Məhkəmə qərarları › İş №1(012)-607/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-607/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-607/2025 20.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi İbrahım oğlunun iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu M.F.Axundov küçəsi ev 31-dəqeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsi ev 7-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:40 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vaasitələrin siyahısı»na (Siyahı1) daxil edilmiş, bir ədəd şəffaf selofan bükümdə 0,964 qram çəkidə, tozşəkilli, qəhvəyi rəngli, spesifik iyə malik kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib Abşeron rayonu Mehdiabad qəsəbəsinə daşımış və üzərində saxlamış, həmin gün yəni xx.xx.2024-cü il tarixdə saat 16:50 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən “50 Qəpik” avto yuma məntəqəsi yaxınlığında saxlanılmaqla orada videoçəkilişlə saat 16:51-dən 17:00-dək üzərinə baxış keçirilən zaman onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən həmin 0,964 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu bildirib, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2-3 il müddətdir ki, narkotik vasitə istifadə edir və narkotik vasitəni fərqli şəxslərdən alır. Belə ki, xx.xx.2024-cü il tarixdə mobil telefonu olmadığı üçün internet klubda sosial şəbəkə vasitəsi ilə adını bilmədiyi şəxslə tanış olmuş və həmin şəxs 20 manat müqabilində ona narkotik vasitə heroin təşkil edə biləcəyini bildirmişdir. Həmin günün sabahısı yəni, xx.xx.2024-cü il tarixdə həmin şəxsin qabaqcadan bildirdiyi Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən “50 qəpik” avto- yuma məntəqəsi yaxınlığına getmiş və saat 16:40 radələrində həmin şəxslə görüşərək 20 manat müqabilində bir büküm narkotik vasitə olan heroin alaraq əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur. Daha sonra o, piyada şəkildə hərəkət etməyə başlamış və bir müddət piyada formada hərəkət etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu, bununla bağlı əməliyyat məlumatının olduğunu bildirmişlər. Daha sonra onun üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəfaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin narkotik vasitə olan heroin qablaşdırıldıqdan sonra zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı o, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə saat 16:40 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Daha sonra onu polis əməkdaşları onu Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə aparmış və orada ona hüquq və vəzifələrim izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Mehdiabad PB-də sahənin polis nəfəri vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin Mehdiabad PB-nin rəisi Ceyhun Qasımov tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmişdir. Mehdiabad PB-nin əməliyyat müvəkkilli, polis baş leytenantı Şahid2 və o, həmin qrupun üzvü, baş əməliyyat müvəkkili Cavid Cavdov isə qrupun üzvü təyin edilmişlər. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 16:51 də qrup iştirakçıları ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Fatmayı yolunun üzərində yerləşən “50 qəpik” avtoyuma məntəqəsi yaxınlığında piyada hərəkət edərkən Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etriraz etmədən onlarla razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən götürülmüş sellofan bükümdə olan qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər kütlə qablaşdırılmış, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən qablaşdırma imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olduğunu, həmin narkotik vasitəni birgün əvvəl internet klubda olarkən “Teleqram” sosial şəbəkəsi vasitəsi ilə tanıdığı şəxsdən xx.xx.2024-cü il tarixdə saat 16:40 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Fatmayı yolunun üzərində yerləşən “50 qəpik” avtoyuma məntəqəsi yaxınlığında 20 manat pul ödəməklə aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış bitdikdən sonra Əli-X3 RPİ-nin Mehdiabad PB-nin inzibati binasına aparılmış, orada Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərindən götürülmüş predmet olan zərflərə baxış keçirilmiş və yenidən kağız zərfdə qablaşdırılaraq ekspertiza təyin edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 teleqram ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə bağlı prosesdə iştirak edə bilməyəcəyini bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Mehdiabad PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Siyəzən rayonu, Siyəzən şəhəri, H.Talıbov küçəsi, ev 1, mənzil 43-də qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsi ev 7-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs ilə hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin Mehdiabad PB-nin rəisi Ceyhun Qasımov tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmişdir. Mehdiabad PB-nin əməliyyat müvəkkilli polis baş leytenantı Şahid2 və sahənin polis nəfəri polis serjantı Şahid3 həmin qrupun üzvü, o isə qrup rəhbəri təyin edilmişlər. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 16:51 də qrup iştirakçıları ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Fatmayı yolunun üzərində yerləşən “50 qəpik” avtoyuma məntəqəsi yaxınlığında piyada hərəkət edərkən Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etriraz etmədən onlarla razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən götürülmüş sellofan bükümdə olan qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər kütlə qablaşdırılmış, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən qablaşdırma imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olduğunu, həmin narkotik vasitəni birgün əvvəl internet klubda olarkən “Teleqram” sosial şəbəkəsi vasitəsi ilə tanıdığı şəxsdən xx.xx.2024-cü il tarixdə saat 16:40 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Fatmayı yolunun üzərində yerləşən “50 qəpik” avtoyuma məntəqəsi yaxınlığında 20 manat pul ödəməklə aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış bitdikdən sonra Əli-X3 RPİ-nin Mehdiabad PB-nin inzibati binasına aparılmış, orada Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərindən götürülmüş predmet olan zərflərə baxış keçirilmiş və yenidən kağız zərfdə qablaşdırılaraq ekspertiza təyin edilmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Mehdiabad PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Siyəzən rayonu, Siyəzən şəhəri, H.Talıbov küçəsi, ev 1, mənzil 43-də qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsi ev 7-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs ilə hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin Mehdiabad PB-nin rəisi Ceyhun Qasımov tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmişdir. O, və sahənin polis nəfəri, polis serjantı Şahid3 həmin qrupun üzvü, baş əməliyyat müvəkkili Cavid Cavdov isə qrupun üzvü təyin edilmişlər. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 16:51 də qrup iştirakçıları ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Fatmayı yolunun üzərində yerləşən “50 qəpik” avtoyuma məntəqəsi yaxınlığında piyada hərəkət edərkən Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etriraz etmədən onlarla razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən götürülmüş sellofan bükümdə olan qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər kütlə qablaşdırılmış, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən qablaşdırma imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olduğunu, həmin narkotik vasitəni birgün əvvəl internet klubda olarkən “Teleqram” sosial şəbəkəsi vasitəsi ilə tanıdığı şəxsdən xx.xx.2024-cü il tarixdə saat 16:40 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Fatmayı yolunun üzərində yerləşən “50 qəpik” avtoyuma məntəqəsi yaxınlığında 20 manat pul ödəməklə aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış bitdikdən sonra Əli-X3 RPİ-nin Mehdiabad PB-nin inzibati binasına aparılmış, orada Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərindən götürülmüş predmet olan zərflərə baxış keçirilmiş və yenidən kağız zərfdə qablaşdırılaraq ekspertiza təyin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibində şəffaf sellofana bükülmüş narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İşdə olan Məhkəmə Kimyəvi ekspertizasının 24 noyabr 2024—cü il tarixli 16-16/2- 6/5279 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində Təqsirləndirilən şəxs üzərindən—yazılmış bir ədəd bükümdə təmiz çəkisi 0.964 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxş tərəfindən alınmışxx.xx.2024-cü il tarixli, 7783 №-li eksprt rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin məcburi müalicə tətbiq edilməməsi qaydalarının 3.4-cü bəndinə (könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə narkomaniyadan məcburi müalicə tətbiq olunmaması) uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq materiallarına əlavə edilmiş bir ədəd DVD diskdə 1 ədəd qovluq vardır. DVD diskinə köçürülmüş video görüntü xx.xx.2024-cü il tarixdə saat 17:50-dan saat 18:00-dək olan müddət ərzində olan anı fiksə etmişdir.Qeyd olunan qovluqdakı görüntüyə baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:51 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən “50 qəpik” avto yuma məntrəqəsi yaxınlığında Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindənsaxlanılıb saat 16:51-dən 17:00-dək üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən həmin 0,964 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Daha sonra əməkdaşlar tərəfindən üzərinə baxış keçirilmiş hər hansı əşya və predmet tapılmamışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran və yüngülləşdirən halın olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onu islah etməsi və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, məhkəmə CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Abşeron RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir, yəni barəsində 02 gün tutuma vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbs olunmalı və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanmalı, cəzasının əvvəli hökm çıxarılan gündən hesablanmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.914 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra 0,914 qram qalmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Ağdam rayon İcra şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar