Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-601/2024 18.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1983-cü il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, avtodayanacaqda nəzarətçi işləyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Kakalos kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 noyabr 2023-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən «Araz» marketin qarşısında avto dayanacağa nəzarət edən zaman oraya taksi ilə gələn Zərərçəkmiş şəxs taksi sürücüsü ilə sözlə mübahisə etməsini görüb sonuncunu sakitləşdirib avtomobildən düşürməsi səbəbindən aralarında mübahisə yarandığından marketin arxa tərəfinə şəhid Səbuhi Hüseynov küçəsinə keçdikdən sonra sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs onun ünvanına söyüş söyməsi və yumruqla vurmağa cəhd etməsi səbəbindən əsəbləşərək yumruqla sifət nahiyəsinə qəsdən bir neçə dəfə vurub yerə yıxaraq Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinin şişkinliyi, sıyrığı, burun nahiyəsinin əzilmiş yarası, qançırı, üzün sol almacıq və yanaq nahiyələrinin qançır şişkinliyi, sağ gözaltı nahiyənin və göz qapaqlarının, sol gözaltı nahiyənin və gözün alt qapağının qançırları, alt dodağın selikli qişasının və dilin ucunun əzilmiş yaraları, qansızması, çənə nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketin qarşısında avtomobillərin parklanmasına nəzarət edir. 26 noyabr 2023-cü il tarixdə Araz marketin qarşısında olarkən saat 23 radələrində marketin qarşısında taksi dayandığını və taksi sürücüsü ilə maşında olan sərnişinin mübahisə etmələrini görmüşdür. Həmin vaxt taksi sürücüsü sərnişinə maşından düşməsini tələb etmiş, sərnişin isə sərxoş vəziyyətdə olduğu üçün mübahisə edərək nalayiq söyüşlər söymüşdür. O, avtomobildə qadın sərnişin olduğunu görüb həmin maşına yaxınlaşmış və onları sakitləşdirib sərxoş vəziyyətdə olan şəxsə maşından düşməsini və söyüş söyməməsini demişdir. Onları sakitləşdirib taksini yola saldıqdan sonra avtomobildən düşən sərxoş vəziyyətdə olan şəxs taksidən düşürtdüyü üçün onunla mübahisə etmişdir. O, həmin şəxsə maşında qadın olduğu halda söyüş söydüyü və mübahisə olmasın deyə maşından düşürməsini demişdir. Həmin şəxs isə onun ünvanına nalayiq söyüşlər söyərək təhqir etməyə başlamış və sinəsindən tutub onu marketin sağ tərəfindəki qaranlıq küçəyə çəkib aparmışdır. O, həmin şəxsin sərxoş olduğunu görüb özündən kənarlaşdırmaq istəmişdir. Həmin şəxs isə onun ünvanına varyox və arvad-uşaq söyüşü işlədib cibindən pul çıxarıb “mənim pulum var səni döyüb gedib özümü qurtararam” deyib sifətinə yumruq atmışdır. O, başını geri çəkdiyi üçün zərbə ona dəyməmişdir. Həmin şəxsin onu vurmaq istəməsini görüb yumruqla bir neçə dəfə sifət nahiyəsinə vurmuşdur.Nəticədə həmin şəxs yerə yıxılmışdır. O, mübahisə davam etməsin deyə oradan marketə tərəf getmişdir. Təxminən 15-20 dəqiqə sonra o, mübahisə etdiyi şəxsin gedib-getməməsini bilmək üçün mübahisə etdiyi yerə qayıtmışdır. Lakin orada heç kimin olmadığını görmüşdür. Səhəri gün o, işdə olan zaman polis əməkdaşları ona yaxınlşıb gecə Samir adlı şəxsi döydüyümü və həmin şəxsin xəsarət alaraq xəstəxanaya daxil olduğunu bildirmişlər. O, baş verən hadisə barədə polis əmkdaşlarına məlumat vermişdir. Samirlə aralarındakı mübahisə sonuncunun sərxoş vəziyyətdə onun ünvanına söyərək onu vurmağa cəhd göstərməsi səbəbindən baş vermişdir. Samirlə aralarındakı mübahisə Masazır qəsəbəsi Ə.Vahid küçəsində Araz marketin sağ tərəfindəki qaranlıq küçədə baş vermişdir. Həmin vaxt onların yanında kənar şəxslər olmamışdır. Aralarındakı mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Mübahisə zamanı o, heç bir xəsarət almamışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq işləmir.Fərdi əmək fəaliyyətlə məşğul olur. 26 noyabr 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində «Uğur» şadlıq sarayında qonşusunun oğlunun kiçik toy məclisində iştirak etmişdir. Toyda həddən artıq spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə olmuşdur. Saat 23 radələrində Masazır qəsəbəsi Ə.Vahid küçəsində adam başı 1 manata işləyən nömrə nişanı yadında qalmayan taksiyə əyləşmişdir. Ondan başqa da avtomobildə müştərilər olmuşdur. Mən taksi sürücüsündən xahiş etmişdir ki, onu yaşadığı evin yanına aparıb düşürsün əlavə pul verəcək.Lakin taksi sürüıcüsü onu evə apara bilməyəcəyini, çünki maşında başqa müştərilər olduğunu bildirmişdir. O, taksi sürücüsü ilə mübahisə etdiyi üçün, sonuncu avtomobili «Araz» marketin qarşısında saxlayıb avtomobildən düşməsini tələb etmişdir. O, avtomobildən düşmədiyi üçün sürücü ilə söz mübahisəsi yaranmış və əsəbləşdiyi üçün uca səslə sürücüyə iradlarını bildirmişdir. Bu vaxt «Araz» marketin qarşısında dayanacağa nəzarət edən orta yaşlı şəxs ona yaxınlaşıb söyüş söyməməyi avtomobildə qadın olduğunu bildirmiş və onu avtomobildən düşürüb sürücünü yola salmışdır. Həmin şəxsin onu avtomobildən düşürməsi səbəbindən söz mübahisəsi etmişdir. Mübahisə zamanı həmin şəxsə söyüşlər işlətmişdir. Həmin şəxs ona söyüşlə cavab verdiyi üçün sonuncunu marketin yan tərəfindəki küçəyə çəkib orada mübahisə edərək söyüş söydüyü üçün sifətinə yumruq zərbəsi atsa da başını arxaya çəkdiyi üçün zərbə dəyməmişdir. Bundan sonra həmin şəxs yumruqla sifət nahiyəsinə 2-3 dəfə zərbə vurmuş və zərbə nəticəsində mən yerə yıxılmış və huşu özündən getmişdir. Özünə gəlib yaxınlıqda olan tanımadığı evin qapısını döyüb həyətdə sifətinin qanını yuduqdan sonra tanımadığı şəxs onu öz maşını ilə xəsarət aldığı üçün Abşeron rayon xəstəxanasına aparmışdır. Xəstəxanada olan zaman polis əməkdaşları ondan hadisə ilə bağlı soruşub izahatını almışlar. Səhəri gün polis məkdaşları onunla mübahisə edən və onu döyən şəxsi müəyyən edib polis idarəsinə gətirmişdilər. Həmin şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Emin «Araz» marketin qarşısında avtomobillərin parklanmasına nəzarət etdiyini gecə sərxoş vəziyyətdə ünvanına nalayiq söyüşlər söydüyü və əlbəyaxa olduğu üçün onu vurduğunu bildirmişdir. Həmin vaxt Emin etdiyi hərəkətdən peşman olduğunu bildirmişdir. Hadisə zamanı o, sərxoş olduğu üçün Eminlə mübahisə edib sonuncunu söymüşdür. Həmin vaxt orada kənar şəxslər olmamış, aralarındakı mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 2589 nömrəli və xx.xx.2024-cü il tarixli, 04Ə nömrəli rəylərindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın ənsə nahiyəsinin şişkinliyi, sıyrığı, burun nahiyəsinin əzilmiş yarası, qançırı, üzün sol almacıq və yanaq nahiyələrinin qançır şişkinliyi, sağ gözaltı nahiyənin və göz qapaqlarının, sol gözaltı nahiyənin və gözün alt qapağının qançırları, alt dodağın selikli qişasının və dilin ucunun əzilmiş yaraları, qansızması, çənə nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, yetirilmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən əllə və yumruqla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliyin tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməli; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-601/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-601/2024
18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver