Məhkəmə qərarları › İş №1(012)-60/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-60/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-60/2025 12.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon və şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X3 iştirakı ilə xx xxxxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəl məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəh., ünvan 3 ünvanında yaşamış, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 66.5-ci maddəsinə əsasən 02 il 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə yetkinlik yaşına çatmayan şəxs kimi onu hədə-qorxu vasitəsilə cinayətkar fəaliyyətə cəlb etmiş 18 yaşına çatmış tanışı Şahid2 və istintaqa məlum olmayan Nicat adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 may 2022-ci il tarixdə saat 15 radələrində Şahid2 və Nicat adlı şəxslə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Bolmart” mağazasının qarşısına gəlmiş, bu zaman sonuncular yaxınlıqda gözləmiş, o isə orada quraşdırılmış "xxxx" ASC- nin bankomatından plastik kartdan istifadə etməklə pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs3 Muxtaqiroviçə yaxınlaşaraq ona pulunu bankomatdan çıxarmaqda köməklik etməyi təklif edib elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169-7416-6117-0801 bank kartını və həmin kartın pin-kod nömrəsini əldə edib kartı bankomata daxil edərək Zərərçəkmiş şəxs3 bankomatda pul vəsaitinin olmadığını yalandan deyib bankomatdan çıxan 2000 manat pul vəsaitini götürərək gizli olaraq talayıb əldə olunan pulu aralarında bölməklə zərərçəkmiş Zərərçəkmiş şəxs3 2000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə tanışı Şahid1 və Ayaz Tağızadə ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 iyun 2023-cü il tarixdə Şahid1 və Ayaz Tağızadə ilə birlikdə Lənkəran şəhəri, Z.Əliyeva küçəsinə gəlib, sonuncular yolun əks tərəfində dayanacaqda gözləmiş, o isə həmin küçədə "xxxx" ASCnin inzibati binasının qarşısında quraşdırılmış həmin ASC-yə məxsus bankomatdan plastik kartla pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs2 yaxınlaşaraq ona pulunu bankomatdan çıxarmaqda köməklik etməyi təklif edib sonuncuya məxsus "xxxx" ASC-yə aid elektron məlumat daşıyıcısı hesab edilən bank kartını və pin-kod nömrəsini əldə edib, kartı bankomata daxil edərək bankomatda pul vəsaitinin olmadığını Zərərçəkmiş şəxs2 yalandan deyib bankomatdan çıxan 2770 manat pul vəsaitini götürüb gizli olaraq talayıb əldə olunan pulu Şahid1la aralarında bölməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 2770 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə tanışı Şahid1 və Ayaz Tağızadə ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 iyun 2022-ci il tarixdə saat 18:16 radələrində Şahid1 və Ayaz Tağızadə ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsinə gəlib, sonuncular yaxmlqıda gözləmiş, o isə həmin küçədə yerləşən "xxxx" ASC-nin Xırdalan filialının inzibati binasının qarşısında quraşdırılmış həmin ASC-yə məxsus bankomatdan plastik kartla pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs1 yaxınlaşaraq ona pulunu bankomatdan çıxarmaqda köməklik etməyi təklif edib sonuncuya məxsus "xxxx" ASC-nə aid elektron məlumat daşıyıcısı hesab edilən bank kartını və pin-kod nömrəsini əldə edib, kartı bankomata daxil edərək bankomatda pul vəsaitinin olmadığını Zərərçəkmiş şəxs1 yalandan deyib bankomatdan çıxan 1500 manat pul vəsaitini götürüb gizli olaraq talayıb əldə olunan pulu Fərhad İbrahimovla aralarında bölməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 1500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 22 may 2022-ci il tarixdə Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Bolmart” marketinin qarşısında olan zaman tanımadığı, lakin adının sonradan Zeydulla olduğunu bildiyi şəxs oradakı bankomata pul çıxartmaq üçün yaxınlaşmış, həmin şəxs ilk öncə 71 manat pul çəkmiş və oradan kənarlaşmaq istəyən zaman bildirmişdir ki, çekidə götürmək lazımdır. Həmin şəxs bundan sonra kartını yenidən bankomata salmış, 4 rəqəmli şifrəni daxil etdikdən sonra o, orada tam məbləğ düyməsini basaraq həmin şəxsə aparatın çek vermədiyini bildirmiş və sonuncu oradan kənarlaşan kimi, əvvəlcədən etdiyi əməliyyata əsasən hesabdakı tam məbləğ yəni 2000 manat bankomatdaıı çıxmışdır. O, həmin pulu götürən zaman həmin şəxs avtomobilinin yanında olmuş, o, sonuncunun ondan şübhələndiyini görmüş və ona yaxınlaşaraq yalandan bankomatın özünün pulu çıxardığını bildirmişdir. Həmin şəxs bu hala ilk öncə təəccüblənmiş və ona pulun lazım olmadığını bildirən zaman o, sonuncuya həmin pulu yenidən hesabına qoya biləcəyini bildirmişdir. Həmin şəxs ilə ilk öncə bankomata yaxınlaşsa da ona həmin bankomatda alınmayacağmı və marketin içərisində olan “Milli Ön” terminalı vasitəsi ilə hesaba qoya biləcəyini bildirmişdir. Bundan sonra həmin kişi ilə birlikdə terminala yaxınlaşmış və orada həmin kişi kartın üzərindəki rəqəmləri ona bildirmişdir. O, isə öz növbəsində həmin nömrələri oraya daxil etmiş və pulu həmin hesaba mədaxil etmişdir. Sonradan həmin şəxsə yalandan bildirmişdir ki, kartı bankomata daxil etsinlər və pulun hesaba oturub-oturmadığını yoxlasınlar. Həmin kişi buna etiraz etməmiş, onlar yenidən bankomata yaxınlaşmış və həmin şəxs kartı bankomata daxil etmiş, kodu girdikdən sonra o, dərhal “tam məbləğ” düyməsini sıxmışdır. Həmin şəxsə isə pulun oturduğunu bildirmiş və sonuncu oradan kənarlaşmışdır. O, isə pul çıxdıqdan sonra oradan qaçaraq uzaqlaşmışdır. Həmin şəxsin arxasınca gəlib-gəlmədiyini bilməmiş, həmin zaman Elmir və Nicat kənarda onu gözləmişlər. O bilirdi ki, ona bu cinayəti etməkdə Nicat və Elmir məcbur etmiş, onu hətta kirayə götürdükləri evdə məcbur saxlamışlar ki, o, müxtəlif şəxslərin kartından pul oğurlayaraq onlara versin. Həmin zaman sonunculardan qorxduğu üçün polis orqanlarına və valideyninə məlumat verə bilməmişdir. Onu başqa harasa getməyə imkan verməmişlər. Həmin pulların hamısını o Nicat, İbrahim və Elmirə vermiş, onun qazancı isə olmamış, yalnız sonuncular onun yeməyini almış, bir daha göstərmişdir ki, Nicat, Elmir və İbrahimin təkidi ilə həmin cinayəti törətmişdir. Bundan başqa 2021-ci ilin yanvar-fevral aylarında Bakı şəhər sakinləri Şahid2, Şahid1 və Ayaz Tağızadə ilə dostluq etməyə başladığı vaxtlar sonuncular onunla həmyaşıd olmuş, həmin uşaqların əsas başçısı Şahid2 olmaqla 21 yaşı olmuş, onları bir yerə sonuncu yığmışdır. Həmin uşaqlarla dostluq etməyə başladıqdan sonra yaşadığı evi tərk etmiş və sonuncularla tüfeyli həyat yaşamağa başlamışdır. Əvvəlcə sonuncular onun üçün pul xərcləmiş, belə ki, onun üçün qalmağa otel təşkil etmiş, yemək və digər xərcləri qarşılamışlar. Şahid2 tanışı Nicat adlı şəxs Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında yerləşən “095 Rent-a-car” şirkətindən və Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Rent-a-car” şirkətindən avtomobil icarəyə götürmüş və idarə etməsi üçün Elmirə vermişdir. Gecələri də həmin avtomobillərdə gecələmişlər. Həmin ərəfələrdə Şahid2 1 dəfə ona nəşə çəkdirmiş, həmin anları videoçəkilişlə qeydə almışlar. Bir müddət sonra həmin şəxslər onun üçün pul xərclədiklərini deyərək ondan da pul tələb etməyə başlamışlar. Sonunculara verəcək pulu olmadığını dedikdə nəşə çəkdiyi anları sosial şəbəkələrdə və “tiktok” sosial şəbəkəsində paylaşmaqla ona hədə-qorxu gəlmiş və ondan bankomatdan pul çıxarmağa gələn şəxsləri aldadaraq pullarını ələ keçirməyi bildirmişlər. O da razılaşmış və bu üsulla Bakı şəhəri, Nizami rayonunda təxminən 5-6 dəfə tanımadığı şəxsləri aldadıb pullarını ələ keçirmiş, həmin pulları da Şahid2, Şahid1 və Ayaz Tağızadəyə vermişdir. 2021-ci ilin aprel ayında Yeni Günəşli qəsəbəsində olarkən Suraxanı polis idarəsinin 33-cü bölməsinin əməkdaşları gəlib onu tutmuş və bölməyə aparmış, gecəyə kimi orada saxlanılmışdır. Gecə isə ondan izahat almış və onu buraxmışlar. O, çölə çıxdıqda bölmənin qarşısında Elmir, İbrahim və Nicat dayandığını görmüş, sonuncular onu qarşılayıb aparmışlar. Onlar Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən həyət evlərindən bir otaqlı fərdi yaşayış evini kirayə tutmuş, onu kirayə tutduqları evə gətirmişlər. O, artıq bu işləri etmək istəmədiyini bildirmiş, lakin sonuncular ona əhəmiyyət verməmiş, qapını üstünə qıfıllayıb getmişlər. Bundan sonra ancaq kartdan oğurluq etmək üçün onu evdən çıxarmış, sonuncuların nəzarəti altında kartdan oğurluq etmiş, pulu da onlara vermişdir. Yenidən onu kirayə qaldığı evə gətirmişlər. Bu minvalla təxminən 30 dəfə tanımadığı şəxsləri aldadaraq kartlarından pul oğurlamışdır. 09 iyun 2022-ci il tarixdə dostları Şahid1 və Ayaz Tağızadə ilə birlikdə taksi ilə Lənkəran şəhərinə getmiş, Lənkəran şəhərinə getməkdə məqsədi bankomatdan pul ələ keçirmək olmuş, Lənkərana gəlmək fikrini də Şahid1 ona vermişdir. Lənkərana getdikləri gün Ləvəngi dairəsində rastlaşdığı 2 nəfər şəxsdən onlar üçün otel tapmaqda kömək etmələrini xahiş etmiş, həmin şəxslər də onlar üçün gecə qalmağa otel təşkil etmişlər. Həmin şəxslərdən biri nə isə kömək lazım olduqda onunla əlaqə saxlaya bilmələri üçün ona öz mobil nömrəsini vermiş, o da ona öz nömrəsini həmin şəxsə vermişdir. Növbəti gün, yəni 10 iyun 2022-ci il tarixdə Lənkəran şəhərinə çıxmış, bankomat axtarmışlar. Yolun kənarında "Uııibank" bankomatı görmüş, o, bankomatın qarşısına getmiş, Şahid1 və Ayaz Tağızadə isə yolun digər tərəfində olan dayanacaqda əlyəşib onu güdmüşlər. Orada təxminən bir saat dayanmış, fürsət edib məqsədini həyata keçirə bilməmişdir. Bir qədər sonra yaşlı bir kişi bankomata yaxınlaşmış, pul çıxarmaqda çətinlik çəkmişdir. Həmin kişi onu yanına çağırmış ki, ona köməklik etsin. O, yaxınlaşıb həmin şəxsin plastik kartını bankomata daxil etmiş, kartda 2.770 manat pul olduğunu görmüş, həmin məbləği bankomata daxil etmiş, yaşlı kişiyə isə bankomatda pul olmadığını demiş və digər bankomata getməsini bildirmişdir. Məbləği daxil etdikdən sonra təsdiq düyməsini sıxmış, plastik kart çıxdıqdan sonra götürüb yaşlı kişiyə vermiş, sonuncu da plastik kartı götürüb oradan uzaqlaşmış, elə 10- 15 saniyə sonra bankomatdan pul vəsaitləri çıxmış, həmin vəsaitləri götürüb dostları ilə birlikdə taksiyə oturaraq oradan uzaqlaşmış, Ləvəngi dairəsində də taksiylə Bakı şəhərinə yola çıxmışlar. Onu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən kirayə evdə zorla saxlayan şəxslər Şahid2 və onun tanışı Nicat adlı şəxs olmuşdur. O, dəfələrlə demişdir ki, onu buraxsın və getsin, lakin sonuncular onun sözlərinə əhəmiyyət verməmiş, evdən qaçacağını bildikləri üçün də qapını qıfıllayıb getmişlər. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 16 radələrində İbrahim və Ayazla birlikdə Nicatın “Rent-a-kar”dan götürdüyü Hyundai Elantra markalı avtomobillə oğurluq etmək üçün Xırdalan şəhərinə gəlmişlər. Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində "xxxx"-ın qarşısında bankomata yaxınlaşmış, İbrahimlə Ayaz isə kənarda dayanıb gözləmişlər. Həmin vaxtı bir nəfər yaşlı kişi cinsli şəxs bankomata yaxınlaşıb kartını bankomata daxil etmiş və o, həmin şəxsə yaxınlaşıb bankomatda pul olmadığını deyib yaxınlıqda “Araz” marketdə olan bankomata yaxınlaşmasını bildirmişdir. O, bankomata müdaxilə etmiş və kartda 1500 manat pul olduğunu görüb çıxması üçün təsdiqləmiş və kartı kişiyə vermiş, kişi də çıxıb getmişdir. Bundan 10-15 səniyə sonra bankomatdan 1500 manat pul çıxmış və o həmin pulu götürüb İbrahim və Ayazla birlikdə Qəbələ rayonuna getmişlər. O, 1500 manat pulu İbrahimə vermiş, həmin puldan İbrahim ac qalmamağı üçün ona yemək alıb vermiş və qalan pulu İbrahim özü xərcləmişdir. O, İbrahim, Elmir və Nicatın təkidi ilə etdiyi oğurluqlardan əldə etdiyi pulların hamısını sonunculara vermişdir. Qəbələdə olduğu gün yəni xx.xx.2022-ci il tarixdə gecə saatlarında Suraxanı RPİ-nin əməkdaşları Ayazla onu, saxlamış, İbrahim isə qaçıb getmişdir. Göstərmişdir ki, İbrahim, Elmir və Nicat onu döyməklə, öldürməklə hədələyib, oğurluq etməyə təhrik etmişlər. Həmçinin Elmir, İbrahim və Nicat bir dəfə Bakı şəhəri, Nizami küçəsində kirayə etdikləri evdə ona marixuana çəkdirib gizlin telefonla videoya çəkmiş və bundan sonra həmin video görüntünü polisə verməklə və “Tik-tok” sosial şəbəkəsində yaymaqla hədə-qorxu gəlib oğurluq etməyə təhrik etmişlər. Hətta 2021-ci ilin iyun ayında həmin evdə Elmirlə aralarında ona əvvəllər xərclədiyi pulu tələb etməyə görə mübahisə olmuş və mübahisə vaxtı Elmir bıçaqla sol böyrünə vurmuş, lakin xəsarəti ciddi olmadığı üçün xəstəxanaya getməmiş və polisə şikayət etməmişdir. O, oğurladığı pulları Elmirə, İbrahimə və Nicata bütövlükdə vermiş və sonuncular həmin puldan ona yalnız yemək almışlar, ona pul verməmişlər. xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində bankomatdan 1500 manat pulu oğurlayan zaman onlarla birlikdə gələn Ayaz adlı şəxsin həmin oğurluqdan məlumatı olmuş, o, 1500 manat pulu İbrahimə vermiş və sonuncunun Ayaza pul verib-vermədiyini bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 3 ay bundan əvvəl Unibank-ın nəznində fəaliyyət göstərən Leobankdan **********786542 nömrəli hesab kartı almışdır. 2022-ci ilin iyun ayının əvvəllərində kartına bir nəfər ona borclu olan şəxs 1000 manat pul köçürmüş və kartda əlavə ona məxsus 500 manat pul olmuşdur. xx.xx.2022-ci il tarixdə 18:00 radələrində kartda olan 1500 manat pulu çıxarmaq üçün Xırdalan şəhəri, M.Hüseyn küçəsində yerləşən Unibankm filalın qarşısında olan bankomata yaxınlaşmış, kartı bankomata daxil edib kodu yığmış, lakin bankomatdan pul çıxmamışdır. Həmin vaxtı ona yaxınlaşan bir nəfər gənc oğlan bildirmiş ki, ola bilsin bankomatda böyük məbləğdə pul olmadığı üçün pul çıxmamışdır. Həmin gənc oğlan “Araz” marketdə bankomat olduğunu və oradan pul çıxara biləcəyini bildirmişdir. O, “Araz” marketə getmiş və orada pul çıxarmaq üçün bankomat olmadığı məlum olmuş və oradan Xırdalan şəhəri Qalubiyyə küçəsində yerləşən “Bizim” marketin qarşısında bankomata yaxınlaşıb kartı bankomata daxil etmiş və ekranda 1500 manat yazılmışdır. O, bundan sonra Leobank- m qaynar xətti olan *7773 nömrəsinə zəng etmiş və 7 iş günü ərzində ona məlumat veriləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində ona bankdan zəng olunmuş və 1500 manat pulun xx.xx.2022-ci il tarixdə saat 18:16 radələrində Xırdalan şəhəri M.Hüseyn küçəsində bankomatdan çıxarıldığını bildirdilmişdir. Həmçinin video görüntüdə pulun onun arxasında dayanmış bir nəfər gənc oğlanın götürdüyü bildirilmiş, o bankomatın qarşısından uzaqlaşdıqdan sonra pul bankomatdan çıxmış və həmin gənc oğlan pulu götürmüşdür. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “Xəzər Balıq" MMC-də mexanik işləyir. Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibəti olmamışdır. 10 iyun 2022-ci il tarixdə Rusiya Federasiyasında yaşayan oğlu Əbülfəz Cəbrayılov poçt vasitəsilə 100.000 rus rublu məbləğində pul vəsaitini onun adma göndərmiş və bu barədə ona məlumat vermişdir. Bundan əvvəl də oğlu onun üçün pul göndərmiş, həmin pul vəsaitlərini "xxxx" MMC-nin Lənkəran filialından əlbəəl almışdır. Odur ki, həmin gün saat 13 radələrində pul vəsaitlərini götürmək üçün Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yerləşən "xxxx" MMC-nin Lənkəran filialına getmişdir. Orada bank işçilərindən biri ona bildirmişdir ki, pul vəsaitlərini əlbəəl verə bilməyəcəklər, pulu götürmək üçün ona həmin bankın qızıl kartını verəcəkər, göndərilən 100.000 rus rublu məbləğində pul vəsaitini də Azərbaycan manatı ilə hesablayıb karta yükləyəcə biləcəklər. O da razılaşmış, təxminən yarım saat ərzində bank işçisi qızıl kartı hazırlayıb ona vermişdir. O da kartı götürüb filialın qarşısında quraşdırılmış bankomata yaxınlaşmış, həmin vaxt bankomatda pul olmamış, orada ona bildirmişlər ki, təxminən 1 saata bankomatda pul olacaqdır. O da Lənkəran şəhərində yerləşən bazar deyilən əraziyə getmiş, evdə çatışmayan bəzi əşyaları almış və yenidən bankomata yaxınlaşmışdır. Orada təxminən 18 yaşlarında olan tanımadığı bir gənc dayanmış, həmin şəxs onu gördükdə kənara çəkilərək “ağsaqqal, buyur pulunu çıxar” demişdir. O, bankomata yaxınlaşıb kartı daxil etmək istədikdə isə həmin şəxs “kartı verin, kömək edim” demiş, o da kartı həmin şəxsə vermişdir. Həmin şəxs kartı bankomata daxil etdikdən sonra bankomatda pul olmadığını bildirmiş, o da bankomatdan kartı götürmış və filiala daxil olmuşdur. Orada olan bank işçilərinə bildirmişdir ki, bankomatda pul yoxdur. Bank işçisi bildirmişdir ki, bankomata pul köçmüşdür. Daha sonra həmin işçi onunla birlikdə Filialın qarşısına çıxıb kartı orada olan bankomata daxil etmiş və bildirmişdir ki, kartda olan 2.770 manat pul vəsaiti çıxarılmışdır. O, başa düşmüşdür ki, ona kömək məqsədilə kartını alan tanımadığı şəxs kartda olan pul vəsaitlərini çıxarıb götürmüşdür. Odur ki, bu barədə DİN-in 102 xidməti-zəııg mərkəzinə məlumat vermişdir. Sonradan məlum olmuşdur ki, plastik kartından pul oğurlayan şəxs Təqsirləndirilən şəxsdur və həmin ondan başqa da bir neçə nəfər şəxsi də aldadaraq pullarını ələ keçirmişdir. Göstərmişdir ki, Təqsirləndirilən şəxs kartında olan 2.770 manat pul vəsaitini oğurlamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 22 may 2022-ci il tarixdə saat 15:43 radələrində özünə məxsus 4169 7416 6117 0801 saylı Kapital Banka məxsus təqaüd kartından Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Bolmart marketin yaxınlığındakı Kapital Bankın bankomatmdan pul nəğdləşdimıək istəmişdir. Bankomata yaxınlaşmış, kartı daxil etmiş, kodunu yığdıqdan sonra orada balansım göstərilmiş, o, 71 manatın çəkilməsi əmrini bankomata vermişdir. Həmin zaman orada arxasında tanımadığı, təxminən 16-17 yaşlı, təxminən 170-175 sm.lik boyu olan bir şəxs ona göstəriş vermişdir. O sonuncuya göstəriş verməsinə ehtiyac olmadığını, özü nə etdiyini bildiyini demişdir. Daha sonra bankomat kartı geri vermiş və sonra isə pullar hazırlanmışdır. O, pulu götürdükdən sonra öz avtomobilinə yaxınlaşmış və “Bir bank” tətbiqi vasitəsi ilə kartından nə qədər pul çəxdığmı yoxlamış və bu zaman arxasında dayanmış oğlan əlində pul ilə ona tərəfə gəlmiş və bankomatdan 2000 manat pulun çıxdığını bildirmişdir. O həmin şəxsə bunun necə baş verdiyini soruşduqda sonuncu məlumatının olmadığını və həmin pulu geri karta yükləməyə kömək edə biləcəyini ona təklif etmişdir. O da etiraz etməmiş və birlikdə bankomata yaxınlaşmışlar. Həmin şəxs pulu bankomatla karta mədaxil edə bilməyəciyini, lakin “Milli Ön” vasitəsi ilə edə biləcəyini bildirmişdir. O həmin şəxsə heç bir etiraz etməmiş və birlikdə marketin içərisinə daxil olub orada “Milli Ön” aparatı vasitəsi ilə həmin pulu öz kartına mədaxil etmiş və adını bilmədiyi şəxs ona təklif etmişdir ki, bankomatda pulun yüklənib-yüklənmədiyini yoxlasınlar. O, həmin şəxsin bu təklifindən şübhələnmiş və onun şəklini telefon ilə çəkmişdir. O, bankomata yaxınlaşmış və kartı taxaraq balansı yoxlamış, həqiqətəndə həmin pul onun kartına 22 may 2022-ci il tarixdə saat 15:59-da yükləndiyi təsdiqlənmişdir. Sonra avtomobilinə əyləşərək həmin oğlanın nə etdiyini kənardan izləmiş, həmin zaman görmüşdür ki, həmin şəxs yenidən bankomata yaxınlaşmış və nəsə etdikdən sonra oradan tələsik kənarlaşmışdır. Bu hal ona şübhəli gəlmiş və yenidən bankomata yaxınlaşmış və kartdakı balansı yoxlamış, həmin zaman ona məlum olmuşdur ki, naməlum şəxs ona məxsus bank hesabından kibercinayət yolu ilə 2000 manat pulunu oğurlamışdır. Həmin şəxsin “Əjdər Bəy” Məscidi istiqamətində hərəkət etdiyini görmüş, o ilk öncə sonuncunu saxlamaq istəsə də onun kənarlaşdığını və ona çata bilməyəcəyini düşünmüş və bu səbəbdən də DİN-in 102 zəng xidmətinə müraciət edərək məlumat vermişdir. Göstərmişdir ki, kartından 2000 manat pulun yoxa çıxmasını bildikdən sonra bankın qaynar xəttinə müraciət etmiş və baş verən halları operatora bildirmiş, ona məlumat verilmişdir ki, bank kartının üzərindəi 16 rəqəmi bankomata daxil etdikdən sonra kartın özü olmadan da kartdan pul nəğdləşdirmək mümkündür, belə olduqda başa düşmüşdür ki, həmin şəxs onun kartından bu üsulla oğurluq etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3 ildir tanıyır. Belə ki, Ağamirlə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində hal-hazırda Rusiya Federasiyasında yaşayan tanışı Elmarın vasitəsilə tanış olmuşdur. Ağamir tez-tez onların yanına gəlmiş, çayxanalarda oturub domino oynamışlar. Ağamir anasının hesab kartından gizlin pul çıxardığı üçün anası ilə aralarında problemləri olmuş və sonuncu tez-tez evlərindən qaçıb evinə qayıtmamışdır. Ağamir evdən getdikdən sonra anası ona zəng edib evə çağırsada o, evə getməyib Sumqayıt şəhərinə gedib orada haradasa qalmışdır. Hətta Ağamir bir dəfə anasının onu evdən qovduğunu bilmiş, Ağamir Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində ev kirayə etmiş və onu kirayə tutduğu evə dəvət etsədə Sumqayıt şəhərinə gedib orada haradasa qalmışdır. O, Ağamirin tüfeyli həyat tərzi keçirdiyini görüb ondan uzaqlaşmağa çalışmış, lakin Ağamir özü tez-tez ona zəng edib görüşməyi təklif etmişdir. 2022-ci ilin iyun ayının sonlarında Suraxanı RPİ-nin 33-cü polis bölməsindən onu bölməyə dəvət etmişlər və Ağamirin bankomatlardan oğurluq etdiyini bildirib, onun harada olduğunu soruşmuşlar. O, isə Ağamirin harada olmasından məlumatı olmadığını, həmçinin sonuncunun oğurluq etməsindən xəbərsiz olduğunu bildirmişdir. Bundan sonra Ağamirin həbs olunduğunu eşitmiş, o, bir neçə dəfə Ağamirin məhkəməsinə dəvət olunmuş və məhkəmədə Ağamir güya onun və tanışları Elmirin onu Günəşlidə kirayə evdə bağlı qapı arxasında saxladığı bildirilmişdir. O da məhkəmədə Ağamirin yalan danışdığını, sonuncunun özünün ev kirayə etdiyini və bir dəfədə olsun həmin evdə olmadığını, Ağamirin oğurluq etməsindən məlumatı olmadığını bildirmişdir. Göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Xırdalan şəhərinə və Qəbələ rayonuna getməmiş, Ağamirin oğurluq etməsindən məlumatı olmamış və Ayaz adlı şəxsi tanımır. Ağamirə heç vaxt hədəqorxu gəlməmiş və sonuncunun oğurluq etməsindən məlumatı olmamışdır. O, Elmiri tanısada, Nicatı tanımır və onu heç vaxt görməmişdir. Ağamirlə heç bir evdə olmamış və sonuncunun narkotik vasitə istifadə etdiyini görməmiş, Elmirin Ağamiri bıçaqla vurduğunu görməmiş və bu barədə eşitməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 ildir tanıyır. Belə ki, Ağamirlə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşadığı evin yaxınlığında yerləşən kompyuter salonunda tanış olmuşdur. Ağamir tez-tez kompyuter salonuna gəlmiş, Ağamiri bir neçə dəfə ağlayıb anasının onu evdən qovduğunu, qalmağa yeri olmadığını, yemək üçün pulu olmadığını bildirmişdir. O, bir neçə dəfə Ağamir üçün şirniyyat alıb vermiş, lakin elə vaxt olmuşdur ki, Ağamir kompyuter salonunda yeməklər sifariş edib yemiş, onun Ağamirlə elədə yaxın münasibəti olmasada, lakin tanışlığı vardır. O, Ağamirlə heç vaxt mübahisə və ya dava-dalaş etməmiş və heç vaxt heç kimi bıçaqla vurmamışdır. O, həmin şəxslərdən İbrahimi və X4 sakinləri kimi tanıyır, onlarla başqa heç bir münasibəti yoxdur. Təqsirləndirilən şəxs onun barəsində belə ifadə verməsinin səbəbini bilmir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs 9 ay 26 gün azadlığın məhdudlaşması cəzası təyin edilmiş və 24.10 2023-cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə Xəzər Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 25 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzası çəkilmiş hesab edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-9/2024 saylı, 17 yanvar 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmış və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət və 29 iyun 2022-ci il tarixdən 22 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 11 (on bir) ay 23 (iyirmi üç) gün müddət, ümumilikdə 11 (on bir) ay 25 (iyirmi beş) gün (Xəzər RM-nin xx.xx.2024-cü il tarixli düzəliş qərarı ilə 11 ay 27 gün) müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün nəzərə alınmaqla, cəzası çəkilmiş hesab edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-10/2024 saylı, 06 avqust 2024cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinmiş və ona 2 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş və Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-9/2024 saylı, 17 yanvar 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla qəti olaraq 02 il 02 ay müddətində azadlıqdan məhrum etmə növündə cəza saxlanılmışdır. Həbsdə saxlanıldığı 11 ay 27 gün müddət ona təyin olunmuş 2 il 2 ay azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 03 (üç) gün müddətində azadlıqdan məhrum etmə növündə cəza saxlanılmışdır. Cəzasının əvvəli 22 may 2024-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2024 il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 66.5-ci maddəsinə əsasən 02 il 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq, 01 il 05 ay 01 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış, 02 ədəd SD disk cinayət işinə əlavə edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş (həbs nəzərdə tutulmadan) və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 59/2-4487 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Abşeron RPİ-nə gəlmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilələk həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Nəcəfli Ağamir Abbas oğlu xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin CAŞ tərəfindən tutularaq qərarın icrası ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında 10 iyun 2022-ci il tarixdə saat 14:08 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yerləşən "xxxx" ASC-in qarşısında quraşdırılmış bankomatda pulun çıxarılması prosesinin köçürüldüyü bir ədəd DVD diskinə baxış keçirilmiş, DVD diskində iki ədəd videogörüntü olduğu müəyyən edilmiş, videogörüntü xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Qeyd olunan DVD diskindəki 1-ci videogörüntü xx.xx.2022-ci il tarixdə saat 14:08:28 dəqiqədən 14:10:50 dəqiqəni əhatə edir, videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, iki nəfər kişi cinsindən olan şəxs, onlardan biri yetkinlik yaşma çatmayan şəxs, digəri isə orta yaşlı oğlan bankomatın qarşısında dayanıb bankomatda əməliyyat aparmağa cəhd edirlər. Onlardan biri, yəni yetkinlik yaşma çatmayan şəxs yanındakı şəxsdən bank kartını alaraq bankomata daxil edir və yanında dayanmış orta yaşlı şəxslə dialoq aparır. Həmin müddət ərzində bankomatın klaviaturası ilə əməliyyat apararaq bir neçə saniyə sonra isə yanındakı orta yaşlı oğlanla danışır. Daha sonra yetkinlik yaşına çatmayan şəxs bankomatdan kartı çıxararaq yanındakı şəxsə verib əli ilə qarşı ərazini göstərir və hər ikisi bankomatdan bir qədər aralaşır. Orta yaşlı oğlan bankomatın qarşısından uzaqlaşdıqdan sonra yetkinlik yaşma çatmayan şəxs bankomata yenidən yaxınlaşır və cibindən bir kart çıxarır, daha sonra digər cibindəki mobil telefonunu çıxarıb qulağına tutur, daha sonra ətrafa nəzər salıb bankomatın klaviaturana tərəf yaxınlaşaraq bankomatdan çıxan pulu götürür və ərazidən uzaqlaşır. DVD diskindəki 2-ci videogörüntü bankomatın aşağı hissəsində quraşdırılmış kameranın eyni anda qeydə aldığı videogörüntüdür və həmin videogörüntü də xx.xx.2022ci il tarixdə sat 14:08:28 dəqiqədən 14:10:50 dəqiqəni əhatə edir. Bankomatın klaviaturasında aparılan əməliyyatı fiksə edir. Klaviaturada əməliyyat aparıldıqdan sonra kart çıxarılır, üstündən bir neçə saniyə keçmiş klaviaturaya əlini yaxınlaşdıran şəxs bankomatdan çıxan pul əskinaslarını götürür. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, bankomatın qarşısında dayanmış yetkinlik yaşma çatmayan şəxs özüdür və yanında olan şəxs isə aldadıb kartını alaraq əməliyyat apardıqdan sonra pulunu oğurladığı zərərçəkmiş şəxsdir. Belə ki, Ağamir Nəcəfli bildirdi ki, bankomatın yaxınlığında oarkən bir kişi bankomata yaxınlaşmış, pul çıxarmaqda çətinlik çəkmişdir. Həmin kişi onu yanma çağırmış ki, ona köməklik etsin. O, yaxınlaşıb həmin şəxsin plastik kartını bankomata daxil etmiş, kartda 2.770 manat pul olduğunu görmüş, həmin məbləği bankomata daxil etmiş, yaşlı kişiyə isə bankomatda pul olmadığını demiş və digər bankomata getməsini bildirmişdir. Məbləği daxil etdikdən sonra təsdiq düyməsini sıxmış, plastik kart çıxdıqdan sonra götürüb yaşlı kişiyə vermiş, sonuncu da plastik kartı götürüb oradan uzaqlaşmış, elə 10-15 saniyə sonra bankomatdan pul vəsaitləri çıxmış, həmin vəsaitləri götürüb dostları ilə birlikdə taksiyə oturaraq oradan uzaqlaşmışlar. 16 iyun 2022-ci il tarixdə saat 18:16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən "xxxx"ın qarşısında quraşdırılmış bankomatda pulun çıxarılması prosesinin köçürüldüyü bir ədəd DVD diskinə baxış keçirilmiş, DVD diskində bir ədəd videogörüntü olduğu müəyyən edilmiş, həmin videogörüntü xx.xx.2023-cü il tarixdə saat 13:57:34 saniyədə köçürülmüş videogörüntü olmaqla 00:35 saniyəni əhatə etmiş, videogörüntüdə eyni anda üç kameranın fiksə etdiyi görüntünü göstərmişdir. Qeyd olunan DVD diskindəki 1-ci videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər yaşlı kişi cinsindən olan eynəkli şəxs bankomatın qarşısında dayanıb əməliyyat aparmağa cəhd edir. Onun arxasında dayanmış yetkinlik yaşma çatmayan şəxs isə bankomatın qarşısında əməliyyat aparmaq istəyən eynəkli şəxslə dialoq edir və əli ilə sol istiqaməti göstərərək işarə verir. Daha sonra eynəkli şəxs bankomatın qarşısından kənarlaşaraq sol tərəfə meyllənib gedib. Həmin vaxtı yetkinlik yaşma çatmayan şəxs cibindən mobil telefonunu çıxararaq qulağına tutur və ətrafa nəzər saldıqdan sonra bankomata yaxınlaşır. Bir neçə saniyə sonra isə bankomatdan çıxan pul əskinazlarını həmin yetkinlik yaşma çatmayan şəxs götürərək oradan uzaqlaşıb gedir. 2-ci videogörüntü bankomatın üzərində quraşdırılmaqla bankomatın qarşısında dayanmış şəxsləri müşahidə edir. Həmin kameranın görüntüsündə yetkinlik yaşına çatmayan şəxs pilləkənlərdən düşərək çıxıb getdiyini fiksə edir. 3-cü videogörüntü bankomatın aşağı hissəsində quraşdırılmış kameranın eyni anda qeydə aldığı videogörüntüdür. Həmin videogörüntü zamanı bir neçə saniyə ərzində bankomatın klaviaturasında əməliyyat aparan şəxsin bankomatdan çıxan pul əskinazlarını götürdüyü anları fiksə etmişdir. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, bankomatın qarşısında dayanmış eynəkli kişinin arxasında dayanmış yetkinlik yaşına çatmayan şəxs özüdür və qarşısında olan şəxs isə aldadıb əməliyyat apardıqdan sonra pulunu oğurladığı zərərçəkmiş şəxsdir. Belə ki, Ağamir Nəcəfli bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində "xxxx"-ın qarşısında bankomata yaxınlaşmış, həmin vaxtı bir nəfər yaşlı kişi cinsli şəxs bankomata yaxınlaşıb kartını bankomata daxil etmiş və o, həmin şəxsə yaxınlaşıb bankomatda pul olmadığını deyib yaxınlıqda “Araz” marketdə olan bankomata yaxınlaşmasını bildirmişdir. O, bankomata müdaxilə etmiş və kartda 1500 manat pul olduğunu görüb çıxması üçün təsdiqləmiş və kartı kişiyə vermiş, kişi də çıxıb getmişdir. Bundan 10-15 səniyə sonra bankomatdan 1500 manat pul çıxmış və o həmin pulu götürüb getmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMin 59-cu maddəsinə əsasən onun cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «… CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ... Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 11 ay 29 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmalı və hazırkı iş üzrə barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınınmış iki ədəd SD disk cinayət işi materiallarında saxlanılmalı; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 11 ay 29 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 03 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınsın. Hazırkı iş üzrə barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 02 ədəd SD disk cinayət işi materiallarında saxlanılsın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar