Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-61/2023 30.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkum olunmamış, Abşeron rayonu Qobu qəsəbəsi, Ə.Bayramov küçəsi, ev 54-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakınıələ keçirməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Qobu qəsəbəsinin ərazisində yerləşən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışla verilmiş X.Y.Tarverdi oğlunun xüsusi mülkiyyətinə verilmiş torpaq torpaq sahəsini öz sahəsi kimi göstərib, həmin sahənin 0,24,ha olduğunu, hər 0,01 hektarını 2000 manata olmaqla 48.000 manata satacağıa və 27.000 manatı dərhal, qalan 21.000 manatı isə hissələrlə verəcəklərinə yalandan və verib aladaraq bu niyyətlə 2022-ci ilin yanvar ayının əvvəlində Abşeron rayonu Qobu qəsəbəsi ərazisində 500 manat pulu, 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 43 saylı notariat ofisində 21500 manat, 14 yanvar 2022-ci il tarixdə yenidən eyni notariat ofisində 4500 manat və 15 yanvar 2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində 500 manatı vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 13500 manat pulunu, Zərərçəkmiş şəxs2 13500 manatını ümumilikdə 27.000 manat pulunu alıb ələ keçirmiş və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ümumilikdə 27.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 05 ay olar ki, Abşeron rayonu Qobu qəsəbəsində 24 sot boş torpaq sahəsi görmüş və həmin torpaq sahəsinin boş olmasını bilib qərara gəlmişdir ki, həmin torpaq sahəsini sənədləşdirib özünə götürsün. Bundan sonra həmin torpaq sahəsinin sahibinin olmadığını görüb həmin torpaq sahəsini satışa çıxarmış, bu məqsədlə kənd sakini Əlihüseynə və Asifə demişdir ki, torpaq sahəsi istəyən olarsa ona bildirsin. Onun kənd sakini Asif adlı ustaya 9000 manat pul borcu olmuş, həmin borcu verə bilməmişdir. Buna görə də Asifə də həmin 24 sot torpaq sahəsini göstərmiş və həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirmiş və torpaq sahəsini satdığını bildirmişdir. Asifdə həmin torpaq sahəsinin ona məxsus olduğunu bilmiş, 2022-ci ilin yanvar ayında Əlihüseyn ona zəng vuraraq demişdir ki, torpaq sahəsinə müştəri gətirmişdir. O da demişdir ki, torpaq sahəsinin bir sotunu 2000 manata satır. Bundan sonra orada olan müştəri Oktay torpaq sahəsini alacağını deyib 500 manat Əlihüseynə pul vermişdir. O da bunu bildikdən sonra Əlihüseyndən 500 manat behi götürmüş, amma Əlihüseynə demişdir ki, torpaq sahəsi satılsın, ona 2000 manat pul verəcəkdir. Göstərmişdir ki, onun və yoldaşı Faiqin adına Qobu qəsəbəsi ərazisində torpaq sahəsi ayrılmış, lakin həmin torpaq sahələrinin sənədlərini tapa bilməmişdir. Buna görə də əvvəllər Qobu icra nümayəndəliyində işləmiş Balacaxanıma müraciət etmişdir ki, ona həmin torpaq sahələrinə dair sənədlərinin düzəlməsində köməklik etsin. Sonuncu da ona köməklik etmiş və o 16 sot öz adına və 08 sot isə həyat yoldaşı X3 adına olan sənədlərin alınmasında köməklik etmişdir. Lakin həmin torpaq onun satmaq istədiyi torpağın sənədləri olmamışdır. Həmin torpaq sahəsinin sənədlərini götürüb özündə saxlamış, 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 43 saylı notariat kontorunda Rahib adlı müştəri ilə görüşmüş, həmin vaxtı özünə məxsus və yoldaşı Faiqə məxsus torpaqların sənədləri əsasında alqı-satqı etmiş, həmin vaxtı 21500 manat qalan 5000 manatı isə 14 yanvar 2022-ci il tarixdə həmin notariat kontorunda Rahibdən almışdır. Pulu aldıqdan sonra həmin pulun 9000 manatını Asifə borcu olduğu üçün vermiş, qalan puldan 2000 manatınıƏlihüseynə vermişdir ki, torpağın satılmasında müştəri tapmasında köməklik etmişdir. Qalan pulu isə öz şəxsi ehtiyaclarına xərcləmiş, sonradan ona məlum olmuşdur ki, sənədsiz torpaq sahəsini satmaq istədiyi həmin torpaq sahəsi başqa şəxsə məxsusdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Sədərək ticarət mərkəzində fərdi sahibkarlıq ilə məşğul olur. Zərərçəkmiş şəxs1 onunla birlikdə Sədərək ticarət mərkəzində işləyir. 2022-ci ilin yanvar ayında Rahiblə birlikdə 8 sot torpaq sahəsi almaq qərarına gəlmiş, bu məqsədlə tanışı Zamana demişdir ki, onlara Abşeron rayonu Qobu qəsəbəsindən yan yana 8 sot torpaq sahəsi tapsın. Zaman da 2022-ci ilin yanvar ayının əvvəllində onlara zəng vuraraq demişdir ki, Qobu qəsəbəsində Əlihüseyn adlışəxs vardır və həmin şəxs torpaq sahəsi satır. O da Zamanla birlikdə Əlihüseyninin yanına Qobu qəsəbəsinə getmiş, orada Əlihüseynlə görüşmüş, həmin vaxtı Əlihüseyn ona 24 sot torpaq sahəsi göstərərək demişdir ki, dostu Asifin torpağıdır və həmin torpaq sahəsi 24 sot təşkil edir. Aralarında olan razılığa görə torpaq sahəsinin 27000 manat pulunu ilkin olaraq, qalan 21000 manat pulunu isə hissə-hissə ayda 3000 manat ödəməli olmuş, o da torpaq sahəsinə baxdıqdan sonra bəyəndiyi üçün qərara gəlmişdir ki, həmin torpaq sahəsini Salehlə birlikdə hərəsinə 8 sot torpaq sahəsi alsınlar və qonşu olsunlar. Bu məqsədlə ilkin olaraq Əlihüseynə 500 manat beh vermiş, sonra 11 yanvar 2022-ci il tarixdə Rahiblə Asif, Əlihüseyn və Aygün Bakı şəhərində yerləşən 43 saylı notariat kontoruna gedərək orada Əlihüseynə 21500 manat pul vermişdir. Sonra isə onlar Aygünlə və əri ilə alqı-satqı etmiş, qalan 5000 manat pulu isə 14 yanvar 2022-ci il tarixdə Rahib Faiqnən alqı-satqı etdikdən sonra pulu vermişdir. Həmin torpağı aldıqdan sonra məlum olmuşdur ki, həmin torpaq sahəsi nə Aygünə, nə əri Faiqə, nə də Əlihüseyn və Asifə aidiyyatı yoxdur. Ona görə də aldadıldığını bilib hadisə barədə Abşeron rayon Qobu polis bölməsinə ərizə ilə müraciət etmişdir. Göstərmişdir ki, həmin pulun 13500 manatını o, 13500 manatını isə Rahib qoymuş, Saleh isə heç bir pul qoymamışdır. Lakin torpaq sahəsini aldıqdan sonra qərara gəlmişdir ki, gələcəkdə Salehə həmin 24 sot torpaq sahəsindən 08 sotunu versinlər. Baş vermiş dələduzluq nəticəsində onlara ümumilikdə 13500 manat maddi ziyan dəymişdir. Torpağı alan zaman Əlihüseyn, Rahib Faiq və Aygün onlara bələdiyyə sənədləri vermiş, həmin sənədlərin də heç bir hüquqi əsası yoxdur, qeyd olunan yer başqa şəxsə məxsusdur. Hazırda dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Sədərək ticarət mərkəzində fərdi sahibkarlıq ilə məşğul olur. X5 onunla birlikdə Sədərək ticarət mərkəzində işləyir. 2022-ci ilin yanvar ayında Oktayla birlikdə 8 sot torpaq sahəsi almaq qərarına gəlmiş, bu məqəsdlə Oktay tanışı Zamana demişdir ki, onlara Abşeron rayonu Qobu qəsəbəsində yan-yana 8 sot torpaq sahəsi tapsın. Zaman da 2022-ci ilin yanvar ayının əvvəllində Oktay zəng vuraraq demişdir ki, Əlihüseyn adlı Qobu qəsəbəsində şəxs vardır və həmin şəxs torpaq sahəsi satır. Oktayda Zamanla birlikdə Əlihüseynin yanına Qobu qəsəbəsinə getmiş, orada Əlihüseynlə görüşüb, həmin vaxtı Əlihüseyn ona 24 sot torpaq sahəsi göstərərək demişdir ki, dostu Asifin torpağıdır və həmin torpaq sahəsi 24 sot təşkil edir. Aralarında olan razılığa görə torpaq sahəsinin 27000 manat pulunu ilkin olaraq, qalan 21000 manat pulunu isə hissə-hissə ayda 3000 manat ödəməli olmuşlar. Oktayda torpaq sahəsinə baxdıqdan sonra bəyəndiyi gəldiyi üçün qərara gəlmişlər ki, həmin torpaq sahəsinini Oktay, o və Salehlə birlikdə hərəsinə 8 sot torpaq sahəsi olmaqla alsınlar və qonşu olsunlar. Bu məqsədlə ilkin olaraq Oktay Əlihüseynə 500 manat beh vermiş, sonra 11 yanvar 2022-ci il tarixdə mən Asif, Əlihüseyn və Aygün Bakı şəhərində yerləşən 43 saylı notariat kontoruna gedərək orada Əlihüseynə 21500 manat pul vermişlər. Sonra isə o Aygünlə vəəri Faiqlə alqı-satqı etmiş, qalan 5000 manat pulun 4500 manatını 14 yanvar 2022-ci il tarixdə mən Faiqnən alqı-satı etdikdən sonra notariat kontorunda, 500 manatı isə səhəri günü Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində pulu vermişdir. Onlar torpağı aldqıdan sonra məlum olmuşdur ki, həmin torpaq sahəsi nə Aygünə, nəəri Faiqə, nə dəƏlihüseyn və Asifə heç bir aidiyyatı yoxdur. Ona görə də aldadıldıqlarını bilib hadisə barədə Abşeron rayon Qobu polis bölməsinəərizə ilə müraciət etmişlər. Göstərmişdir ki, həmin pulun 13500 manatını o, 13500 manatını isə Oktay qoymuşdur. Saleh isə heç bir miqdarda pul qoymamış, lakin torpaq sahəsini aldqıdan sonra qərara gəlmişlər ki, gələcəkdə Salehə həmin 24 sot torpaq sahəsindən 08 sotunu versinlər. Hazırda dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur və onunla münasibətləri bir qonşu kimi həmişə normal olmuşdur. 1977-ci ildən 2018-ci ilədək Abşeron rayon Qobu qəsəbəsi icra nümayəndəliyində müvain, nümayəndə və kargüzar vəzifələrində işləmiş, hazırda təqaüddə olsa da nümayəndəliyə kömək məqsədi ilə hərdən bir gedib gəlir və nümayəndəlikdə işləyənlərə köməklik göstərir. 2021-ci ilin dekabr ayında, tarix yadında deyil, qonşusu Aygün Qobu İcra Nümayəndəliyinə gələrək ona demişdir ki, özünə və yoldaşına məxsus sənədlərin alınmasında ona köməklik etsin. O da Aygünə və həyat yoldaşı Faiqə məxsus olan 16 sot torpaq sahəsinə dair sənədlərin düzəlməsi üçün görəcəyi işləri sonuncuya başa salmış və Aygün də çıxıb getmişdir. Sonradan onun hansı qaydada sənəd düzəltməsinindən və həmin torpaq sahəsini kimlərə satmasndan heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə özünə xüsusi mülkiyyət olaraq Abşeron rayonu, Qobu qəsəbəsində 10 hektar torpaq sahəsi almış, həmin torpaq sahəsini aldıqdan sonra torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə həmin torpaq sahəsini dair ********** nömrəli çıxarış almış, hazırda həmin torpaq sahəsi onun xüsusi mülkiyyətidir. Göstərmişdir ki, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid4 tanımır, həmin şəxslərlə heç bir əlaqəsi olmamışdır, o cümlədən ona torpağın satışı ilə bağlı hər hansı miqdarda pul verilməmişdir, həmin torpaq sahəsi satmır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,Bakışəhəri Qaradağ rayonunda yerləşən Sədərək Ticarət mərkəzində fəhlə işləyir. Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır və onunla münasibətləri həmişə normal olmuşdur. 2021-ci ilin noyabr aylarında, tarix yadında deyil, Aygünlə Qobu qəsəbəsində rastlaşarkən Aygün ona demişdir ki, onun Qobu qəsəbəsində 24 sot torpaq sahəsi vardır və həmin torpaq sahəsini 48000 manata satır. Ondan torpağa müştəri tapmağı və əgər müştəri taparsa ona pul verəcəyini demişdir. Bundan sonra torpağın satılması ilə bağlı tanışlarına məlumat vermişdir. 2022-ci ilin yanvar ayında tarix yadında deyil, Sədərək bazarında tanışı Zaman ona dostları Rahib və Oktaya Qobu qəsəbəsində torpaq sahəsi lazım olması barədə bildirmiş, həmin vaxtı Aygünün torpaq sahəsi satdığını xatırlamış və bu barədə sonunculara məlumat vermişdir. Qobu qəsəbəsində usta işləyən Asifdə ona həmin torpaq sahəsini göstərib torpaq sahəsinin Aygünə məxsus olduğunu və satdığını bildirmişdir. 2022-ci ilin yanvar ayının əvəllərində Zaman ona zəng vurduqdan sonra Oktayla birlikdə Abşeron rayonu Qobu qəsəbəsində gəlmiş, orada torpaq sahəsini Oktay və Zamana göstərmiş, sonuncular torpaq sahəsinə baxdıqdan sonra Oktay bəyəndiyi qərara gəlmişlər ki, həmin torpaq sahəsini alsınlar. O da Aygünlə danışmışdır ki, əğər almaq istəyirlərsə 11 yanvar 2022-ci il tarixdə Bakışəhəri Nəsimi rayonunda yerləşən 43 saylı notariat kontorunun qarşısına gəlsinlər. O, Aygün, Faiq və Asif notariat kontorunun qarşısılna getmiş, orada Rahib Oktay onları gösləmiş, sonra Aygün notariat kontoruna gedib Rahiblə alqı-satqı etdikdən sonra Rahib Aygünə 21500 manat pul vermişdir. Qalan 5000 manatı isə 14 yanvar 2022-ci il tarixdə onun yanında Aygünün həyat yoldaşı Faiqə vermişdir. Ona ilkin olaraq Oktayın beh kimi verdiyi 500 manat pulu o Aygünə vermiş, Aygün ümumilikdə Oktay və Rahibdən 27000 manat pul almış, həmin pulu aldıqdan sonra Aygün ona torpaq sahəsinə müştəri tapdığıüçün 2000 manat pul versə də sonradan torpaq sahəsinin Aygünə aid olmamasını bildikdən sonra həmin məbləğdə pulu müqavilə ilə Aygünə qaytarmışdır. Göstərmişdir ki, 21500 manat pulu Rahib ona verməmiş, onun iştirakı ilə həmin pul Aygünə verilmişdir. Aygün ona demişdir ki, həmin torpaq sahəsi onun özünə məxsusdur və sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsi başqa şəxsə məxsusdur, o, torpaq sahəsinin satılmasıüçün heç kəslə əlbir olmamışdır. Torpağa dair sənədləri Aygün özü gətirmiş və həmin sənədləri Rahibə özü vermiş, onun sənədlərlə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs tanıyır. Belə ki, sonuncu onun həmkəndlisiir və ev-alqı satqısı işlərinə baxır. O usta işlədiyi üçün Aygünə 2021-ci il tarixdə iş gördüyüüçün o, cümlədən onun ondan götürdüyü borclarla birlikdə ona 9000 manat borcu yaranmış, ondan dəfələrlə borcunu istəsədə sonuncu onun borcunu vermək üçün Abşeron rayonu Qobu qəsəbəsində torpaq sahəsinin olduğunu və torpaq sahəsini satdıqdan sonra onun pulunu verəcəyini demişdir. O cümlədən Aygün ona Abşeron rayonu Qobu qəsəbəsində 24 sot torpaq sahəsi göstərmiş və həmin torpaq sahəsini almaq istəyən olarsa ona deyəcəyini bildirmişdir. 2022-ci ilin yanvar ayında Aygün ona zəng vuraraq bildirmişdir ki, ona məxsus olan 24 sot torpaq sahəsini satır və ona görə də həmin torpaq sahəsini satdığıüçün onun 9000 manat borcunu verəcəyini demişdir. O da sonuncuya nə vaxt satacağını dedikdə ona demişdir ki, 11 yanvar 2022-ci il tarixdə Bakışəhərində yerləşən Notariat Kontoruna Aygün onu dəvət etmiş ki, torpaq sahəsini satmışdır və onun pulunu verə biləcəkdir. 11 yanvar 2022-ci il tarixdə o Aygünün mənə ona dediyi notariat kontoruna getmiş, orada Aygün Rahibdə 27000 manat pul alaraq ona olan 9000 manat borcunu vermiş, o da həmin pul ilə borclarını ödəmişdir. Göstərmişdir ki, Zərərçəkmiş şəxs1 hər hansı miqdarda pul almamış, pulu ona Aygün vermiş, həmin torpaq sahəsinin pulunuda onun iştirakı ilə Aygün Rahibdən almışdır. Həmin torpaq sahəsinin Aygünə məxsus olub-olmaması barədə heç bir mə\lumatı olmamış, belə ki, Aygün həmin torpaq sahəsinin özünə məxsus olduğunu ona demiş, həmin torpaq sahəsinin Şahid3 olmasına məxsus olmasını bilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 avqust 2022-ci il tarixli tələbnamə arayışından görünür ki, İş materiallarında olan Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 02 müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Abşeron rayon icra və parobasiya şöbəsindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci ildə “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021ci il tarixli Qərarının 7-ci bəndinə əsasən məhkumluğu olmayan şəxs hesab olunur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxlərə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilərək barəsində başqa yerə getməmək haqqındla iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması ilə bağlı cəza təyin edildiyindən, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinin alandək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinin alandək dəyişdirilmədən saxlanılsın Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-61/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-61/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver