Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-61/2021 13.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Vəkil Bürosunun vəkili X1 iştirakları ilə 27.05.1985-ci il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində ünvan 2 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 120.2.7, 221.3 və 228.1-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 noyabr 2019-cu il tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, yeni məhəllədə birlikdə yaşadıqları evdə onun evə qazanc gətirməməsi səbəbindən qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş ailə-məişət zəmindəki mübahisə zamanı sonuncunu yumruqla vurmaqla və əlləri ilə sıxmaqla ona hər iki gözün ağlı qişasına qansızma ilə müşayiət olunan boyun nahiyəsinin stranqulyasiya şırımı, sol gözaltı nahiyənin, hər iki bazunun yuxarı 1/3-nin bayır səthlərinin qançırları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatda olsa da təxminən 7 il olar ki, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış Z.Bünyadov küçəsindəki iki mərtəbəli fərdi yaşayış evində yaşayır. “Meyvəli” ticarət mərkəzində alver etməklə pul qazanır. Təxminən iki il olar ki, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşıyır. Turanənin əvvəlki evliliyindən iki azyaşlı övladı var. Birlikdə yaşadıqları müddətdə onun uşaqları qonşuluqda yaşayan anası Qəndabın yanında olmuş və tez-tez aralarında ailə-məişət zəminində mübahisələr baş vermişdir. Bir müddət mehriban yaşasalar da Turanənin anası Qəndab onların ailə işlərinə qarışdığına görə yenə aralarında narazılıqlar başlamışdır. 24.11.2019-cu il tarixdə saat 15 radələrində yaşadıqları evdə Turanə onun pul qazana bilmədiyini və ona pul vermədiyini bəhanə edərək mübahisə etməyə başlamış, o da əsəbləşib əli ilə Turanənin boğazından tutub səsini kəsməsini tələb etmiş, lakin sonuncunun onun sözünə məhəl qoymadığını və səs-küy saldığını görüb yumruqla başına bir dəfə vurub kənara itələmiş, bundan sonra Turanənin mobil telefonunu götürüb anasına zəng etmək istədiyini hiss edib telefonu əlindən alaraq kənara tullamış, Turanə də qaçıb anasıgilə getmişdir. Bundan bir neçə saat sonra polis əməkdaşları onun mobil telefonuna zəng edərək Turanənin anası Qəndabın və Turanənin ondan şikayət etdiklərini bildirib onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Sonda o, Zərərçəkmiş şəxs qız ilə barışmasını və sonuncunun ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasına, cinayət işi üzrə icraata xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən 1 il 6 ay olar ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi evlidir. Evləndikləri vaxtdan 24.11.2019-cu il tarixədək Cavidanın Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivindəki evində onunla birlikdə yaşamışdır. Əvvəlki evliliyindən olan iki övladı isə çox vaxtlarda onun qonşuluğunda yaşayan anası Qəndabla yaşamışlar. Cavidanla münasibətləri əvvəllər yaxşı olsa da, son zamanlar sonuncunun evə qazanc gətirməməsi səbəbindən tez-tez aralarında mübahisələr başlamışdır. Bundan sonra münasibətləri normallaşsa da bir müddətdən sonra yenə aralarında eyni səbəblərdən tez-tez mübahisələr baş vermiş, 24.11.2019-cu il tarixdə saat 15 radələrində yaşadıqları evdə Cavidanın evə qazanc gətirməməsi səbəbindən aralarında mübahisə yaranmışdır. Cavidan bir əli ilə onun boğazından tutub sıxaraq digər əli ilə başına bir yumruq vurmuş, o da Cavidanın əlindən birtəhər çıxıb yaxınlıqda yaşayan anası Qəndabın evinə getmiş, həmin vaxtı sonuncu ondan nə baş verdiyini soruşmuş, o da hadisə barədə anası Qındaba danışmış, bundan sonra o da mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Aralarındakı həmin mübahisə Cavidanın evə pul gətirməməsi və ərzaq almaması səbəbindən yaşadıqları evdə təxminən 2-3 dəqiqə ərzində baş vermiş, həmin vaxtı evdə onlardan başqa heç kim omamışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbi olmadığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin 25 noyabr 2019-cu il tarixli, 2655 nömrəli rəyindən görünür ki Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- hər iki gözün ağlı qişasına qansızma ilə müşayiət olunan boyun nahiyəsinin stranqulyasiya şırımı boyun üzvülərinin ilgəklə sıxılmasından törənmişdir; sol gözaltı nahiyənin hər iki bazunun yuxarı 1/3-nin bayır səthlərinin qançırları isə küt ə.ya(əşyalar) təsirindən törənmişlər; qərarın təsviri hissəsində qeyd edilən müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni 24.11.2019-cu il tarixdə müvafiq olaraq boğmağa cəhd və yumruqla vurulma zamanı əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 06.08.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Rerspublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il şərti sınaq müddəti ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 31 may 2021-ci il tarixli qərarla başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyi üçün 17 avqust 2021-ci il tarixdə barəsində axtarış elan edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1098/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 120.2.7, 221.3 və 228.1-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1098/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli hökmü ilə əlaqədar seçilmiş həbs qətimkan tədbiri hazırki cinayət təqibi ilə əlaqəsi olmadığından həmin qətimkan tədbirinin seçilməsi yalnız nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı isə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 120.2.7, 221.3 və 228.1-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair ünvan 2 2021-ci il tarixli hökmü ilə əlaqədar barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-61/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-61/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver