Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-625/2024 05.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1 (006)-8/2024 saylı, 25 yanvar 2024-cü il tarixli hökmü ilə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin növdə cəza çəkən ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "X7” yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün xeyli miqdarda 28 iyun 2005-ci il tarixli, 961-İİ-Q №-li Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahısına" (siyahı 1) daxil edilmiş 1 ədəd konvalyut kəsiyində üzərində “F/M 40” göstəricisi olan, qəhvəyi rəngli, dairəvi formalı, tərkibində təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən narkotik vasitə-metadon dərman həbini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Masazır kəndi ərazisinə daşıyaraq üzərində saxlamış, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli bilinərək Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində Abşeron rayonu, Masazır kəndində Ə.Vahid heykəlinin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib orada həmin gün saat 02:20-dən saat 02:29-dək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən “Rothmans” markalı siqaret qutusunun içərisində qanunsuz olaraq əldə edib saxladığı həmin 01 ədəd konvalyut kəsiyində üzərində “F/M 40” göstəricisi olan, qəhvəyi rəngli, dairəvi formalı, tərkibində təsir maddəsinin ümumi miqdarı 0.04 qram təşkil edən narkotik vasitə- metadon dərman həbi aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən asılılığını aradan qaldırmaq üçün müalicə olunur. Onun belində ağrılar olduğundan özünü yaxşı hiss etməsi və ağrılarının azalması üçün narkotik vasitə olan metadon suyu qəbul edir. O, altı il müddətdir ki, narkotik vasitələrdən uzaqdır. O, metadon suyu içməkdən ötrü Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən X5 gedir. 17 dekabr 2023-cü il tarixdə, saat 14 radələrində Bakı şəhər “X8”nin yaxınlığında narkotik vasitə olan bir ədəd metadon həbini yerdən taparaq, götürmüşdür. O, yerdən tapıb götürdüyü metadon həbini özündə olan «Rothmans» marklı boş siqaret qutusunun içərisinə qoyub, saxlamış, sonra yaşadığı Abşeron rayonu Masazır kəndinə qayıtmışdır. O, 19 dekabr 2023-cü il tarixdə saat 01 radələrində piyada evinə gedərkən Əliağa Vahid heykəlinin yaxınlığında iki nəfər polis əməkdaşı ona yaxınlaşmış özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmiş, o isə üstündə şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığını onlara bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan narkotik vasitə saxlamaqda şübhələnərək, onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. O da etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə İdarəyə getmiş və orada üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra üzərinə videoçəkiliş aparılmaqla vəkil və polis əməkdaşlarının iştirakı baxış keçiriləcəyi bildirilmiş o, əynində olan qara rəngli gödəkçənin cibində saxladığı «Rothmans» markalı siqaret qutusunu təqdim edərək, içərisindəki bir ədəd dərman həbinin narkotik vasitə olan metadon olduğunu bildirmişdir. Sonra üstündə şəxsi axtarış edilmiş, üstündən cinayət xarakterli hər hansı əşya aşkar edilməmişdir. Aşkar edilmiş bir ədəd narkotik vasitə metadon həbi zərfə qoyularaq qablaşdırılmış və zərfin üzərində imzalar edilmiş, bu barədə protokolun tərtib edilərək təsdiq edilmişdir. O, etdiyi əməldən peşman olmasını və ciddi müalicə alaraq zərərli vərdişlərdən uzaq olmaq istəməsini bildirməklə, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid2 bildirmişdir ki, 19 dekabr 2023-cü il tarixdə təxminən saat 01:10 radələrində Abşeron rayonu Masazır qəsəbəsində polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə xidmət apararkən Masazır qəsəbəsində, Əliağa Vahid heykəlinin yaxınlığında, qaranlıq küçədə bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşaraq, özlərini təqdim etmişlər. Həmin şəxsə şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini bildirdikdə o, üzərində heç bir sənədi olmadığını bildirdikdə oradan uzaqlaşmaq istəmişdir. Onu Abşeron rayon polis idarəsinə dəvət edərək gətirmişlər. İdarədə həmin şəxsin şəxsiyyəti müəyyən edilmişdir. İdarə olarkən Təqsirləndirilən şəxs üzərində şəxsi istifadəsi üçün narkotik vasitə olmasını etiraf etmişdir. Onun və digər polis əməkdaşının həmçinin müdafiəçinin iştirakı ilə Abşeron rayon polis idarəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Sonuncu əynində olan qara rəngli gödəkçəsinin yan cibindən, siqaret qutusunun içərisində olan bir ədəd blister kəsiyindəki dərman həbini çıxarıb könüllü təqdim edərək narkotik vasitə matadon olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və üzərindən qanunla qadağan edilmiş, başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd narkotik vasitə metadon həbinə bənzər həb zərfə qoyulmaqla qablaşdırılmış, möhürlənmiş, zərfin üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi və onlar imza etmişlər. Daha sonra bu barədə protokol tərtib edilmiş, protokol oxunandan sonra bütün iştirakçılar tərəfindən imzalanmış, həmçinin Təqsirləndirilən şəxs da protokola imza etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs, onun üzərindən aşkar edilib götürülmüş narkotik vasitə metadon həbinin özünə məxsus olmasını, özü istifadə etməsi üçün üzərində saxladığını, narkotik vasitə metadonu Bakı şəhəri, Nəsimi rayonu ərazisində, Kliniki tibb mərkəzinin yaxınlığında yerdən tapdığını bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid1 digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 19 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 dekabr 2023-cü il tarixdə, saat 02:00 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6477 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 56” dairəvi möhür əksləri olan “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş 01 (bir) ədəd zərfdəki 01(bir) ədəd konvalyut kəsiyində üzərində “F/M 40” göstəricisi olan 01 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həbində metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edir (üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadonun təsir maddəsminin miqdarı 0,04 qram). Tədqiqata təqdim olunmuş narkotik maddə “Methadone 40” həblərinin ümumi təmiz sayı – 01 ədəd, tədqiqata sərf edildi – ½ ədəd, qalıq – ½ ədəd. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş ) manat təşkil edir; - “Cinayət işi başlama və icraata qəbul etmə haqqında” 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə, Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. - “Qətimkan tədbirinin şərtlərini pozduğundan təqsirləndirilən şəxsin tutulması üçün barəsində axtarış elan edilməsi haqqında” 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutlması üçün barəsində axtarış elan edilmişdir. - “Axtarışda olan şəxsin tutulması ilə əlaqədar” 09 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində saxlanılaraq Abşeron RPİ-nin Saray PB-yə gətirilmiş və Abşeron RPİ-nin MSY-nə təhvil verilmişir. - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X2 haqqında 15 fevral 2024-cü il tarixli, 987 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkamaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra o, Yasamal rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq 02 il 07 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən xx.xx.2013-cü il tarixdə cəzadan azad olunmuşdur. Daha sonra o, Yasamal rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 08 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin qərarı ilə 1 ay 14 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Cəzasını tam çəkdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, 02 il 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün və həbsdə olduğu 14 (on dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmaqla. üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. - “Sübutların qiymətləndirilməsi haqqında” 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş Ekspertiza tədqiqatından qalıq qalmış ½ ədəd narkotik vasitə- “Methadone 40” həbi və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə video çəkiliş görüntülərini əks etdirən bir ədəd DVD-R formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və ½ ədəd narkotik vasitə- “Methadone 40” həbinin saxlanılması üçün Abşeron rayon polis idarəsinin maddi sübutlar saxlanc ambarına təhvil verilmiş və 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə tərtib edilmiş protokol, axtarış və götürmə barədə videogörüntülərin olduğu diskə baxış keçirilməsi barədə protokol, məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizanın rəyləri, maddi sübutlar və digər istintaq sənədləri sübut növləri kimi qəbul edilmişdir. - Sumqayıt şəhər Probasiya Şöbəsinin 05 avqust 2024-cü il tarixli, 21-2/3-184800 saylı məktubuna əsasən məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmış və qeyd edilən cəzanın 10 gün hissəsini çəkmişdir. Cəzanın çəkilməmiş hissəsi 02 (iki) il 04 (dörd) ay 18 (on səkkiz) gün təşkil edir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 oktyabr 2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD-R formatlı diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin yan cibindən üzərində «Rothmans» sözləri yazılmış siqaret qutusunun içərisində olan bir ədəd blister kəsiyindəki dərman həbini çıxarıb təqdim etmiş və şifahi sorğu zamanı narkotik vasitə olan həmin metadon həbini Bakı şəhəri, Nəsimi rayonu ərazisində, X7 yaxınlığında yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə metadon həbi 01 ədəd zərfə qoyularaq qablaşdırımışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metadonun şəxsi istehlak üçün yuxarı miqdarı 0,02 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan metadonu əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, həmçinin məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən eyni cinayət əməlini dəfələrlə törətməsini, əvvəllər barəsində qəbul edilmiş cəzalardan nəticə çıxarmamasını, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəza təyin edərkən cəzanın məqsədi nəzərə alınmalı şəxsin şəxsiyyəti, onun islah olunmağa meyilli olub olmaması qiymətləndirilməlidir. İlk dəfə 2010-cu ildə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadan nəticə çıxarmayaraq dəfələrlə cinayət törətmiş, narkotik vasitədən istifadəni davam etdirmişdir. Belə ki, narkomaniya xəstəliyi təsadüfi istifadələr nəticəsində deyil, uzunmüddətli mütəmadi istifadə nəticəsində yaranır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 1(006)-8/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün və həbsdə olduğu 14 (on dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının CM-nə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar və ödənilmiş və ya götürülmüş məhkumluqlar təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 1(006)-8/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Sumqayıt şəhər Probasiya Şöbəsinin 05 avqust 2024-cü il tarixli, 21-2/3-184800 saylı məktubuna əsasən cəzasından 10 gün müddətini çəkmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməlinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 1(006)-8/2024 saylı hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılmalı və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 01 (bir) il 03 (üç) ay müddət nəzərə alınmaqla, ona qəti cəza təyin edilməli, əvvəlki hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Bundan başqa, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə həbsdə saxlanıldığı 16 gün, hazırkı iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 03 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə, azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilmiş hissəsi 10 gün, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə növündə cəzanın bir gününə bərabər tutulmaqla, ümumilikdə 24 gün müddət hazırkı hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 15 fevral 2024-cü il tarixli, 987 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkamaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicənin təyin olunması məsələsi həll olunarkən məhkəmə sübutları, o cümlədən məhkəmə-narkoloji ekspertizasının rəyini tədqiq etməklə məcburi müalicənin təyin olunmasına zərurətin, eləcə də müalicəyə qarşı tibbi əks göstərişlərin olub-olmamasını araşdırmalı, məcburi müalicənin təyin edilməsi üçün əsaslar müəyyən edildikdə və müalicəyə qarşı əks göstərişlər olmadıqda müddətini göstərmədən alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə tədbirini təyin edir (21-ci bənd). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir təyin edilməməlidir. Lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış ½ ədəd narkotik vasitə- “Methadone 40” həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 1(006)-8/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına, yəni 01 (bir) il, 03 (üç) ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq, ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə həbsdə saxlanıldığı 16 gün, hazırkı iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 03 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə, azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilmiş hissəsi 10 gün, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə növündə cəzanın bir gününə bərabər tutulmaqla, ümumilikdə 24 gün müddət hazırkı hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 05 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan, qalıq qalmış ½ ədəd narkotik vasitə- “Methadone 40” həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-625/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-625/2024
05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver