Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-601/2022 21.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi vəkil X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1976-cı ildə Kəlbəcər rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kəlbəcər şəhəri Q.Nəbi küçəsi ev 80-da qeydiyyatda olan və Abşeron rayonu Masazır kəndi Ə.Əliyev küçəsi ev 22-də yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək qızı Şahid xx.xx.2021-ci il tarixdə 2021/2022-ci tədris ili üçün Bakalavriat səviyyəsi üzrə keçirilmiş test imtahanlarından 462.70 ümumi nəticə balı toplaması ilə bağlı Bakı Dövlət Üniversitetinin «Dövlət və ictimai münasibətlər» fakültəsinə qəbul etdirəcəyinə yalandan vəd verərək aldadıb bu məqsədlə 19 avqust 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı ünvan 1 ünvanda 7500 manat pulunu alıb ələ keçirərək zərəçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2021-ci ilin iyul ayından etibarən tanıyır. Zərərçəkmiş şəxs ilə Abşeron rayonu Mehdiabad qəsəbəsində Elvin adlı qohumu vasitəsi ilə tanış olmuşdur. Həmin vaxtdan normal münasibəti olmuşdur. 2021-ci ilin təxminən avqust ayının 18-də o, Cəlalla görüşmüş, Cəlal ona qızı Şahid 2021/2022-ci il tədris ili üçün keçirilmiş test imtahanlarından 462.70 ümumi nəticə balı toplayıb, lakin topladığı həmin bal onun istədiyi «Dövlət və ictimai münasibətlər» fakültəsinə düşmədiyini bildirmişdir. Həmin vaxtı onun pula ciddi ehtiyacı olduğu üçün, Cəlala kömək etmək məqsədi ilə onun Təhsil Nazirliyində tanışı olduğunu bildirmişdir. Lakin o, özündə Aynurun özü-özünə Bakı Dövlət Unverstetinə keçə biləcəyini fikirləşmişdir.Lakin Cəlala yalandan tanışlarının köməkliyi ilə qızı Şahidın istədiyi «Dövlət və ictimai münasibətlər» fakültəsinə keçirəcəyinə əmin edib, bunun üçün təhsil haqqı kimi 7500 (yeddi min beş yüz) manat pul tələb olunduğunu bildirmişdir. Bundan sonra Cəlal pul tapmaq üçün getmiş, səhəri günü yəni 19 avqust 2021-ci ildə axşam radələrində Cəlal onun yaşadığı ünvan 1 ünvana idarə etdiyi Opel markalı avtomobili ilə gəlmiş orada ondan və Cəlaldan başqa heç kəs olmamışdır. O, 7500 manat pulu Cəlaldan götürmüş və Cəlalı narahat olmamasına ali məktəblər açılan kimi qızı Aynur «Dövlət və ictimai münasibətlər» fakültəsinə qəbul olacağına, 1-ci kursa gedəcəyinə əmin etmişdir. Bundan sonra Cəlal çıxıb getmişdir. O, Zərərçəkmiş şəxs aldığı pulu ehtiyaclarına xəstə olduğum üçün müalicəsinə xərcləmişdir. Lakin ali məktəblər açılmış, Aynur kodlaşdırma aparmadığı üçün adı qəbul olanların siyahsında çıxmamışdır. O, da Aynura köməklik göstərə bilməmişdir. Sonradan isə onun Cəlalla münasibətləri korlanmış, Cəlal ona verdiyi 7500 manat pulunu geri tələb etmişdir. O, da Zərərçəkmiş şəxs pulunu geri qaytara bilməmişdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayından tanımışdır. Onunla münasibəti yaxşı olduğundan bir-birilərin evinə gediş-gəlişləri olmuşdur.Qızı Şahid xx.xx.2021-ci il tarixdə X5 tərəfindən keçirilən tələbə qəbulu test imtahanından 462.70 ümumi nəticə balı toplamışdır. Bir valideyn olaraq övladının istəyi unverstetə və istədiyi ixtisasa yiyələnə bilməsi üçün həyacan və narahatçılıq keçirmişdir. Qızı Şahid nəticə balı istədiyi ixtisasa yəni «Dövlət və ictimai münasibətlər» fakültəsinə keçiməsi üçün yetərli olmadığı üçün bir neçə müəllimlərlə görüşüb danışaraq məsləhətləşmiş və qızı Aynurun topladığı ball üzrə digər ixtisaslara keçirilməsi üçün kodlaşdırılmasına yardım etməsini xahş etmişdir. Həmin vaxtı tanışları Aynurun hazırlıq müəllimi tərəfindən 18 avqust 2021-ci il tarixdə Aynurun topladığı test ballı üzrə kodlaşdırma aparılmışdır. Lakin müəllimə Aynurənin bir daha fikirləşməsini və hansı fakültəni istəsə yerdəyişmə edəcəklərini bildimişdir. Onlar oradan çıxıb evə gedərkən tanışı Təqsirləndirilən şəxs təsədüfdən zəng vurub keyfini-halını soruşanda o, Zaura qızı Aynur tələbə qəbulu test imtahanından 462.70 bal toplayıb, lakin istədiyi fakültəyə düşmədiyini bildirmişdir. Həmin vaxtı Zaur telefonda ona Təhsil Nazirliyində tanışı olmasını və yüzlərlə belə tələbələrə köməklik göstədiyini demişdir. Bununla bağlı təcili görüşmək istədiyini bildirmişdir. Elə həmin günü o, Zaurun yaşadığı Abşeron rayonu Masazır kəndi Ə.Əliyev küçəsi 22 ünana gedib Zaurla görüşmüşdür. Zaur evlərində onu qızı Aynurənin topladığı test imtahanından 462.70 bal üzrə Bakı Dövlət Unverstetinin «Dövlət və ictimai münasibətlər» fakültəsinə düzəldilməsinə əmin etmişdir. Zaur bunun müqabilində ondan təcili olaraq təhsil haqqı üçün əvvəlcədən ödənilməli 7500 (yeddi min beş yüz manat) pul lazım olduğunu bildirmişdir. O, da Zaurun sözlərinə inanıb gedib borc pul tapmışdır. Həmin günün səhərisi, yəni 19 avqust 2021-ci il tarixdə saat 20 radələrində Zaurun yaşadığı Abşeron rayonu Masazır kəndi Ə.Əliyev küçəsi 22 ünvanında Zaura vermişdir. Zaur da pulu götürüb sayaraq ona qızı Şahid artıq Bakı dövlət unverstetinin tələbəsi olduğunu vəd vermişdir. Hətta kodlaşmanın Zaurun tərfindən aparllacağını da bildirmiş, tələbələrin adları siyahıda çıxanda qızı Şahid da adı siyahıda çıxacağını əlavə etmişdir. O, da Zaura arxayın olub qızı Aynuru da tələbə olması münasibəi ilə təbrik etmişdir. Lakin bundan sonra 2021-ci ilin sentyabr ayında tələbələrin qəbulu ilə bağlı siyahıda adlar çıxmış, lakin qızı Aynurun adı çıxmamışdır. O, dərhal bununla bağlı Zaurla danışmış, Zaur narahat olmamağını yeni adlar çıxacağını, həmin siyahıda da Aynurun adı da olacağını bildirmişdir. Bundan sonra siyahılar çıxmamış, o, Zaurla danışmış, lakin Zaur yenədə müxtəlif bahanələr gətirirək onu aldatmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Lakin Təqsirləndirilən şəxs ilə barışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 2021-2022-ci il tarixdə 3-cü qrup üzrə Bakalavr səviyəsi üzrə keçirilmiş test imtananı vermiş, 3–cü ixtisas üzrə mümkün olan maksimal 700 baldan 462.70 bal toplamış, 3-cü qrup üzrə bəzi ixtisas üzrə keçid balı qazanmışdır. Onun istədiyi Dövlət və ictimai münasibətlər fakültəsinə keçmək arzsunda olmuşdur. Lakin onun topladığı bal həmin ixtisas fakültəsi üzrə keçid balı yetər sayda olmamışdır. Həmin fakültəyə daxil olmaq üçün 500 baldan yuxarı tələb olunurdu. Lakin ixtisasını kodlaşdırmaq ərəfəsində atası ona evlərinə gəlib-gedən Təqsirləndirilən şəxs təhsil Nazirliyində yaxın tanışı olduğunu dediyini bildirmişdir. Zaur onun topladığı keçid balını istədiyi Dövlət və ictimai münasibətlər fakültəsinə keçirə biləcəyini bunun üçün pul lazım olduğunu bildirmişdir. Həmin vaxtı, yəni 19 avqust 2021-ci il tarixdə Zaur onun məsələsinin həlli üçün 7500 manat pul lazım olduğunu bildirmiş, atası da həmin pulu qohumlardan hiss-hissə yığaraq toplamış və həmin məbləglə pulu Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Ə.Əliyev 22 ünvanında vermişdir. Zaur da atasına «Cəlal elə bil ki, qızın Aynur istədiyi Dövlət və ictimai münasibətlər fakültəsinə qəbul olub» sözünü demişdir. Bu məsələnin sentyabr ayına kimi həllini tapıb dərsə gedəcəyni bildirmiş, lakin həmin vaxtı sentyabr 25-də ali məktəblərdə dərslər başlamışdır. Onun adı həmin qəbul siyahsında çıxmamışdır. Bununla bağlı atası Cəlal Zaurla telefonda danışmış, Zaur atasına və ailə üzvlərinə müxtəlif bahanələr gətirərək onlarıaldatmışdır. Sonradan yəni 2021-ci il tarixdə dekabr ayı ərzində o, istifadəsində olan 070 832 29 82 mobil nömrəsindən Zaurun istifadəsində olan 050 321 32 32 mobil telefon nömrəyə zəng vurmuş, əsəbindən ağlaya-ağlaya Zaur dayı deyərək müraciət etmişdir. Zaur dayı yenə də ona müxtəlif bahanələr gətirirək ona yalan vədd verib düzələcəyini demiş, tanışlarının hamısı ali məktəblərə getdiyi, lakin Zaur dayının ucbatından kodlaşdırma apara bilmədiyi üçün o, həyacandan özünü saxlaya bilməmişdir. Onun istifadəsində olan İPHONE markalı mobil telefonu danışıqları yazmış ona görə də Zaurla danşıqlarını telefonda yazılmışdır. O, həmin danışıqları CD diskə köçürüb istintaqa oraqanına təqdim etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam şəkildə ödənilmiş, lakin onunla barışmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid istifadəsində olan 070 832 29 82 mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 050 321 32 32 mobil nömrəsinə olan qarışıqlı danışıqların qeydə alındığı bir ədəd SD disk maddi sübut kimi tanınməış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nın 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən himayəsində iki azyaşlı uşağının olması, o cümlədən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 04 ay 02 günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında həbsdən azad edilməlidir. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 04 ay 02 günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 03 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-601/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-601/2022
21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver