Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-610/2022 15.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Füzuli rayonu Qoçəhmədli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin iyul ayının axırlarında, gecə vaxtı, iki dəfə vahid niyyətlə əhatə olunan Zərərçəkmiş şəxs məxsus, Abşeron rayonu, Mehdiabad qəsəbəsində qeyri - yaşayış obyekti kimi yeni inşa etdirdiyi 3 mərtəbəli binaya qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 1300 manat olmaqla ümumi dəyəri 6500 manat olan 5 ədəd 3 metr enində 260sm. hündürlüyündə alüminium pəncərələri, hər birinin dəyəri 450 manat olmaqla ümumi dəyəri 1800 manat dəyərində 4 ədəd iki laylı 120sm. enində, 240sm. hündürlüyündə alüminium qapıları, hər birinin dəyəri 350 manat olmaqla ümumi dəyəri 700 manat dəyərində 2 ədəd 3 metr uzunluğunda 2 plafonlu alüminium işıq dirəkləri və dəyəri 2500 manat olan alüminium qapı-pəncərə düzəltmək üçün 2 ton işlənmiş alüminium materialını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 11500 manat dəyərində, xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Əvvəllər günəmuzd fəhlə işləmiş, son vaxtlar iş olmadığına görə heç yerdə işləmir. Təxminən 2 ildir tanımadığı şəxslərdən hərdən-bir narkotik vasitə alıb qəbul edir. Pulu olmadığına görə oğurluq etmək qərarına gəlmişdir. Oğurluq etmək üçün münasib yer axtardığı vaxt yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yeni inşa edilmiş 3 mərtəbəli binada gözətçi və müşahidə kamerası olmadığını gördükdə, orada gördüyü alminumdan olan qapı pəncərələri oğurlayıb satmaqla pul qazanmaq qərarına gəlmişdir. Buna görə 2022-ci ilin iyul ayının axırlarında, dəqiq tarix yadında deyil, gecə saat 03 radələrində həmin 3 mərtəbəli binaya gəlmiş, binaya quraşdırılımış 2 ədəd alminum pəncərəni yerdən götürdüyü dəmir parçası ilə yerindən çıxartmış və yoldan keçən tanımadığı “Ford” markalı avtomaşınla yaşadığı Mehdiabad qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparmış və orada işləyən Şahid onları 45 manata satmışdır. Həmin 2 ədəd aliminum pəncərəni yerindən çıxartdıqda onlar əzilmiş və istifadəyə yararsız olduğundan metal qəbulu məntəqəsində onları satdıqda yoldan tapdığını demişdir. Əldə etdiyi 45 manat pul ilə Xırdalan şəhərində tanımadığı şəxsdən 2 büküm şüşə deyilən narkotik vasitə alıb qəbul etmiş, qalan pul ilə özünə ərzaq almışdır. Bundan təxminən 2-3 gün sonra ikinci dəfə yenə həmin binadan gecə saat 05 radələrində aliminum pəncərə və qapı, alminum dirəkləri və əzilmiş alminumdan olan köhnə qapı pəncərələri yoldan keçən tanımadığı avtomaşınla aparıb həmin metal qəbulu məntəqəsində işləyən, Şahid 60 manata satmış, onların özümə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığmı demişdir. Həmin oğurluqları tək etmiş, oğurluq barədə heç kimə deməmişdir. Oğurlayıb satdığı həmin əşyaların sonradan binanı tikdirən Şakir adlı şəxsə məxsus olduğunu bilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən birinci “Araz” supermarketin arxa hissəsində 36ha torpaq sahəsində yeni 3 mərtəbəli bina özünə inşa etdirmişdir. Binada tikinti təmir işləri aparıldığına görə ora tez-tez gedib nəzarət etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə binaya gedib baxdıqda, binadəki əşyaların hamısinin yerində olduğunu görmüşdür. Həmin vaxtdan sonra xx.xx.2022-ci il tarixdə yenidən gedib binaya baxdıqda oradan hər birinin dəyəri 1300 manat olmaqla ümumi dəyəri 6500 manat olan 5 ədəd 3 metr enində 260sm. hündürlüyündə alminum pəncərələrin, hər birinin dəyəri 450 manat olmaqla ümumi dəyəri 1800 manat olan 4 ədəd iki laylı 120sm. enində 240sm. hündürlüyündə alminum qapıların, hər birinin dəyəri 350 manat olmaqla ümumi dəyəri 700 manat olan 2 ədəd 3 metr uzunluğunda 2 plafonlu olan alminum işıq dirəklərin və dəyəri 2500 manat olan alminum qapı pəncərə düzəltmək üçün 2 ton işlənmiş köhnə alminum qapı pəncərə materialın oğurlandığını aşkar etmiş, oğurluq nəticəsində ona ümumilikdə 11500 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilimiş Şahid ifadəsində göstərmişdir ki, 2017-ci ildən Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Kərim” marketin yaxınlığında olan “əlvan metalların qəbulu” məntəqəsində işləyir. Təqsirləndirilən şəxs Mehdiabad qəsəbə sakini kimi tanıyır, aralarında heç vaxt narazılıq və ya ədavət olmamışdır. 2022-ci ilin iyul ayının axırlarında, saat 12 radələrində işdə olduğu vaxt Təqsirləndirilən şəxs 2 dəfə xatırlamadığı avtomaşınla, ayrı-ayrı tarixlərdə yanına satmağa ümumilikdə 5 ədəd aliminum pəncərə, 4 ədəd aliminum qapı, 2 ədəd aliminumdan olan balaca dirəklər və qapı və pəncərə düzəltmək üçün aliminumdan olan metal gətirmişdi. Onun gətirdiyi qapı və pəncərələr əzik vəziyyətdə olmuşdur. Onları haradan gətirdiyini Naildən soruşduqda, Nail onları yoldan, küçələrdən tapıb gətirdiyini demişdir. Nailə inandığına görə onun birinci dəfə gətirdiklərini 45 manata, ikinci dəfə isə təxminən 2-3 gündən sonra gətirdiklərini 60 manata almışdır. Təxminən 4-5 gündən sonra həmin aliminumdan olan qapı-pəncərələri və materialı zavoda əritmək üçün təhvil vermişdir. Təqsirləndirilən şəxs ona satdığı həmin aliminum qapı-pəncərələrin və materialın oğurluq olduğunu bilmədiyini, onların oğurluq olduğunu bilsəydi, onları almayacağını və bu barədə müvafiq orqanlara məlumat verəcəyini, bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması), az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərəçəkmiş şəxsə dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxsə dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-610/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-610/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver