Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-624/2024 12.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1997-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbayacan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Abşeron rayonu Pirəkəşkül kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə saat 22:30 radələrində yol vərəqəsi ilə idarə etdiyi “Khazar” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti ilə hərəkətdə olarkən «X4» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən ayıraraq, sürətdən və hərəkət şəraitindən aslı olaraq, onunla eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsi saxlamayaraq, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qeyd edilən tələblərə əməl etməyərək, həmin vaxtı yolun hərəkət hissəsinin sağında dayanmış, Şahid etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz C240” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili və həmin avtomobilə minmək istəyən xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs arxadan vuraraq, ehtiyatsızlıqdan sonuncuya sol bazu oynağının ikibaşlı əzələsinin oynaq yuvası yatağının bazu oynağında davamlı hərəkət məhdudluğu ilə müşayiət olunan travmatik iltihabı sol ayaq pəncəsinin hərəkət məhdudluğu ilə dərialtı hematoması (qansızması) ilə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində yol vərəqəsi əsasında idarə etdiyi “Khazar” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 70 km/saat sürətlə Abşeron rayonu Xırdalan dairəsi istiqamətindən H.Əliyev prospekti ilə Xırdalan şəhərinin mərkəzi istiqamətinə hərəkətdə olarkən “Mədrəsə” adlanan məhəllədəki piyada keçidini keçdikdən 3 metr sonra onunla eyni istiqamətdə hərəkətdə olan “Mercedes-Benz” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü yolun kənarındakı sərnişini avtomaşına mindirmək üçün qəflətən sürətini azaltmış, həmin vaxtı ara məsafəsi az olduğundan o, idarə etdiyi avtomaşınla “Mercedes-Benz” markalı avtomaşının arxa hissəsini vurmuş, nəticədə həmin avtomobilə minmək istəyən sərnişin bədən xəsarəti almışdır. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilmiş və tərəfindən mütəmadi olaraq köməklik göstərilmişdir. Hadisə zamanı o, avtomaşını ayıq idarə etmiş, avtomaşını texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş, onunla barışmışdır. Ona görə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yoldan keçən “Mercedes-Benz” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomaşına əli ilə işarə edib, saxladaraq arxa qapını açıb əyləşmək istəyən zaman Xırdalan dairəsi istiqamətindən Xırdalan şəhərinin mərkəzi istiqamətində yüksək sürətlə hərəkət edən “Khazar” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomaşın onun minmək istədiyi həmin “Mercedes-Benz” markalı avtomaşınla toqquşmuş, bu zaman həmin avtomaşının arxa sağ qapısı açıq olduğundan ona dəyərək yerə yıxmışdır. Hadisə nəticəsində xəsarət aldığına görə xəstəxanaya daxil olmuşdur. Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən ünvanlanmış notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, xəsarəti ilə əlaqədar ona dəymiş ziyan bütünlüklə ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan dairəsi istiqamətindən Xırdalan şəhəri mərkəzi istiqamətində H.Əliyev prospekti ilə hərəkətdə olarkən “Mədrəsə” adlanan məhəllədəki piyada keçidindən sonra yolun sağ tərəfindən sola keçmək istəyən piyadanın yola daxil olduğunu görüb, idarə etdiyi avtomaşının “qəza” işığını yandırıb, sürətini azaldıb dayanmaq istəmiş, həmin vaxtı arxadan yüksək sürətlə gələn “Khazar” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomaşın onun idarə etdiyi avtomaşının arxa hissəsindən vurmuşdur. Həmin vaxtı yolu keçmək istəyən piyada xəsarət almış, hadisə zamanı o, avtomaşını ayıq idarə etmiş, avtomaşını texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 21 aprel 2023-cü il tarixli 2/11670 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmaqla onda alkoqol qəbulunun hər hansı əlamətləri olmamış, narkotik qəbulu faktı aşkarlanmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin “canlı şəxsin ekspertizası” 12 may 2023-cü il tarixli 777 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sol bazu oynağının ikibaşlı əzələsinin oynaq yuvası yatağının bazu oynağında davamlı hərəkət məhdudluğu ilə müşaiyət olunan travmatik iltihabı sol ayaq pəncəsinin hərəkət məhdudluğu ilə dərialtı hematoması (qan sızması) bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-8/2161 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində “Khazar” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X4» Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 08 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” 08 noyabr 2023-cü il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Nəbiyev X3 RPİ-nin saxlanma yerindən azad edilməklə, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair 18 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında” 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı alınmış zərərçəkmiş şəxsin, şahidin ifadələri, hadisə yerinə baxış protokolu, ekspert rəyləri və DİN-nin Təhlükəsiz Şəhər Xidmətinin müşahidə kamerasının arxiv videogörüntüləri olan DVD formatlı kompak disk iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə müstəntiq Fuad Nəsirov tərəfindən ibtidai istintaq tamamlanaraq 10 mart 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktı 14 mart 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, xəsarəti ilə əlaqədar ona dəymiş ziyan bütünlüklə ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş, onunla barışmışdır. Ona görə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı, tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla, barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “X4” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Abşeron Rayon Prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2,193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Büorunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmiş beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Abşeron rayon Prokurorluğuna göndərilsin Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmiş beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-624/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-624/2024
12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver