Məhkəmə qərarları › İş №1(012)-614/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-614/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-614/2025 02.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Rəcəbova Samirə Məmməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3 , Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1988-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər nəhkum olunmuş, Qubadlı rayonu, Kürd Mahruzlu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal hazırda Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 17 iyun 2024-cü il tarixdə saat 01:40 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 3 ünvanında saxladığı Mersedes-Benz markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapsının şüşəsini sındırıb avtomobilin salonunda qoltuqaltı hissəsindən 500(beş yüz) manat və 300(üç yüz) manat dəyərində olan Redmi Note 10 markalı mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 800(səkkiz yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 12 iyul 2024-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 8-ci küçə, 8-ci dalan, 7 saylı evin qarşısında saxladığı “Mercedes Benz” markalı, **-DG-*** dövlət qeydiyyat nömrəli avtomobilin arxa sol qapısının balaca şüşəsini sındıraraq avtomobilin salonundan həmin vaxt mövcud olan milli manat məzənnəsinə nisbətdə 680(altı yüz səksən) manat təşkil edən 400(dörd yüz) ABŞ dolları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 680(altı yüz səksən) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 30 iyul 2024-cü il tarixdə saat 02:38 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 18 A saylı evin qarşısında saxladığı “Mersedes Benz E220” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapsının şüşəsini sındırıb avtomobilin salonunda saxlanc yerindən içərisində 150 manat, həmin vaxt mövcud olan milli manat məzənnəsinə nisbətdə 690,03(altı yüz doxsan manat üç qəpik) manat təşkil edən 375(üç yüz yetmiş beş) avro, həmin vaxt mövcud olan milli manat məzənnəsinə nisbətdə 119(yüz on doqquz) manat təşkil edən 70(yetmiş) ABŞ dolları olan 30(otuz) manat dəyərində qara rəngli pul kisəsini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 989,03(doqquz yüz səksən doqquz manat üç qəpik) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək,elan edilmiş ittihamda yalnız 2-ci epizod üzrə onu da yenə qismən, belə ki,yalnız 200 manat oğurladığını, ziyanı ödəmək imkanı olmadığını, ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddələri ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 29 iyul 2024-cü il tarixdə idarə etdiyi “Mercedes Benz E 220” markalı **-EV-*** dövlət qeydiyyat nömrəli avtomobillə evinə gəlib, avtomobili yaşadığı evin qarşısında küçədə saxlayıb evinə girmişdi, evi həyət evidir. Yaşadığı ünvanda küçədə video kamera quraşdırtdırmış və həmin video kamera işlək vəziyyətdə olur, küçədə özünə məxsus olan video kameranın görünüş dairəsinə avtomobilin qabaq hissəsi düşür, avtomobilin arxa hissəsi isə kameranın görünüş dairəsinə düşmür. 29 iyul 2024-cü il tarixdə özünə məxsus olan avtomobili yaşadığı evin qarşısında küçədə təxminən saat 17 radələrində saxlamış və özü evə girmişdir. 30 iyul 2024-cü il tarixdə səhər saat 9:30 radələrində evdən küçəyə çıxıb,özünə məxsus olan avtomobilə yaxınlaşıb, avtomobilə baxan zaman, avtomobilin sürücü tərəfdən arxa sol qapısının balaca şüşəsinin naməlum şəxs tərəfindən sındırılmasını və sol qapının yarımçıq açıq vəziyyətdə olmasını aşkar etmişdir. Bundan sonra o, avtomobilin salonunu nəzərdən keçirəndə salondakı sandıqçada pul kisəsinin içərisində olan, ona məxsus 150 (yüz əlli) manat pulun, 375 (üç yüz beş) EVRO, 70 (yetmiş) ABŞ dolları, 1(bir) ədəd Unibank, 1(bir) ədəd Yelobank, 2(iki) ədəd Kaptal bank, 1 (bir) ədəd Leobank və bir ədəd ona məxsus olan şəxsiyyət vəsiqəsi olan qara rəngdə pul kisəsinin yerində olmamış, qara rəngli pul kisəsinin qiyməti 30(otuz) manat olmaqla oğurlanmışdır. Ona görə də 30 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin “102 Xidmətinin Zəng”Mərkəzinə istifadəsində olan ***-***-**-** mobil nömrə ilə zəng vurub avtomobilinindən oğurluq edilməsi barədə məlumat vermişdir, Abşeron RPİ-nin əməkdaşları gəlmiş, onun iştirakı ilə avtombilə baxış keçirmişlər, sonra Abşeron RPİ-nin inzibati binasına gəlib ərizə və izahat vermişdir. Özünə məxsus olan avtomobilindən oğuluq olmasını biləndən sonra kamera görüntülərinə baxmış, xx.xx.2024cü il tarixdə saat 02 radələrində oğurluğun baş verməsi ona məlum olmuşdur, avtomobilinin arxa balaca şüşəsinin sındırılması avtomobilin qapısının açılması zamanı işığın yanmasından bilinir, salonda olan sandıqça açılan zaman da işıq yanır və sandıqçanın naməlum şəxs tərəfindən açılması bilinir. Avtomobilindən oğurluq edən şəxsin sandıqçanı açdığı zaman sandıqçanın işığı yananda oğuluq edən naməlum şəxsin sifəti görünür və o, oğurluq edən şəxsin sifətini görsə də tanımamışdır. Ona məxsus olan bir ədəd Ünibank, bir ədəd Yelobank,iki ədəd Kapital bank, bir ədəd Leobank kartlarında pul olmamışdır, kartları boş idi. Avtomobilin sol arxa qapısının şüşəsinin sındırılması nəticəsində 100 (yüz) manat maddi ziyan dəymişdir. Avtomobilin sol arxa qapısının balaca şüşəsini dəyişmiş və həmin yer rənglənmiş, usta ondan 100 manat pul almışdır. Onun küçədə quraşdırdığı video kameranın görüntülərini polis əməkdaşları götürmüşlər. Polis əməkdaşları ona məxsus olan avtomobilə baxış keçirəndə o da orada olmuş, baxışda iştirak etmiş və fotoşəkillər çəkib, protokol tərtib ediblər. Dəyən ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 16 iyun 2024-cü il tarixdə saat 21 radələrində o evə gəlmiş və idarə etdiyi Mersedes C-200 markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin qarşısında saxlayaraq evə daxil olmuşdur. Evdə yatdığı zaman saat 01:40 radələrində avtomobilin qapsının bağlandığı səsi eşitmişdir. O, evdən çıxıb avtomobilinə baxdığı zaman sol arxa şüşəsinin sındırıldığını görmüşdür. Heç nəyə toxunmadan dərhal 102 xidmətinə zəng etmişdir. Bir müddət sonra polis əməkdaşları gəlmişdir. Baxış keçirdikdən sonra o, maşina girərək avtomobilin qoltuq hissəsində pul qabının olmadığını görmüşdür. Pul qabında 500 manat, bank və işıq kartları var idi. Əlavə olaraq Redmi Note 10 markalı mobil telefon oğurlanmışdır. Polis bölməsinə gələrək ərizə yazmış və geri qayıtdıqda qonşuları pul qabının küçədə atıldığını görmüşlər. Oğurlayan şəxs 500 manat pulu götürərək pul qabını atmışdır. Oğurluq nəticəsində ona 800 manat ziyan vurulmuşdur.Dəyən ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs1 teleqramma ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayəti tələbi olmadığını və bunun nəzərə alınmasını bildirmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun özünə məxsus “Mercedes Benz” markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomobili vardı, avtomobili özü idarə edir, avtomobili idarə etməyə sürücülük vəsiqəsi var, hazırda o, həmin avtomobili bir müddət olar ki, satmışdır. İdarə etdiyi “Mercedes Benz” markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomobili həmişə yaşadığı ünvanda yerləşən evinin qarşısında küçədə saxlayırdı. Onun yaşadığı yerdə yaşayan digər qonşular da yaşayır, qonşulardan adını bilmədiyi kimdəsə kamera var. 12 iyun 2024-cü il tarixdə özünə məxsus “Mercedes Bbenz” markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomobilini ünvan 4 ünvanında, yəni yaşadığı evin qarşısında gecə saat 03 radələrində saxlayıb, istirahər etmək üçün evinə getmişdir. 12 iyul 2024-cü il tarixdə səhər saat 10 radələrində işə getmək məqsədi ilə evdən çıxıb yaşadığı ünvandakı evinin qarşısında saxladığı “Mercedes Benz” markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomobilə yaxınlaşanda avtomobilin sürücü tərəfdən arxa qapısının yarı açıq vəziyyətdə, həmin qapının balaca (nəfəslik) şüşəsinin sındırılmış olmasını görmüşdür. Bundan sonra o, özünə məxsus olan “Mercedes Benz” markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomobilinin salonunu nəzərdən keçirəndə salonda xarici pasportun arasına qoyduğu 400(dörd yüz) ABŞ dollarının yerində sandıqçada olmadığını, avtomobilin sol yan şüşəsini sındırmış naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Ona məxsus olan “Mercedes Benz markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomobilindən xx.xx.2024-cü il tarixdə oğurlanmış 1(bir) ABŞ dolların Azərbaycan manatına nisbətdə məzənnəsi 1 manat 70 qəpik olmaqla 400 (dörd yüz) ABŞ dolları 680 (altı yüz səksən) manat tşkil edir. Beləliklə avtomobilindən baş vermiş oğurluq nəticəsində ona 680(altı yüz səksən) manat maddi ziyan dəymişdir. Avtomobilindən baş vermiş oğurluqla əlaqədar olaraq heç kimdən şühələnmir və şübhələndiyi şəxs yoxdur. Avtomobilin arxa sol qapısının balaca şüşəsinin sındırılması nəticəsində ona 50(əlli) manat ziyan dəymişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon polis idarəsinin Cinayət Axtarış şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Abşeron rayonu, Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi onun xidmət etdiyi inzibati əraziyə daxildir. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin “102 Xidmətinə” zəng edib məlumat verərək və həmin tarixdə Abşeron rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət edərək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 18 A saylı evin qarşısında saxladığı “Mersedes” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsinin xx.xx.2024-cü il tarixdə naməlum şəxs tərəfindən sındırılaraq avtomaşının salonundan pul kisəsinin içərisində olan ona məxsus şəxsiyyət vəsiqəsini, 5 ədəd bank kartlarını, 150 Azərbaycan manatı, 375 Evro və 70 (yetmiş) ABŞ dolları məbləğində pulunun oğurlandığını bildirmişdir. Ərazidə xidmət aparan əməliyyat müvəkkili olaraq bu barədə ona dərhal məlumat verilmiş və cinayətin açılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirtmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs1, 12 iyul 2024-cü il tarixdə, Azərbaycan Respublikası DİN-nin “102 Xidmətinə” zəng edib məlumat verərək və həmin tarixdə Abşeron rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət edərək, 12 iyul 2024-cü il tarixdə gecə saatlarında yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 8-ci küçə, 8-ci dalanda 7 saylı evin qarşısında saxladığı özünə məxsus “Mercedes Benz” markalı, 99 DG-339 dövlət qeydiyyat nömrəli avtomobilin arxa sol qapısının üzərindəki şüşənin sındırılaraq naməlum şəxs tərəfindən avtomobilin salonunda olan 400 (dörd yüz) ABŞ dolları məbləğində pulunun oğurlandığını bildirmişdir. Baş vermiş cinayət hadisələri oxşar olduğu üçün Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində xidmət aparan Abşeron rayon polis idarəsinin Cinayət Axatarış şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə hər iki cinayətin açılması istiqamətində əməliyyat mübadiləsi yaradaraq birlikdə əməliyyat-axtarış tədbirləri keçirtmişlər. Hadisə yerlərinin və avtomaşınlardan oğurluq edən şəxsin video görüntülərini hadisə yerlərində olan müşahidə kameralarından çıxararaq əldə etdikdən sonra hadisəni törədən şəxsin şəxsiyyətini əməliyyat-axtarış tədbirləri keçirtməklə həmin şəxsin xx.xx.1988-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, əvvəllər nəhkum olunmuş, Qubadlı rayonu, Kürd Mahruzlu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid1 ifadəsini təsdiqn edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 03 noyabr 2024-cü il tarixli «diskdəki video görüntüyə baxış keçirilməsi barədə» protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayonu, Xərdalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 18 A saylı evin qarşısında saxladığı “Mersedes” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini sındırılaraq avtomobildən oğurluq edilməsinin videogörüntülərini əks etdirən diskə baxış keçirilmişdir. Baxış zamanı təqdim edilmiş diskin yaddaşında iki ədəd fayl olduğu müəyyən edilmişdir. Birinci fayla baxdıqda görünür ki, xx.xx.2024-cü il tarixdə saat 02:37-də küçə döngəsində bir ədəd gümüşü rəngli “Mersedes Benz E220” markalı avtomobil saxlanılmışdır. Avtomobilin nömrəsi görüntüdə oxunmur. Saat 02:38-də avtomobilin sol tərəfində küçə ilə bir nəfər uca boylu başında qara rəngli kepka, əynində qara rəngli qolsuz köynək, qara rəngli ayaqqabı və qara rəngli şalvar olan oğlan keçib, sonra əlləri arxasında olaraq geri qayıdıb avtomaşının qarşı tərəfindəki divarın dibində oturur. Bir qədər ətrafı gözləyib yerini dəyişir və yenidən divarın yanında oturur. Bir az gözləyib qalxır və avtomobilə yaxınlaşır. Avtomobilin sol arxa qapısını necə açması və şüşəni sındırması görünmür. Lakin avtomobilin arxa sol qapısının açıq olması, salonda əl fənəri ilə işıq salıb salonu axtarması görünür. Qısa müddətdə maşından çıxır. İkinci faylda evin həyətindən çəkilmiş avtomobilin görüntüsüdür. Həmin görüntüdə avtomobilin yanından bir nəfərin keçdiyi ani olaraq görünür. Həmin görüntüdə hadisəni vaxtı müəyyənlədirilmişdir. Həmin görüntüdə hadisənin xx.xx.2024-cü il tarixdə, saat 05:27 radələrində baş verdiyi görünür. İş üzrə Zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayonu, Xərdalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 18 A saylı evin qarşısında saxladığı “Mersedes Benz” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini sındırılaraq avtomobildən oğurluq edilməsinin videogörüntülərini əks etdirən diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Belə ki, işdə olan DİN-nin tələbnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.2,177.2.3-1,66.2,67.1,68.1.1-1 maddəsi ilə 03 il 05 ay 29 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətlərin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün məhkəmədə qismən etirafı,zərərçəkmiş şəxslərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsi, öz müdafiəsi üçün gətirdiyi dəlillər zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri, maddi sübut və digər istintaq sənədləri ilə tam təqzib edilir. Odur ki, məhkəmə hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəzanı yüngülləşdirən halların olmaması və ağırlaşdıran haın olmasını, ziyanın ödənilməməsini, təyin edilmiş cəzanın məhkumu islah etməsi və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs 02 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş,04 noyabr 2024-cü il tarixdə Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində Abşeron rayon məhkəməsinin hakiminin Qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, məhkəmə tərəfindən bu dəyişdirilmədən saxlanılmışdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmənin əvvəli 02 noyabr 2024-cü il tarixdən hesablanmalı,seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla 330(üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin və cəzaçəkmənin əvvəli 02 noyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar: Zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayonu, Xərdalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 18 A saylı evin qarşısında saxladığı “Mersedes Benz” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini sındırılaraq avtomobildən oğurluq edilməsinin videogörüntülərini əks etdirən disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 isə göstərdiyi hüquqi yardıma görə 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar