Məhkəmə qərarları › İş №1(012)-606/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-606/2023

29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-606/2023 29.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 2002-ci ildə Dəvəçi rayonu, Gəndab kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, həmin yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək, üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 21 mart 2023-cü il tarixdə saat 00 radələrində, sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan şəxsin Abşeron rayonu, Masazır qəsəbəsi, C. Məmmədquluzadə küçəsinə daşın altında qoyduğu satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 0,542 qram çəkidə narkotik vasitə olan heroini götürüb əldə edərək üzərində saxlayıb oradan uzaqlaşmaq istərkən, Abşeron rayonu Masazır qəsəbəsi, C. Məmmədquluzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan X2 Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə verdiyi məlumat əsasında Abşeron RPİ-nin post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən həmin ünvanda saxlanılıb, idarənin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən həmin 0,542 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 22 mart 2023-cü il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olsa da, lakin Sumqayıt şəhəri, Xəzər Bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. Narkotik vasitə olan heroin istifadəçisidir. Təxminən bir neçə gün əvvəl sosial şəbəkədə tanımadığı bir şəxslə yazışan zaman həmin şəxs narkotik vasitə olan heroin istəyib-istəmədiyini soruşmuşdur. O da narkotik vasitə istifadəçisi olduğu üçün heroin istədiyini demişdir. Həmin şəxs ilk dəfə olduğu üçün narkotik vasitəni ona pulsuz verəcəyini qeyd etmişdir. O da dostu X4 bu haqda danışmışdır. O, da narkotik vasitə olan heroin istədiyini qeyd etmişdir. Həmin şəxs “Whatsapp” mobil tətbiq vasitəsi ilə ona məkan yollamışdır. Həmin yer Abşeron rayonu, Masazır qəsəbəsinin ərazisi imiş. Ona yolladığı məkanda daşın altında narkotik vasitə olan heroinin orda olduğunu demişdir. 20 mart 2023-cü il tarixdə gecə saat 23 radələrində Abşeron rayonu Masazır qəsəbəsinə birlikdə getmişlər. Onlar ora çatanda artıq 21 mart 2023-cü il gecə saat 00 radələri olarmış. Həmin məkanda göstərilən yerdən narkotik vasitə olan heroini götürüb ciblərinə qoyduqdan sonra olduqları küçənin sakinlərindən bir neçəsi onları görüb gecə saatlarında həmin küçədə nə etdiklərini soruşmuşlar. Onların sakinlərlə aralarında mübahisə yaranmışdır. Sonra sakinlərdən biri DİN-nin 102 xidmətinə zəng edib narkotik vasitənin istifadəsində şübhəli olmaqları barədə məlumat vermişlər. Polis əməkdaşları Masazır qəsəbəsinə gəldikdə o, üzərində narkotik vasitə olduğunu səmimi etiraf etmişdir. Ona görə də onları Abşeron RPİnə dəvət etmişlər. Abşeron RPİ-də otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub- olmadığı soruşulmuşdur. O da əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən çıxardığı (bir) ədəd siqaretin şəffaf rəngli sellofana bükülmüş olan 01 (bir) ədəd bükümdən ibarət olan və həmin bükümün içərisində olan qəhvəyi rəngli, toz formalı, narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin kütlə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokol tərtib olunub qurtardıqdan sonra iştirakçılar tərəfindən doğruluğu təsdiq olunması üçün imzalanmışdır. Həmin narkotik vasitəni 21 mart 2023-cü il tarixdə tanımadığı heç adını bilmədiyi şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində qoyduğu yerdən götürmüşdür və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 21 mart 2023-cü il tarixdə üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini elə həmin tarixdə gecə saat 00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində anket məlumatlarını bilmədiyi şəxsin qoyduğu yerdən götürüb üzərində şəxsi istifadəsi üçün saxlamışdır. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Aldığı heroini də özü istifadə etmək üçün üzərində saxlamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində iş yoldaşları Şahid2 və Şahid3 ilə birlikdə xidmətdə olarkən növbətçi hissəsnin verdiyi məlumat əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsinə yaxınlaşmışlar. Onlar həmin küçəyə yaxınlaşdıqda orada olan sakinlər iki nəfər şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olduqlarını bildirmişlər. Onlar da narkotik vasitələrin istifadəsində şübhəli olan həmin iki nəfər şəxsə özlərini təqdim etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən sənədin olubolmamasını soruşduqda, həmin şəxslər üzərində hər hansı şəxsiyyətini təsdiq eden sened olmadığını bildirmişlər. Onlar həmin şəxslərin şəxsiyyətini təsdiq etmək üçün və narkotik vasitələrin istifadəsində şübhəli bilib Abşeron RPİ-nə gətirən zaman həmin şəxslər üzərlərində narkotik vasitə olduqlarını etiraf etmişlər. Abşeron RPİ-də məlum olmuşdur ki, həmin şəxslərdən biri Təqsirləndirilən şəxs və X5r. Abşeron RPİ-nin xidməti otaqların birində biri Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olundu. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olundu ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümdə qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Emin bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroindir. Emin həmin narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində qoyduğu yerdən əvəzsiz olaraq şəxsi istifadəsi götürdüyünü və üzərində daşıdığını bildirmişdir. Bundan sonra Abşeron RPİ-nin xidməti otaqların birində biri X4 hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda X4 təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra X6 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümdə qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Cavidan Hüseynovun üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Cavidan Hüseynov və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Cavidan Hüseynovdan əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Cavidan bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroindir. Cavidan həmin narkotik vasitə olan heroini xx.xx.2023- cü il tarixdə tanımadığı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində qoyduğu yerdən əvəzsiz olaraq şəxsi istifadəsi götürmüş və üzərində daşımışdır. Təqsirləndirilən şəxs və X3 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Cavidana qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmədə Şahid2 elan olunmuş ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində iş yoldaşları Şahid3 və Şahid1 ilə birlikdə xidmətdə olarkən növbətçi hissəsnin verdiyi məlumat əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsinə yaxınlaşmışlar. Onlar həmin küçəyə yaxınlaşdıqda orada olan sakinlər iki nəfər şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olduqlarını bildirmişlər. Onlar da narkotik vasitələrin istifadəsində şübhəli olan həmin iki nəfər şəxsə özlərini təqdim etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən sənədin olub- olmamasını soruşduqda, həmin şəxslər üzərində hər hansı şəxsiyyətini təsdiq edən sənəd olmadığını bildirmişlər. Onlar həmin şəxslərin şəxsiyyətini təsdiq etmək üçün və narkotik vasitələrin istifadəsində şübhəli bilib Abşeron RPİ-nə gətirən zaman həmin şəxslər üzərlərində narkotik vasitə olduqlarını etiraf etmişlər. Abşeron RPİ-də məlum olmuşdur ki, həmin şəxslərdən biri Təqsirləndirilən şəxs və X5r. Abşeron RPİ- nin xidməti otaqların birində biri Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olundu. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olundu ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümdə qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Emin bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroindir. Emin həmin narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində qoyduğu yerdən əvəzsiz olaraq şəxsi istifadəsi götürdüyünü və üzərində daşıdığını bildirmişdir. Bundan sonra Abşeron RPİ-nin xidməti otaqların birində biri X4 hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda X4 təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra X6 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümdə qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Cavidan Hüseynovun üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Cavidan Hüseynov və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Cavidan Hüseynovdan əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Cavidan bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroindir. Cavidan həmin narkotik vasitə olan heroini xx.xx.2023- cü il tarixdə tanımadığı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində qoyduğu yerdən əvəzsiz olaraq şəxsi istifadəsi götürmüş və üzərində daşımışdır. Təqsirləndirilən şəxs və X3 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Cavidana qarşı heç bir zor, təzyiq göstərilməmişdir Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində iş yoldaşları Şahid2 və Şahid1 ilə birlikdə xidmətdə olarkən növbətçi hissəsnin verdiyi məlumat əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsinə yaxınlaşmışlar. Onlar həmin küçəyə yaxınlaşdıqda orada olan sakinlər iki nəfər şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olduqlarını bildirmişlər. Onlar da narkotik vasitələrin istifadəsində şübhəli olan həmin iki nəfər şəxsə özlərini təqdim etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən sənədin olubolmamasını soruşduqda, həmin şəxslər üzərində hər hansı şəxsiyyətini təsdiq edən sənəd olmadığını bildirmişlər. Onlar həmin şəxslərin şəxsiyyətini təsdiq etmək üçün və narkotik vasitələrin istifadəsində şübhəli bilib Abşeron RPİ-nə gətirən zaman həmin şəxslər üzərlərində narkotik vasitə olduqlarını etiraf etmişlər. Abşeron RPİ-də məlum olmuşdur ki, həmin şəxslərdən biri Təqsirləndirilən şəxs və X5r. Abşeron RPİ-nin xidməti otaqların birində biri Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olundu. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olundu ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümdə qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Emin bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroindir. Emin həmin narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində qoyduğu yerdən əvəzsiz olaraq şəxsi istifadəsi götürdüyünü və üzərində daşıdığını bildirmişdir. Bundan sonra Abşeron RPİ-nin xidməti otaqların birində biri X4 hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda X4 təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra X6 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümdə qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Cavidan Hüseynovun üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Cavidan Hüseynov və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Cavidan Hüseynovdan əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Cavidan bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroindir. Cavidan həmin narkotik vasitə olan heroini xx.xx.2023- cü il tarixdə tanımadığı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində qoyduğu yerdən əvəzsiz olaraq şəxsi istifadəsi götürmüş və üzərində daşımışdır. Təqsirləndirilən şəxs və X3 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Cavidana qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmədə Şahid4 elan olunmuş ifadəsində göstərmişdir ki, 21,03.2023-cü il tarixdə əməliyyat qrupunun üzvü olaraq xidmətdə olarkən növbətçi hissəyə Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində 2 nəfər şəxsin narkotik vasitələrin istifadəsində şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Abşeron RPİ-nin PPXB-nin polis nəfərləri, polis serjantları Şahid3, Şahid2 və Şahid1 narkotik vasitələrin istifadəsində şübhəli olan həmin iki nəfər şəxsi Abşeron RPİ-nin inzibati binasına gətirmişlər. Həmin vaxt məlum olmuşdur ki, həmin şəxslərdən biri Təqsirləndirilən şəxs və X5r. Abşeron RPİ- nin xidməti otaqların birində biri Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olundu. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olundu ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümdə qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Emin bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroindir. Emin həmin narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində qoyduğu yerdən əvəzsiz olaraq şəxsi istifadəsi götürdüyünü və üzərində daşıdığını bildirmişdir. Bundan sonra Abşeron RPİ-nin xidməti otaqların birində biri X4 hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda X4 təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra X6 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümdə qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Cavidan Hüseynovun üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Cavidan Hüseynov və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Cavidan Hüseynovdan əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Cavidan bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroindir. Cavidan həmin narkotik vasitə olan heroini xx.xx.2023- cü il tarixdə tanımadığı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində qoyduğu yerdən əvəzsiz olaraq şəxsi istifadəsi götürmüş və üzərində daşımışdır. Təqsirləndirilən şəxs və X3 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Cavidana qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 21 mart 2023-cü il tarixdə gecə saat 00 radələrində yaşadığı evdə olan zaman evinin arxasında qonşulardan gələn səs-küyə küçəyə çıxmış, o, qonşulardan soruşduqda 2 nəfər şəxsin yaşadığı məhəllədə torpaq ərazidən nəsə axtardıqlarını, narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını öyrənmişdir. O, bununla əlaqədar dərhal DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gələnə kimi də həmin şəxslərlə birlikdə məhlədə gözləmişlər. Daha sonra polis əməkdaşları məhəlləyə gəlib həmin 2 nəfər şəxsləri polis idarəsinə getməyi təklif etmişlər və onlar polis əməkdaşlarının təklifi ilə razılaşıb polis əməkdaşları ilə birlikdə çıxıb getmişlər. Sonradan öyrənmiş ki, həmin şəxslərin adları Emin və Cavidandır. Daha sonra o, da polis idarəsinə gedib izahat vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 21 mart 2023-cü il tarixli, 6/1693 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - təqdiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №56” möhür əksi, “1)...Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,542 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş narkotik vasitə olan heroinin təmiz çəkisi - 0,542 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,492 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mehkeme kimyevi ekspertiza üzre 06 aprel 2023-cü il tarixli, 6/1790 nömrəli rəyin nətice hissəsində aşağıdakılar göstərilmişdir - tədqiqata təqdim edilmiş X3 üzərindən götürülmüş 01 bükümdəki narkotik vasitə - heroin kütləsi ilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 bükümdəki narkotik vasitə heroin kütləsi kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. A işarəli zərfdə heroinin qalıq təmiz çəkisi - 0,594 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,544 qram. B işarəli zərfdə heroinin qalıq təmiz çəkisi - 0,492 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,442 qram. Məhkəmə-narkoloji ekspertizasının 11 aprel 2023-cü il tarixli, 2085 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs və X6 21 mart 2023-cü il tarixdə baş təhqiqatçı Fərman Rəhimov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. 22 mart 2023-cü il tarixdə qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs və X6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixli qərarla barələrində həbs qətimkan tədbiri seçilməsi məqsədilə Abşeron rayon prokurorluğuna vəsatətlə müraciət olunmuşdur. Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımovun 22 mart 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı verilmiş vəsatətin müdafiə olunmasından imtina olunduğundan, həmin tarixli qərarla Təqsirləndirilən şəxs və X6 barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilərək Abşeron RPİ- nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokol, məhkəmə-kimyəvi ekspertizası üzrə 21 mart 2023-cü il tarixli, 6/1693 nömrəli rəy, əlavə məhkəmə kimyəvi ekspertizası üzrə 06 aprel 2023-cü il tarixli 6/1790 nömrəli rəy, məhkəmə narkoloji ekspertizası üzrə 11 aprel 2023-cü il tarixli, 2085 nömrəli rəyi, maddi sübut və istintaq zamanı toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X7 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən hal, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il (saat 00.45) tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,442 qram narkotik vasitələr heroin məhv edilməlidir. İş üzrə 220 (iki yüz iyirmi) manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhər Sabunçu rayon Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,442 qram narkotik vasitələr heroin məhv edilsin. İş üzrə 220 (iki yüz iyirmi) manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhər Sabunçu rayon Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar