Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-603/2020 03.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 24 radələrində ünvan 2 ünvanda, yaşadıqları evdə olan zaman Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında sonuncunun, azyaşlı övladlarını ağlatması ilə bağlı zərərçəkmişə irad bildirərək onu söyüb təhqir etməsi və Zərərçəkmiş şəxs da əri Təqsirləndirilən şəxs təhqiramiz ifadə ilə cavab qaytarması səbəbindən mübahisə yaranmış və ailə münasibətləri zəminində baş vermiş bu mübahisə zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs sifət, baş və sol çiyin nahiyələrinə bir neçə dəfə yumruq zərbələri vurmaqla ona alın nahiyəsinin sol hissəsinin dərialtı hematoması, sol gözün qişasına qansızma ilə müşayiət olunan və sol gözün görmə itiliyinin zəifləməsi ilə nəticələnən sol gözətrafı yumşaq toxumaların- sol üst və alt göz qapaqlarının, sol gözaltı nahiyə də daxil olmaqla qançır-şişkinliyi, sol çiyin qurşağının qançırından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqında cinayət əməlini törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verməklə bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə 2015-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan onların 1 övladı dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olsa da son zamanlarda aralarında bəzən mübahisələr yaranmağa başlamışdır.xx.xx.2020-ci il tarixdə, saat 10 radələrində o, işdən evə qayıdaraq yemək yeyib bir qədər spirtli içki qəbul etmiş, daha sonra isə yatmışdır.Həmin gün saat 20 radələrində yuxudan oyandıqdan sonra o, öz mobil telefonunu Elmiradan istəmiş, sonuncu isə telefonu ona verməsi üçün azyaşlı qızı Fatiməyə vermişdir.Lakin azyaşlı Fatimə telefonu ona verməyərək oynamağa başlamışdır. Bu zaman Elmira telefonu əlindən alıb ona verdiyi üçün Fatimə ağlamağa başlamışdır. Bu hərəkətinə görə o, Elmiraya əsəbləşmiş və onlar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Elmira ona cavab qaytardığından o, Elmiranı söyüb-təhqir etmiş, daha sonra isə sakitləşmişdir. Həmin gün saat 24 radələrində Elmira Fatiməni yatızdıran zaman eyni mövzuda onlar arasında yenidən mübahisə yaranmış və bu mübahisə zamanı o, Elmiranı bir daha söyüb-təhqir etmişdir.Lakin bu dəfə Elmira da ona təhqirlə cavab qaytardığından o, əsəbləşərək Elmiranın sifət nahiyəsinə yumruqla 2 dəfə zərbə endirmiş və çiyin nahiyəsindən tutaraq onu itələmişdir. Həmin vaxt onun anası Növrəstə yaranmış səs-küyü eşidərək onların yanına gələrək onları sakitləşdirmişdir. Bundan sonra Elmira Fatiməni də götürərək evdən çıxıb getmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmançılıq çəkir, zərərçəkmiş şəxslə barışmışdır, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxslə 2015-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan onların bir qız övladı dünyaya gəlmişdir. Lakin ailə qurduqdan sonra o, Vüqarın spirtli içki aludəçisi olduğunu bilmiş və məhz bu səbəbdən də sonuncu sərxoşluğu təsiri altında ailədə mütəmadi və əsassız mübahisələr yaratmışdır. Buna baxmayaraq o, ailəsinin dağılmaması üçün, eləcə də davranışlarında müsbətə doğru dəyişiklik olacağına ümid edərək Vüqar barəsində hər hansı bir quruma şikayət etməmişdir. xx.xx.2020-ci il tarixdə, səhər saatlarında Vüqar işdən evə gəlmiş və yenə də spirtli içki qəbul etdikdən sonra yatmışdır. Həmin gün saat 20 radələrində yuxudan oyanan Vüqar öz mobil telefonunu ondan istəmiş, o isə öz növbəsində həmin telefonu Vüqara vermək istəyərkən ev telefonuna zəng gəldiyindən atasına verməsi üçün Vüqarın telefonunu 2 yaşlı qızı Fatiməyə vermişdir. Lakin Fatimənin telefonu atasına vermədiyini görüb həmin telefonu uşaqdan alıb Vüqara vermişdir. Həmin vaxt Fatimə ağlamağa başladığından Vüqar buna əsəbləşmiş və telefonu uşağa verib, təkrar əlindən almasına görə ona irad bildirmişdir. Bu səbəbdən onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Vüqar onu söyüb-təhqir etmişdir. Lakin bir qədər sonra mübahisə sakitləşmişdir. Həmin gün saat 24 radələrində o, Fatiməni yatızdırıb yanında uzanan zaman Vüqar yenə də onu söyüb-təhqir etməyə başlamış, o isə öz növbəsində cavab qaytaran zaman Vüqar yumruqla onun sol göz nahiyəsinə, sol çiyin və baş nahiyələrinə bir neçə dəfə zərbələr vurmuşdur. Bu zaman qayınanası Növrəstə onları sakitləşdirmək əvəzinə iradını ona bildirməklə oğlunun tərəfini saxlamışdır. Buna görə də o, qızı Fatiməni də götürərək atası evinə getmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid da eyni məzmunlu ifadə verərək zərərçəkmiş və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxs və şahid ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 2111 nömrəli rəyindən görünür ki, İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 2111 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – alın nahiyəsinin sol hissəsinin dərialtı hematoması, sol gözün qişasına qansızma ilə müşayiət olunan və sol gözün görmə itiliyinin zəifləməsi ilə nəticələnən sol gözətrafı yumşaq tozumaların- sol üst və alt göz qapaqlarının, sol gözaltı nahiyə də daxil olmaqla qançır-şişkinliyi, sol çiyin qurşağının qançırı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs X2 tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxs X2 ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Buna görə də cinayət əməlini törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqda qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı cinayət əməlini törətmiş şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, cinayət əməlini törətmiş şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat məbləğdə pul, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat məbləğdə pul, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğdə pul hesabına köçürülsün. İş üzrə maddi subut və mülki iddia yoxdur. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik dən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-603/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-603/2020
03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver