Məhkəmə qərarları › İş №1(012)-600/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-600/2023

27.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-600/2023 27.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Kəlbəcər şəhərində qeydiyyatda olmaqla Oğuz rayonu Kərimli kəndində yaşayan, məhkəmə istintaqında barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs iş tapmaqda çətinlik çəkən oğlu Şahid1 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidmətində işə düzəlməsinə köməklik göstərəcəyini yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs 14 avqust 2020-ci il tarixdə Abşeron rayonu “Gənclər şəhərciyi” yaşayış kompleksinin giriş hissəsində fəaliyyət göstərən “Şakirin kafesi” kimi tanınan iaşə obyektində Zərərçəkmiş şəxs 7000 (yeddi min) manat pul alıb ələ keçirdikdən sonra cinayət əməlini davam etdirərək qeyd edilən məqsədlə 15 sentyabr 2020-ci il tarixdə adı çəkilən iaşə obyektində sonuncunun oğlu Şahid1 vasitəsilə 1000 (bir min) manat, ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Kərimli kəndində yaşayır. Subadır, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs 15 dekabr 2021 -ci il tarixdə barəsində Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinə ünvanlandığı ərizə ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs 2020-ci ilin yay aylarında tanımış, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Həmin dövrdə Oğuz rayonundan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Gənclər şəhərciyi” yaşayış kompleksində yaşayan xalası Yasəmənin 15 yaşlı oğlunun ölümü ilə əlaqədar onlara qonaq getmiş, xalasıgildə qonaq olarkən onlarla eyni şəhərcikdə yaşayan Rövşənlə aralarında tanışlıq münasibəti yaranmışdır. 2020-ci ilin avqust ayında yaşayış kompleksinin girişində fəaliyyət göstərən “Şakirin kafesi” adı ilə tanınan iaşə obyektində Rövşənlə söhbət edərkən Rövşən oğlu Rəfilin 2020-ci ilin yanvar ayında hərbi xidmətdən qayıtdığını, Rəfili işə düzəltmək istədiyini bildirmiş və ondan oğlunu Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi orqanlarından birinə işə düzəltmək üçün köməklik göstərə biləcək tanışının olub-olmadığını soruşmuşdur. Bu zaman Rövşənə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyən Şahid2 Rəfili işə düzəltməyə köməklik göstərə biləcəyini demişdir. Daha sonra Rövşənin mobil telefonu vasitəsilə Bəyverdi müəllimin istifadəsində olan, xatırladığı qədəri ilə ya ***-***-**-**, ya da ***-***-**-** mobil nömrələrindən biri ilə əlaqə saxlayıb Rövşən adlı tanışının oğlunu fövqəladə hallar orqanlarına işə düzəltmək üçün köməklik göstərməsini xahiş etmişdir. Bəyverdi müəllim ondan işə düzələcək oğlanı yanına gətirməsini istəmişdir. Bəyverdi müəllimlə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətində “Qaçqınkom”-un nümayəndəsi işlədiyi dövrdə tanış olmuşdur. Bundan təxminən 2 gün sonra saat 11:00 radələrində Rəfillə görüşüb birlikdə Nəsimi rayon İcra Hakimiyyətinə getmişlər. İcra hakimiyyətinin inzibati binasına daxil olub ikinci mərtəbəyə qalxaraq pilləkənlərlə üzbəüz istiqamətdə yerləşən otağın qapısını döymüş və Rəfillə içəri daxil olmuşlar. Bəyverdi müəllimlə salamlaşdıqdan sonra Rəfili təqdim edib fövqəladə hallar orqanlarına işə düzəlməsi ilə bağlı qəbuluna gəldiklərini söyləmiş, Bəyverdi müəllim mobil telefon vasitəsilə kiminləsə danışmışdır. Daha sonra onlar üçlükdə otaqdan çıxıb Rəfilin sənədlərinin kserosurətini çıxarmaq üçün pilləkənin sağ tərəfindəki otaqlardan birinə daxil olmuş və Bəyverdi müəllim Rəfilə məxsus şəxsiyyət vəsiqəsi, hərbi bilet və orta təhsil haqqında attestatın surətlərini çıxarıb götürərək əsllərini Rəfilə qaytarmış və bildirəcəyi tarixdə “hazırlıqlı gəlmələrini” söyləmişdir. Ertəsi gün Bəyverdi müəllim yenidən onunla telefon əlaqəsi saxlayaraq adını xatırlamadığı vəzifəli tanışı ilə danışdığını, işin 12000 manat pul müqabilində düzələsi iş olduğunu, ancaq 8000 manat pul verilərsə, işin həllini tapacağını söyləmişdir. Həmin gün Rövşənlə əlaqə saxlayıb Bəyverdi müəllimin dediklərini çatdırmışdır. Rövşən yalnız 7000 manat pulu olduğunu bildirdiyi üçün Bəyverdi müəllimə zəng edib bu barədə məlumat vermişdir. Bəyverdi müəllim pulun 7000 manatını bəribaşdan, qalan 1000 manatını isə iş həllini tapdıqdan sonra verməyə razı olmuşdur. Bundan təxminən 3-4 gün sonra, yəni 14 avqust 2020-ci il tarixdə Rövşənlə “Şakirin kafesi”-ndə görüşmüş və oğlu Rəfilin işə düzəlməsi üçün 7000 manat pul tələb olunduğunu demişdir. Buna görə də Rövşən mobil telefonla zəng edib oğlu Rəfilə evdən 7000 manat pul götürərək kafeyə gətirməsini tapşırmışdır. Bir neçə dəqiqə sonra Rəfil “Şakirin kafesi”-nə gəlib gətirdiyi pulu atası Rövşənə vermişdir. Rövşən oğlu Rəfilin və “Qara” deyə çağırılan tanışı Qabilin yanında 7000 manat pulu sayıb Bəyverdi müəllimə çatdırması üçün ona təqdim etmişdir. Pulu götürüb kafedən çıxdıqdan sonra Rövşəni arxayınlaşdırmaq məqsədilə Bəyverdi müəllimlə mobil telefonda danışdırmış, sonuncu telefon danışığı zamanı Rövşənə pulu mənə verməsini, narahat olmamasını, yaxın günlərdə oğlunun işə düzələcəyini bildirmişdir. Həmçinin telefon danışığı zamanı Bəyverdi müəllim Rövşənə pulun qalan qalan hissəsi olan 1000 manatı oğlunun işə qəbul edilməsi ilə bağlı əmr imzalandıqdan sonra verməsində heç bir problem olmadığını söyləmişdir. Daha sonra Rövşən və “Qara”-ya kafedə gözləmələrini bildirməklə çıxıb getmişdir. Həmin gün saat 20:00 radələrində Bəyverdi müəllimin göstərişi ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “ASAN xidmət” mərkəzinin yaxınlığına gedərək orada Bəyverdi müəllimi gözləmiş, bir qədər sonra Bəyverdi müəllim markası və dövlət qeydiyyat nişanını xatırlamadığı, qara rəngli xidməti avtomobillə oraya gəlmiş və sürücüsünə avtomobildə gözləməsini bildirərək avtomobildən düşüb ondan 7000 manat pulu qəbul etmişdir. Bəyverdi müəllim pulu götürərkən özünün Rövşənlə əlaqə saxlayacağını bildirmişdir. Bundan 1-2 saat sonra kafeyə qayıdıb pulu Bəyverdi müəllimə verdiyini bildirmiş və arxayın olması məqsədilə Bəyverdi müəllimlə Rövşəni telefonda bir-biri ilə danışdırmışdır. Rövşən mobil telefon vasitəsilə Bəyverdi müəllimin mobil nömrəsinə zəng edəndə nömrənin öz telefonunda qeydə alındığını görüb Bəyverdi müəllimi özünün əvvəllər tanıdığını, həmin şəxsin Səbail rayon İcra Hakimiyyətində Qaçqınlar və məcburi köçkünlərlə iş şöbəsində işlədiyini demişdir. Telefon danışığı zamanı Rövşən özünü “Xocalıdan Rövşən” kimi təqdim edəndə Bəyverdi müəllim də Rövşəni tanımışdır. Ardınca Rövşən işə düzəlməli olan şəxsin öz oğlu Rəfil olduğunu bildirmişdir. Bu zaman Bəyverdi müəllim hazırda Nəsimi rayon İcra Hakimiyyətində işlədiyini, onun “əmanəti” çatdırdığını, narahat olmamasını, özünün Rəfilin işi ilə ətraflı şəkildə maraqlanacağını qeyd etmişdir. Təxminən 1 ay sonra Bəyverdi müəllim onunla əlaqə saxlayıb Rövşəndə 1000 manat pul olduğunu, həmin pulu alıb gətirməsini demişdir. Sonra Rövşən ona zəng edib Bəyverdi müəllimin 1000 manat pulu istədiyini, işdə olduğu üçün özünün aparıb verə bilmədiyini, bu səbəbdən pulu oğlu Rəfildən alıb Bəyverdi müəllimə çatdırmasını xahiş etmişdir. Bir qədər sonra Rəfil onunla mobil telefon əlaqəsi saxlayaraq pulu “Şakirin kafesi”-nə gətirəcəyini bildirmişdir. Təkbaşına həmin kafeyə gedib Rəfili gözləmiş, həmin vaxt ondan başqa Qabil də kafedə olmuşdur. Bir neçə dəqiqə sonra Rəfil kafeyə gəlib işinin nə yerdə qaldığı ilə maraqlanmış və Bəyverdi müəllimə çatdırması üçün ona 1000 manat pul vermişdir. Bundan sonra Qabilə birlikdə gedib pulu Bəyverdi müəllimə verməyi təklif etmiş, Qabil onunla razılaşmış və onlar tanımadığı taksi avtomobili ilə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Sentralni” deyilən yerə gedib Bəyverdi müəllimlə görüşüb 1000 manat pulu Qabilin yanında Bəyverdi müəllimə vermişdir. Hətta pulu verdikdən sonra Rövşənə məlumat vermək üçün əlaqə saxladıqda Rövşən hər şeydən xəbərdar olduğunu, özünün Bəyverdi müəllimlə telefonda danışdığını bildirmişdir. Bir müddət sonra Rövşən onunla əlaqə saxlayıb işin həllini tapmadığını demişdir. Həmin günlərdə o, demək olar ki, hər gün Bəyverdi müəllimlə əlaqə saxlamış, Bəyverdi müəllim əvvəllər müharibə səbəbindən başının qarışıq olduğunu, yaxın günlərdə işin düzələcəyini bildirsə də, sonradan onun zənglərini cavablandırmamışdır. Vətən müharibəsi dövründə Tərtər rayonu Dəmirçilər kəndində yaşayan bacısıgildə yaşamış, Bəyverdi müəllim onu Rövşənin qarşısında pis vəziyyətdə qoymuş, hər dəfə məcbur qalıb Bəyverdi müəllimin dediklərini Rövşənə çatdırsa da, Rövşən artıq heç kimə inanmadığını bildirmişdir. Ancaq Bəyverdi müəllimi Rövşənin oğlunun işə düzəlməsi məsələsinə özü “qoşduğu” üçün Rövşən onu günahkar hesab etməklə barələrində polis bölməsinə ərizə ilə müraciət etmişdir. Keçən müddət ərzində Rövşənin maddi imkanı zəif olduğundan və arvadının xəstə olduğunu bildirdiyindən borc kimi Rövşənə məxsus plastik kartın hesabına təxminən 500-600 manat pul köçürmüş, pulu Bəyverdi müəllimdən aldıqda qaytaracağını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs dindirilərkən ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs məxsus 7000 manat və 1000 manat olmaqla ümumilikdə 8000 manat pulun hamısını Şahid2 verməsini zərərçəkmişin özünün də təsdiq edə biləcəyini, Zərərçəkmiş şəxs və Şahid2 arasında çoxsaylı telefon danışıqlarının olduğunu, hətta sonuncu dəfə 1000 manat pulu Şahid2 verərkən Şahid3 yanlarında olduğunu, Şahid2 verdiyi 8000 manat pulun bir qəpiyinin belə özünə verilmədiyini, Şahid1 başqa hər hansı şəxsin işə düzəlməsi və ya digər məqsədlə Şahid2 pul çatdırmadığını, bunu edən başqa şəxs və ya şəxsləri tanımadığını bildirmişdir. 02 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istintaqa ərizə ilə müraciət edərək səmimi və obyektiv ifadə vermək istədiyini bildirmiş, həmin tarixdə verdiyi əlavə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2020-ci ilin yay aylarından tanıyır. Əvvəllər Rövşənlə arasında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Həmin dövrdə Oğuz rayonundan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Gənclər şəhərciyi” yaşayış kompleksində yaşayan xalası Yasəməngilə qonaq getmiş və bir müddət həmin evdə qalmışdır. Əvvəllər xalasıgildə qonaq olarkən onlarla eyni yaşayış kompleksindəki qonşu binada yaşayan Rövşənlə tanış olmuş və aralarında səmimi münasibət yaranmışdır. 2020-ci ilin avqust ayında “Gənclər şəhərciyi”-nin ərazisində fəaliyyət göstərən “Şakirin kafesi” kimi tanınan iaşə obyektində aralarındakı söhbət zamanı Rövşən oğlu hərbi xidmətdən qayıtmış oğlu Rəfili Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarına işə düzəltmək istədiyini bildirmişdir. Həmin vaxt guya vəzifədə işləyən tanışı vasitəsilə oğlunun işə düzəlməsinə köməklik göstərəcəyinə Rövşəni inandırıb pulunu ələ keçirmək niyyəti yaranmışdır. Bu niyyətini həyata keçirmək məqsədilə Rövşənə yalandan oğlunun işə düzəlməsinə köməklik göstərə biləcəyini demişdir. Bundan sonra Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətində işləmiş tanışı Bəyverdi müəllim ilə əlaqə saxlamış və bir məsələdə köməklik göstərməsi üçün tanışlarından biri ilə birlikdə söhbət etmək məqsədilə Nəsimi rayon İcra Hakimiyyətinə gəlmək istədiyini demiş, ancaq görüşmək istəməsinin səbəbi barədə heç nə danışmamışdır. Bəyverdi müəllimlə 2012-ci ildə Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində tanışı İlham vasitəsilə tanış olmuşdur. Həmin dövrdə Bəyverdi müəllim adı çəkilən rayonun icra hakimiyyətində məsul vəzifədə işləmişdir. Bəyverdi müəllimi etibarlı və sözübütöv biri kimi tanıdığından və əvvəllər bir neçə dəfə ona maddi yardım göstərdiyindən, müalicə olunmasına kömək etdiyindən adından istifadə etməklə dələduzluq etməyə qərar vermişdir. Lakin Bəyverdi müəllimin onun Rövşənə qarşı dələduzluq etmək niyyətindən heç vaxt xəbəri olmamışdır. Bəyverdi müəllimlə görüş təşkil etməkdə və Rəfilin həmin görüşdə iştirakını təmin etməkdə məqsədi Rövşəni həqiqətən də yüksək vəzifədə işləyən tanışı olmasına və həmin tanışı vasitəsilə oğlunun işə düzəlməsinə inandıraraq pulunu asanlıqla ələ keçirmək olmuşdur. Bir neçə gün sonra Rövşənə işə düzəlmə məsələsi ilə bağlı söhbət etmək üçün Rəfili tanışlarından biri ilə görüşdürməli olduğunu söyləmişdir. Bundan 2 gün sonra Rəfillə şəhərcikdə görüşüb birlikdə Nəsimi rayon İcra Hakimiyyətinə getmişdir. İcra hakimiyyətinin inzibati binasına daxil olub ikinci mərtəbəyə qalxdıqda Bəyverdi müəllim onları otaqlardan birində qəbul etmişdir. Rəfili Bəyverdi müəllimlə tanış edib bir neçə ay əvvəl hərbi xidmətdən qayıtdığını, yaxşı oğlan olduğunu və fövqəladə hallar orqanlarına işə düzəlmək arzusunda olduğunu söyləmiş və bununla bağlı köməklik göstərməsini xahiş etmişdir. Bəyverdi müəllim əvvəllər dəfələrlə ona müxtəlif məsələlərdə təmənnasız yardım etdiyinə görə bu məsələyə də biganə qalmayacağını, geniş əlaqələrə sahib olduğunu bildiyindən, həmçinin Rəfildə işə düzələcəyinə yaranmış inamı artırmaq istədiyindən belə bir addım atmışdır. Söhbət əsnasında Bəyverdi müəllim Rəfilin işə düzəlməsi üçün təmənnasız şəkildə əlindən gələn köməyi edəcəyini demiş və Rəfilin sənədlərinin kserosurətlərini çıxarmaq üçün başqa otağa daxil olmuşdur. Bəyverdi müəllim Rəfilə məxsus şəxsiyyət vəsiqəsi, hərbi bilet və orta təhsil haqqında attestatın kserosurətlərini götürdükdən sonra əsllərini geri qaytarmış və məsələ ilə maraqlanıb tezliklə əlaqə saxlayacağını söyləmişdir. Bir neçə gün sonra Bəyverdi müəllim onunla telefon əlaqəsi saxlayıb tanışlarından biri ilə danışdığını, fövqəladə hallar orqanlarına işə qəbul məsələlərinin müvəqqəti dayandırıldığını bildirmişdir. Ancaq Rövşənlə şəhərcikdə görüşüb bunun tamamilə əksini, yəni Rəfilin işə düzəlməsinə köməklik göstərilməsi üçün vəzifədə işləyən tanışının 10000 manat pul tələb olunmasını bildirdiyini demişdir. Rövşən tələb olunan pulun miqdarının çox olduğunu dedikdə yalandan tanışı ilə danışıb xəbər edəcəyini söyləmişdir. Ertəsi gün Rövşənə zəng edib tanışının məsələni 9000 manat pul qarşılığında həll etməyə razılıq verdiyini demişdir. Rövşən 9000 manat pulun yarısını əvvəlcə, qalanını isə Rəfilin işə düzəlməsi barədə əmr çıxarıldıqdan sonra verməyi təklif etsə də, həmin məbləğin heç olmasa 7000 manatını ilkin mərhələdə, qalan 2000 manatını isə əmr çıxdıqdan sonra verməyi razılaşdıracağını bildirmişdir. Söhbət əsnasında Rövşənə məsələni həll etməyi öhdəsinə götürmüş şəxsin kim olmasını, hansı vəzifədə işləməsini deməmişdir. Təxminən 3-4 gün sonra, yəni 14 avqust 2020-ci il tarixdə saat 19:30 radələrində 7000 manat pulu almaq məqsədilə Rövşənlə “Şakirin kafesi”-ndə görüşmüşdür. Həmin vaxt Rövşən oğluna zəng edib evdən 7000 manat pul götürərək kafeyə gətirməsini tapşırmışdır. Bir neçə dəqiqə sonra Rəfil “Şakirin kafesi”-nə gələrək özü ilə gətirdiyi 7000 manat pulu Rövşənə, Rövşən isə Rəfilin və “Qara” deyə çağırılan dostu Qabilin yanında ona vermişdir. Pulu Rövşəndən aldıqdan sonra tanışına çatdırmaq üçün getməli olduğunu və onu kafedə gözləmələrini, təxminən 1 saat sonra qayıdıb gələcəyini deyib oranı tərk etmişdir. Bundan 1 saat sonra kafeyə qayıdıb yalandan pulu lazımi şəxsə çatdırdığını söyləmişdir. Hətta Rövşəni arxayınlaşdırmaq məqsədilə Bəyverdi müəllimin mobil telefon nömrəsini verib soruşmaq istədiyi nəsə varsa, rahatlıqla danışa biləcəyini demişdir. Rövşən mobil telefon vasitəsilə Bəyverdi müəllimin mobil nömrəsinə zəng edib danışmışdır. Telefon danışığı zamanı Rövşən özünü təqdim etmiş və bir qədər kənara çəkilib danışmağa başlamışdır. Təxminən 1 dəqiqə davam edən telefon danışığı başa çatdıqdan sonra Rövşən ondan telefonda danışdığı şəxsin əvvəllər Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətində işləyib- işləmədiyini soruşmuşdur. O, bunu təsdiq etdikdən sonra Rövşən Bəyverdi müəllimi tanıyıb yenidən mobil nömrəsinə zəng edib özünü “Xocalıdan Rövşən” kimi təqdim etmişdir. Bu zaman ona məlum olmuşdur ki, Rövşən və Bəyverdi müəllim birbirilərini 1990-cı illərdən tanımış, uzun müddət əlaqələri olmamışdır. Bəyverdi müəllim Rövşənlə hal-əhval tutduqdan sonra vaxta ehtiyac olduğunu və müəyyən müddət sonra oğlunun işə düzəlmə məsələsinə dair mümkün olan köməkliyi göstərə biləcəyini demişdir. Növbəti 1 ay ərzində əldə etdiyi 7000 manat pulun bir hissəsini borclarının ödənilməsinə, qalanını isə şəxsi ehtiyaclarına sərf etdiyindən yenidən pula ehtiyacı yaranmışdır. Buna görə də təxminən 1 ay sonra yenidən eyni məqsədilə pul ələ keçirmək üçün Rövşənlə əlaqə saxlayıb yalandan Bəyverdi müəllimin işin düzəlməsi üçün tələb olunan 2000 manat pulu istədiyini bildirmişdir. Rövşən həmin pulun Rəfil işə başladıqdan sonra verilməsi ilə bağlı razılığa gəldiklərini söyləsə də, Rövşəni işin sentyabr ayın sonunadək həllini tapacağına inandırıb məsələni ləngitmədən pulun verilməli olduğunu vurğulamışdır. Rövşən yalnız 1000 manat pul verə biləcəyini deyəndə Bəyverdi müəllimi guya qalan 1000 manat pulun Rəfilin işə başlamasından sonra verilməsinə razı salacağını demişdir. Bu zaman Rövşən özünün işdə olduğunu, buna görə də pulu Rəfildən alması üçün "Şakirin kafesi”-nə getməsini, Rəfilə pulu oraya gətirib verməsini tapşıracağını söyləmişdir. Bir qədər sonra Rəfil onunla mobil telefon əlaqəsi saxlayaraq pulu “Şakirin kafesi”-nə gətirəcəyini demişdir. Təkbaşına kafenin qarşısına yollandıqda Rəfil və Qabilin onu gözlədiklərini görmüşdür. Salamlaşdıqdan sonra Rəfil işin nə yerdə qaldığını soruşmuş və ona Bəyverdi müəllimə çatdırması üçün 1000 manat pulu verərək çıxıb getmişdir. O, Qabilin yanında 1000 manat pulu Bəyverdi müəllimə çatdıracağını desə də, əslində pulu özü üçün almış, Bəyverdi müəllimin onun adından istifadə edərək pul almasından xəbəri olmamışdır. 2021-ci ilin avqust ayında Bəyverdi müəllim onunla əlaqə saxlayaraq nə üçün adından istifadə etməklə pul ələ keçirdiyini soruşmuşdur. O, əməlindən peşman olduğunu, məsələnin özü tərəfindən həll ediləcəyini söyləmişdir. Ancaq maddi imkanı olmadığından Rövşənin ələ keçirdiyi pullarını qaytara bilməmişdir. 2020-ci ilin oktyabr-noyabr aylarında Rövşən mütəmadi olaraq onunla əlaqə saxlayıb oğlunun işinin nə yerdə qalması ilə maraqlanmış, o isə Bəyverdi müəllimlə əlaqə yaratdığını, Vətən müharibəsi ilə əlaqədar Bəyverdi müəllimin başının qarışıq olduğunu, yaxın günlərdə işin düzələcəyini bildirmiş, Bəyverdi müəllimin onun zənglərini də cavabsız qoyduğunu, onu pis vəziyyətə saldığını demişdir. 2020-ci ilin noyabr ayında Rövşən onunla əlaqə saxlayıb artıq heç kimə inanmadığını bildirmiş və verdiyi pulların hamısını geri tələb etmişdir. Uzun müddət məsuliyyətdən yaxa qurtarmaq üçün Rövşənlə danışarkən pulun hamısını Bəyverdi müəllimə verdiyini demişdir. Ancaq 2022-ci ilin yaz aylarından birində Bəyverdi müəllim yenidən onunla əlaqə saxlayıb Rövşənin bacısı və oğlunun bu məsələ ilə əlaqədar şikayət etmək üçün Nəsimi rayon İcra Hakimiyyətinə gəldiklərini bildirmişdir. O, Bəyverdi müəllimə məsələni yoluna qoyacağını deyib həmin dövrdə tanımadığı şəxslərdən birinə öz adından ərizə yazdırmaqla imzalatdırmışdır və Bəyverdi müəllimlə əlaqə saxlayıb məsələnin yalnız özünə aid olduğunu bildirmək üçün yazdırdığı ərizəni göndərmək istədiyini bildirmişdir. Bəyverdi müəllim işlərinin çoxluğu ilə əlaqədar başının qarışıq olduğunu demiş və ərizəni aparıb Nəsimi rayon İcra Hakimiyyətinə çatdırmaq üçün kiməsə tapşırıq verəcəyini söyləmişdir. Bir neçə gün sonra icra hakimiyyətinin inzibati binasına gedib ərizəni Bəyverdi müəllimə çatdırması üçün bir nəfər şəxsə vermişdir. Bundan sonra daha heç kimi aldatmamaq üçün Bəyverdi müəllimin adından Rövşəndən aldığı pulları hissə-hissə Rövşənin bank kartının hesabına köçürmüş, bu minvalla təxminən 1500 manatdan çox pul ödəmişdir. Həmin pulları köçürməsi ilə bağlı qəbzləri yaşadığı evdə saxlamışdır və tapan kimi istintaqa təqdim edəcəkdir. Bundan başqa Təqsirləndirilən şəxs dindirilərkən ona verilən suallara cavab olaraq göstərmişdir ki, Şahid2 onu və Şahid1 2020-ci ilin avqust ayında qəbul edərkən işə düzəlmə məsələsi ilə bağlı onların yanlarında heç kimlə telefonda danışmamış və göstərə biləcəyi kömək müqabilində hər hansı təmənna güdməmişdir. 2023-cü ilin yanvar ayında barəsində axtarış elan edildiyi üçün tutularaq Abşeron rayon Polis İdarəsinə gətirilmiş və həbs ediləcəyini düşünmüşdür. Buna görə də 04 mart 2023-cü tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən həbs edilməkdən yaxa qurtarmaq və məsuliyyətini azaltmaq üçün Şahid1 fövqəladə hallar orqanlarına işə düzəlməsinə köməklik göstərilməsi adı ilə aldığı 8000 manat pulun hamısını Şahid2 verdiyini bildirmişdir. Əslində isə Şahid2 həmin pulun alınmasından xəbəri olmamış, o, dələduzluq niyyəti barədə Şahid2 əvvəlcədən heç nə deməmiş, Zərərçəkmiş şəxs telefon zənglərindən sonra Şahid2 adından istifadə etməklə onun tərəfindən dələduzluq edilməsi agah olmuşdur. Şahid2 mobil telefon nömrəsini Zərərçəkmiş şəxs verməklə onların danışmalarına şərait yaratsa da, aralarındakı telefon danışığının nədən ibarət olması barədə heç bir məlumatı olmamışdır. Şahid2 onun dələduzluq etməklə Zərərçəkmiş şəxs 8000 manat pulunu ələ keçirməsindən yalnız 2021-ci ilin avqust ayında xəbər tutmuşdur. Şahid2 onun dələduzluq əməllərindən məlumatı olmadığından və aldığı pulların hər hansı məbləğini Şahid2 vermədiyindən Şahid3 ilə birlikdə pulu vermək üçün Binəqədi rayonunda yerləşən “Sentralni” deyilən yerə getməsi yalandır. Şahid1 tərəfindən istintaqa təqdim edilmiş 1 ədəd kağız və üzərindəki əl yazısı ilə tanış olmuşdur. Həmin əl yazısını 2022-ci ilin yaz aylarından birində kimliyini xatırlamadığı şəxsə yazdırıb imzalamış, Zərərçəkmiş şəxs qohumlarının Şahid2 barəsində Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etmələrinə son qoymaq üçün icra hakimiyyətinə göndərmiş və çox güman ki, əl yazısı icra hakimiyyətinin əməkdaşlarından biri tərəfindən Zərərçəkmiş şəxs şikayət etmək üçün gələn qohumlarına çatdırılmışdır. Hazırda kağızda yazılan yazıları icra etmiş şəxsin adını xatırlamır və harada olmasını bilmir. Zərərçəkmiş şəxs oğlu Şahid1 Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarına işə düzəlməsinə köməklik göstərilməsi üçün aldığı 8000 manat pulun müqabilində heç bir real addım atmamış, sadəcə Zərərçəkmiş şəxs özünə qarşı olan inamı daha da artırmaq və “iş görürəm” görüntüsü yaratmaq məqsədilə oğlu Şahid1 pulu almazdan əvvəl Şahid2 ilə görüşdürmüşdür. Zərərçəkmiş şəxs qarşı etdiyi dələduzluq barədə heç kimə danışmamış, ələ keçirdiyi 8000 manat pulun hamısını özü xərcləmişdir. Hazırda dəymiş ziyan, həmçinin dəymiş ziyanın 25 faizi məbləğində pul tərəfindən ödənilmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs elan olunmuş ifadəsindən görünür ki, Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinə ünvanlanmış, oğlu Şahid1 işə düzəltmək adı ilə 2020-ci ilin avqust-sentyabr aylarında ümumilikdə 8000 manat pulunun ələ keçirilməsi barədə 15 dekabr 2021-ci il tarixli ərizə ona məxsusdur. Təqsirləndirilən şəxs ilə 2020-ci ilin iyun-iyul aylarında yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Gənclər şəhərciyi” yaşayış kompleksində tanış olmuşdur. Həmin dövrdə İlham yaşadığı Oğuz rayonu Kərimli kəndindən xalası Yasəməgilin evinə qonaq gəlmişdir. İlham əvvəllər də bir neçə dəfə xalasıgilin evində olmuş, İlhamla xalasının əri Elşən vasitəsilə tanış olmuş, tez-tez yaşayış kompleksinin ərazisində fəaliyyət göstərən “Şakirin kafesi” kimi tanınan kafeyə gəlib-getdiyindən aralarında tanışlıq münasibəti yaranmışdır. Əvvəllər nə özü, nə də ailə üzvləri ilə İlham arasında düşmənçilik və ədavət olmamışdır. Həmin günlərdə o, 2020-ci ilin yanvar ayında hərbi xidmətdən qayıdan oğlu Rəfili işə düzəltmək fikrinə düşmüşdür. 2020-ci ilin avqust ayının əvvəllərində İlhamla arasında baş tutan söhbətlərin birində bu fikrini İlhama demiş, ilham isə tanışları ilə maraqlanıb xəbər edəcəyini söyləmişdir. Bu söhbətdən təxminən 1 həftə sonra yenidən İlhamla görüşərkən İlham vəzifədə işləyən tanışı vasitəsilə oğlunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinə işə düzəlməsinə köməklik göstərəcəyinə dair vəd vermiş və Rəfilin həmin şəxslə görüşmək üçün hazırlaşmasını bildirmişdir. Ertəsi gün saat 11:00 radələrində İlham və Rəfil yaşayış kompleksində görüşüb Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə getmişlər. Oradan qayıtdıqdan sonra Rəfil ona İlhamın icra hakimiyyətində otaqlardan birinə daxil olub Bəyverdi adlı şəxslə görüşdüyünü, həmin şəxsin sənədlərinin kserosurətlərini çıxarıb götürərək əsllərini qaytardığını demişdir. Həmin gün İlham onunla görüşüb Rəfilin işə düzəlməsinə köməklik göstərilməsi üçün vəzifədə işləyən tanışının 10000 manat pul tələb olunmasını bildirdiyini demişdir. Tələb olunan pulun məbləğinin çox olduğunu dedikdə İlham həmin tanışı ilə danışıb xəbər edəcəyini söyləmişdir. Ertəsi gün İlham mobil telefonuna zəng edib tanışını məsələni 9000 manat pul qarşılığında həll etməyə razı salması barədə məlumat vermişdir. O, 9000 manat pulun yarısını əvvəlcə, digər yarısını isə Rəfilin işə düzəlməsi barədə əmr çıxarıldıqdan sonra verməyi təklif etsə də, İlham həmin məbləğin heç olmasa 7000 manatını ilkin mərhələdə, qalan 2000 manatını isə əmr çıxdıqdan sonra verməyi razılaşdıracağını demişdir. Həmin vaxt İlhamın məsələni həll etməyi öhdəsinə götürmüş tanışının kim olduğunu və hansı vəzifədə işlədiyini bilməmişdir. Təxminən 3-4 gün sonra, yəni 14 avqust 2020-ci il tarixdə saat 19:30 radələrində işdən qayıdarkən İlhama mobil telefon vasitəsilə zəng edib pulu götürmək üçün “Şakirin kafesi”-ndə gəlməsini bildirdim və özüm də oraya yollandım. Kafenin qarşısında İlhamla görüşdükdən sonra Rəfilə mobil telefonla zəng edib evdən 7000 manat pul götürərək kafeyə gətirməsini tapşırmışdır. Bir neçə dəqiqə sonra Rəfil “Şakirin kafesi”-nə gələrək həmin məbləğdə pulu ona vermişdir. Oğlunun və “Qara” ləqəbli dostu Qabilin yanında 7000 manat pulu sayıb Rəfilin işə düzəlməsinə köməklik göstərməsi üçün İlhama vermişdir. İlham pulu götürərək çıxıb getmiş və təxminən yarım saat sonra kafeyə qayıdıb pulun hamısını tanışına çatdırdığını demişdir. Hətta İlham onu arxayınlaşdırmaq və nə sözü varsa, demək üçün pulu çatdırdığı tanışının ***-***-**-** mobil nömrəsini verib danışmasını təklif etmişdir. Hazırda dəqiq hansı olmasını xatırlamadığı ***-***-**-**, 055-390-08- 48 və ***-***-**-** mobil nömrələrindən biri ilə İlhamdan öyrəndiyi mobil nömrəyə zəng edib danışmışdır. Telefon danışığı zamanı ad-soyadını deyib özünü təqdim etmiş və pulun İlham tərəfindən çatdırılıb-çatdırılmadığını soruşmuşdur. Danışdığı şəxs hər şeyin qaydasında olduğunu və İlhamın 7000 manat pulu çatdırdığını təsdiq edib oğlunun işə düzəlməsinə köməklik göstərəcəyini bildirmişdir. Təxminən 1 dəqiqə davam edən telefon danışığı başa çatdıqdan sonra danışdığı şəxsin mobil nömrəsinin mobil telefonuma quraşdırdığı “Get Contact” mobil tətbiqində “Bəyverdi İcra” adı ilə qeyd olunduğunu görmüşdür. Bundan sonra İlhamdan danışdığı Bəyverdi adlı şəxsin əvvəllər Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətində Qaçqınlar və məcburi köçkünlərlə iş şöbəsində işləyib-işləmədiyini soruşmuşdur. İlham bunu təsdiq etdikdən sonra Bəyverdini tanımış və yenidən mobil nömrəsinə zəng edib özünü “Xocalıdan Rövşən” kimi təqdim etmişdir. Belə ki, 1990-cı illərdə Xocalı şəhərindən yenicə məcburi köçkün düşərkən Şahid2 onun Səbail rayonuna müvəqqəti qeydiyyata düşməsinə köməklik göstərmiş, sonradan əlaqələri kəsilmişdir. Bəyverdi müəllim onu tanıyıb hal- əhval tutduqdan sonra narahat olmamasını, oğlunun işə düzəlmə məsələsi ilə şəxsən yüksək səviyyədə məşğul olacağını demişdir. Bu söhbətdən sonra təxminən 1-2 dəfə Bəyverdi müəllimlə telefon əlaqəsi saxlayaraq işin nə yerdə qaldığını soruşmuş, Bəyverdi müəllim isə işə yaxın qohumunun işi kimi yanaşacağını bildirməklə onu arxayınlaşdırmış, tezliklə Rəfilin işə düzələcəyini söyləmişdir. Pulu verdikdən təxminən 1 ay sonra İlham onunla əlaqə saxlayıb Bəyverdi müəllimə zəng etməsini istəmişdir. Bəyverdi müəllimin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edəndə sözünü İlhama dediyini və bu barədə İlhamla danışmasını bildirmişdir. Bundan sonra İlhama zəng edib Bəyverdi müəllimin nə istədiyini soruşmuş, İlham oğlunun işə düzəlməsi üçün yerdə qalan 2000 manat pulun çatdırılmalı olduğunu demişdir. O, İlhama həmin pulun oğlunun işə düzəlməsi barədə əmr çıxdıqdan sonra verilməsi ilə bağlı razılaşmanı xatırlatsa da, İlham işin ayın sonunadək həllini tapacağını, buna görə də məsələni ləngitmədən pulun verilməli olduğunu bildirmişdir. İlhama yalnız 1000 manat pul verə biləcəyini deyəndə İlham qalan 1000 manat pulun Rəfilin işə başlamasından sonra verilməsi ilə razılaşmışdır. 15 sentyabr 2020-ci il tarixdə işdə olduğu üçün Rəfilin mobil nömrəsinə zəng edərək evdən 1000 manat pul götürüb İlhama verməsini tapşırmışdır. Bundan sonra Qabilə zəng edib harada olduğunu soruşmuş və İlhamın 1000 manat pul istədiyini, Rəfilin aparıb həmin pulu verəcəyini deyib pulu verərkən tək olmaması üçün Rəfilin yanında olmasını xahiş etmişdir. Təxminən 1 saat sonra Rəfil zəng edib Qabilin yanında 1000 manat pulu İlhama verdiyini demişdir. Pulun Bəyverdi müəllimə çatdırılıbçatdırılmadığını öyrənmək üçün zəng etdikdə Bəyverdi müəllim 1000 manat pulu əldə etdiyini təsdiqləmişdir. İlham və Bəyverdi 2020-ci ilin sentyabr ayının sonunadək Rəfilin işə düzəlmə məsələsinin həllini tapacağına söz versə də, bu baş tutmadığından həmin dövrdə onlara zəng edib işin nə yerdə qalması ilə maraqlanmışdır. Bəyverdi müəllim başlamış Vətən müharibəsi ilə əlaqədar başının qarışıq olduğunu, yaxın günlərdə işin düzələcəyini söyləmiş, İlham isə eyni sözləri təkrarlamaqla narahat olmamasını bildirmişdir. 06 yanvar 2022-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinə getsə də, Bəyverdi müəllimi orada tapa bilməmişdir. Təxminən 3-4 ay sonra şəhid ailə üzvü olan bacısı Brilyant və oğlu Rəfil birlikdə Nəsimi rayon İcra Hakimiyyətinə getmiş, orada onlara Bəyverdi müəllimin 2018-ci ilin dekabr ayında yaşa görə işdən çıxdığı, daha icra hakimiyyətində işləmədiyi barədə məlumat verilmişdir. Həmin vaxt oğlu liftdən çıxan Bəyverdi müəllimlə təsadüfən rastlaşmış və işə düzəlmə məsələsi ilə maraqlanmaq üçün gəldiyini demiş, lakin Bəyverdi müəllim iclasa tələsdiyini bildirərək aradan çıxmışdır. Təxminən 1-2 ay sonra Rəfil yenidən bacısı ilə birlikdə icra hakimiyyətinə yollanaraq icra başçısının müavininin qəbulunda olmuş, şikayətləri dinlənilmiş, onlara Bəyverdi müəllim tərəfindən verildiyi bildirilən kağız təqdim olunmuşdur. Sonradan oğlu Rəfil həmin kağızı ona göstərmiş, kağızda qeyd olunan əl yazısına baxdıqda “Ərizə” formasında tərtib olunduğunu, üzərində “Nəsimi rayon İcra Hakimiyyətinə Kəlbəcər rayonundan məcburi köçkün hazırda Oğuz rayonu Dəmədərə kəndində yaşayan Təqsirləndirilən şəxs tərəfindən t 050 899 9932, Ərizə, Yazaraq bildirirəm ki, iki il yarım öncə əvvəldən tanıdığım Zərərçəkmiş şəxs onun oğlunun işə düzəltmə adı ilə 3500 Azn və ya 8000 min dollar olmaqla pul almışam. Bunu edərkən Şahid2 adından istifadə etmişəm. Lakin keçən müddət ərzində mən aldığım pulun çox hissəsini qaytarmışam və hazırda 4000 manata yaxın borcum qalıb. Qalan borcumu isə hissə-hissə ödəyəcəm. Bu işlərin Şahid2 heç bir aidiyyatı yoxdur və Nəsimi Rayon İcra Hakimiyyətinə bununla bağlı müraciət edən vətəndaş Brilliant Hacıyeva ilə bağlı heç bir əlaqəsi və aidiyyatı yoxdur. Bu proses polisin nəzarətindədir. Ərizəni özüm yazdım imzamla təsdiq edirəm, itirdiyim şəxsiyyət vəsiqəsini bərpa etdikdən sonra ərizəni notariat qaydada təsdiq edəcəyəm, imza (imza) Təqsirləndirilən şəxs” sözlərinin yazıldığını müəyyən etmişdir. Sonradan həmin kağızın fotoşəkli bacısı tərəfindən İlhama göndərilərək xətt nümunəsinin və sonundakı imzanın İlhama məxsus olub- olmadığını soruşmuş, İlham bunu təkzib edərək əl yazısının və imzanın özünə məxsus olmadığını, şəxsiyyət vəsiqəsinin özündə olduğunu və heç vaxt itirmədiyini qeyd etmiş, şəxsiyyət vəsiqəsinin fotoşəklini mobil tətbiq vasitəsilə bacısına göndərmiş, bununla da Bəyverdi müəllimin özünü məsuliyyətindən kənarda qoymaq üçün İlhamın adından belə bir kağız tərtib etdiyi məlum olmuşdur. Bəyverdi müəllimlə sonuncu dəfə 2021 -ci ilin avqust ayında əlaqə saxlayarkən İlhamdan hər hansı məbləğdə pul almadığını, məsələnin İlhamın özü tərəfindən həll ediləcəyini demişdir. Halbuki əvvəlki bütün danışıqlarında Bəyverdi müəllim İlham vasitəsilə ümumilikdə 8000 manat aldığını etiraf etmişdir. Bundan sonra o, İlhamla əlaqə yaratmış, İlham pulu Bəyverdiyə verdiyini, tezliklə qaytaracağını vəd etsə də, bugünədək vədinə əməl etməmiş, etibarından sui- istifadə etməklə 8000 manat pulu qanunsuz olaraq ələ keçirilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs ifadəsində 7000 manat pulu İlhama verərkən oğlu Rəfil və dostu Qabil onlardan təxminən 5-10 metr aralıda dayandıqlarından yanlarında heç kimin olmadığını göstərdiyini və qeyd olunan şəkildə izahat verdiyini, İlhama 8000 manat pulun oğlu Rəfilin fövqəladə hallar orqanlarına işə düzəlməsinə köməklik göstərməsi müqabilində verildiyini, hadisə nəticəsində ona 8000 manat dəyərində maddi ziyan dəydiyini, İlham və Bəyverdi müəllimlə hər dəfə mobil telefon əlaqəsi saxlayanda müxtəlif bəhanələrlə onu yubatdıqlarını, dəymiş ziyanın qaytarılacağını bildirdiklərini, buna görə də uzun müddət şikayət ərizəsi ilə müraciət etmədiyini, yalnız 15 dekabr 2021-ci il tarixdə məcbur qalıb Mehdiabad polis bölməsinə ərizə ünvanladığını, hazırda İlham və Bəyverdi ilə arasında baş tutmuş danışıqlara dair heç bir sübut təqdim edə bilmədiyini, mobil telefonunun yaddaş qurğusu yeniləndiyi üçün həmin dövrə aid bütün məlumatların silindiyini göstərmişdir. Məhkəmədə Şahid1 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs atasının tanışıdır. İlham tez-tez qohumlarının yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Gənclər şəhərciyi” yaşayış kompleksinə və həmin şəhərciyin girişində fəaliyyət göstərən “Şakirin kafesi” adlı iaşə obyektinə gəlib-getmişdir. Əvvəllər nə özü, nə də ailə üzvləri ilə İlham arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 2018-ci ilin iyul ayında hərbi xidmətə yollanmış, 01 yanvar 2020-ci il tarixdə hərbi xidmətini başa vuraraq ordu sıralarından ehtiyata buraxılmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra atası Rövşən onu işə düzəltmək fikrinə düşmüş, bununla bağlı atası ilə İlham arasında 2020-ci ilin avqust ayının əvvəllərində baş tutan söhbətlərdən birində atası İlhamdan onun işə düzəlməsinə köməklik göstərə bilib-bilməyəcəyini soruşmuş, sonuncu isə tanışlarından biri ilə bu barədə danışıb xəbər edəcəyini demişdir. Bu söhbətdən təxminən 1 həftə sonra atası yenidən İlhamla görüşən zaman İlham onu Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinə işə düzəldə biləcəyinə dair vəd vermişdir. Ertəsi gün saat 11:00 radələrində İlhamla yaşayış kompleksinin ərazisində görüşüb birlikdə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə getmişlər. İcra hakimiyyətinin inzibati binasına daxil olub ikinci mərtəbəyə qalxdıqdan sonra İlham pilləkənlərlə üzbəüz istiqamətdə yerləşən otağın qapısını döymüş və onlar birlikdə içəri daxil olmuşlar. Daha sonra İlham onu hansı vəzifədə işləməsini bilmədiyi Bəyverdi adlı şəxslə tanış edib fövqəladə hallar orqanlarına işə düzəlməsi ilə bağlı qəbuluna gəldiklərini söyləmişdir. Ardınca Bəyverdi adlı şəxs mobil telefon vasitəsilə kiməsə zəng edib danışmışdır. Bundan sonra onlar üçlükdə otaqdan çıxıb sənədlərinin kserosurətini çıxarmaq üçün pilləkənin sağ tərəfindəki otaqlardan birinə daxil olmuş və Bəyverdi verdiyi sənədlərin, yəni şəxsiyyət vəsiqəsi, hərbi bilet və orta təhsil haqqında attestatın surətlərini çıxarıb götürərək əsllərini ona qaytararaq bildirəcəyi tarixdə “hazırlıqlı gəlmələrini” söyləmişdir. Bundan təxminən 3-4 gün sonra, yəni 14 avqust 2020-ci il tarixdə İlham atası ilə “Şakirin kafesi”-ndə görüşmüş və onun işə düzəlməsi üçün 8000 manat pul tələb olunduğunu demişdir. Atasında İlhama qarşı inam formalaşdığından mobil telefonla zəng edib ona evdən 7000 manat pul götürərək kafeyə gətirməsini tapşırmışdır. O, həmin məbləğdə pulu anası Səidədən alıb “Şakirin kafesi”-nə getmiş və atasına vermişdir. Atası onun və “Qara” ləqəbli dostu Qabilin yanında 7000 manat pulu sayıb işə düzəlməsinə köməklik göstərməsi üçün İlhama vermişdir. İlham pulu götürdükdən sonra kafedən çıxaraq atasını arxayınlaşdırmaq məqsədilə Bəyverdi ilə mobil telefonda danışdırmış, Bəyverdi telefon danışığı zamanı atasına pulu İlhama verməsini, narahat olmamasını, yaxın günlərdə onu işə düzəldəcəyini bildirmişdir. Həmçinin atası ilə İlham arasındakı şifahi razılaşmaya əsasən tələb olunan pulun qalan 1000 manatı onun işə qəbul edilməsi ilə bağlı əmr imzalandıqdan sonra verilməli olmuşdur. Bu söhbətdən sonra atası təxminən 1-2 dəfə Bəyverdi ilə telefon əlaqəsi saxlamış, Bəyverdi onun işə düzəlməsinə yaxın qohumunun işi kimi yanaşacağına dair vəd verərək atasını arxayınlaşdırmış, tezliklə işə düzələcəyini söyləmişdir. Pulu verdikdən təxminən 1 ay sonra Bəyverdi özü istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə atasına zəng edərək əlavə 2000 manat pul lazım gəldiyini demiş, atası isə cəmi 8000 manat pul qarşılığında razılaşdığını deyərək İlhamla əlaqə saxlamışdır. Bu zaman İlham atası ilə danışıb atasını 1000 manat pulun həmin vaxt, qalan 1000 manat pulun isə o işə başlayandan sonra verilməsinə razı salmışdır. 15 sentyabr 2020-ci il tarixdə atası evdə olmadığı üçün onun mobil nömrəsinə zəng edərək evdən 1000 manat pul götürüb İlhama verməsini tapşırmışdır. Həmin gün anası Səidədən 1000 manat pul almış və mobil telefon vasitəsilə İlhamla əlaqə saxlayaraq “Şakirin kafesi”-ndə görüşdürmüşdür. Həmin vaxt İlhamdan başqa atasının dostu Qabil də orada olmuşdur. Görüş zamanı işinin nə yerdə qaldığını soruşub Qabilin yanında İlhama 1000 manat pul çatdırmış və atasına zəng edərək bu barədə xəbər vermişdir. Bir müddət sonra atası əlaqə saxlayıb işlə maraqlananda İlham həmin dövrdə başlamış müharibə səbəbindən başının qarışıq olduğunu, yaxın günlərdə işin düzələcəyini söyləmişdir. Bundan başqa atası Bəyverdi ilə də əlaqə saxlamış, sonuncu da eyni sözləri təkrarlamaqla işin düzələcəyini bildirmişdir. 06 yanvar 2021-ci il tarixdə atası Bəyverdinin iş yerinə getsə də, koronavirus xəstəliyinə yoluxduğuna görə həmin şəxsin işə gəlmədiyi bildirilmişdir. Bundan təxminən 3-4 ay sonra özü şəhid ailə üzvü olan bibisi Brilyantla birlikdə Nəsimi rayon İcra Hakimiyyətinə yollanmış, onları qəbul edən hüquqşünas Hafiz müəllim uzun müddət əvvəl Bəyverdi adlı şəxsin işdən ayrılması, daha icra hakimiyyətində işləməməsi barədə məlumat vermişdir. Elə bu vaxt binanın liftinin qapıları açılmış və Bəyverdi liftdən çıxmışdır. O, Bəyverdinin ardınca gedərək ad-soyadımı deməklə xatırlatma etmiş və bibisi ilə birgə işə düzəlmə məsələsi ilə maraqlanmaq üçün gəldiyini demişdir. Lakin Bəyverdi iclasa tələsdiyini bildirərək binadan çıxıb avtomobilinə əyləşməklə çıxıb getmişdir. Təxminən 1-2 ay sonra yenidən bibisi ilə birlikdə icra hakimiyyətinə gedib icra başçısının müavininin qəbulunda olmuş və əvvəlki gəlişlərində Hafiz müəllim tərəfindən qəbul edildiklərini söyləmişdir. Başçının müavini Hafiz müəllimi yanına çağırıb onları təqdim etmiş və şikayətlərini dinləməsini söyləmişdir. Həmin vaxt Hafiz müəllim sənəd təqdim etmək istədiyini deyərək otağı tərk etmiş və bir neçə dəqiqə sonra qayıdıb onlara üzərində əl yazısı olan kağız təqdim etmişdir. Hazırda həmin kağızda konkret nələrin yazıldığını xatırlamasa da, kağızı istintaqın gedişində təqdim edəcəkdir. 2021-ci ilin avqust ayında atası Bəyverdi ilə əlaqə saxlayarkən sonuncu İlhamdan hər hansı məbləğdə pul almadığını, məsələnin İlhamın özü tərəfindən həll ediləcəyini demişdir. Bundan sonra atası İlhamla əlaqə yaratmış, İlham pulu Bəyverdiyə verdiyini, tezliklə qaytaracağını vəd etsə də, bugünədək vədinə əməl etməmiş, atasının etibarından sui-istifadə etməklə 8000 manat pul qanunsuz olaraq ələ keçirilmişdir. Bundan başqa Şahid1 ifadəsində atası Zərərçəkmiş şəxs 17 dekabr 2021-ci il tarixli izahatında Təqsirləndirilən şəxs “Şakirin kafesi” kimi tanınan obyektdə 7000 manat pul verən zaman orada başqa heç kimin olmamasını göstərməsini adisədən uzun müddət keçməsi ilə əlaqələndirmiş, Təqsirləndirilən şəxs 8000 manat pulun onun fövqəladə hallar orqanlarına işə düzəlməsinə köməklik göstərməsi müqabilində verildiyini göstərmişdir. Məhkəmə istintaqında Şahid2 elan olunmuş ifadəsində göstərmişdir ki, 1993-2015-ci illərdə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Qaçqınlar və məcburi köçkünlərlə iş şöbəsinin müdiri vəzifəsində işləmiş, 2015-ci ilin sentyabr ayında köçürmə yolu ilə Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin inzibati binası daxilində fəaliyyət göstərən sektorunda müdir vəzifəsində işləmiş və 2018-ci ilin dekabr ayında yaşa görə dövlət qulluqçusu statusuma xitam verilməklə təqaüdə çıxmışdır. Buna baxmayaraq onu təcrübəli dövlət qulluqçusu kimi ictimai əsaslarla icra hakimiyyətinə dəvət etmiş, bu dəvəti qəbul edərək Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşlarına müxtəlif köməkliklər göstərmişdir. Zərərçəkmiş şəxs ilə 1995- 1996-cı illərdə tanış olmuş, həmin dövrdə Rövşənin ailə üzvləri ilə birlikdə Bakı şəhəri Səbail rayonuna müvəqqəti qeydiyyata düşməsinə köməklik göstərmiş, sonradan əlaqələri kəsilmişdir. 2012-ci ildə Səbail rayonunda işlədiyi dövrdə Kəlbəcər şəhərindən məcburi köçkün düşmüş və Bayıl qəsəbəsində işləyən İlham adlı şəxsin vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuş, heç bir təmənna güdmədən İlhama dəfələrlə maddi yardım etmiş, müalicəsi olunmasına kömək etmişdir. 2015-2020-ci illərdə İlham ilə arasında elə də yaxın münasibət olmamış, İlham arabir onunla mobil telefon əlaqəsi saxlayaraq maddi baxımdan köməklik göstərməsini xahiş etmişdir. 2020-ci ilin avqust ayının əvvəlində İlham istifadəsində olan mobil telefona zəng edərək bir nəfər şəxslə birlikdə yanına gəlmək istədiyini desə də, gəlişinin səbəbi barədə heç bir şey deməmişdir. Bir neçə gün sonra İlham və hazırda adını xatırlamadığı təxminən 19-20 yaşlarında olan oğlanla birlikdə Nəsimi rayon İcra Hakimiyyətinə gəlmişdir. O, ilham və yanındakı cavan oğlanı binanın ikinci mərtəbəsində yerləşən xidməti otaqların birində qəbul edərək nə üçün gəlmələri ilə maraqlanmışdır. Söhbət əsnasında İlham ona özü ilə birlikdə gətirdiyi cavan oğlanı təqdim edib Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarına işə düzəlməsi üçün köməklik göstərməsini xahiş etmişdir. İlhama həmin orqanda işləyən tanışı olmadığını bildirsə də, əmək fəaliyyəti dövründə birgə işlədiyi tanışlarından birinin vaxtilə həmin orqanın əməkdaşı olmasını xatırlayıb həmin tanışı vasitəsilə köməklik göstərə biləcəyini söyləmişdir. Bundan sonra İlhamın özü ilə gətirdiyi şəxsin şəxsiyyət vəsiqəsi, hərbi bilet və orta təhsil haqqında attestatın surətlərini qəbul edib bu barədə maraqlanacağını söyləmişdir. İlham və yanındakı oğlan çıxıb getdikdən sonra hazırda kimliyini xatırlamadığı tanışlarından birinə zəng edib fövqəladə hallar orqanlarına qəbulla bağlı prosedur qaydalarını soruşmuşdur. Həmin tanışı ona daxildə gedən proseslərlə bağlı işə qəbul məsələlərinin müvəqqəti dayandırıldığını bildirmişdir. Təxminən 7-8 gün sonra istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xatırlamadığı mobil nömrədən zəng olunmuş və zəng edən şəxs özünü Rövşən adı ilə təqdim edərək mobil nömrəsini İlhamdan öyrəndiyini, övladının işə düzəlmə məsələsi ilə bağlı əlaqə saxladığını bildirmişdir. Bu zaman Rövşənin bir neçə gün əvvəl İlhamla birlikdə gəlmiş cavan oğlanın atası olduğunu yəqinləşdirib oğlunun sənədlərinin kresosurətlərini qəbul etdiyini və fövqəladə hallar orqanlarına işə qəbul məsələlərinin müvəqqəti dayandırıldığını bildirmişdir. Həmin telefon danışığı başa çatdıqdan təxminən 2-3 dəqiqə sonra Rövşən yenidən mobil telefonuna zəng edərək özünü “Xocalıdan Rövşən” kimi təqdim etmiş və 1990-cı illərdə Xocalı şəhərindən yenicə məcburi köçkün düşdüyü dövrdə onun ailəsi ilə birlikdə Səbail rayonuna müvəqqəti qeydiyyata düşməsinə köməklik göstərdiyini xatırlatmışdır. Bu məlumatdan sonra Rövşəni tanıyıb haləhval tutmuş və narahat olmamasını, vaxta ehtiyac olduğunu və müəyyən müddət keçdikdən sonra oğlunun işə düzəlmə məsələsinə mümkün olan bütün köməkliyi göstərə biləcəyini demişdir. Bu söhbətdən sonra Rövşən təxminən 1-2 dəfə onunla telefon əlaqəsi saxlayaraq işin nə yerdə qaldığını soruşmuş, o isə işə qəbul məsələlərinin dayandırıldığını söyləmişdir. 2020-ci ilin noyabr ayında Rövşən növbəti dəfə onunla telefon əlaqəsi saxlayıb oğlunu işə düzəltməkdən imtina etdiyini, bu səbəbdən İlhama verdiyi pulun hamısının qaytarılmasını istədiyini demişdir. Rövşənə bu məsələyə görə pul verilməsindən xəbərsiz olduğunu, pulu kimə veribsə, həmin şəxsdən də tələb etməsini söyləmişdir. Həmin vaxt Rövşən ona İlhamın onun adından istifadə etməklə oğlunun işə düzəlməsinə köməklik göstərəcəyi adı ilə pul aldığını söyləmiş, pulun miqdarının nə qədər olmasını bilməmişdir. 2022-ci ilin yaz aylarından birində Nəsimi rayon İcra Hakimiyyətində olarkən təsadüfən Rövşənin bacısı Brilyant və adını bilmədiyi oğlu ilə rastlaşmışdır. Həmin vaxt cavan oğlan onu səslədikdə tədbirə tələsdiyini və vaxtı olmadığını bildirməklə onları daha sonra qəbul edəcəyini deyib binanı tərk etmişdir. Bundan sonra bir daha nə Rövşəni, nə də ailə üzvlərini görməmiş, aralarında heç bir ünsiyyət olmamışdır. Bundan başqa Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs onun onları qəbul edərkən mobil telefonla danışması və “hazırlıqlı gəlmələrini” bildirməsi ilə bağlı yalan danışmış, onların yanında heç kimlə telefonla danışmamış, “hazırlıqlı gəlmələrini" bildirməmişdir. Təqsirləndirilən şəxs işə düzəlmə məsələsi ilə əlaqədar Zərərçəkmiş şəxs və oğlundan pul almasından xəbəri olmamış, Təqsirləndirilən şəxs ona heç vaxt pul verməmişdir. Ümumiyyətlə, 15 sentyabr 2020-ci il tarixdə Bakı şəhərində deyil, ailə üzvləri ilə birlikdə Masallı rayonu Ərkivan kəndində özünə məxsus evdə olmuşdur. Təqsirləndirilən şəxs heç bir məbləğdə pul almamış, Təqsirləndirilən şəxs işə düzəlmə məsələsi ilə bağlı Zərərçəkmiş şəxs pullar almasından xəbərsiz olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs ilə arasında baş tutmuş telefon danışıqları zamanı yalnız Şahid1 sənədlərini qəbul etdiyini təsdiq etmiş, əvvəllər aralarındakı tanışlığa görə mümkün olan qədər köməklik göstərə biləcəyini söyləmiş, qarşılığında heç bir təmənna güdməmişdir. Şahid1 tərəfindən istintaqa təqdim edilmiş 1 ədəd kağız və üzərindəki əl yazısı ilə tanış olmuş, həmin əl yazısı onun tərəfindən icra olunmamışdır, başqa kim tərəfindən icra edildiyini bilmir. Buna görə də kağızda yazılanlarla bağlı bir söz deyə bilməz. Bundan başqa hadisənin üzərindən bir neçə il keçdiyindən, həmçinin xəstəliyi ilə bağlı yaddaş pozuntusu olduğundan həmin kağızın Təqsirləndirilən şəxs və ya başqa şəxs tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşlarına verildiyini xatırlaya bilmir. Məhkəmə istintaqında Şahid3 elan olunmuş ifadəsində göstərmişdir ki, əsl adı Qabil olsa da, bir çox tanışları onu uşaqlıqdan “Qara” deyə çağırır. Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən "Gənclər şəhərciyi” yaşayış kompleksində yaşayır. Rövşəni və oğlu Rəfili yaşayış kompleksinə köçdükləri 2013-cü ildən tanıyır, aralarında dostluq münasibəti vardır. Təqsirləndirilən şəxs ilə təxminən 2020-ci ilin iyun-iyul aylarında tanımağa başlamışdır. Təqsirləndirilən şəxs həmin vaxtlarda yaşayış kompleksində yaşayan xalasıgilin evinə Oğuz rayonundan qonaq gəlib orada yaşamağa başlamış, tez-tez şəhərcikdəki “Şakirin kafesi”-ndə vaxtını keçirdiyi üçün onunla və Rövşənlə arasında tanışlıq münasibəti yaranmışdır, ilham söhbət edərək yüksək vəzifələrdə işləyən tanışları olduğunu, yaxşı əlaqələrə malik olduğunu bildirmişdir. İlhamı tanıdıqdan təxminən 1 ay sonra Rövşən ona oğlu Rəfili Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinə işə düzəltmək üçün İlhamın köməklik göstərəcəyini və bunun qarşılığında İlhama 8000 manat pul verəcəyini bildirmişdir. Ancaq İlham və Rövşən arasında hansı söhbətlərin aparılması barədə ətraflı məlumatı olmamışdır. 14 avqust 2020-ci il tarixdə Rövşənlə birlikdə “Şakirin kafesi”-ndə çay içərkən Rövşən ona İlhamın bir qədər sonra pulun 7000 manatını almaq üçün gələcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra İlham kafeyə daxil olmuş və salamlaşıb yanlarında əyləşmişdir. Həmin vaxt Rövşən İlhama gözləməsini, bir qədər sonra Rəfilin pulu kafeyə gətirəcəyini demişdir. Rəfil pulu gətirən kimi Rövşən və İlham kafedən çölə çıxmış və bir neçə saniyə sonra geri qayıtmışlar. Daha sonra İlham onların orada gözləmələrini bildirməklə çıxıb getmişdir. Rövşən ona Rəfili işə düzəltməyə köməklik göstərməsi üçün İlhama 7000 manat pul verdiyini, İlhamın pulu lazımi şəxslərə çatdırıb geri qayıdacağını, ardınca birlikdə yemək yeyəcəklərini demişdir. Bundan təxminən 1-2 saat sonra İlham kafeyə qayıdaraq pulu Bəyverdi adlı şəxsə verdiyini bildirmiş və arxayın olması məqsədilə həmin şəxsin mobil nömrəsini Rövşənə vermişdir. Rövşən verilən mobil nömrəyə zəng edəndə həmin şəxsin nömrəsinin öz telefonunda qeydə alındığını görüb Bəyverdini əvvəllər tanıdığını, həmin şəxsin Səbail rayon İcra Hakimiyyətində Qaçqınlar və məcburi köçkünlərlə iş şöbəsində işlədiyini demişdir. Rövşən həmin şəxsə zəng edib özünü “Xocalıdan Rövşən” kimi təqdim edəndə Bəyverdi Rövşəni tanımışdır. Ardınca Rövşən işin öz oğlu Rəfilin işi olduğunu bildirmişdir. Bu zaman Bəyverdi hazırda Nəsimi rayon İcra Hakimiyyətində işlədiyini, İlhamın “əmanəti” çatdırdığını, narahat olmamasını, özünün Rəfilin işi ilə ətraflı şəkildə maraqlanacağını qeyd etmişdir. Təxminən 1 ay sonra Rövşən mobil telefon vasitəsilə zəng edib ondan harada olduğunu soruşmuş və İlhamın 1000 manat pul istədiyini, Rəfilin aparıb həmin pulu verəcəyini demiş, pulu verərkən tək olmaması üçün Rəfilin yanında olmasını xahiş etmişdir. Təxminən 10-15 dəqiqə sonra yaşayış kompleksinə çatıb İlhama zəng edərək harada olduğunu soruşmuşdur. İlham bir qədər sonra şəhərciyə çatacağını dediyi üçün “Şakirin kafesi”-nə gedib Rəfilə zəng etməklə oraya çağırmışdır. Bir neçə dəqiqə sonra Rəfil kafeyə gəlmiş və onlar birlikdə İlhamı gözləməyə başlamışlar. Təxminən 15 dəqiqə sonra İlham kafeyə daxil olub onlarla görüşdükdən sonra tələsik şəkildə Rəfildən dərhal pulu verməsini istəmişdir. Buna görə də Rəfil və İlham birlikdə çölə çıxmışlar, ilham pulu götürərək çıxıb getdikdən sonra Rəfil kafeyə daxil olub pulu İlhama verdiyini söyləmişdir. Bundan sonra İlham bir neçə dəfə yaşayış kompleksinin ərazisində görmüş, həmin vaxt Rəfilin işinin nə yerdə qaldığını soruşmuş, İlham isə hər dəfə işin tezliklə düzələcəyini bildirmişdir. Hətta Rövşən bir neçə dəfə onun yanında Bəyverdi ilə telefonda danışmış, həmin şəxs Rövşənə müharibəyə görə başının qarışıq olduğunu, işin mərhələ-mərhələ həllini tapacağını bildirmişdir. Sonradan öyrənmişdir ki, İlham işə düzəltməyə köməklik göstərmək üçün Rövşəndən aldığı ümumilikdə 8000 manat pulu müxtəlif bəhanələrlə qaytarmaqdan imtina etmişdir. Bundan başqa Şahid3 ifadəsində İlhama 8000 manat pulun Rövşənin oğlu Rəfilin fövqəladə hallar orqanlarına işə düzəlməsinə köməklik göstərməsi qarşılığında verildiyini, İlhamın isə həmin pulu Bəyverdi adlı şəxsə verməsini söylədiyini, Rövşən danışdıqlarına əsasən Bəyverdi adlı şəxsin pulun 7000 manatını telefon danışığı zamanı almasını etiraf etdiyini, 1000 manatını isə Rövşənin ona Bəyverdinin qəbul etdiyini danışarkən öyrəndiyini, ancaq Bəyverdi adlı şəxsi heç vaxt görmədiyini, həmin şəxslə heç bir formada ünsiyyətdə olmadığını göstərmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş götürmə aparılması və götürülmüş əşyaya baxış keçirilməsi haqqında 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 2021-ci ildə bibisi X3 ilə birlikdə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərkən onlara təqdim edilmiş, üzərində əl yazısı olan 1 ədəd kağızı könüllü surətdə istintaqa təqdim etmiş, həmin kağıza baxış keçirilərkən üzərində “Nəsimi rayon İcra Hakimiyyətinə Kəlbəcər rayonundan məcburi köçkün hazırda Oğuz rayonu Dəmədərə kəndində yaşayan Təqsirləndirilən şəxs tərəfindən t 050 899 9932, Ərizə, Yazaraq bildirirəm ki, iki il yarım öncə əvvəldən tanıdığım Zərərçəkmiş şəxs onun oğlunun işə düzəltmə adı ilə 3500 Azn və ya 8000 min dollar olmaqla pul almışam. Bunu edərkən Şahid2 adından istifadə etmişəm. Lakin keçən müddət ərzində mən aldığım pulun çox hissəsini qaytarmışam və hazırda 4000 manata yaxın borcum qalıb. Qalan borcumu isə hissə- hissə ödəyəcəm. Bu işlərin Şahid2 heç bir aidiyyəti yoxdur və Nəsimi Rayon İcra Hakimiyyətinə bununla bağlı müraciət edən vətəndaş Brilliant Hacıyevə ilə bağlı heç bir əlaqəsi və aidiyyəti yoxdur. Bu proses polisin nəzarətindədir. Ərizəni özüm yazdım imzamla təsdiq edirəm, itirdiyim şəxsiyyət vəsiqəsini bərpa etdikdən sonra ərizəni notarial qaydada təsdiq edəcəyəm, İmza (imza) Təqsirləndirilən şəxs” sözlərinin yazıldığını müəyyən edilmişdir. Həmin kağız sübut əhəmiyyətinə malik olduğu üçün müvafiq qaydada götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş götürmə aparılması haqqında 21 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 istintaqa Təqsirləndirilən şəxs ilə arasında baş tutmuş telefon danışığı zamanı qeydə alınmış səs yazısının köçürüldüyü 1 ədəd “DVD” disk təqdim etmiş və həmin disk götürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş diskə məhkəmədə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şahid2 21 aprel 2023-cü il tarixli istintaqa təqdim etdiyi, üzərində “BİNGO DVD-R up to 16X 4.7GB/120 min content Made in Taiwan” yazıları olan 1 (bir) ədəd “DVD” diskdə “AUD-20230609- WA0000” adlandırılmış “MP3” formatlı fonoqram vardır. Həmin fonoqram xidməti kompüterin proqram təminatı vasitəsilə açıldıqda baxış keçirilməsində iştirak edən Şahid2 həmin fonoqramın Təqsirləndirilən şəxs ilə arasında baş tutmuş telefon danışığı zamanı qeydə alındığını və aralarında baş tutmuş dialoqu əks etdirdiyini, birinci səsin özünə, digər səsin isə Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 16 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Təqsirləndirilən şəxs 04 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ancaq Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan ittihamı elan etmək mümkün olmamışdır. 04 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istintaq orqanından gizləndiyi üçün barəsində axtarış elan edilmiş və həmin tarixdə Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. 04 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yeri müəyyən edilib tutularaq istintaqa təhvil verildiyindən həmin tarixdə cinayət işi üzrə icraat təzələnmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 4 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi məqsədilə Abşeron rayon məhkəməsinə təqdimatla müraciət edilməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroruna vəsatətlə müraciət olunmuş, ancaq Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən vəsatətin təmin edilməsindən imtina olunması və şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərar qəbul edilmişdir. 5mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 18 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmiş və həmin tarixdə Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. 08 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yeri müəyyən edilib tutularaq istintaqa təhvil verildiyindən həmin tarixdə tərəfimdən cinayət işi üzrə icraat təzələnərək iş üzrə ibtidai istintaq davam etdirilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda Təqsirləndirilən şəxs dəymiş ziyanın iyirmi beş faizi miqdarında yəni 2000 (iki min) manat dövlət büdcəsinə ödəniş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə istintaqından yayındığından Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin qərarı əsasında xx.xx.2023-cü il tarixdə saxlanılaraq Abşeron rayon Polis İdarəsi MSY-nə təhvil verilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunmalı, dərhal məhkəmə zalında həbsdən azad olunmalıdır. Cinayət nəticəsində dəymiş ziyan məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 73-1.1, 156, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübut olan q ədəd DVD disk iş materiallarında saxlanılsın. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar