Məhkəmə qərarları › İş №1(012)-617/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-617/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-617/2024 02.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi işkirakı ilə, xx.xx.1992-ci il tarixdə Beyləqan rayonu, İmamverdilər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu,İmamverdili Ə/D, İmamverdili kəndində qeydiyyatda olan. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, X3, 21 saylı ünvanda yerləşən “OBA” market mağazasının 12 nömrəli filialının qarşısında küsülü olub izlədiyi arvadı Zərərçəkmiş şəxs şəxsiyyəti araşdırmaya məlum olmayan şəxsin idarə etdiyi araşdrımaya marka və dövlət qeydiyyat nişanı məlum olmayan avtomobilin qabaq sağ oturacağında əyləşərək sürücü ilə ünsiyyətdə olmasını görüb bundan əsəbiləşərək qısqanclıq zəminində həmin nəqliyyat vasitəsinə yaxınlaşıb qabaq sağ qapını açaraq qabaq sağ oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir neçə dəfə yumruqla zərbə vuraraq onu əli ilə dartıb həmin nəqliyyat vasitəsindən zorla çıxarıb yerə Zərərçəkmiş şəxs sol alt və üst göz qapaqları nahiyəsinin şişkinlik halında qançırı, hematoması, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır, 2014-cü il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nigahdan 4 övladları var. Təxminən 6-7 aydır ki, Aytac uşaqları Beyləqan rayonunda anasının yanında qoyub, yəni üstünə ataraq Bakı şəhərinə gəlmiş və bir müddət keçəndən sonra geri qayıtmışdır. Bu minvalla dəfələrlə Aytac Beyləqan rayonundan evdən çıxıb getmiş, bir müddət sonra yenidən geri qayıtmışdır. O da məcbüriyyət qarşısnda qalıb Xırdalan şəhərində AAAF park yaşayış kompleksinin yaxınlığında kirayə ev tutub onunla birlikdə yaşamağa başlamışdır. Həmin evdə də Aytac onunla yola getməmiş və narazılqlar yaratmışdır. O, 350 manat kirayə pulunu verə bilmədiyi üçün Aytaca demişdir ki, evi dəyişib, bir qədər ucuz eв tutсунлар. Aytac yenə də onunla razılaşmamış, təxminən 15 gün əvvəl evdən çıxıb getmiş, harada olduğunu bilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Aytacı 20 yanvar metrostansiyasının yaxınlığında görmüş, uşaгların xəstə olduğunu demiş, uşaqların yanına qayıtmağını istəmiş, Aytacda qayıtmaq istəmədiyi cavabı vermişdir. Həmin gün saat 22 radələrində Xırdalan şəhərində 120 saylı marşurut avtobusunun dayanacağında olarakən Aytacın taksi ilə yanından keçdiyini görüb onu müşahidə etməyə başlamış və dalınca getmişdir. Firkrləşmişdir ki, Aytac evə gedəcəkdir. Həmin taksi ilə Xırdalan şəhərində “Azbentonit” adlanan yerə tərəf qaranlıq olan istiqamətə getdiyini, qaranlıq yerdə sürücünün qabab sağ tərəfində əyləşdiyini və sürücünün Aytaca yaxınlıq etmək, onu qucaqlamaq istədiyini görüb avtomobilin qapısını açmışdır. Əsəbləşdiyi üçün onun sifət nahiyyəsindən bir dəfə yumruqla zərbə vurmuşdur. Sürücü dərhal avtomobili idarə edərək çıxıb getmək istəyərkən o Aytacı dartaraq avtomobildən yerə düşürtmüşdur. O, Aytacdan sürücünün kim olduğunu, nəyə görə onunla qaranlıq yerə gəldiyini soruşmuş, Aytac ona taksi sürücüsü ilə heç bir əlaqəsi olmadığını, sadəcə söhbət etdiklərini demişdir. Aytacla bir qədər söhbətdən sonra ona bir daha uşaqların yanına qayıtmağını təklif etmiş, lakin Aytac qayıtmaq istəmədiyini demişdir. Sonra isə ona su alb gətirməyini istəmişdir. O, Aytaca su almağa gedib geri qayıtmışdır. Artıq Ayacın orada olmadığını görmüşdür. Aytacın əyləşdiyi taksinin dövlət qeydiyyat nişanı və markasını xatırlamadığını, Aytacı qısqanclıq zəmnində vurduğunu, onun taksi sürücüsü ilə yaxınlıq etmək və taksi sürcüsünün onu qucaqlamaq istədiyini görüb Aytacın sifət nahiyyəsindən 1 dəfə yumruqla zərbə vurduğunu, mübahisənin təxminən 1-2 dəqiqə zaman kəsiyində baş verdiyindən taksi sürücüsündən başqa yanında heç kimin olmadığını, həmin vaxtı o, taksi sürücüsünə qarşı hər hansı bir qanusuz hərəktlərə yol vermədiyini, onu təhqir etmədiyini göstərmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 2013-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nigahdan 4 övladları var. Əvəllər münasibətləri normal olsada, təxminən 4-5 aydır ki, münasibətləri normal deyildir. Buna səbəb İlkininin onu qısqanmasdır. Aralarında olan narazılıqlardan sonra o 4 övladını da saxlayıb Beyləqan rayonundan Xırdalan şəhərinə gəlmişdir.İlkin də onun arxasınca gəlmiş və Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksinin yaxınlığında kirayə ev tutub bir müddət yaşasalar da, lakin evin kirayə pulunu ödəyə bilməmişlər. Ona görədə həmin evdən çıxaraq Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində bacısının evinə köçmüşdür. xx.xx.2024-cü il tarixdə saat 20-21 radələrində Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığından işlə əlaqədar Xırdalan şəhərinə gedərkən İknlə rastlaşmış, İlkin onu çay içməyə dəvət etmiş, söhbət əsnasında onunla barışmaq istədiyini demişdir. O, İlkinlə razılaşmamış, taksiyə əyləşərək Xırdalan şəhərinə getmişdir. Saat təxminən 22 radələrində Xırdalan şəhərinə gəlmiş, yolun kənarında “Oba” marketin qarşısında taksi sürücüsü avtomobili saxlamış və o əyləşdiyi qabaq sağ oturacaqdan yerə düşmək istəyərkən qəfildən İlkin avtomobilin qapısını açaraq yumruqla bir neçə dəfə sifət nahiyyəsindən zərbə vurmuş və onu dartaraq yerə düşürmüşdur. Bundan sonra taksi sürücüsü çıxıb getmişdir. İlkin onu döyəndən sonra ona su alıb geri qayıdacağını demiş, bir daha geri qayıtmamışdır. Halı pis olduğundan tanımadığı şəxs ona yaxınlaşaraq onu Abşeron rayon mərkəzi Xəstəxanasına aparmışdır. Sonradan ona məlum olmuşdur ki, İlkin 20 yanvar metrostansiyasının yanında onun taksiyə əyləşdiyini görüb arxasınca gəldiyini, baş vermiş mübahisənin təxminən 1-2 dəqiqə zaman kəsiyndə baş verdiyini, İlkin onu sürücüsünün yanında döydüyünü, həmin taksininin dövlət qeydiyyat nişanı və markasını fikir vermədiyindən xatırlamadığını, taksi sürücüsünü tanımadığını, hadisə vaxtı ətrafda heç kimin olmadığını, hadisənin yeganə şahidinin tanımadığı taksi olduğunubildirmiş, Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirdiyinə görə onun barəsində tədbir görülməsini və onun cinayət məsüliyyətinə cəlb edilməsini xahiş etdiyini götərmişdir. Hazırda şikayəti yoxdur, təqsirləndirilən şəxslə barışmışdır, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Şahid elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə yolun kənarı ilə yaşadığı ünvana gedərkən sonradan adını bildiyi Aytac adlı şəxsin döyülmüş vəziyyətdə göz nahiyəsindən zədələndiyini görmüş və ona yaxınlaşdıqda bir nəfər şəxsin (kişi) onun yanından aralaşaraq sonradan su alıb qayıtdığını demişdir. O Aytaca yaxınlaşdıqdan sonra bilmişdir ki, həmin şəxs Aytacı döyən şəxs olmaqla onun əridir. Orada bir qədər gözləsə də, Aytacı döyən şəxs gəlməmiş və həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşlarının (PPX) xidməti avtomobili ilə keçdiklərini görüb onların köməkliyi ilə Aytacı Abşeron rayon Mərkəzi xəstəxanasına aparmışlar. Orada ilkin tibbi yardım göstərildikdən sonra isə Abşeron rayon polis idarəsinə gətirmişdir. Bundan başqa əlavə məlumatı olmadığını, Aytac adlı şəxsin döyüldüyünü vəəri ilə olan mübahisəni görməsə də, bunu sonradan Aytacdan eşitdiyini göstərmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizası qərarına əsasən əlaqədar "МТЕ və PA ETT Birliyi" X5 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 324 nömrəli rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər –sol alt və üst göz qapaqları nahiyəsinin şişkinlik halında qançırı, hematoması, sol gözün ağlı qişasına qansızma-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş zamanı yumruq zərbəsi təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Şikayət verən şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi xx.xx.2024cü il tarixdə ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən X2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar