Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-61/2025 09.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, “Hili” restoranında ofisiant işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Babazadə X4 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsində qeydiyyatda olub hərbi xidmətə çağırış yaşına çatmasına baxmayaraq, uzun illər boyu davamlı olaraq qərəzli şəkildə hərbi xidmətdən boyun qaçırmış, nəticədə qeyd olunan şöbə tərəfindən onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər tətbiq edilmiş, buna görə dövlət qurumlarına rəsmi qaydada qeydiyyat ünvanını dəyişməsi ilə bağlı müraciət etdikdə onun yeri aşkar olunaraq növbəti dəfə yəni, 2023-cü ilin iyul çağırışına cəlb edildiyi zaman, tibbi komissiya tərəfindən hərbi xidmətə yararlı bilinərək bölgüyə əsasən Dövlət Sərhəd Xidmətində Sərhəd Qoşunlarına xidmət yeri təyin edilmiş, bu haqda ona rəsmi və şifahi bildirilərək eyni zamanda hərbi xidmətdən boyun qaçıracağı halda qanunvericiliyə əsasən məsuliyyət daşıyacağı barədə rəsmi qaydada xəbərdalıq edilməsinə məhəl qoymayıb, heç bir üzrlü səbəb olmadan hərbi xidmətə getməmək məqsədli ilə SHXÇDX-nin Abşeron rayon şöbəsinə gəlməkdən imtina etmiş, qeyd edilən qurumun aidiyyəti əməkdaşlarının sonuncuya ünvanlanan qanuni iradlarına əhəmiyyət verməmiş və beləliklə müxtəlif bəhanələrlə 2023-cü ilin iyul ayında SHXÇDX-nin Abşeron rayon şöbəsinə gəlməkdən qərəzli şəkildə imtina etməklə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 18 yaşında X7 Cümhuriyyətinin Maqusa şəhərində yerləşən “Doğu Akdeniz” universitetində “beynəlxalq əlaqələr” ixtisasına daxil olmuş, 5 il müddətində bakalavr təhsili, daha sonra “Open” universitetinin beynəlxalq münasibətlər fakültəsinə daxil olub 2 il müddətində isə orada təhsil almışdır. Lakin təhsili bitirməyi ilə bağlı hər iki təhsil müəssəsindən bakalavr diplomunu ala bilməmişdir. Sonra Azərbaycana qayıdıb turizm sektorunda çalışmış, lakin mütəmadi olaraq Ukraynanın Kiyev şəhərinə gedib-gəlmiş, orada da restoranda ofisiant kimi çalışmışdır. Sonuncu dəfə pandemiya dövründən qabaq, yəni 2019-cu ildə Azərbaycana qayıtmış və sonra daha xarici ölkəyə getməmişdir. Həmin dövrdən bu günə qədər müxtəlif restoranlarda ofisiant kimi çalışmışdır. 2019-cu ildə hərbi komissarlığın Abşeron rayon şöbəsinə getmiş, orada tibbi müayinələrdən keçmiş və səhhətində olan dəri xəstəliyi ilə əlaqədar ona Bakı şəhərində yerləşən dəri zöhrəvi xəstəxanasına göndəriş verilmiş, müayinə olunmuş, lakin o hər hansı tibbi sənəd təqdim etməmişdir. Ona həmin zaman hərbi xidmətə çağırış üçün zəng edilməmiş, çağırış vərəqəsi verilməmişdir. O, 2023-cü ilin təxminən may ayında Yasamal rayonunda yerləşən “Asan Xidmət” mərkəzinə qeydiyyatda olduğu ünvanı dəyişmək və Nizami rayonuna pasport qeydiyyatına düşmək üçün getmişdir. Orada işləyən xidmət işçiləri ona ölkə xaricinə çıxışına, eyni zamanda ölkə daxilində qeydiyyat ünvanını dəyişməsinə məhdudiyyət qoyulduğunu bildirmişlər. O, “Asan Xidmət” işçilərindən barəsində nə üçün məhdudiyyət qoyulduğunu soruşduqda onlar məhdudiyyətin hərbi komissarlığın Abşeron rayon şöbəsi tərəfindən qoyulduğunu bildirib həmin quruma müraciət etməsini təklif etmişlər. O da növbəti gün hərbi komissarlığın Abşeron rayon şöbəsinə müraciət etmiş, və nə üçün barəsində məhdudiyyət tətbiq edildiyini soruşmuşdur. Oradan da ona” tibbi müayinədən keç, sənin məhdudiyyətini aradan qaldıraq” demişlər. Həmin zaman orada komissarlıq işçiləri ilə arasında da hər hansı mübahisə və dava- dalaş olmamışdır. O da elə həmin gün, yəni 2023-cü ilin may ayında hərbi komissarlıqda bütün həkim müayinələrindən keçmiş və ona “hərbi xidmətə yararlı” olduğu bildirilmişdir. Bundan təxminən 2 gün sonra o yenidən hərbi komissarlığa dəvət edilmiş və ona çağırış vərəqəsini verilmişdir. Həmin vərəqəyə əsasən o xx.xx.2023-cü il tarixdə hərbi komissarlığa yaxınlaşmalı və müddətli həqiqi hərbi xidmətə yollanmalı idi. Komissarlığın işçiləri ona bununla bağlı qəbzə də imza çəkdirmişlər. 1 iyul tarixində əsgərliyə getməli olsa da, anasının onkoloji xəstəliyinə görə əməliyyat olunacağı üçün gedə bilməmişdir. Bundan sonra ona hərbi komissarlıqdan hərbi xidmətə yollanmalı olmağıla bağlı zənglər gəlmiş, o komissarlığın işçilərinə də anasının onkoloji xəstə olmasını bildirib buna görə də möhlət verilməsini xahiş etmiş və hazırkı' vəziyyətdə əsgərliyə gedə bilməyəcəyini bildirmişdir. Buna baxmayaraq komissarlığın işçiləri ona mütləq surətdə hərbi xidmətə yollanmalı olduğunu və əgər hərbi xidmətə getməsə, CM-nin 321.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olacağı barədə xəbərdarlıq etmişlər. Onun anasının xəstəliyi ilə bağlı gətirdiyi dəlillərə isə hərbi komissarlığın işçiləri heç bir əhəmiyyət verməmişdir. Bundan sonra o rayon prokurorluğuna dəvət edildikdə öyrənmişdir ki, hərbi komissarlıq tərəfindən hərbi xidmətə getməməyi ilə əlaqədar barəsində sənədlər toplanmış və cinayət işi başlanması üçün Abşeron rayon prokurorluğuna göndərilmişdir. Bundan sonra işdən çıxa bilmədiyi üçün məcburən çağırışlara gələ bilməmiş və bu səbəbdən barəsində axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixdə isə iş yerində olarkən Abşeron RPİ polis əməkdaşları tərəfindən axtarış işi ilə əlaqədar saxlanılmış və Abşeron RPİ-nə gətirilmişdir. O həmçinin əməlindən peşman olduğunu və bundan sonrakı çağırışlara vaxtında gələcəyinə dair söz vermişdir. X1 onkoloji xəstəliyi və xəstəliyi ilə əlaqədar əməliyyat edilməsi barədə rəsmi olaraq yazılı şəkildə SHXÇDX-nın Abşeron rayon şöbəsinə müraciət etməmiş, yalnız şifahi qaydada komissarlıq işçilərinə məlumat vermiş və anasının xəstəliyi ilə bağlı tibbi sənəd təqdim etməmişdir. O, Şimali Kiprdən qayıtdıqdan sonra bədənində dəri-zöhrəvi xəstəliklə əlaqədar əsgərliyə yararsız olduğunu düşünmüş, 2019-cu ildə özü şəxsən komissarlığa müraciət etmiş, dəri xəstəliyi ilə əlaqədar ona göndəriş verilsə də, nəticəsini bilməmiş, yəni hərbi xidmətə yararsız olması ona bildirilməmişdir. O zamandan sonra ona heç bir çağırış gəlmədiyi üçün artıq onu əsgərliyə aparmayacaqlarını düşünmüş və bu səbəbdən komissarlığa əsgərliyə getmək üçün müraciət etməmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş SHXÇDX-nin Abşeron rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi Şahid3 ifadəsində göstərmişdir ki, 2007-ci il ildən Səfərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müxtəlif vəzifələrdə çalışmış, son iş yeri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsində Həqiqi hərbi Xidmətə Çağırış bölməsinin rəisi olmuşdur. Vəzifəsi Abşeron rayon ərazisində 18 yaşı tamam olan və çağırışdan möhlət hüququ olmayan 35 yaşınadək vətəndaşların çağırış komissiyasına cəlb edilməsi, komissiyadan keçirilməsi və müddətli həqiqi hərbi xidmətə göndərilməsindən ibarətdir. Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qeydiyyatda olmaqla SHXÇDX-nın Abşeron rayon şöbəsinin çağırışçısı olmuşdur. Sonuncu 1993-cü il təvəllüdlü olsa da, əvvəllər xarici ölkələrdə təhsil aldığı üçün hərbi xidmətə getməmişdir. Lakin Təqsirləndirilən şəxs sonuncu dəfə 2018-ci ildə təhsil alması ilə əlaqədar sənədi xidmətə təqdim etmiş, daha sonra hər hansı sənəd təqdim etməmişdir. Bu səbəbdən SHXÇDX-nə şöbə rəhbərliyi tərəfindən verilən raportla Təqsirləndirilən şəxs ölkə çıxışına məhdudiyyət qoyulmuş, eyni zamanda ölkəyə girişinə də nəzarət edilmişdir. Həmin şəxsin valideynlərinə çağırış göndərilsə də, sonuncular şöbəyə gəlmir və Təqsirləndirilən şəxs təhsili ilə bağlı hər hansı sənəd təqdim etmirdilər. 2023-cü ilin may ayında çağırışdan yayındığı üçün uzun müddət axtarışda olan Təqsirləndirilən şəxs Asan Xidmətə qeydiyyat ünvanını dəyişdirmək üçün müraciət etmiş lakin çağırışdan möhlət hüququ olmadığı üçün qeydiyyat ünvanının dəyişdirilməsi mümkün olmamış və Təqsirləndirilən şəxs SHXÇDX-nin Abşeron rayon şöbəsinə dəvət olunmuşdur. O və şöbənin digər əməkdaşları Təqsirləndirilən şəxs qəbul edib hər bir Azərbaycan Respublikası vətəndaşı kimi onu da həqiqi hərbi xidmətə yollanmalı olduğunu izah etmiş və tibbi müayinələrdən keçməsini tələb etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən bütün tibbi müayinələrdən keçmiş və onda hər hansı xəstəlik və problem aşkar edilməmişdir. Beləcə, o, hərbi xidmətə yararlı hesab edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidenti 2023-cü ilin iyul çağırışçıları haqqında sərəncam imzalamışdır. Bunun ardınca Təqsirləndirilən şəxs şöbəyə çağırılmış və ona çağırış vərəqəsi verilmişdir. Vərəqəyə əsasən sonuncu xx.xx.2023-cü il tarixdə SHXÇDXnın Abşeron rayon şöbəsinə gəlməli idi. Bu barədə Təqsirləndirilən şəxs qəbz hissəsinə sonuncuya qol çəkdirməklə çağırış vərəqəsi verilmiş və hərbi xidmətə yollanmamağın CMnin 321.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olacağı barədə xəbərdar edilmişdir. Təqsirləndirilən şəxs qəbzdə müvafiq hissəyə imza çəkmiş və vərəqəni götürmüşdür. Təqsirləndirilən şəxs adı “tibbi şəhadətləndirilməsi və öyrənilməsi başa çatdırılmış çağırışçıların” adlı siyahısına əlavə edilərək SHXÇDX-nın aparatına təqdim edilmişdir. Xidmət rəisinin müvafiq sərəncamına əsasən çağırışçı Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət keçmək üçün Dövlət Sərhəd xidmətinə təyin edilmişdir. Bundan sonra dəfələrlə çağırışçı Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətə göndərilməsi üçün həqiqi hərbi xidmətin çağırış bölməsinin işçiləri tərəfindən telefon zəngləri edilsə də sonuncu açıq şəkildə “Gedin nə istəyirsiz edin, mən əsgərliyə getməyəcəm, komissarlığa da gəlməyəcəyəm” söyləmiş və SHXÇDX-nin Abşeron rayon şöbəsinə gəlməmiş, beləcə, Təqsirləndirilən şəxs 2023-cü ilin iyul çağırışından qəsdən yayımış və hərbi xidmətdən boyun qaçırmışdır. Təqsirləndirilən şəxs hərbi xidmətə getməməsi ilə bağlı SHXÇDX-nin Abşeron rayon şöbəsinə heç bir səbəb göstərməmiş həmçinin anasının xəstəliyi ilə bağlı şöbəyə heç bir əsasverici sənəd təqdim etməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş SHXÇDX-nin Abşeron rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti, leytenant Şahid1, SHXÇDX-nin Abşeron rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi, mayor Şahid2 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Axtarış elan edilməsi haqqında 12 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, istintаqdаn qəsdən yаyındığı üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron RPİ-nin xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və həmin tarixli qərarla cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Hərbi xidmətə çağırılan vətəndaşın tibbi şəhadətləndirilmə kartının, sağlamlıq vəziyyətinin müayinə edilməsi xx.xx.2023-cü il tarixli aktının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararlı hesab olunmuşdur. Qəbzdən görünür ki Təqsirləndirilən şəxs hərbi xidmətə yollanmamağın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1 maddəsi ilə cinayət məsuliyyətinə səbəb olacağı barədə xəbərdar edilmiş və öz imzası ilə çağırış vərəqəsini qəbul etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsindən Abşeron RPİ-ə göndərilmiş məktublardan görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyul çağırışı ilə əlaqədar çağırışçıya şöbənin əməkdaşları tərəfindən, həmçinin ərazi üzrə icra nümayəndəliyi tərəfindən məlumat verilməsinə baxmayaraq xx.xx.2023-cü il tarixdə Xidmətin Abşeron rayon şöbəsinə gəlməkdən imtina etmişdir. Gürücstan Respublikasının Tiflis şəhərində fəaliyyət göstərən “Open” Özəl Ali Təhsil Müəsisəsindən SHÇDX-nin Abşeron rayon şöbəsinə daxil olmuş məktubundan görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2015-ci il tarixdən “Open” universitetinin beynəlxalq münasibətlər fakutəsinin “Əyani təhsil bakalavrı” təhsil səviyyəsində olan tələbəsidir və təhsilin bitmə tarixi 19 fevral 2019-cu ildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsindən daxil olmuş 11,09.2023-cü il tarixli 11477 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı qeyd olunan xəstəxanada müalicədə olmayıb. Abşeron Rayon Məhkəməsinin 23 avqust 2023-ci il tarixli 22/01424/22-13 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət, mülki və inzibati işlərə dair qeydiyyat kitabları yoxlanılmış və barəsində hər-hansı cinayət işi və ya inzibati xəta materialı daxil olmamış və baxılmamışdır. Abşeron rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsindən daxil olmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 59/2-61627 saylı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, şəraitin dəyişməsi ilə əlaqədar barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici və şahid ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CM-in 74-cü maddəsində qeyd edilir ki, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə qeyd edir ki, təqsirkar şəxsin, hazırkı halda təqsirləndirilən şəxs ictimai təhlükəliliyi hər şeydən əvvəl onun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik xarakteri və dərəcəsi ilə müəyyənləşir. Belə ki, şəxsiyyətin sosial mahiyyəti məhz onun hərəkət və davranışları ilə müəyyən edilir. xx.xx.2024-cü il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2024-cü il tarixli Qanunu qüvvəyə minmişdir. Qanunun 2.0.8-ci maddəsinə əsasən çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. Göründüyü kimi, təqsirləndirilən şəxs ittiham verilmiş CM-in 321.1-ci maddəsində nəzərdə tutulmuş hərbi xidmət keçməkdən boyun qaçırma cinayət əməli artıq öz ictimai təhlükəliliyini itirmişdir. Məhkəmə, təqsirləndirilən şəxs təqsirləndirildiyi ittiham üzrə şəraitin dəyişməsi ilə əlaqədar şəxsin cinayət məsuliyyətindən azad edilməsini əsaslı hesab edir. Belə ki, hazırkı vəziyyətdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edildiyini yəni hərbi xidmətə çağırış yaşının 18 yaşından 30 yaşınadək olduğundan məhkəmə şəraitin dəyişməsi ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini daha məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 321-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə Azərbaycan Respublikası CM-in 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə əlaqədar icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-61/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-61/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver