Məhkəmə qərarları › İş №1(012)-608/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-608/2023

08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-608/2023 08.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydam kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki o, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində ictimai yer hesab edilən Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən «Emil» adlı marketin yaxınlığında qeyrirəsmi münasibətdə olduğu Zəhra adlı qadın ilə əvvəllər münasibətdə olmuş Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Astra” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili yüksək sürətlə idarə etməsini bəhanə gətirib, avtomobili saxlatdırıb qabaq sağ qapısını açıb avtomobilin salonuna əyləşərək, heç bir əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxslə mübahisə edib, özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, qəsdən sonuncunun sifət nahiyəsinə ardıcıl yumruq zərbələri vuraraq, ona kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan üzün sol almacıq, yanaq və gözaltı nahiyələrinin, göz qapaqlarının dərialtı hematoması, sağ göz nahiyənin və göz qapaqlarının qançırı, burun sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin şişkinlikli qançırından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirməklə, qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs yaşadığı Qobu qəsəbəsində yaşayan tanıdığı Zəhra adlı qadınla təxminən 3-4 ay qeyri rəsmi münasibətdə olmuşdur. O, da bu məsələdən məlumatı olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Zəhra ilə İbrahim arasında münasibət pozulmuşdur. Bundan sonra Zəhra ilə onun münasibəti yaranmışdır. Zərərçəkmiş şəxs də arada bir idarə etdiyi «Opel» markalı avtomobillə Zəhranın yaşadığı «Emil» marketin yaxınlığına gələrək sürətlə avtomobili idarə etmişdir. Təxminən bir ay bundan əvvəl İbrahim həmin yerə gəlmiş, o, əl işarəsi edərək İbrahimin idarə etdiyi avtomobili saxlatdırıb, hansı səbəbdən buraya gəlməsini soruşmuş və bir daha həmin yerə gəlməməsini bildirmişdir. Hətta buna görə onların arasında sözlə mübahisə də yaranmışdır. 28 mart 2023-cü il tarixdə saat 18 radələrində o, yaşadığı Qobu qəsəbəsində «Emil» marketin yaxınlığında olarkən İbrahim idarə etdiyi «Opel Astra» markalı 99- CN- 114 dövlət qeydiyyat nişanlı avtomobili yüksək sürətlə idarə edərək onun yanından keçən zaman o, əl ilə işarə edərək onu saxlatdırmışdır. İbrahim idarə etdiyi avtomobili saxlamış, o, sağ qabaq qapını açaraq avtomobilə əyləşmişdir. O, İbrahimə bildirmişdir ki, «keçən dəfə də kəndin ərazisində idarə etdiyin avtomobili yüksək sürətlə idarə etdiyin üçün sənə irad bildirmişdim. Bura gəlmək səbəbini də bilirəm, indi yenə də avtomobili yüksək sürətlə idarə edirsən. Mən sənə dedim axı bir də bura gəlmə». İbrahim isə ona cavabında «əcəb edirəm, sən kimsən» demişdir. O, ibrahimin bu sözündən sonra əsəbləşmiş və 1-2 dəfə yumruq zərbəsi ilə avtomobilin içərisində İbrahimin sifət nahiyəsinə vurduqdan sonra, avtomobildən düşərək çıxıb getmişdir. Bundan sonra ona məlum olmuşdur ki, İbrahim onun barəsində şikayət etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən «Emil» adlı marketin yaxınlığında Zərərçəkmiş şəxs idarə etdiyi «Opel Astra» markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində olmuş və təxminən 2-3 dəqiqə davam etmişdir. Mübahisə zamanı ətrafda tanımadığı şəxslər olmuşlar. O, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin içərisində yumruq zərbəsi ilə sifət nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Hazırda əməlindən peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Qobu qəsəbəsində yaşayan Zəhra adlı qadınla təxminən 3-4 ay qeyri rəsmi münasibətdə olmuşdur. Həmin qəsəbədə yaşayan Balaəhməd adlı şəxs onun Zəhra ilə olan münasibətini bilmişdir. Sonradan onun Zəhra ilə münasibətləri pozulduğu üçün onlar ayrılmışlar. Bundan sonra ona məlum olmuşdur ki, Zəhra qəsəbədə yaşayan Balaəhməd adlı şəxslə münasibət qurmuşdur. Təxminən bir ay bundan əvvəl o, Qobu qəsəbəsindən Zəhranın yaşadığı evin yaxınlığından keçən zaman Balaəhməd onu görmüş və ona demişdir ki, mən bilirəm sən buralara nəyə görə gəlirsən, bir daha gəlmə. O, isə Balaəhmədə cavabında «yaxşı edirəm, sənlik deyil» deyə bildirmişdir. Buna görə onların arasında sözlə mübahisə yaranmışdır. 28 mart 2023-cü il tarixdə saat 18 radələrində o, idarə etdiyi «Opel Astra» markalı **-CN-*** dövlət nömrə nişanlı avtomobili ilə Qobu qəsəbəsindən Zəhranın yaşadığı evin yaxınlığında olan «Emil» marketin yanında avtomobilini saxlayıb marketdən özünə siqaret almışdır. O, marketdən çıxıb avtomobilinə əyləşmiş və hərəkət edən zaman qarşıda Balaəhməd əl işarəsi edərək avtomobilini saxlamasını bildirmişdir. O, avtomobili yolun kənarında saxlamış və Balaəhməd avtomobilin sağ qabaq qapısını açaraq avtomobilə əyləşmiş və ona «avtomobili niyə yüksək sürətlə sürərək özünü göstərirsən, sənə deməmişəm, buraya gəlmə» demişdir. O, isə Balaəhmədə «yaxşı edirəm, sən kimsən ?» demişdir. Bu zaman qəfildən gözləmədən Balaəhməd 2-3 dəfə yumruq zərbəsi ilə onun sifət nahiyəsindən zərbələr vuraraq ona xəsarət yetirmişdir və avtomobildən düşərək çıxıb getmişdir. Bundan sonra o, oradan çıxıb getmişdir. Lakin halı pisləşdiyi üçün hadisədən 2 gün sonra o, DİNnin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisə xx.xx.2023- cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən «Emil» marketin yaxınlığında idarə etdiyi «Opel Astra» markalı **-CN-*** dövlət nömrə nişanlı avtomobilinin içərisində təxminən 2-3 dəqiqə davam etmişdir Mübahisəyə səbəb həmin qəsəbədə yaşayan əvvəllər qeyri rəsmi münasibətdə olduğu Zəhra adlı qadınla sonradan münasibətləri pozulduğundan, Balaəhməd həmin qadınla münasibət yaratmış və ona da həmin yerə bir daha gəlməməsini bildirmişdir. Mən də ona «əcəb edirəm, sən kimsən» deməsinin üstündə baş vermişdir. Həmin vaxt orada tanımadığı şəxslər olmuşlar. Təqsirləndirilən şəxs təxminən 2-3 dəfə yumruqla onun sifət nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Hazırda barışmışdır, şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmiş, özünə məxsus «Opel Astra» markalı 99- MP-857 dövlət nömrə nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərmişdir. 28 mart 2023-cü il tarixdə saat 18 radələrində o, özünə məxsus «Opel Astra» markalı **-MP-*** dövlət nömrə nişanlı avtomobili ilə Qobu qəsəbəsində «Emil» marketin yaxınlığında dayanıb müştəri gözləmişdir. Elə bu zaman həmkəndlisi Balaəhmədin gəldiyini görmüşdür. Balaəhməd gələrək marketə yaxın yerdə onun tanımadığı bir «Opel Astra» markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili əl ilə işarə edərək saxlatdırmış və sağ qabaq qapını açaraq avtomobilə əyləşmişdir. O, həmin vaxt avtomobilin içərisində əyləşmiş və Balaəhmədi tanıdığı üçün onlara baxmışdır. Təxminən Balaəhməd həmin avtomobilin içərisində avtomobilin sürücüsü ilə söhbət etdikdən sonra anidən onların arasında mübahisə olduğunu və Balaəhmədin 1-2 dəfə yumruq zərbəsi ilə avtomobilin içərisində sürücünün sifət nahiyəsinə vurduğunun şahidi olmuşdur. O, həmin vaxt tələsik olaraq ayırmaq məqsədi ilə idarə etdiyi «Opel Astra» markalı **-MP-*** dövlət nömrə nişanlı avtomobilindən düşmək istərkən Balaəhmədin həmin avtomobildən düşərək çıxıb getdiyini görmüşdür. Bundan sonra avtomobilin sürücüsü təxminən bir neçə dəqiqə avtomobilin içərisində oturmuş və sonra sürüb çıxıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən «Emil» adlı marketin yaxınlığında adı ona istintaq zamanı məlum olan Zərərçəkmiş şəxs idarə etdiyi «Opel Astra» markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində həmkəndlisi Təqsirləndirilən şəxs arasında olmuş və təxminən 2-3 dəqiqə davam etmişdir. Mübahisə zamanı ətrafda tanımadığı şəxslər olmuşlar. Məhkəmə istintaqında Şahid2 elan olunmuş ifadəsində göstərmişdir ki, o, Kürdəmir rayonu, Şiryan kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhələdə ailəsi ilə birlikdə yaşamışdır. O, fərdi sahibkardır. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən «Emil» marketi icarə əsasında işlətmişdir. O, marketi hər gün saat 07:00 radələrində açmış və axşam saat 24 radələrində işini bitirib marketi bağlamışdır. 28 mart 2023- cü il tarixdə saat 18 radələrində marketə mal gəldiyi üçün o, marketin qarşısında dayanıb məhsulları qəbul etmiş və satıcı Şahid3 isə şirkətin maşınından malları marketə daşımışdır. Elə bu zaman işlətdiyi matketdən bir qədər kənarda dayanmış «Opel Astra» markalı **-MP-*** dövlət nömrə nişanlı avtomobildə sürücü və yanında əyləşmiş şəxsin sözlə mübahisə edərək dava etdiklərini görmüşdür. Həmin vaxt sürücünün yanında əyləşmiş şəxs adı ona istintaq zamanı məlum olan Təqsirləndirilən şəxs adı ona istintaq zamanı məlum olan «Opel Astra» markalı **-MP-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir neçə dəfə yumruqla vurduğunun şahidi olmuşdur. Hadisə təxminən 2-3 dəqiqə ərzində baş vermiş və Balaəhməd adlı şəxs avtomobildən düşərək çıxıb getmişdir. Sürücü İbrahim isə təxminən bir neçə dəqiqə avtomobildə əyləşdikdən sonra avtomobili işə salaraq çıxıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən «Emil» adlı marketin yaxınlığında adı ona istintaq zamanı məlum olan Zərərçəkmiş şəxs idarə etdiyi «Opel Astra» markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində adı ona istintaq zamanı məlum olan Təqsirləndirilən şəxs arasında olmuş və təxminən 2-3 dəqiqə davam etmişdir. Mübahisə zamanı ətrafda tanımadığım şəxslər olmuşlar. Məhkəmə istintaqında Şahid3 elan olunmuş ifadəsində göstərmişdir ki, o, Saatlı rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhələdə ailəsi ilə birlikdə yaşayır. O, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən «Emil» marketdə satıcı işləyir. İşlədiyi market hər gün saat 07:00 radələrində açılır və axşam saat 24 radələrində bağlanılır. 28 mart 2023-cü il tarixdə saat 18 radələrində marketə mal gəldiyi üçün o, marketin qarşısında dayanmış şirkətin maşınından malları marketə daşımışdır. Elə bu zaman işlətdiyi marketdən bir qədər kənarda dayanmış «Opel Astra» markalı **-MP-*** dövlət nömrə nişanlı avtomobildə sürücü və yanında əyləşmiş şəxsin sözlə mübahisə edərək dava etdiklərini görmüşdür. Həmin vaxt marketin sahibi Elvin adlı şəxsdə marketin qarşısında dayanmışdır. Bu zaman sürücünün yanında əyləşmiş şəxs adı ona istintaq zamanı məlum olan Təqsirləndirilən şəxs adı ona istintaq zamanı məlum olan «Opel Astra» markalı **-MP-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir neçə dəfə yumruqla vurduğunun şahidi olmuşdur. Hadisə təxminən 2-3 dəqiqə ərzində baş vermiş və Balaəhməd adlı şəxs avtomobildən düşərək çıxıb getmişdir. Sürücü İbrahim isə təxminən bir neçə dəqiqə avtomobildə əyləşdikdən sonra avtomobili işə salaraq çıxıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən «Emil» adlı marketin yaxınlığında adı ona istintaq zamanı məlum olan Zərərçəkmiş şəxs idarə etdiyi «Opel Astra» markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində adı ona istintaq zamanı məlum olan Təqsirləndirilən şəxs arasında olmuş və təxminən 2-3 dəqiqə davam etmişdir. Mübahisə zamanı ətrafda tanımadığı şəxslər olmuşlar. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: MTE və PA Birliyinin Nəsimi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 608 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan üzün sol almacıq, yanaq və gözaltı nahiyələrinin, göz qapaqlarının dərialtı hematoması, sağ gözaltı nahiyənin və göz qapaqlarının qançırı, burun sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin şişkinlikli qançırı küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdur. 26 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. 27 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü Sevda Baləhmədli, 28 iyul 2019-cu il təvəllüdlü Sərvər Baləhmədli, 02 dekabr 2020-ci il təvəllüdlü Lalə Baləhmədli adlı 3 azyaşlı övladı var. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən himayəsində 3 azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “ başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq, ona təyin olunmuş qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri növündə cəzadan çıxılsın və üzərində qəti olaraq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar