Məhkəmə qərarları › İş №1(012)-600/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-600/2020

26.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-600/2020 26.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi Ziya Bünyadov küçəsində fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə, təmiz çəkisi 0,274 qram kustar üsulla hazırlanmış, ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə olan metamfetamini, bir ədəd bükümdə təmiz çəkisi 0,061 qram, kustar üsulla hazırlanmış qəhvəyi rəngli, tozşəkilli olan narkotik vasitə olan heroini xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri Yasamal rayonu bazarın yaxınlığında istintaqa məlum olmayan şəxsdən 25 manata qanunsuz olaraq əldə edib, yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Ziya Bünyadov küçəsində yerləşən fərdi yaşayış evində saxlamış, bundan başqa 2020-ci ilin avqust ayının ilk günlərində Bakı şəhəri Yasamal rayonu bazarın yaxınlığında istintaqa məlum olmayan şəxsdən 1 ədəd qırmızı rəngli, dairəvi formalı dərman həbi, əsas təsiredici maddəsi tramadol və həmin həbin tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,225 qram təşkil edən, 2 ədəd ağ-göy rəngli dərman kapsulları, əsas təsiredici maddəsi tramadol və həmin kapsulların tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,100 qram olan güclü təsir edən maddə olan tramadol həbini və kapsulalarını qanunsuz olaraq əldə edib, yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Ziya Bünyadov küçəsində yerləşən fərdi yaşayış evində saxlamış və xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayon Pİnin əməkdaşları tərəfindən yaşadığı evdə axtarış və götürmə keçirilən zaman həmin narkotik vasitə olan 0,061 qram heroin, 0,274 qram psixotrop maddə olan metamfetamin, bir ədəd tramadol həbi və iki ədəd tramadol kapsulaları yaşadığı evin yataq otağında, dolabın üzərində aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, faktiki olaraq heç bir yerdə işləmir. Sonuncu dəfə xx xxxxxx 2013-cü il tarixdə Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 08 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx xxxxxx 2014-cü il tarixdə azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra narkotik vasitə qəbul etməmişdir. 2020-ci ilin may ayından yenidən narkotik vasitə olan heroin, arada metamfetamin qəbul edir. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Yasamal rayonunda, bazarın yaxınlığında tanımadığı şəxsə yaxınlaşıb 25 manat pul müqabilində iki büküm narkotik vasitə olan heroin və bir büküm metamfetamin almışdır. Həmin narkotik maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. Aldığı narkotik vasitə olan heroinin bir bükümünü və metamfetaminin bir hissəsini qataraq istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə evdə olan zaman evin qapısı döyülmüşdür. Həmin zaman polis əməkdaşlarını qapıda görmüş və başa düşmüş ki, polis əməkdaşları onun narkotik vasitə qəbul etdiyi barədə məlumat əldə etmişlər. Polis əməkdaşlarına könüllü olaraq narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra, polis əməkdaşları onun icazəsi ilə yaşadığı Abşeron rayonu, Quşçuluq yaşayış massivi Z.Bünyadov küçəsində yerləşən evinə daxil olub, video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra onun iştirakı və razılığı ilə evində axtarış keçirilmişdir. Evdə axtarış keçirilən zaman yataq otağında, dolabın üzərində olan bir ədəd bükümdə narkotik vasitə olan heroin, bir ədəd bükümdə psixotrop maddə metamfetamin, iki ədəd tramadol psixotrop dərmanı, bir ədəd sarı rəngli yuxu dərmanı, iki ədəd adını bilmədiyi psixotrop dərmanı, bir ədəd şpris, bir ədəd ampula qırığı, bir ədəd alışqan və narkotik vasitəni istifadə etmək üçün özü düzəltdiyi kağızdan “trupka” aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı evində qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar edilməmişdir. Sonra polis əməkdaşları üzərinə və evə axtarış keçirilməsi barədə protokol tərtib etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Z. Bünyadov küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra yaradılmış əməliyyat qrupunun üzvləri ilə, yəni idarənin İTŞ-nin sahə rəisi Şahid2 və TŞ-nin təhqiqatçısı Sərxan Ramazanovla birlikdə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə, yəni xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində Müdafiəçi1 iştirakı ilə, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Z.Bünyadov küçəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Həmin ünvanda qapını döydükdə, Təqsirləndirilən şəxs qapını açaraq onların qarşısına çıxmışdır. Onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evdə axtarış keçirilməsi ilə bağlı gəldiklərini demişlər. Ramin Əzizadənin üzərində şəxsi axtarış və yaşadığı evə axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, onun üzərindən siqaretdən başqa hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Bundan sonra Raminin Əzimzadənin iştirakı və razılığı ilə, evinə də videoçəkiliş ilə axtarış keçirmişlər. Evdə axtarış keçirilən zaman yataq otağında dolabın üzərində bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər ağ rəngli maddələr, iki ədəd dərman, bir ədəd sarı rəngli dərman, iki ədəd adını bilmədiyi psixotrop dərman, bir ədəd şpris, bir ədəd ampula qırığı, bir ədəd alışqan və narkotik vasitəni istifadə etmək üçün kağızdan düzəldilmiş “trupka” aşkar olunmuşdur. Qeyd edilən əşyalar zərfə qoyularaq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd tramadol həbi və 2 ədəd tramadol kapsulalarını bir həftə əvvəl, 2020-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 5 manata, bir büküm metamfetamin və bir büküm heroini isə xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonunda bazarın yaxınlığında tanımadığı şəxsdən 25 manat pul müqabilində aldığını, heroin olan bükümlərdən birini və metamfetaminin bir hissəsini istifadə etdiyini, şəxsi istifadəsi üçün əldə etdiyini demişdir. Axtarış zamanı evdə qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/1491 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evindən götürülmüş” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,274 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir(qalıq 0,224 qram - 0,050 qram metamfetamin tədqiqata sərf edilmişdir). Bir ədəd bükümdə təmiz çəkisi 0,061 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq 0,031 qram - 0,030 qram heroin tədqiqata sərf edilmişdir). Bir ədəd qırmızı rəngli dairəvi formalı dərman həbinin əsas təsiredici maddəsi tramadoldur və həmin həbin tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,225 qram təşkil edir(qalıq 1/2 hissə - 1/2 hissə bir ədəd tromadol həbi tədqiqata sərf edilmişdir). İki ədəd ağ-göy rəngli dərman kapsullarının əsas təsiredici maddəsi tramadoldur və həmin kapsulların tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,100 qram təşkil edir(qalıq bir ədəd kapsul - bir ədəd kapsul tədqiqata sərf edilmişdir). İki ədəd kağız kəsikləri, bir ədəd birdəfəlik şpris, bir ədəd sınıq ampulanın daxilində narkotik vasitə heroinə məxsus izlər vardır(qalıq 1/2 hissə həb - 1/2 hissə kapsul - bir ədəd həb və bir ədəd kapsul tədqiqata sərf edilmişdir). İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Bir ədəd sarı rəngli dərman həbi, bir ədəd sarı-qırmızı rəngli dərman kapsulunun tərkibində narkotik, psixotrop maddə komponentləri aşkar edilmədi. Bir ədəd qara rəngli telefon üzlüyü, bir ədəd ağ rəngli borucuğun səthində narkotik, psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tramadol xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2506 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Abşeron rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman qanunla qadağan olunmuş hər hansı əşya, predmet aşkar edilməmiş, evində axtarış və götürmə keçirilən zaman bir ədəd bükümdə narkotik vasitə olan heroin və bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin, bir ədəd qırmızı rəngli dairəvi formalı dərman həbi, iki ədəd ağ-göy rəngli dərman kapsulları, bir ədəd sarı rəngli dərman həbi, bir ədəd sarı-qırmızı rəngli dərman kapsulu, narkotik vasitəni qəbul etməsi üçün istifadə etdiyi və iki ədəd kağız kəsikləri, birdəfəlik şpris, bir ədəd sınıq ampula evin yataq otağında dolabın üzərində aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 81 manat 82 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalmış 0,031 qram heroin, 0,224 qram metamfetamin, ½ hissə tramadol həbi; bir ədəd tramadol kapsul, ½ hissə həb, ½ hissə kapsul, narkotik vasitəni qəbul etməsi üçün istifadə etdiyi və üzərində narkotik vasitə heroinə məxsus izlər olan iki ədəd kağız kəsikləri, birdəfəlik şpris, bir ədəd sınıq ampula məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 60 saat hüquqi yardıma görə 360 manat məbləğində pul və eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 81 manat 82 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0,031 qram heroin, 0,224 qram metamfetamin, ½ hissə tramadol həbi; bir ədəd tramadol kapsul, ½ hissə həb, ½ hissə kapsul, narkotik vasitəni qəbul etməsi üçün istifadə etdiyi və üzərində narkotik vasitə heroinə məxsus izlər olan iki ədəd kağız kəsikləri, birdəfəlik şpris, bir ədəd sınıq ampula məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X1 göstərdiyi 60 saat hüquqi yardıma görə 360 manat məbləğində pul və eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X1 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar