Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-606/2022 17.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi – Vəlizadə Kamal Təbib oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-cı il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli şəhəri M. Məmmədxanov küçəsi ev 17-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Z.Mədətov küçəsi, nömrəsiz evdə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Z.Mədətov küçəsində Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəmnindəki yəni, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun yaşadığı evin həyətində yerləşən tövlədə natəmiz şəkildə iribuynuzlu və xırdabuynuzlu heyvan saxlaması, nəticədə pis qoxu gəlməsi, buna görə də tövlənin yerini dəyişməsini bildirməsi, lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bildirdiklərinə əhəmiyyət verməməsi səbəbindən yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbələr vuraraq ona burun nahiyəsinin burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan qançırı, sıyrığı, sol kürək nahiyəsinin sıyrığı, sol dirsək oynağı nahiyəsinin əzilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına Yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs xeyli müddətdir tanıyır. Belə ki, Teymur onunla qonşuluqda yaşayır. Teymur yaşadığı evin həyətində yerləşən tövlədə iribuynuzlu və xırdabuynuzlu heyvan saxlayır. Teymurun tikdiyi tövlə onun yaşadığı evə demək olar ki, bitişik olduğu üçün yaşadıqları evə pis qoxu gəlir. Bununla bağlı hələ 10 il bundan əvvəl Teymura bildirmiş, Teymur bir neçə dəfə tövlənin yerini dəyişəcəyinə dair söz versə də, heç bir dəyişiklik olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxıb işə gedən zaman yenə də pis qoxunun gəldiyini hiss etmiş, yaşadığı evdən çıxdıqdan bir qədər sonra Teymurun yolun kənarında dayandığını görüb avtomobili saxlamış, Teymura yenə də yaşadıqları evə pis qoxu gəldiyini, tövlənin yerini dəyişəcəyini söz versə də dəyişmədiyini, ən azından peyini onun yaşadığı evin arxasına tökməməsini demiş, Teymur əvvəllər pis qoxu gəldiyini, hal-hazırda pis qoxu gəlmədiyini demiş, o, Teymura pis qoxunun hal-hazırda da gəldiyini bildirmiş, Teymur onun dediklərinə əhəmiyyət verməyərək kobud şəkildə çıxıb getməsini demiş, o, buna görə avtomobildən düşüb Teymura yaxınlaşmış və əlləri ilə yaxasından tutaraq 2 dəfə sillə ilə Teymurun sifət nahiyəsindən zərbə vurmuş, Teymur isə qaçaraq oradan uzaqlaşmış, sonradan Teymurun onun barəsində şikayət etməsindən məlumatı olmuşdur. O, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evin yaxınlığında mübahisə zamanı əlləri ilə Teymurun yaxasından tutaraq 2 dəfə sillə ilə sifət nahiyəsindən zərbə vurduğunu, aralarındakı mübahisənin təxminən 3-5 dəqiqə davam etdiyini, həmin zaman orada başqa heç kəsin olmadığını, mübahisənin yaranma səbəbinin Teymurun öz yaşadığı evin həyətində, lakin onun yaşadığı evə bitişik yerləşən tövlədə iribuynuzlu və xırdabuynuzlu heyvan saxlaması, nəticədə yaşadıqları evə pis qoxu gəlməsi, bununla bağlı Teymura dəfələrlə bildirməsinə baxmayaraq tövlənin yerini dəyişməməsinin olduğunu, Teymurla aralarında olan mübahisə zamanı səs-küy yaranmadığını, oraya kənardan heç kəsin yaxınlaşmadığını və Teymurun mübahisə zamanı ona müqavimət göstərmədiyini bildirdi. Sonda o, məhkəmədən törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Belə ki, Həbib onunla qonşuluqda yaşayır. O, yaşadığı evin həyətində yerləşən tövlədə iribuynuzlu və xırdabuynuzlu heyvan saxlayaraq ailəsini dolandırır. Həmin tövlə isə Həbibin yaşadığı evə bitişikdir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evin yaxınlığında dayanan zaman Həbibin gəldiyini görmüş, Həbib onu görüb avtomobili saxlamış və ona yaşadığı evin həyətində olan peyinə görə pis qoxu gəldiyini deyərək peyini oradan yığışdırmasını bildirmiş, o, yaşadığı evin həyətində olan peyinin bir qədərini yığışdırdığını, qalanını da yığışdıracağını demiş, bu zaman Həbib yaxınlaşaraq yumruqla sifət nahiyəsinə zərbə vurmuş və o, yerə yıxılmış, həmçinin yerdə olan zaman yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, o, bundan sonra ayağa qalxmış və qaçaraq oradan uzaqlaşmış, daha sonra isə Həbib barəsində şikayət etmək qərarına gəlmişdir. O, ifadəsində əlavə olaraq Həbibin xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evin yaxınlığında yumruqla sifət nahiyəsinə zərbə vurduğumu, nəticədə yerə yıxıldığını, həmçinin yerdə olan zaman yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurduğunu, mübahisələrinin təxminən 5 dəqiqə davam etdiyini, həmin zaman orada başqa heç kəsin olmadığını, mübahisənin yaranma səbəbinin Həbibin onun yaşadığı evin həyətində olan peyinə görə pis qoxu gəldiyini deyərək peyini oradan yığışdırmağını bildirməsinin olduğunu, mübahisə zamanı səs-küy yaranmadığını və oraya kənardan yaxınlaşan olmadığını və mübahisə zamanı Həbibi vurmadığını göstərdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş "MTE və PA ETT Birliyi" X5 Abşeron rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 2099 nömrəli rəyindən görünür ki, 1971ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – burun nahiyəsinin burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan qançırı, sıyrığı, sol kürək nahiyəsinin sıyrığı, sol dirsək oynağı nahiyəsinin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələrinin (əl, baş, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş arayışda göstərilir ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 4 sayli MTİİTS-nın rəisinin verdiyi xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Cəfərov X2 rayonu, Güzdək qəsəbəsi, E.Heydərov küçəsi, ev 7-də yaşamaqla müsbət xarakterizə edilir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X1 xx.xx.2010-cu il, X3 xx.xx.2012-ci il tarixdə anadan olmuşlar. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilsin. Onun cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabınaödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-606/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-606/2022
17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver