Məhkəmə qərarları › İş №1(012)-611/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-611/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-611/2024 16.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun vəkilləri Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, “Arbitrium” Vəkil Bürosunun vəkili X8, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri “AAA” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və X3 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" MTK-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı-Sumqayıt şossesinin 15-ci kilometrində yerləşən "xxxx" MMC-də 20 dekabr 2019-cu il tarixdə əmək müqaviləsi əsasında mühasib vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə həmin MMC-nin direktoru Zərərçəkmiş şəxs ona edilmiş etibarından su istifadə edərək 14 dekabr 2020-ci il tarixdən 14 may 2021-ci il tarixədək olan müddət ərzində polietilen paketlər alınması üçün X12 yerləşən polietilen paketlərin topdan satışı mağazasına Şahid12 tərəfindən ödənilmiş ümumilikdə 95000 manat pulun 7808 manatını, X21 tərəfindən ödənilmiş ümumilikdə 9440 manat pulun 5000 manatını, Turman adlı şəxs tərəfindən ödənilmiş ümumilikdə 11630 manat pulun 1000 manatını, X5 tərəfindən ödənilmiş ümumilikdə 22733 manat pulun 3802 manatını, "xxxx" MMC tərəfindən ödənilmiş ümumilikdə 26912 manat pulun 2552 manatını, X9 tərəfindən ödənilmiş ümumilikdə 26855 manat pulun 16873 manatını hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Bakı-Sumqayıt şossesinin 15-ci kilometrində yerləşən "xxxx" MMC-də ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 37.035 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi X10 vəsatət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cinayət işi 01 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Mehman Novruzov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmış, 01 mart 2023cü il tarixdə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Mehman Novruzovun raportu əsasında cinayət işinin davam etdirilməsi Abşerpon RPİ-nin İŞ-nin baş müstəntiq Eldəniz Əsgərova həvalə edilmiş edilmişdir. 28 mart 2023-cü il tarixdə Babayeva X11 RPİ-nin İŞ-nin baş müstəntiq Eldəniz Əsgərov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 30 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan olunması üçün kifayət qədər sübutlar olmadığından Abşeron RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Eldəniz Əsgərov tərəfindən Abşeron RPİ-nin MSY-dən tutulmadan azad edilmişdir. Həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə hüquqlarının müdafiəsi üzrə müqavilə imzalanmış, tərəfindən ibtidai istintaq dövrü hüquqi xidmət göstərilməklə ilkin dindirilməsi və üzləşdirmə zaman Təqsirləndirilən şəxs müdafəçisi kimi iştirak etmişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, Abşeron RPİ-nin İŞ-nin baş müstəntiq Eldəniz Əsgərov tərəfindən cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılmış, materialları ilə onu tanış etmək hüququ pozularaq ittiham aktı tərtib edilmiş, təsdiq edilərək məhkəməyə göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinin tələblərinin rəhbər tutaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozuntusuna yol verildiyinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi “AAA” Vəkil Bürosunun vəkili Müdafiəçi2 cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət verərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Abşeron RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Elçin Süleymanovun tərtib etdiyi İttiham Aktı təqsirləndirilən şəxsin müdafiə hüququnun məhdudlaşdırılması ilə kobud pozuntulara yol verilərək tərtib edilmişdir. Belə ki: İttiham Aktında dəfələrlə təkrarlanan “Sədərək TM-dən daxil olan pul ödənişlərinin siyahısı jurnalı” ifadələri yer almış, həmin ifadələr dırnaq işarəsilə verilməklə sanki hansısa belə bir sübutun mövcudluğuna diqqət çəkilmişdir. Lakin sübut kimi istintaqa təqdim edilmiş dəftərlərdə belə bir “jurnal”ın mövcud olmadığı, istintaq materiallarında diqqət çəkilən həmin dəftərin isə "xxxx" MMC-yə göndərilən və qəbul edilən pulları deyil, həmin MMC-dən xaric olan malların qiymətini göstərdiyi görünür. Heç bir dəftərdə və ya digər sübutlarda “Sədərək TM-dən daxil olan pul ödənişlərinin siyahısı jurnalı” ifadəsi yer almasa da, bu uydurma ifadəni dəfələrlə təkrarlamaqla qanunsuz olaraq Təqsirləndirilən şəxs həmin məbləğləri qəbul etdiyi fikrini yaratmağa çallışmışdır. İttiham Aktında 03 ədəd qeydiyyat kitablarına baxış keçirildiyi bildirilmişdir. Lakin həmin baxışın kimlərin iştirakı ilə keçirildiyi qeyd olunmamışdır. Habelə həmin kitablara baxılması və ədalətli qiymətləndirilməsi üçün müvafiq sahədə xüsusi bilikləri olan mütəxəssisin iştirakının təmin olunması barədə, eləcə də digər məsələlər barədə verilmiş vəsatətlər nəzərə alınmamışdır. Belə ki, qeyd olunan kitablarda olan maliyyə-mühasibatlıq məlumatları olduqca qarışıqdır və onların araşdırılması xüsusi bilik tələb edir. Beləliklə, mühasibatlıq uçotunun düzgün aparılıbaparılmaması, Mal və pul vəsaitlərinin dövriyyəsi düzgün aparılıb-aparılmaması, tərtib edilmiş sənədlərdə pul vəsaitlərinin hərəkətinin düzgün əks olunub-olunmaması kimi suallara aydınlıq gətirilmədən təqsirləndirilən şəxsin vəsatətləri təmin olunmadan aparılmış istintaq təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud pozulması ilə müşayiət olunmuşdur. İzahatlarda qeyd edilməsinə baxmayaraq, X16 Ticarət Mərkəzində yerləşən mağazanın “İpək Yolu" MMC-yə deyil, digər fiziki şəxsə aid olması və sərbəst VÖEN ilə fəaliyyət göstərməsinə dair məsələyə ümumiyyətlə toxunulmamış və bu məsələnin üstü örtülmüşdür. İşin obyektiv araşdırılması üçün bu faktın özü də əhəmiyyətli ola bilərdi. iş üzrə şahid kimi dindirilmiş bir sıra şəxsin təqsirləndirilən şəxslə üzləşdirilməsi aparılmamışdır. Zərərçəkmiş şəxs MMC-də anbardar işləyən oğlu, eləcə də kassir işləyən bacısının əri barədə ümumiyyətlə ittihamda söhbət getmir. Halbuki, zavoddan çıxan materialların və kassa əməliyyatlarının araşdırılması üçün onların izahatları əhəmiyyətli olmalı idi. Belə ki, istintaq zamanı iddia olunan məbləğlərin hansı miqdarda mal qarşılığında və həmin malların həqiqətdə nə qədər olduğu və bu barədə harada qeyd olunması barədə heç bir məlumata rast gəlmək mümkün deyil. Verilmiş vəsatətlərə baxmayaraq, şikayətçinin telefon danışıqlarının və kimlərlə hansı müddətdə danışılmasının anten dairəsi müəyyənləşdirilməmişdir. Bu, ona görə əhəmiyyətli olmalı idi ki, şikayətçinin işdə adıkeçən şəxslərlə dəfələrlə telefon danışıqlarının olduğu müəyyən edilməli idi. Beləliklə də satılmış malların qarşılığında ödənişlərin olub olmaması, borcları və s. barədə həmin şəxslərlə dəqiqləşdirmək imkanı olmalı idi. Göründüyü kimi, istintaq sadəcə şikayətçinin iddiaları əsasında tərtib olunmaqla normal araşdırılma aparılmadan səthi aparılmış, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərini pozmaqla aparılmış və Təqsirləndirilən şəxs müdafiə hüquqlarını məhdudlaşdıran və qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularla müşayiət olunmuşdur. Göstərilənləri, eləcə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92, 289, 300 və 303-cü maddələrinin tələblərini nəzərə alaraq, Cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Daha sonra məhkəmənin elektron sisteminə vəsatətə əlavə vəsatət ünvanlayaraq, Təqsirləndirilən şəxs müdafiəçilərinin istintaq zamanı verdikləri vəsatətlər və istintaqın aparılması zamanı yol verilən kobud pozuntulara etdikləri etirazlar istintaq orqanı və prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən nəzərə alınmadan ittiham verilmişdir. Belə ki, təqsirləndirilən şəxsin vəkillərinin dəfələrlə verdiyi vəsatətlər nəzərə alınmayaraq, xüsusi bilik tələb edən araşdırılan mühasibatlıq və maliyyə sənədləri üçün ekspertiza təyin olunmamışdır. Bundan başqa, təqsirləndirilən şəxsin işdə iştirak etmiş, vəsatətlər vermiş, istintaqın müxtəlif dövrlərində prosessual fəaliyyət göstərmiş iki vəkildən (müdafiəçilərindən) biri Təqsirləndirilən şəxs və həmin vəkilin təkidlərinə baxmayaraq, ittihamla və əlaqəli sənədlərlə tanış edilmədən iş məhkəməyə göndərilmişdir. Həmçinin, şikayət verən şəxsin hüquqi şəxs olan "xxxx" MMC olmasına baxmayaraq, həmin hüquqi şəxsin fəaliyyətini əks etdirən audit, maliyyə və mühasibatlığı ekspertizası keçirilmədən istintaq aparılması böyük hüquq pozuntusudur. Göstərilənləri, maliyyə-mühasibatlıq ekspertizasının aparılmasının zəruriliyini, istintaqda ədalətli araşdırmanın aparılmasının vacibliyini, eləcə də AzR-nın CPM-nin 92, 289, 300 və 303-cü maddələrinin tələblərini nəzərə alaraq, Cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etməyii xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçilərinin vəsatətlərinin təmin edilməsini, cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı cinayət işinin məhkəmə hazırlıq iclasında baxılmasına xitam verilməsi, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət verdi. Bildirdi ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində olarkən onun ərizəsi əsasında X10 və Müdafiəçi1 onun müdafiəçiləri qismində işə buraxılmış, şübhəli şəxs barəsində keçirilmiş prosessual hərəkətlərdə hər ikisi iştirak etmiş, bunu öz imzaları ilə təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində statusu ləğv edilmiş, şahid qismində olarkən prosesin sonrakı mərhələlərində onun hüquqlarının müdafiəsini vəkil Müdafiəçi1 davam etdirmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində olarkən onun müdafiəçisi qismində X10 iştirak etsə də, cinayət işi materiallarına vəkil orderi əlavə edilməmiş, İ.Əhmədov sonrakı prosessual hərəkətlərdə iştirak etməmiş və prosesdə iştirakına xitam verilməsi barədə isə hər hansı bir qərar qəbul edilməmişdir. Göründüyü kimi, vəkil X6 Təqsirləndirilən şəxs barəsində aparılan sonrakı istintaq hərəkətlərindən məlumatı olmamış, iş materialları ilə tanış edilmədən ittiham aktı təsdiq edilərək məhkəməyə göndərilmişdir. Bununla da Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.8-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs və müdafiəçiləri Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və “Arbitrium” Vəkil Bürosunun vəkili X15 ibtidai istintaq tərəfindən iş üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinin pozulmadığını bildirərək, vəsatətin təmin olunmamasını və məhkəmə iclasının davam etdirilməsini xahiş etdilər. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçilərini zərərçəkmiş şəxsi, onun vəkillərini dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, təqrirləndirilən şəxsin müdafiəçisi X6 və dövlət ittihamçısının vəsatətlərində göstərilən xüsusatlar əsaslıdır və hazırki cinayət işinə məhkəmə hazırlıq iclasında baxılmasına xitam verilməli və cinayət işi ibtiadi araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İş materiallarından görünür ki, Abşeron rayon prokurorluğunun 24 dekabr 2022-ci il tarixli qərarı ilə "xxxx" MMC–nin nümayəndəsinin müraciəti əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanması CPM-nin 39.1.2 maddəsinə əsasən rədd edilmişdir. Abşeron rayon prokurorunun 18 yanvar 2023-cü il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş, material araşdırılması üçün aidiyyatı üzrə Abşeron rayon Pİ-ə göndərilmişdir. Təqsirləndirilən şəxs şahid qismində dindirilmiş, dindirmədə onun nümayəndəsi qismində vəkil Müdafiəçi1 iştirak etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdə cinayət üşi üzrə şahid qismində dindirilmiş, onun dindirilməsində nümayəndəsi qismində vəkil Müdafiəçi1 və İ.Əhmədov iştirak etmişlər. Müdafiəçi İ.Əhmədov adlı şəxsin vəkil orderi iş materiallarında mövcud deyildir. İş materiallarında (ıı c. səh 62) Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsində hüquqlarının müdafiəsi üçün Müdafiəçi1 və X10 ilə müqavilə bağladığını və hüquqlarını həmin vəkillərin müdafiə etmələrini və bunun nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş olan 28 mart 2023-cü il tarixli tutma protokolundan görünür ki, tutmada onun hər iki müdafiəçisi Müdafiəçi1 və X10 iştirak etmişlər, bunu onların imza nümunələri də təsdiq edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsində yenə onun hər iki müdafiəçisi Müdafiəçi1 və X10 iştirak etmişlər, bunu onların imza nümunələri də təsdiq edir. İş materiallarından görünür ki, 30 mart 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs statusuna xitam verilmiş və o, MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli şahid kimi əlavə dindirilməsində onun nümayəndəsi kimi vəkil X10 iştirak etməmişdir. Bu hal 04 yanvar 2024-cü il tarixli istintaq hərəkətlərində də təkrar olunmuşdur. Tarix qeyd edilməsə də, 04 yanvar 2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi barədə qərardan sonra iş materiallarına əlavə edilən Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, müdafiəçisi Müdafiəçi1 tərəfindən hüquqlarının müdafiəsi üçün şərait yaradılmasını xahiş etmişdir. Beləliklə, iş materiallarından göründüyü kimi X1 Rəfiqə Əşrəf qızının şahid və şübhəli şəxs qismində nümayəndəsi və müdafiəçisi olaraq iştirak etsə də, onun prosesdə iştirakına xitam verilmədiyi və Təqsirləndirilən şəxs ondan imtina etmədiyi halda, cinayət işi üzrə ibtidai istintaqın yekunlaşması barədə İftixar Əhmədova məlumat verilməmiş, iş materialları ilə tanış olmadan ittiham aktı təsdiq edilərək baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Bununla da CPM-nin aşağıda qeyd edilən maddələrində nəzərdə tutulan tələbləri kobud şəkildə pozulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 286.1-ci maddəsinə əsasən, müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Həmin Məcəllənin 286.2-ci maddəsinə əsasən, cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. Həmin Məcəllənin 287.1-ci maddəsinə əsasən, cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər. Həmin Məcəllənin 303.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3-cü maddəsinə görə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: Həmin Məcəllənin 303.3.1-ci maddəsinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); Həmin Məcəllənin 303.3.8-ci maddəsinə görə məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1ci maddələrinin tələblərinin pozulması; Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyindən Təqsirləndirilən şəxs müdafiəçiləri və dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməli, cinayət işinin məhkəmə hazırlıq iclasında baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299, 300 və 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxılmasına xitam verilsin, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılsın. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar