Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-610/2024 05.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı , Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, 29 avqust 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, milliyətcə azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 2 ünvanda yaşamış, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177.2.1, 177.2.2 və 177.2.3- 1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılığa gəlib, 29 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Əsləm” marketin qarşısında quraşdırılmış “Kapital banka” məxsus bankomatdan istifadə etməklə pulunu almaq istəyən Zərərçəkmiş şəxs1 məxsus elektron məlumat daşıyıcısı olan “Leo bank” kartının hesabında olan pulu gizli olaraq çıxarıb ələ keçirmək niyyəti ilə sonuncuya kartdan istifadə etməklə bankomatdan pulunun çmıxarılmasına kömək edəcəyi barədə yalan məlumat verərək inandırıb kartı əldə etdikdən sonra Təqsirləndirilən şəxs2 zərərçəkən Zərərçəkmiş şəxs1 diqqətini yayındırmasından istifadə edərək ona məxsus 201 (iki yüz bir) manat pulu bankomatdan çıxarıb gizli olaraq ələ keçirərək Təqsirləndirilən şəxs2 ilə birlikdə öz ehtiyaclarına sərf edərək oğurluq etmişdir. Bundan sonra o, təkrarən elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılığa gəlib, 20 noyabr 2023-cü il tarixdə, saat 16.55 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Bizim market” mağazasının qarşısında quraşdırılmış “Xalq banka” məxsus bankomatdan istifadə etməklə pulunu almaq istəyən Zərərçəkmiş şəxs2 məxsus elektron məlumat daşıyıcısı olan “Xalq bank” pul kartının hesabında olan pulu gizli olaraq çıxarıb ələ keçirmək niyyəti ilə sonuncuya kartdan istifadə etməklə bankomatdan pulunun çmıxarılmasına kömək edəcəyi barədə yalan məlumat verərək inandırıb kartını əldə etdikdən sonra ona məxsus 200 (iki yüz) manat pulu bankomatdan çıxarıb Təqsirləndirilən şəxs2 gizli olaraq həmin pulu bankomatdan götürüb ələ keçirərək sonuncu ilə birlikdə öz ehtiyaclarına sərf edərək oğurluq etmişdir. Bundan başqa o, 08 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhəri istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 20 manat pul müqabilində 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” daxil olan bir ədəd şəffaf rəngli sellofan bükümdə, 0,922 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin alıb əldə etməklə əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxlayaraq Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisinə daşıyaraq saxlamış, 08 dekabr2023-cü il tarixdə, saat 18 radələrində Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq X8 gətirilb xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən həmin bir ədəd şəffaf rəngli sellofan bükümdə, 0,922 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci və 234.1- ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılığa gəlib, 29 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Əsləm” marketin qarşısında quraşdırılmış “Kapital banka” məxsus bankomatdan istifadə etməklə pulunu almaq istəyən Zərərçəkmiş şəxs1 məxsus elektron məlumat daşıyıcısı olan “Leo bank” kartının hesabında olan pulu gizli olaraq çıxarıb ələ keçirmək niyyəti ilə sonuncuya Təqsirləndirilən şəxs1 kartdan istifadə etməklə bankomatdan pulunun çıxarılmasına kömək edəcəyi barədə yalan məlumat verərək inandırıb kartı əldə etdikdən sonra onun zərərçəkən Zərərçəkmiş şəxs1 diqqətini yayındırmasından istifadə edərək Təqsirləndirilən şəxs1 ona məxsus 201 (iki yüz bir) manat pulu bankomatdan çıxarıb gizli olaraq ələ keçirərək onunla birlikdə öz ehtiyaclarına sərf edərək oğurluq etmişdir. Bundan sonra o, təkrarən elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama barədə tanışı X3 ilə qabaqcadan razılığa gəlib, 20 noyabr 2023-cü il tarixdə, saat 16.55 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Bizim market” mağazasının qarşısında quraşdırılmış “Xalq banka” məxsus bankomatdan istifadə etməklə pulunu almaq istəyən Zərərçəkmiş şəxs2 məxsus elektron məlumat daşıyıcısı olan “Xalq bank” pul kartının hesabında olan pulu gizli olaraq çıxarıb ələ keçirmək niyyəti ilə sonuncuya Təqsirləndirilən şəxs1 kartdan istifadə etməklə bankomatdan pulunun çıxarılmasına kömək edəcəyi barədə yalan məlumat verərək inandırıb kartını əldə etdikdən sonra ona məxsus 200 (iki yüz) manat pulu bankomatdan çıxarıb o, həmin pulu bankomatdan gizli olaraq götürüb ələ keçirərək Təqsirləndirilən şəxs1 ilə birlikdə öz ehtiyaclarına sərf edərək oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2023-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 20 manat müqabilində şəffaf selofana bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan bir ədəd şəffaf selofana bükülmüş 1,029 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Saray qəsəbəsinə daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində saxlanılaraq Saray polis bölməsinin inzibati binasına gətirilmiş və həmin gün saat 20:00-dan saat 20:20-ə kimi orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şlvarın sağ yan cibindən həmin bir ədəd şəffaf selofana bükülümüş çəkisi 1,029 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci və 234.1- ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bildi, istintaqda verdiyi ifadəsini təqdiq edib, əməlindən peşiman olmasını nəzərə alıb yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli hesab edərək bildirmişdir ki, 2022-ci ildə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 180.2.1 və 180.2.2-ci maddələri ilə 03(üç) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 09 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. 3 aydır ki, narkotik maddə olan heroindən istifadə edir. Narkotik vasitələri müxtəlif tanımadığı şəxslərdən alır. xx.xx.2023cü il tarixdə, saat 14 radələrində Sumqayıt şəhəri ərazisində, mərkəzi bazarın yaxınlığında tanımadığı şəxsdən 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində narkotik maddə hesab olunan heroini 20 (iyirmi) manat pul müqabilində almaqla əldə edib, əynində olan qara rəngli, cins şalvarının sağ yan cibində öz şəxsi istifadəsi üçün saxlamışdır. xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Ceyranbatan qəsəbəsində yaşayan bibisinin evinə getmişdir. Həmin gün saat 18 radələrində o, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində poçtun qarşısında olan zaman özlərini polis əməkdaşı kimi ona təqdim edən iki nəfər polis əməkdaşları yaxınlaşıb, onu şübhəli şəxs kimi saxlamışlar. Həmin iki nəfər polis əməkdaşları özlərini ona təqdim etdikləri üçün, o da həmin vaxt özünü polis əməkdaşlarına təqdim etmiş və üzərində narkotik maddə olduğunu onlara bildirmişdir. Polis əməkdaşları onu Abşeron rayon Polis İdarəsinin X8 gətirmişlər. X7 xidməti otaqların birində müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri ona izah edilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış aparılan zaman ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya olubolmaması, varsa təqdim etməsi təklif edilmişdir. O, əynindəki qara rəngli, cins şalvarımın sağ yan cibində olan 1 ədəd şəffaf selofana bükülmüş heroin bükümünü polis əməkdaşlarına təqdim etmişdir. Onun üzərindən aşkar olunan narkotik vasitə heroin bükümü kağız zərfə qoyulub qablaşdırlaraq möhürlənib qablaşdırılmışdır. O da həmin qablaşdırılmış zərfin üzərinə və üzərində narkotik vasitə heron aşkar olunması ilə əlaqədar tərtib olunmuş protokolu imza etmişdir. Bundan başqa, narkotik vasitə əldə etmək üçün və gündəlik tələbatımı ödəmək üçün dostu, Sumqayıt şəhərində yaşayan Təqsirləndirilən şəxs2 ilə birlikdə 2023-cü ilin sentyabr ayının sonunda Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Əsləm” marketinin qarşısında quraşdırılmış bankomat aparatından pul çıxaran orta yaşlı qadının kartından 201 (iki yüz bir) manat, 2023-cü ilin noyabr ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində “Bizim market” mağazasının qarşısında quraşdırılmış bankomat aparatından pul çıxaran orta yaşlı kişinin kartından 200 (iki yüz) manat pul oğurlamışlar. Belə ki, 2023-cü ilin sentyabr ayının sonunda Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Əsləm” marketinin qarşısında dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə olarkan pulları olmadığından mağazanın qarşısında quraşdırılmış bankomatdan pul çıxaran şəxslərə kömək etmək adı ilə yaxınlaşıb kartdan pul çıxarıb pul sahibinə kartda pul olmadığını bildirərək pulu gizli olaraq götürmək barədə Təqsirləndirilən şəxs2 ilə razılığa gəlmişlər. Həmin gün, saat 17 radələrində bir nəfər orta yaşlı, yanında azyaşlı uşağı olan qadın bankomatdan pul çıxartmaqda çətinlik çəkdiyi üçün ondan kömək etməsini xahiş etmişdir. Kartı həmin qadından almışdır. Həmin vaxt Kamal onun arxasında dayanmışdır və o da guya pul çıxartmaq istədiyini yalandan bildirərək onu tələsdirmişdir.Qadından kartın məxfi kodunu soruşmuş, o da kartın kodunu söyləmişdir. Onu çaşdırmaq üçün onun mobil telefon nömrəsini də soruşmuşdur. Qadın mobil nömrəsini də ona bildirmişdir. Onun kartından 201 (iki yüz bir) manat pul çıxartmışdır. Pulları bankomat aparatından qadından gizli olaraq götürmüşdür. Qadına isə, kartında pul olmadığını bildirmişdir. Qadın kartında 200 manatdan artıq pul olduğunu ona demişdir. O,qadını aldadaraq kartı yenidən bankomata daxil etmiş və onu inandırmışdır ki, kartında pul yoxdur. Qadına məsləhət görmüşdür ki, məsələni araşdırmaq üçün banka müraciət etsin. Qadın gedəndən sonra o və Kamal oradan aralanıb əldə etdikləri pulu birlikdə şəxsi ehtiyaclarına xərcləmişlər. Həmin puldan 40 manatına Sumqayıt şəhərində, Corat qəsəbəsində tanımadıqları şəxsdən iki bükümdə narkotik vasitə heroin alıb birlikdə qəbul etmişlər. Bundan sonra o, 2023-cü ilin noyabr ayının ortalarında bankomatdan pul çıxaran şəxslərə kömək etmək adı ilə yaxınlaşıb kartdan pul çıxarıb pul sahibinə kartda pul olmadığını bildirərək pulu gizli olaraq götürmək barədə dostu Təqsirləndirilən şəxs2 ilə razılaşaraq Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində “Bizim market” mağazasının qarşısında quraşdırılmış bankomat aparatının yanına gəlmişlər. Orada bankomatdan pul çıxaran orta yaşlı kişi kartdan pul çıxararkan çətinlik çəkdiyi üçün onun yaxınlığında dayandığı zaman ona kömək etməsi üçün müraciət etmişdir. Onun kartını alıb, məxfi kodunu soruşmuş və kartı bankomata daxil edib kartda 400 manatdan artıq məbləğdə pul olduğunu görmüşdür. Lakin pulun hamısını çıxartmamışdır. Kartdan 200 (iki yüz) manat pul çıxartmışdır. Pulun qalanını isə, kartda saxlamış və kartı həmin kişiyə qaytarıb əməliyyatın düzgün getmədiyini bildirmişdir. O, kartın sahibi olan kişi ilə danışarkan bankomatdan çıxan 200 manat pulu Kamal götürmüşdür. Həmin kişi oradan aralanadan dərhal sonra o və Kamal da oradan aralanmış və Sumqayıt şəhərinə getmişlər. Əldə etdikləri 200 manat pulu da birlikdə xərcləyərək narkotik maddə, siqaret və su almış, birlikdə yemək yemişlər. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bildi, istintaqda verdiyi ifadəsini təqdiq edib, əməlindən peşiman olmasını nəzərə alıb yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində cəlb olunaraq dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli hesab edərək bildirmişdir ki, təxminən 5 aydır ki, narkotik vasitə olan heroindən istifadə edir. 08.12.223cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 1 ədəd şəffaf rəngli selofanda olan bükümün içərisində narkotik maddə hesab olunan heroini 20 manat pul müqabilində əldə edib, qara rəngli, cins şalvarımın sağ yan cibində öz şəxsi istifadəsi üçün saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 19 radəıılərində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olan zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. O da həmin vaxt özünü polis əməkdaşlarına təqdim etmiş, üzərində narkotik vasitə-heroin saxladığını bildirmiş və polislər onu Abşeron rayon Polis İdarəsinin X8 gətirmişlər. X7 o, üzərində narkotik vasitə gəzdirdiyini və istifadə etdiyini bir daha etiraf etmişdir. Orada otaqların birində müdafiəçinin iştirakı ilə üzərində çəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış aparılan zaman ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmaması, varsa təqdim etməsi təklif edilmişdir. O, əynimdəki qara rəngli, cins şalvarının sağ yan cibində olan 1 ədəd şəffaf selofanda bükülmüş heroin bükümünü təqdim etmişdir. Həmin vaxt ona məxsus olan narkotik vasitə olan 1 ədəd şəffaf selofanda bükülmüş heroin bükümü ağ kağız zərfə qoyulub, qablaşdırlaraq möhürlənib bağlanmışdır. O da həmin qablaşdırılmış zərfi və bununla əlaqədar tərtib olunmuş protokolu imzalamışdır. Bundan başqa, tanışı Təqsirləndirilən şəxs1 ilə narkotik almaq və maddi tələbatlarını təmin etmək məqsədilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində və Saray qəsəbəsində bankomatlardan oğurluq etmişlər. Belə ki, 29 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində Babəklə birlikdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Əsləm” marketin qarşısına gəlmişlər. Həmin vaxtı “Əsləm” marketin qarşısnda bir nəfər qadının orada olan bankomatdan pul çıxarmaqda çətinlik çəkdiyini görüb qadına yaxınlaşmışlar. Babək qadına kömək etməyi təklif etmişdir. Qadın kartı Babəkə vermiş və Babək kartı bankomata daxil edib qadından kartın kodunu soruşmuş, qadında kartın kodunu Babəkə bildirmişdir. O da Babəkə tələsməsini bildirib güya bankomatdan pul çıxaracağını bildirirmişdir. Babək kartı bankomatdan çıxarıb qadına verərək yalandan kartda pul olmadığını demiş, bununla bağlı Sumqayıt şəhərində yerləşən “Kapital” banka müraciət etməsini məsləhət bilmişdir. Qadın da oradan çıxıb getmiş və Babək bankomatdan çıxardığı qadına məxsus 201 manat pulu götürüb oradan getmişlər. Əldə etdikləri pula narkotik maddə və ərzaq məhsulları alıb birlikdə istifadə etmişlər. Bundan başqa, o, Babəklə birlikdə bankomatdan oğurluq etmək üçün 20 noyabr 2023-cü il tarixdə saat 16 radələrində Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Bizim” marketin qarşısına gəlmişlər. Orada marketin qarşısında quraşdırılmış bankomatdan bir nəfər orta yaşlı kişinin pul çıxarmaqda çətinlik çəkdiyini görüb Babək həmin şəxsə yaxınlaşıb yanında dayanmış və həmin şəxs Babəkdən kartdan pul çıxarmaqda kömək etməsini xahiş etmişdir. Babək kartı bankomata daxil edib kodu soruşmuş və həmin şəxs kodu Babəkə demişdir. Babək kartda aparılan əməliyyatın səhv olduğunu deyərək kartı sahibinəı qaytarmış və onlar kənara çəkilən kimi o, bankomata yaxınlaşıb oradan çıxan həmin orta yaşlı kişiyə məxsus 200 manat pulu götürüb oradan kənarlaşmışlar. Həmin 200 manat pula Babəklə birlikdə narkotik vasitə və ərzaq məhsulları alıb istifaə etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ailə üzüvləri ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, fərdi evdə yaşayır. Mağazalarda alış-veriş edərkən istifadə etmək üçün özünə “Leo banka” aid kart açdırıb pul yükləmişdir. Həmin kartındakı puldan mağazalarda xərclədikdən sonra kart hesabımda 204 (iki yüz dörd) manat pulu qalmışdır. 29 sentyabr 2023-cü il tarixdə uşağının təhsil xərcini ödəmək üçün pula ehtiyacı olduğu üçün həmin tarixdə, saat 17 radələrində evinin yaxınlığında yerləşən “Əsləm” marketinin qarşısına getmişdir ki, orada, yəni marketin qarşısında quraşdırılmış “Kapital banka” məxsus bankomatdan pul çıxartsın. Əvvəllər kartdan pul çıxarmadığı üçün kartdan pul çıxartmaqda çətinlik çəkmişdir. Bu zaman marketin qarşısında olan iki nəfər oğlan ona yaxınlaşmışlar və onlardan biri-ağzına maska vurmuş arıq oğlan ona kömək etməyi təklif etmişdir. O, kartını həmin oğlana vermişdir. Üzü tüklü olan digər oğlan arxada dayanmışdır. Bundan sonra kartını verdiyi oğlan kartı bankomata daxil etmişdir. Ondan kartın məxfi rəqəmlərini soruşmuş və o da demişdir. Sonra onun telefonunun mobil nömrəsini də soruşmuşdur. O, mobil nömrəsini də dedikdən sonra tanımadığı həmin oğlan bankomatın önündə iki-üç dəqiqə dayanıb sonra pul kartını ona qaytarmış və katında pul olmadığını bildirmişdir. Həmin vaxt orada olan və onun kartından pul çıxarılmasında guya ona kömək edən şəxsin arxasında dayanmış oğlan, ona kömək edən şəxsi tələsdirmişdir ki, guya o da pul çıxartmaq istəyir. O, kartından pul çıxarmaqda kömək edən həmin oğlana kartında 204 manat pul olduğunu bildirmişdir. Həmin şəxs kartını yenidən yoxlamış və kartda pul olmadığını demişdir. O, həmin oğlandan nə etməli olduğunu soruşduqda, həmin oğlan ona məsləhət görmüşdür ki, Sumqayıt şəhərində yerləşən “Kapital banka” getsin. O, 01 oktyabr 2023-cü il tarixdə, saat 14.00 radələrində kartına mobil tətbiq vasitəsilə baxdıqda xx.xx.2023-cü il tarixdə hesabından 201 (iki yüz bir) manat pulunun çıxarıldığını aşkar etmişdir. Ona görə də, DİNnin “102 xidmətinə” zəng edib şikayət etmişdir.Ona dəyən zərər ödənilmişdir,Zərərçəkənlərə qarşı şikayəti, tələbi yoxdur. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmaması, ziyanın ödənilməsi barədə ərizə ilə mhkəməyə müraciət etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, ailə üzüvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. “Siyəzən broyler” toyuqçuluq fabrikində fəhlə işləyir. xx.xx.2023-cü il tarixdə əmək haqqı “Xalq banka” məxsus kartına vurulmuşdur. Kartında 438 manat pul olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Bizim market” adlanan mağazanın çöl tərəfində quraşdırılmış “Xalq banka” məxsus bankomatdan istifadə ertməklə əmək haqqı kartında olan pulu çıxartmaq üçün oraya gəlmişdir. Bankomatın qarşısında bir neçə şəxs olmuşdur. Görmə qabiyiyyəti zəif olduğu üçün bankomatdan istifadə edərkən çətinlik çəkdiyinə görə yanında dayanmış orta boylu, təxminən 30-32 yaşlı oğlana müraciət edərək kömək etməsini xahiş etmişdir. Həmin oğlan onun pul kartını bankomata daxil etmiş və ondan kartın məxfi kodunu soruşmuşdur. Pulun çıxarılması üçün kodu həmin oğlana demişdir. Oğlan kartında aparılan əməliyyatda səhv olduğunu deyərək kartı ona qaytarmışdır. O, bankomatdan aralanıb təxminən yarım saatdan sonra yenidən bankomatın yanına qayıtmış və başqa bir tanımadığı cavan oğlana pul kartını verib ondan xahiş etmişdir ki, kart hesabında pul olub-olmadığını yoxlasın. Həmin şəxs onun kartında pul olub-olmadığını yoxlamış və bildirmişdir ki, kart hesabında 238 manat pul qalmışdır. Həmin pulu çıxartdırmışdır. Ona kömək edən həmin şəxs pulu çıxarıb ona vermişdir. Sabahı gün mobil tətbiq vasitəsiylə bankomatından aparılmış əməliyyatlar barədə məlumatları çıxartdıqda müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə, saat 16.55-də əmək haqqı kartından 200 manat, həmin tarixdə saat 17.07-də 238 manat pul çıxarılmışdır. Başa düşmüşdür ki, xx.xx.2023-cü il tarixdə , saat 16.55-də kartından 200 manat pulu ona əvvəlcə kömək edən tanımadığı şəxs çıxarmışdır. Odur ki, kartından pul oğurlanması barədə şikayət etmişdir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmaması, ziyanın ödənilməsi barədə ərizə ilə mhkəməyə müraciət etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Abşeron rayon Polis İdarəsinin Saray Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir. 08 dekabr 2023-cü il tarixdə, saat 18 radələrində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin sahə polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində inzibati ərazini gəzərək xidmət aparakən bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Onun zahiri görünüşündən narkomana oxşaması şübhə doğurduğu üçün ona yaxınlaşdıqda onlardan uzaqlaşmaq istəməsi şübhə doğurmuşdur. Odur ki, ona yaxınlaşaraq polis əməkdaşları olaraq özlərini təqdim etmişlər. Həmin şəxsin şəxsiyyətini araşdırdıqda onun xx.xx.1991-ci il təvəllüdlü, Sumqayıt şəhəri, 2-ci mikrarayon sakini Təqsirləndirilən şəxs1 olduğu müəyyən olunmuşdur. Ondan özünü şübhəli aparması ilə əlaqədar şifahi sorğu etdikdə üzərində narkotik vasitə- heroin saxladığını bildirmişdir. Odur ki, onu qanunsuz olaraq narkotik vasitələr əldə etəkdə, saxlamaqda və üzərində daşımaqda şübhəli bilərək Abşeron rayon Polis idarəsinin X8 gətirmişlər. Saray polis bölməsinin xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Üzərində şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs1 vəkillə təmin olunmuşdur. Şəxsi axtarış və götürmə aparılarkan onun hüquq və vəzifələri izah olunmuş və texniki vasitə kimi videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Videoçəkiliş aparılmaqla vətəndaş Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya, predmet, yaxud saxlanılması qadağan olunmuş hər hansı digər vasitə olub-olmadığı soruşulmuş və vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə spesifik iyə malik, qəhvəyi rəngli maddəni çıxarıb təqdim etmişdir və həmin maddənin narkotik vasitə-heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılarkən onun üzərindən başqa cinayət xarakterli heç bir əşya aşkar olunmamışdır. Aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə-heroin iş üçün əhəmiyyət kəsb etdiyindən bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərində iştirakçılar imza etmişlər. Şifahi sorğu zamanı, Təqsirləndirilən şəxs1 ondan aşkar olunmuş narkotik vasitə-heroini Sumqayıt şəhərində tanımadığı şəxsdən 20 manat pul qarşılığında özü qəbul etmək üçün aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, protokol oxunaraq hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul omadığını, ondan aşkar olunan narkotik vasitəni Sumqayıt şəhərində tanımadığı şəxsdən 20 manat pul qarşılığında özü qəbul etmək üçün aldığını bildirmişdir. Onun narkotik maddələrin satışı ilə məşğul olması və narkotik maddələri konkret olaraq kimdən əldə etməsi barədə əməliyyat məlumatları daxil olmamışdır. Bundan başqa, Abşeron rayon polis idarəsinin X8 Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 29 sentyabr 2023-cü il tarixdə Saray qəsəbəsi, “Əsləm” marketin qarşısında quraşdırılmış “Kapital banka” aid bankomatdan pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs1 məxsus pul kartından 201 manat və 20 noyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Bizim market” mağazasının qarşısında quraşdırılmış “Xalq banka” aid bankomatdan pulunu çıxarmaq istəyən Zərərçəkmiş şəxs2 məxsus pul kartından 200 (iki yüz) manat pulu oğurlamaları barədə əməliyyat məlumatları daxil olmuş, həmin məlumatlar istintaqa təqdim edilmiş və yoxlanılarkan Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin cinayətləri törətmələri təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, 08 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində əməkdaşlarla birlikdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində inzibati ərazini gəzərək xidmət aparakən bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər.Onun zahiri görünüşündən narkomana oxşaması şübhə doğurduğu üçün yaxınlaşdıqda onlardan yayınmaq istəməsi şübhə doğurmuşdur. Odur ki, ona yaxınlaşaraq polis əməkdaşları olaraq özlərini təqdim etmişlər. Həmin şəxsin şəxsiyyətini araşdırdıqda onun xx.xx.1978-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs2 olduğu müəyyən olunmuşdur. Ondan hansı səbəbdən özünü şübhəli aparması ilə əlaqədar şifahi sorğu etdikdə o, üzərində narkotik vasitə- heroin saxladığını bildirmişdir. Odur ki, onu qanunsuz olaraq narkotik vasitələr əldə etəkdə, saxlamaqda və üzərində daşımaqda şübhəli bilərək Abşeron rayon Polis idarəsinin X8 gətirmişlər. X7 xidməti otaqların birində Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Üzərində şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs2 vəkillə təmin olunmuşdur. Şəxsi axtarış və götürmə aparılarkan onun hüquq və vəzifələri izah olunmuş və texniki vasitə kimi videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya, predmet, yaxud saxlanılması qadağan olunmuş hər hansı digər vasitə olub-olmadığı soruşulmuş və vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə spesifik iyə malik, qəhvəyi rəngli maddəni çıxarıb təqdim etmiş və həmin maddənin narkotik vasitə-heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılarkən onun üzərindən başqa cinayət xarakterli heç bir əşya aşkar olunmamışdır. Aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə-heroin iş üçün əhəmiyyət kəsb etdiyindən bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərində iştirakçılar imza etmişlər. Şifahi sorğu zamanı, Təqsirləndirilən şəxs2 ondan aşkar olunmuş narkotik vasitə-heroini Sumqayıt şəhərində tanımadığı şəxsdən 20 manat pul qarşılığında özü qəbul etmək üçün aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, protokol oxunaraq hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul omadığını, ondan aşkar olunan narkotik vasitəni Sumqayıt şəhərində tanımadığı şəxsdən 20 manat pul qarşılığında özü qəbul etmək üçün aldığını bildirdi. Onun narkotik maddələrin satışı ilə məşğul olması və narkotik maddələri konkret olaraq kimdən əldə etməsi barədə əməliyyat məlumatları daxil olmamışdır. Bundan başqa, Abşeron rayon polis idarəsinin X8 Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 29 sentyabr 2023-cü il tarixdə Saray qəsəbəsi, “Əsləm” marketin qarşısında quraşdırılmış “Kapital banka” aid bankomatdan pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs1 məxsus pul kartından 201 manat və 20 noyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Bizim market” mağazasının qarşısında quraşdırılmış “Xalq banka” aid bankomatdan pulunu çıxarmaq istəyən Zərərçəkmiş şəxs2 məxsus pul kartından 200 (iki yüz) manat pulu öğurlamaları barədə əməliyyat məlumatları daxil olmuş, həmin məlumatlar istintaqa təqdim edilmiş və yoxlanılarkan Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin cinayətləri törətmələri təsdiq olunmuşdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında cinayət işi üzrə Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən saxlanılaraq X8 gətirilib orada üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini əks etdirən diskə baxış keçirilmişdir. Diskə baxış keçirilən zaman xidməti otaqda təhqiqatçının sorğusu əsasında baxışda iştirak edən şəxslər və vəkilin özlərini təqdim etməsi, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin saxlanmasında və qəbul edilməsində şübhəli olduğunun elan edilməsi, Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunması, üzrəində hər hansı şübhəli əşya və predmet varsa təqdim etməsinin təklif olunması, bu zaman Təqsirləndirilən şəxs1 əynindəki şalvarının sağ yan cibindən bir ədəd salafan bükümdə qəhvəyi rəngli maddəni çıxarıb təqdim etməsi və narkotik vasitə heroin olduğunu bildirməsi, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə heroini Sumqayıt şəhərində tanımadığı şəxsdən 20 manmat pul qarşılığında özü qəbul etmək üçün aldığını bildirməsi, axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 üzərindən digər cinayət xarakterli əşya və predmet aşkar olunmadığı, aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin zərfə qoyularaq qablaşdırılması və zərfin üzərində imzalar edilməsi barədə görüntü və məlumatlar vardır. Məhkəmə baxışında cinayət işi üzrə Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən saxlanılaraq X8 gətirilib orada üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini əks etdirən diskə baxış keçirilmişdir. Diskə baxış keçirilən zaman xidməti otaqda təhqiqatçının sorğusu əsasında baxışda iştirak edən şəxslər və vəkilin özlərini təqdim etməsi, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin saxlanmasında və qəbul edilməsində şübhəli olduğunun elan edilməsi, Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunması, üzrəində hər hansı şübhəli əşya və predmet varsa təqdim etməsinin təklif olunması, bu zaman Təqsirləndirilən şəxs2 əynindəki şalvarının sağ yan cibindən bir ədəd salafan bükümdə qəhvəyi rəngli maddəni çıxarıb təqdim etməsi və narkotik vasitə heroin olduğunu bildirməsi, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə heroini Sumqayıt şəhərində tanımadığı şəxsdən 20 manmat pul qarşılığında özü qəbul etmək üçün aldığını bildirməsi, axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs2 üzərindən digər cinayət xarakterli əşya və predmet aşkar olunmadığı, aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin zərfə qoyularaq qablaşdırılması və zərfin üzərində imzalar edilməsi barədə görüntü və məlumatlar vardır. İstintaq materiallarına əlavə edilmiş, 29 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Əsləm” marketin qarşısında quraşdırılmış “Kapital banka” məxsus bankomatdan istifadə etməklə iş üzrə Zərərçəkmiş şəxs1 pulunu çıxartmaq istəyərkən və 20 noyabr 2023-cü il tarixdə, saat 16.55 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Bizim market” mağazasının qarşısında quraşdırılmış “Xalq banka” məxsus bankomatdan istifadə etməklə iş üzrə Zərərçəkmiş şəxs2 bankomatdan pulunu çıxarmaq istəyərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin yerlərdə olmasını təsdiq edən videogörüntülərin olduğu diskə iş üzrə Təqsirləndirilən şəxs1 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur. Baxış keçirilən diskin yaddaşında iki fayl (qovluq) vardır. 1-ci fayldakı görüntülərə baxdıqda marketin qarşısında küçədə avtomobillərin və avtomobillərin yanında bir neçə şəxsin dayandığı görünür. Marketin qarşısında üzərində “Kapitalbnk” yazısı oxunan bankomat vardır. Bankomatın qarşısında arıq bədənli, əynində qara rəngli gödəkçə, başında qara rəngli baş geyimi (şapka), ağzında qara rəngli maska olan kişi dayanıb bankomatdan pul çıxartmaqla məşğuldur. Həmin vaxt onun sağ tərəfində dolu bədənli qadın, sol tərəfində səkidə bir qədər aralıda yeniyetmə qız, arxasında isə, qara rəngli eynək taxmış, saçları az olan, əynində ağ rəngli, qolunda qara zolağı olan gödəkçə, çəhrayı rəngli şalvar, ayağında ağ rəngli idman ayaqqabısı olan kişi dayanmışdır. Bankomatın qarşısdında durmuş şəxs qadına nə isə deyib oradan qulağında mobil telefon uzaqlaşarkan bankomata arxasında dayanmış əynində ağ rəngli gödəkçə olan şəxs yaxınlaşaraq bankomatda məşğul olur. Həmin vaxt qadın yeniyetmə qızla bankomatın qarşısından gedərək uzaqlaşırlar. Diskə baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs1, arıq bədənli, əynində qara rəngli gödəkçə, başında qara rəngli baş geyimi (şapka), ağzında qara rəngli maska olan şəxsin o, yəni özü olduğunu, həmin vaxt yanında dayanmış qadının kartından istifadə etməklə 201 manat pulunu çıxarıb gizli olaraq ələ keçirdiyini, onun arxasında dayanmış qara rəngli eynək taxmış, saçları az olan, əynində ağ rəngli, qolunda qara zolağı olan gödəkçə, çəhrayı rəngli şalvar, ayağında ağ rəngli idman ayaqqabısı olan kişinin isə, tanışı Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Baxış keçirilən diskin yaddaşında olan ikinci fayla baxış keçirilərkən videogörüntüdə küçə, saxlanılmış və hərəkət edən maşınlar, piyadalar görünür. Piyada səkisində bankomatın qarşısında adamlar vardır. Həmin vaxt oraya başında qara rəngli şapka, ağzında qara rəngli maska, əynində qara rəngli gödəkçə, ağ rəngli köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı olan şəxs telefonla danışaraq yaxınlaşır. Bankomatın yanında dayanıb sonra kənara çəkilir və bankomatdan pul çıxaran ağ saçlı kişinin arxasında ondan təxminən metr yarım arxada piyada səkisində dayanır. Onun arxasında qara rəgli geyimdə, şapka qoymuş, eynək taxmış şəxs dayanır. Ağ saçlı kişi bankomatdan kənarlaşdıqdan sonra başında qara rəngli şapka, ağzında qara rəngli maska, əynində qara rəngli gödəkçə, ağ rəngli köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı olan şəxs bankomata yaxınlaşıb bankomata müdaxilə edib kənara çəkilir və uzaqlaşır. Sonrakı görüntülərdə baş verən prosesləri müəyyən etmək mümkün olmamışdır. Baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs1, başında qara rəngli şapka, ağzında qara rəngli maska, əynində qara rəngli gödəkçə, ağ rəngli köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı olan şəxsin o, yəni özü olduğunu, həmin vaxt onun arxasında dayanmış qara rəgli geyimdə, şapka qoymuş, eynək taxmış şəxsin isə, tanışı Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. İstintaq materiallarına əlavə edilmiş, 29 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Əsləm” marketin qarşısında quraşdırılmış “Kapital banka” məxsus bankomatdan istifadə etməklə iş üzrə Zərərçəkmiş şəxs1 pulunu çıxartmaq istəyərkən və 20 noyabr 2023-cü il tarixdə, saat 16.55 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Bizim market” mağazasının qarşısında quraşdırılmış “Xalq banka” məxsus bankomatdan istifadə etməklə iş üzrə Zərərçəkmiş şəxs2 bankomatdan pulunu çıxarmaq istəyərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin yerlərdə olmasını təsdiq edən videogörüntülərin olduğu diskə iş üzrə Təqsirləndirilən şəxs2 iştirakı ilə də baxış keçirilmişdir. Vidogörüntülərdə əks olunan görüntü və məlumatlara baxıldıqdan sonra Baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs2, arıq bədənli, əynində qara rəngli gödəkçə, başında qara rəngli baş geyimi (şapka), ağzında qara rəngli maska olan şəxsin onunla birlikdə oğurluq cinayəti törətmiş Təqsirləndirilən şəxs1 olduğunu, Təqsirləndirilən şəxs1 həmin vaxt yanında dayanmış qadının kartından istifadə etməklə 201 manat pulunu çıxarıb gizli olaraq ələ keçirdiyini, onun arxasında dayanmış qara rəngli eynək taxmış, saçları az olan, əynində ağ rəngli, qolunda qara zolağı olan gödəkçə, çəhrayı rəngli şalvar, ayağında ağ rəngli idman ayaqqabısı olan kişinin isə o, yəni özü olduğunu bildirmişdir. Baxış keçirilən diskin yaddaşında olan ikinci fayla baxış keçirildikdən sonra baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs2, başında qara rəngli şapka, ağzında qara rəngli maska, əynində qara rəngli gödəkçə, ağ rəngli köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı olan şəxsin tanışı, birlikdə oğuruq cinayəti törətdiyi Təqsirləndirilən şəxs1 olduğunu, həmin vaxt onun arxasında dayanmış qara rəgli geyimdə, şapka qoymuş, eynək taxmış şəxsin isə, o, yəni özü olduğunu bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, 29 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Əsləm” marketin qarşısında quraşdırılmış “Kapital banka” məxsus bankomatdan istifadə etməklə iş üzrə Zərərçəkmiş şəxs1 pulunu çıxartmaq istəyərkən və 20 noyabr 2023-cü il tarixdə, saat 16.55 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Bizim market” mağazasının qarşısında quraşdırılmış “Xalq banka” məxsus bankomatdan istifadə etməklə iş üzrə Zərərçəkmiş şəxs2 bankomatdan pulunu çıxarmaq istəyərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin yerlərdə olmasını təsdiq edən videogörüntülərin olduğu diskə iş üzrə zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilmişdir. Vidogörüntülərdə əks olunan görüntü və məlumatlara baxıldıqdan sonra baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs1, arıq bədənli, əynində qara rəngli gödəkçə, başında qara rəngli baş geyimi (şapka), ağzında qara rəngli maska olan şəxsin onun kartından oğurluq edərək pul çıxaran şəxs, onun arxasında dayanmış qara rəngli eynək taxmış, saçları az olan, əynində ağ rəngli, qolunda qara zolağı olan gödəkçə, çəhrayı rəngli şalvar, ayağında ağ rəngli idman ayaqqabısı olan kişinin isə, həmin vaxt onun kartından pul oğurlayan şəxsi guya tələsdirərək onun diqqətini yayındırmaqla məşğul olan şəxs olduğunu bildirmişdir. Baxış keçirilən diskin yaddaşında olan ikinci fayla baxış keçirildikdən sonra baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs1 ikinci fayldakı görüntülərdə əks olunmuş başında qara rəngli şapka, ağzında qara rəngli maska, əynində qara rəngli gödəkçə, ağ rəngli köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı olan şəxsin Saray qəsəbəsində, “Əsləm” marketin qarşısında quraşdırılmış bankomatdan onun pulunu oğurlayan şəxs, onun arxasında dayanmış qara rəgli geyimdə, şapka qoymuş, eynək taxmış şəxsin oğurluq cinayətinə kömək edən şəxs olduğunu bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, 29 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Əsləm” marketin qarşısında quraşdırılmış “Kapital banka” məxsus bankomatdan istifadə etməklə iş üzrə Zərərçəkmiş şəxs1 pulunu çıxartmaq istəyərkən və 20 noyabr 2023-cü il tarixdə, saat 16.55 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Bizim market” mağazasının qarşısında quraşdırılmış “Xalq banka” məxsus bankomatdan istifadə etməklə iş üzrə Zərərçəkmiş şəxs2 bankomatdan pulunu çıxarmaq istəyərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin yerlərdə olmasını təsdiq edən videogörüntülərin olduğu diskə iş üzrə zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 iştirakı ilə baxış keçirilmişdir. Vidogörüntülərdə əks olunan görüntü və məlumatlara baxıldıqdan sonra baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs2, videogörüntüdə olan arıq bədənli, əynində qara rəngli gödəkçə, başında qara rəngli baş geyimi (şapka), ağzında qara rəngli maska olan şəxs 20 noyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Bizim market” mağazasının qarşısında quraşdırılmış “Xalq banka” məxsus bankomatdan pul çıxarakan kömək adı ilə onun kartını bankomata daxil edib pulunu oğurlayan şəxs olduğunu bildirmişdir. Baxış keçirilən diskin yaddaşında olan ikinci fayla baxış keçirildikdən sonra baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs2 ikinci fayldakı görüntülərdə əks olunmuş başında qara rəngli şapka, ağzında qara rəngli maska, əynində qara rəngli gödəkçə, ağ rəngli köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı olan şəxs 20 noyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Bizim market” mağazasının qarşısında quraşdırılmış “Xalq banka” məxsus bankomatdan pul çıxararkan kömək adı ilə onun kartını bankomata daxil edib pulunu oğurlayan şəxs olduğunu bildirmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmış, ifadəni yerində yoxlama iustintaq hərəkəti həyata keçirilərkən Təqsirləndirilən şəxs1, ifadəsində bildirdiyi pul kartlarından oğurluq cinayətləri törətdiyi hadisə yerlərini təqdim etmişdir. İş üzrə Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmış, ifadəni yerində yoxlama iustintaq hərəkəti həyata keçirilərkən Təqsirləndirilən şəxs2 ifadəsində bildirdiyi pul kartlarından oğurluq cinayətləri törətdiyi hadisə yerlərini təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekstertizanın verdiyi 09 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6326 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-Zərflər üçün № 246” möhür əksi, “... Təqsirləndirilən şəxs1...” və s. adlar, soyadlar, imzalar olan olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,992 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi-0,922 qram, tədqiqata sərf edilən kütlə- 0,05 qram, qalıq qalan kütlə- 0,87 qramdır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekstertizanın verdiyi 09 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6327 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 246” möhür əksi, “...Təqsirləndirilən şəxs2...” və s. adlar, soyadlar, imzalar olan olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,029 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi-1,029 qram, tədqiqata sərf edilən kütlə- 0,1 qram, qalıq qalan kütlə- 0,929 qramdır. Cinayət işi üzrə alınmış ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 1285 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə alınmış ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 1287 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs2 Rəşad oğlunun barəsində alınmış tələbnamədən görünür ki, onun barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs1 barəsində alınmış tələbnamədən görünür ki, o, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 180.2.1, 180.2.2, 66.2-ci maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 04 ay 02 günündən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, cəzasının 05 ay 19 gününü çəkmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir və o, hazırda məhkumluğu olan şəxsdir. Odur ki, bu hal nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş,Abşeron rayon Məhkəməsinin Qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin Qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxslərin, zərərçəıkmiş şəxslərin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokollar, hadisə yerinə baxış keçirilməsi barədə protokollar, axtarış və götürmə hərəkətlərinin köçürüldüyü disklər, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq cinayətləri törətdikləri hadisə yerlərində video görüntülərini əks etdirən disk və həmin diskə təqsirləndirilən və zərərçəkmiş şəxslərin iştirakları ilə keçirilən baxış protokolları, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən narkotik vasitə aşkar edilməsi ilə əlaqədar axtarış və götürmə barədə disklərə baxış keçirilməsi barədə protokollar, ifadənin yerində yoxlanılması barədə protokollar, əməliyyat tapşırığına cavablar, məhkəmə kimyəvi və məhkəmə narkoloji tekspertiza rəyləri, maddi sübutlar və digər istintaq sənədləri sübut növləri kimi qəbul edilmişdir. Beləliklə, məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə əldə edilmiş obyektiv sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2,177.2.3-1və 234.1-ci maddələri ilə onlara elan olunmuş ittiham ibtidai istintaq tərəfindən düzgün tövsif edilmişdir.Ona görə də, onlar həmin maddələr üzrə cinayət məsuliyyətinə cəlb olunmalı və onlara həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini şərti məhkumluq dövründə törətmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM- nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi zərərçəkənlərə vurulan ziyanın ödənilməsini müəyyən etmişdir. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi his Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməli şərti sınaq dövrüdə törətmiş olduğundan onun barəsində cəza təyin edilərkən,şərti məhkum etmə ləğv edilməli CM-nin 67.1 maddəsinin tələbləri üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.6.1.maddəsinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq olunarkən məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi, yaxud qərəzli olaraq boyun qaçırdıqda, o cümlədən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, bu Məcəllənin 76.5ci maddəsində göstərilən orqanların təqdimatı əsasında məhkəmə şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və cəzanın çəkilməmiş hissəsinin icra olunması haqqında qərar çıxara bilər; 76.6.2. ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur); 76.6.3. qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır.Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları CM-nin 66.2 maddəsinə əsasən qismən birləşdirilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3 maadəsinə əsasən Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 180.2.1, 180.2.2, 66.2-ci maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə çəkilməmiş şərti qalan 01 il 04 ay 02 günü şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hökmlərin məcmusu üzrə hazırkı hökmlə qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs1 əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddəti cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 08 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM- nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi zərərçəkənlərə vurulan ziyanın ödənilməsini müəyyən etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin ediləcək cəzanın məhkumun ailəsinin həyat şəraitinə təsirini,məhkumu islah etməsi və cəzanın məqsədlərinə nail olmanın mümkünlüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədinə Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-1 maddəsi üzrə maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması və onun təqsirli bilindiyi CM-nin 234.1 maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-1 maddəsi üzrə maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması Cinayət Məcəlləsinin 68.1.1- 1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə və onun təqsirli bilindiyi CM-nin 234.1 maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilməsi ilə əlaqədar həbsetmənin 08 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından qalıq qalmış 0,87 qram çəkidə narkotik vasitə- heroin və Təqsirləndirilən şəxs2 Rəşad oğlunun üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından qalıq qalmış 0,929 qram çəkidə narkotik vasitəheroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Habelə, cinayət işinin materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Rəşad oğlunun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə video çəkiliş görüntülərini əks etdirən iki ədəd DVD formatlı disklər, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş, 29 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Əsləm” marketin qarşısında quraşdırılmış “Kapital banka” məxsus bankomatdan istifadə etməklə iş üzrə Zərərçəkmiş şəxs1 pulunu çıxartmaq istəyərkən və 20 noyabr 2023-cü il tarixdə, saat 16.55 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Bizim market” mağazasının qarşısında quraşdırılmış “Xalq banka” məxsus bankomatdan istifadə etməklə iş üzrə Zərərçəkmiş şəxs2 bankomatdan pulunu çıxarmaq istəyərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin yerlərdə olmasını təsdiq edən videogörüntüləri əks etdirən bir ədəd DVD formatlı disk sübut kimi iş materiallarına əlavə edilməlidir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 220 manat məbləğində pul vəsaiti bərabər qaydada hər birindən 110 manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq hər birinə 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinsin, ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin CM-nin 234.1- ci maddəsi ilə təqsirli bilinsin ona 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maadəsinə əsasən Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 180.2.1, 180.2.2, 66.2-ci maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə çəkilməmiş şərti qalan 01 il 04 ay 02 günü şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hökmlərin məcmusu üzrə hazırkı hökmlə qəti olaraq təyin edilmiş03 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə çəkilməmiş şərti qalan 01 il 04 ay 02 gün azadlıqdan şərti məhkum etmə qismən birləşdirilsin, ona qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 08 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinsin, ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinsin ona 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə azadlığın məhdudlaşdırma cəzasının müddəti 01 müddətə azadlıqdan məhrum etmə cəzası hesabı ilə onun təqsirli bilindiyi CM-nin 234.1 maddəsi üzrə təyin edilmiş 01 müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplansın, Təqsirləndirilən şəxs2 qəti olaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 08 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından qalıq qalmış 0,87 qram çəkidə narkotik vasitə- heroin və Təqsirləndirilən şəxs2 Rəşad oğlunun üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından qalıq qalmış 0,929 qram çəkidə narkotik vasitə- heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. Cinayət işinin materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Rəşad oğlunun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə video çəkiliş görüntülərini əks etdirən iki ədəd DVD formatlı disklər, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş, 29 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Əsləm” marketin qarşısında quraşdırılmış “Kapital banka” məxsus bankomatdan istifadə etməklə iş üzrə Zərərçəkmiş şəxs1 pulunu çıxartmaq istəyərkən və 20 noyabr 2023-cü il tarixdə, saat 16.55 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Bizim market” mağazasının qarşısında quraşdırılmış “Xalq banka” məxsus bankomatdan istifadə etməklə iş üzrə Zərərçəkmiş şəxs2 bankomatdan pulunu çıxarmaq istəyərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin yerlərdə olmasını təsdiq edən videogörüntüləri əks etdirən bir ədəd DVD formatlı disk sübut kimi iş materiallarına əlavə edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 220 manat məbləğində pul vəsaiti bərabər qaydada, hər birindən 110 manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulsun. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq hər birinə 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-610/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-610/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver