və tələbi yoxdur. Şahid3 poçt vasitəsi ilə məhkəməyə teleqram vuraraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 adından AFBBANK – Sahil Filialında Azərdövlətlayihə DBLİ hesabına 1628 manat məbləğində pul ödənilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 4-cü bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə özlərini təqsirli bilməmələri onların hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onların həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxslərin və müdafiəçilərin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər iş üzrə zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara məxsus özgə əmlakını, müvafiq məbləğlərdə pul vəsaitlərini alıb ələ keçirərək dələduzluq etməsini təsdiq və sübut edən kifayət qədər məlumatlar qeydə alınmış, sübutlar toplanmışdır, həmin sübutların mötəbərliyi isə şübhə doğurmur. Təqsirləndirilən şəxslər sadəcə olaraq özlərini müdafiə etmək məqsədilə, sözdə, ittihamı qəbul etmirlər, hansı ki, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş təkzibolunmaz sübutlarla təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli tam olaraq öz təsdiqini tapmışdır. Nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxslər iki nəfər zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam, digər bir nəfər zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın müvafiq hissələrini ödəyərək, qalan hissələrini isə ödəyəcəyi barədə öhdəlik götürərək, onların hər biri ilə barışıq əldə etmişlər. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş cinayətin törədilməsində onların təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxslər ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz təqsirləndirilən şəxslərə aidiyyəti olmuşdur və onların bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, mübahisənin mülki xarakterli olması ilə bağlı qənaətə gəlinməsi üçün hüquqi əsaslar yoxdur, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Təqsirləndirilən şəxslər barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, onlar, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, Təqsirləndirilən şəxslər niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin pullarının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə onlar, hər bir zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - təkrar; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər təqsirləndirildiyi dələduzluq əməlləri nəticəsində zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tamamilə ödəməmiş, zərərçəkmiş şəxslərlə barışmamış, bundan irəli gələrək cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişlər. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nın CM-nın 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, bir zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs2ya cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın çox hissəsini ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilənlən şəxs Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bakı İstintaq Təcridxanasına, Təqsirləndirilən şəxs2 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 münasibətdə Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxslərə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar