Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-620/2022 02.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsi, ev 2, mənzil 3-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 10:10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 12 b nömrəli binanın yan tərəfi ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb əli ilə sonuncunun alın nahiyəsini tutub geri çəkərək əl barmaqları ilə zərərçəkmiş Zərərçəkmiş şəxs həyat və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib ona döş qəfəsinin ön səthinin sıyrığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirməklə boynundakı 8,32 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, sarı rəngli 1 ədəd 707,00 manat dəyərindəki boyunbağını dartıb qırmaqla ələ keçirib hadisə yerindən qaçaraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 09:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən Təzə bazarda olduğu zaman bazarda tanımadığı bir nəfər qadının boynunda qızıl boyunbağı olduğunu görmüşdür. Maddi vəziyyəti yaxşı olmadığına görə o, həmin qadının boynundan qızıl boyunbağını çəkib qopararaq oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə də o, həmin qadını izləməyə başlamışdır. Bundan sonra görmüşdür ki, həmin qadın yanında olan azyaşlı uşağı ilə birlikdə Xırdalan şəhəri, 27-ci məhəlləyə doğru binaların arası ilə piyada getməyə başlamışdır. O, həmin qadının arxasınca piyada hərəkət edib onu bir qədər izlədikdən sonra yaşayış binasının yan tərəfində ara küçədə hərəkətdə olduqları zaman münasib yer olduğuna görə ona arxadan yaxınlaşaraq həmin qadının boynunda olan qızıl boyunbağını əli ilə dartıb qıraraq ələ keçirib geriyə dönərək qaçıb həmin yerdən uzaqlaşmışdır. Bundan bir qədər sonra da o, Bakı şəhərinə gedib “Moskva univermağı” adlanan yerdə həmin qızıl boyunbağını qızıl alqı-satqısı ilə məşğul olan, bir neçə ildir ki, tanıdığı Yalçın adlı şəxsə 470 manata satmışdır. Cinayət hadisəsi törətməklə əldə etdiyi həmin 470 manat pulu da öz ehtiyaclarına xərcləmişdir. Buna görə də törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edir. Əlavə olaraq qeyd edir ki, o, həmin cinayət hadisəsini törətdiyi zaman əynində tünd qırmızı rəngli köynək, cins şalvar və başında da qara rəngli baş geyimi olmuşdur. Bildirir ki, o, zərərçəkmiş Zərərçəkmiş şəxs boyun nahiyəsindəki qızıl boyunbağını əli ilə dartıb qıraraq ələ keçirsə də həmin vaxt ona heç bir xəsarət yetirməmişdir. Ona görə də hazırda ona ona Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə elan edilmiş yeni ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2, mənzil 6-da qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində 2018-ci il təvəllüdlü qızı X2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən Təzə bazara getmişdir. Bundan təxminən 1 saat sonra, yəni saat 10:10 radələrində evə qayıdan zaman yaşadığı binanın yaxınlığında yerləşən 12 b nömrəli yaşayış binasının yan tərəfindəki ara küçə ilə piyada hərəkətdə olduğu zaman tanımadığı və üzünü görmədiyi bir nəfər şəxs arxa tərəfindən gəlib ona yaxınlaşaraq əli ilə alın nahiyəsini tutub geriyə çəkmiş və boynunda olan 1 ədəd təxminən 700 manat dəyərində olan, təxminən 10 qramlıq, İtaliya Respublikası istehsalı olan, tros formalı kişi qızıl boyunbağını əli ilə dartıb qıraraq hadisə yerindən qaçıb getmişdir. Bundan sonra o, səslənərək həyat yoldaşı Şahid1 çağırmış və zəng edərək bu barədə DİN-in “102” xidmətinə məlumat vermişlər. Bildirir ki, o, həmin şəxsi görsə zahiri görünüşündən tanıya bilər. Həmin şəxs təxminən orta boylu idi və 30-35 yaşlarında olardı. Hadisə vaxtı həmin şəxsin əynində tünd qırmızı rəngli köynək, qara rəngli şalvar və başında da qara rəngli baş geyimi olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2, mənzil 6-da qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində həyat yoldaşı Xoşvbəxt Həsənova 4 yaşlı qızları Ofelya Həsənli ilə birlikdə yaşadıqları evdən çıxaraq evə bazarlıq etmək məqsədilə Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən Təzə bazara getmişlər. Bundan bir qədər sonra, yəni saat 10 :10 radələrində o, evdə olduğu zaman həyat yoldaşı Xoşbəxt küçədən ona səslənərək təcili evdən çıxıb onun yanına gəlməyini bildirmişdir. O, da həmin vaxt evdən küçəyə çıxıb Xoşbəxtə yaxınlaşan zaman Xoşbəxt ona yaşadıqları evin yaxınlığında yerləşən 12 b nömrəli binanın yan tərəfi ilə piyada bazardan evə qayıdarkən tanımadıqları, əynində tünd qırmızı rəngli köynək, cins şalvar və başında da qara rəngli baş geymi olan bir nəfər şəxsin arxadan ona yaxınlaşıb əli ilə alın nahiyəsini arxadan tutub geri çəkərək boynundakı qızıl boyunbağını dartıb qıraraq ələ keçirdiyini və hadisə yerindən qaçıb getdiyini bildirmişdir. Onu da əlavə edir ki, Xoşbəxt hadisə vaxtı sinə nahiyəsindən xəsarət də aldığını bildirmişdir. Ona görə o, həmin vaxt istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan bir neçə dəqiqə sonra da hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid2 ifadəsindən görünür ki, o, Laçın rayonu, Laçın şəhəri, Nərimanov küçəsi ev 23-də qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivi, Koroğlu küçəsində nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, 2004-cü ildən Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Moskva” ticarət mərkəzində qızıl-zinət əşyalarının alqı satqısı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində təxminən 20 il olar ki, tanıdığı və əvvəllər eyni sexdə birlikdə zərgər işlədikləri Təqsirləndirilən şəxs işlədiyi sexə gələrək anasına məxsus qızıl boyunbağını ehtiyacları olması səbəbindən satmaq istədiyini bildirmişdir. O, həmin qızıl boyunbağına baxdıqdan sonra həmin qızıl boyunbağını Maisdən 470 manat müqabilində almağına razılaşaraq həmin qızıl boyunbağını almışdır. Bildirir ki, Təqsirləndirilən şəxs aldığı həmin qızıl boyunbağı özündədir və hazırda həmin qızıl boyunbağının cinayət yolu ilə əldə edildiyi oana məlum olduğuna görə istintaqa təqdim edə bilər. O, həmin qızıl boyunbağının cinayət hadisəsi törədilməklə əldə edilməsini əvvəlcədən bilməmişdir. Bir daha bildirir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs işlədiyi sexə gələrək anasına məxsus qızıl boyunbağını ehtiyacları olması səbəbindən satmaq istədiyini bildirmişdir. Həmçinin o, Maisi xeyli müddətdir ki, tanıdığına və əvvəllər eyni sexdə zərgər işlədiyiklərinə görə Maisin ona satdığı qızıl boyunbağını cinayət hadisəsi törədərək ələ keçirməsindən şübhələnməmişdir. Ona görə də həmin qızıl boyunbağını 470 manat müqabilində ondan almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli baxış-götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10:10 radələrində Zərərçəkmiş şəxs boynundan dartıb qırmaqla ələ keçirdiyi və həmin gün Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Moskva” ticarət mərkəzində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan Şahid2 satdığı bir ədəd qızıl boyunbağı sonuncu tərəfindən könüllü olaraq istintaqa təqdim olunmuş, həmin qızıl-zinət əşyasını Zərərçəkmiş şəxs tanıyaraq həmin qızıl boyunbağının xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 12 b nömrəli binanın yan tərəfi ilə piyada hərəkətdə olduğu zaman tanımadığı şəxsin onun boynundan dartıb qıraraq ələ keçirdiyi qızıl boyunbağı olduğunu bildirmişdir. Bu səbəbdən Şahid2 təqdim etdiyi bir ədəd qızıl boyunbağı iş üçün əhəmiyyətli olduğundan tərəfimdən qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1747 nömrəli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarət – döş qəfəsinin ön səthinin sıyrığı küt əşyanın təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları və s) təsirindən əmələ gələ bilməsi mümkündür, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası qərarına əsasən Azərbaycan Respublikası ƏN-nin MEM-dən alınmış xx.xx.2022-ci il tarixli 6/4933-9/6455 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 8,32 qram kütləli, sarı rəngli 1 ədəd boyunbağı 583/585 əyarlı qızıldan hazırlanmışdır. Tədqiqatına təqdim edilmiş 8,32 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, sarı rəngli 1 ədəd boyunbağının istifadə olunması, modeli və digər göstəriciləri nəzərə alınmaqla 2022-ci ilin avqust ayına orta bazar qiyməti təxminən 707,00 manat müəyyən edilir. İstintaq zamanı 8,32 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, sarı rəngli 1 ədəd təxminən 707,00 manat dəyərində olan boyunbağı iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və işin məhkəmə baxışınadək saxlanması üçün sahibinə qaytarılmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək və bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdiyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli olması tam sübuta yetirmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə hazırki cinayət işi üzrə ittiham hökmü çıxarılmaqla təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayətini törətmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınaraq cinayət işinə əlavə olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz ) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, cərimə ödənilmişdir. Abşeron rayon İcra Hakimiyyətinin MKİTB-nin 5 saylı MTİİTİ-nin rəisinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsi, ev 2, mənzil 3-də yaşamaqla müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın onunun iradəsindən asılı olmayaraq ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs 140 manat məhkəmə ekspertiza xərci tutulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 140 manat məhkəmə ekspertiza xərci tutulsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabınaödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-620/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-620/2022
02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver