Məhkəmə qərarları › İş №1(012)-609/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-609/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-609/2023 26.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2005-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, işləməyən, Quba şəhəri İsnovqışlaq kəndində qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivində yerləşən fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 7 saylı binanın qarşısında Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun əynində olan gödəkçəsinin cibindən bir ədəd 3 manat dəyərində üzərində “BMW” yazıları olan 12x9 sm ölçülü qara rəngli, süni dəri materialdan düymə ilə açılıb bağlanan pul kisəsini, bir ədəd 10 manat dəyərində Çin istehsalı olan “Kgtel” markalı “C110” modelli mobil telefonu və bir ədəd 30 manat dəyərində “Samsung” markalı “SM-G530H/DV”(X9 Duos) modelli mobil telefonu ələ keçirməklə, açıq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilkdə 43 manat məbləğində ziyan vurmaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, Quba şəhəri, İsnoqışlaq kəndində qeydiyyatda olmaqla validenyləri ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşayır. X4 tanıyır, onunla eyni həyətdə yaşayır. Əli ilə aramızda dostluq münasibətləri vardır. Bildirmişdir ki,xx.xx.2023-cü il tarixdə günorta saatlarında Əli ilə görüşmüşlər. Həmin vaxtı Əli ilə birlikdə 2 viksi alaraq içmişlər. Bundan sonra Əli ilə birlikdə təxminən saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron 1” yaşayış kompleksinin yaxınlığına yəni köhnə bazarın yanına gəlmişlər. Orada Əli ilə marketin qarşısında dayanıb söhbət edərkən bu zaman yol ilə sonradan adının Zaur kimi bildiyi şəxsin keçdiyini görmüşlər. Həmin vaxtı Zaur onlara baxdığı üçün Əli həmin şəxsə irad bildirmişdir ki, “nəyə görə baxırsan”. Bu zaman həmin Zaur adlı şəxs demişdir ki, “bizə baxmır”. Əli ilə Zaur adlı şəxsin arasında mübahisə baş vermişdir. Bundan sonra Zaurla Əli mübahisə edərkən o, Zaurun əlində telefon görmüş və Zaura demişdir ki, “telefonu ver baxım”. Zaur da telefonları ona vermişdir. Bundan sonra onlar Zaurla birlikdə söhbət etmək üçün Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən 7 saylı binanın qarşısına getmək üçün yola düşmüşlər. Bu zaman onda da “Misli” oyunu oynamaq üçün kupon olmuşdur. Həmin kuponu göstərmək üçün o, Əli və Zaurla birlikdə “Misliyə” daxil olmuşlar. Orada işləyən şəxs onlardam yaşlarını soruşmuş, onlarda yaşlarının azolduğunu bildirdikdən sonra yaşları az olduğu üçün kuponlarına baxılmamışdır. Oradan çıxaraq 7 saylı binanın qarşısına gəlmişlər. Orada Əli ilə Zaur yenidən mübahisə etməyə başlamışdır. Sonra isə onlar oradan aralaşmaq istəyərkən Zaur arxalarınca gəlmişdir. Onlar Zaurla birlikdə “Oba” marketə daxil olmuşlar. Həmin vaxtı Zaurun kartında pul olub-olmamasını soruşmuş və pul olmadığını görüb “Leo” banka aid olan kartı Zaura qaytarmışdır. Lakin 1 ədəd pul qabını, 1 ədəd “Samung” və 1 ədəd “KGTEL” markalı mobil telefonları Zaura verməyib oradan çıxaraq evinə getdim. Həmin vaxt Əli ona irad bildirərək Zaura məxsus telefonları və pul qabını geri qaytarmasını istəmişdir. Lakin o, həmin vaxt Əliyə əhəmiyyət verməmiş, Zaura məxsus olan qara rəngli pul qabını və telefonları özü ilə evinə aparmışdır. Həmin 1 ədəd Kgatel və 1 ədəd Samung markalı mobil telefonu o, cümlədən 1 ədəd pul qabını könüllü olaraq təqdim etmişdir. Bildirmişdir ki, o, ilk öncə Əli Zaurla mübahisə edərkən Zaurun əlində iki ədəd telefon olduğunu görüb telefonu əlindən almış, Sonradan isə pul qabını Zaurun əlində görüb almışdır. Lakin onun “Leo” kartını almamışdır. Lartda pulu olmadığı üçün “Leo” kart lazım olmamışdır. Bildirmişdir ki, Əli onun Zaurdan telefonları və pul qabını almasını görmüş və buna iradını bildirərək telefonları və pul qabını geri qaytarmasını istəmişdir. Lakin o, qaytarmamışdır. O, Zauru həmin vaxtı vurmamışdır. Sonda o, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyərək onunla barışıq əldə etməsini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi X2 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Xırdalan şəhəri 25ci məhəllədə yerləşən fərdi evdə valideynləri ilə ilə birlikdə yaşayır. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 3 saylı orta məktəbin 9 Ç sinifində oxuyur. 13 mart 2023-cü il tarixdə saat təxminən 18 radələrində o, evdən çıxaraq Abşeron rayonu, Xırdalan şəhərində köhnə bazarın yaxınlığında anasının Zümrüdgildən modem aparatını gətirsin. Həmin vaxtı o, Zümrüdgilə getmiş və görmüşdür ki, aparatı tapa bilməmişlər. Bundan sonra oradan evə gəlmək üçün yola çıxımışdır. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi istiqamətindən köhnə bazar istiqamətinə gəlmişdir. Bu zaman “PlaStation” klubun içərisindən bir nəfər əlində qəlyan çıxmışdır. O, həmin şəxsin yanından keçərkən onunla göz-gözə gəlmişdir. Həmin vaxtı həmin şəxs ona demişdir ki, “sən nəyə görə mənə tər-tərs baxırsan”. O da dayanıb həmin şəxsə demişdir ki, “mən heç kəsə tər-tərs baxımıram yola baxıram”. Bu zaman aralarında sözlə mübahisə baş vermişdir. Elə bu anda həmin şəxsin yanına tanımadığı sonradan adının Nicat kimi bildiyi şəxs gəlmişdir. Həmin şəxs ona salam vermişdir. Əlnən onunla görüşdükədn sonra demişdir ki, “sən bura gəl”. Onu köhnə bazarın yanında olan “Ana-Bala” parkının yanına aparmışlar. O, həminşəxslərlə birlikdə parkın yanı ilə 28-ci məhəllədə yerləşən 7-ci binanın qabığına gəlmişdir. Onlar ora gələrkən yolda Nicat demişdir ki, “gəlin “Misli” lotereya oyun yerinə gedəyin oradan pul götürəcəm”. O da həmin şəxslərlə birlikdə “Misli”yə daxil olmuşdur. Orada Nicat “Misli”dən nəsə götürmək istəsədə həmin satıcı şəxsiyyət vəsiqəsi tələb etdiyi üçün Nicatın kuponunu yoxlamamışlar. Sonra onlar aşağı düşərək Nicatgilin onu aparması ilə 7-ci binanın qarşına gəlmişlər. Orada yenidən Nicat və yanında Əli onunla mübahisə etməyə başlamışlar. Həmin vaxtı Nicat və Əli yenidən ona demişlər ki, “nəyə görə bizə tərs-tərs baxmısan”. Aralarında mübahisə baş vermiş, mübahisə zamanı Əli onun burun nahiyyəsindən bir dəfə kəllə vurmuş, o da Əlini vurmaq istəyəndə Nicat onu tutmuşdur. Burnumdan qan açılmış bir azda huşunu itirmişdi. Bundan sonra, Nicatla Əli çıxıb getmişlər. Oda yerdən qalxmış və cibinə baxanda görmüşdür ki, 1 ədəd 32 manat dəyərində üzərində nömrəsi olmayan “KGTELL” markalı mobil telefon aparatı, 1 ədəd 150 manat dəyərində üzərində nömrəsi olmayan “X8 Prime” markalı mobil telefon aparatı və içərisində 1 ədəd “Leo” kartı olan pul qabısı cibində yoxdur. O da Nicatla Əlinin çox aralanmalarını görüb arxalarıyca getmişdir. X10 marketə daxil olmalarını görüb o da “Oba” marketə daxil olmuşdur. Bu zaman Nicat onun “Leo” kartı ilə siqaret almaq istəyərkən kartda pul olmadığı üçün ala bilməmiş, o da kartı Nicatln əlindən almışdır. Bundan sonra Nicatgil telefonları ona verməyərək çıxıb getmişlər. O da evə gələrək hadisə barədə anası Elnurəyə demiş, anası da hadisə barədə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Sonra polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə etmişlər. Hazırda ona vurulmuş ziyan ödənildiyi üçün şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında valideyinləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və oxumur. Təqsirləndirilən şəxs onunla eyni məhlədə yaşamışdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Nicat onun yaşadığı evə gələrək onu bayıra çağırmışdır. O, bayıra çıxaraq Nicatla görüşmüşdür. Bu zaman Nicat ona demişdir ki, “gedək gəzək”. Həmin vaxtı Nicatın içkili vəziyyətdə olmasını görmüşdür. Bundan sonra təkidlə deməsini görüb Nicata gedək demişdir. O, Nicatla bir az gəzdikdən sonra Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektinə çıxmışlar. Orada dayanıb gözləyərkən bu zaman kənardan sonradan adının Zaur kimi bildiyi şəxsin gəldiyini görmüşdür. Həmin vaxtı Nicat Zaura demişdir ki, “nəyə görə ona baxır”. Bu zaman Zaurda Nicata demişdir ki, “ona baxmır”. Bu zaman Zaurla Nicatın arasında mübahisə baş vermişdir. O da Zaurla Nicatı ayırmaq istəmişdir. Elə bu zaman Nicat Zaurun qolundan tutaraq demişdir ki, “gedək parkın yanında söhbət edək”. Bundan sonra onlar birlikdə parkın yaxınlğında olan “Misli”yə daxil olduq orada kuponu Nicat yoxlatdırmaq istəmiş, lakin yaşı çatmadığı üçün yoxlamamışlar. Bundan sonra oradan çıxıb o, Nicat və Zaur Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə 7 saylı binanın qarşısına gəlmişdir. Bu vaxt Zaurla Nicatın arasında yenə mübahisə baş vermişdir. Mübahisə zamanı Nicat Zaurun telefonlarını və pul qapını cibindən götürmüşdür. O da həmin vaxtı Nicata demişdir ki, “telefonları və pul qabını niyə cibindən götürüsən”. Bundan sonra, onlar oradan çıxmışlar. Zaur isə orada qalmışdır. Sonra isə Nicat və o, marketə daxil olmuşlar. Həmin vaxtı Zaurun kartı ilə siqaret almaq istəmiş lakin kartda pul olmadığı üçün həmin kartı Zaura qaytarmışdır. Lakin 2 ədəd telefonunu və pul qabısını götürüb getmişdir. O, isə öz evinə getmişdir. Həmin vaxtı o, Zaura iradını bildirib, həmin telefonları və pul qabını Zaura qaytarmasını demişdir. Lakin Nicat onun sözünə əhəmiyyət verməmişdir.Qeyd etmişdir ki, o, Zaurun vurmamış və Zaurun üzərindən heç nə götürməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilir və onun əməli istintaq orqanı tərəfindən həmin maddə ilə düzgün tövsif edilmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 7 №-li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 04 №-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü maddəsinin 4-cü abzastına görə məhkəmələr böyük ictimai törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi və cinayət törədən zaman yetkinlik yaşına çatmaması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşən halları, cəzasını ağırlaşdıran halı, o cümlədən cəzanın onun islah olunmasına təsirini nəzərə alıb hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə onun barəsində “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. CM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Abşeron rayonu hüdudlarını saat 23:00-dən saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ““başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz gücündə saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlanıldığı bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ““başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz gücündə saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsinş Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar