Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-619/2021 28.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürsunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs2 Tahir oğlunun iştirakı ilə, xx.xx.1985-ci ildə Siyəzən rayonunda anadan olmuş, subay, orta təhsilli, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən "xxxx" MTK-nın yerləşdiyi binanın qarajının jalyüzdan olan qapısını açaraq qanunsuz içəri daxil olub, qarajdan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 1200 manat dəyərində gənclər üçün nəzərdə tutulmuş, sürət ötürücülü, ağ-göy rəngli üzərində “İdeal Doommax” yazıları olan velosipedi, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 350 manat dəyərində gənclər üçün nəzərdə tutulmuş, sürət ötürücülü, ağ rəngli üzərində “Salkano” yazıları olan velosipedi gizli olaraq vahid niyyətlə talayıb zərərçəkmiş şxslər Zərərçəkmiş şəxs1 1200 manat məbləğində, Zərərçəkmiş şəxs2 isə 350 manat məbləğində maddi ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, qeyd etmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. 23.01.2013-cü ildə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum edilmiş, 02.02.2016-cı ildə cəzanın sonu ilə azad olunmuşdur. Sonuncu dəfə 2018-ci il tarixdə məhkum olunmuşdur. O, Abşeron rayonu, Xırdalan şəhəri, Masazır qəsəbəsində müxtəlif ünvanlarda günlük kirayədə yaşamış, fərdi əməklə məşğul olmuşdur. Bildirmişdir ki, 07.09.2021-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhərində, Qalubiyyə küçəsində, "xxxx" MTK-nın yerləşdiyi binanın yaxınlığında məişət tullantılarını yığarkən, orada yerləşən binanın qarajında velosiped olduğunu görmüşdür. Maddi vəziyyəti pis olduğu üçün velosiepedi oğurlamaq qərarına gəlmişdir. Heç kimin olmadığını görmüş və qaraja daxil olaraq, orada iki ədəd velosipedin olduğunu görmüşdür. Orada olan velosipedləri oğurlayaraq, oradan çıxarmış və Abşeron rayonu, Xırdalan şəhərində, “Köhnə bazar” deyilən ünvanın yaxınlığında gizlətmişdir. Oğurladığı velosipedlərdən birini 07.09.2021-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Xırdalan” dairəsinin yaxınlığında tanımadığı şəxsə 50 manata satmışdır. Sonradan bilmişdir ki, həmin şəxslər bu barədə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişlər. Digər velosipedi isə istintaq orqanına təhvil vermişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Alyans MTK-nın inşa etdiyi binada yaşayır. Bildirmişdir ki, təxminən bir il bundan əvvəl özü üçün 2000 manata “İdeal” markalı velosiped almışdır. Həmin velosipedi yaşadığı binanın qarajında saxlamışdır. Həmin qaraj bağlı qaraj olduğu üçün həmin qaraja yalnız binada yaşayan sakinlər girib çıxa bilimiş və kənar şəxslərin həmin qaraja girişi qadağan olmuşdur. 07.09.2021-ci il tarixdə səhər saatlarında qaraja baxdıqda velosipedin yerində olmadığını görmüşdür. Sonra bu barədə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. 23.12.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək işi ilə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəni təsdiq etdiyini, dəymiş ziyanın ödənilməsini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərəçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Alyans MTK-nın inşa etdiyi binada yaşayır. Bildirmişdir ki, təxminən bir il bundan əvvəl özü üçün 400 manata “Solkcano” markalı velosiped almışdır. Həmin velosipedi yaşadığı binanın qarajında saxlamışdır. Həmin qaraj bağlı qaraj olduğu üçün qaraja yalnız binada yaşayan sakinlər girib çıxa bilmiş və kənar şəxslərin həmin qaraja girişi qadağan olmuşdur. 07.09.2021-ci il tarixdə səhər saatlarında qaraja baxdıqda velosipedin yerində olmadığını görmüşdür. Sonra bu barədə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Hazırda heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Bildirmişdir ki, 08.08.2021-ci il tarixdə idarədə xidmətdə olduğu zaman Abşeron rayonu, Xırdalan şəhəri, Alyans MTK-nın inşa etdiyi binada yaşayan adının Zərərçəkmiş şəxs1 bildiyi bir nəfər şəxs DİN-nin “102” xidmətinə məlumat verməklə Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslər tərəfindən yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Alyans MTK-nın inşa etdiyi binada yerləşən qrajıdan ona məxsus 2000 manat dəyərində “İdeal” markalı velosipedi oğurlanmasını bildirmişdir. Bununla bağlı idarə rəisi göstəriş vermişdir ki, həmin oğurluq cinayətini törədən şəxsin və ya şəxslərin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirsinlər. Bununla bağlı o, əməliyyataxtarış tədbirlərinin keçirməyə başlamışdır. Keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Alyans MTKnın inşa etdiyi binada yerləşən qrajından ona məxsus 2000 manat dəyərində “İdeal” markalı velosipedi oğurlayan şəxsin xx.xx.1985-ci ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş və həmin şəxs 09.09.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, “07.09.2021-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhərində, Qalubiyyə küçəsində, "xxxx" MTK-nın yerləşdiyi binanın yaxınlığında məişət tullantılarını yığarkən, orada yerləşən binanın qarajında velosiped olduğunu görmüşdür. Maddi vəziyyəti pis olduğu üçün velosiepedi oğurlamaq qərarına gəlmişdir. Heç kimin olmadığını görmüş və qaraja daxil olaraq, orada iki ədəd velosipedin olduğunu görmüşdür. Orada olan velosipedləri oğurlayaraq, oradan çıxarmış və Abşeron rayonu, Xırdalan şəhərində, “Köhnə bazar” deyilən ünvanın yaxınlığında gizlətmişdir. Oğurladığı velosipedlərdən birini 07.09.2021-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Xırdalan” dairəsinin yaxınlığında tanımadığı şəxsə 50 manata satmışdır. Digər velosipedi isə 08.09.2021-ci il tarixdə sahibinə qaytarmışdır”. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs oğurladığı digər velosiped Abşeron rayonu, Xırdalan şəhəri, Alyans MTK-nın inşa etdiyi binada yaşayan X3 məxsusdur. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilməsindən ötrü Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 13.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 28.11.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə 30.12.2020-ci il tarixdə azadlığa buraxılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməli cinayətlərin resedivini yaradır. İş materiallarında olan protokollardan görünür ki, 09.09.2021-cı ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində Abşeron rayon məhkəməsinin 10.09.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 04 noyabr 2021-ci il tarixli 9/7649 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd gənclər üçün nəzərdə tutulmuş, sürət ötürücülü, ağ-göy rəngli üzərində “İdeal Doommax” yazıları olan velosipedin 2021-ci ilin sentyabr olan orta bazar qiyməti 1200 manat, 01 ədəd gənclər üçün nəzərdə tutulmuş, sürət ötürücülü, ağ rəngli üzərində “Salkano” yazıları olan velosipedin 2021-ci ilin sentyabr olan orta bazar qiyməti 350 manat müəyyən edilir. İstintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş gənclər üçün nəzərdə tutulmuş, sürət ötürücülü, ağ-göy rəngli üzərində “İdeal Doommax” yazıları olan velosiped ekspertizadan sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslərin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, ona dəymiş ziyan tamamilə ödənildiyindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs oğlunun həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan qismən ödənilmişdir, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı şikayətləri yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs oğlunun ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi yaranır və Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan ağ-göy rəngli üzərində “İdeal Doommax” yazıları olan velosipedin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlu cəzaçəkmə müddətinin başlanğıcı 09 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan ağ-göy rəngli üzərində “İdeal Doommax” yazıları olan velosipedin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. Ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-619/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-619/2021
28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver