Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-617/2025 02.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Göyçay rayonu, Şahsoltanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, Bakı şəgəri Yasamal rayon Məhkəməsinin 1(004)-174/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə qəti olaraq 04 (dörd) ay 02 (iki) gün müddət nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzasna məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 29 aprel 2024-cü il tarixdə, saat 18:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi Şahid1 məxsus “Kia Rio” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Digah-Məmmədli yolunda hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni 1.1 üfüqi nişanlanma xəttini kəsib keçmək qadağan olduğu və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyib,əks istiqamətli nəqliyyat axınlarını ayıran üfüqi nişanlanma xəttini kəsən qarşı hərəkət zolağına çıxıb, əks istiqamətdə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “BMW 528” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sağ mil sümüyünün bizvarı çıxıntısının qapalı sınığı kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya səbəb muş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam, həmin məcəllənin 264-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq edərək, əlavə olaraq qeyd etmişdir ki, o, sonuncu dəfə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli hökmü ilə qəti olaraq 04 (dörd) ay 02 (iki) gün müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 02 il 01 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Törətdiyi hadisə zamani istifadəsində olmuş nəqliyyat vasitəsi Şahid1 məxsus olmuşdur. Belə ki, o, həmin şəxsi ögey qardaşı Malik Dadaşov vasitəsilə tanımışdır ki, sonuncu özündə qalmaq şərtilə gündəlik 25 manat Şahid1 verərək, ona məxsus Kia Rio markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili alaraq, istifadə etmişdir. 29 aprel 2024-cü il tarixdə qardaşının tapşırığına əsasən Məhəmmədi kəndinə gedərkən, yoldan qazanc əldə etmək məqsədi ilə iki nəfər sərnişin də götürmüşdür.. Həmin gün axşam saatlarında Məmmədli-Digah yolu ilə hərəkətdə olarkən idarəetməni itirib qarşıdan gələn ağ rəngli BMW markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, dərhal həmin avtomobilə yaxınlaşmış, və nə nəqliyyat vasitəsində, nə də ətrafda ağır nəticələrə səbəb olan xəsarət alanların olmadığına əmin olaraq oradan uzaqlaşmışdır. Onun baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində qolunda xəsarət yaranmış, lakin müayinə üçün həkimə müraciət etməmişdir. Onun məqsədi baş vermiş cinayət əməlindən yayınmaq olmamış, özünü həkimə göstərmək üçün getmişdir. Sonra isə yoldan geri qayıtmaq qərarına gəlmiş, yolda güclü tıxac olduğu üçün hadisə yerinə bir neçə saat sonra çatmışdır ki, artıq o vaxtda orada heç kəs olmamışdır. Onun nəqliyyat vasitəsini idarət etmək üçün nə sürücülük vəsiqəsi, nə də Kia Rio markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmək hüququ olmuşdur. O, hadisə yerindən qaçmamış, sadəcə həmin hadisədə xəsarət alanın olmadığına dair özlüyündə qərara gəlmiş, ona görədə oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs maddi köməklik göstərməyə imkanının olmadığını, hazırda cəzaçəkmə müəsissəsində cəza çəkməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladlarının olmasını bildirməklə barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 29 aprel 2024-cü il tarixdə axşam saatlarında anası və azyaşlı oğlunun olduğu ona məxsus BMW 528 markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən əks istiqamətdən təxminən 40-50 metr məsafədən Kia Rio markalı avtomobilin üzərinə doğru gəldiyini görmüş, əvvəlcə siqnal vermiş, lakin həmin avtomobilin sürücüsü siqnala əhəmiyyət verməyərək üzərinə gəlməkdə davam etdiyini görüb, sürətini azaldıb avtomobilin uzaqvuran işıqlarını yandırıb-söndürməklə xəbərdar edib avtomobilini saxlamış, lakin Kia Rio markalı avtomobilin sürücüsü üzərinə doğru gəlib avtomobilinin ön sol hissəsinə dəyməklə toqquşmuşdur. O, hadisədən sonra avtomobilin sol qapısını açmaq istəsə də, lakin aça bilməmiş, məcbur qalaraq ön sərnişin qapısından çölə çıxmış, lakin Kia Rio markalı avtomobilin sürücüsünü görməmişdir. O, avtomobilində olan azyaşlı oğlu və anasını avtomobildən çıxartdıqdan sonra ətrafa toplaşmış adamlardan sürücü barədə maraqlanmış, lakin sonuncunu tanıyan olmamışdır. Ona məlum olmuşdur ki, hadisəni törədən şəxs hadisə yerindən qaçmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onun sağ qolu sınmış, anası və azyaşlı övladı isə ciddi xəsarət almamışlar. Verilən suallara cavabında bildirdi ki, baş vermiş hadisə nəticəsində dəymiş zərər müqabilində ona təqsirləndirilən şəxs tərəfindən nə maddi nə mənəvi olaraq yardım edilməmişdir. Təqsirləndirilən şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, özünə məxsus Kio Rio markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili avtomobil ona qalmaq şərtilə gündəlik 25 manat müqabilində X2 vermiş, lakin avtomobilin sonuncudan başqa ögəy qardaşı Təqsirləndirilən şəxs tərəfindən idarə edilməsindən xəbərsiz olmuşdur. 29 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək, Malikə verdiyi avtomobil ilə Məhəmmədi kəndi ərazisində yol nəqliyyat hadisəsi törətdiyini, qarşıdan avtomobilin yüksək sürətlə gələrək onun idarə etdiyi ona məxsus Kia Rio markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili vurduğunu, avtomobili cərimə meydançasına apardıqlarına dair məlumat verərək, sonra telefonu söndürmüş, lakin nə qədər cəhd etməsinə baxmayaraq ona zəng edən şəxsi tapa bilməmişdir. Təxminən 10-15 gün sonra Yasamal RPİ-nin 28-ci polis bölməsindən zəng gələrək, ona məxsus Kia Rio markalı **- XY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə oğurluq hadisəsini törədilməsinə dair məlumat verdikdə o, həmin avtomobilin yol nəqliyyat hadisəsi nəticəsində cərimə meydançasına yerləşdirildiyini demişdir. Onunla danışan əməkdaş oğurluq hadisəsinin yol nəqliyyat hadisəsinin baş verdiyi tarixdən əvvəl olmasını, oğurluq əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini və hazırda 28-ci polis bölməsində olduğunu dedikdə, o, bir neçə saat sonra həmin polis bölməsinə getmiş və Emilin həqiqətəndə orada olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs baş vermiş yol nəqliyyat hadisəsi barədə soruşduqda, sonuncu hadisə zamanı digər avtomobilin sürücüsünün qolunun əzildiyini, başqa heç kimin xəsarət almadığını demişdir. Baş vermiş hadisə nəticəsində ona məxsus nəqliyyat vasitəsinə 4000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 29 aprel 2024-cü il tarixdə saat 18:30 radələrində oğlu Zərərçəkmiş şəxs idarə etdiyi “BMW 528” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Digah- Məmmədli kənd yolu istiqamətində hərəkətdə olarkən əks tərəfdən avtomobilin üzərlərinə doğru gəldiyini görmüş, sonuncu siqnal verməsinə baxmayaraq, hərəkətini davam etdirmişdir. Oğlu Rafiq avtomobilin sürətini azaldıb, uzaqvuran işıqlarını yandırıbsöndürməklə onu xəbərdar edib avtomobili saxlamış, bu zaman əks tərəfdən gələn avtomobilin sürücüsü oğluna məxsus nqliyyat vasitəsinin ön sol hissəsindən vurmuşdur. O, baş vermiş hadisədən qorxduğu üçün özünü itirmiş, ətrafa toplaşmış adamlar ona su vermişlər. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Rafiqin sağ qolu sınsa da, onun və azyaşlı nəvəsi Cabbar Camalsoyun isə ciddi xəsarət almamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 29 aprel 2024-cü il tarixli protokol, ona əlavə edilmiş fotocədvəl və sxemdən görünür ki, hadisə Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Məhəmmədi-Digah yolunda yerləşən «CC» marketin yaxınlığında baş vermişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 29 aprel 2025-ci il tarixli protokol, ona əlavə edilmiş fotocədvəl və sxemdən görünür ki, sürücü Təqsirləndirilən şəxs və iki nəfər hal şahidlərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, hadisə yeri Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Məhəmmədi-Digah yolunda yerləşən «CC» marketin yaxınlığında baş vermişdir. Hadisənin növü – toqquşma. Yolun işlək hissəsi düz yoldur. Örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti qurudur. Yol örtüyünün eni 08 metr, hərəkət zolaqlarının sayı 2, işlək hissəsinin eni 08 metrdir. Hərəkət hissədə qarşıqarşıya nəqliyyat axımını ayırmaq üçün 1.1 üfüqü nişanlanma xətti vardır. hər istiqamət bir zolaqlıdır, piyada avtomobil yolunu piyada keçidi ilə yolun qarşı istiqamətinə keçən zaman vurulmuşdur.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsi tərəfindən “Sərxoşluq hallarının bütün növlərinin tibbi müayinəsi” haqqında 29 aprel 2024-cü il tarixli 2/22931 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmaqla onda alkoqol qəbulunun hər hansı əlamətləri olmamış, narkotik qəbulu faktı aşkarlanmamışdır;
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 869 saylı rəyinə əsasən 1965-ci il təvəllüdlü Şahid2 bədəni üzərində xəsarət aşkar edilmədi;
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 870 saylı rəyinə əsasən 2020-ci il təvəllüdlü X1 almış olduğu xəsarətlər-sağ diz oynağı nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir;
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 868 saylı rəyinə əsasən 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sağ mil sümüyünün bizvarı çıxıntısının qapalı sınığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir;
6. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkib əlamətləri olduğundan faktla bağlı həmin maddə ilə cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır;
7. “Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının” 21 oktyabr 2024-cü il tarixli, 8/2302 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən 1a.2a “Kia Rio” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin naməlum sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; 1b.2b – rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə BMW 528 markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisələrin qarşısının alınması ilə əlaqədar olan hərəkətləri tədqiq etmək mümkün olmamışdır; Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır;
8. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;
9. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.
10. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 04 fevral 2025-ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.3, 67.1 ci maddəsinə əsasən qəti oaraq 01 il 11 ay 28 gün AME, 04 ay, 02 gün nəqliyyat vasitəsini idarəetmək hüququndan məhrumetmə cəzasına məhkum edilmişdir.
11. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” barədə 05 fevral 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs 24 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə elan olunmuş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin düzgün və əsaslı olduğundan dəyişdirilmədən saxlanılması, onun barəsində həmin Məcəllənin 187.1-ci maddəsi ilə cinayət təqibi başlanmasının rədd edilməsi, həmçinin barəsində həmin Məcəllənin 185.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs barəsində həmin Məcəllənin 263-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, təqsirləndirilən şəxsin 29 aprel 2024-cü il tarixdə törətmiş olduğu yol nəqliyyat hadisəsi zaman idarə etdiyi “Kia Rio” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil və həmin avtomobilin toqquşduğu Zərərçəkmiş şəxs idarə etdiyi “BMW 528” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və saxlanılmasından ötrü sahiblərinə qaytarılmasnın nəzərə alınması, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024cü il tarixli, 868 və xx.xx.2024-cü il tarixli 870 nömrəli rəyi, məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 21 oktyabr 2024-cü il tarixli 8/2302 nömrəli rəyinin, hadisə yerinə baxış keçirilməsi haqqında protokolun, protokola əlavə edilmiş fotocədvəlin və hadisə yerinin sxeminin, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilməsini, cinayətin baş verməsinə səbəb olub şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması məqsədilə, eləcə də gələcəkdə bu cür cinayətlərin qarşısının alınması, təkrar olunmaması və digər şəxslər tərəfindən törəd ilməməsi üçün ciddi tədbirlərin görülməsi, həmçinin profilaktiki işlərin təşkil edilməsinin, şəhər ərazisində sürücülər və piyadalar arasında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin izahı ilə bağlı geniş kütlə arasında təbliğ edilməsi zəruriliyindən ötrü Abşeron RPİ-nə təqdimat verilməsi müəyyən edilmişdir;
12. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair ********** saylı cinayət işi üzrə müstəntiqi, polis kapitanı Gündüz Haxızadə tərəfindən ibtidai istintaq tamamlanaraq 12 fevral 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktı 18 fevral 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilmişdir;
13. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-174/2025 saylı, 07 aprel 2025-ci il tarixli hökmünə əsasən o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən ona hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2024- cü il tarixli hökmü ilə təyin olunmuş 04 (dörd) ay 02 (iki) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əlavə cəzanı tamamilə, əsas cəzanı isə qismən toplamaq yolu ilə ona 04 (dörd) ay 02 (iki) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş həmin iş üzrə məhkəməyədək icraat zamanı 18 iyul 2023cü il tarixdən 20 iyul 2023-cü il tarixədək 02 (iki) gün, hazırki cinayət işi üzrə 23 may 2024-cü il tarixdən 25 may 2024-cü il tarixədək 02 (iki) gün, ümumilikdə isə 04 (dörd) gün müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 04 (dörd) ay 02 (iki) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 10 iyul 2024-cü il tarixdən hesablanması və barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan ( tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 263-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli insanların həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə yönəldiyi üçün bu cinayətin tərkibinin, xüsusilə də onun subyektinin düzgün müəyyən olunması böyük əhəmiyyət kəsb edir. Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Eyni zamanda, Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə cinayət məsuliyyətinin yaranması insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün bu cinayətlərin əlavə obyekti insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitələrini idarə edən şəxs ola bilər. Bununla yanaşı, Cinayət Məcəlləsinin 263- 1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda pozan nəqliyyat vasitələrini idarə edən şəxsdir. Bu cinayətin digər subyekti isə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarına əsasən şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilməsi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır, onu gözləyən daha ağır məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Belə ki, o, hadisə yerini tərk etməsini səhətində yaranmış problemlə əlaqələndirsə də, sonradan tibb məntəqəsinə getməyə zərurət olmadığı üçün geri qayıtdığını artıq uzun müddət yəni 4-5 saat keçdiyi üçün orada heç kəsinolmadığını bildirmişdir. Hətta bundan sonra da şəxsiyyəti barədə kiməsə məlumat verməyə zərurət duymamış, hadisə zamanı xəsarət alan şəxslərlə maraqlanmamışdır. Onun hadisə yerini özbaşına tərk etməsinə şübhə yaradan hallar müəyyən edilməmişdir. Əksinə onun hadisə yerini qəsdən tərk etməsi öz təsdiqini tapmışdır. Odur ki, təqsirləndirilən şəxs hər iki maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Şahid1 məxsus “Kia Rio” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyib, əks istiqamətdə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “BMW 528” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sağ mil sümüyünün bizvarı çıxıntısının qapalı sınığı kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya səbəb olan və yol nəqliyyat hadisəsi yerindən qaçması toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin bu əməllərə görə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, həmçinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmaq üçün əsaslı təşəbbüs göstərməsinə dair hərəkətlərinin müəyyən olunmadığını, zərərçəkmişə maddi köməklik göstərməməklə biganəlik nümayiş etdirməsini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ münasibətdə ona azadlıqdan məhrumetmə növündə təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan hökmə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu əməli barəsində çıxarılmış Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli hökmü ilə məhkum olunmamışdan əvvəl, yəni 29 aprel 2024-cü il tarixdə törətdiyinə görə ona hazırkı cinayət işi üzrə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətlənirilə bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini yol hərəkəti qaydalarını kobud pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun məhkəməyədək icraat dövründə əvvəlki cinayət işi üzrə ümumilikdə tutulduğu 04 (dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş 10 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və sonuncunun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınaraq, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış “Kia Rio” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 və “BMW 528” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 03 saatın hər iş saatının 6 manatdan, 12 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 150 manat (03 saat x 6 AZN + 12 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 02 (iki) il 10 (on) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 1(004)- 174/2025 saylı hökmü ilə təyin edilmiş 04 (dörd) ay 02 (iki) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası ilə, 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası isə, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq üzərində 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 1(004)-174/2025 saylı hökmü ilə müəyyən edilmiş 10 iyul 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzası barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının bütün müddətinə şamil edilməklə azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınaraq, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “Kia Rio” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 və “BMW 528” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 150 (bir yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov