Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-62/2021 25.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi, vəkil Müdafiəçi4, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi, vəkil Müdafiəçi3 iştirakları ilə, xx.xx.1995-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Abşeron rayonu, Saray qəsəbəsi, 20 Yan var küçəsi, ev 14, mənzil 01-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin 19.02.2020-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 17.02.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakıİstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.1,177.2.1,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, 14.05.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 12-ci mikrorayon, bina 32, mənzil 46-da qeydiyyatda olan və yaşayan, Abşeron Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 27.12.2020-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakıİstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.2, 29,177.2.3, 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 194.1-ci maddələri ilə, xx.xx.2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 06-da yaşayan, Abşeron Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 19.10.2021-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakıİstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3, xx.xx.2002-ci il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Ağstafa rayonu Muğanlı kəndində qeydiyyatda olan və yaşayan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ev 08-də yaşayan, Abşeron Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 27.12.2020ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakıİstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1, tamah niyyətilə yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə və özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2002-ci təvəllüdlü Təqsirləndirilən şəxs4 yetkinlik yaşına çatmamasını əvvəlcədən bilərək sonuncuya vəd verib razılığını əldə etdikdən sonra cinayətkar fəaliyyətə cəlb edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi tanışları Təqsirləndirilən şəxs3 və X5 ilə birlikdə 25.01.2020-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs9 məxsus Sumqayıt şəhəri «Yaşıl dərə» bağlar massivində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmaqla, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs3 və X5 ilə birlikdə 26.01.2020-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olmaqla, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs3 və X5 ilə birlikdə 29.01.2020-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmaqla, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı X5 ilə birlikdə 06.02.2020-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşviq küçəsində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətləri törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 21.10.2019-cu il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmaqla, bundan başqa, tamah niyyətilə yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə və təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2002-ci təvəllüdlü Təqsirləndirilən şəxs4 yetkinlik yaşına çatmamasını əvvəlcədən bilərək sonuncuya vəd verib razılığını əldə etdikdən sonra cinayətkar fəaliyyətə cəlb edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi tanışları Təqsirləndirilən şəxs3 ilə birlikdə 01,02.2020-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Natavan küçəsində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmaqla, bundan başqa, tamah niyyətilə yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə və təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2002- ci təvəllüdlü Təqsirləndirilən şəxs4 yetkinlik yaşına çatmamasını əvvəlcədən bilərək sonuncuya vəd verib razılığını əldə etdikdən sonra cinayətkar fəaliyyətə cəlb edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi tanışları Təqsirləndirilən şəxs3 ilə birlikdə 01.02.2020-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Natavan küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olmaqla, bundan başqa, tamah niyyətilə yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə və təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2002-ci təvəllüdlü Təqsirləndirilən şəxs4 yetkinlik yaşına çatmamasını əvvəlcədən bilərək sonuncuya vəd verib razılığını əldə etdikdən sonra cinayətkar fəaliyyətə cəlb edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 07.02.2020-ciil tarixdə, saat 06 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən ərzaq mağazasının plastik qapısını güc tətbiq etməklə açaraq, saxlanc yeri olan mağazaya qanunsuz daxil olmaqla, bundan başqa, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 07.02.2020-ci il tarixdə, saat 06 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən saxlanc yeri olan mağazaya qanunsuz daxil olmaqla təkrarən oğurluq cinayətləri törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 26.01,2020-ci il tarixdə, Abşeron rayonu, Saray qəsəbəsində tanışı Təqsirləndirilən şəxs1 ilə görüşən zaman, sonuncu ona 25.01,2020-ci il tarixdə Sumqayıt şəhəri «Yaşıl dərə» bağlar massivində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, oradan 08/2013-cü il tarixdə Koreyada istehsal edilmiş 01 ədəd qara rəngli «LG» markalı 42LN540V model televizoru ümumi tanışları yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və X5 ilə birlikdə oğurladıqlarını bildirən zaman, onun cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin əmlakı özgəsinə sataraq gəlir əldə etmək niyyəti yaranmış və bu səbəbdən həmin gün, yəni 26.01.2020-ci il tarixdə, saat 11 radələrində 08/2013-cü il tarixdə Koreyada istehsal edilmiş 01 ədəd qara rəngli «LG» markalı 42LN540V model televizorun cinayət yolu ilə əldə edildiyini bilə-bilə tamah niyyəti ilə həmin televizoru Təqsirləndirilən şəxs1 götürərək aparıb ünvan 4 ünvanında yaşayan Şahid2 110 manat müqabilində satmaqla, cinayət yolu ilə əldə edilmiş əmlakın satışından 20 manat məbləğində gəlir əldə etmişdir. xx.xx.2002-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və X5 ilə birlikdə 25.01.2020-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs9 məxsus Sumqayıt şəhəri «Yaşıl dərə» bağlar massivində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmaqla, təkrarən, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə 01.02.2020-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi Natavan küçəsində yerləşən fərdi yaşayış evinə pəncərədən evə qanunsuz daxil olmaqla, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə 01,02.2020-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Natavan küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olmaqla, bundan başqa, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 07.02.2020-ci il tarixdə, saat 06 radələrində X3 məxsus ünvan 3 ünvanında yerləşən saxlanc yeri olan mağazaya qanunsuz daxil olmaqla təkrarən oğurluq cinayətləri törətmişlər. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.1,177.2.1,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.2, 29,177.2.3, 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 194.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişlər. İş materiallarından görünür ki: 17.02.2020-ci il tarixdə Abşeron RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və Təqsirləndirilən şəxs1 CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilməklə o, şübhəli şəxs qismində tutulmuşdur. 19.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 əməli CM-in 177.2.1,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. 21.02.2021-ci il tarixdə Abşeron RPİ-nin İŞ-də CM-in 177.2.3-cü maddəsi ilə hazırkı cinayət işi başlanmış və 22.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 CM-in 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş və barəsində “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. 27.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş və barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş və 07.03.2020-ci ildə ********* nömrəli cinayət işi hazırkı cinayət işinə birləşdirilmişdir. 02.05.2020-ci il tarixdə Təqsirləndirilən şəxs4 CM-in 177.2.1 və 177.2.3- cü maddələri ilə ittiham elan edilmiş və barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. 17.06.2020-ci ci il tarixdə X2 barəsində CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. 18.06.2020-ci tarixdə Təqsirləndirilən şəxs2 CM-in 29,177.2.2, 29,177.2.3, 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 194.1-ci maddələr ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri nəzərə alınmışdır. 18.06.2020-ci il tarixdə tarixdə Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilməklə barəsində seçilmiş “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri nəzərə alınmışdır. 19.06.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 CM-in 170.1,177.2.1,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələr ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməmişdir. 19.06.2020-ci ci il tarixdə Təqsirləndirilən şəxs4 CM-in 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə yenidən ittiham elan edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri nəzərə alınmışdır. Abşeron Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmə istintaqından yayındıqlarına görə barələrində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında 30.12.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 27.12.2020-ci il tarixdə könüllü olaraq Abşeron RPİ-nə gəlmiş, həmin tarixdə Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında 30.12.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27.12.2020-ci il tarixdə könüllü olaraq Abşeron RPİ-nə gəlmiş, həmin tarixdə Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında 10.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 19.10.2021-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, onlara CM-nin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatətdə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etməklə tamah niyyətilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 və xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 ilə birlikdə oğurluq cinayətlərini törətmişlər. Abşeron RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən xx.xx.2002ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təhriki ilə birlikdə oğurluq cinayətlərini törətməsi qənaətinə gəlinməsinə baxmayaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 170.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası CM-in 170.3-cü maddəsinə əsasən, CM-in 170.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanı cinayətkar qrupa cəlb etmə nəzərdə tutulmuşdur. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxslərə həmin maddə ilə ağır ittiham irəli sürülməsi məsələsinə baxılması üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bunları nəzərə alaraq məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 170.3-cü maddənin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, onlara CM-nin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 və onların müdafiəçiləri dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin rədd edilməsini xahiş etdilər. Məhkəmə, cinayət işi üzrə keçirilən məhkəmənin iclaslarında ittiham və müdafiə tərəflərini dinləyib, ittiham aktını cinayət işinin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon polis İdarəsinin müstəntiqi X4 tərəfindən istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etməklə tamah niyyətilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 və xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 ilə birlikdə oğurluq cinayətlərini törətmişlər. Təqsirləndirilən şəxs1 17.02.2020-ci il tarixdə CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilməklə o, şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 19.02.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 22.02.2020-ci il tarixdə CM-in 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş və barəsində “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 27.02.2020-ci il tarixdə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş və barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs4 02.05.2020-ci il tarixdə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş və barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı müstəntiq tərəfindən yanlış olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırki ittihamın irəli sürülməsi üçün toplanmış sübutların kifayət olması qənaətinə gəlinmişdir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrində Təqsirləndirilən şəxs4 tanıdıqlarını, hər ikisi də onun 18 yaşının olmadığını, bildiklərini, birlikdə oğurlayacaqları əşyaları satıb qazancı bölüşdürəcəklərinə dair ona vəd verdiklərini və bu səbəbə onlarla razılaşıb oğurluq etdiyini bildirmişlər. Azərbaycan Respublikası CM-in 170.3-cü maddəsinə əsasən, CM-in 170.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanı cinayətkar qrupa cəlb etmə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd edilən maddələrinə əsasən: 318.2. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. 318.2-1. Bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır.159.10. Bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Dövlət ittihamçısı vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsinin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxslərə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. 159.2. Məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirləri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində daha ağır cinayətin yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsinin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxslərə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (iki) ay uzadılsın. Qərarın icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına tapşırılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-62/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-62/2021
25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver