Məhkəmə qərarları › İş №1(012)-604/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-604/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-604/2024 23.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1983-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Şahmarov X8 Rayon Məhkəməsinin 2(049)-1304/2019 saylı, xx.xx.2019-cu il tarixli aliment tələbinə dair qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Lənkaran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, 7540,00 manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, X11 ilə birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X7 adlı uşaqları dünyaya gəlmiş, həmin ərəfədə o, törətdiyi cinayət əməlinə görə o, Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmişdir. O, azadlığa çıxdıqdan bir müddət sonra aliment verməsi üçün Amilə məhkəməyə müraciət etmiş və Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən qızı xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər ay 100 manat məbləğində aliment təyin edilmiş, bir müddət ödəniş etsə də, sonradan ödəniş edə bilməmişdir. Zərərçəkmiş şəxs aliment miqdarının artırılması üçün məhkəməyə müraciət etmiş, alimentin miqdarı artırılaraq hər ay 160 manat müəyyən edilmişdir. Alimenti tam ödəyə bilmədiyi üçün barəsində 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra onun barəsində olan icra işi faktiki yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Hazırda o, fərdi əmək fəaliyyəti ilə məşğuldur, tikintilərdə fəhləlik edir. O, başqa qadınla ailə qurmuş, birgə nikahdan 1 körpə uşağı var, lakin nikahları rəsmiləşdirilməmişdir. Barəsində cinayət işi başlanılandann sonra hazırkı vaxta qədər 1200 manata qədər aliment ödəmiş, lakin bir hissəsinin ödənişini təsdiq edən qəbzləri olmasada 700 manat ödəmə ilə bağlı sənədləri vardır. Aliment ödəməkdən qərəzli yayınmadığını, bir hissəsini könüllü olaraq ödədiyini, himayəsində azyaşlı övladının olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla birgə nikahdan 04 mart 2011-ci il əvəllüdlü X5rı olmuş, qısa müddətdən sonra onlar faktiki olaraq ayrılmışdırlar. Bundan sonra isə sonuncu cinayət törətdiyinə görə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, bu müddət ərzində uşağı özü saxlamış və aliment tələb etməmişdir. Təqsirləndirilən şəxs 2015-ci ildə azadlığa çıxdıqdan sonra uşağı ilə maraqlanmamış və uşağın böyüdülməsi üçün maddi dəstək göstərməmişdir. Ərizəsi əsasında Quba Rayon Məhkəmənin 2(027)-5133/2016 saylı xx.xx.2016-ci il tarixli qətnaməsi ilə 100 manat alimentin tutularaq ona ödənilməsi qət edilmiş, Lənkaran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(049)-1304/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən qətnamə qanuni qüvvəyə mindiyi xx.xx.2019cu il tarixdən başlayaraq alimentin miqdarı artırılaraq hər ay 160 manat sabit pul məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və aliment ödəmədiyinə görə Lənkaran Rayon Məhkəməsinin qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin bundan nəticə çıxarmamışdır. Məsuliyyətdən yayınmaq üçün cüzi miqdarda, yəni bir il ərzində 700 manat ödəniş etmişdir. Hazırda 8000 manatdan artıq aliment borcu vardır. Təqsirləndirilən şəxs səhlənkar olmaqla etinasız biridir belə ki, uşağının əməliyyat olunması barədə məlumatı olsa da bir dəfə də olsa övladı ilə maraqlanmamışdır. O, uşağını çətintilklə böyüdür. Təqsitləndirilən şəxsdən aliment borcunu tam şəkildə ödəməsini tələb etdiyini bildirməklə, əks təqdirdə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, o, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1304/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq borclu Təqsirləndirilən şəxs hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi və 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə köçürülməsi qərara alınmışdır. Qeyd edilən icra vərəqəsi Lənkəran rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2023-ci il tarixli məktubla Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmiş və xx.xx.2023-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 2(049)- 1304/2019 saylı xx.xx.2019-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Şahmarov X9 Rayon Məhkəməsinin xx.xx.2023ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Borclu Təqsirləndirilən şəxs işlə təmin olunması məqsədilə 7 saylı Ərazi Məşğulluq Mərkəzinə müraciət olunmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin Tabeliyində X3 X1 filialı tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli cavab məktubunda Təqsirləndirilən şəxs ilə əlaqə (***-***-**-**) saxlanılaraq ona MEİS-də işaxtaran və ya işsiz kimi qeydiyyata alınmasl, həmçinin məşğulluğun təmin edilməsi istiqamətində lazımı tədbirlərin görülməsi məqsədilə filiala və ya Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin “DOST” mərkəzlərinə müraciət etməsi tövsiyyə olunduğu qeyd olunmuşdur. İcra vərəqəsinin icrası ilə bağlı borclu Təqsirləndirilən şəxs Abşeron rayon icra və probasiya şöbəsinə dəvət edilmiş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borcluya rəsmi xəbərdarlıq edilməklə məhkəmə qətnaməsinin icrası ilə bağlı yeni müddət təyin edilərək borc məbləğinin ödənilməsi üçün borclu Təqsirləndirilən şəxs 5 (beş) gün müddət verilmişdir. Borclu Təqsirləndirilən şəxs bütün bu tədbirlərdən qərəzli şəkildə heç bir nəticə çıxarmamış, aliment borcundan heç bir ödəniş etməmiş və icra sənədi üzrə 8290,00 manat borcun ödənilməsindən qəsdən yayınmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs aliment borcunun məbləği dəqiqləşdirilmiş və müəyyən edilmişdir ki, aliment borcu 7540,00 manat təşkil edir. Borclu alimenti ödəməkdən qərəzli yayındığı üçün Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması üçün təqdimat verilmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 digər Şahid1 oğlunun ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - Quba Rayon Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli, 2(027)-5133/2016 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, iddia qismən təmin olunmuş, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs birgə nikahından xx.xx.2011-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs 07 sentyabr 2016-cı il tarixdən hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Təqsirləndirilən şəxs 25,64 manat dövlət rüsumunun tutularaq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir; - Lənkəran Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli, 2(049)-1304/2019 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, Quba rayon Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, 04 mart 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs hər ay 160 manat sabit pul mənləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir; - Lənkəran rayon İcra və Probasiya Şöbəsinin 11 iyun 2019-cu il tarixli qərardan görünür ki, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir; - Lənkəran rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 8(049)-18/2019 saylı qərardadı ilə Quba rayon Məhkəməsinin 2(027)-5133/2016 saylı, 07 oktyabr 2016-cı il tarixli icra sənədi icra edilənədək borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır; - Lənkəran rayon İcra və Probasiya Şöbəsinin 03 mart 2023-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur; - Lənkəran rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 3(049)-1183/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 08 gün müddətinə inzibati həbs tətbiq edilmişdir; - Lənkəran rayon İcra və Probasiya Şöbəsinin 16 iyun 2023-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs оьлуна мящкямя гятнамясини иъра едилмядийи тягдирдя барясиндя Азярбайъан Республикасы ЪМ-нин 306.1-ъи маддяси иля мясулиййятя ъялб олунмасы барядя хябярдарлыг едилмишдир. - Abşeron rayon İcra və Probasiya Şöbəsinin 14 noyabr 2023-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs оьлуна мящкямя гятнамясини иъра едилмядийи тягдирдя барясиндя Азярбайъан Республикасы ЪМ-нин 306.1-ъи маддяси иля мясулиййятя ъялб олунмасы барядя хябярдарлыг едилмишдир. - X3 X1 Filialının 05 iyul 2023-cü il tarixli məktubuna görə X6 işaxtaran və ya işsiz şəxs kimi qeydiyyatda deyil; - Lənkəran rayon İcra və Probasiya Şöbəsinin 17 oktyabr 2023-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs faktiki yaşadığı ünvan məlum olmadığı üçün onun axtarışı həyata keçirilmişdir. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Abşeron rayon İcra və Probasiya Şöbəsində toplanılmış material əsasında Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlamaqla, icraat qəbul edilmişdir; - “Zərərçəkmiş şəxs kimi tanınmaq” haqqında 23 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır; - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. - “Qətimkan tədbiri seçilməsi” haqqında 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. - “Sübutların qiymətləndirilməsi” haqqında 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxs və şahid ifadələri, habelə icra işinin bütün icra sənədləri sübut növü kimi tanınmışdır. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 29 dekabr 2023-cü il tarixli tələbnamədən və hömlərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin 06 noyabr 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 240 saat islah işləri cəzasına, Lənkaran Rayon Məhkəməsinin 27 may 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 4 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20 avqust 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.3-cü maddəsi ilə təqsirli bilinərək, 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 may 2015-ci il tarixli qərarı ilə 05 ay 16 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzası 24 oktyabr 2015-ci il tarixdə başa çatmışdır. Bundan sonra Abşeron Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 73.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.1-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. Son olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2024cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, 1400,00 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. - Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 21-2/3-98791 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)- 57/2024 saylı, 19 yanvar 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 1400 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Məhkum qeyd edilən cərimə cəzasından hazırki vaxtadək ödəniş etməmişdir. - Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 17/75-204 saylı məktubundan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1304/2019 saylı, 30 aprel 2019-cu il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimat verilən tarixdən sonra borclu Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 700 manat aliment pulu ödənilmişdir. - “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04 mart 2011-ci il təvəllüdlü X7 adlı uşağı vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməsinə görə cinayət məsuliyyətini müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (hal-hazırda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə (hal-hazırda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi) müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin (hal-hazırda İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsi) tələbləri şamil edilmir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 04 mart 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs hər ay 160 manat sabit pul mənləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli, 2(049)-1304/2019 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Lənkəran rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 08 gün müddətində inzibati həbs edilməsinə baxmayaraq, qərəzli olaraq məhkəmə qətnaməsini icra etməmiş, nəticədə xx.xx.2023-cü il tarixədək 7540 manat məbləğində aliment borcu yaranmışdır. Bu hərəkətləri ilə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. ”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, habelə aliment borcu üzrə qismən ödənişlərin edilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs son olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, 1400,00 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi sonuncu əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin hal cinayətlərin residivini yaratmır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətlənirilə bilməz. “Azərbacan Respublikası Ali Məhkəməsinin Plenumunun” 25 iyun 2003-cü il tarixli qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsi əleyhinə olan cinayət törətməsini, alimentin ödənilməməsinin yetkinlik yaşına çatmayan şəxsin mənafeyinə ciddi zərər verməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, o cümlədən onun əvvəllərdə davamlı olaraq cinayət əməllərini törətməsini, əvvəllər barəsində qəbul edilmiş cəzalardan nəticə çıxarmayaraq islah olunmamasını, bununla da əvvəlki cəzaların islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1400 manat cərimə cəzası hazırkı hökmlə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməli, ona hökmlərin məcmusu üzrə cəza təyin edilməli və bu cəzalar müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbirinin həlli, cəzaçəkmə müəssisəsinin rejimi və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması məsələləri ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 23 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs na göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 1(006)-57/2024 saylı hökmü ilə təyin edilmiş 1400 manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilsin, onun üzərində qəti olaraq olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1400 manat məbləğində cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 1400 manat məbləğində cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar