Məhkəmə qərarları › İş №1(012)-61/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-61/2022

03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-61/2022 03.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1982-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Beyləqan rayonu Dünyamalılar kəndində qeydiyyatda olan, Abşeron rayonu, Qobu qəsəbəsi yeni yaşayış massivində yaşayan, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 11.11.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilərək barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs xidməti iş yerini 4000(dörd min) manat pul müqabilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən Müdafiə Nazirliyinin Hərbi Hospitalına dəyişəcəyi adı ilə inandırmış, bu niyyətlə 27.06.2020-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında 4000(dörd min) manat pulu almaqla ələ keçirib sonuncuya qarşı dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2018-ci ilin iyul ayında sonuncu Müdafiə Nazirliyinə işə düzələn zaman Müdafiə Nazirliyinin hərbi hospitalında tanış olmuş, həmin vaxtdan sonra Zərərçəkmiş şəxs ilə dostluq münasibətləri yaranmışdır.Sonradan Zərərçəkmiş şəxs ailə üzvləri ilə tanış olmuş və həmin şəxsin ailəsi də onu tanımışdır. 20 iyun 2020-ci il tarixdə Zərərçəkmiş şəxs yenidən ona zəng vuraraq işlədiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən Müdafiə Nazirliyinin Hərbi Hospitalına iş yerini dəyişmək istədiyini bildirmiş, həmin vaxtı maddi vəziyyəti yaxşı olmadığı üçün Zərərçəkmiş şəxs onun iş yerini dəyişdirə biləcəyini və bunun üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra 27 iyun 2020-ci il tarixdə Zərərçəkmiş şəxs həmin pulu ona vermək üçün onu yaşadığı ünvan 2 ünvanına dəvət etmiş, o, həmin ünvana gedən zaman Zərərçəkmiş şəxs başqa onun anası Zeynəb Abdullayeva da mənzildə olmuşdur. O, Zərərçəkmiş şəxs anası Zeynəb Abdullayevanın yanında 4000 manat pul almış və onun xidməti iş yerini Müdafiə Nazirliyinin Hərbi Hospitalına dəyişdirilməsində köməklik edəcəyini vəd etmişdir. Lakin həmin dövrdə pula ehtiyacı olduğu üçün bu pulu öz ehtiyacına xərcləmiş, lakin sonradan Zərərçəkmiş şəxs ondan pulunu geri tələb etdikdə o, pulu qaytaracağına söz vermişdir. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 06 iyul 2018-ci ilin tarixdə Müdafiə Nazirliyində işə qəbul olunmaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, həmin vaxtı Müdafiə Nazirliyinin Hərbi Hospitalında hərbi həkim komissiyasından keçərkən Hərbi Hospitalın həyətində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ona həmin hərbi həkim komissiyasından keçməkdə kömək etmiş, bundan sonra Müdafiə Nazirliyində xidmətə qəbul edilmiş və Müdafiə Nazirliyinin Hərbi Hava qüvvələrinin N nömrəli hərbi hissəsində bir müddət telefonçu işləmişdir. Həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs ilə münasibəti yaranmış, həmin vaxtdan təxminən 2 il keçdikdən sonra xidməti iş yerini dəyişmək qərarına gəlmiş və bunun üçün tanışı Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq ondan xidməti iş yerinin dəyişdirilməsində köməklik edə biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs onun xidməti yerini Müdafiə Nazirliyinin Hərbi Hospitalına dəyişdirə biləcəyində köməklik edə biləcəyini demiş və bunun qarşılığında ondan 4000(dörd min manat) pul alacağını demişdir. Təqsirləndirilən şəxs 4000 manatı ona verdiyi tarixdən etibarən iki həftə müddətində onun əmrini Müdafiə Nazirliyinin Hərbi Hospitalına verdirəcəyini vəd etmiş, belə olduqda 27 iyun 2020-ci il tarixdə saat təxminən 19 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 3 ünvanına gəlmiş və onun etibarından sui istifadə edərək onun xidməti iş yerini Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən Müdafiə Nazirliyinin Hərbi Hospitalına dəyişəcəyi adı ilə aldadaraq onun 4000 (dörd min) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin pulu Təqsirləndirilən şəxs verən zaman anası Şahid da yanında olmuş, həmin vaxtdan hal-hazıradək Təqsirləndirilən şəxs nə onun pulunu geri qaytarmış və nə dəki, onun xidməti yerini dəyişməyə kömək etmişdir. Ona görə də Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 06 iyul 2018-ci ilin tarixdə qızı Zərərçəkmiş şəxs Müdafiə Nazirliyində işə qəbul olunmaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, qızı həmin vaxtı Müdafiə Nazirliyinin Hərbi Hospitalında hərbi həkim komissiyasından keçərkən onda qan azlığı olduğu üçün hərbi həkim komissiyasında müəyyən problemlər yaranmış, həmin vaxtı Hərbi Hospitalın həyətində qızı Zərərçəkmiş şəxs Mamedov Tapdıq Adil oğlu ilə tanış olmuş, sonuncu qızı Məsməyə həmin hərbi həkim komissiyasından keçməkdə kömək etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tanımış və beləliklə Tapdıq onların ailəsinə qonaq kimi gəlib getməyə başlamışdır. Bundan sonra qızı Məsmə Müdafiə Nazirliyinin Hərbi Hava qüvvələrinin N nömrəli hərbi hissəsində telefonçu işləmiş, həmin vaxtdan təxminən 2 il keçdikdən sonra qızı Məsmə xidməti iş yerini dəyişmək qərarına gəlmiş, bundan üçün Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq ondan xidməti iş yerini dəyişməyə kömək edib, edə bilməyəcəyini soruşmuş, bundan sonra Tapdıq qızının xidməti yerini Müdafiə Nazirliyinin Hərbi Hospitalına dəyişdirə biləcəyini demiş və bunun qarşılığında ondan 4000(dörd min manat) pul tələb etmişdir. Təqsirləndirilən şəxs 4000 manatın ona verildiyi tarixdən etibarən iki həftə müddətinə qızının əmrini Müdafiə Nazirliyinin Hərbi Hospitalına verdirə biləcəyini bildirmiş, 27 iyun 2020-ci il tarixdə saat təxminən 19 radələrində Təqsirləndirilən şəxs onların yaşadığı ünvan 4 ünvanına gələrək onların etibarından sui istifadə edərək qızının xidməti yerini Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən Müdafiə Nazirliyinin Hərbi Hospitalına dəyişəcəyi adı ilə aldadaraq onun yanında yaşadığı mənzildə qızından 4000 (dörd min) manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin vaxtdan hal-hazıradək Təqsirləndirilən şəxs nə qızının pulunu geri qaytarmamış və nə də ki, qızının xidməti yerini dəyişdirməyə kömək etməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarından görünür ki, 27.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 11.11.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 10.11.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi dələduzluq əməli Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03.02.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqı olması izah edilməlidir. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03.02.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqı olması izah edilsin. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar