Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-614/2024 23.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Əməli törədən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Şikayət verən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1976-cı ildə Bərdə rayonu, Mollalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bərdə rayonu, Mollalı Ərazi Dairəsi, Mollalı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialları üzrə işə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdə gecə 02 radələrində yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində alkoqol sərxoşluğu vəziyyətində olarkən qeyri rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs başqa şəxslə ünsiyyət saxlamasını ehtimal edərək bununla bağlı sonuncuya şifahi irad bildirib həmin vaxtı aralarında qısqanclıq zəmnində yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib əvvəlcə qəsdən sonuncunun sifət nahiyyəsinə başla zərbə vurmuş, ardınca həmin zərbənin təsirindən aşağı əyilmiş Zərərçəkmiş şəxs baş nahiyəsinə evdə olan oturacaq hissəsi qırmızı dəridən olan dəmir stulla, sağ qoluna isə təpiklə zərbə vuraraq Zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişməyən sınığı, sol qaş nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası və sağ bazunun qançırı ilə müşaiyət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş əməli törədən şəxs Təqsirləndirilən şəxs özünü ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər digər şəxslə evli olub boşanmışdır. Zərərçəkmiş şəxs ilə 2011-ci ildən ər arvad münasibətlərində olmuş, bu münasibətdən 2014-cü il təvəllüdlü Çinarə Məmmədova və 2016-cı il təvəllüdlü Aydan Məmmədova adlı iki azyaşlı övladı var. Zərərçəkmiş şəxs əvvəllər münasibətləri normal olsa da, son vaxtlar münasibətiləri soyumuşdur. Münasibətlərinin soyumasına səbəb onun həddindən artıq qısqanc olması və Aygülün kənar şəxslə ünsiyyət saxlamasını ehtimal etməsi olmuşdur. 14 fevral 2024- cü il tarixdə günorta saatlarında Bakı şəhərində kafelərin birində spirtli içki qəbul etmiş, daha sonra 15 fevral 2024-cü il gecə saat 01 radələrində yaşadığı ünvana, yəni Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən yeni yaşayış massivinə gəlmişdir. Yaşadığı evdə Aygüllə arasında sözlə mübahisə düşmüş, 15 fevral 2024-cü il gecə saat 02 radələrində mübahisə zamanı onu təhqir etdiyinə görə sərxoş olduğundan əsəbləşib Zərərçəkmiş şəxs sifətinə baş zərbəsi ilə vurmuşdur. Ona vurduğu baş zərbəsi Zərərçəkmiş şəxs burnuna dəymiş, həmçinin zərbədən Aygülün sol qaşı qanamışdır. Zərərçəkmiş şəxs əli ilə burnunu tutub aşağı əyildikdə üzəri qırmızı dəri parçadan olan dəmir stulu götürüb onun başına vurmuşdur. Əsəbi olduğu üçün Zərərçəkmiş şəxs qoluna da təpik zərbəsi ilə xəsarət yetirmişdir. Hadisə vaxtı Aygül onu vurmamış, heç bir xəsarət almamışdır. Dava-dalaş təxminən 5 dəqiqə davam etmiş, həmin gün təxminən gecə saat 03 radələrində Aygül evdən çıxıb getdikdən sonra o, iki azyaşlı qız övladı ilə birlikdə evdə yatmışdır. Hadisənin predmeti olan üzəri dəri materialdan olan dəmir stul arvadı Zərərçəkmiş şəxs məxsusdur. Hadisə zamanı orada kənar şəxs olmamış, o və Aygüldən başqa evdə 2 azyaşlı övladı olmuş, sonradan Aygülün aldığı xəsarətlərə görə xəstəxanaya getdiyini və onun barəsində Abşeron RPİ-nin Qobu PB-nəərizə ilə müraciət etdiyini öyrənmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəməyə ərizə təqdim edərək, özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şikayət verən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əvvəllər digər şəxslə evli olub boşanmışdır, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 2011-ci ildən ər-arvad münasibətlərində olmuş, bu münasibətdən 2014-cü il təvəllüdlü Çinarə Məmmədova və 2016-cı il təvəllüdlü Aydan Məmmədova adlı iki az yaşlı övladı var. Vasiflə əvvəllər münasibətləri normal olsa da son vaxtlar münasibətiləri soyumuşdur. Münasibətlərinin soyumasına səbəb Vasifin həddindən artıq qısqanc olması olmuşdur. 14 fevral 2024-cü il tarixdə gecə saat 23 radələrində Təqsirləndirilən şəxs onu qısqandığına görə mobil telefonuna zəng edərək telefonda danışarkən nalayiq sözlərlə onu təhqir etmişdir. Telefonda danışarkən Vasifin sərxoş olduğunu hiss edib ona evə gəlməsini demişdir. 15 fevral 2024-cü il saat 01:00 radələrində Təqsirləndirilən şəxs evə gəldikdə onunla yenidən mübahisə etməyə başlamışdır. Vasifin çox sərxoş olduğuna görə dediklərinə fikir verməyib sakitləşdirməyə çalışsa da gecə saat 02 radələrində Vasif qəfil baş zərbəsi ilə onun üzünə zərbə yetirmişdir. Vasifin vurduğu baş zərbəsindən sol qaşında və burnunda bərk ağrı hiss edib aşağı əyilmiş, aşağı əyildikdə sol qaşından qan axdığını görmüşdür. Daha sonra Vasif qırmızı dəri materialdan olan dəmir stulu götürüb onun başına vurmuş, daha sonra sağ qoluna təpiklə vurmuşdur. Vasifin sakitləşmədiyini görüb evdən çıxıb getmişdir. Səhər xəstəxanaya gedib yoxlandıqda ona məlum olmuşdur ki, Vasifin vurduğu təpik zərbəsindən burun sümüyü sınmışdır. Bundan sonra Abşeron RPİ-nin Qobu PB-nə gələrək Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazmışdır. Aralarında olan dava-dalaş təxminən 5 dəqiqə davam etmiş, hadisə vaxtı o Vasifə xəsarət yetirməmiş, həmin vaxt evdə Vasif və ondan başqa iki azyaşlı qız övladı olmuşdur. Hadisə gecə saatlarında baş verdiyi üçün evdə olan dava-dalaşı heç kim eşitməmiş və görməmişdir. Hadisənin predmeti olan dəmir stul ona məxsusdur və həmin stul zədələnməmişdir. Hal hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli 307 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasının müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-burun sümüyünün yerdəyişməyən sınığı, sol qaş nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası və sağ bazunun qançırıküt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə vəşəraitdə, yəni xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin (əl, ayaq və sair) təsirindən yarana bilərdilər, dərəcəsinə görəümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş üzrə cinayətin predmeti olan oturacaq yeri qırmızı rəngli dəri materialdan olan bir ədəd dəmir stul maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qızma təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Şikayət verən şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışmışlar, Zərərçəkmiş şəxs ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-614/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-614/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver