Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-624/2025 17.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X9 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Betonzavod ərazisi, 391 saylı evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 sentyabr 2024-cü il tarixdə saat 23:30 radələrində qeyri rəsmi ərarvad münasibətində olmaqla birlikdə yaşadığı X2 onunla birlikdə yaşamasından narazı qalan sonuncunun rəsmi nikahda olduğu Zərərçəkmiş şəxs ilə Abşeron rayonu, Saray qəsəbəsi, "xxxx" mənzil-tiknti kooperativinin inşa etdiyi yaşayış massivində yerləşən 13 saylı binanın həyətində mübahisə edib əlbəyaxa olaraq yumruqla qəsdən Zərərçəkmiş şəxs burun və sol qaş nahiyəsinə vurub ona sol qaşüstü nahiyənin əzilmiş yarası, burun sümüyünün yerdəyişən sınığı ilə müşayət olunan burun nahiyəsinin şişkinli qançırı və sıyrığından ibarət sağlamlığın qısa müddətə pozumasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək qeyd etmişdir ki, atasını uzun illər əvvəl itirmiş, anası isə, bir ilə yaxındır ki, vəfat etmişdir. Odur ki, qardaşı X4 ailəsi ilə birlikdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Betonzavod ərazisi, 391 saylı evdə yaşayır. Heç bir yerdə işləmir, arabir usta işlərində qardaşına kömək edir. 2024-cü ilin sentyabr ayının əvvəlində Sumqayıt şəhəri, “Bağçaşəhər” yaşayış kompleklsində yaşayan Mahir adlı dostunun evinə getmiş, saat 22 radələrində onun evindən çıxıb Sumqayıt şəhərinə, İnşaatçılar qəsəbəsinə gəlmək istəyəndə yaşayış kompleksinin yanında, yolun kənarında ağacların arasında otluq sahədə bir nəfər qadının uzanmış vəziyyətdə olduğunu görmüşdür. Onun xəstə olduğunu fikirləşib kömək etmək məqdsədi ilə yaxınlaşmış və həmin qadının spirtli içkinin təsiri altında olmasını görmüşdür. Dükana gedib su almış və gətirib həmin qadına içirmiş, üzünə su vurub ayıltmışdır. Ondan nə kimi kömək edə biləcəyini soruşmuş, öz mobil telefon nömrəsini ona vermiş, qadın da öz nömrəsini ona verərək tanış olmuşlar. Həmin qadının adının Ofelya olduğu və “Bağçaşəhər” yaşayış kompleklsində yaşadığı məlum olmuşdur. Bir neçə gündən sonra Ofelya ona zəng etmiş və görüşmək istədiyini bildirmişdir. Onlar Sumqayıt şəhərində görüşmüş və söhbət etmişlər. Ofelya ilə yaxından tanış olarkan bildirmişdir ki, evdə həyat yoldaşı ilə aralarında narazılıq vardır. Uşaqlarının biri, azyaşlı oğlu Nihadın onunla qaldığını, 18 yaşı tamam olan qızı Təhminənin öz rəfiqəsi ilə ayrı yaşadığını, kiçik qızının isə qaynanasının yanında yaşadığını bildirmişdir. Ofelya əri Zaurla birlikdə yaşamaq istəmədiyini və ondan ayrılmaq istədiyini demişdir. Ofelyayaya demişdir ki, işləmir, qazancı yoxdur, odur ki, ona maddi dəstək dura bilməyəcəkdir. Lakin onlar bir-birinə bağlanmışlar. Ofelya ilə növbəti dəfə görüşəndə o, təklif etdi ki, kirayə ev tutub birklikdə yaşayaq. Həmin vaxtlar o, vəfat etmiş anası uçün darıxdığına görə Ofelya ilə dostlaşmışdır. O, demişdir ki, onlardan kirayəçilər nikah kağızı istəyə bilər. Ofelya bildirmişdir ki, əri Zaurla dövlət nikahı var, lakin dini nikahı yoxdur təklif etmişdir kı, dini nikah bağlayaq. O, razılaşmış və birlikdə Sumqayıt şəhərində, “Metallurq” küçəsində yerləşən məscidə getmişlər. Məsciddə molla onlara nikah kəsmisdir. Bundan sonra onlar Saray qəsəbəsində "xxxx" mənzil- tiknti kooperativinin inşa etdiyi yaşayış massivində yerləşən 13 saylı binada kirayə mənzil tutmuş və 05 sentyabr 2024-cü il tarixdən həmin mənzildə Ofelya və onun azyaşlı oğlu Nihadla birlikdə yaşamağa başlamışlar. 16 sentyabr 2024-cü il tarixində Ofelyanın qızı Təhminə onlara gəlmişdir. Qardaşı Nihadla oynamış, sonra uşağı havaya çıxartmaq adı ilə özü ilə aparmışdır. O, getdikdən sonra X5çırıb atasına verəcəyindən şübhələnmiş, odur ki, saat 23 radələrində evdən Təhminənin ardınca çıxmış o da Ofelyaya qoşulub birlikdə evdən çıxmış, binanın yaxınlığında yerləşən Araz marketə girib çörək və siqaret almışdır. Marketdən çıxıb binaya tərəf getdikdə Təhminənin Nihadla binanın girişində olduğunu görmüşlər. Onlara doğru gedərkən bir nəfər, çəkədən tanımadığı, sonradan şəxsiyyəti ona məlum olan Otelyanın əri Zaur arxa tərəfdən boynundan yapışıb başının arxa tərəfindən onu kəllə ilə vurmuşdur. Zaur onunla əlbəyaxa olarkan o Zaurun sifət nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Yumruğunun Zaurun sifətinin hansı nahiyəsinə dəydiyini xatırlamır. Ofelya onların aralarına girib, onunla özü könüllü olaraq getdyini demiş və onun qarşısına keçib dayanmışdır. Bundan sonra Zaur ona hucum etməmiş dalaşmaqdan əl çəkmişdir. Ofelya Zauru vurmamışdır. O da Ofelya ilə birlikdə kirayə qaldığı mənzilə getmişlər. Zaur da Nihadı götürüb getmişdir. Hadisə Abşeron rayonu, Saray qəşəbəsındə "xxxx" MTK-nın tikdiyi yaşayış masivinin ərazisində, “Araz” marketin yaxınlığın baş vermişdir. Hadisə təxminən beş dəqiqə çəkmişdir. Hadisə gecə vaxtı, küçədə adamların az olduğu vaxtda, qısa müddətdə baş vermilşdir. Odur ki, hadisə yerinə kənar şəxslər gəlməmişlər. Uzaqdan kiminsə hadisəni görüb-görmədiyi ona məlum deyildir. Hadisə zamanı Zaur onun başının arxa nahiyəsinə başı ilə kəllə vurarkan o, qaşüstü nahiyəsindən xəsarət almışdır. Zaurun burun nahiyəsinə yumruqla bir dəfə vurmuşdur. Zərərçəkmiş şəxs onu kəllə ilə vurması nəticəsində başının arxa nahiyəsi ağrımışdır. Bununla bağlı heç bir tibb müəssinə müraciət etməmişdir. Zərərçəkmiş şəxs onu vurması ilə əlaqədar ondan şikayət etməmiş, hazırda da buna görə ondan şikayəti yoxdur. Zərərçəkmiş şəxs ilə barışmışdır. Cinayət işinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad olunmağı barədə qərar verilməsini xahiş edir. Məhkəmə iclasında zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Şahid1 ilə 2005-ci ildə ailə həyatı qurmuş və birgə nigahdan üç uşaqları vardır. Böyük qızı Şahid2 2006-cı ildə, qızı Zəhra 2008-ci ildə, oğlu Nihad 2012-ci ildə anadan olmuşlar. “Sokarın” 28 may Neft-qaz çıxarma idarəsində texnoloji qurğular üzrə təmirçi çilingəri işləyir. 15 gün işdə, 15 gün isə evdə olur. 06 sentyabr 2024-cü il tarixdə o, işdə olduğu zaman arvadı Ofeyliya oğlu Nihadı da özü ilə götürüb Vasif adlı oğlana qoşulub qaçmışdır. O. işdən evinə gələndən sonra öyrənmişdir ki, arvadı Ofeliya oğlu Nihad ilə birlikdə Abşeron rayonun Saray qəsəbəsindəki "xxxx" MTK-nın tikdiyi yaşayış kompleksində kirayə ev tutub orada Vasiflə yaşayırlar. 16 sentyabr 2024-cü il tarixdə, saat təxminən 22-23 radələrində oğlu Nihadın və arvadı Ofelyanın Vasiflə birlikdə yaşadıqları ünvana getmişdir. Məqsədi oğlu Nihadı götürüb öz evinə gətirmək olmuşdur. Qızı Təhminə də onunla birlikdə getmişdir. Saray MTK -nın tikdiyi yaşayış massivində küçədə dayanıb gözləmişdir. Qızı Təhminə isə anası Ofelyanın kirayədə yaşadıqları evə getmişdir ki, Nihadı çağırsın və onunla birlikdə gəlsinlər ki, evlərinə getsinlər. O, qızı Təhminəni küçədə gözləyərkən oğlu Nihad bacısı Təhminə ilə birlikdə onun yanına gələrkən arvadı Ofeliya və Vasif adlı şəxs onların arxasınca gəlmişlər. Orada Nihad anasına demişdir ki, atası ilə birlikdə gedir və atası ilə yaşayacaq. Bundan sonra Vasiflə aralarında mübahisə yaranmış, Təqsirləndirilən şəxs yumruqla onun burun və sol qaş nahiyəsindən bir neçə dəfə zərbə vurmuş və ona xəsarət yetirmiş, burnunun sümüyünü sındırmışdır. Arvadı Ofelya da yumruqla onun sinəsinə və çiyninə vurmuşdur. Hadisə təxminən 4-5 dəqiqə davam etmişdir. Hadisə zamanı o, Vasifi vurmamışdır. Onlar dalaşarkən kənar şəxslər hadisə yerinə gəlməmiş, onları ayıran olmamışdır. Özləri bir-birlərindən ayrılıb o, oğlu Nihadı və qızı Təhminəni götürüb tanımadığı taksi avtomobilinə oturub yaşadığı evə getmişlər. Heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ilə barışmışdır. Cinayət işinə xitam verilməsi barədə qərar verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, 2005-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan üç uşaqları vardır. 2024-cü ilin avqust ayının əvvəllərində yaşadığı Sumqayıt şəhərində, “Göyərçin” parkında təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur, hər ikisi bir-birlərinə mobil telefon nömrələrini vermiş və həmin vaxtdan bir-birləri ilə telefonla əlaqə saxlamaqla görüşmüşlər. Təqsirləndirilən şəxsla görüşməsindən əri Zaurun və qızlarının xəbəri olmamışdır, lakin oğlu Nihadı Vasif tanımışdır. 05 sentyabr 2024-cü il tarixdə əri Zərərçəkmiş şəxs işdə olan zaman o, azyaşlı oğlu Nihadı da götürüb Vasiflə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, «Saray MTK» ya məxsus olan «Saray yaşayış kompleksində» bina 13, mənzil 35 ünvanında kirayə mənzilə köçmüş və orada yaşamağa başlamışlar. O, Vasiflə qoşulub gedəndən sonra Zaurun anası Zenfira gəlib qız nəvələri ilə birlikdə qalmışdır. Vasifə qoşulub gedəndən sonra qızları ilə əlaqə saxlamamış, oğlu Nihad isə onun yanında qalmışdır. 16 sentyabr 2024-cü il tarixdə, saat 22-23 radələrində qızı Təhminə kirayədə yaşadığı evə gəlmiş, Nihadı götürüb evdən çıxmışdır. Təhminə Nihadı götürüb evdən çıxandan sonra Vasiflə birlikdə onların arxasınca çıxmış, lakin uşaqları həyətdə görməmişdir. Vasiflə birlikdə marketə girmiş, marketə baxanda uşaqlarını marketdə də görməmişlər. Marketdən Vasif ilə birlikdə çıxaraq marketdən uzaqlaşanda arxadan əri Zaurun onlara yaxınlaşdığını görmüşdür. Zaur yaxınlaşandan sonra onunla Vasif arasında mübahisə başlamış və mübahisə zamanı Vasi filə Zaur əlbəyaxa olmuşlar. O, zaur və Vasifin aıasına girib onları ayırmağa çalışmışdır. Dalaşma zamanı Vasif yumruqla Zaurun sifətinə və buınuna bir neçə dəfə vurmuş, sonra onlar aralanmışlar. Bundan sonra Zaur, qızı Təhminə və oğlu Nihad taksi avtomobilinə oturub evə getmişlər. O da Vasiflə kirayədə yaşadıqları evə getmişlər. Hadisə zamanı o, Zauru vurmamış, onunla Vasifi ayırmağa çalışmışdır, ona görə də, Zaurun sinəsindən itələmişdir ki, Vasiflə dalaşmasın. Dalaşma zamanı Vasif və Zaur nəlayiq söyüşlər söyməmişlər. 2024-cü ilin sentyabr ayının əvvəlində Təqsirləndirilən şəxs ilə tanış olarkan doğrudan da içkili olmuşdur. Həmin gün evdə az içmiş, sərxoş olmamışdır. Həmin vaxtlar həyat yoldaşı ilə aralarında narazılıqlar olmuşdur. Narazılıqlarının səbəbi maddi sıxıntılarla bağlı olmuşdur. Odur ki, o, həyat yoldaşından narazı olmuşdur. Lakin hazırda həmin narazlığa görə özünü günahkar sayır. Çünki dözüm və səbir göstərməmişdir. Hadisə zamanı Nihad atası Zaura zəng edib onu çağırmış və onun yanından öz evinə aparılmasını xahiş etmişdir. Odur ki, Təhminə gəlib Nihadı mağazaya aparmaq adı ilə evdən götürüb getmişdir. O, şübhələnmişdir ki, Nihadı Zaur öz evinə bu adla evdən çıxarıb aparmaq istəyir. Odur ki, Nihad evdən getdikldsın sonra şübhələnib onun ardınca evdən çıxmış, Vasif də onunla birlikdə evdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, hadisəni tam xatırlamır, amma anası, Vasif və atasının dava etdiklərini görmüşdür. Başqa heç nə yadında deyil. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "MTE və PA ETT Birliyi" X12 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 2183 nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – sol qaşüstü nahiyənin əzilmiş yarası, burun sümüyünün yerəyişən sınığı ilə müşayiət olunan burun nahiyəsinin şişkinli qançırı və sıyrığı küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aiddir. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır. Odur ki, o, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Heç bir şikayəti və tələbi yoxdur. Odur ki, o, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zaman 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürsunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürsunun vəkili Müdafiəçinın göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №1(012)-624/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-624/2025
17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver