Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-625/2023 20.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X6 Zərərçəkmiş şəxsin hüquqi varisi X4 iştirakları ilə xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhəri, yataqxana 12, otaq 55, məhəllə 29, ev 18-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində AF 706258 seriya nömrəli “B C D” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Setra” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtobusla Abşeron rayonu, Mehdiabad-Novxanı avtomobil yolu ilə Mehdiabad qəsəbəsindən Novxanı qəsəbəsi istiqamətində 70 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmçinin-1.3 üfıqi nişanlama xəttini “hərəkət istiqamətlərini ayıran qoşa bütöv ağ üfıqi nişanlama xəttini kəsib keçmək qadağan oduğu, onun həmin maddələrin tələblərinə riyaət etməklə hadisənin qarşısını almağa texiniki imkanı olduğu halda bu tələbləri pozub yolun Novxanı qəsəbəsi, “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısından keçən hissəsində yolu soldan sağa keçib qoşa xəttin üzərində dayanmış piyada X7 avtobusun qabaq sol hissəsi ilə vuraraq yolnəqliyyat hadisəsi törətmiş,sonuncu zərbənin təsirindən qarşıdan gələn Şahid Rafıqoviçin idarə etdiyi “OpelZafira” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinə dəymiş, nəticədə ehtiyatsızlıqdan Seyran Qəyyumov baş beyinin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, kəllə qapağı və kəllə əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları, üz skeleti sümüklərinin sınıqları, başın təpə və ənsə nahiyələrinin, burunun əzilmiş-cırılmış yaraları, başın alın-təpə və təpə-ənsə nahiyələrində yumşaq toxumaları altına qansızmalar, üzün sol yarısının, alın və alt çənə nahiyələrinin sıyrıqları, hər iki ağciyərin, qaraciyərin, ürəyin və dalağın cırılması, soldan İİ-X qabırğaların ön qoltuqaltı xətt üzrə, İİ-Vİİ qabırğaların onurğaya xətt üzrə, sağdan İİ-Vİİ qabırğaların orta körpücük xətti üzrə, İİ-Vİ qabırğaların arxa qoltuqaltı xətt üzrə sınıqları, hər iki körpücük sümüyünün sınığı, döş və qarın əzələlərinə qansızmalar, döş qəfəsinin ön və arxa səthinin sıyrıqları, qarm nahiyəsinin iri ölçülü sıyrığı, sol bazu sümüyünün aşağı 1/3-nin açıq-yerdəyişmiş sınığı və sol bazu nahiyəsinin əzilmiş-cırılmış yarası və sıyrığı, sağ baldır sümüklərinin yuxarı 1/3-nin yerdəyişmiş qəlpəli sınıqları və sağ bud, diz oynağı və baldır nahiyələrinin iri ölçülü sıyrıqları, sol qalça və bud-çanaq oynağı nahiyələrinin, sol diz oynağı və baldır nahiyələrinin sıyrıqlarından ibarət ağır zərər vurmaya aid xəsarətlər alaraq ağır kəllə-beyin travması nəticəsində baş beyin, qişa və mədəcəklərinə qansızmadan hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunan ittihamda tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, avtomobil idarə etmək üçün “BCD” kateqoriyalı sürülük vəsiqəsi vardır. “Setra” avtobus markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtobus etibanamə ilə ona məxsusdur və özü idarə edir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində idarə etdiyi “Setra” avtobus markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Binəqədi-Novxanı yolu ilə Abşeron rayonu, Novxanı qəsəbəsi istiqamətində 60-70 km saat sürətlə hərəkətdə olan zaman yolun Abşeron rayonu, Novxanı qəsəbəsi, “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısına təxminən 2 metr qalmış soldan sağa piyadanın keçdiyini görmüşdür. Həmin piyada qoşa xəttin üzərində dayanarkən qəfldən avtobusun sol tərəfi piydaya dəymişdir. Bu zaman avtobusu qarşıda saxlayıb polisin gəlməsini gözləmişdir. Həmin vaxtı piyada sonradan adının X5 onun hərəkət hissəsinin sol tərəfində piyada keçidində olduğunu görmüşdür. Sonra polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə etmişlər. Hadisədən sonra X1 hüquqi varisi X8 maddi yardım göstərərək barışıq əldə etmiş və hazırda zərərçəkmiş şəxsin ailəsinin ondan heç bir şikayəti, tələbi yoxdur. Məhkəmədən, göstərilən halların nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, 1996-cı ildə Masallı rayonunda anadan olmuş X11 onun oğludur. Oğlu Seyran subay olmuş,Abşeron rayonu, Novxanı qəsəbəsində kirayədə yaşayaraq orada mebel ustası kimi fəaliyyət göstərmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində oğlu Seyran Abşeron rayonu, Novxanı qəsəbəsində yolu keçmək istəyən zaman “Setra” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü oğlu Seyranı qoşa xəttin üzərində vurmuşdur. Sonradan oğlu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Bu barədə ona digər oğlu Faiq bildirdikərdn sonra o da Masallı rayonundan gələrək oğlu Seyranı götürüb aparıb Masallı rayonu, Xəlfələr kənd qəbirstanlığında dəfn etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən onlara maddi yardım göstərilərək dəymiş zərər ödənilmiş və hazırda sonuncu ilə barışmışdır. Məhkəmədən Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. İş üzrə Şahid məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş üzrə Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Opel Zafıra markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsudur. Həmin avtomobili B kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində o, Abşeron rayonu Saray qəsəbəsi istiqamətindən Novxanı qəsəbəsi istiqamətinə hərəkət etmişdir. Abşeron rayonu, Novxanı qəsəbəsi daxilindən keçən zaman Novxanı-Binəqədi avtomobil yolunda “Lukoil” yanacaqdoldurma məntəqəsini az keçidkədən sonra qəfildən yuxarıdan onun avtomobiliin qarşısına bir nəfərin düşdüyünü görüb avtomobili dərhal saxlamışdır. Avtomobli saxladıqdan sonra görmüşdür ki, qarşı hərəkət zolağı ilə hərəkət edən “Setra” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtobusun piyadanı qoşa xəttin üzərində vuraraq onun yoluna atmışdır. Avtobus piyadanı vurduqdan sonra piyada onun yoluna düşmüşdür. O da sağında avtomobil olduğunu hiss edib sağa çəkə bilməmiş və avtomobilinin qarşı sol hissəsi piyadaya dəyəmişdir. Avtomobilini saxlayıb polisin gəlməsini gözləmişdir. Bundan sonra həmin piyadanı yolun ortasından orada olan şəxslər kənara çəkmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baxış zamanı hadisə yerinin Abşeron rayonu, Novxanı qəsəbəsi, Novxanı- Binəqədi avtomobil yolunda baş verməsi və piyada X5 qoşa xətt üzərində vurulduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, 2/29606 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni xx.xx.2022-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. xx.xx.2022-ci il tarixli, 178 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 rəyindən görünür ki, 1996-cı il təvəllüdlü X5 meyitində aşkar edilmiş xəsarətlər baş beyinin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, kəllə qapağı və kəllə əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları, üz skeleti sümüklərinin sınıqları, başın təpə və ənsə nahiyələrinin, burunun əzilmiş-cırılmış yaraları, başın alın-təpə və təpə-ənsə nahiyələrində yumşaq toxumaları altına qansızmalar, üzün sol yarısının, alın və alt çənə nahiyələrinin sıyrıqları, hər iki ağciyərin, qaraciyərin, ürəyin və dalağın cırılması, soldan İİ-X qabırğaların ön qoltuqaltı xətt üzrə, İİ-Vİİ qabırğaların onurğayanı xətt üzrə, sağdan İİ-Vİİ qabırğaların orta körpücük xətti üzrə, İİ-Vİ qabırğaların arxa qoltuqaltı xətt üzrə sınıqları, hər iki körpücük sümüyünün sınığı, döş və qarın əzələlərinə qansızmalar, döş qəfəsinin ön və arxa səthinin sıyrıqları, qarın nahiyəsinin iri ölçülü sıyrığı, sol bazu sümüyünün aşağı 1/3-nin açıq-yerdəyişmiş sınığı və sol bazu nahiyəsinin əzilmiş-cırılmış yarası və sıyrığı, sağ baldır sümüklərinin yuxarı 1/3-nin yerdəyişmiş qəlpəli sınıqları və sağ bud, diz oynağı və baldır nahiyələrinin iri ölçülü sıyrıqları, sol qalça və bud-çanaq oynağı nahiyələrinin, sol diz oynağı və baldır nahiyələrinin sıyrıqları; Qeyd edilən xəsarətlər həyati olub mərhumun ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər və dərəcəsinə görə ümumlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum S.K.Qəyyumovun ölümünə səbəb baş beyinin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, kəllə qapağı və əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları, hər iki ağciyərin, qaraciyərin, ürəyin və dalağın cırılması kimi həyatla bir araya sığmayan xəsarətlər olmuşdur. Mərhum S.K.Qəyyumovun ölümü onun meyitinin meyitxanada müayinəsi başalanandan (22.11,2022-ci il tarixdə saat 09:30-dan) 12-16 saat əvvəl baş vermişdir. Mərhum S.K.Qəyyumovun meyitində aşkar edilmiş xəsarətlərin xarakterini, lokalizasiyasını, qərarın təsviri hissəsində göstərilən məlumatları nəzərə alaraq demək olar ki, S.K.Qəyyumovun meyitində aşkar edilmiş-baş-beyinin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, kəllə qapağı və kəllə əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları, üz skleti sümüklərinin sınıqları, başın alın-burun, təpə-ənsə nahiyələrinin əzilmişcırılmış yaraları, başın alın-təpə və təpə-ənsə nahiyələrində yumşaq toxumalar altına qansızmalar, üzün sol yarısının, alın və alt çənə nahiyələrinin sıyrıqları, sağ baldır sümüklərinin yuxarı 1/3-nin yerdəyişmiş qəlpəli sınıqları və sağ bud, diz oynağı və baldır nahiyələrinin iri ölçülü sıyrıqları kimi xəsarətlərin hərəkətdə olan avtomaşının (ola bilsin ki, avtobusun) ön qabarıq hissələri ilə piyadanı vurması və bundan sonra onun yerin bərk səthinə atılması və düşməsi (səthlə zərbə) nəticəsində əmələ gələ bilmələri mümkündür. Meyitdə aşkar edilmiş hər iki ağciyərin, qaraciyərin, ürəyin və dalağın cırılması, soldan İİ- Xİ qabırğaların, sağdan İİ-Vİİ qabırğaların sınıqları, hər iki körpücük sümüyünün sınığı, döş və qarnı əzələlərinə qansızmalar, döş qəfəsinin ön və arxa səthinin sıyrıqları, qarın nahiyəsinin iri ölçülü sıyrığı, sol bazu sümüyünün aşağı 1/3-nin açıq-yerdəyişmiş sınığı və sol bazu nahiyəsinin əzilmiş-cırılmış yarası və sıyrığı, sol qalça və bud çanaq oynağı nahiyələrinin, sol diz oynağı və baldır nahiyələrinin sıyrıqları kimi xəsarətlərin isə avtomaşının təkərləri ilə itələnməsi və təkərin bədən üzərindən keçməsi (sıxılma və dartılma) nəticəsində əmələ gələ bilərdilər. S.K.Qəyyumovun meyitində aşkar edilmiş xəsarətlərin xarakterini, lokalizasiyasını, qərarın təsviri hissəsində göstərilən məlumatları nəzərə alaraq demək olar ki, S.K.Qəyyumovun meyitində aşkar edilmiş-baş beyinin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, kəllə qapağı və kəllə əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları, üz skleti sümüklərinin sınıqları, başın təpə-ənsə nahiyələrinin, burunun əzilmişcırılmış yaraları, başın alın-təpə və təpə-ənsə nahiyələrində yumşaq toxumalar altına qansızmalar, üzün sol yarısının, alın və alt çənə nahiyələrinin sıyrıqları, sağ baldır sümüklərinin yuxarı 1/3-nin yerdəyişmiş qəlpəli sınıqları, sağ bud, diz oynağı və baldır nahiyələrinin iri ölçülü sıyrıqları kimi xəsarətlərin hərəkətdə olan avtomaşının (ola bilsin ki, avtobusun) ön qabarıq hissələri ilə piyadanı vurması və bundan sonra onun yerin bərk səthinə atılması və düşməsi (səthlə zərbə) nəticəsində əmələ gələ bilmələri mümkündür. Meyitdə aşkar edilmiş hər iki ağciyərin, qaraciyərin, ürəyin və dalağın cırılması, soldan İİ-X qabırğaların, sağdan İİ-Vİİ qabırğaların sınıqları, hər iki körpücük sümüyünün sınığı, döş və qarnı əzələlərinə qansızmalar, döş qəfəsinin ön və arxa səthinin sıyrıqları, qarın nahiyəsinin iri ölçülü sıyrığı, sol bazu sümüyünün aşağı 1/3-nin açıq yerdəyişmiş sınığı və sol bazu nahiyəsinin əzilmiş-cırılmış yarası və sıyrığı, sol qalça və bud-çanaq oynağı nahiyələrinin, sol diz oynağı və baldır nahiyələrinin sıyrıqları kimi xəsarətlərin isə hərəkətdə olan digər avtomobilin təkərləri ilə itələnməsi və təkərinin bədən üzərindən keçməsi (sıxılma və dartılma) nəticəsində əmələ gələ bilərdilər. S.K.Qəyyumovun meyitində aşkar edilmiş xəsarətlərin əmələ gəlmə şəraiti haqqında hadisə yerinin baxış protokolunun, texniki ekspertiza rəylərinin və digər cinayət işi materiallarının ekspertizaya təqdim edildikdən sonra daha dəqiq fikir söyləmək olar. S.K.Qəyyumovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli Sumqayıt şəhər İHB-nın 2 saylı MKS-si tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək müddətə etibarlı olan) “BCD” kateqoriyalı AF 706258 nömrəli sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. xx.xx.2023-cü il tarixli, 8/194 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, 1-2. İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən Setra markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3-4. İstintaq tərəfindən göstərilən şəraitdə Opel Zafıra markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid Rafıqoviçin hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. 08.06. 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli T367/2023 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 rəyindən görünür ki, 1996-cı il təvəllüdlü X5 meyitinin müayinəsi zamanı təpə, alın, burunda olan əzilmiş-cırılmış yaralar, alın-təpə və təpə-ənsə nahiyəsində yumşaq toxumaya qansızma, sifətdə solda, alın və alt çənədə sıyrıq, kəllə qapağı, üz skleti və kəllə əsası sümüklərinin qəlpəli sınığı, baş beyin toxuması, qişa və mədəciklərə qansızmalar, sol İİ-X-cu qabırğaların ön qoltuqaltı xətt, İİ- Vİİ qabırğaların onurğayanı xətt, sağ İİ-Vİİ qabırğaların orta körpücük xətt, İİ-Vİ qabırğaların arxa qoltuqaltı xətt üzrə sınıqıları, hər iki körpücük sümüyünün qapalı sınığı, döş və qarın əzələlərinə qansızma, döş və qarın sıyrıqları, solbazu sümüyünün açıq, sağ baldır sümüklərinin yuxarı 1/3-nin qapalı, qəlpəli sınıqları, sol bazunun əzilmiş-cırılmış yara və sıyrığı, sol qalça, bud çanaq oynağı, sol diz oynağı və baldır sıyrıqları müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər böyük fiziki qüvvəyə malik küt əşyanın (əşyaların) təsirindən törənmiş, xx.xx.2022-ci il tarixdə qərarda göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdilər, dərəcəsinə görə istər ağır açıq kəllə beyin travması, istərsə də döş və qarın boşluğu orqanlarının zədələnməsi canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr nəzərə alınmaqla onların yaranma mexanizmini belə izah etmək olar: vətəndaş X11 vertikal və ya ona yaxın vəziyyətdə olarkən ilkin zərbə vaqon tipli, ola bilsin hərəkətdə olan avtobusla sağ aşağı ətrafa olmuş, nəticədə hər iki baldır sümüyü yuxarı 1/3-də qəlpəli sınmış, bədənin avtomobilə və yol örtüyünə zərblə çırpılması zamanı ağır açıq kəllə-beyin travması, kəllə sümüklərinin qəlpəli sınıqları, baş beyin, qişa və mədəciklərinə qansızma yaranmışdır. Artıq yol örtüyünə düşmüş piyadanın hərəkətdə olan digər minik avtomobilinin ön hissəsi ilə yol örtüyü arasında sürüklənməsi və ya sıxılması nəticəsində sol İİ-Xİ, sağ İİ-Vİİ qabırğaların, hər iki körpücük sümüyü, sol bazu sümüyünün sınıqları, döş və qarın əzələlərinə qansızma, döş qəfəsi və qarın sıyrıqları, hər iki ağciyər, qaraciyər, dalaq və ürəyin cırılması, sol bazunun əzilmiş-cırılmış yarası və sıyrığı, sol qalça, sol budçanaq, sol diz oynağı, baldırın sıyrıqları yarana bilərdi. X1 ölümünə səbəb ağır açıq kəllə-beyin travması nəticəsində baş beyin, qişa və mədəciklərinə qansızma olmuşdur. xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X10 ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, hazırda Təqsirləndirilən şəxsla barışdığını və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-in in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Setra avtovus” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtobusun saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Setra avtovus” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtobusun saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası CPM-nin Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasıya şöbəsinə Abşeron rayon icra şöbəsinə və Azərbaycan Respublikası Baş X19 idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-625/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-625/2023
20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver