Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-607/2023 16.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 06 avqust 1999-cu ildə Qubadlı rayonu, Qaracallı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Qaracallı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 mart 2023-cü il tarixdə saat 00 radələrində, sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan şəxsin Abşeron rayonu, Masazır qəsəbəsi, C.Məmmədquluzadə küçəsinə daşın altında qoyduğu satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 0,644 qram çəkidə narkotik vasitə olan heroini götürüb əldə edərək üzərində saxlayıb oradan uzaqlaşmaq istərkən, Abşeron rayonu Masazır qəsəbəsi, C.Məmmədquluzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Şahid5 Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə verdiyi məlumat əsasında Abşeron RPİ-nin post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən həmin ünvanda saxlanılıb, idarənin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən həmin 0,644 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, əməlindən peşman olduğunu və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində özünü təqsirli bilərək bildirdi ki, o, Qubadlı rayonu, Qaracallı kəndində qeydiyyatda olsa da, ünvan 1 ünvanında yaşayır. Narkotik vasitə olan heroin istifadəçisidir. Təxminən bir neçə gün əvvəl dostu İsayev Emin Elsevən oğlu sosial şəbəkədə bir nəfər şəxslə yazışdığını və həmin şəxsin narkotik vasitə satdığını ona demişdir. O, Eminə narkotik vasitə olan heroindən onun da istədiyini demişdir. Həmin şəxs Whatsapp mobil tətbiq vasitəsi ilə Eminə məkan yollamışdır. Həmin yer Abşeron rayonu, Masazır qəsəbəsinin ərazisi olmuşdur. Eminə yolladığı məkanda daşın altında narkotik vasitə olan heroinin orda olduğunu demişdir. 20 mart 2023-cü il tarixdə gecə saat 23 radələrində Abşeron rayonu Masazır qəsəbəsinə birlikdə getmişlər. Onlar ora çatanda artıq 21 mart 2023-cü il gecə saat 00 radələri olmuşdur. Həmin məkanda göstərilən yerdən narkotik vasitə olan heroini götürüb hərəsi öz ciblərinə qoyduqdan sonra olduqları küçənin sakinlərindən bir neçəsi onları görüb gecə saatlarında həmin küçədə nə etdiklərini soruşmuşlar. Həmin vaxt sakinlərlə aralarında mübahisə yaranmışdır. Sonra sakinlərdən biri DİN-nin 102 xidmətinə zəng edib narkotik vasitənin istifadəsində şübhəli olmaqları barədə məlumat vermişlər. Polis əməkdaşları Masazır qəsəbəsinə gəldikdə, o, üzərində narkotik vasitə olduğunu səmimi etiraf etmişdir. Ona görə də onları Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron RPİ-də otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O da əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən çıxardığı bir ədəd siqaretin şəffaf rəngli sellofana bükülmüş olan 01 (bir) ədəd bükümdən ibarət olan və həmin bükümün içərisində olan qəhvəyi rəngli, toz formalı, narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin kütlə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokol tərtib olunub qurtardıqdan sonra iştirakçılar tərəfindən doğruluğu təsdiq olunması üçün imzalanmışdır. Həmin narkotik vasitəni 21 mart 2023-cü il tarixdə tanımadığı heç adını bilmədiyi şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində qoyduğu yerdən götürmüş və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 21 mart 2023-cü il tarixdə üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini elə həmin tarixdə gecə saat 00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində anket məlumatlarını bilmədiyi şəxsin qoyduğu yerdən götürüb üzərində şəxsi istifadəsi üçün saxlamışdır. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Aldığı heroini də özü istifadə etmək üçün üzərində saxlamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və psixi, həmçinin hər hansı bir digər formada təsir olunmamışdır. Sonda o, etdiyi əməl üzrə peşmançılıq çəkdiyini əsas gətirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, 21 mart 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində iş yoldaşları Şahid3 və Şahid1 ilə birlikdə xidmətdə olarkən növbətçi hissəsnin verdiyi məlumat əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsinə yaxınlaşmışlar. Onlar həmin küçəyə yaxınlaşdıqda orada olan sakinlər iki nəfər şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olduqlarını bildirmişlər. Onlar da narkotik vasitələrin istifadəsində şübhəli olan həmin iki nəfər şəxsə özlərini təqdim etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşduqda, həmin şəxslər üzərində hər hansı şəxsiyyətini təsdiq edən sənəd olmadığını bildirmişlər. Onlar həmin şəxslərin şəxsiyyətini təsdiq etmək üçün və narkotik vasitələrin istifadəsində şübhəli bilib Abşeron RPİ-nə gətirən zaman həmin şəxslər üzərlərində narkotik vasitə olduqlarını etiraf etmişlər. Abşeron RPİ-də məlum olmuşdur ki, həmin şəxslərdən biri İsayev Emin Elsevən oğlu və Təqsirləndirilən şəxsdur. Abşeron RPİ-nin xidməti otaqların birində biri İsayev Emin Elsevən oğluna hüquqları izah olunaraq müdafiəçi dəvət olundu. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda İsayev Emin Elsevən oğluna təklif olundu ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra İsayev Emin Elsevən oğlu əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümdə qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Emin İsayevin üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Emin İsayev və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Emin İsayevdən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Emin bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroindir. Emin həmin narkotik vasitə olan heroini 21 mart 2023-cü il tarixdə tanımadığı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində qoyduğu yerdən əvəzsiz olaraq şəxsi istifadəsi götürdüyünü və üzərində daşıdığını bildirmişdir. Bundan sonra Abşeron RPİ-nin xidməti otaqların birində biri Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümdə qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Cavidan bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroindir. Cavidan həmin narkotik vasitə olan heroini 21 mart 2023-cü il tarixdə tanımadığı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində qoyduğu yerdən əvəzsiz olaraq şəxsi istifadəsi götürmüş və üzərində daşımışdır. İsayev Emin Elsevən oğlu və Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Cavidana qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, 21 mart 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində iş yoldaşları Şahid2 və Şahid1 ilə birlikdə xidmətdə olarkən növbətçi hissəsnin verdiyi məlumat əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsinə yaxınlaşmışlar. Onlar həmin küçəyə yaxınlaşdıqda orada olan sakinlər iki nəfər şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olduqlarını bildirmişlər. Onlar da narkotik vasitələrin istifadəsində şübhəli olan həmin iki nəfər şəxsə özlərini təqdim etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşduqda, həmin şəxslər üzərində hər hansı şəxsiyyətini təsdiq edən sənəd olmadığını bildirmişlər. Onlar həmin şəxslərin şəxsiyyətini təsdiq etmək üçün və narkotik vasitələrin istifadəsində şübhəli bilib Abşeron RPİ-nə gətirən zaman həmin şəxslər üzərlərində narkotik vasitə olduqlarını etiraf etmişlər. Abşeron RPİ-də məlum olmuşdur ki, həmin şəxslərdən biri İsayev Emin Elsevən oğlu və Təqsirləndirilən şəxsdur. Abşeron RPİ-nin xidməti otaqların birində biri İsayev Emin Elsevən oğluna hüquqları izah olunaraq müdafiəçi dəvət olundu. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda İsayev Emin Elsevən oğluna təklif olundu ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra İsayev Emin Elsevən oğlu əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümdə qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Emin İsayevin üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Emin İsayev və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Emin İsayevdən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Emin bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroindir. Emin həmin narkotik vasitə olan heroini 21 mart 2023-cü il tarixdə tanımadığı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində qoyduğu yerdən əvəzsiz olaraq şəxsi istifadəsi götürdüyünü və üzərində daşıdığını bildirmişdir. Bundan sonra Abşeron RPİ-nin xidməti otaqların birində biri Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümdə qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Cavidan bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroindir. Cavidan həmin narkotik vasitə olan heroini 21 mart 2023-cü il tarixdə tanımadığı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində qoyduğu yerdən əvəzsiz olaraq şəxsi istifadəsi götürmüş və üzərində daşımışdır. İsayev Emin Elsevən oğlu və Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Cavidana qarşı heç bir zor, təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 21 mart 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində iş yoldaşları Şahid2 və Şahid3 ilə birlikdə xidmətdə olarkən növbətçi hissənin verdiyi məlumat əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsinə yaxınlaşmışlar. Onlar həmin küçəyə yaxınlaşdıqda orada olan sakinlər iki nəfər şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olduqlarını bildirmişlər. Onlar da narkotik vasitələrin istifadəsində şübhəli olan həmin iki nəfər şəxsə özlərini təqdim etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşduqda, həmin şəxslər üzərində hər hansı şəxsiyyətini təsdiq edən sənəd olmadığını bildirmişlər. Onlar həmin şəxslərin şəxsiyyətini təsdiq etmək üçün və narkotik vasitələrin istifadəsində şübhəli bilib Abşeron RPİ-nə gətirən zaman həmin şəxslər üzərlərində narkotik vasitə olduqlarını etiraf etmişlər. Abşeron RPİ-də məlum olmuşdur ki, həmin şəxslərdən biri İsayev Emin Elsevən oğlu və Təqsirləndirilən şəxsdur. Abşeron RPİ-nin xidməti otaqların birində biri İsayev Emin Elsevən oğluna hüquqları izah olunaraq müdafiəçi dəvət olundu. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda İsayev Emin Elsevən oğluna təklif olundu ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra İsayev Emin Elsevən oğlu əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümdə qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Emin İsayevin üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Emin İsayev və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Emin İsayevdən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Emin bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroindir. Emin həmin narkotik vasitə olan heroini 21 mart 2023-cü il tarixdə tanımadığı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində qoyduğu yerdən əvəzsiz olaraq şəxsi istifadəsi götürdüyünü və üzərində daşıdığını bildirmişdir. Bundan sonra Abşeron RPİ-nin xidməti otaqların birində biri Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümdə qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Cavidan bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroindir. Cavidan həmin narkotik vasitə olan heroini 21 mart 2023-cü il tarixdə tanımadığı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində qoyduğu yerdən əvəzsiz olaraq şəxsi istifadəsi götürmüş və üzərində daşımışdır. İsayev Emin Elsevən oğlu və Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Cavidana qarşı heç bir zor, təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 21 mart 2023-cü il tarixdə əməliyyat qrupunun üzvü olaraq xidmətdə olarkən növbətçi hissəyə Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində 2 nəfər şəxsin narkotik vasitələrin istifadəsində şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Abşeron RPİ-nin PPXB-nin polis nəfərləri, polis serjantları Şahid3, Şahid2 və Şahid1 narkotik vasitələrin istifadəsində şübhəli olan həmin iki nəfər şəxsi Abşeron RPİ-nin inzibati binasına gətirmişlər. Həmin vaxt məlum olmuşdur ki, həmin şəxslərdən biri İsayev Emin Elsevən oğlu və Təqsirləndirilən şəxsdur. Abşeron RPİ-nin xidməti otaqların birində biri İsayev Emin Elsevən oğluna hüquqları izah olunaraq müdafiəçi dəvət olundu. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda İsayev Emin Elsevən oğluna təklif olundu ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra İsayev Emin Elsevən oğlu əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümdə qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Emin İsayevin üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Emin İsayev və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Emin İsayevdən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Emin bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroindir. Emin həmin narkotik vasitə olan heroini 21 mart 2023-cü il tarixdə tanımadığı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində qoyduğu yerdən əvəzsiz olaraq şəxsi istifadəsi götürdüyünü və üzərində daşıdığını bildirmişdir. Bundan sonra Abşeron RPİ-nin xidməti otaqların birində biri Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümdə qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Cavidan bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroindir. Cavidan həmin narkotik vasitə olan heroini 21 mart 2023-cü il tarixdə tanımadığı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində qoyduğu yerdən əvəzsiz olaraq şəxsi istifadəsi götürmüş və üzərində daşımışdır. İsayev Emin Elsevən oğlu və Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Cavidana qarşı heç bir zor, təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 21 mart 2023-cü il tarixdə gecə saat 00 radələrində yaşadığı evdə olan zaman evinin arxasında qonşulardan gələn səs-küyə küçəyə çıxmış, o, qonşulardan soruşduqda 2 nəfər şəxsin yaşadığı məhəllədə torpaq ərazidən nəsə axtardıqlarını, narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını öyrənmişdir. O, bununla əlaqədar dərhal DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gələnə kimi də həmin şəxslərlə birlikdə məhlədə gözləmişlər. Daha sonra polis əməkdaşları məhəlləyə gəlib həmin 2 nəfər şəxsləri polis idarəsinə getməyi təklif etmişlər və onlar polis əməkdaşlarının təklifi ilə razılaşıb polis əməkdaşları ilə birlikdə çıxıb getmişlər. Sonradan öyrənmiş ki, həmin şəxslərin adları Emin və Cavidandır. Daha sonra o, da polis idarəsinə gedib izahat vermişdir. Məhkəmə tərəfindən DVD formatlı kompakt diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini üzərində saxlayaraq daşıdığını və həmin kütlənin ona məxsus olduğunu qeyd etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi 01 ədəd bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini 21 mart 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində tanımadığı şəxsin qoyduğu yerdən əvəzsiz olaraq şəxsi istifadəsi götürmüş və üzərində daşımışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizası təyin olunaraq rəy alınmışdır. Məhkəmə-kimyəvi ekstertizanın 21 mart 2023-cü il tarixli, 6/1692 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №56” möhür əlso, “1)...Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,644 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş narkotik vasitə olan heroinin təmiz çəkisi - 0,644 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,594 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 06 aprel 2023-cü il tarixli, 6/1790 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 bükümdəki narkotik vasitə - heroin kütləsi ilə İsayev Emin Elsevən oğlunun üzərindən götürülmüş 01 bükümdəki narkotik vasitə heroin kütləsi kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. A işarəli zərfdə heroinin qalıq təmiz çəkisi – 0,594 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,544 qram. B işarəli zərfdə heroinin qalıq təmiz çəkisi – 0,492 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,442 qram. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından qalıq qalmış 0,544 qram narkotik vasitə olan heroin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş və bir ədəd CD diski cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 aprel 2023-cü il tarixli, 2094 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən, narkotik vasitə olan heroin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə sonuncu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən, tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından həbs edilməli, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,544 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0,544 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-607/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-607/2023
16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver