Məhkəmə qərarları › İş №1(012)-61/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-61/2020

21.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-61/2020 21.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəs üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəç iştirakı ilə, xx xxxx 1963-cü ildə Laçın rayonu, Alcan kəndind anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, a təhsilli, evli, məhkumluğu olmayan “xxxxxxxxxxxxxxxxxxx” MMC-də sürücü vəzifəsind işləyən, Şuşa şəhəri, L.İmanov küçəsi,ev 21 ünvanınd qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində fərdi yaşayış evində kirayəd yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimka tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə da cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2018-c ilin avqust ayından şifahi qaydada qarşılıqlı razılaşmaya əsasən kirayədə yaşadığı Zərərçəkmi şəxs məxsus ünvan 3 saylı fərdi yaşayış evindən 2018-ci ilin oktyabr ayında 1000 manat dəyərind 01 ədəd divan və kreslodan ibarət yumşaq mebel dəstini, 01 ədəd 600 manat dəyərində yemə stolunu, 08 ədəd 400 manat dəyərində oturacaq stullarını, 600 manat dəyərində mətbəxdə istifad olunan 01 ədəd qabaq stolunu və 04 ədəd oturacaq stulundan ibarət dəsti, 01 ədəd 500 mana dəyərində soyuducunu, 01 ədəd 450 manat dəyərində paltaryuyanı, 01 ədəd 280 manat dəyərind təhlükəsizlik kamerasının yaddaş aparatını və monitoru, hər birinin dəyəri 180 manat olmaqla 0 ədəd 360 manat dəyərində yataq çarpayısını, hər birinin dəyəri 150 manat olmaqla 02 ədəd 30 manat dəyərində paltar dolabını, 150 manat dəyərində 01 ədəd yazı stolunu və 300 mana dəyərində 01 ədəd xalçanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 4940 (dörd min doqqu yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona ela olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ilin avqust ayınd Abşeron rayonu, Mehdiabad qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayı evini kirayə götürmək üçün Nəcməddin adlı şəxslə görüşüb, həmin evi aylıq 500 manatdan kiray götürmüş, bir gün sonra o, Nəcməddinə evin bir aylıq kirayə pulunu vermişdir. Sonra is Nəcməddin lazım olan mebelləri alıb evə yerləşdirmişdir. O, həmin evi ofis kimi istifadə etmək üçü kirayəyə götürmüş, işçisi Anar adlı şəxsi yaşamaq üçün ora yerləşdirmişdir. Sonradan bilmişdir k evin sahibi Zərərçəkmiş şəxs məxsus əşyalar oğurlanmışdır. O, Zərərçəkmiş şəxs dəymiş ziyan ödəmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş madd ziyanı ödəyərək, onunla barışığa cəhd etdiyini, səhhətində olan problemləri və ikinci dərəcəli əl olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ona ela olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ilin avqust ayınd Abşeron rayonu, Mehdiabad qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayı evini kirayə götürmək üçün Nəcməddin adlı şəxslə görüşüb həmin evi aylıq 500 manatdan kiray götürmüş, bir gün sonra o, Nəcməddinə evin bir aylıq kirayə pulunu vermişdir. Sonra is Nəcməddin lazım olan mebelləri alıb evə yerləşdirmişdir. Lakin 2018-ci ilin oktyabr ayında madd vəziyyəti pis olduğundan və ona təcili pul lazım olduğundan həmin evdə olan 01 ədəd yemə stolunu, 08 ədəd oturacaq stullarını, mətbəxdə istifadə olunan 01 ədəd qabaq stolunu və 04 ədə oturacaq stulundan ibarət dəsti, 01 ədəd soyuducunu, 01 ədəd paltaryuyanı, təhlükəsizli kamerasının yaddaş aparatını və monitoru, 02 ədəd yataq çarpayısını, 02 ədəd paltar dolabını, 0 ədəd yazı stolunu və 01 ədəd xalçanı oğurlayıb hamısını birlikdə satmaq fikrinə gəlmişdir. B səbəbdən o, internet vasitəsi ilə bir nəfər tanımadığı və mobil nömrəsi yadında qalmayan şəxs zəng vurub, yuxarıda göstərdiyi əşyaları hamısını ümumilikdə 1800 manata sata biləcəyini bildirmi və həmin şəxs onunla razılaşaraq, yaşadığı ünvana «Qazel» markalı yük avtomobili ilə gələrək əşyaları avtomobilə yükləyib 1800 manat pulu ona verib çıxıb getmişdir. O, müştəriyə həmi əşyaların özünə məxsus olduğunu bildirmiş və oğurluq nəticəsində əldə etdiyi pulları ö ehtiyaclarına xərcləmişdir. İbtidai istintaq dövründə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmu maddi ziyanı ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsind göstərdi ki, 2014-cü il tarixdə ünvan 3 saylı ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evin almışdır. Həmin evi təmir etdirdikdən sonra evin əşyalarını alıb içərisini doldursa da, həmin evd yaşamamışdır. Evdə yaşayış olmadığından, evin təmiri pis vəziyyətə düşdüyündən həmin evi kiray vermək qərarına gəlmişdir. Buna görə də bu barədə 2018-ci ilin iyul ayında ailəvi dostu Şahid bildirmişdir. xx xxxxxx 2018-ci il tarixdə Şahid1 ona məxsus evi Abşeron rayonu, Mehdiaba qəsəbəsi ərazisində ev alqı-satqısı ilə məşğul olan Şahin adlı şəxsin vasitəsi ilə Təqsirləndirilə şəxs Oqtay oğluna aylıq 500 manat olmaqla kirayə vermişdir. 2018-ci ilin avqust ayından etibarə 2018-ci ilin noyabr ayına qədər Təqsirləndirilən şəxs aylıq 500 manatı Nəcməddinin vasitəsi il ödəmişdir. 2018-ci ilin noyabr ayına qədər olan müddət ərzində o, dəfələrlə evə baxmağa getmiş lakin Cahangirin evdə yaşamadığını görmüşdür. 2018-ci ilin noyabr ayında Təqsirləndirilən şəx evdə qalmadığını qonşulardan öyrəndikdən sonra, o, Nəcməddindən Cahangirə zəng vurub ev boşaltmasını və açarı təhvil verməsini xahiş etmiş, lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələ gətirərək evin açarını verməkdən imtina etmişdir. Buna görə də 2018-ci ilin dekabr ayında Abşero Rayon Polis X3 Bölməsinə ərizə ilə müraciət etmiş, sahə rəisi İlqar Məmmədli bu barədə ilkin olara araşdırma aparmışdır. X6 Abbasovun bacısı oğlu kimi özünü təqdim edən Rasim adlı şəxslə əlaq saxlamış, Rasim xx xxxxxx 2018-ci il tarixdə evi təhvil verəcəklərini bildirmişdir. xx xxxxxx 2018-ci tarixdə isə nə Cahangir, nə də Rasim telefon zənglərinə cavab verməmişlər. Buna görə də onla məcburiyyət qarşısında qalıb həmin gün sahə rəisi İlqar Məmmədlinin iştirakı ilə ona məxsus ünva 3 saylı ünvanda yerləşən fərdi yaşayış evinin qapısını açmaq qərarına gəlmişlər. Lakin həmin vax onlara məlum olmuşdur ki, Cahangir evin giriş qapısının açarını dəyişdirmişdir. Məcburiyyə qarşısında onlar evin giriş qapısının kilidini sındırıb evə daxil olmuşlar. Evə baxış zamanı evdə 1500 manat dəyərində divan kreslo dəstinin, 850 manat dəyərində bir ədəd yemək stolunun, 60 manat dəyərində səkkiz ədəd oturacaq stullarının, 980 manat dəyərində mətbəxdə istifadə oluna bir ədəd qabaq stolun və dörd ədəd oturacaq stuldan ibarət dəstin, 1000 manat dəyərind soyuducunun, 600 manat dəyərində paltaryuyanın, 550 manat dəyərində təhlükəsizlik kamerasını yaddaş aparatı və monitorun, 2 ədəd hər biri 250 manat olmaqla 500 manat dəyərində yata çarpayısının, 2 ədəd hər biri 180 manat dəyərində olmaqla 360 manat dəyərində paltar dolabının, ədəd 220 manat dəyərində yazı stolunun, 1 ədəd 300 manat dəyərində xalçanın oğurlandığın aşkar etmişlər. Baş vermiş oğurluq hadisəsində o, Təqsirləndirilən şəxs şübhələndiyini bildirmişdi İbtidai istintaq dövründə ona vurulmuş maddi ziyan əvəzi təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Lakin bununla belə vurulmuş mənəvi ziyana görə təqsirləndirilən şəxslə barışmadığın ondan şikayətçi olduğunu bildirdi. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxs barəsind qanunauyğun cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2018-ci ilin iyu ayında dostu Azər özünə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, B.Vahabzadə küçəsind yerləşən iki mərtəbəli fərdi yaşayış evini kirayə vermək istədiyini ona bildirmişdir. O, həmin evi e alqı-satqısı ilə məşğul olan Şahin adlı şəxsin vasitəsi ilə xx xxxxxx 2018-ci il tarixdə Təqsirləndirilə şəxs Oqtay oğluna, sonuncunun sürücüsü Namiq adlı şəxsə və Cahangirin bacısı oğlu kimi özün təqdim edən Rasim adlı şəxslərə aylıq 500 manatdan kirayə vermişdir. Bir gün sonra Cahangir on evin bir aylıq kirayə pulunu vermişdir. Sonra isə ailəsinin böyük olması ilə əlaqədar əlavə mebellə almağı xahiş etmişdir. Zərərçəkmiş şəxs isə evə lazım olan mebelləri alıb evə yerləşdirmişdi Sentyabr ayının kirayə pulunu ayın 10 verməli olduqları halda sentyabr ayının axırlarında vermişlə O, həmin şəxslərin hərəkətlərindən şübhələndiyi üçün dəfələrlə evə gedib qapını bağlı olduğun görüb özünü Cahangirin bacısı oğlu kimi təqdim edən Rasim adlı şəxslə telefon əlaqəsi saxlayı evə baxmaq istədiyini bildirmişdir. Lakin Rasim adlı şəxs müxtəlif bəhanələr gətirərək evd olmadıqlarını bildirmişdir. 2018-ci ilin oktyabr ayında olan kirayə pulunu noyabr ayının ortalarınd Rasim onunla Bakı şəhərində görüşüb vermişdir. O, təkidlə evə baxmaq istədiyini bildirmiş, Rasim adlı şəxs isə evin açarının Cahangirdə və sonuncunun qayınanasının rəhmətə getməyi ilə bağ Gəncə şəhərində olduğunu bildirmişdir. Həmin vaxtdan sonra evə baxa bilmədiyi üçün naraha olmuş, dəfələrlə Cahangirə və Cahangirin sürücüsü kimi tanıdığı Namiq adlı şəxsə zəng edərək ev baxmaq istədiyini bildirmişdir. Həmin şəxslər müxtəlif vaxtlarda bəhanələr gətirərək, ev baxmalarına şərait yaratmamışlar. Nəhayət xx xxxxxx 2018-ci il tarixdə Zərərçəkmiş şəxs onun v ərazinin sahə rəisi İlqar Məmmədlinin iştirakı ilə məcburiyyət qarşısında qalıb evin giriş qapısın açaraq evə daxil olmuşlar. Evə daxil olan zaman onlara məlum olmuşdur ki, evdən Zərərçəkmi şəxs məxsus ev əşyaları oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə baxışında göstərdi k Təqsirləndirilən şəxs Oqtay oğlu onun tanışıdır, sonuncu ilə heç bir qohumluq münasibəti yoxdu O, 2018-ci ilin avqust ayından Cahangirlə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində fərd yaşayış evini kirayə götürmək üçün Nəcməddin adlı şəxslə görüşmüş, Nəcməddin onlara ik mərtəbəli fərdi yaşayış evini göstərmiş və onlar həmin evi kirayə götürmüşlər. Həmin evdə Cahang yaşamağa başlamışdır. O, iki dəfə Nəcməddinlə Bakı şəhəri, Binəqədi rayonu ərazisində görüşü hər dəfə 500 manat pul vermişdir. Bir müddət keçdikdən sonra 2018-ci ilin dekabr ayınd Nəcməddin onunla əlaqə saxlamış və kirayə pulunu istəmişdir. O, Nəcməddinə Cahangirin rayond olduğunu demiş, sonuncu ilə əlaqə saxlamış və Nəcməddin ondan pulunu istədiyini bildirmişdi Bundan bir neçə gün keçdikdən sonra Nəcməddin onunla əlaqə saxlayıb evin açarını istəmiş, sonuncuya açarın onda olmadığını bildirmiş və sonradan Nəcməddinin telefon zənglərinə cava verməmişdir. Sonradan ona məlum olmuş ki, kirayə götürdükləri ev Azər adlı şəxsə məxsu olmuşdur. Azərin evindən oğurluq olub-olmamasından onun xəbəri olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə baxışında iştira etmədiyindən, məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəx Oqtay oğlu onun tanışıdır, sonuncu ilə heç bir qohumluq münasibəti yoxdur. O, 2018-ci ilin avqus ayından Rasim Cahangirlə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində fərdi yaşayış evin kirayə götürmək üçün Nəcməddin adlı şəxslə görüşmüşlər. Nəcməddin onlara iki mərtəbəli fərd yaşayış evini göstərmiş və onlar həmin evi kirayə götürmüşlər. Həmin evdə Cahangir yaşamağ başlamışdır. Rasim Nəcməddinlə iki dəfə Bakı şəhəri, Binəqədi rayonu ərazisində görüşüb hər dəf 500 manat olmaqla pul vermişdir. O, həmin evdə Cahangirlə cəmi bir gün qalmış, bir müddə keçdikdən sonra Cahangir həmin evdən çıxmışdır. Sonradan ona məlum olmuş ki, kiray götürdükləri ev Azər adlı şəxsə məxsus olmuşdur. Azərin evindən oğurluq olub-olmamasında onun xəbəri olmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəm Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxx 2019 cu il tarixli 16311 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsind göstərilən malların istifadədə olması nəzərə alınmaqla 2018-ci ilin avqust-dekabr aylarına olan ort bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3940 manat müəyyən olunu Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Həmin rəyin tədqiqi hissəsindən görünür ki, 850 manat dəyərində 1 ədəd yemək stolu 60 manat, 600 manat dəyətində 8 ədəd oturacaq stulları 400 manat, 980 manat dəyərində mətbəxd istifadə olunan 1 ədəd qabaq stolu və 4 ədəd oturacaq stuldan ibarət dəst 600 manat, 1000 mana dəyərində soyuducu 500 manat, 600 manat dəyərində paltaryuyan 450 manat, 550 mana dəyərində təhlükəsizlik kamerasının yaddaş aparatı və monitor 280 manat, hər biri 250 mana olmaqla 500 manat dəyərində yataq çarpayısı 360 manat, hər biri 180 manat dəyərində olmaql 360 manat dəyərində paltar dolabı 300 manat, 220 manat dəyərində yazı stolu 150 manat, 30 manat dəyərində xalça 300 manat məbləğində müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyə 50 (əlli) manat təşkil edir. Cinayət işi materiallarında olan xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür k 2018-ci ilin oktyabr ayında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, B.Vabahzadə küçəsi 38 say Zərərçəkmiş şəxs məxsus evdən oğurlanmış 01 ədəd divan və kreslodan ibarət yumşaq mebe dəstinin qeyd edilən müddətdə Respublika üzrə orta bazar qiyməti 1000 manat təşkil edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli v obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbayca Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri v cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıra hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdu Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi il tövsif edilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə göstərdikləri məhkəmə tərəfindən onu məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş özünümüdafiə xarakteri daşıyan qeyri-səmim ifadə kimi qiymətləndirilir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsin müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilə şəxsbarəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalar nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayə Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununu aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqınd tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayəti xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkd təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasın və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ərizəsində görünür ki, ünvan 4 ünvanında baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş maddi ziya Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir, bununla bağlı heç bir şikayət və tələb yoxdur. Cinayət işi materiallarında olan Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən verilmi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlə X7 Şuşa rayon şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, **********9 saylı arayışda görünür ki, Təqsirləndirilən şəxs ömürlük İİ dərəcəli əlildir və 233,20 manat məbləğində əmə pensiyası alır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbayca Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarix məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlə Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-c maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətin azadlıqdan məhrum edilmiş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarix hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək həmi Məcəllənin 66.5-ci maddəsi ilə qəti olaraq 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasın məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Bak şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqda məhrum etmə cəzasının qalan 05 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuş və o, xx.xx.2016-c il tarixdə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də, Azərbaycan Respublikası CM-nin 18.4.1-c maddəsin əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zaman nəzərə alınmır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini tam etiraf edərək əməlindən səmimi peşma olmasını, zərərçəkmiş şəxsə vurduğu zərərin əvəzini tam ödəməklə onunla barışıq əldə etməy cəhd etməsini, ikinci dərəcəli əlil olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasınıonu cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosia ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfində yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilə şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəni sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilə bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərin uyğundur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasə Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli v cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtda hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Hökm qanun qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığı məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzr məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanı müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarında olan qətimkan tədbiri seçilməsi barədə xx xxx 2019-cu il tarix qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixl 1(012)-61/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Oktar oğlu barəsində axtarış ela edilməklə “həbs” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(012) 61/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs konüllü məhkəmə iclasına gəlmiş müdafiəçinin vəsatəti əsasında barəsində axtarış elan edilməklə seçilmiş “həbs” qətimkan tədbi “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Beləliklə cinayət işi materiallarından görünür ki, ibtidai istintaq dövründə təqsirləndirilən şəx barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, lakin məhkəm istintaqından yayındığı üçün axtarış elan edilərək, barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri, “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Lakin təqsirləndirilə şəxs həbsə alınmamış özü könüllü surətdə məhkəməyə gəlmiş və xx xxxx 2020-ci il tarixli qərarl barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs x xxxx 2020-ci tarixdən hal-hazıradək ev dustaqlığında saxlanıldığı 01 ay 04 gün müddətinin bir gün islah işləri cəzasının dörd gününə bərabər tutulmaqla, ümumilikdə 4 ay 16 gün ona təyin ediləcə islah işləri cəzasına hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçini qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığ məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəv hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirini həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəz təyin edildiyindən, onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 ci maddələrinin tələbləri baxımından məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsin xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub dövlət nəfin keçirilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi rayon İcra v probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabın hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikas Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarl edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 mana hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində və məhkəmə baxışı zaman 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəç Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018 ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər i saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pu Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi il nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddət qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla islah işləri növündə cəz təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilə şəxs xx xxxx 2020-ci il tarixdən hal-hazıradək ev dustaqlığında saxlanıldığı 01 (bir) ay 04 (dörd gün müddət nəzərə alınaraq, islah işləri növündə cəzanın müddətinə 01 (bir) günə 04 (dörd) gü hesablanmaqla 04 (dörd) ay 16 (on altı) gün müddət ona təyin olunmuş 01 (bir) il 06 (altı) a müddətinə islah işləri növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 14 (o dörd) gün müddətinə qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla isla işləri növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs oğlu islah işləri növündə cəzasını iş yeri üzrə çəksin və cəzaçəkməni əvvəli qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi rayon icra v probasiya şöbəsinə həvalə edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğind pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmi Abşeron rayon Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001 ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yü səksən) manat məbləğində və məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlə Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmi dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlə büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi il Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığ vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar