Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-608/2025 02.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1996-cı ildə Rusiya Federasiyasının Voronej şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, Balakən rayonu, Mahamalar ərazi dairəsi, Mahamalar kəndində qeydiyyatda olan, xx.xx.2024-cü il tarixdə Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs kirayəçi kimi yaşadığı Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 11, 7 saylı binanın 181 saylı mənzilindən 2024-cü ilin iyul ayında mənzil sahibi Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 850 (səkkiz yüz əlli) manat dəyərində “Beko” markalı kondisioneri, bir ədəd 580 (beş yüz səsən) manat dəyərində “LG” markalı paltaryuyan maşını, bir ədəd 750 (yeddi yüz əlli) manat dəyərində “Hofman” markalı soyuducunu, bir ədəd 680 (altı yüz səksən) manat dəyərində geyim dolabını, 520 (beş yüz iyirmi) manat dəyərində bir ədəd masa və dörd ədəd stulları, bir ədəd 180 (yüz səksən) manat dəyərində tozsoranı, 90 (doxsan) manat dəyərində qazan dəstini, 85 (səksən beş) manat dəyərində mətbəx qablarını, bir ədəd 30 (otuz) manat dəyərində “vvifi” aparatını, cəmi 3765 (üç min yeddi yüz altmış beş) manat dəyərində əmlakı gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Bundan sonra o, təkrarən, kirayəçi kimi yaşadığı Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 11, 7 saylı binada yerləşən 181 saylı mənzilin ona məxsus olaraq kirayə verildiyi barədə “Lalafo” internet saytında saxta elan yerləşdirdikdən sonra həmin elan əsasında qeyd olunan mənzildə kirayə qalmaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs2 mənzili hər ay üçün 200 manatdan olmaqla kirayə verdiyi ilə aldadaraq sonuncunun həmin mənzildə olarkən onun kart hesabına xx.xx.2024-cü il tarixdə göndərdiyi 600 (altı yüz) manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 75 (yetmiş beş) manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 25 (iyirmi beş) manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 50 (əllli) manat, xx.xx.2024-cü il tarixdə göndərdiyi 50 (əlli) manat, xx.xx.2024-cü il tarixdə nağd verdiyi 200 (iki yüz) manat, cəmi 1000 (min) manat pulunu alıb ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini,hazırda zərərçəkmiş şəxslərə dəyən ziyanı tam ödədiyi və dövlət büdcəsinə vurulmuş ziyanın 25 % həcmində ödəniş etdiyini bildirərək, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi üzrə cinayət işi üzrə icraata xitam verilməsini, CM-nin 177.1 maddəsi üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Balakən rayonu, Mahamalar ərazi dairəsi, Mahamalar kəndində qeydiyyatda olsa da, tez-tez Bakı şəhərinə gəlib fərdi qaydada işləyib dolanır. Anasından və bacısından ayrı, tək yaşayır. 2024-cü ilin yay vaxtı Bakı şəhərində və ətraf ərazilərdə kirayə qalmaq üçün ev axtarmış, internet saytnda Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində 11 saylı binanın 181 saylı mənzilinin kirayə verildiyini görüb elanda qoyulmuş nömrəyə zəng etmiş və ev sahibi Kəmalə adlı qadınla danışıb sonra evə baxmaq üçün Xırdalan şəhərinə gəlmiş, orada 2024cü ilin iyun ayının əvvəlində orada görüşmüşlər. Evi 350 manat müqabilində kirayəyə götürmüş, bir ay üçün 350 manatı qabaqcadan ödəmişdir. Həmin evdə yaşadığı dövrdə maddi çətinlikləri yaranmışdır. Belə ki, bir neçə banka- “Kapital” banka, “ABC” bankına və “Bank of Baku”-ya 5000 manata yaxın borcu olmuşdur. Bank borclarını ödəyə bilmədiyinə görə, habelə gündəlik ehtiyaclarını ödəyə bilmədiyi üçün məcbur qalaraq evin əşyalarını satıb pulunu ələ keçirmək qərarına gəlmişdir. Odur ki, internet səhifəsində ev sahibi Zərərçəkmiş şəxs1 məxsus ev əşyalarını bir ədəd “Beko” markalı kondinsoneri, bir ədəd “LC” markalı paltaryuyanı, bir ədəd “Hofman” markalı soyuducunu, bir ədəd geyim dolabını, bir ədəd masa və dörd ədəd stulu satmaq barədə elan qoymuş və öz mobil nömrəsini qeyd etmişdir. Bir neçə gün sonra 2024-cü ilin iyul ayında, tarixi yadında qalmayan gündə bir nəfər tanımadığı şəxs ona zəng edib həmin əşyaların qiymətini soruşmuş və almaq istədiyini bildirmişdir. Həmin şəxsə demişdir ki, gəlsin, razılaşarıq. Tanımadığı orta boylu, 40-45 yaşlı kişi “Qazel” markalı, nömrəsini bilmədiyi maşınla gəlmiş və günün ikinci yarısında qeyd etdiyi əşyaları ona satmışdır. Həmin şəxsə bir ədəd kondinseri 300 manata, bir ədəd paltaryuyanı 110 manata, bir ədəd soyuducunu 100 manata, bir ədəd dolabı 80 manata, stol və stulları 60 manata sataraq həmin şəxsdən cəmi 650 (altı yüz əlli) manat pul almışdır. Əldə etdiyi pulun bir hissəsini kreditə ödəyib, az miqdarını da öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs1 mənzilindən qazan dəstini, qab-qacaqları, tozsoranını və “Vi-fi” aparatını gizli olaraq götürüb satmamışdır. Lakin evdə yıxılmış, bu zaman divara bərkidilmiş Vi-fi” aparatı yerə düşmüş və altında qalıb sınmışdır. Ev əşyalarını satdıqdan sonra başa düşmüşdür ki, həmin evi tərk etmək lazımdır. Odur ki, kirayə qaldığı mənzili öz mənzili kimi göstərərək internet səhifəsində kirayə vermək üçün elanda qoymuş və telefon nömrəsini əlaqə saxlamaq üçün göstərmişdir. Mənzili kirayə götürmək üçün elanla Məhəmməd adlı şəxs maraqlanmışdır. Məhəmmədlə görüşüb mənzili ona göstərmiş, mənzil Məhəmmədin xoşuna gəlmişdir. Mənzili ona ayda 200 manata kirayə verməyə razılaşmışdır. Kirayənin üç ayının pulunu, yəni 600 manatını qabaqcadan almışdır. Məhəməd bildirmişdir ki, mənzilə qoymağa soyuducusu yoxdur. Odur ki, Məhəmmədə bildirmişdir ki, soyuducu alsın, sonrakı kirayə pulundan çıxar, o da razılaşmışdır. O, mənzilin açarını 2024-cü ilin iyul ayında Məhəmmədə verdikdən sonra əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Pulu qurtardıqda Məhəmmədə zəng edib kirayə müddətini artıraraq ondan əlavə pul istəmişdir. Məhəmməd 2024-cü ilin avqust ayında bir neçə dəfəyə onun kart hesabına 130 manat, 50 manat, 20 manat pul göndərmişdir. Beləliklə, o, Məhəmmədi aldadaraq ondan mənzili kirayə vermək adı ilə cəmi 800 manat pulunu almışdır. Sonradan onun kirayə götürdüyü mənzilin əşyalarını satmağından mənzil sahibi Zərərçəkmiş şəxs1 xəbər tutmuş və ona “WhatsApp” üzərindən yazaraq vurduğu ziyanı ödəməyi tələb etmişdir. O, Kəmaləyə yazaraq ona vurduğu ziyanı hissə-hissə ödəməsinə razılaşmasını xahiş etmişdir. Lakin Kəmalənin maddi ziyanını ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs1 da ondan şikayət etmişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın tam ödənilidiyini, ona qarşı şıkayəti, tələbi olmadığını və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11 saylı binanın 181 saylı mənzili vardır, lakin həmin mənzildə yşamamışdır. Qeyd olunan ünvandakı mənzili kirayə vermək qərarına gəlmiş və bu barədə internet saytında elan vermişdir. 2024-cü ilin iyun ayının sonlarında, iyul ayvnın əvvəllərində bir nəfər kirayə mənzil axtardığını bildirən şəxs onun istifadəsində olan 050 325-12-34 mobil telefonuna zəng edib adının Emil olduğunu və mənzili kirayə götürmək istədiyini bildirmişdir. Onlar görüşüb Emil mıənzilə baxmış və öz aralarında mənzilin aylıq kirayə haqqını 350 (üç yüz əlli) manata razılaşmışlar. Mənzili Təqsirləndirilən şəxs kirayə verdikdən sonra Təqsirləndirilən şəxs kirayə pulunun iki ayını hissə–hissə ödəmiş, mənzilin kirayə haqqı olan pulu üçüncü ayda ödəməmişdir. O, kirayə pulunun ödənilmədiyini görüb kirayə verdiyi evə getdikdə mənzilində başqa şəxslərin yaşadığını görmüşdür. Mənzildə kirayədə yaşayan, sonradan adını bildiyi Məhəmməd adlı şəxs ondan kim olmağını soruşduqda, cavabında ona kirayədə yaşadığı evin sahibi olduğunu demiş və onların kim olması və evində nə etdikləri ilə maraqlanmışdır. Məhəmməd adlı şəxs bildirmişdir ki, bir aya yaxın olar ki, mənzili onlara Emil adlı şəxs kirayəyə vermişdir. Məhəmmədə bildirmişdir ki, mənzilin sahibi odur, mənzili Təqsirləndirilən şəxs adlı şəxsə kirayə vermişdir. Bundan sonra evində qalan Məhəmməd adlı şəxsə ailəsi ilə birlikdə mənzili tərk etmələrini tələb etmişdir. Məhəmməd adlı şəxs mənzili tərk etməyəcəklərini bildirmiş, kirayə pulunu qabaqcadan Emil adlı şəxsə 2025-ci ilin yanvar ayınadək ödədiklərini söyləmişdir. O, bir daha Məhəmməd adlı şəxsdən və ailə üzvlərindən mənzili dərhal tərk etmələrini tələb etsə də, onlar mənzili tərk etməmişlər. O, 30 iyul 2024-cü il tarixdə kirayə verdiyi həmin mənzilə gedəndə mənzildə olan 850 (səkkiz yüz əlli) manat dəyərində 1(bir) ədəd «Beko» marklı kondisionerinin, 580 (beş yüz səksən) manat dəyərində 1(bir) ədəd «LG» markalı paltaryuyan maşının, 750 (yeddi yüz əlli) manat dəyərində 1(bir) ədəd «Hoffman» markalı soyuducunun, 680 (altı yüz səksən) manat dəyərində geyim dolabımın,520 (beş yüz iyirmi) manat dəyərində 1(bir) ədəd masa və 4 (dörd) ədəd stulların, 180 (yüz səksən) manat dyərində 1 (bir) ədəd tozsoranımın, 90 (doxsan) manat dəyərində qazan dəstinin, 85 (səksən) manat dəyərində qab-qacağının, 30 (otuz) manat dəyərində “Wwifi” intenet aparatının yerində olmadığını görmüşdür. Məhəmməd adlı şəxsdən evində olan həmin əşyaların harada olmasınısoruşduqda Məhəmməd ona bildirmişdir ki, mənzilə kirayəyə köçdüyü vaxt sözügedən əşyalar mənzildə olmamışdır. Odur ki, o, Emilin mobil telefon nömrəsini yığıb onunla əlaqə saxlamaq istəsə də Təqsirləndirilən şəxs telefonuna zəng çatmamışdır. Baş vermiş oğurluq nəticəsində ona 3765 (üç min yeddi yüz altmış beş) manat maddi ziyan dəymişdir. Eyni zmanda Təqsirləndirilən şəxs ona bir ayın kirayə haqqı olan 350 (üç yüz əlli) manat pulu verməmişdir. Təqsirləndirilən şəxs onun əşyalarını oğulayandan sonra bir neçə dəfə ona mesaj yazaraq evindən əşylarını oğurladığını təsdiq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs bibisi Sevda adlı qadın onunla telefonla bir neçə dəfə danışmış, habelə “WhatsApp”la mesajlar yazaraq Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəyəcəyini vəd etmiş, lakin heç biri maddi ziyanı ödəməmişlər. Təqsirləndirilən şəxs onun mənzilindən ev əşyalarını konkret olaraq nə vaxt, hansı nəqliyyat vasitəsi ilə aparmasını, hara aparmasını və kimlərə satması barədə məlumatım yoxdur. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın tam ödənilidiyini, ona qarşı şıkayəti, tələbi olmadığını və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirirmişdir ki, o, hadisədən əvvəl Bakı şəhəri,ünvan 1 ünvanında kirayədə yaşamış, həmin evin pəncərələri qonşu evin divarına baxdığından evdə hava çatışmamazlığı olmuş, odur ki, kirayə qalmaq üçün münasib qiymətə ev axtarmışdır. İnternetdə «Lalafo» saytında kirayə ev axtaranda Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti «Kristal Abşeron» yaşayış massivində 7 saylı binanın 181 saylı mənzilinin kirayə verilməsi barədə elan mənzilin kirayə haqqının ayda 200 (iki yüz) manat olması və evin yerləşdiyi yerin normal olması baxımından diqqətini cəlb etmişdir. Elanda göstərilən nömrəyə zəng edib elan qoymuş Emil adlı şəxslə danışmışdır. Emil adlı şəxslə telefonda 2024-cü ilin iyul ayının əvvəllərində danışmışdır. Telefonda danışarkan Emil adlı şəxslə razılaşmışdır ki, həmin axşamı evə baxsın. Həyat yoldaşı ilə birlikdə həmin axşam Abşeron rayonu, Xırdalan şəhərinə gəlib Emil adlı şəxsin kirayə vediyi qeyd olunan mənzilə baxmışdır. Mənzil bir otaqdan və mətbəxdən ibarət olmuşdur. Mənzildə paltaryuyan maşın, kondisioner, soyuducu, toz soran olmamış, kombi aparatında problem olduğundan isti su gəlməmişdir. Mənzildə bir markasını bilmədiyi işləməyən televizor, mətbəx mebeli, bir ədəd künc divanı və nazik uzun paltar dolabı olmuşdur. Emil bildirmişdir ki, ilkin olaraq 600 (altı yüz) manat ödənilməlidir. Demişdir ki, evi lizinq yolu ilə almışdır, ev lizinqdədir. Onun kartında pul olduğundan Xırdalan şəhəri, H.Əliyev prospekti, «Kristal ünvan 3də öz kartından Emilin ona verdliyi kart hesabına 600 manat ödəmişdir. Ödəniş etdiyi kart hesabı “Unibanka” məxsus olmuşdur. Pulu Emil adlı şəxsin kartına ödəyəndən sonra Emil evin açarını ona vermişdir. Evin qapısını bağlayıb evdən Emillə birlikdə çıxmışdır. Aradan təxminən bir və ya iki gün sonra ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Bir neçə gün keçəndən sonra Emil adlı şəxs ona zəng edib kirayə verdiyi evin müddətini artırmağı təklif etmişdir. Kirayə qiyməti münasib olduğu üçün Emilin təklifi ilə razılaşmış və Emilin kartına 2024-cü ilin iyul ayında, müxtəlif tarixlərdə 75 (yetmiş beş) manat , 25 (iyirmi beş) manat və iki dəfə də hər dəfə 50 (əlli) manat olmaqla cəmi 200 (iki yüz) manat pul göndərmişdir. Həmçinin 2024-cü ilin iyul ayının 27-də, şənbə günü 200 (iki yüz) manat pulu kirayədə yaşadığı həmin evdə qaynanası Şahid yanında Emilə əlbə-əl vermişdir. Emil onu evini kirayə vermək və pulunu qabaqcadan almaq adı ilə aldadaraq ondan cəmi 1000 (min) manat pul almışdır. Bundan başqa evdə olan su sistemində və qaz sistemində problem olduğundan təmir üçün usta çağırmış, təmir xərcləri üçün ustaya 300 (üç yüz) manat pul verib su və qaz sistemini təmir etdirmişdir. Emilin su sistemini və qaz sistemini düzəltdirməsindən məlumatı olmuşdur. Evdə soyuducu və paltaryuyan maşın olmadığı üçün Emil ona demişdir ki, soyuducu və paltaryuyan maşın alsın, pulunu kirayə haqqından çıxsın. O da 200 manata «Çinar» markalı soyuducu almış, paltaryuyan maşın axtarmsış, lakin tapmamışdır. Bundan başqa 20 (iyirmi) manata modem almış, evə internet çəkdirmişdir. Emilin ona kirayə verdliyi evdə yaşadığı ikinci ayda evdə olan zaman Kəmalə adlı qadın evə gəlmişdir. Emili soruşmuş, o da bildirmişdir ki, Emil adlı şəxs həmin mənzili ona kirayə vermişdir, özü burada yaşamır. Bu zaman Kəmalə adlı qadın bildirmişdir ki, mənzil Emil adlı şəxsə deyil, ona məxsusdur və mənzili Emil adlı şəxsə kirayə vermişdir, indi kirayə pulunu almağa gəlmişdir. Demişdir ki, Emil onun telefon zənglərin cavab vermir. O, başa düşmüşdür ki, Emil adlı şəxs onu aldatmış, başqasına məxsus mənzili ona kirayə verib pulunu ələ keçirtmişdir. O, Emilə zəng etmiş, lakin ona zəng çatmamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, qızı Rəqsanənin həyat yoldaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayır. Onlar əvvəllər Bakı şəhəri Yasamal rayonu, Məhəmməd Xiyabani 111 ünvanında həyət evində kirayədə yaşamış, lakin ev şəraiti pis olduğu üçün yaşayış yerini dəyişmək qərarına glmişlər. Odur ki, kürəkəni Məhəmməd kirayədə qalmaq üçün yeni yaşayış yeri axtarmış, 2024-cü ilin iyun aynın əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, «Kristal ünvan 3 ünvanını tapmışdır. Qeyd olunan mənzil bir otaqdan və mətbəxdən ibarət olmaqla aylıq kirayə haqqını 200 (iki yüz) manata götürmək barədə kürəkəni Məhəmməd, evi kitrayə verən Emil adlı şəxslə razılaşmışlar. Emil onun kart hesabına ilkin olaraq 600 (altı yüz) manat pul kartından ödəmiş, evin açarlarını almış və onlar ailələikcə 11 iyun 2024-cü il tarixdə həmin evə köçmüşlər. Evin su və istilik sistemində problem olduğundan Məhəmməd usta çağırıb, evin istilik sistemini və su sisteminin təmir etdirmiş, Məhəmməd ustaya 300 (üç yüz) manat pul vermişdir. Aradan bir neçə gün keçəndən sonra Emil adlı şəxs Məhəmmədə zəng edib kirayə müddətini artırmağı təklif etmiş, Məhəmməd Emilin təklifi ilə razılaşmışdır. Bu səbəbdən də mənzili kirayə verən Emilin kartına Məhəmməd bir neçə dəfəyə 200 manat pul göndərmişdir. Həmçinin 2024-cü ilin iyul ayında xatırlamadığı tarixdə Məhəmməd 200 (iki yüz) manat pulu kirayədə yaşadıqları evdə onun yanında Emilə vermişdir. Ümumilikdə qızının əri Məhəmməd, mənzili kirayəyə verən Emil adlı şəxsə 1000 (min) manat pul vermişdir. Bundan başqa kürəkəni Məhəmməd Emilin təklifi ilə 200 (iki yüz) manata «Çinar» markalı soyuducu almışdır. Mənzildə kirayə qaldıqları ikinci ayda, yəni 2024-cü ilin iyul ayında qızı Rəqsanə və əri Məhəmməd evdə olan zaman Kəmalə adlı bir qadın kirayədə qaldıqları evə gəlmiş, Emili soruşmuşdur. Məhəmməd ona bildirmişdir ki, Emil adlı şəxs evi onlara kirayəyə verib, özü burada yaşamır. Kəmalə adlı qadın bildirmişdir ki, ev Emil adlı şəxsin deyil, ona məxsusdur və evi Emil adlı şəxsə özü kirayə vermişdir, evin kirayə pulunu almağa gəlmişdir, çünki Emil adlı şəxs onun telefon zənglərinə cavab vermir. Həmin vaxt Emil adlı şəxsə Məhəmməd zəng etmiş, lakin Emilin telefonuna zəng çatmamışdır. Kəmalə adlı qadın onların kirayədə qaldığı ünvana gələndən sonra onlara məlum olmuşdur ki, Emil adlı şəxsin kirayəyə vermiş olduğu mənzil Kəmaləyə məxsusdur. Emil adlı şəxs Məhəmmədi aldatmışdır, kirayə pulu kimi onun pulunu ələ keçirtmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qayını oğludur. Onun atası vəfat etmiş, anası başqa şəxslə ailə qurmuş və ayrıca yaşayırlar. Təqsirləndirilən şəxs müxtəlif ünvanlara tək yaşmışdır. Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayında kirayədə qaldığı Kəmalə adlı qadına məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evindən ev əşyalarını oğurlayaraq satdığını və həmin evin ona aid olduğunu bildirərək Məhəmməd adlı şəxsi aldadaraq kirayə vermək adı ilə ondan 1000 manat məbləğində pul alaraq dələduzluq etdiyini Təqsirləndirilən şəxs polis tərəfindən tutulduqdan sonra ona məlum olmuşdur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 özünə məxsus ünvan 4 ünvanına aid Daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarışın surətini və Təqsirləndirilən şəxsla “Whatsapp” yazışmalarının mətnlərindən çıxarışı təqdim etmiş, Zərərçəkmiş şəxs1 təqdim etdiyi onun Təqsirləndirilən şəxsla “Whatsapp” yazışmalarının mətnlərinə baxış keçirilərkən təqdim olunan mesaj mətnlərində Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etirafına dair məlumatlar aşkar edilmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 iş üzrə Təqsirləndirilən şəxs kart hesabına pul göndərməsini təsdiq edən “Kapital banka” aid ödəniş kartı üzrə çıxarışın surətini təqdim etmiş, həmin çıxarışa baxış keçirilərkən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs kart hesabına pul göndərməsini təsdiq edən məlumatlar aşkar edilmişdir. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 ilə iş üzrə Təqsirləndirilən şəxs arasında Whatsapp” yazışmalarını əks etdirən mətndən çıxarışın surəti və iş üzrə digər Zərərçəkmiş şəxs2 iş üzrə Təqsirləndirilən şəxs pul göndərməsini əks etdirən “Kapital banka” aid ödəniş kartı üzrə çıxarışın surəti iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.14-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək elan olunan ittihamda özünü tam təqsirli bildiyini, zərərçəkmiş şəxsə barışdığını, ona vurduğu ziyanı ödədiyini, həmçinin dövlət nəfinə vurulmuş ziyanın 25%-ni ödədiyini nəzərə alaraq CM-nin 178.2.2 maddəsi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici izahatı ilə bərabər, zərərçəkənlərin izahatı, şahidlərin ifadəsi, işdə olan sənədlərlə tam sübutdur. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində 1000 manat vurulmuş ziyanın iyirmi beş faizi miqdarını 250 manat məbləğini dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə də məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini ( törədildiyi vaxt böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), vurulan ziyanın ödənilməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), zərərçəkənlə barışıq əldə edilməsini, cəzanı ağırlaşdıran halın olmamasını,onun müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuş, Abşeron rayon polis idarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir.Məhkəmə tərəfindən “həbs” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu cəmisi 06 ay 06 gün müddət Azərbaycan Respublikası CMnin 68.1.1-1 maddəsinə əsasə iki günə bir gün hesabı ilə 12 ay, yəni 01 il 12 gün müddət təyin edilmiş cəzasından çıxılmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs E Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Balakən rayonu, Mahamalar kəndində yaşadığı evi axşam saat 21:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bu əsasda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, dərhal həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra– CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (iyirmi) saat sərf etdiyindən məhkəmə hesab edir ki, ona 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi üzrə təqsirləndirilməsinə dair işin icraatına Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1(bir)il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü və 68.1.1-1 maddəsinə əsasən X3 tutulduğu və həbsdə olduğu 6(altı) ay 6(altı) gün müddət ona təyin edilmiş 01 (bir) il 12(on iki)gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 5(beş) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, dərhal həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. X6 üzərinə daimi yaşayış yeri olan Balakən rayonu Mahmalar kəndindəki yaşayış evini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayon ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Balakən Rayon Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti təqsirləndirilən şəxs X6 Baləkən Rayon Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (iyirmi) saat sərf etdiyindən məhkəmə hesab edir ki, ona 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-608/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-608/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver